Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-174/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ali təhsilli, ailəli, məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan, barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20.02.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində turizm agentliyi kimi fəaliyyət göstərmək təyinatı üzrə qeydiyyata alınmış “xxxx” MMC-nin tur operatoru olmaqla öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs 10.07.2020-17.07.2020-ci il tarixlərdə Türkiyə Respublikası Alaniya şəhərində yerləşən “X7 SPA” otelində 6 gecə 7 gün, 2 böyük, 2 uşaq üçün olmaqla oteldə qalmaq və gediş-qayıdış haqqı daxil 3220 manat təklif etmək adı ilə söz verib aldadaraq, 18.02.2020-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “xxxx” MMC-də ilkin ödəniş olaraq 1000 manat pulunu əvəzsiz qəbul edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən turizm fəaliyyəti ilə məşğul olmuş və bu məqsədlə “xxxx” şirkəti yaratmış və Azərbaycan Respublikası, Vergilər Nazirliyindən müvafiq qeydiyyatdan keçdikdən sonra rəsmi olaraq vergi ödəyicisi kimi ********** nömrəli VÖEN almışdır. Təsisçi olduğu “xxxx” MMC sadələşdirilmiş vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyindən Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. “xxxx” turizm şirkətinin ofisi həmin ərəfədə ünvan 3 ünvanda yerləşmiş və xarici ölkələrə getmək istəyənləri o, həmin ofisdə qəbul etmişdir. Şirkətin əsas fəaliyyəti xarici ölkələrə tur paketləri təşkil etməkdən ibarət olmuş, o, vətəndaşları ofisdə qəbul etmiş, müştərilərdən pulları isə həm ofisdə, həmdə köçürülən pulları “Unibank Banka” aid Azadlıq prospektində yerləşən bankomatdan və bəzən isə vətənlaşaların özləri ilə müəyyən ünvanlarda görüşüb almış, tətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə bağlı demişdir ki, 2020-ci ilin fevral ayının ortaları İnstoqram sosial şəbəkəsində olan “xxxx” MMC-nin elanı əsasında oradakı ona məxsus ***-***-**-** GSM nömrəsi ilə Votsap vasitəsilə sonuncu onunla əlaqə saxlamış, o, özünü Vüsalə xanım kimi təqdim edib MMC-nin tur operatoru olmağını bildirmiş və danışıq əsasında o, Vüsalə xanımı işlədiyi ünvan 4 ünvanda yerləşən “xxxx” MMC-nin turizm şirkətinə dəvət etmiş, 18.02.2020-ci il tarixdə Vüsalə xanım şirkətdə onunla kabinetində görüşüb söhbət edən zaman o, 10.07.2020-17.07.2020-ci il tarixlərində Türkiyə Respublikası Alanıya şəhərində yerləşən “X8 SPA” Hotelində 6 gecə 7 gün, 2 böyük 2 uşaq üçün olmaqla oteldə qalmaq və gediş-qayıdış ilə birlikdə təyyarə biletləri daxil olmaqla 3220 manata olmasını Vüsalə xanıma təklif etdikdə Vüsalı xanım onunla razılaşaraq 18.02.2020-ci il tarixdə ilkin olaraq ona 1000 manat ödəniş etmiş və bu barədə aralannda müqavilə bağlanmış, Vüsalə xanım 1000 manat pulu ona bank və ya kassa vasitəsilə deyil əlbəəl olaraq vermiş, qalan 2220 manatı pulu isə ona təxminən 1 ay ərzində ödəməli olmuş, lakin, Vüsalə xanım ona bildirmişdir ki, gələcək 1 ay ərzində ona tam ödəniş etməyəcək. Bir hissəsini də versə qalan tam hissəni isə biletləri aldıqda ona verəcəyinə razılığına gəlmişlər. O, biletləri Vüsalə xanımın gedəcəyi gündən təxminən 15 gün əvvəl onlara verəcəyini və Vüsalə xanımda tam ödənişi həmin zaman etməli olması ilə razılaşsalarda, cari ilin, yəni 2020-ci ilin mart ayının ortaları o, Vüsalə xanımla telefon əlaqəsi saxlayaraq pulun qalan hissəsini ödəməyini tələb etdikdə Vüsalə xanım ona Dünyada və Respublikamızda tüğyan edən Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar olaraq xarici dövlətlərə çıxış olmadığını izah etmiş, o, isə Vüsalə xanıma bildirmişdir ki, əgər Vüsalə xanım turpaketdən imtina edərsə, ödədiyi 1000 manat puldan bir hissəsi tutulacaq, lakin o, Vüsalə xanıma tutulacaq pulun miqdarını deməmiş, Vüsalə xanım isə bir daha ona bildirmişdir ki, əgər onun özü tur paketdən imtina etsə, onda verdiyi puldan tutula bilər, digər səbəblər olduqda isə müştərinin pulu qaytarılmalıdır. Buna görə də Vüsalı xanım onun ilə bu hala da razılaşmışdır. Lakin, cari ilin, yəni 2020-ci İlin iyul ayında hələ də, Koronavirus pandemiyası bitmədiyindən Vüsalə xanımı Türkiyə Respublikası Alaniya şəhərinə istirahətə göndərə bilməmiş, Vüsalə xanımdan aldığı 1000 manat pulu şəxsi tələbatı üçün xərcləmiş, həmin 1000 manatdan heç bir yerə ödəniş etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, tərəfindən vurulmuş zərərin 25 faizini dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün, etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin fevral ayının ortaları İnstaqram sosial şəbəkəsində olan “xxxx” MMC-nin elanı əsasında oradakı ***-***-**-** GSM nömrəsi ilə Votsap vasitəsilə əlaqə saxlamış, həmin nömrəyə cavab verən MMC-nin tur operatoru Təqsirləndirilən şəxs ilə danışdıqda, sonuncu onu ünvan 4 ünvanda yerləşən “xxxx” MMCnin turizm şirkətinə dəvət etmiş, 18.02.2020-ci il tarixdə o, şirkətdə Təqsirləndirilən şəxs ilə kabinetində görüşüb söhbət edən zaman sonuncu 10.07.2020- 17.07.2020-ci il tarixlərində Türkiyə Respublikası Alanıya şəhərində yerləşən “X9 SPA” Hotelində 6 gecə 7 gün, 2 böyük 2 uşaq üçün olmaqla oteldə qalmaq və gediş-qayıdış ilə birlikdə təyyarə biletləri daxil olmaqla 3220 manata təklif etdiyindən o, razılaşaraq 18.02.2020-ci il tarixdə ilkin olaraq ona 1000 manat ödəniş etmiş və bu barədə aralarında müqavilə bağlanmış, pulu Təqsirləndirilən şəxs əlbəəl olaraq vermiş, qalan 2220 manatı pulu isə təxminən 1 ay ərzində ödəməli olmuş, lakin, o, Təqsirləndirilən şəxs bildirmişdir ki, gələcək 1 ay ərzində ona tam ödəniş etməyəcək. Bir hissəsini də versə qalan tam hissəni isə biletləri aldıqda verəcəyi razılığına gəlmişlə. Təqsirləndirilən şəxs biletləri gedəcəkləri gündən təxminən 15 gün əvvəl onlara verəcəyini və oda tam ödənişi həmin zaman etməli olsada, cari ilin, yəni 2020-ci ilin mart ayının ortaları Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq pulun qalan hissəsini ödəməyini tələb etdikdə o, sonuncuya Dünyada və Respublikada tüğyan edən Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət ilə əlaqədar olaraq xarici dövlətlərə çıxış olmadığını izah etmiş, Təqsirləndirilən şəxs isə bildirmişdir ki, əgər o, tur-paketdən imtina edərsə, ödədiyi 1000 manat puldan bir hissəsi tutulacaq, lakin Təqsirləndirilən şəxs ona tutulacaq pulun miqdarını deməmiş, o, isə bir daha sonuncuya bildirmişdir ki, əgər o, özü tur paketdən imtina etsə, onda verdiyi puldan tutula bilər, digər səbəblər olduqda isə müştərinin pulu qaytarılmalıdır. Buna görə də o, Təqsirləndirilən şəxs ilə bu hala da razılaşmışdır. Lakin, cari ilin, yəni 2020-ci ilin iyul ayında hələ də, Koronavirus pandemiyası bitmədiyindən o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq istədikdə, artıq Təqsirləndirilən şəxs nömrələrinə zəng çatmadığından bu günədək gözləsədə, məlum olmuşdur ki, sonuncu onun kimi bir çox insanları aldadaraq pullarını mənimsədiyinə görə barəsində hüquq mühafizə orqanları tərəfindən tədbir görülür. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, onun sonuncuya qarşı şikayət və tələbi olmadığını nəzərə alaraq sonuncu barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinin 34-46-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə 21 may 2020-ci il tarixdən 20 iyul 2020-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan 06 yanvar 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, hazırki ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə seçilmiş həbs qətimkan nəzərə alınmışdır. Cinayət işinə əlavə ediliş Nəsimi Rayon Məhkəməsinin 22 may 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə seçilmiş həbs qətimkan nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə baxışı iclası zamanı verilən 12 mart 2021-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ərizədən görünür ki, özünü təqsirli bilirək, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, tərəfindən vurulmuş zərərin 25 faizini dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 1-ci cild 87-92-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 03 noyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş 31 mart 2021-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs anası X1 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir (250 manat məbləğində pul vəsaiti). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən və 31 mart 2021-ci il tarixli qəbzdən görünür ki sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, həmçinin, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş 1000 (bir min) manat məbləğində ziyanın 25 % (iyirmi beş) faizi miqdarında, yəni 275 (iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinin tələbinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata isə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və barəsində başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmamalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili E.Q.Ağayevə məhkəməyədək istintaq dövründə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB**********1100204111 bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmasın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-174/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-174/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver