Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-176/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Türkiyə Respublikası, Çankırı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)-321/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Baki şəhəri Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satiş məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarindan artiq miqdarda narkotik vasitə olan heroiniəldə edib üstündə saxlamaqla daşımış,29.01.2020-ci il tarixdə saat 18:40 radələrində ünvan 2 saylı ünvanın qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 2 büküm, təmiz çəkisi ayrıayrılıqda 0,143 qram və 0,150 qram maddələr olmaqla ümumi təmiz çəkisi 0,293 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkär edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27.01.2020-ci il tarixdə saat təxminən 09:30 radələrində bədənində yaranan ağrılara görə o, narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu, «Kubinka» adlanan əraziyə getmiş, orada olan zaman adını bilmədiyi və özünü birinci dəfə gördüyü şəxs ona yaxınlaşaraq orada nə etdiyini soruşanda o, iş axtarmaq məqsədi ilə həmin yerə gəldiyini deyəndə həmin şəxs özündə narkotik vasitə olan heroin olduğunu və onu 10 manata satdığını bildirmişdir. Bu zaman o, həmin şəxsə onda olan narkotik vasitəni almaq istədiyini bildirmiş və onunla birlikdə həmin küçədə yerləşən yaşayış binalarının tininə keçmişlər və orada həmin şəxs 2 əcəd üzəri qara və içərisi ağ rəngli olan siqaret kağızına bükülmüş, narkotik vasitəni ona vermişdir. O, da narkotik vasitəni alıbəynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. 29.01.2020-ci il tarixdə saat təxminən 18:40 radələrində yaşadığı ünvan 3 saylı ünvanın qarşısında olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, onlarla birlikdə Nəsimi RPİ-nə getməsini xahiş etmişlər. O, da heç bir narazılıq etmədən polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ- nə gəlmişdir. Polis idarəsinə gəldikdən sonra polis işçiləri işin müvafiq qaydada araşdırılması üçün işi təhqiqatçıya həvalə etmişlər. Təhqiqatçı ona bildirmişdir ki, onun üstünə video çəkilişlə və şahidlərin ştirakı ilə baxış keçirəcəklər. O, heç bir etiraz etməmiş və razılaşmışdır. Bundan sonra təhqiqatçı ona Nəsimi rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısım təqdim etmiş və o, vəkil Səfər Hüseynovu seçmişdir. Bundan sonra video çəkiliş və şahidlərin iştirakı ilə onun üstünə baxış keçirilmiş, ilkin olaraq təhqiqatçı üzərində olan əşyaları bir-bir təqdim etməsini təklif etmişdir. O, da bununla razılaşmış və əynində olan qara rəngli gödəkcənin sol yan cibindən iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Əşyaları təqdim etdikdən sonra təhqiqatçı üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunan əşyalara təhqiqatçı tərəfindən baxış keçirilən zaman 2 ədəd üzəri qara və içərisi ağ rəngli olan siqaret kağızına bükülmüş, spesefik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli formalı bükümün nə olduğunu və haradan əldə etdiyini soruşanda o, həmin narkotik vasitəni ona Kubinka adlanan ərazidə tanımadığı şəxs 10 manata satdığını və o, öz istifadəsi üçün heroini alıb üzərində saxladığını bildirmişdir.Bundan sonra təhqiqatçı həmin əşyaları qablaşdırmış və ilkin olaraq zərfin içərisinə qoyaraq qablaşdırmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitəni aldığı şəxs əvvəlcədən tanımamış, həmin şəxs təxminən 40 yaşlarında, əynində qara rəngli cins şalvar, qara rəngli gödəkcə geyinmiş və başında qara rəngli idman papağı olmuşdur. Həmin şəxsin boyu təxminən 170 sm, qarayanız şəxs olmuşdur. O, narkotik vasitə alan zaman yanında və həmin şəxsin yanında başqa adamlar olmamış,aralarındakı şifahi razılıqdan sonra onlar həmin yerdə yerləşən yaşayış binalarının birinin tininə keçmişlər və orada o, həmin şəxsə 10 manat pulu verib narkotiki almışdır. Özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini, evlərində olan qəza nəticəsində atasını, anasını və bacısıni itirməsini, heç kiminin olmamasını və hepotit C xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmişBakı şəhəri Nəsimi RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə 29 yanvar 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müəyyən olmuşdur ki, ünvan 4 ünvanda «Kənan» adlı şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edir, saxlayır, gəzdirir və istifadə edir. Bununla bağlı o, dərhal İdarənin rəisinə məruzə etmiş və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi ona həvalə edilərək rəhbərliyi altında bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və NMBnin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilən zaman saat 18:40 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri Nəsimi rayonu A Qurbanov küçəsində yerləşən 43 saylı ünvanın qarşısından keçdiyini müəyyən edərək dərhal həmin binanın qarşısında yaxınlaşıb onu saxlamışlar.Həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, o, Nəsimi rayonu A.Qurbanov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Bu yolla da, o, əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamaqla özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə məlumatlarının olduğunu bildirərək ondan Nəsimi RPİ-nin NMB-nə getməsini təklif etmiş və sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin NMB-nə gəlmişdir. Bölmədətəhqiqatçı İ.Nəbizadə öz növbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü 14 saylı Hüquq Bürosunun vəkili x3 bölməyə dəvət etmiş sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Xidməti otaqda ilkin olaraq şəxsi axtarış və götürmədə iştirak edən şəxslərə, yəni hər birinə təhqiqatın bütün hərəkətlərində iştirak etmək və şəxsi axtarış ilə əlaqədar ərizə ilə müraciət etmək, protokola öz qeydlərini etmək hüquqlarının olduğu izah edilmişdir. Video çəkiliş zamanı ilkin olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs öncə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təkif edilmiş, sonuncuəynindəki olan qara rənli gödəkçənin sol yan cibindən 2 ədəd üzəri qara və içərisi ağ rəngli olan siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli toz şəkilli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmış: ilk öncə onun geyindiyi qara rəngli gödəkçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs 2 ədəd üzəri qara və içərisi ağ rəngli olan siqaret kağızına bükülmüş içərisində spesefik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli narkotik maddələrin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, 2 gün bundan əvvəl Nəsimi rayonu, Bala-Baba Məcidov küçəsində yaşayan adım “Bəhram" kimi bildiyi şəxsdən 10 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd qara rəngli siqaret kağızına bükümdə olan maddələrin narkotik vasitə olub-olmamasının və narkotik vasitələr oluqda hansı növ narkotik vasitələrə aid olmasının müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan konvertin içərisinə qoyulub qapağı bağlanmış və DİN-in 189 saylı möhürü ilə möhürlənmişdir. Təhqiqatçı İ.Nəbizadə tərəfindən həmiçnin bu barədə müvafiq protokol tərtib olunmuş və o, da baxışda iştirak etmiş bütün şəxslərlə birlikdə həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin 02 büküm olan maddələr həqiqətəndə narkotik vasitə heroindir və ümumi təmiz çəkisi 0,239 qram təşkil edir. Əlavə olaraq bildirmişdir ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması faktı öz təsdiqini tapmamış və belə bir faktın mövcud olması müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişNMB-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rənli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 ədəd üzəri qara və içərisi qehveyi rəngli olan və spesifik iyə malik maddə aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan 29 yanvar 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 103-105-ci vərəqələrində olan NəsimiRayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 yanvar 2020-ci tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-163-cü vərəqələrində olan NəsimiRayon Məhkəməsinin 27 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni 29 aprel 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 208-209-cu vərəqələrində olan NəsimiRayon Məhkəməsinin 29 aprel 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün müddətinə, yəni 19 may 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 222-223-cü vərəqələrində olan NəsimiRayon Məhkəməsinin 18 may 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 60-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tarixli, 2406 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, iki ədəd bükümdə, təmiz çəkisi 0.293 (ayrı-ayrılıqda təmiz çəkiləri 0.143 və 0.150 qram) qram olan toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0.293 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0.243 qram. Cinayət işinin 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 118-ci vərəqəsində olan 25 fevral 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 ekspert komissiyasının 03 aprel 2020ci il tarixli, 867 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 tərəfindən 12 fevral 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)-321/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 147-155-ci vərəqələrində olan hökmnən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)-321/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 237-ci vərəqəsində olan Nəsimi rayon icra və probasiya şöbəsinin 01 iyun 2020-ci il tarixli məlumatından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)-321/2019 saylı hökmü 18 oktyabr 2020-ci il tarixdə şöbədə qeydiyyata alınmış və məhkum Təqsirləndirilən şəxs 31 yanvar 2020-ci il tarixə kimi azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 13 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 03 (üç) ay 03 (üç) gün təşkil edir. Cinayət işinin materiallarında olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 29 yanvar 2020-ci il tarixdə saat 21:10-dan 22:40dək qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin baş təhqiqatçısı İlkin Nəbizadə özünü təqdim edir, bundan sonra həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3, mütəxəssis qismində dəvət edilmiş Həsənli hasil Nəsir oğlunun və 14 saylı Vəkil Bürosunun vəkili x4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşur, əgər varsa təqdim olunmasını təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rənli gödəkçənin sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 2 ədəd üzəri qara və içərisi ağ rəngli olan bükümü aşkar çıxarıb masanın üzərinə qoyur. Həmin 2 ədəd üzəri qara və içərisi ağ rəngli olan büküm açılır və içərisində qəhvəyi rəngli bitkinin narkotik maddə hesab olunan heroinə oxşar olması video görüntü zamanı qeydə alınır. Həmin əşyanın nədən ibarət olması barədə təhqiqatçı Təqsirləndirilən şəxs soruşduqda, sonuncu həmin maddənin narkotik maddə heroin olmasını və həmin gün həmin narkotik vasitəni Kubinka adlanan ərazidə tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, CD diskdəki görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin68.1.1-1-ci maddəsinə əsasəncinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini, evlərində olan qəza nəticəsində atasını, anasını və bacısıni itirməsini, heç kiminin olmamasını və Hepotit C xəstəliyindən əziyyət çəkdiyini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasənTəqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxsNəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)-321/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 29 yanvar 2020-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,243 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349,351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1cimaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 1(009)- 321/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 02 (iki) il 03 (üç) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,243 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-176/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-176/2020
08.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver