Məhkəmə qərarları › İş №1(006)-176/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-176/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-176/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 1 1 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunu 3500 manat pul müqabilində Xəzər Universitetinin "Dizayn" fakültəsinə və daha sonra əlavə 2000 manat pul müqabilində Memarlıq və İnşaat Universitetinin "Dizayn" fakültəsinə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 13 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən «Qış parkı»nda Zərərçəkmiş şəxs2 3500 manat və 24 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə göndərdiyi 2000 manat pulu götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şoxs Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 5500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunu 1500 manat pul müqabilində Memarlıq və İnşaat Universitetinin "Dizayn" fakültəsinə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şıxəli Qurbanov küyəsi 5A-5F ünvanında verləşən «Boranı» restoranında Zərərçəkmiş şəxs1 1500 manat pulu götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2021-ci ilin martaprel aylarında sosial şəbəkələrdən tanıdığı Lalə adlı şəxsin vasitəsilə Zərərçəkmiş şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 ondan özünün və qohumu Zərərçəkmiş şəxs1 Memarlıq və İnşaat Universitetinin “Dizayn” fakültəsinə qəbul olunmasına köməklik etməsini xahiş etmişdir. 2021-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 7000 manat müqabilində tələbə kimi qəbul etdirə biləcəyinə inandırmışdır. 13 aprel 2021-ci il tarixdə "Qış parkı”nın yanında onun razılığı əsasında Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 iştirakı ilə Könül tərəfindən video çəkiliş aparılaraq ilkin olaraq 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ona təqdim etmişdir. Daha sonra 20 aprel 2021-ci il tarixdə “Qış parkı” nın yanında yenə də təkrar olaraq onun razılığı əsasında Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs1 iştirakı ilə Könül tərəfindən video çəkiliş aparılmaqla 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini ona verilmişdir. Sonuncu dəfə 24 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 mərkəzdə yerləşən “Nizami” kinoteatrının yaxınlığında onunla görüşərək 2.000 manat pulu vermişdir. Beləliklə, o, qeyd edilən şəxsləri tələbə kimi universitetə qəbul etdirə biləcəyinə inandıraraq onlardan ümumilikdə 7.000 (yeddi min) manat məbləğində pul alaraq şəxsi istifadəsi üçün xərcləmişdir. O, hazırki vaxtda onları aldadaraq əldə etdiyi pulun ümumilikdə 5.100 manat məbləğində hissəsini geri qaytarmışdır. Qalan 1900 manat pul məbləğini isə hazırda qaytara bilmir. Daha sonra əməlindən peşman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Hədəf” kurslarına ingilis dili hazırlığına getmişdir. Hazırlıq kursunda Lalə adlı xamınla tanış olmuşdur. Həmin xanımla bir müddət ünsiyyət qurduqdan sonra sonuncu onu “Whatsapp” proqram təminatında öz tanışları olan qrupa əlavə etmişdir. Həmin qrupda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, onunla tanış olduğu ərəfədə qəbul imtahanından kəsilmişdir və bu barədə Nuranəyə bildirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində işləyən tanışları olan vəzifəli şəxslərin vasitəsilə müxtəlif universitet və kolleclərə tələbələr qəbul etdirdiyini bildirmişdir. O, həmin vəzifəli şəxslərlə görüşüb söhbət etmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs ona Universitetə qəbul olunması üçün təqdim etməli olduğu vəsait həmin vəzifəli şəxslərə verildikdən sonra, onlarla görüşdürəcəyini bildirmişdir. O, Nuranənin dedikləri ilə razılaşmış və Universitetə qəbul olunması üçün hansı məbləğdə pul ödəməli olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ilkin olaraq ona 3500 manat müqabilində Xəzər Universitetinə qəbul olunmağına köməklik göstərəcəyini bildirmişdir. O, onunla razılaşaraq 13 aprel 2021-ci il tarixdə “Qış Park’ının yanında Təqsirləndirilən şəxs razılığı əsasında onun və qohumu Zərərçəkmiş şəxs1 iştirakı ilə tərəfindən videoçokiliş aparılaraq 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Nuranəyə təqdim elmişdir. Bir müddət sonra o, Təqsirləndirilən şəxs Xəzər Universitetinə deyil, Memarlıq və inşaat Universitetinin “Dizayn" fakültəsinə qəbul olmaq istədiyini bildirdikdə, sonuncu ona əlavə olaıaq 2.000 (iki min) manat verməli olduğunu bildirmişdir. O, onunla razılaşdıqdan sonra qohumu Zərərçəkmiş şəxs1 ilə əlaqə yaradaraq, 2.000 (iki min) manat pul sonuncuya təqdim edərək, həmin pulu Təqsirləndirilən şəxs aparıb təqdim etməsini xahiş etmişdir. 24 aprel 2021-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə görüşərək 2.000 (iki min) manat pulu sonuncuya vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşlər və sonuncu ilə əlaqə saxlayaraq verdikləri pulları geri istədikdə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. O, Nuranəyə ümumilikdə 5500 manat pul verdiyi üçün ona ümumilikdə 5500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs onlara ümumilikdə 5100 manat pul qaytarmışdır. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun qohumu Zərərçəkmiş şəxs2 qəbul imtahanından kəsildiyi üçün tanışı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət imtahan Mərkəzində işləyən tanışları olan vəzifəli şəxslərin vasitəsilə universitetə qəbul ediləcəyini bildirmişdir. 13 aprel 2021-ci il tarixdə “Qış Park”ının yanında Təqsirləndirilən şəxs razılığı əsasında qohumu Zərərçəkmiş şəxs2 onun da iştirakı ilə özii tərəfindən videoçəkiliş aparılaraq 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini Nuranəyə təqdim etmişdir Bundan sonra, o da eyni qaydada Memarlıq və İnşaat Universitetinin “Dizayn” fakültəsinə qəbul olunmaq üçün Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə “Qış Park”ının yanında onun qohumu Zərərçəkmiş şəxs2 iştirakı ilə 1500 (min beş yüz) manat pul vermişdir, bir neçə gün sonra qohumu Zərərçəkmiş şəxs2 onunla əlaqə yaradaraq 2000 (iki min) manat pulu ona verib Təqsirləndirilən şəxs aparıb təqdim etməyini xahiş etmişdir. O da Könülün xahişi ilə 24 aprel 2021-ci il tarixdə “Nizami” kinoteatrının yanında yerləşən “Black Star burger baku” adlı kafedə 2000 (iki min) manat pulu Təqsirləndirilən şəxs ilə görüşərək sonuncuya vermişdir, bir müddət sonra Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşlər və sonuncu ilə əlaqə saxlayaraq verdikləri pulları geri istədikdə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat pul verdiyi üçün ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs umumi aldığı 7000 manatdan 1900 manatını qaytarmamışdır. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.154-155); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd diskdə 40 ədəd səs yazıları, 11 ədəd fotoşəkillər vardır. Səs yazılarına Zərərçəkmiş şəxs2 iştrakı ilə qulaq asıldıqda, danışıqlarda Zərərçəkmiş şəxs2 həmin səsin Təqsirləndirilən şəxs aid olduğunu bildirdiyi qadınla Zərərçəkmiş şəxs2 arasında bir çox danışıqların aparılması, danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 universitetə düzəltmək üçün sonuncudan pul alması müəyyən olunur, belə ki, həmin səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 «yenə deyirəm sənə, bu vaxt söhbətlərini unut, nəyə görə mən sənə deyim burda əgər pul qazanmaq pul yeyinti olsaydı bu insan deyəcəkdi axşama da düzəldib gətirə bilərdi sən özün də uşaq deyilsən görə-görə gəlmisən pisini də görmüsən yaxşını da görmüsən deyəcəkdi ki, əşi sabah gətirər puldu da pul oturub gözləyərdi orda dolya verilməlidir ki, bu işlər şey olsun sistemə salınsın», «mama indi mənim yadıma salıb ki, o 11-i qurtarıb instituta qəbul olub çerez mən, məndəki uşağın üzün görməmişdim axı, sənədlərin vermişdilər ki, bunu da düzəldərsən indi mama deyir ki, bu həmin uşaqdı indi yadıma düşür buuy» və bu kimi səslər atır. Həmçinin, təqdim olunmuş “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların çıxarışlarına baxıldıqda, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 universitetə düzəldilməsi ilə bağlı bir çox yazışmaların olması müəyyən olunmuşdur, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 diskdə təqdim eldiyi səs yazılarını “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona Təqsirləndirilən şəxs atdığını, həmçinin təqdim eldiyi çıxarışlardakı yazışmaların da Təqsirləndirilən şəxs ilə aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən zaman sonuncu diskdə olan səs yazılarındakı qadının səsinin ona aid olmasını, həqiqətən də Zərərçəkmiş şəxs2 həmin səsləri özünün göndərdiyini, çıxarışlarda olan Nuranə adlı qadının da onun özünün olduğunu bildirmişdir (i.v.23); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə təqdim etdiyi bir ədəd disk və yaddaş kartına baxış zamanı müəyyən olunmuşdur ki, diskdə və flaşkartda ümumilikdə 2 ədəd videofayl və 2 ədəd səs yazıları vardır. Videofaylların birinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, videogörüntüdə bir nəfər başı bağlı və qara geyimdə olan qadına bir nəfər oğlan və bir nəfər qız 3500 manat pul verir, həmin pulla 200 və 100 manatlıq əskinaslardan ibarətdir. Təqsirləndirilən şəxs bildirdi ki, başı bağlı və qara geyimdə olan qadın onun özüdür, digər oğlan və qız isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2dır, həqiqətən də Zərərçəkmiş şəxs2 universitetə düzəltmək üçün sonuncudan 3500 manat pulu almışdır. İkinci videofayl açıldıqda orada restoranda bir nəfər başı bağlı və qara geyimdə olan qadın bir nəfər oğlandan konvert götürür və video çəkən qız 1500 manat götürülməsi ilə bağlı ifadə işlədir. Təqsirləndirilən şəxs həmin videofaylda başı bağlı və qara geyimdə olan qadının onun özünün olduğunu, orada Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə restoranda oturduqlarını, həmin vaxt Zərərçəkmiş şəxs1 konvertdə universitetə qəbul olunması üçün ona 1500 manat pul verdiyini bildirdi. Daha sonra 2 ədəd səs yazılarına qulaq asıldı, həmin səs yazılarında bir nəfər qadın 2000 manat pulu göndərməsini deyir, bir nəfər qadın isə həmin pulu götürdüyünü deyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının biri Zərərçəkmiş şəxs2, birinin isə ona aid olduğunu, həmin vaxt Zərərçəkmiş şəxs2 “Whatsapp” mobil tətbiqi vasitəsilə ona 2000 manat pul göndərməsi ilə bağlı səs atdığını, özünün isə həmin pulu Zərərçəkmiş şəxs1 ilə görüşüb alması ilə bağlı səs aldığını bildirmişdir (i.v.91); - “Şahid ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 3500 manat pulu verdiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Qış parkının yanını əyani göstərməklə, hadisə yerlərində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (i.v.66-68); - “Şahid ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 1500 manıal pulu verdiyi ünvan 5 ünvanında yerləşən «Borani» restoranını, həmçinin Zərərçəkmiş şəxs2 ilə bağlı 2000 manat pulu verdiyi ünvan 3 ünvanı əyani göstərib, hadisə yerlərində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (i.v.74-77); - “Şahid ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3500 manat pulu aldığı Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Qış parkı»nın yanını, X1 Ələskərovaya aid 2000 manat pulu aldığı ünvan 3 ünvanını, Daşqın Mürvətəllidən özünün işi ilə bağlı 1500 manat aldığı ünvan 5 ünvanında yerləşən «Borani» restoranını əyani göstərməklə, hadisə yerlərində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (i.v.83-85); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.88); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Baş prokurorunun müavini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etdiyi içərisində səs yazıları və videogörüntülər olan bir ədəd disk və yaddaş kartı maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (i.v.172-181); - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-cu il, xx.xx.2010-cu il və xx.xx.2014-cü il təvəllüdlü üç azyaşlı övladı var (i.v.145-147); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.2-ci maddəsi təkrar törədildikdə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərərin çox hissəsini ödəməsini və himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, dəymiş zərərin çox hissəsini ödəməsini və himayəsində üç azyaşlı övladının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar