Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-177/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tər-Tər şəhəri, B.Bağırova küçəsi, ev 28-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər-hansı hərəkətləri özbaşına törədərək mühüm ziyan zurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxsborc verdiyi həmin dövrün milli məzənnəsi ilə 24144 manat 26 çəpik təşkil edən 14200 ABŞ dolları məbləğində pulun geri qaytarılmasına nail olmaq üçün 2018-ci ilin may ayının ortalarında özünün kirayə yaşadığı ünvan 2 “A" mənzil 18 ünvanda olan zaman Zərərçəkmiş şəxs borclu olduğu 14200 ABŞ dolları məbləğində pulu qaytarmasını tələb etmiş, sonuncu pulu olmadığını bildirdikdən sonra borc tələbinin qanuni yolla mübahisələndirilməli olduğu halda, Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən özbaşına hərəkətlər edərək sonuncunun mülkiyyətində olan 24000 manat dəyərində “BMW 523 İ” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını stolun üstündən götürüb həmin avtomobili ünvan 2 “A” nömrəli bina evinin qarşısından idarə edib oradan uzaqlaşmaqla qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs mühüm ziyan zurmaqla özbaşınalıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Zərərçəkmiş şəxstanıyır və Asiflə onu Anar tanış etmişdir. Onun bacısı qızının X2-Peterburq şəhərində yaşayan qayınatası Səfərin biznesdə şəriki olan İlhama və Elxana Urkayna Respublikasında bəzi şəxslərin onlardan almış olduğu ərzaq məhsullarına görə borcu olmuşlar və həmin alınacaq borcun məbləği 128000 ABŞ dolları məbləğində idi. Bu məqsədlə də o, 2017-ci ilin dekabr ayında təyyarə ilə Kiyev şəhərinə uçmuşdur. Hələ Kiyev şəhərinə getməzdən əvvəl 2017-ci ilin noyabr ayının əvvəllərində iş görmək üçün Asif ondan 18500 dollar borca pul almış və Asif ona olan borcunu tez qaytaracağını demişdir. Asiflə aralarında olan danışığa görə Asif özünə məxsus olan “BMW 523 İ" markalı **-SO-*** nömrəli avtomobili ondan aldığı 18500 dollar pulun əvəzində ona vermişdir. Asiflə rəsmi olmasa da aralarında şifahi alqı-satı etmişlər və razılaşmaya görə Asif 18500 dollar borcunu qaytarandan sonra o, da maşını Asifə qaytarmalı idi. O, Asifə maşının onun özündə qalmasını deyib borcu bağlamasa maşını ondan götürəcəyini demişdir. Dediyi kimi o, 2017-ci ilin dekabr ayında bacısı qızının qayınatası Səfərin xahişi ilə Kiyev şəhərinə getmişdir. Məsələnin nə yerdə olduğunu öyrəndikdən sonra o, Asifə zəng edib Kiyev şəhərində olduğunu deyib ora gəlməsini və bütün xərcləri özünün ödəyəcəyini demişdir. Cəmil də xx xxxxxx 2017-ci il tarixdə təyyarə ilə Kiyev şəhərinə gəlmiş və Asifi qarşılayıb hotelə aparmışdır. Həmin günü Asifi o, “Bakı” restoranına aparmış və həmin restorana Asifin tanışı Mobil və Sərxan da gəlmişdir. Asifin deməsinə görə Mobil Kiyevdə hörmətli şəxslərdən biri olan Alik Bakinskinin tanışı idi. Restoranda olan söhbət zamanı Asifə hər şeyi olduğu kimi danışmış və 128000 ABŞ dolların alınmasında ona köməklik etməsini Asifdən xahiş etmiş və həmin puldan onlara da pay düşəcəyini də demişdir.Cəmlə hələ onu da demişdir ki, bu iş alınsa ona Bakı şəhərində vermiş olduğu 18500 dolları da bağışlayacaq. Bundan sonra Asiflə o, Azərbaycana gəlmişlər. 2018-ci ilin yanvar ayında Səfər ona zəng edib pul məsələsinin nə yerdə qaldığını ondan soruşanda o, Səfərə tezliklə həll ediləcəyini demişdir. Bu məsələ alınmadığından Səfər ondan hələ o, Asiflə Kiyevdə olan zaman onlara verdiyi yol pulunu və xərclik pulunu istəməyə başlamışdır. 2018-ci ilin yanvar ayında Asifə zəng edib Kiyev şəhərində ona görə işlərin pozulduğunu, Səfərin bu məsələdə onlara etibar etdiyini və Səfəri şəriklərinin yanında pis vəziyyətdə qoyduğunu deyib bu işdə ona kömək etmədiyini bildirib Asifdən 2017-ci ilin noyanbr ayında Bakı şəhərində borc aldığı 18500 dolları pulunu istəmiş və vermədiyi halda “BMW 523 İ" markalı **-SO-*** nömrəli maşını onun adına keçirməsini, maşını adına keçirmədiyi halda isə gəlib maşını aparacağını Asifə demişdir. Asif isə pulu qaytaracağını desə də dediyi vaxtda pulu qaytarmamış və nə də ki, maşını onun adına keçiməmişdir, hansı ki, Asiflə olan danışığa görə maşın onun idi. Asifə bir həftə vaxt vermişdir və 2018-ci ilin aprel aynda Anar Ağayevin vasitəsi ilə iki dəfəyə Asifdən 4200 dollar pul almış və Asifin ona 14300 dollar borcu qalmışdır. Həmin borcdan Asif ona 100 dollar da vermişdir. 2018-ci ilin may ayının ortalarında Asifin istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə zəng edib onu yaşadığı ünvan 2 “A" ünvanda yerləşən mənzilinə çağırmışdır. Asiflə görüşüb onu yaşadığı evə aparmışdır. Evdə həmin vaxt onun bacısı oğlu Seymur, dostları Şahid2, Şahin və Şahid1 də olmuşdur. Bu məsələyə heç bir aidiyyəti olmadığından o, həmin şəxslərin adlarını ilkin ifadələrində göstərməmişdir. Daha sonra düşünmüşdür ki, hər şeyi olduğu kimi danışın və onların da ifadələri alınsın. Bacısı oğlu Seymur Rusiyadadır, ancaq digər şəxslər Azərbaycandadırlar. Uşaqlar evdə oturub Asiflə onun arasında olan söhbətə qulaq asmışlar və heç bir müdaxilə etməmişlər, çünki onların bü məsəlyə heç bir adiyyəti yox idi. Həmin vaxt Asif avtomobilini onun kirayə yaşadığı binanın həyətində saxlamışdır. Asifə Kiyevdə olan söhbətə görə ona qarşı düz hərəkət etmədiyini deyib Asifdən borcunun qalan hissəsini istəmiş və Asifə ya pulu verməsini, ya da ki, maşını onun adına keçirməsini demişdir. Asifdən maşınının açarını istəmiş və ona demişdir ki, 14200 dollar borcunu qaytaran günü maşını da Asifin özünə qaytaracaq. Asif isə ona pulu olmadığını dedikdə o, Asifə bildirmişdir ki, danışığa görə o, pul vermədiyi halda maşın da ona qalmalı idi. Rəsmi olmasa da Asif maşının hələ 2017-ci ilin noyabr aynda onun olduğunu ona demişdir. O, Asifdən maşını onun mülkiyyətinə səndələşdirməsini tələb etmişdir. Asif maşını ona verməsinə əvvəl razılıq versə də sonra razılaşmayıb onun pulunu qaytaracağını demişdir. Bundan sonra o, stolun üstündən “BMW 523 İ” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilinn açarını götürüb həyətə çıxmış və maşını idarə edərək çıxıb getmişdir. Onun Asifin özünü və uşağını öldürməklə hədələməsi, ona bıçaq çəkməyi və hədələyərək pul tələb edib almağı barədə Asifin dedikləri tam yalandır.Hazır ki, ifadəsi həqiqətə uyğundur. Sonradan o, Asifə maşını qaytarmışdır. Asifin hədə qorxu gələrək onun ondan pul almağı barədə dediklıəri tam yalandır. Asifdən o, borcunu tələb etmiş və Asif borcunu vermədiyi üçün Asifin maşınını sürüb aparmışdır. Asifin uşağını o, tanıyır və uşağa heç vaxt hədə qorxu gəlməmişdir.Asifdən pulunu tələb etdiyinə görə Asif ona qarşı belə hərəkət etmişdir və o, öz pulunun qarşılığında Asifin ona söz verdiyi maşını götürmüşdür. Asif maşını onun adına keçirməli olduğu halda bunu etməmişdir. Maşın rəsmi olaraq Asifin adına olsa da artıc Asiflə aralarında olan razılaşmaya görə faktiki onun özümə məxsus idi. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, Zərərçəkmiş şəxsla barışdığını, sonuncununona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır və Cəmillə onu Anar tanış etmişdir. Baş vermiş hadisə ilə bağlı hazırda tam aydınlıq gətirmək istəyir. Belə ki, Təqsirləndirilən şəxs barəsində ərizə və ilkin ifadəmlərində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs öz başına olan hərəkəltəri və onu saymadığı üçün o, məcbur qalıb elə bir ifadə vermişdir. Əslində hadisə hazırda göstərəcəyi kimi olub. O, Təqsirləndirilən şəxs əvvəllər məhkum olduğunu sonradan bildiyi üçün ondan qorxmuş və məcbur qalıb hadisəni olduğu kimi danışmamışdır. Belə ki, 2017ci ilin noyabr ayının əvvəllərində iş görmək üçün Cəmildən o, 18500 ABŞ dollar məbləğindəborca pul almışdır və məqsədi özünə kiçik ticarət işi qurmaq istəməsi olmuşdur və qısa zamanda Cəmilə borcunu qaytaracağını demişdir. Cəmillə aralarında olan danışığa görə o, özünə məxsus olan “BMW 523 i" markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobili borca aldığı 18500 ABŞ dollar pulun əvəzində Cəmilə vermiş və Cəmilə artıq maşının onun olduğunu və ondan aldığı pulu əvəzində ona satdığını demişdir. Cəmillə rəsmi olmasa da öz aralarında şifahi alqı-satqı etmiş və razılaşmaya görə o, Cəmilə olan 18500 dollar borcunu qaytarandan sonra Cəmil də maşını ona qaytarmalı idi. Lakin Cəmil maşının onun özündə qalmasını və ona inşaallah borcu bağlayarsan, bağlamadığı halda isə maşını ondan götürəcəyini demişdir. Həmin ərəfədə, yəni 2017- ci ilin dekabr ayında Cəmil ona zəng edib Ukrayna Respublikasının Kiyev şəhərində olduğunu deyib onu ora dəvət etmiş və demişdir ki, bütün xərcləri onun özü ödəyəcək. Cəmil Kiyevdə ticarətlə məşğul olub. xx xxxxxx 2017-ci il tarixdə təyyarə ilə o, Kiyev şəhərinə uçmuş və onu orada Cəmil qarşılayıb hotelə aparmışdır. Kiyevdə olan zaman Cəmil onu “Bakı” restoranına aparmış və həmin restoranda tanımadığı iki nəfər oğlanla Cəmil onu tanış etmişdir. Restoranda olan söhbət zamanı ona məlum olmuşdur ki, Cəmilə kimsə 128000 ABŞ dollar pul verməlidir. Cəmil həmin uşaqlarla birlikdə ona borclu olan adamdan pulu almaqda köməklik etməsini ondan xahiş etmiş və ona Bakı şəhərində vermiş olduğu 18000 dolları isə ona bağışlamalı idi. O, söhbətin kriminal söhbət olduğunu görüb Cəmilə nəyə görə onu Kiyevə çağırdığını və belə söhbətlərə qarışmadığını və tanışlarının olmadığını demişdir. Buna görə restortanda Cəmillə onun arasında mübahisə yaranmışdır. Əslində Cəmil yeni ili birlikdə Kiyev şəhərində keçirmək üçün onu Kiyev şəhərinə dəvət etmişdir. Bu söhbətdən qorxduğu üçün onlardan aralaşıb hotelə gəlmiş və Bakı şəhərinə təyyarə olmadığından xx xxxxxx 2017-ci il tarixdə təyyarə ilə Tbilisi şəhərinə, oradan isə Bakı şəhərinə gəlmişdir. Hələ Tbilisi şəhəridə olan zaman Cəmili də həmin aeroportda görmüşdür. Ancaq o, avtobusla Bakı şəhərinə gəldiyinə görə sonra Cəmili görməmişdir. 2018-ci ilin yanvar ayında Cəmil Bakı şəhərinə qayıtdıqdan sonra ona zəng edib Kiyev şəhərində onun işlərini pozduğunu, ona kömək etmədiyini deyib ondan ona olan 18500 dollar borcunu istəmiş və vermədiyi halda aralarında olan danışığa görə “BMW 523 İ” markalı 10- SO-515 dövlət nömrə nişanlı avtomobili onun adına keçirməsini, belə olmadığı halda isə gəlib maşını aparacağını demişdir. Cəmilə pulu qısa zamanda qaytaracağını deikdə Cəmil ona bir həftə vaxt vermişdir. 2018-ci ilin aprel aynda dostu Anar Ağayevin vasitəsi ilə iki dəfəyə Cəmilə 4200 dollar pul göndərmiş və onun Cəmilə 14300 dollar borcu qalmışdır. Anar Ağayev hal-hazırda Rusiya Federasiyasındadır. Həmin borcdan o, 100 dollar da Cəmilin yaşadığı ünvan 2 “A” ünvanda evində aparıb Cəmilə vermişdir. Həmin vaxt qeyri rəsmi nigahda olduğu Cəmilə də onun yanında olub. 2018-ci ilin may ayının ortalarnda Cəmil istifadəsində olan ya *** *** ** **, ya da ki, 050 *** ** ** mobil telefon nömrələrinin birindən onun istifadəsincə olan 050 *** ** ** mobil telefon nömrəsinə zəng edib onu yaşadığı ünvan 2 “A" ünvanda yerləşən mənzilinə çağırmış və aeroportda adam olduğunu və onu qarşılamağın lazım olduğunu demişdir. O, həmin vaxt axşam saatlarında Cəmilin həmin ünvanda 1-ci mərtəbədə yerləşən evinə getmiş və Cəmil onu mənzilə dəvət etmişdir. Avtomobilini binanın həyətində saxlamışdır. Mənzildə Cəmildən başqa dörd nəfər də olmuşdur. Onlardan biri Cəmilin bacısı oğlu Seymur idi. Seymur da hazırda xaricdədir və ölkədə deyil. Cəmil mənzilin qapısını arxadan bağlamış və onunla söhbət edərkən Kiyevdə olan zaman ona qarşı düz hərəkət etmədiyini demişdir. Onun yanında olanlar da Cəmilin söhbətini təsdiq etmişlər. Cəmil ondan borcunun qalan hissəsini tələb etmiş və ya pulu verməli olduğunu, ya da ki, maşını onun adına keçirməsini ona demişdir. Cəmilə artıq gecə olduğunu və maşını bu dəqiqə onun adına keçirə bilməyəcəyini dedikdə Cəmil ondan maşınının açarını istəmiş və nə vaxt ona olan 14200 dollar borcunu qaytardığı halda maşını da qaytaracağını demişdir. Cəmilə hazırda pulu olmadığını və maşının artıq onun olduğunu demişdir. Çünki onların arasında olan razılaşmaya görə o, Cəmilə pulu vermədiyi halda maşını Cəmilin adına keçirməli idi. Rəsmi olmasa da o, şifahi olaraq artıq maşını Cəmilə satmışdır və Cəmil də buna görə də ondan maşını tələb etmiş və mülkiyyətinə verilməsi üçün rəsmiləşdirməsini istəmişdir. O, sonra Cəmillə razılaşmayıb ona olan borcunu qaytaracağını Cəmilə demişdir. Bundan sonra Cəmil stolun üstündən “BMW 523 İ” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilinin açarını götürüb həyətə çıxmış və maşını işə salıb həyətdən idarə edərək çıxıb getmişdir. Evdə qalan Cəmilin bacısı oğlu Seymur və digər şəxslər də mənzildən çıxıb getmişlər. Cəmilə zəng vurub maşını qaytarmasını tələb etsədə Cəmil buna əhəmiyyət verməyib maşını qaytarmamışdır. Cəmilin cinayət törətməyə görə məhkum olduğunu sonradan bildiyi üçün Cəmildən qorxmuş və polisə bu barədə zəng edib məlumat verməmişdir. Daha sonra Cəmilə borcundan 4200 dollar da qaytarsa da Cəmil maşını ona qaytarmayıb pulunun qalan hissəsini də ondan tələb etmişdir. Bununla da Cəmil onun avtomobilini özabaşına götürmüş və o, Cəmilə olan borcunu hissə-hissə verməsinə baxmayraq Cəmil maşını qaytarmamışdır və o, da məcbur qalıb şikayət etmişdir. Maşının qiyməti Cəmildən almış olduğu pulun dəyərindədir, yəni 24000 manatdır. Cəmilin maşını özbaşına götürməsindən o, əsəbləşmiş və məcbur qalıb Cəmilin guya ona hədə-qorxu gəlməsi barədə ifadə vermşdir. Hazırki vermiş olduğu ifadəsinin düzgün qəbul edilməsini xahiş etmişdir. Cəmil onu hədələyib zorla ondan pul almayıb. Cəmilin onu bıçaqla hədələməsi, oğlunu və onu öldürməklə hədələməsi, oğlu Renadı oğurlaması barədə dedikləri onun yalanlarıdır və buna səbəb onun Cəmildən qorxmasıdır. Əslində Cəmil tərəfindən belə hərəkətlərə yol verilməyib və Cəmilin özbaşına avtmobili götürməsi onu özündən çıxartmışdır. Daha sonra Zərərçəkmiş şəxsməhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxsqarşı heç bir şikayətinin, tələb və mülki iddiasının olmamasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmyerlisidir. 2018-ci ilin may ayının ortalarından Cəmil ünvan 2 “A” mənzil 18 ünvanda bacısı oğlu Seymurla kirayə yaşayırdılar. 2018-ci ilin may ayının ortaları axşam üstü o, Cəmilin tanışları Şahid2lə və Şahin Cəmilləı mənzildə olan zaman Cəmilin dostu kimi bildiyi Asif evə gəlmişdir. Asiflə Cəmilin arasında borc məsələsi ilə bağlı mübahisələri var idi və bu məsələyə onların heç bir aidiyyəti olmadığından həmin söhbətə baş qoşmamışlar. Cəmil 2017-ci ilin dekabr ayında Asiflə birlikdə Kiyevdə olarkən Asif Cəmilə kömək etməmişdir və buna görə də onların arasında narazlıq yaranmışdır. Cəmillə Asifin arasında 2017-ci ilin noyabr ayından borc məsələləri də qalmışdır.Asifin Cəmilə 18500 ABŞ dollar pul borcu olub və Cəmil Kiyevdən Bakı şəhərinə qayıtdıqdan sonra Asifdən borcunu tələb etməyə başlamışdır. Asif Cəmilə olan borcundan bir hissəsini qaytarsa da Asif borcunu tam bağlamamışdır. Asif Cəmilə borcu bağlaya bilmədiyi halda Cəmil ona məxsus maşını onun adına sənədləşdirməsini tələb edərək Asifə maşını ona verdiyini və buna görə də pulun əvəzinə maşını onun adına sənədləşdirməli olduğunu demişdir.Asif Cəmilə bu söhbətin artıq keçmişdə qaldığını və Cəmilə olan borcunu yaxın vaxtlarda qaytaracağını demişdir. Bundan sonra Cəmil stolun üstündən Asifə məxsus “BMW 523 İ" markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin açarını götürüb həyətə düşmüş və maşını idarə edərək çıxıb getmişdir. Bundan sonra həmin evdə başqa söhbətlər olmayıb. Həmin vaxt evdə nə silah, nədə ki, Cəmilin əlində bıçaç olmayıb və Asif istədiyi halda evdən çıxıb gedə bilərdi. Onların yanında Asif Cəmilə pul verməmişdir və yalnız Cəmil pulun əvəzindəAsifin maşınını götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinnə oxşar eyni məzmunlu ifadə vermişləi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsonun tanışlardır. Onalrın hər ikisi ilə onun münasibəti normaldır. Cəmillə Asifi o, tanış etmişdi. 2018-ci ilin may ayından Cəmil ünvan 2 “A" mənzil 18 ünvanda bacısı oğlu Seymurla həmin evdə kirayə yaşayırdılar. 2017-ci ilin noyabr ayında Asif Cəmildən 18500 ABŞ dolları borca pul almışdır. 2017-ci ilin dekabr ayında Asiflə Cəmil birlikdə Kiyevdə olarkən Asif Cəmilə kömək etməmişdir və buna görə də onların arasında narazlıq yaranmışdır.Cəmiln deməsinə görə Kiyevdə olarkən Asifin xərclərini də özü çəkmişdir. Cəmillə Asifin arasında 2017-ci ilin noyabr ayından borc məsələləri qalmışdır və Cəmil Kiyevdən Bakı şəhərinə qayıtdıqdan sonra Asifdən borcunu tələb etməyə başlamışdır. Daha sonra o, 2018-ci ilin may ayında Asifdən və Cəmilin özündən eşitmişdir ki, Cəmil Asifə məxsus “BMW 523 İ” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobili pulunun əvəzinə sürüb aparıb. X4 arasında olan danışığa görə Asif pulu vaxtında Cəmilə vermədiyi halda maşın Cəmilin adına keçməli idi. Cəmilin Asifə hədə qorxu gələrək pulunu alması barədə o, heçnə bilmir və belə bir hadisə barədə Cəmil ona heç nə danışmayıb. Cinayət işinin 1-ci cild74-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 137-140-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 78-80-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 140-141-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olanbaşqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 179-181-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 170-ci vərəqəsində olan Zərərçəkmiş şəxsərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və cinayət işində olan digər materiallar ilə onun qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək mühüm ziyan vurması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə tövsif edilməlidir. Eyni zamanda məhkəmədə o da müəyyən olundu ki, hazırki cinayət hadisəsi 2018-ci ilin may ayında baş vermiş, həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə ittiham olunan həmin Məcəllənin 322.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur - cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 44-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-177/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-177/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver