Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-175/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6 qızının iştirakları ilə xx xxxxxx 1978-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-392/2022-ci il saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədilə 17 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanında yerləşən “X11”in qarşısında saxlanılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus “Skoda Rapid” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının həmin avtomobili etibarnamə əsasında idarə edən Şahid2 tərəfindən zərurət olduğu halda yerinin dəyişdirilməsi məqsədilə orada avtomobillərə gözətçilik edən oğlu Şahid1 verildiyini və avtomobilin açarının sonuncu tərəfindən həmin yerdə qutunun içərisinə qoyulduğunu bilib, açarı gizli götürərək avtomobili hərəkətə gətirib idarə edərək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və həmin gün saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi ilə kəsişmədə idarəetməni itirib yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-və 42582 (qırx iki min beş yüz səksən iki) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. İştirak etdiyi məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, şizofreniya xəstəliyindən əziyyət çəkir və dəfələrlə 2 saylı psixiatriya xəstəxanasında müalicə almışdır. 2021-ci ildən Nəsimi rayonu, K.Səfərəliyev küçəsində saxlanılan avtomobillərə nəzarət edir. 2022-ci ilin əvvəllərində həmin küçədə yerləşən şirkətin işçisi olan bir xanım avtomobilini park edərkən digər maşınlara maneçilik törətməməyə görə avtomobilinə məxsus açarları oğlu Bəylərə vermişdir. Həmin dayanacaqda arabir oğlu Bəylərə kömək üçün onu əvəz etmişdir. 17 avqust 2022-ci il tarixdə dayanacağa oğlu Bəyləri əvəz elmək üçün gəlmiş, şirkətdə işləyən həmin xanımın avtomobilinin yerini dəyişmək lazım olduğu üçün ona məxsus qırmızı rəngli “Şkoda” markalı avtomobilin açarlarını digər avtomobillərə məxsus qutunun içərisində olan açarların içərisindən götürüb avtomobilə əyləşmiş və avtomobilin yerini dəyişdikdən sonra şəhərdə sürmək qərarına gəlmişdir. Həmin avtomobili ünvan 3 ünvanından götürüb idarə edərək Səbail rayonu, Neftçilər prospektindən üzü “Dəniz Vağzalı” istiqamətində hərəkət etmiş, həmin küçənin kəsişməsində yerləşən R.Zorge küçəsi istiqamətinə manevr edərkən idarə etməni itirərək yol nəçliyyat hadisəsi törətmişdir. Həmin vaxtı ona polis əməkdaşı yaxınlaşaraq onu Nəsimi Rayon Polis idarəsinin 22-ci Polis Şöbəsinə gətirmişdir. Avtomobili yalnız sürmək məqsədi ilə idarə etməsini, avtomobili qaçırarkən bu barədə oğlu Bəylərin xəbəri olmamasını, hadisə vaxtı tək olmasını, özünün isə heç bir xəsarət almamasını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobili qanunsuz ələ keçirmək məqsədilə 17 avqust 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanında yerləşən “X11”in qarşısında saxlanılmış Zərərçəkmiş şəxs MMC-yə məxsus “Skoda Rapid” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarının həmin avtomobili etibarnamə əsasında idarə edən X3 tərəfindən zərurət olduğu halda yerinin dəyişdirilməsi məqsədilə orada avtomobillərə gözətçilik edən oğlu Şahid1 verildiyini və avtomobilin açarının sonuncu tərəfindən həmin yerdə qutunun içərisinə qoyulduğunu bilmiş, açarı gizli götürərək avtomobili hərəkətə gətirib idarə edərək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış və həmin gün saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi ilə kəsişmədə idarəetməni itirib yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 19.991.907 manat məqbləğində xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının 16-dan "xxxx" MMC-də tibbi nümayəndə kimi işləyir, həmin şirkət tərəfindən ona etibarnamə əsasında idarə etmək üçün “Skoda Rapid” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobil verilmiş, lakin avtomobili idarə etmək üçün hər ay etibarnamə Zərərçəkmiş şəxs tərəfindən onlayn formada ona verilmişdir. 17 avqust 2022ci il tarixdə saat 16:00 radələrində idarə etdiyi avtomaşınla işlədiyi "xxxx" MMC-yə toplantı üçün getmiş, həmişə olduğu kimi avtomobili həmin “Time Business” mərkəzinin qarşısında park edib avtomobilə məxsus açarları orada parklamaya nəzarət edən Bəylər adlı şəxsə vermiş, açarları verməkdə məqsədi avtomobili zibil qutusunun yanında saxladığı üçün yoldan keçən avtomobillərə və zibil maşınına maneə törədərsə avtomobili yalnız onun razılığı əsasında yerini digər yerə dəyişdirə bilməsi olmuş və həmin şərtlə açarları Bəylərə vermiş, hətta ofisə qalxarkən Bəylərə bir daha maşının yerini dəyişmək lazım olsa ona demədən avtomobili idarə etməməsini bildirmiş, o, hər dəfə avtomobilə məxsus açarları Bəylərə verməmiş, nə vaxt avtomobili düz park etmədiyi hallarda açarları ona vermiş və avtomobili xəbəri olmadan idarə etməsinə bir mənalı qadağa qoymuş, həmişə Bəylərə avtomobili hər hansı bir nəqliyyat vasitəsinə maneə törədərsə onunla əlaqə saxlamağı, işi olarsa avtomobilin yerini dəyişməyinə icazə verməsini bildirmiş, həmin günü avtomobili zibil qutusunun yaxınlığında saxlayıb açarı Bəylərə versə də ona zibil maşınına maneə yaratsa özünə xəbər etməsini, xəbəri olmadan avtomobili idarə etməməsini bildirərək, həmin şərtlə açarları Bəylərə verib ofısə getmiş, həmin günü saat 17:40 radələrində işdən çıxıb maşını park etdiyi yerə getmiş, lakin maşının yerində olmadığını aşkar etmiş, sonra maşını özü axtarmağa başlamış, parkovkaya nəzarət edən Bəylər orada olmamış, o, maşını axtararkən həyətdə olan tanımadığı şəxslər “xanım siz nə axtarırsınız?” deyə soruşduqda ona qırmızı rəngli maşını orada park etməsini, lakin maşının yerində olmamasını bildirdikdə həmin şəxslər maşınının bir nəfər kişi tərəfindən idarə edərək getməsini bildirdikdə maşının qaçırılmasını başa düşüb bu barədə dərhal polisə xəbər vermək istəyən vaxtı mobil nömrəsinə zəng gələrək, idarə etdiyi avtomobilin qəza törətməsi bildirilmiş, həmin vaxtı Bəylər ona yaxınlaşanda ondan maşının harada olmasını soruşduqda bilmədiyini bildirmiş, o, dərhal hadisə yerinə getmiş və avtomobilə ciddi ziyan dəyməsini görmüş, polis şöbəsində ona hadisəni törədən parklamada işləyən Bəylər adlı şəxsin atası Təqsirləndirilən şəxs olması bildirilmişdir. Məhkəməyədək icraat dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, onunla bir ünvanda yaşayır, atası Ramil şizofreniya xəstəliyindən əziyyət çəkir, bir neçə dəfə 2 saylı psixiatriya xəstəxanasında müalicə almasına görə heç yerdə işləmir, o, ailəni dolandırmaq üçün yaşadığı həyətdə inşa edilmiş “Time Business” mərkəzinin qarşısında şirkət işçilərinə məxsus avtomobillərə nəzarət edir, yəni parkovşik kimi fəaliyyət göstərir, bunun müqabilində həmin avtomobil sürücüləri gündəlik ona hörmət edir, həmin pullara evə ərzaq alır, hərdən atası Ramil orada ona kömək edərək maşınların parkovkasına nəzarət edir, X2 təxminən 2-3 aya yaxın müddətdir tanıyır, Nətavan xanım “Time Business” mərkəzinin 6-cı mərtəbəsində yerləşən "xxxx" MMC-yə gündəlik təxminən 14-15 radələrində gəlmiş və idarə etdiyi avtomobili orada park etmiş, hərdən bir də avtomobilinə məxsus açarı lazım olsa avtomobilin yerini dəyişmək üçün ona vermiş, lakin avtomobili öz icazəsi olmadan heç vaxt idarə etməmiş, çünki özü ona hər dəfə avtomobilin yerini dəyişmək lazım olsa özünə deməsini bildirmişdir. 17 avqust 2022-ci il tarixdə saat 16 radələrində Nətavan xanım avtomobili ilə işə gəlmiş və avtomobili saxlayıb açarları ona verərək avtomobilin zibil qutularının yanında olmasına və birdən zibil maşınına maneə törətsə ona xəbər etməsini bildirmiş, o, avtomobilin açarlarını götürüb saxlamaq üçün düzəltdiyi qutuya qoymuş, atası isə həmin vaxtı orada olmamış, o, evə çörək yemək üçün getmiş, təxminən 30 dəqiqədən sonra evdən küçəyə çıxanda Nətavan xanıma məxsus avtomobilin yerində olmamasını görüb avtomobilin özü tərəfindən idarə olunmasını zənn etmiş, sonra evə getmiş, kiçik qardaşı ona kiminsə onu çağırmasını bildirmiş, küçəyə çıxanda “Skoda Rapid” markalı avtomobilin sahibi Nətavan xanım olmasını görmüş, Nətavan xanım ondan avtomobilin harada olmasını soruşduqda ona xəbərinin olmamasını bildirmiş, həmin vaxtı ona zəng gəlmiş və avtomobilin qəza törətməsi bildirilmiş, ona atası Ramilin açarı avtomobillərə məxsus açarları qoyduğu qutudan ona demədən götürüb avtomobili idarə edərək qəza törətməsi məlum olmuşdur. Məhkəməyədək icraat dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyir və polis baş leytenantıdır. 17 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllə, ev 15, mənzil 58-də yaşayan X1 Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək idarə etdiyi “Skoda Rapid” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilini “Time Business” mərkəzinin qarşısında park edib parkovşik kimi fəaliyyət göstərən Bəylər adlı şəxsə açarları verməsini, sonuncunun atası Təqsirləndirilən şəxs avtomobilə məxsus açarı götürüb avtomobili idarə etməsini bildirməsinə görə dərhal hadisə yerinə getməsini və hadisə yerində sonuncunun tək olmasını, avtomobili isə yol kənarında olan dəmir boruya vurmasını, lakin heç bir xəsarətinin olmamasını, bu səbəbdən də Təqsirləndirilən şəxs 22-ci Polis Şöbəsinə gətirməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.44-45); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.90-91); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.92-93); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6478 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 23500,00 manat olmuş 2020 ci il buraxılışlı, “Skoda Rapid” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla 2022-ci ilin avqust ayına nəzəri qaydada təxminən 15275,00 (23500-35%) manat müəyyən edilir. Avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən, sonra müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (i.v.109-112); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v.117-118); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Skoda Rapid” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir (i.v.155-161); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143.4 və 39-cu maddələri ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli “Amnistiya” Qərarına əsasən azad edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə cəza qurtardığına görə azad olunmuşdur (i.v.129-130); - İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrk Ekspertiza Mərkəzi” X14 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3046 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu olan şəxsdə psixoaktiv maddələrin qəbulu ilə müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək, ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hadisəni törətməmişdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərini müəyyən edərkən əqli-intellektual imkanlarında - diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin zəif çıxış edərək, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürünün bir qədər ləng olması, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, emosional-iradi sferasında hövsələsizlik, emosional dayanıqsızlıq, qıcığa qarşı həssaslıq, xarakterik xüsusiyyətlərində - eqosentrizm, tez özündən çıxmaq, impulsivlik aşkar olunur. Təqsirləndirilən şəxs hadisədən əvvəl ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) olmadığı qənaətinə gəlinir (i.v.140-142); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 1(006)-175/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, onun axtarışı elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin 26 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayon prokurorluğunda xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildə ölməsi faktı üzrə araşdırma aparılır. Təqsirləndirilən şəxs ğlüm faktı ilə əlaqədar olaraq Nəsimi RPİ-nin CAŞ-sı tərəfindən açılmış 71151 saylı axtarış işi xitam olunur. İş materiallarında olan AZ-İİ 380241 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs dəqiqləşdirilməmiş sepsis səbəbindən xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarxli məktubu ilə Təqsirləndirilən şəxs yaxın qohumlarına bildiriş təqdim edilmiş, şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmiş və məhkəmə baxış iclası təxirə salınmışdır. Bildirişdə Təqsirləndirilən şəxs yaxın qohumlarına izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya), həmin Məcəllənin 185.2.4-cü maddəsi həmin əməlin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dövlət ittihamçısı bildirmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ölmüşdür, bəraətverici əsaslar yoxdur və bu səbəbdən də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs öldüyündən, müəyyən edilmiş prosessual müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istək olmadığından və hazırki cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında müdafiəçinin razılığı olduğundan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam veriməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə məxsus «Skoda Rapid» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekbar 2021-ci il tarixli 15 nömrəli qərarının 74-cü bəndində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır». Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin direktoru X10 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6 qızına dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat və X6 qızına məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə məxsus «Skoda Rapid» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin direktoru X5 mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat və X6 qızına məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-175/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-175/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver