Məhkəmə qərarları › İş №1(006)-175/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-175/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-175/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, İnaatçılar qəsəbəsi, Betonzavod dairəsi adlanan ərazidə nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 nömrəli ünvanda yerləşən köşkün pəncərəsinin şüşəsini sındıraraq oraya qanunsuz daxil olub oradan bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 22 manat 10 qəpik dəyərində 13 qutu “X33 Silver” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 23 manat 80 qəpik dəyərində 14 qutu “X34 white” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 35 manat dəyərində 14 qutu “Line X q-tech” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 37 manat 50 qəpik dəyərində 15 qutu “Whinchester Silver” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 37 manat 50 qəpik dəyərində 15 qutu “Whinchester Blue” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 27 manat 50 qəpik dəyərində 11 qutu “Whinchester White” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 30 manat dəyərində 12 qutu “Whinchester Berry” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 10 manat dəyərində 4 qutu “Whinchester Watermelon” markalı, bir qutusunun qiyməti 2 manat 50 qəpik təşkil edən, ümumilikdə 52 manat 50 qəpik dəyərində 21 qutu “X4” markalı, b.r qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 30 manat 60 qəpik dəyərində 18 qutu “X17” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 23 manat 80 qəpik dəyərində 14 qutu “X12” markalı, bir qutusunun qiyməti l manat 70 qəpik təşkil edən, 1 qutu “X18” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 11 manat 90 qəpik dəyərində 7 qutu “X19 of USA” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 8 manat 50 qəpik dəyərində 5 qutu “X27 of USA” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 14 manat 40 qəpik dəyərində 9 qutu göy rəngli “Want Line X” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 12 manat 80 qəpik dəyərində 8 qutu qırmızı rəngli nazik xəttli “Want Line X” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 9 manat 60 qəpik dəyərində 6 qutu qırmızı rəngli qalın xəttli “Want Line X” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 12 manat 80 qəpik dəyərində 8 qutu “Want Line X Capsule” markalı, bir qutusunun qiyməti i manat 60 qəpik təşkil edən, ümumilikdə 11 manat 20 qəpik dəyərində 7 qutu “X28” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 12 manat 80 qəpik dəyərində 8 qutu “X31” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 22 manat 40 qəpik dəyərində 14 qutu “X32” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 12 manat 80 qəpik dəyərində 8 qutu “X35” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 49 manat dəyərində 14 qutu boz rəngli “Davidoff Reach” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 21 manat dəyərində 6 qutu göy rəngli “Davidoff Reach” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 31 manat 50 qəpik dəyərində 9 qutu “X10” markalı, bir qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən, ümumilikdə 14 manat 40 qəpik dəyərində 6 qutu “Rothmans Vivid” markalı, bir qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən, ümumilikdə 9 manat 60 qəpik dəyərində 4 qutu “Rothmans Sensation” markalı, bir qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən, ümumilikdə 9 manat 60 qəpik dəyərində 4 qutu “Rothmans Bright” markalı, bir qutusunun qiyməti 2 manat 40 qəpik təşkil edən, ümumilikdə 16 manat 80 qəpik dəyərində 7 qutu “Rothmans Progress” markalı, bir qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən, ümumilikdə 54 manat dəyərində 20 qutu “LD Ligget Ducat” markalı, bir qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən, ümumilikdə 5 manat 40 qəpik dəyərində 2 qutu “LD Umpulse Compact” markalı, bir qutusunun qiyməti 2 manat 70 qəpik təşkil edən, ümumilikdə 16 manat 20 qəpik dəyərində 6 qutu “LD Compact” markalı, bir qutusunun qiyməti 2 manat 80 qəpik təşkil edən, ümumilikdə 14 manat dəyərində 5 qutu “West Silver” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 27 manat 20 qəpik dəyərində 16 qutu “X20 Nights” markalı, bir qutusunun qiyməti 1 manat 70 qəpik təşkil edən, ümumilikdə 27 manat 20 qəpik dəyərində 16 qutu “X34 Blue” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 24 manat dəyərində 15 qutu “X36 Black” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 19 manat 20 qəpik dəyərində 12 qutu “X36 Red” markalı, bir qutusunun qiyməti 3 manat 30 qəpik təşkil edən, ümumilikdə 29 manat 70 qəpik dəyərində 9 qutu göy rəngli nazik “Winston XS” markalı, bir qutusunun qiyməti 3 manat 30 qəpik təşkil edən, ümumilikdə 9 manat 90 qəpik dəyərində 3 qutu göy rəngli qalın “Winston XS” markalı, bir qutusunun qiyməti 3 manat 30 qəpik təşkil edən, 1 qutu “Winston Superslim” markalı, bir qutusunun qiyməti 3 manat 30 qəpik təşkil edən, ümumilikdə 16 manat 50 qəpik dəyərində 5 qutu “Winston XS X25” markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik təşkil edən, ümumilikdə 16 manat 50 qəpik dəyərində 11 qutu “X29" markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik təşkil edən, ümumilikdə 10 manat 50 qəpik dəyərində 7 qutu “X21” markalı, bir qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən, ümumilikdə 14 manat 40 qəpik dəyərində 8 qutu göy rəngli “X22” markalı, bir qulusunun qiyməti 1 manat 80 qəpik təşkil edən, ümumilikdə 9 manat dəyərində 5 qutu qırmızı rəngli “X22” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 19 manat 20 qəpik dəyərində 12 qutu qırmızı rəngli “X37” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 9 manat 60 qəpik dəyərində 6 qutu göy rəngli “X37” markalı, bir qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən, ümumilikdə 30 manat 60 qəpik dəyərində 17 qutu nazik “Viceroy Silver” markalı, bir qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən, ümumilikdə 27 manat dəyərində 15 qutu nazik “Viceroy Blue” markalı, bir qutusunun qiyməti 1 manat 80 qəpik təşkil edən, ümumilikdə 18 manat dəyərində 10 qutu nazik “Viceroy White” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 16 manat dəyərində 10 qutu qızılı rəngli “X30” markalı, bir qutusunun qiyməti 1 manat 60 qəpik təşkil edən, ümumilikdə 14 manat 40 qəpik dəyərində 9 qutu göy rəngli “X30” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 17 manat 50 qəpik dəyərində 5 qutu “X38” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 17 manat 50 qəpik dəyərində 5 qutu “Kent Silver” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edən, ümumilikdə 17 manat 50 qəpik dəyərində 5 qutu “Kent Crystal” markalı, bir qutusunun qiyməti 3 manat 50 qəpik təşkil edsn, ümumilikdə 17 manat 50 qəpik dəyərində 5 qutu “X13” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 10 manat dəyərində 5 qutu “X8 ” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən. 1 qutu “X5 ” markalı, bir qutusunun qiyməti 2 manat 80 qəpik təşkil edən, ümumilikdə 11 manat 20 qəpik dəyərində 4 qutu “West Silver“ markalı, bir qutusunun qiyməti 2 manat 80 qəpik təşkil edən, ümumilikdə 8 manat 40 qəpik dəyərində 3 qutu “X39” markalı, bir qutusunun qiyməti 2 manat 80 qəpik təşkil edən, ümumilikdə 5 manat 60 qəpik dəyərində 2 qutu “X14” markalı, bir qutusunun qiyməti 1 manat 50 qəpik təşkil edən, ümumilikdə 3 manat dəyərində 2 qutu “Prima Deluxe” markalı siqaretləri, 01 ədəd 15 manat dəyərində markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasını, 01 ədəd 40 manat dəyərində “Kervay” markalı istifadə olunmuş müşahidə kamerasını, 01 ədəd 60 manat dəyərində, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasını, 01 ədəd 15 manat dəyərində Çin istehsalı olan “TP-Link” markalı, “TL- WR841N” modelli istifadə olunmuş modern aparatını, 01 ədəd 40 manat dəyərində markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazını, , gizli olaraq talamaqla zərərçəkmiş şəxs X2 ümumilikdə 1325( min üç yüz iyirmi beş) manat 10 (on) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində, tək piyada Bakı şəhəri, Nəsimi rayonu ərazisində Cavadxan küçəsi ilə oğurluq etmək niyyəti ilə hərəkət edərkən, Cavadxan küçəsi 1 saylı ünvanın qarşısında köşk görmüş və pul əldə etmək üçün köşkdən oğurluq etmək qərarına gəlmişdir. Belə ki yerdən bir dəmir parçası götürərək köşkün ön tərəfində olan pəncərənin şüşəsini sındırmış və oradan köşkə daxil olmuşdur. Köşkdə rəflərdə çox sayda müxtəlif markalarda siqaret olduğunu görmüşdür. Köşkdə olan siqaretləri orada olan zibil vedrəsinə doldurmuş, bundan sonra 3 ədəd müşahidə kamerasını, wifı aparatını söküb özü ilə götürmüşdür. Bundan əlavə köşkdə ön rəfdə olan bir ədəd qara rəngli qəbz çap edən aparatı da götürüb köşkü tərk etmişdir. Yolu piyada gedərəkən önünə çıxan zibil yerindən iki ədəd zibil çantası tapmış və vedrədə olan siqaretləri, özü ilə götürdüyü digər əşyaları həmin zibil çantasına dolduraraq piyada Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazi tərəfə doğru hərəkət etmişdir. Həmin vaxtı binaların arasında bir neçə saat gözləmişdir ki hava açılsın, insanlar çoxalsın ki özünə qarşı diqqət cəlb etməmiş olsun. Səhər saat 05 radələrində Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında olanda artıq orada adam çox imiş və o, Sumqayıt şəhəri istiqamətinə gedən taksilər arasında dayanmış boz rəngli “Opel’markalı, nömrəsini xatırlamadığı taksiyə yaxınlaşaraq xəstəsi olduğunu bildirmiş və getməli olduğunu demişdir. Həmin avtomobilin yük hissəsinə əlində olan çantaları yığmışdır, hərəkətə başlayarkən yolda Nəsimi rayonu ərazisində polis əməkdaşları avtomobili saxlamışlar və sonuncuya oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına bildirmişdir ki, Nəsimi rayonu ərazisində oğurluq etmişdir. Daha sonra, özünü təqsirli bilməsini, oğurlanmış əşyaların çox hissəsinin qaytardığını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İ.Ə.Mehdiyev ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən icarə əsasında ünvan 1 saylı ünvanda yerləşən Köşkü işlədir. Həmin köşkdə siqaretlər, spirtsiz içkilər, ərzaq və digər məmulatlar, satır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 05 radələrində yaxın ərazilərdə yaşayan qiyabi olaraq tanıdığı adını xatırlamadığı şəxs sonuncuya zəng edərək köşkdən oğurluq olduğunu bildirmiş və o, dərhal həmin ünvana getmişdir. O, köşkə getdikdə köşkün şüşəsinin sınıq olduğunu görmüşdür və anlamışdır ki köşkdən oğurluq olmuşdur. Köşkə daxil olduqda təxminən 2.000 manat dəyərində müxtəlif markalara məxsus siqaretlərin, bundan başqa köşkdə olan 250 manat dəyərində “Kervay” markalı müşahidə kamerası aparatının 3 ədəd müşahidə kamerasını (naqilləri ilə birlikdə), 40 manat dəyərində ‘TP-link markalı” wifı aparatını və mobil nömrələrə vəsait köçürülməsi üçün qəbz çap edən 60 manat dəyərindəi “Mobile Priner” aparatının yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə ilə bağlı polis şöbəsinə müraciət etmişdir, polis əməkdaşları hadisə yerinə gəlmişlər və hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində sonuncuya təxminən 2350 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, zərərçəkmiş şəxs İ.Ə.Mehdiyev məhkəmədə oğurlanmış əşyaların çox hissəsinin(1325 manat 10 qəpik) ona geri qaytarıldığını da bildirdi. Cinayət işinin 57-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 96-100-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 199-200-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 113-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/5750 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 13 ədəd X34 Silver, 14 ədəd X34 White, 14 ədəd Line X q-tech, 15 ədəd Winchester Silver, 15 ədəd Winchester Blue, 11 ədəd Winchester White, 12 ədəd Winchester Berry, 4 ədəd Winchester Watermelon, 21 ədəd X6, 18 ədəd X17, 14 ədəd X12, 1 ədəd X18, 7 ədəd X19 of USA, 5 ədəd X27 of USA, 9 ədəd Want Line X göy xətt, 8 ədəd Want Line X qırmızı xətt nazik, 6 ədəd Want Line X qırmızı xətt qalın, 8 ədəd Want Line X Capsule, 7 ədəd X28, 8 ədəd X31, 14 ədəd X32, 8 ədəd X35, 14 ədəd X23, 6 ədəd Davidoff Reaeh Göy, 9 ədəd X10, 6 ədəd Rothmans Vivid, 4 ədəd Rothmans Sensation, 4 ədəd Rothmans Bright, 7 ədəd Rothmans Progress, 20 ədəd LD Liggett Ducat, 2 ədəd LD Umpulse Compact, 6 ədəd LD Compact, 5 ədəd West Silver, 16 ədəd X24 Nights, 16 ədəd X34 Blue, 15 ədəd X40 Black, 12 ədəd X36 Red, 9 ədəd Winston XS göy nazik, 3 ədəd Winston XS göy qalın, 1 ədəd Winston Superslim, 5 ədəd Winston XS X25, 11 ədəd X29, 7 ədəd X21, 8 ədəd X22 göy, 5 ədəd X9rmızı, 12 ədəd X37 Qırmızı, 6 ədəd X37 Göy, 17 ədəd X11, 15 ədəd X26. 10 ədəd X16, 10 ədəd X30 Qızılı, 9 ədəd X30 Göy, 5 ədəd X38, 5 ədəd Kent Silver, 5 ədəd Kent Crystal, 5 ədəd X13, 5 ədəd X8, 1 ədəd X5, 4 ədəd West Silver, 3 ədəd X39, 2 ədəd X14, 2 ədəd Prima Deluxe markalı siqaretlərin və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd “Kervay markalı” istifadə olunmuş müşahidə kamerasının,01 ədəd, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd Çin istehsalı olan “TP-Link” markalı, “TL-WR841N” modelli istifadə olunmuş modern aparatının və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazının ümumi dəyəri 1325 manat 10 qəpik müyyən edilir. Cinayət işinin 114-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3552 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 125-127-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus müxtəlif markalı siqaretlər, 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd “Kervay markalı” istifadə olunmuş müşahidə kamerasının,01 ədəd, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd Çin istehsalı olan “TP-Link” markalı, “TL-WR841N” modelli istifadə olunmuş modern aparatının və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazı maddi sübut kimi tanınmışdır. Cinayət işinin 131-132-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, 13 ədəd X34 Silver, 14 ədəd X34 White, 14 ədəd Line X q-tech, 15 ədəd Winchester Silver, 15 ədəd Winchester Blue, 11 ədəd Winchester White, 12 ədəd Winchester Berry, 4 ədəd Winchester Watermelon, 21 ədəd X6, 18 ədəd X17, 14 ədəd X12, 1 ədəd X18, 7 ədəd X19 of USA, 5 ədəd X27 of USA, 9 ədəd Want Line X göy xətt, 8 ədəd Want Line X qırmızı xətt nazik, 6 ədəd Want Line X qırmızı xətt qalın, 8 ədəd Want Line X Capsule, 7 ədəd X28, 8 ədəd X31, 14 ədəd X32, 8 ədəd X35, 14 ədəd X23, 6 ədəd Davidoff Reaeh Göy, 9 ədəd X10, 6 ədəd Rothmans Vivid, 4 ədəd Rothmans Sensation, 4 ədəd Rothmans Bright, 7 ədəd Rothmans Progress, 20 ədəd LD Liggett Ducat, 2 ədəd LD Umpulse Compact, 6 ədəd LD Compact, 5 ədəd West Silver, 16 ədəd X24 Nights, 16 ədəd X34 Blue, 15 ədəd X36 Black, 12 ədəd X36 Red, 9 ədəd Winston XS göy nazik, 3 ədəd Winston XS göy qalın, 1 ədəd Winston Superslim, 5 ədəd Winston XS X25, 11 ədəd X29, 7 ədəd X21, 8 ədəd X22 göy, 5 ədəd X9rmızı, 12 ədəd X37 Qırmızı, 6 ədəd X37 Göy, 17 ədəd X11, 15 ədəd X26. 10 ədəd X16, 10 ədəd X30 Qızılı, 9 ədəd X30 Göy, 5 ədəd X38, 5 ədəd Kent Silver, 5 ədəd Kent Crystal, 5 ədəd X13, 5 ədəd X8, 1 ədəd X5, 4 ədəd West Silver, 3 ədəd X39, 2 ədəd X14, 2 ədəd Prima Deluxe markalı siqaretlərin və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd “Kervay markalı” istifadə olunmuş müşahidə kamerasının,01 ədəd, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd Çin istehsalı olan “TP-Link” markalı Wifi aparatının və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazı Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, oğurlanmış əşyaların çox hissəsinin geri qaytarılmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq iki il keçmədən yəni xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 3552 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut hesab edilən 13 ədəd X34 Silver, 14 ədəd X34 White, 14 ədəd Line X q-tech, 15 ədəd Winchester Silver, 15 ədəd Winchester Blue, 11 ədəd Winchester White, 12 ədəd Winchester Berry, 4 ədəd Winchester Watermelon, 21 ədəd X6, 18 ədəd X17, 14 ədəd X12, 1 ədəd X18, 7 ədəd X19 of USA, 5 ədəd X27 of USA, 9 ədəd Want Line X göy xətt, 8 ədəd Want Line X qırmızı xətt nazik, 6 ədəd Want Line X qırmızı xətt qalın, 8 ədəd Want Line X Capsule, 7 ədəd X28, 8 ədəd X31, 14 ədəd X32, 8 ədəd X35, 14 ədəd X23, 6 ədəd Davidoff Reaeh Göy, 9 ədəd X10, 6 ədəd Rothmans Vivid, 4 ədəd Rothmans Sensation, 4 ədəd Rothmans Bright, 7 ədəd Rothmans Progress, 20 ədəd LD Liggett Ducat, 2 ədəd LD Umpulse Compact, 6 ədəd LD Compact, 5 ədəd West Silver, 16 ədəd X24 Nights, 16 ədəd X34 Blue, 15 ədəd X36 Black, 12 ədəd X36 Red, 9 ədəd Winston XS göy nazik, 3 ədəd Winston XS göy qalın, 1 ədəd Winston Superslim, 5 ədəd Winston XS X25, 11 ədəd X29, 7 ədəd X21, 8 ədəd X22 göy, 5 ədəd X9rmızı, 12 ədəd X37 Qırmızı, 6 ədəd X37 Göy, 17 ədəd X11, 15 ədəd X26. 10 ədəd X16, 10 ədəd X30 Qızılı, 9 ədəd X30 Göy, 5 ədəd X38, 5 ədəd Kent Silver, 5 ədəd Kent Crystal, 5 ədəd X13, 5 ədəd X8, 1 ədəd X5, 4 ədəd West Silver, 3 ədəd X39, 2 ədəd X14, 2 ədəd Prima Deluxe markalı siqaretlərin və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd “Kervay markalı” istifadə olunmuş müşahidə kamerasının,01 ədəd, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd Çin istehsalı olan “TP-Link” markalı Wifi aparatının və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazı Zərərçəkmiş şəxs təhvil verildiyindən sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 13 ədəd X34 Silver, 14 ədəd X34 White, 14 ədəd Line X q-tech, 15 ədəd Winchester Silver, 15 ədəd Winchester Blue, 11 ədəd Winchester White, 12 ədəd Winchester Berry, 4 ədəd Winchester Watermelon, 21 ədəd X6, 18 ədəd X17, 14 ədəd X12, 1 ədəd X18, 7 ədəd X19 of USA, 5 ədəd X27 of USA, 9 ədəd Want Line X göy xətt, 8 ədəd Want Line X qırmızı xətt nazik, 6 ədəd Want Line X qırmızı xətt qalın, 8 ədəd Want Line X Capsule, 7 ədəd X28, 8 ədəd X31, 14 ədəd X32, 8 ədəd X35, 14 ədəd X23, 6 ədəd Davidoff Reaeh Göy, 9 ədəd X10, 6 ədəd Rothmans Vivid, 4 ədəd Rothmans Sensation, 4 ədəd Rothmans Bright, 7 ədəd Rothmans Progress, 20 ədəd LD Liggett Ducat, 2 ədəd LD Umpulse Compact, 6 ədəd LD Compact, 5 ədəd West Silver, 16 ədəd X24 Nights, 16 ədəd X34 Blue, 15 ədəd X36 Black, 12 ədəd X36 Red, 9 ədəd Winston XS göy nazik, 3 ədəd Winston XS göy qalın, 1 ədəd Winston Superslim, 5 ədəd Winston XS X25, 11 ədəd X29, 7 ədəd X21, 8 ədəd X22 göy, 5 ədəd X9rmızı, 12 ədəd X37 Qırmızı, 6 ədəd X37 Göy, 17 ədəd X11, 15 ədəd X26. 10 ədəd X16, 10 ədəd X30 Qızılı, 9 ədəd X30 Göy, 5 ədəd X38, 5 ədəd Kent Silver, 5 ədəd Kent Crystal, 5 ədəd X13, 5 ədəd X8, 1 ədəd X5, 4 ədəd West Silver, 3 ədəd X39, 2 ədəd X14, 2 ədəd Prima Deluxe markalı siqaretlərin və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd “Kervay markalı” istifadə olunmuş müşahidə kamerasının,01 ədəd, üzərində “PG207” model yazıları olan istifadə olunmuş müşahidə kamerasının, 01 ədəd Çin istehsalı olan “TP-Link” markalı Wifi aparatının və 01 ədəd markalanmasına dair üzərində heç bir məlumat olmayan qara rəngli mobil printer cihazı Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar