Məhkəmə qərarları › İş №1(006)-174/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-174/2020

08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-174/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, x1 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsiştirakları ilə 02 avqust 1989-cuil tarixdə Lənkəran rayonunu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olmayan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə özgənin əmlakını açıq talama məqsədilə 24 fevral 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi VAZ 21012 markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi əyləşib «28 May» metrostansiyası istiqamətinə sürdürmüş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 saylı ünvanın yaxınlığında hərəkətdə olan zaman taksi sürücüsü Zərərçəkmiş şəxs məxsus avtomobilin salonunda alın şüşəsinə yapışdırılmış telefon aparatlarının saxlanılması üçün nəzərdə tutulmuş qurğunun içərisində olan 1 ədəd 80 manat dəyərində «Samsung» markalı, SM-G532F/DS modelli mobil telefon aparatını saxlandığı yerdən sahibinin iradəsinə zidd şəkildə götürüb ona lazım olduğunu bildirib cibinə qoyaraq ələ keçirmiş, daha sonra öz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ona pul verməsini tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 40 saylı ünvanın yaxınlığında hərəkətdə olan zaman avtomobilin qol altı hissəsinin qapağını açıb həmin yerdə Zərərçəkmiş şəxs 25 manat pulunu götürüb cibinə qoyub ələ keçirdikdən sonra avtomobili ünvan 4 saylı ünvanın kəsişməsində saxlatdırıb avtomobildən düşərək hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 105 manat dəyərində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 fevral 2020-ci il tarixdə tanışları Xalid və Namiq adlı şəxslərlə Binəqədi rayonunda DSK yolu adlanan ərazidə adını xatırlamadığı kafedə 1 litrlik həcmdə 2 şüşə araq içmiş, sonra özünə ardıcıl olaraq 4 bokal pivə sifariş edib içmişdir. Təxminən 17:30 radələrində qonşuları ilə kafedən çıxıb küçədə taksi saxladıb taksiyə əyləşərək əvvəlcə Binəqədi rayonuna, Binəqədinin mərkəzinə, sonra isə onu 28 May metrosu tərəfə aparmağı bildirmişdir. Taksi sürücüsü onları Binəqədinin mərkəzinə gətirdikdən sonra qonşuları Xalid və Namiq avtomobildən düşmüşlər. Bundan sonra taksi sürücüsü avtomobili 28 May metrosu istiqamətinə sürmüşdür. O, həddindən artıq sərxoş olmuş, yolda Azadlıq metrosu tərəfə çatdıqda taksi sürücüsünə həbsxanadan təzə azad olunduğunu, 8 ildir ki, həbsxanada olduğunu demişdir. Taksi sürücüsünə “vəziyyətinin yaxşı olduğunu, içdiyini” demişdir. Taksi sürücüsünün ona həvəslə qulaq asdığını görüb adının Elvin olduğunu, ləqəbinin isə “Malış” olduğunu, onu bütün Binəqədi əhalisinin “Malış” ləqəbi ilə tanıdığını bildirmişdir. Nəsimi rayon Polis İdarəsinin yaxınlığına çatdıqda taksi sürücüsünün ondan çəkindiyini, yəni qorxduğunu görüb avtomobilin şüşəsinə bərkidilmiş qabın içində olan “Samsung J2” markalı mobil telefonu götürərək sürücüyə telefonu ona verməsini demişdir. Sürücü əlindən telefonu geri alaraq yerinə qoymuş, bu hərəkətdən sonra sürücüyə əsəbləşərək ona üzərində “bıçağım və silahım olduğunu istəyirsənsə göstərim” demişdir. Bundan sonra yalandan əlini belinə tərəf apardıqda sürücü qorxaraq ona ehtiyac yoxdu, göstərmə demişdir. Sürücünün qorxduğunu hiss edib mobil telefonunu götürmüşdür. Mobil telefonu götürdükdən sonra sürücü kodu açmaq üçün telefonu ondan geri almış, mobil telefonun kodunu açdıqdan sonra mobil telefonu sürücüdən geri alaraq sürücüyə “mən götürdüyüm şeyi geri qaytarmıram” demişdir. Sonra mobil telefonun qapağını açaraq içərisində olan mobil nömrələri mobil telefonun içərisindən çıxarıb sürücüyə vermiş, mobil telefonu isə götürmüşdür. Təxminən 50 metr yol getdikdən sonra Azadlıq prospekti 40 saylı ünvanın qarşısında sürücüyə “20-30 manat pul köməklik et içəridə qardaşlara iynədərman alacam” demişdir. Sürücü ona pulunun olmadığını dedikdən sonra avtomobilin qol altı yerini açaraq qol altında olan 25 manat pulunu götürmüş, işıqforu keçdikdən sonra Azadlıq prospekti ilə S.Əsgərova küçəsi 164 saylı ünvanın kəsişməsində taksi avtomobilini saxladaraq avtobildən düşüb getmişdir. Səhər 25 fevral 2020-ci il tarixdə saat 12 radələrində yuxudan oyandıqda cibində “Samsung J2” markalı mobil telefonu görüb, bir gün əvvəl taksi sürücüsünün mobil telefonunu əlindən alması yadına düşmüşdür. Bundan sonra polis əməkdaşlarının onu axtardığından xəbər tutduqda Nəsimi RPİ-nin 22-ci PŞ-nə gedərək etdiyi cinayəti səmimi olaraq etiraf etmiş, etdiyi əməldən peşiman olduğunu bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, o,özünə məxsus “VAZ 21012” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 24 fevral 2020-ci il tarixdə təxminən 17:30 radələrində taksi fəaliyyəti ilə məşğul olarkən Binəqədi rayonu, “Lərvər” marketdən 150 metr irəlidə 3 nəfər şəxs əl edib avtomobili saxladaraq avtomobilə əyləşmişlər. İrəlidə əyləşən tanımadığı şəxs Binəqədinin mərkəzinə tərəfə sürməyi, sonra isə 28 May metrosuna tərəf sürməyi bildirmişdir. Avtomobili sürüb Binəqədi rayonu, kənd Binəqədi deyilən yerə çatdıqda avtomobildən arxada əyləşən 2 nəfər şəxs düşüb getmiş, bundan sonra avtomobili 28 May metrosu istiqamətinə tərəf sürmüşdür. Avtomobili sürərkən yolda Azadlıq metrosu tərəfə çatdıqda avtomobildə əyləşən sonradan adını polis əməkdaşlarından öyrəndiyi Təqsirləndirilən şəxs ona “dünəndən içəridən çıxmışam, 8 ildi içəridəydim” demişdir. Ondan nə səbəbə həbs olunduğunu soruşduqda “Binəqədinin müstəntiqini söyüş üstündə öldürmüşdüm” demişdir. Təqsirləndirilən şəxs sərxoş olduğunu görüb ona “deyəsən vəziyyətin yaxşıdı” demiş, Elvin isə ona hə içmişəm, vəziyyətim əladı demişdir. Bundan sonra avtomobil hərəkətdə olarkən Elvin ona adının Elvin olduğunu, bütün Binəqədi əhalisinin onu “Malış” ləqəbi ilə tanıdığını demişdir. Nəsimi rayonu, Azadlıq prospekti 60 saylı ünvanın qarşısına çatdıqda Elvin avtomobilin şüşəsinə qoyduğu “Samsung J2” markalı mobil telefonu götürərək “bunu mənə ver demiş, sürücü əvvəlcə Elvinin əlindən mobil telefonunu alaraq yenə şüşənin qarşısına avtomobilin önünə qoymuşdur. Bundan sonra Elvin ona “bıçağım və silahım belimdədi istəyirsən göstərim” deyib əlini belinə tərəf apardıqda o qorxub Elvinə ehtiyac yoxdu göstərmə demişdir. Bundan sonra Elvin yenə onun mobil telefonunu götürmüşdür. Taksi sürücüsü Zərərçəkmiş şəxs telefonu götürən Elvinə yalandan telefon mənim deyil demişdir. Bunu deməkdə məqsədi Elvinin mobil telefonu ondan almaması olmuşdur. Elvin isə ona “mən götürdüyüm şeyi geri qaytarmıram” deyib kodu açmaq üçün mobil telefonu qurdalamağa başladıqda o, whatsap proqramını silmək üçün kodu açmaq bəhanəsi ilə mobil telefonu Elvindən geri almış sonra kodu açaraq whatsap proqramını silmişdir. Bundan sonra Elvin mobil telefonun kodunu ondan soruşduqda kodu Elvinə demişdir. Daha sonra Elvin mobil telefonu ondan alaraq telefonun qapağını açıb içərisində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəni mobil telefonun içərisindən çıxarıb ona vermiş, özü isə mobil telefonu götürmüşdür. Həmin vaxt o avtomobili idarə etmiş, təxminən 50 metr getdikdən sonra Azadlıq prospekti 40 saylı ünvanın qarşısında Elvin ona “20-30 manat pul köməklik et içəridə qardaşlara iynə-dərman alacam” demişdir. Elvinə pulunun olmadığınıdedikdən sonra Elvin avtomobilin qol altıyerini açaraq qol altında olan 25 manat pulunu götürmüşdür. Elvin ona pulu götürdükdən sonra “bəs deyirdin pulum yoxdu, nə oldu” dedikdə qorxudan susub heç bir söz deməmişdir. İşıqforu keçdikdən sonra Azadlıq prospekti ilə S.Əsgərova küçəsi 164 saylı ünvanın kəsişməsində Elvin idarə etdiyi “VAZ 21012” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobili saxladaraq avtobildən düşüb getmişdir. Bundan sonra avtomobili Azadlıq propekti ilə Füzuli küçələrinin kəsişməsinə sürüb saxlamış, polisə müraciət etmək üçün tanımadığı şəxslərdən mobil telefon istəmiş, heç kim ona mobil telefon vermədikdən sonra avtomobilini sürərək yaşadığı ünvana getmişdir. Yaşadığı ünvandan DİN-nin 102 Xidmətinə zəng etmiş, sonradan baş vermiş hadisə barədə Nəsimi RPİ-nə ərizə yazmışdır. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq hadisənin 24 fevral 2020-ci il saat 19 radələrində baş verdiyini, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospekti 60 saylı ünvanın qarşısında “Samsung J 2” markalı mobil telefonunu almasını, Azadlıq prospekti 40 saylı ünvanın qarşısında isə 25 manat pulunu aldıqdan sonra Azadlıq prospekti ilə S.Əsgərova küçəsi 164 saylı ünvanın qarşısında avtomobili saxladaraq düşüb getdiyini, Təqsirləndirilən şəxs ona qarşı heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 24 fevral 2020-ci il tarixdə xalası oğlu Namiq və qonşuluqda yaşayan Elvinlə Binəqədi rayonunda DSK yolu tərəfdə “Çempion” kafesində çörək yeyib spirtli içki olan araq içmişlər. Bundan sonra onlar evə getmək istədiyini deyib kafedən çıxmışlar. Elvində onlarla birlikdə kafedən çıxmış, saat 17:30 radələrində taksi saxladaraq Binəqədinin mərkəzinə getmişlər. Elvində onlarla taksidə qabaq oturacaqda əyləşmişdir. Taksi sürücüsü onları Binəqədinin mərkəzinə gətirdikdə o və xalası oğlu Namiq avtomobildən düşmüşlər. Elvin isə taksi avtomobilini 28 May metrosu istiqamətinə sürdürmüşdür. Elvin onlara 28 May metrosu yaxınlığında dostu ilə görüşəcəyini demişdir. Bundan bir neçə gün sonra polis əməkdaşlarından öyrənmişdir ki, Elvin onları düşürüb getdikdən sonra yolda taksi avtomobilinin sürücüsünü soymuşdur. Şahid2 ifadəsində əlavə olaraq əvvəlcədən Təqsirləndirilən şəxs taksi sürücüsünə qarşı soyğunçuluq edəcəyindən məlumatı olmadığını, onun və xalası oğlu Namiqin Binəqədi rayonunda Mərkəz Binəqədidə avtomobildən düşüb getdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, şahid qismində dindirilmiş Ə.Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan 26 fevral 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-90-cı vərəqələrində olan 27 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 172-173-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci il tarixli 9/380 nömrəli rəyindən görünürki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qızılı rəngli, Viyetnam istehsalı ilan “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefonunun satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmaması, işləmə dərəcəsini nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan bazar qiyməti 80.00 manat müəyyən edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 60-62-ci və 134-cü vərəqələrindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı, SM-G532F/DS” modelli mobil telefona zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş, həmi mobil telefon maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün qəbzlə sahibinə qaytarılmışdır. Cinayət işinin 111-117-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,baş vermiş cinayət hadisəsinin video görüntüsü olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan DVD-diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25 saniyəlik video görüntünün 1-ci saniyəsindən başyaraq 7-ci saniyə qədər davam edən müddət ərzində bir nəfər əynində qara ayaqqabılı, göy rəngli rəngli cins şalvar, tünd göy rəngli üzərində sarı rəngli yazısı olan jaket, qara rəngli gödəkçə, qara rəngli papaq geymiş cavan oğlan “Vaz 21012” markalı avtomobilin yanından səkiyə tərəf piyada hərəkət edir. “Vaz 21012” markalı avtomobilin dam şüşəsinin arxa sol tərəfində taksi işarəsini bildirən reklam vardır. Video görüntünün 08-ci saniyəsindən sonra video görüntü geri qaytarılır, həmin görüntülər təkrar başladılaraq davam etdirilir. Görüntülərdə qeyd olunmuş vaxt 24 fevral 2020-ci il saat 18:56 radələrini göstərir. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 tərəfindən 13 mart 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 64-cü vərəqəsində olan AZ-İİİ seriyalı, 849554 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 21 iyun 2016-cı il tarixdə Türkiyyə Respublikasının, Uşak rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə A.M.Əliyevadır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam həcmdə ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 26 fevral 2020-ci il tarixdən 27 fevral 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsyaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlaral bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən 27 fevral 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, SM-G532F/DS modelli mobil telefon Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50(əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar