Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-173/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 79950,00 ABŞ dolları məbləğində borc pulun, 3150,00 ABŞ dolları dəymiş maddi ziyanın, ümumilikdə cəmi 83100,00 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pulun alınaraq X2 ödənilməsinə dair qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)- 788/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 3(006)-4111/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 14 noyabr 2022-ci il, 18 yanvar 2023-cü il, 02 mart 2023-cü , 25 may 2023-cü il və 02 iyun 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdən etibarən Naxçıvan MR, Naxçıvan şəhəri, Qoçüsdü məhəlləsi, ev 90, mənzil 13-də yerləşən "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyir və rəhbəri olduğu MMC-nin fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazilərindən tütün yarpaqlannın alışı və satışı ilə məşğul olmaqdan ibarət olmuşdur. MMC fəaliyyəti dövründə görülmüş işlərlə əlaqədar hər ay orta hesabla 500,00-1000,00 manat müqabilində qazanc əldə edir. Zərərçəkmiş şəxs 2015-ci və 2016-cı il tarixdən tanıyır və tanışlığına səbəb Zərərçəkmiş şəxs həmin ərəfələrdə Bakı Şəhəri Gömrük idarəsində deklarant vəzifəsində işləməsi olmuşdur. Həmin ərəfələrdə Ukrayna Respublikasın Birdikef şəhərindən Azərbaycan Respublikasına donmuş ət məhsullarının və müxtəlif növ meyvə qurularının idxalı ilə məşğul olduğu üçün Gömrük İdarəsinə gedən zaman Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Gördüyü biznes fəaliyyəti həmin ərəfələrdə direktoru olduğu “İ.Y." MMC-nin adı altında fəaliyyət göstərmişdir. Bundan bir neçə il keçəndən sonra aralarında yaranmış münasibət əsnasında Zərərçəkmiş şəxs ona təklif etdi ki, gördüyü xırda biznes fəaliyyətində şərik olsun və əldə olunmuş gəlir tən yarı bölünsün. Zərərçəkmiş şəxs razılıq verəndən sonra Hüseynqulu görəcəkləri iş üçün 2019cu ilin əvvələrində ona 40000,00 ABŞ dolları məbləğində pul verdi. O, həmin məbləğin üstünü düzəldərək 80000,00 ABŞ dolları məbləğində pulu bank hesabı ilə Ukrayna Respublikasının Berdikef şəhərində fəaliyyət göstərən ət satışı ilə məşğul olan şirkətin hesabına köçürdərək təyyarə vasitəsi ilə qeyd edilən şəhərə gedərək 20 (iyirmi) ton donmuş vəziyyətdə sümüksüz mal ətini alaraq böyük tonnajlı yük avtomobilinin vasitəsilə Bakı şəhərinə göndərmişdir. Həmin gələn donmuş vəziyyətdə olan mal ətini hər ikisi Bakı şəhərində qəbul edərək Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən köhnə ət kombinatında soyuduculara yerləşdirmişlər. Bundan sonra həmin ət məhsullarının satışı ilə məşğul olaraq ümumilikdə təxminən 10000,00-15000,00 manat civarında qazanc əldə edərək danışdığımız kimi həmin qazancı tən yarı bölmüşlər. Zərərçəkmiş şəxs gördükləri işdə qazanc olduğunu görəndən sonra ona bildirdi ki, qardaşı Babək bu işdə bizə şərik olmaq istəyir. O, Zərərçəkmiş şəxs tanıdığı üçün buna razılıq vermişdir. Bundan sonra 2019-cu ilin mart-aprel aylannda Zərərçəkmiş şəxs ilə birkdə 74000,00 ABŞ dolları məbləğində pulu bank hesabı ilə Ukrayna Respublikasında fəaliyyət göstərən ət satışı ilə məşğul olan şirkətin hesabına köçürəndən sonra o, Ukrayna Respublikasının Berdikef şəhərinə gedərək yenidən 20 (iyirmi) ton donmuş mal ətini alaraq Bakı şəhərinə gətirilməsi üçün böyük tonnajlı yük avtomobilinə yüklətdirmiş, özü isə təyyarə vasitəsilə Bakı şəhərinə qayıtmışdır. Ət ilə dolu olan avtomobil isə Ukrayna Respublikasında gömrük sənədləşməsindən sonra Bakı şəhərinə gəlməli idi. O, Bakı şəhərinə qayıdandan beş-altı gün sonra Ukrayna Respublikasının Berdikef şəhərində yerləşən ət məhsullarının satışı şirkətinin direktoru Andrey Xarçenko mobil telefon vasitəsilə mənə zəng edərək bildirmişdir ki, o, Bakı şəhərinə gələndən iki-üç gün sonra avtomobilə yüklədiyi donmuş mal ətini baytarlıqdan arayış almaqdan ötrü Dubno şəhərində yerləşən anbara boşaldıblar və orada 20 ton donmuş mal əti naməlum şəxslər tərəfindən oğurlanıbdır. Mən bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş və hər ikisi təyyarə vasitəsilə Ukrayna Respublikasının Berdikef şəhərinə gedərək Andrey Xarçenko ilə görüşmüşlər. Andrey Xançenko olanlar barədə məlumat vermiş və oğurlanmış ətin əvəzinə yeni mal əti verməsini ondan tələb etmişlər. Buna səbəb də 20 ton ətin oğurlanmısında günahkar Andrey Xarçenko olmuşdur. Orada qaldığları müddət ərzində Andrey Xarçenko söz verdiyi ət məhsulunu hazırlaya bilmədiyi üçün bizdən möhlət istəmişdir. Oğurlanmış ətin əvəzinə onlara ət göndərməliydi. Sonradan hər ikisi Bakı şəhərinə qayıtmış və qayıtdıqdan sonra 3 aydan sonra aralarında danışdıqları müddətin başa çatmasına baxmayaraq Andrey Xarçenko mal ətini göndərmədiyi üçün yenidən hər ikisi 2019-cu ilin mart-aprel aylarında Ukrayna Respublikasının Kiyev şəhərinə gedərək Andrey Xarçenkonun barəsində səfirliyə şikayət etsinlər. Sonradan Kiyev şəhərində Zərərçəkmiş şəxs tanıdıqları şəxslərlə görüşərək həmin şəxslərdən bu məsələ ilə bağlı bizə köməklik etmələrini xahiş etmişlər. Hətta həmin vaxtı sürücü ilə Kiyev şəhərində görüşərək idarə etdiyi böyük tonnajlı yük avtomobili ilə Bakı şəhərinə ət gətirməsini xahiş etmişlər. Sürücü isə bizimlə razılaşaraq 20 (iyirmi) ton ətin Bakı şəhərinə gətirilməsindən ötrü onlardan 3500,00 ABŞ dolları məbləğində pul almışdır. Bundan sonra Zərərçəkmiş şəxs təcili olaraq Bakı şəhərinə qayıtmışdır. Onlar Kiyev şəhərində olan zaman Zərərçəkmiş şəxs 74000,00 ABŞ dolları məbləğində pulu qardaşı Babəkdən aldığını bildirərək ona verilməsi barədə ondan əl yazma istəmiş və o isə qeyd edilən məbləğin onun tərəfindən alınması barədə öz dəsti xəttinə qəbz yazaraq Zərərçəkmiş şəxs vermişdir. O, orada olan zaman yenidən Berdikef şəhərinə gedərək Andrey Xarçenko ilə görüşmüş və məsələnin nə yerdə olduğu barədə maraqlanmışdır. Andrey Xarçenko isə onu yenidən arxayın edərək tez bir zamanda bu məsələni həll edəcəyinə ona söz vermişdir. Andrey Xarçenko ilə görüşəndən sonra, o, yeddi ay Berdikef şəhərində qalmışdır ki, tezliklə bu məsələni həll etsin. Həmin ilin noyabr ayının axırlarında Andrey Xarçenko ətin hazır olduğunu ona bildirəndən sonra sürücü ilə əlaqə saxlayaraq sürücüyə bildirmişdir ki, idarə etdiyi avtomobil ilə Kiyev şəhərindən Berdikef şəhərinə gəlsin. 2019-cu ilin dekabr ayının əvvəllərində sürücü Berdikef şəhərinə gələrək həmin şəhərdə yerləşən ət kombinatından 7 (yeddi) ton donmuş vəziyyyətdə sümüksüz mal ətini avtomobilə yükləmişlər. Yerdə qalan 13 ton əti isə Andrey Xarçenko hazır edə bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 7 (yeddi) ton mal ətini Bakı şəhərinə göndərmiş, özü isə Berdikef şəhərində qalmışdır ki, yerdə qalan əti Andrey Xarçenkodan tələb etsin. Həmin mal əti direktoru olduğu "xxxx" MMC-nin adına sənədləşdirildiyi üçün Kiyev şəhərindən Zərərçəkmiş şəxs adına gömrük sənədləşdirilməsindən ötrü etibarnamə göndərmişdir. Bundan sonra Ukrayna Respublikasında qalma müddəti tamam olduğu üçün 2019-cu ilin dekabr ayının 30-da Kiyev şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyinə gedərək olanlar barədə məlumat vermək istəmiş, lakın həmin ərəfələr bayram günlərinə təsadüf etdiyi üçün rəsmi iş günləri olmadığından oradan ona bildirmişlər ki, yeni il bayramından sonra ora gələrək şikayətini bildirsin. Həmin günü onu Ukrayna Respublikasında vaxtından çox qaldığı üçün Bakı şəhərinə deport olmuşdur. Bakı şəhərinə gələndən sonra Xarici İşlər Nazirliyinə gedərək rəsmi olaraq olanlar barədə müraciət etmişdir ki, bu işdə ona köməklik göstərsinlər. Müraciətdən sonra ona bir-iki dəfə Ukrayna Respublikasında yeriəşən səfirlikdən telefon zəngləri olmuş və olanlar barədə onlara məlumat vermişdir. Lakin buna baxmmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra deport olunduğuna görə Ukrayna Respublikasına gedə bilmədiyi üçün Andrey Xarçenko ilə görüşüb əlaqə saxlaya bilməmişdir. Göndərdiyi 7 (yeddi) ton mal ətinin nəticəsi barədə Zərərçəkmiş şəxs maraqlanmış, sonuncu isə ona bildirmişdir ki, həmin malı sataraq ona verdiyi pulun əvəzinə götürüb. O, isə Zərərçəkmiş şəxs üçün həmin əti hansı qiymətə və kimə satması barədə maraqlanmış, sonuncu isə bu barədə ona heç bir məlumat verməmişdir. 2020-ci ilin axırlarında onu Abşeron Rayon Məhkəməsinə dəvət edən zaman bilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində məhkəməyə iddia əizəsi müraciət etmişdir. Həmin məhkəmədə işə baxılan zaman bütün olanları məhkəmə baxışında qeyd etməyinə baxmayaraq 79950,00 ABŞ dolları məbləğdə borc pulun, 3150,00 ABŞ dolları dəymiş maddi ziyanın, ümumilikdə cəmi 83100,00 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan maanatı məzənnəsinə uyğun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pulun məndə alınaraq Hüseynqulu Əmrəliyevə ödənilməsinə dair 18 noyabr 2020-ci tarixli, 2(012)-788/2020 saylı qətnamə çıxarılmışdır. O, həmin qətnaməni əsassız hesab edir. Belə ki, onlar şərikli pul qoyaraq mal gətirib sataraq qazanc əldə etmək istəmişlər və həmin pulları batıbdır. Bu işdə o özü də zərər görmüşdür. Onun qeydiyyatı Yasamal ola-ola Abşeron Məhkəməsində qətnamə çıxarılır. Onun orada verdiyi bir əlyazma əsasında həmin qətnaməni çıxardıblar. Başqa heç bir sübut yoxdur. O, bu adamdan nə borc almış, nə də nəsə vəd vermişdir. Sadəcə birlikdə pul qoyub iş görmək istəmişlər, lakin birinci dəfə malı gətirib satmışlar. İkinci dəfə malı vuranda onlara atıblar. Hal-hazırda da həmin malı və ya pulu ala bilməmişlər. Sonda Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2013-cü və 2014-cü il tarixdən etibarən tanıyır və onu tanımağına səbəb həmin ərəfələrdə Bakı Şəhəri Gömrük İdarəsində deklarant vəzifəsində işləməsi olmuşdur. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs Ukrayna Respublikasın Birdikef şəhərindən Azərbaycan Respublikasına donmuş ət məhsullarının və müxtəlif növ meyvə qurularının idxalı ilə məşğul olduğuna görə Gömrük İdarəsinə sənədləşmədən ötrü gələn zaman onunla tanış olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla aralarında dostluq münasibətləri yaranmış və biri-birlərinin evlərinə gediş-gəliş yaranmışdır. Həmin vaxtdan bir neçə il keçəndən sonra o, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunduğuna görə Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, gördüyü xırda biznes fəaliyyətində şərik olsun. O, isə Təqsirləndirilən şəxs tanıdığına və etibar etdiyinə görə sonuncuya yox deməmişdir. Bundan sonra 2019-cu ilin əvvələrində Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, görəcəkləri iş üçün 40000,00 ABŞ dolları məbləğində pul verməlidir. O, isə verəcəyi məbləğə dair nə iş görəcəklərini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu isə ona bildirmişdir ki, alacağı məbləğdən əlavə özünün Ukrayna Respublikasının Berdikef şəhərində yaşayan Andrey adh şəxsdə olan 30000,00 ABŞ dolları məbləğində pulu əlavə edərək oradan sümüksüz mal əti alaraq Bakı şəhərinə göndərəcək və həmin əti sataraq qazanc əldə edəcəklər. Həmin söhbətdən sonra, o, qeyd edilən 40000,00 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs nəğd şəkildə vermişdir. Həmin məbləği Təqsirləndirilən şəxs verəndən sonra sonuncu telefon vasitəsilə Uk-rayna Respublikasının Berdikef şəhərində yaşayan Andrey adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, 40000,00 ABŞ dolları məbləğində pulu ona göndərəcək və onda olan 30000,00 ABŞ dolları məbləğində pulu göndərəcəyi məbləğə əlavə edərək 20 (iyirmi) ton sümüksüz məl ətini Bakı şəhərinə göndərsin. O, Təqsirləndirilən şəxs Andrey adlı şəxsin kim olduğunu soruşmuş və ona bildirmişdir ki, Andrey adlı şəxs Ukrayna Respublikasının Ber- dikef şəhərində yerləşən ət kombinatının direktorudur. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, on gün ərzində həmin ət məhsulu ağır tonnajlı yük avtomobili vasitəsilə Bakı şəhərinə gələcək. Həmin vaxtdan iki ay keçəndən sonra təxminən 2019-cu ilin mart və aprel aylarında Ukrayna Respublikasının Ber- dikef şəhərindən ağır tonnajlı yük avtomobili ilə Bakı şəhərinə 20 (iyirmi) ton sümüksüz ətin əvəzinə 17 (on yeddi) ton sümüksüz ət gəlmişdir. Gömrük rəsmiləşdirilməsi aparılandan sonra həmin sümüksüz mal ətini Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən köhnə ət kombinatında soyuduculara yerləşdirən zaman görmüşdür ki, sifariş etdikləri sümüksüz ətin bir qisminin əvəzinə iri buynuzlu heyvanın ağ ciyəri, qara ciyəri, piyi, ürəyi, böyrəyi və donuz əti göndərilmişdir. O, həmin vaxtı Təqsirləndirilən şəxs ora dəvət etmiş və oradan gələn mal ətinin əvəzinə göndərilən qeyd etdiyi ət məhsulları göstərmişdir. Təqsirləndirilən şəxs onun yanında Andrey adlı şəxsə telefon edərək ondan nə səbəbə görə sümüksüz ətin bir qisminin əvəzinə iri buynuzlu heyvanın ağ ciyərini, qara ciyərini, piyini, ürəyini, böyrəyini və donuz ətini göndərdiyini soruşmuş, Andrey adlı şəxs isə telefon vasitəsilə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin vaxtı malı yükləyən fəhlələr səhfən həmin ət məhsullarını sümüksüz mal ətinin əvəzinə avtomobilə yükləyiblər. Onlar iradlarını Andrey adlı şəxsə bildirəndən sonra, sonuncu onları arxayın etmişdir ki, gələn sifarişdə həmin gələn ət məhsullarının əvəzinə sümüksüz mal əti göndərəcək. Bundan sonra Təqsirləndirilən şəxs ondan yenidən pul istəyən zaman qərara gəlmişlər ki, məsələyə aydınlıq gətirməkdən ötrü birlikdə Andrey adlı şəxsin yanına getsinlər. O, Təqsirləndirilən şəxs ilə birlikdə təyyarə vasitəsilə Ukrayna Respublikasının Berdikef şəhərinə gedərək Andrey adlı şəxslə görüşmüşlər. Görüş zamanı Andrey adlı şəxs ona bil-dirmişdir ki, Təqsirləndirilən şəxs Ukraynada heç bir məbləğdə pulu olmayıb və sonuncu ondan xahiş edib ki, ondan bu barədə soruşan zaman yalandan desin ki, Təqsirləndirilən şəxs onda 30000,00 ABŞ dolları məbləğində pulu var. Bundan əlavə olaraq Andrey adlı şəxs ona bildirmişdir ki, Bakı şəhərinə sümüksüz mal ətinin əvəzinə göndərdiyi ət məhsullarını göndərilməsinə səbəb Təqsirləndirilən şəxs həmin sümüksüz ətə görə məbləği tam olaraq verməməsi olub. Andrey adlı şəxslə görüşəndən sonra, o, Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhərinə qayıtmış və Təqsirləndirilən şəxs ona verdiyi pulun əvəzinə sümüksüz mal ətini Bakı şəhərinə göndərilməsini tələb etmişdir. Yusif Yusif isə onu bir daha arxayın edərək bildirmişdir ki, yaxın günlərdə 20 (iyirmi) ton sümüksüz mal ətini Bakı şəhərinə gətizdirəcək. Aralarında olan söhbətlərdən sonra Təqsirləndirilən şəxs ət almaq adı ilə Ukrayna Respublikasının Berdikef şəhərinə getmişdir. Yusif Yusif oradan onunla telefon vasitəsilə əlaqə saxlayaraq yaxın günlərdə 20 (iyirmi) ton sümüksüz mal ətini Bakı şəhərinə göndərəcəyini və bununla bağlı hətta sürücü ilə danışdığını bildirmişdir. Danışdıqları vaxtdan bir neçə gün sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıdaraq həmin sümüksüz mal ətini Bakı şəhərinə gətirməkdən ötrü ondan əlavə olaraq 40000,00 ABŞ dolları məbləğində pul istəmiş, həmin ərəfələrdə pulunun olmadığı üçün qardaşı Babəkdən 70000,00 ABŞ dolları məbləğində borca pul alaraq Təqsirləndirilən şəxs istədiyi məbləği nəğd şəkildə ona vermişdir. Qeyd edilən məbləği Təqsirləndirilən şəxs verəndən sonra, sonuncu yenidən Ukrayna Respublikasının Berdikef şəhərinə qayıtmış və orada bir müddət qalaraq onu arxayın etmişdir ki, yaxın günlərdə 20 (iyirmi) ton sümüksüz mal ətini Bakı şəhərinə göndərəcək. Hətta Təqsirləndirilən şəxs oradan ona yük avtomobilinin yük yerində olan mal ətinin şəkillərini göndərək onu arxayın etmişdir ki, bu məsələ tezliklə həllini tapacaq. O, həmin vaxtı sürücü ilə telefon vasitəsilə əlaqə saxlamış və sürücü ona bildirmişdir ki, 21 (iyirmi bir) ton sümüksüz mal əti maşına yüklənilib və sənədləşmə aparılandan sonra Bakı şəhərinə gətirəcək. O, sürücü ilə telefon vasitəsilə danışandan sonra bir daha arxayın olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmır. Bundan sonra, o, Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayaraq ona bildirmişdir ki, həmin ət məhsulunu Bakı şəhərinə göndərənə qədər orada qalsın. O, Təqsirləndirilən şəxs çox sürücüyə inandığı üçün sürücü ilə tez-tez telefon vasitəsilə əlaqə saxlamış və sürücü ona bir daha arxayın edərək bildirmişdir ki, hər şey qaydasındadır. Bir neçə gün keçəndən sonra sürücü ona bildirmişdir ki, bütün sənədləşmə hazırdır və yaxın günlərdə Bakı şəhərinə gələcək. Hətta həmin vaxtı Təqsirləndirilən şəxs ona sürücüyə yola çıxmaqdan ötrü 2000 (iki min) ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş, o isə həmin məbləği poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıdaraq ona bildirmişdir ki, əlavə bir maşın ət almaqan ötrü vəsait lazımdır. O, qardaşı Babəkdən borca aldığı məbləğdən qalan 30000,00 ABŞ dollarını yenidən Təqsirləndirilən şəxs vermişdir ki, Ukrayna Respublikasının Berdikef şəhərindən Bakı şəhərinə bir avtomobil sümüksüz ət alaraq göndərsin. Təqsirləndirilən şəxs ondan həmin məbləği alandan sonra yenidən Ukrayna Respublikasının Berdikef şəhərinə qayıtmış və oradan ona telefon vasitəsilə zəng edərək bildirmişdir ki, ona verilən məbləğə görə Bakı şəhərinə ət göndərilməsindən ötrü sürücü ilə danışıb və bir neçə günə həmin sürücü bir avtomobil sümüksüz mal ətini Bakı şəhərinə gətirəcək. O, sürücü ilə telefon vasitəsilə əlaqə saxlamış və həmin şəxs ona bildirmişdir ki, idarə etdiyi avtomobil ilə ət kombinatına gəlib və yaxın zamanda Bakı şəhərinə gətirəcəyi sümüksüz mal əti maşına yüklənəcək. Bundan sonra sürücü ona telefon vasitəsilə zəng edərək bildirmişdir ki, onun idarə etdiyi yük avtomobilinə yüklənən 21 (iyirmi bir) ton sümüksüz mal ətini Ukrayna Respublikasının Dubno şəhərində yerləşən ət kombinatına boşaldıblar. O, məsələnin nə yerdə olduğunu sürücüdən soruşmuş, sürücü isə bu barədə heç bir məlumatının olmadığını ona bildirmişdir. O, məsələnin nə yerdə olduğunu bilməkdən ötrü Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamış, sonuncu isə ona bildirmişdir ki, yük ilə dolu avtomobil baytarlıq sənədləşdirilməsindən ötrü Dubno şəhərində yerləşən ət kombinatına gəlmiş və oradan 21 (iyirmi bir) ton sümüksüz mal əti naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra təyyarə vasitəsilə Ukrayna Respublikasının Berdikef şəhərinə getmiş və orada Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu ona bildirmişdir ki, Bakı şəhərinə göndərilən 21 (iyirmi bir) ton sümüksüz mal əti naməlum şəxslər tərəfindən oğurlanıb, heç bir narahatçılıq yoxdur və qısa zamanda tanışı Andrey adlı şəxs məsələni həll edəcək. Bütün bunlardan sonra, o, bir daha əmin olmuşdur ki, Təqsirləndirilən şəxs ona aldadır və Bakı şəhərinə Ukrayna Respublikasından heç bir ət məhsulu göndərməyəcək. Sonradan Təqsirləndirilən şəxs axtarmağa başlamış və sonuncu ondan gizlənməkdən ötrü yeddi ay Ukrayna Respublikasının Berdikef şəhərində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında yenidən ona telefon vasitəsilə zəng edərək bildirmişdir ki, Andrey adlı şəxslə danışmış və Bakı şəhərinə 20 (iyirmi) ton sümüksüz mal əti göndərəcək. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs yük avtomobili vasitəsilə 7 (yeddi) ton sümüksüz mal ətinin əvəzinə istifadəyə yararsız mal ətinin tullantılarını göndərmişdir. O, həmin göndərilən ət istifadəyə yarasız olduğu üçün kolbasa istehsal edilən sexlərə ucuz qiymətə verərək borca aldığı məbləğin bir qismini qaytarmışdır. Həmin yararsız ət məhsullarını Bakı şəhərinə gətirilməsində sürücü ondan 5600,00 ABŞ dolları məbləğində pul almışdır. O, məsələnin nə yerdə olduğunu bilməkdən ötrü Ukrayna Respublikasının Berdikef şəhərinə gedərək Andrey adlı şəxslə görüşmüş və sonuncu ona görüş zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ət alışı barədə formal olaraq müqavilə bağlanılmışdır. Təqsirləndirilən şəxs Ukrayna Respublikasında qalma müddəti tamam olduğu üçün 2019-cu ilin dekabr ayında Ukrayna Respublikasından Azərbaycan Respublikasın ekstradisiya olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona verdiyim məbləği tələb etməyə başlamış, sonuncu isə müxtəlif bəhanələr gətirərək ona heç bir borcu olmadığını bildirmişdir. Bundan sonra məcburiyyət qarşısında qalaraq 2020-ci ilin axırlarında Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsində işə baxılan zaman 79950,00 ABŞ dolları məbləğində borc pulun, 3150,00 ABŞ dolları dəymiş maddi ziyanın, ümumilikdə cəmi 83100,00 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 18 noyabr 2020-ci tarixli, 2(012)-788/2020 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş və məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləği ona ödəmədiyi üçün sonuncunun barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Sonradan icra məmuru tərəfindən onun barəsində bir sıra icra hərəkətləri aparılaraq ölkədən çıxışına məhkəmənin qərarı ilə müvəqqəti olaraq qadağa qoyulmuşdur. İcra dövründə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona borclu olduğu məbləğdən 500,00 manat məbləğində ödəniş etmişdir. Sonda zərərçəkmiş şəxs X3 hazırda ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi və dövlət ittihamçısının çıxışı ilə razı olduğunu qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-788/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Təqsirləndirilən şəxs 79950,00 ABŞ dollan borc olaraq, 3150,00 ABŞ dolları maddi ziyan olaraq, cemi 83100,00 ABŞ dolları ödəniş günü Azərbaycan manatı məzənnəsinə uyğun olaraq, dövlət rüsumunun əvəzi 20,00 manat məbləğində pulun alınaraq X2 ödənilməlidir. Göstərilən icra sənədi 16 iyun 2022-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsini rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tə¬rəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi 29 iyun 2022-ci il tarixdə qəbul etmiş və həmin tarixdə borclunu izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs izahatında tələbkar ilə ortaq iş gördüklərini və pul vəsaitinin Ukrayna Respublikasında olan hesaba köçürüldüyünü, lakin pul müqabilində malın gəlmədiyini bildirmişdir. 17 iyun 2022-ci il tarixdə tələbkar Hüseynqulu Əmrəliyevə icra sənədinin icra vəziyyəti barədə məlumat verilməsi və bank rekvizitlərini şöbəyə təqdim etməsi xahiş edilmişdir. “Elektron icra informasiya sistemi” vasitəsindən əldə olunmuş sorğu məlumatlarına əsasən borclu Təqsirləndirilən şəxs mülkiyyətində nəqliyyat vasitəsi aşkar olunmuşdur. 28 iyun 2022-ci il tarixdə “borclunun avtomobilinin üzərinə həbsin qoyulması” barədə qərar qəbul edilmiş və qərar icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. “Elektron icra informasiya sistemi vasitəsi” ilə borclu Təqsirləndirilən şəxs iş yeri müəyyən edilmiş və 21 iyul 2022-ci il tarixdə tələbi borclunun gərilərinə yönəldilməsi məqsədi ilə "xxxx" MMC-nə və "xxxx" MMC-nə müraciət olunmuşdur. 12 avqust 2022-ci il tarixdə “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimat tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan “Vaz-21213” minik markalı, **- GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 8(006)-276/2022 saylı qərardadı 16 avqust 2022-ci il tarixdə məlumat, 01 noyabr 2022-ci il tarixdə isə icra olunmasü üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. 11 noyabr 2022-ci il və 14 noyabr 2022-ci il tarixlərdə borclunun təkrar izahatları alınmışdır. Borclu izahatında göstərilən tələbi tam şəkildə icra etmək iqtidarında olmadığını və hər ay 500,00 - 1000,00 manat civarında ödəniş edə biləcəyini qeyd etmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İXM 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin 14 noyabr 2022-ci il tarixli, 3(006)- 4111/2022 saylı qərarına əsasən 500,00 manat məbləğində inzibati qaydada cərimə olunnmuşdur. 14 noyabr 2022-ci il tarixdə tələbkar ərizə ilə müraciət edərək borcun hissəhissə ödənilməsinə razı olmadığını, borclunun ödəniş etmək istədiyi 1000,00 manatdan imtina etdiyini bildirmişdir. Eyni zamanda borcluya “cinayət məsuliyyətinə cəlb olunması haqqında” xəbərdarlıq edilmişdir. 23 yanvar 2023-cü il tarixdə tələbkar yenidən ərizə ilə müraciət edərək, borclunun cəmi 500,00 manat məbləğində ödəniş etdiyini bildirərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bundan sonra borclunun ölkədən getmək hüququnun məhdudlaşdınlmaslna dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 8(006)-297/2022 saylı qərardadı İcra olunması üçün 23 yanvar 2023-cü il tarixdə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən qərardad 25 yanvar 2023-cü il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə, məlumat üçün isə tərəflərə göndərilmişdir. Borclunun iş yerlərindən heç bir ödəniş olunmamışdır. Belə ki, hər iki MMCnin icraçı direktoru borclu özü olduğu üçün əmək haqqına yönəldilməsi ilə bağlı icra məmurunun məktubunu qərəzli şəkildə icra etməmiş və məhkəmə qərarının icrasından yayınmışdır. Borclunun qeydiyyatda olduğu ünvana gedilmiş, mənzilə baxış keçirilmiş və tələbi yönəldilə biləcək borcluya məxsus hər hansı bir əmlak aşkar edilməmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin sənədlər üzərində olduğunu, nəqliyyat vasitəsinin mövcud olmadıdığını bildirərək nəqliyyat vasitəsindən imtina edərək icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 04 iyul 2023cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin böyük icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 10-15-ci vərəqlərində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(012)-788/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 79950 ABŞ dolları borc olaraq, 3150 ABŞ dolları maddi ziyan olaraq cəmi 83100 ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə məzənnəsinə uyğun, dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul alınaraq X2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cinayət işinin 16-17-ci vərəqlərində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(012)-788/2020 nömrəli icra vərəqinin surətindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 79950 ABŞ dolları borc olaraq, 3150 ABŞ dolları maddi ziyan olaraq cəmi 83100 ABŞ dolları ödəniş günü Azərbaycan manatı ilə məzənnəsinə uyğun, dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul alınaraq X2 ödənilməsi qət edilmişdir. Cinayət işinin 18-ci vərəqində olan xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-788/2020 nömrəli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-276/2022 nömrəli qərardadından görünür ki, təqdimatın təmin edilməsi, borclu Təqsirləndirilən şəxs məxsus olan “Vaz 21213” minik markalı. **- GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cinayət işinin 37-39-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli, 8(006)-297/2022 nömrəli qərardaddan görünür ki, təqdimatın təmin edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1961-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 49-50-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4111/2022 nömrəli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Cinayət işinin 56-58-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-297/2022 saylı qərardadından görünür ki, təqdimatın təmin edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. Cinayət işinin 64-67-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4111/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Cinayət işinin 144-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay şərti cəzaya məhkum edilmişdir. Cinayət işinin 182-183-cü vərəqlərində olan “Qətimkan tədbiri seçmək haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 194-195-ci vərəqlərində olan “Qətimkan tədbirinin şərtlərinin pozulduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarışın elan edilməsi və tutulması haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və onun tutularaq DİN-in Bakı şəhəri Yasamal RPİ-nin X5 təhvil verilməsi və bu barədə dərhal müstəntiqə məlumat verilməsi qərara alınmışdır. Cinayət işinin 202-ci vərəqində olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 51-1/2-1760 nömrəli məktubdan görünür ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Cinayət işinin 214-215-ci vərəqlərində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 217-ci vərəqində olan “Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları ilə sübuta yetirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin mövqeyi öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-4111/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Təqsirləndirilən şəxs borcunu danmadığını, ödəyəcəyini, hazırda ayda 1000 manat ödəniş edə biləcəyini bildirmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin ikinci abzasına görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşı o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-788/2020 saylı qətnaməsinin icrası üzrə müəyyən olunmuş və ödənilməmiş qalan pul məbləğinin tələbkar şəxsin xeyrinə ödəmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-173/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-173/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver