Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-177/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 151, mənzil 3-də qeydiyyatda olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tanışı X7 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21-də sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,569 qram çəkidə bir bükümdə narkotik vasitə heroini alıb özündə saxlamış, həmin tarixdə saat 00:30-da ünvan 1 ünvanda yerləşən binanın yaxınlığında olan zaman Daxili İşlər Nazirliyinin X2 üzrə X10 əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara-qırmızı rəngli idman gödəkcəsinin iç sol cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olsa da, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, tanışı X7 əri həbsdə olduğu üçün ona mütəmadi olaraq yemək aparmış, 04 oktyabr 2021-ci il tarixdə də bu məqsədlə Nərminin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21-ə öz yaxını Nigarla birlikdə getmişdir. Bu zaman evdə Nərmin və Anar kimi tanıdığı şəxs olmuşdur. Evə daxil olduqdan təxminən 5 dəqiqə sonra Nərmin ona siqaret və şirniyyat almaq üçün birlikdə mağazaya getməyi təklif etmişdir. Onlar birlikdə blokdan çıxıb piyada gedərkən polis əməkdaşları onları saxlayıb üzərlərinə baxış keçirsələr də, hər-hansı narkotik aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları Nərminlə birgə sonuncunun yaşadığı evə daxil olaraq baxış keçirmişlər. O, evdə nə baş veriyini, narkotik tapılıbtapılmadığını bilmir. Bununla belə polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Orada onun üzərində axtarış keçirilmiş və bu zaman polislər tərəfindən şöbəyə aparılarkən geyinmək üçün ona verilmiş gödəkcənin cibindən narkotik çıxmışdır. O bu narkotik vasitənin ona məxsus olmadığını təkidlə bildirsə də, polis şöbəsində döyülərək isgəncəyə məruz qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X1 X10 polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 04 oktyabr 2021-ci il tarixdə polis serjantı Şahid2 ilə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsində yerləşən Çin Səfirliyinin ərazisinin mühafizəsi naryadında olmuşdur. 05 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində bir qadın və bir kişinin həmin ərazidə şübhəli hərəkət etdiklərini görüb onları müşahidə edərək arxası ilə getmişlər. Daha sonra həmin şəxslərə yaxınlaşan zaman adı sonradan Nicat kimi məlum olan şəxs qaçmağa cəhd göstərsə də, ayağındakı şişkinlik səbəbindən bunu edə bilməmiş və yerə oturmuşdur. Onlar da bu şəxslərin narkotik vasitənin təsiri altında olmasından şübhələnib aidiyyəti üzrə 22-ci polis şöbəsinə məlumat vermişlər. Daha sonra hadisə yerinə həmin şöbənin əməkdaşları gəlib bu şəxsləri aparmış, onlar isə xidməti yerinə qayıtmışlar. Məhkəmədə şahid Daxili İşlər Nazirliyinin X1 X10 polis nəfəri Abbaslı X5 İsa Hicran oğlunun ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə gecə radələrində daxil olmuş raport əsasında qanunsuz olaraq narkotik vasitə daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs polis şöbəsinə təqdim olunmuş və üzərində narkotik vasitə olması ehtimal olunduğundan şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirəndə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və əynindəki qırmızı-qara rəngli idman gödəkcəsinin iç sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilmişdir. Bükümün içərisində qara rəngli, narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün özünə məxsus olmadığını bildirmiş, protokol tərtib edildikdən sonra onu imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili X3 Abbas Yaşar oğlunun ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, 04 oktyabr 2021-ci il tarixdə tanışı Nərmin Rzayevanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 65, mənzil 21ə gedərək ondan “kokos” deyilən heroin almaq istəmiş, lakin bu vasitə olmamışdır. Həmin vaxtı evdə Nərminin Nigar və Nicat adlı tanışları var idi. Bir müddət keçəndən sonra Nərminlə Nicat mağazaya getmiş, sonra həmin evə polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar. Şöbədə üzərində axtarış aparılmış və guya onun üzərindən marixuana, “şüşə” deyilən metamfetamin və “alyse” adlı dərman həbləri aşkar olunmuşdur. Halbuki, onda belə bir maddələr olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Şahid6 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, məhkəmə tərəfindən onun cinayət işinin İİ cildinin, 01-03 səhifələrində olan həmin ifadəsi elan olunmuş, bu zaman Şahid6 orada göstərilən xüsusatları təsdiq etmişdir. Bu ifadədə Şahid6 göstərir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat verməklə 2 kibrit qutusu marixuana və 1 ədəd “alyse” markalı həb almış, həmin maddələri aldığı vaxtdan istifadə etməyərək üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. 03 oktyabr 2021-ci il tarixdə qalmağa yeri olmadığı üçün təxminən 15 gün əvvəl tanıdığı Nərmin Rzayevanın yaşadığı ünvan 2 ünvanda olarkən Nərmin Rzayevadan 15 manat pul müqabilində bir bükümdə metamfetamin almışdır. Nərminə təklif etmişdir ki, üzərində olan marixuananı da ona verib əvəzində metamfetmin alsın. Lakin, Nərmin ona bildirmişdir ki, hələlik onun evində qalırsan, lazım olanda həmin maddəni dəyişər. Həmin gün Nərminin evində gecələmiş, sabahısı gün, yəni xx.xx.2021-ci il tarixdə də Nərmin Rzayevanın evində olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında həmin evə əvvəllər bir neçə dəfə gördüyü Nigar adlı Nərminin rəfiqəsi və Nigarın qeyri rəsmi münasibətdə olduğu Nicat adlı şəxs də gəlmişlər. Bir müddət keçəndən sonra Nərminlə Nicat mağazaya getmiş, sonra həmin evə polis əməkdaşları gəlib Nərminin icazəsi ilə evə daxil olmuşlar. Onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək polis şöbəsinə dəvət edərək gətirmişlər. Daha sonra isə onun üstündə, paltarında və paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişlər. Bundan sonra əynindəki tünd göy rəngli paltonun sağ yan cibindən 2 ədəd kibrit qutusunda olan marixuananı, 1 ədəd selofana bükülmüş, el arasında “şüşə” və “patı” kimi bilinən metamfetamini və “alyse” adlı dərman həblərini masanın üzərinə qoymuşdur. İş materiallarında olan: • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən onun əynindəki qırmızı-qara rəngli idman gödəkçəsinin sol iç cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilmiş, bükümün içərisinə baxış keçirildikdə qara rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmiş və tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir (İ cild, i.v.50-56, disk); • 27.01.2022-ci il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolunda Təqsirləndirilən şəxs ifadəsində göstərir ki, əvvəllər istintaqa verdiyi ifadəsini qismən dəyişir, ona elan olunmuş ittiham üzrə əvvəllər verdiyi ifadədə özünü təqsirli bilməsə də, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni saxlamaqda özünü təqsirli bilir. Narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitə və psixotrop maddə qəbul etmədiyi təqdirdə ağrıları yaranırdı. Nərmin Rzayevanı uzun müddətdir ki, tanıyır. Nərmindən əvvəllər də narkotik vasitə və psixotrop maddələr alıb. Özü narkotik vasitənin satışı ilə məşğul olmamış, lakin istifadəçisi olmuşdur. 04 oktyabr 2021-ci il tarixdə qeyrirəsmi münasibətdə olduğu Şahid7 ilə birlikdə N.Rzayevanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, ev 61, mənzil 21-ə getmişdir. Bir qədər orada olduqdan sonra Nərmindən öz istifadəsi üçün siqaretin iç kağızına bükülmüş narkotik vasitə olan heroin almış və öz üzərində saxlamışdır. Daha sonra Nərminlə birlikdə yaşadığı evdən çıxaraq şirniyyat almağa getmişlər. 05 oktyabr 2021-ci il tarixdə, saat 01 radələrində birlikdə blokdan çıxaraq xeyli getdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları polis şöbəsinə dəvət etmişlər. Nərminlə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən üzərində şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən 01 ədəd büküm aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin ona məxsus olmuşdur. Ona polis və qeyriləri tərəfindən heç bir təzyiq göstərilməyib (lİ cild, i.v.60-61); • “Mobil telefon və telefon danışıqlarının anten dairəsi və giriş-çıxış zənglərinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola və sms mətnlərinə əsasən cinayət işinin materiallarına əlavə olunaraq CD diskə köçürülmüş mobil nömrəyə, habelə mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs Nərmin Rzayevaya, habelə digər mobil nömrə istifadəçilərinə yazaraq narkotik vasitə və psixotrop maddə istəməsi müəyyən olunur. Həmin sms mətnlərinə baxış zamanı “qaqaş bu 2 dənə puluynan istiyir deyir yarım qram patı verim” 1 dənə listə ayrı yersin barter eliyek, dərman alınırsa 4 list 100 manata gətir alınmırsa qalsın, Qaqaş bayaqkinnənm aldımı 2 list lazımdı, ataş list var? 1 dənə lazımdı qaqa vəziyyətim pisdi düşmüşəm küçələrə mal lazımdı” kimi yazışmalarla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı kimlərdən narkotik vasitə almasını soruşduqda, sonuncu Nərmin Rzayevadan narkotik vasitələr aldığını bildirir (İl cild, i.v.62-70); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4403 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,569 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs götürülmüş heroin, Nərmin Rzayevadan götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,519 qram, aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.94-97); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,519 qram çəkidə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İİ cild, i.v.122-138); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X13 Ambulator X4 haqqında xx.xx.2021-ci il tarixli, 4956 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (lİ cild, i.v.46-47); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-427/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.167- 170); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına və hökmün surətinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinib qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (İl cild, i.v.23- 24,71-79); • Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)-427/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi üçün Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-217/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə kursu ödənilmədiyi üçün məhkum barəsində amnistiya tətbiq edilməmişdir. xx.xx.2022-ci il tarixə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 11 ay 26 gün təşkil edir (İl cild, i.v.27). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, eyni zamanda onun barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən anoloji cinayətə görə məhkum olunduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökm qanuni qüvvəyə minmədən törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına görə cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə, həmin Məcəlləyə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 26 gün hissəsinin iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə onun həbsə alındığı andan – 05 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, qalıq qalan 0,519 qram narkotik vasitə olan heroin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsinin iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun və həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, qalıq qalan 0,519 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-177/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-177/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver