Məhkəmə qərarları › İş №1(006)-177/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-177/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-177/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Vəronınv ərazi dairəsi, Zəngələ kəndində qeydiyyatda olan, Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, "xxxx" ASC-nin “Asan Xidmət” üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu 1000 manat pul müqabilində “Asan Xidmət” Mərkəzində "xxxx" ASC-nin Kommunal bölməsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2020-ci ilin aprel ayının əvvəllərində İmişli şəhəri Q.İsmayılzadə küçəsi 3 ünvanının qarşısında 1000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İ). Bundan başqa o, təkrarən "xxxx" ASC-nin “Asan Xidmət” üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib sonuncunu 8500 manat pul müqabilində “Asan Xidmət” Mərkəzində Miqrasiya şöbəsinə nəzarətçi düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 27 avqust 2021ci il tarixdə İmişli şəhəri Q.İsmayılzadə küçəsi 3 ünvanında 8500 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İİ). Bundan başqa o, təkrarən "xxxx" ASC-nin “Asan Xidmət” üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib sonuncunun qardaşı Şahid1 3000 manat pul müqabilində "xxxx" ASC-də işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2021-ci ilin sentyabr ayının əvvəllərində İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 3 ünvanında Zərərçəkmiş şəxs1 3000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İİİ). Bundan başqa o, təkrarən "xxxx" ASC-nin “Asan Xidmət” üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib sonuncunu 5460 manat pul müqabilində Sabirabad rayon “Asan Xidmət” Mərkəzində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 2021-ci ilin dekabr ayının ortalarında İmişli şəhəri Heydər Əliyev prospekti 131 ünvanının qarşısında 5460 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İV). Bundan başqa o, təkrarən "xxxx" ASC-nin Asan Xidmət üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs9 etibarından suiistifadə edib sonuncunu 4000 manat pul müqabilində Sumqayıt şəhərində yerləşən “Asan Xidmət” Mərkəzində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 01 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Əsləm market” mağazasında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə ona məxsus 5239-1515-xx-xx-8159 nömrəli bank kartına göndərdiyi 4000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs9 maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod V). Bundan başqa o, təkrarən "xxxx" ASC-nin “Asan Xidmət” üzrə 4 nömrəli Regional Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin 9-cu dərəcəli mühəndisi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib sonuncuya övladı Əhməd Məmmədovu 9000 manat pul müqabilində “Asan Xidmət” Mərkəzində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 16 yanvar 2022-ci il tarixdə İmişli rayonu Qaragüvəndikli kəndində Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin qarşısında sonuncunun 9000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod Vİ). Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 sonuncunun övladı Şahid9 5000 manat pul müqabilində Masallı rayon “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 10 may 2022-ci il tarixdə saat 11:40-da Zərərçəkmiş şəxs5 Masallı rayonu Qarğalıq kəndində fəaliyyət göstərən “Qarğalıq Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus 5239- 1515-1189-4993 nömrəli bank kartının hesabına göndərdiyi 3000 manat və 06 iyun 2022-ci il tarixdə Masallı rayonu Şərəfə kəndində fəaliyyət göstərən “Vüsal Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus qeyd olunan bank kartının hesabına göndərdiyi 1000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod Vİİ). Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 sonuncunun övladı Şahid7 11000 manat pul müqabilində “X12 institutu”na mütəxəssis kimi işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla 04 avqust 2022-ci il tarixdə Salyan şəhərində yerləşən "xxxx" ASC-nin qarşısında 11000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod Vİİİ). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X1 12000 manat pul müqabilində Bakı 3 saylı “Asan Xidmət” Mərkəzində Vətəndaşların qəbulu üzrə baş mütəxəssis vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən “Park 20 Shopping” ticarət mərkəzinin qarşısında 7000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod İX). Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 sonuncunu 7500 manat pul müqabilində Sumqayıt “Asan Xidmət” Mərkəzində nəzarətçi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında 5000 manat, 21 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Gövhər Market”də quraşdırılmış “emanat” ödəmə terminalı vasitəsilə ona məxsus 5239- 1515-1589-4983 nömrəli bank kartının hesabına göndərdiyi 2000 manat pulu və 26 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən “Park 20 Shopping” ticarət mərkəzinin qarşısında 500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 7500 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (epizod X). Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən maddi imkanı aşağı olduğundan bir neçə nəfər tanıdığı şəxsləri aldadaraq dələduzluq etmək qərarına gəlmişdir. Belə ki, İmişli rayon sakini Zərərçəkmiş şəxs1 və qardaşı Şahid1 heç vaxt aldadıb onları guya "Asan Xidmət"də işə düzəldəcəyi barədə vəd verib aldatmamış və nə də bu məqsədlə onlardan pul almamışdır. Zərərçəkmiş şəxs1 o İmişli şəhər sakini kimi tanıyıb və aralarında heç vaxt narazılıq, ədavət olmayıb, əksinə aralarında normal münasibət olmuşdur. Belə ki, Sulduzun kiçik qardaşı Elsevər orta və ali məktəbdə onunla bir yerdə oxumuş, sonralar isə atası Elsevəri Elektrik şəbəkəsinə işə götürmüşdür. Bir yoldaş kimi onun Elsevərlə münasibəti həmişə yaxşı olmuş və Elsevərə görə onun qardaşı Sulduzu da tanımışdır. 2021-ci ilin iyun ayının ortalarında onun şəxsi problemləri yarandığından ona pul lazım olmuşdur. O da münasibətləri yaxşı olduğundan bununla əlaqədar Sulduza zəng edib onun 700 (yeddi yüz) manat pula ehtiyacı olduğunu və bu məsələdə ona köməklik etməsini xahiş etmişdir. Sulduz da həmin vaxt ona hazırda əlində nağd pulu olmadığını, ancaq ona vacib lazımdırsa faizə pul verən tanışları olduğunu və onlardan sələmə pul götürüb ona verə biləcəyini bildirmişdir. O da pula ehtiyacı olduğu üçün təkliflə razılaşmışdır. Bundan təxminən 2 saat sonra, saat 16 radələrində Sulduzla İmişli rayon bazarında görüşmüş və Sulduz ona 700 manat pulu on günlük verdiyini bildirmişdir. Həmin pulu Sulduz başqasından aldığını və 10 günün tamamında həmin pulun üzərinə 100 manat da əlavə edib qaytarmalı olduğunu bildirmişdir. O da Sulduzun bu sözlərinə etiraz etməmiş və 700 manat pulu 10 günə üstündə 100 manat əlavə faiz pulu ilə birlikdə qaytaracağına söz vermişdir. Həqiqətəndə 10 gün sonra həmin 700 (yeddi yüz) manat pulu, üzərinə əlavə edilmiş 100 manatla birlikdə, yəni cəmi 800 manat pulu İmişli rayon bazarında Sulduza qaytarmışdır. Bundan sonra o hər dəfə ehtiyacı olduğu üçün hissə-hissə Sulduzdan müxtəlif məbləğlərdə faizlə borc pullar almışdır. Aldığı borc pulların məbləği hər dəfə müxtəlif olmuşdur. Belə ki, bəzən Sulduzdan 200, 500, 700, 1000, 2000 manat məbləğlərdə faizə pul götürmüş və sonradan həmin pulların faizini qaytarsa da, kökü qalmış, yəni o Sulduza onun faizlə borc verdiyi pulların yalnız faizini qaytarmışdır. Borcun əsas məbləği isə yerində qalmışdır. Sulduz ona hər dəfə failzə borca pul verərkən həmin pulların özünün olmadığını, həmin pulları İmişli rayon sakinləri olan Vüsal və Miri adlı şəxslərdən sələmə götürdüyünü demişdir. Bir dəfə Sulduz istədiyi 2000 manat pulu ona Miri adlı şəxslə birlikdə gətirmiş və Miri də özü ona pulu verərkən pulu ona 10 günlük verdiyini demişdir. 10 gündən sonra o Miriyə 2400 manat pul qaytarmalı olmuşdur. O da əlacsız qaldığından onların bu şərti ilə razılaşmalı olmuşdur. Beləliklə, 2022-ci ilin fevral ayına kimi o Sulduzdan onun Miri və Vüsal adlı şəxslərdən götürdüyü ümumilikdə cəmi 10.000 (on min) manat məbləğində faizlə borca pul almış və maddi cəhətdən vəziyyəti getdikcə lap pisləşmişdir. Maddi vəziyyəti çox pis olduğundan Sulduza faizlərin dayandırılması barədə köməklik göstərməsini xahiş etmişdir. Sulduz da onun vəziyyətini görüb onunla razılaşmışdır. Zərərçəkmiş şəxs1, Vüsal və Miri ilə danışmış və ona daha verilən pulların faizlərini istəməyəcəklərini bildirmişdir. O da Sulduzun bu sözünə arxayın olmuşdur. Sulduzun ona deməsinə görə o, ayrı-ayrı vaxtlarda və müxtəlif məbləğlərdə ona verdiyi pulların 6000 (altı min) manatını Vüsal adlı şəxsdən, 5000 (beş min) manatını isə Miri adlı şəxsdən almışdır. 2022-ci ilin mart ayında Sulduz ona sələmə pul götürdüyü Vüsal və Miri adlı şəxslərin ondan borcun əsas kök hissəsini qaytarmağını istəməsini bildirmişdir. O da Sulduza hazırda maddi cəhətdən pis vəziyyətdə olduğunu demişdir. Sulduz buna görə özünün pis vəziyyətdə qaldığını ona demişdir. O da Sulduzun onun maddi sıxıntılarına görə kiminləsə problem yaşamasını istəməmişdir. Ona görə də özü birbaşa Vüsal və Miri adlı şəxslərin yanına gedib onlara Sulduzun bu məsələyə heç bir aidiyyatının olmadığını bildirmişdir. Eyni zamanda Vüsal və Miri adlı şəxslərə 2022-ci ilin fevral ayından bəri artıq həmin pulların faizlərini hesablamamağı xahiş etmişdir. Onlara yerdə qalan borcunu, yəni alınan pulun faiz yox, əsas hissəsini özü ödəyəcəyini və bununla bağlı daha Sulduzu narahat etməmələrini xahiş etmişdir. Həmçinin, öz əlaqə telefonunu da həmin vaxt Vüsal və Miriyə onunla birbaşa əlaqə saxlamalarına görə vermişdir. Həmin vaxt söhbət zamanı həm Miri, həm də Vüsal adlı şəxs ona bəhs etdiyi sələmə pul söhbətindən xəbəri olmadığını bildirmişlər. Onlar Sulduza ona sələm verməsi üçün pul vermədiklərini bildirmişdir. Sulduz sonradan vəziyyəti belə görüb qardaşı Səmədə zəng edib Rəhmanın onun dostlarını aldadıb işə düzəltmək adı ilə 10.000 manat pul aldığını demişdir. İndi isə onlar işə düzəlmədiklərindən pullarını qardaşından geri istəsələr də Rəhman onların pulunu qaytarmır. Səməd də həmin vaxt Sulduza bu məsələni özününü araşdıracağını bildirmişdir. Ondan sonra qardaşı Səməd, Ağalı gedib Vüsal və Miri adlı şəxslərlə danışaraq nəyə görə Rəhmanın onları işə düzəltmək adı ilə pul aldığı təqdirdə yeddi-səkkiz ay maraqlanmamasını soruşmuş, həmin şəxslər isə cavab olaraq Sulduzdan hər dəfə bu barədə soruşduqda məsələni özünün həll edəcəyini və onların bu işə qarışmamalarını demişdir. Ona görə də onlar Sulduza inandıqlarından heç kimə bu barədə heç nə demədiklərini bildirmişlər. Əslində isə onlar yalan danışmışlar, faizlə sələmə borc pul verdiklərini etiraf edib demək istəmədiklərindən guya onları işə düzəldəcəyi barədə söhbəti demişlər. Onlarla bağlı bu işin mahiyyəti ondan ibarətdir ki, Sulduzdan faizə pul götürüb verməsini xahiş etmiş, Sulduz isə Miri və Vüsalı aldatmışdır. Lakin onun Sulduzun bu əməlindən xəbəri olmamışdır. İşə düzəltmək adı ilə Sulduzun qardaşları Elsevərdən 2021ci ilin avqust ayında sonuncunu “Asan Xidmət mərkəzi”nə "xxxx" şöbəsinə işə düzəltmək adı ilə 1000 (min) manat pul almış, o həmin pulu İmişli rayonu ərazisində Elsevərin əmisi Qasım adlı şəxsdən Elsevərin iştirakı ilə qəbul etmişdir. Həmin vaxtı o özü "Asan Xidmət" Mərkəzinin İmişli rayon şöbəsinin "xxxx" şöbəsində işləmişdir. Elsevərdən həmin vaxt 1000 manat puldan başqa onun şəxsiyyət vəsiqəsini, hərbi biletinin və diplomunun surətlərini də almışdır. Həmin pulu onun kiməsə vermək məqsədi olmamışdır. O pulu götürüb öz ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin sentyabr ayında müharibə başlayarkən Elsevər müharibəyə getmişdir. Elsəvər müharibədən qayıtdıqdan sonra ona vəd etdiyi işi düzəldə bilmədiyini demiş, lakin həmin pulu ona qaytaracağını bildirmişdir. Elsevər də həmin vaxt ona uzun müddətdir yoldaşlıq etdiklərini, bu dövr ərzində ona çox yaxşılıqlar etdiyini və özü də ondan az pul almadığını demişdir. Ona görə də həmin min manatı ona bağışlamışdır. Bu söhbətdən sonra Elsevərlə onun arasında heç bir narazılıq olmamışdır. Lakin sonradan Elsevər ona verdiyi 1000 manatla bağlı şikayət edəndə ona qardaşı Sulduz və əmisi Fəqan tərəfindən məcbur edildiyi məlum olmuşdur. Səbəb isə Sulduzun ona sələmə borc kimi verdiyi pullara hüquqi don geyindirmək olmuşdur. Qeyd olunanlar hamısı Sulduz tərəfindən qurulmuş oyundur. O Sulduzun qardaşı Gündüz adlı şəxsi tanısa da onunla heç bir münasibəti olmamış və heç vaxt da Sulduzu və Gündüzü işə düzəldəcəyi barədə aldadıb onlara yalandan bu barədə vəd verməmişdir. Bunlar hamısı ona qarşı yalan, böhtan xarakterli olmaqla uydurulmuş söhbətlərdir. Əlavə olaraq bildirmişdir ki, o işə düzəltmək adı ilə Elsevərdən aldığı 1000 (min) manatdan da bir dəfə 200 (iki yüz), ikinci dəfə 200 (iki yüz), üçüncü dəfə isə 150 (yüz əlli) manat qaytarmışdır. Onun Elsevərə 450 manat borcu qalmışdır. Lakin Elsevər axırıncı dəfə onunla görüşəndə o qalan 450 manat pulunu ondan istəmədiyini, həmin pulu ona bağışladığını bildirmişdir. Bundan başqa Saatlı rayon sakini Zərərçəkmiş şəxs3 2021-ci ildən tanımışdır. Belə ki, 2021-ci ilin dekabr ayında o həm “Asan Xidmət mərkəzi”nin Azərsu bölməsində işləmiş, həm də orada kafe işlətmişdir. Bununla bağlı xeyli vətəndaşlar onun yanına gəlmişdir. Rəşad da bir neçə dəfə həmin kafeyə gəlmiş və onunla orada tanış olmuşdur. Söhbətlərinin birində Rəşad ona Rusiyadan gələndən sonra münasib bir iş tapa bilmədiyini, "Asan Xidmət" Mərkəzi kimi rahat yer olarsa işləmək istədiyini demişdir. Həmin vaxtı Rəşada fürsətlər olduğu təqdirdə qeyd olunan yerə və ya digər dövlət müəssisələrinə işə adam düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Rəşada "Asan Xidmət" Mərkəzində vakant yer olacağı təqdirdə məlumat verəcəyini demişdir. Rəşad da onunla razılaşıb öz telefon nömrəsini ona vermişdir. Bundan bir neçə gün sonra o, Rəşada zəng edib onu Sabirabad rayon “Asan Xidmət mərkəzi”nə işə düzəldə biləcəyini bildirmiş, Rəşad da bununla razılaşıb onunla görüşməyə qərar vermişdir. O Rəşaddan hərbi xidmətinin, ali təhsilinin olub-olmamasını soruşduqda sonuncu ona müsbət cavab vermişdir. Görüşəndən sonra o, Rəşada bu iş üçün ümumilikdə 5460 manat pul lazım olacağını demişdir. Rəşad da dediyi məbləğə işə düzəlməyə razılaşmış və bir neçə gün sonra onlar İmişli şəhəri ərazisindəki "Medisan" tibb mərkəzinin qarşısında görüşmüşdürlər. Həmin vaxtı Zərərçəkmiş şəxs3 5460 manat məbləğdə pulu sayıb ona vermişdir. O həmin vaxtı Rəşada ən geci bir ay müddətində işə düzələcəyini və işə çıxacağını bildirmişdir. Lakin bu müddət tamam olduqdan sonra bu məsələni həll edə bilməmiş və Rəşaddan aldığı həmin məbləğdə pulu öz şəxsi problemlərinə sərf etmişdir. Rəşadla mütəmadi əlaqə saxlayan zaman ona ən qısa zamanda aldığı pullarını ona geri qaytaracağını söz vermişdir. Rəşad onun barəsində şikayət etdikdən sonra ibtidai istintaq və məhkəmə istintaqı dövründə dəymiş ziyanı tam olaraq ödəmişdir. O Rəşaddan 5460 manat pulu alan zaman onu işə düzəldə bilməyəcəyini, onun belə bir səlahiyyətinin və imkanının olmadığını bilsə də, ehtiyac üzündən onu aldadıb yalan danışmağa məcbur qalmışdır. Bundan başqa o, İmişli rayonu Qaragüvəndikli kənd sakini Zərərçəkmiş şəxs4 İxtiyar oğlunu aldadıb guya oğlu Əhmədi işə düzəltmək adı ilə ondan 9000 (doqquz min) manat pul almışdır. Belə ki, o Əhməd Mamedovu ali məktəbdə oxuyan zamandan tanımış və onunla münasibəti həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Əhməd Mamedov və atası Zərərçəkmiş şəxs4 ona istənilən vakant yer olarsa Əhmədi ora işə düzəltmək istədiklərini bildirmişlər. O da həmin şəxslərə işlədiyi yerdə vakant yer olduğunu və Əhmədi də oraya işə düzəldə biləcəyini bildirmişdir. Ona həmin vaxt pul lazım olduğundan məcbur qalıb dələduzluq etmişdir. Bu məqsədlə də 2022-ci ilin yanvarın 16-da İmişli rayonu Qaragüvəndikli kəndində Zərərçəkmiş şəxs4 oğlu Əhməd Mamedovu işə düzəltmək adı ilə 9000 (doqquz min) manat pul almış və pulu alarkən onlara bir aya Əhmədin işini düzəldəcəyini vəd etmişdir. Lakin o, Əhmədi işə düzəldə bilməmiş və onlardan aldığı pulları da xərclədiyi üçün vaxtında qaytara bilməmişdir. Lakin sonradan ibtidai istintaq və məhkəmə istintaqı dövründə həmin pulun hamısını zərərçəkmiş şəxsə qaytarmışdır. Bundan başqa, o, universitetdə oxuduğu zaman əslən Lerik rayonundan olan Yalçın adlı şəxslə tanış olmuşdur və ondan sonra onların arasında münasibət yaranmışdı. 2018-ci ilin oktyabr ayından 2022-ci ilin fevral ayına kimi o "Asan Xidmət" in İmişli rayon şöbəsində Azərsu bölməsinin müdiri vəzifəsində işləmiş, sonradan isə öz ərizəsi ilə işdən azad olunmuşdur. 2022-ci ilin yay aylarında o, bir dəfə Yalçınla telefonda söhbət edən zaman Yalçına 6000 manata ali təhsili olan istənilən şəxsi "Asan Xidmət" də işə düzəldə biləcəyini, əgər istəyirsə sonuncunu da ora işə düzəldə biləcəyini bildirmişdir. Yalçın da həmin vaxt artıq özünün işə düzəlib işlədiyini, ona görə də ona iş lazım olmadığını, lakin bir yaxın tanışının işə düzəlmək istədiyini ona dedikdə o, Yalçına həmin şəxsə onun mobil telefon nömrəsini verərək zəng vurmasını və həmin şəxsin özü ilə danışmasını xahiş etmişdir. Bundan sonra özünü ona Yalçının tanışı kimi təqdim edən Ruslan adlı şəxs zəng vurub işə düzəlmək istədiyini billdirmişdir. O da Ruslana həmin vaxt onu "Asan Xidmət"də işə düzəldə biləcəyini bildirdikdə Ruslan adlı şəxs ondan imtina edib öz ixtisası üzrə işləmək istədiyini bildirmişdir. Ona görə də Ruslana Neft-Qaz Layihələndirmə institutunda kiçik mütəxəsis işinə düzəldə biləcəyini bildirmişdir. Lakin bunun üçün Ruslanın 13.000 manat pul verməli olduğunu bildirmişdir. Ruslan da ona atası ilə məsləhətləşib bu barədə xəbər verəcəyini bildirmişdir. Bundan sonra Ruslanın atası ona zəng vurub bu barədə danışmış və sonda onlar 11.000 manata Ruslanı işə düzəltməyə razılaşmışlar. 04 avqust 2022-ci il tarixdə o, Bakıdan Yardımlı rayonuna gedərkən aralarında olan razılaşmaya əsasən yolüstü saat 15 radələrində Salyan şəhərində Ruslan və onun atası Bayramla görüşmüş və həmin görüş zamanı o bir daha onları Ruslanı işə düzəldəcəyinə inandırdıqdan sonra Zərərçəkmiş şəxs6 ona 11.000 manat pul vermişdir. O, pulu alan zaman orada onlardan başqa heç kim olmamışdır. O Bayram adlı şəxsdən 11.000 manat pulu alan zaman Ruslan bunu öz telefonunun kamerasına da çəkmişdir. Sonra sağollaşıb ayrılmış və aldığı 11.000 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Ruslanın işə düzəlmədiyini görən Bayram və oğlu Ruslan sonradan onun İmişli rayonunda yaşayan qardaşı Səmədi tapıb bu barədə ona demişlər. Daha sonra əmisi Şamil də bu məsələni bilib bununla bağlı onlarla görüşmüşdür. Lakin həmin dövrdə əllərində pul olmadığından məsləhətləşib rəhmətlik atasından qalmış və qardaşı Səmədin istifadəsində olan “ML Mersedes” markalı avtomobili qarşılıqlı razılıq əsasında 6000 manat dəyərində qiymətləndirib onu ilkin olaraq Bayrama vermişlər. Qalan 5000 manat pulu da sonradan ödəyəcəyinə söz vermişdir. Lakin işləmədiyindən və pul tapa bilmədiyi üçün qalan 5000 manat pulu Bayram kişiyə sonradan ödəyə bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 əsəbiləşib ondan Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bundan başqa, o, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs9 da aldadıb onu “Asan xidmət”ə işə düzəldəcəyi adı ilə aldadaraq ondan 4000 manat pul almışdır. Sahil ona həmin pulu kart hesabına bankomat vasitəsi ilə 01 yanvar 2022-ci il tarixdə göndərmiş, lakin həmin pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 onun qrup yoldaşı Şahid9 atasıdır. O, Şahid9lə Sumqayıt Dövlət Universitetində 2012-2016-cı illərdə təhsil aldığı vaxtdan tanış olmuş və onunla Sumqayıt şəhərində 2 il eyni evdə kirayədə yaşamışdır. Həmin vaxtdan Fəridlə ailəvi tanışlıqları da yaranmışdır. 2021-ci ilin aprel ayının 4-də atası dünyasını dəyişdikdən sonra onların ailəsində maddi çətinliklər yaranmağa başlamışdır. Belə ki, onun bir neçə tanışına borcu olmuşdur. O, maddi çətinlikləri ucbatından 2022-ci ilin may ayının əvəllərində qrup yoldaşı Fəridin etibarından sui-istifadə edib ondan pul almaq məqsədi ilə Fəridin istifadəsində olan mobil nömrəyə istifadəsində olan mobil nömrə ilə zəng edən zaman onun nömrəsinin daxil olan zəngləri qəbul etmədiyini bilmişdir. O bundan sonra Fəridin atası Vahidin istifadəsində olan mobil nömrəyə zəng edib ondan Fəridin telefonunun sönülü olmasının səbəbini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs5 ona oğlu Fəridin yatdığını bildirmişdir. O Zərərçəkmiş şəxs5 Fəridin işləyib-işləmədiyini, bu vaxt hansı səbəbdən yatdığını soruşan zaman Zərərçəkmiş şəxs5 ona oğluna iş axtardığını, lakin iş tapa bilmədiyi üçün Fəridin hal-hazırda heç bir yerdə işləmədiyini və bekarçılıqdan yatdığını bildirmişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs5 qrup yoldaşı Fəridin ali təhsilinin olmasını, ona işlədiyi ASAN xidmət sistemində asan yolla iş tapa biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 bunu hansı yolla edə biləcəyini soruşduqda o İmişli ASAN xidmət mərkəzində fəaliyyət göstərən "xxxx" şöbəsinin qrup rəhbəri olduğunu, Fəridi də Masallı ASAN xidmət mərkəzində "xxxx"da mühəndis vəzifəsinə işə qəbul etdirə biləcəyini və bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs5 ona 5000 manat pulunun olmadığını, 3000 manat pulunun olduğunu bildirmişdi. O, Fəridin onun dostu olduğunu, buna görə onu 3000 manata da işə qəbul etdirə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs5 onunla razılaşmışdır. O, daha sonra Zərərçəkmiş şəxs5 oğlu Fəridə məxsus diplomun, şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətini onun mobil nöməsinə “Whatsapp” proqramı vasitəsi ilə göndərməsini, eləcə də 3000 manat pulu da ona məxsus "xxxx" ASC-yə aid debit kartına göndərməsini istəmişdir. Həmin gün Şahid9 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə özünə məxsus qeyd etdiyi sənədləri “PDF” formatında onun mobil nömrəsinə göndərmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Fəridin atası Zərərçəkmiş şəxs5 onun mobil telefonuna zəng edib 3000 manat pulu ona dediyi kart hesabına göndərdiyini bildirmişdir. O həmin vaxt “Birbank” mobil tətbiqi vasitəsi ilə 3000 manat pulun kart hesabına köçürülməsini gördükdən sonra elə həmin tarixdə 3000 manat pulu İmişli şəhəri H.Əliyev prospektində yerləşən"xxxx" ASC-yə məxsus bankomatdan çıxarmışdır. Daha sonra Zərərçəkmiş şəxs5 zəng edib pulu götürdüyünü, narahat olmamasını, qısa müddətdə oğlu Fəridin Masallı ASAN xidmət mərkəzində qeyd etdiyi işə əmrinin veriləcəyini bildirmişdir. Həmin vaxtdan təxminən bir ay sonra yenidən pula ehtiyacı olduğu üçün o Zərərçəkmiş şəxs5lə əlaqə saxlayıb ona oğlu Fəridin işinin tam həlli üçün əlavə olaraq 1000 manat pula ehtiyac olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs5 ona inanmış və xx.xx.2022-ci il tarixdə 1000 manat pulu da onun debit kartına göndərmiş və o həmin tarixdə pulu İmişli şəhərindəki eyni bankomatdan çıxarmışdır. O, Zərərçəkmiş şəxs5 oğlu Fəridi işə düzəldəcəyi adı ilə ümumilikdə 4000 manat aldığı pulu öz borclarını qaytarmağa sərf etmişdir. Ötən müddət ərzində Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayıb oğlu Fəridin işinin nə yerdə qalmasını soruşan zaman o hər dəfə müxtəlif bəhanələrlə ona Fəridin qısa müddətdə işə düzələcəyini bildirib onu aldatmışdır. 2022-ci ilin yanvar ayında 3 nəfər İmişli rayon sakinindən onları işlədiyi İmişli ASAN xidmət mərkəzinə işə qəbul etdirəcəyi adı ilə ümumilikdə 15000 manat pul aldığını, lakin həmin şəxslərdən aldığı pulları qaytara bilmədiyi üçün həmin şəxslərin müraciətləri əsasında onun barəsində İmişli RPŞnin İB-də cinayət işi başlanılmış və o xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. O bu səbəbdən Zərərçəkmiş şəxs5 haqqında Masallı RPŞ-nə şikayət ünvanladıqdan sonra Masallı RPŞnin İB-də araşdırma aparılan zaman Zərərçəkmiş şəxs5 haqqında etdiyi şikayətlə bağlı ondan möhlət istəyib istintaqa verəcəyi izahatda onun 4000 manat pulu ondan guya borc olaraq aldığı barədə qeyd etməsini xahiş etmiş, qısa müddətdə pulunu qaytaracağını demiş, lakin ötən müddət ərzində də Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə aldığı pulu qaytarmamışdır. Bundan başqa o, Sumqayıt Dövlət Universitetində oxuduğundan orada Zərərçəkmiş şəxs7 ilə tanış olmuşdur. Təbib həmin vaxt "xxxx"da işləmişdir. Təbib adlı şəxslə söhbət zamanı o iş yerini dəyişmək istədiyini və bununla bağlı ona köməklik etməsini ondan xahiş etmişdir. 2022-ci ilin sentyabr ayında o mobil telefonla Təbibə zəng edərək onu Sumqayıt 2 saylı Asan Xidmət Mərkəzində işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Təbiblə söhbət zamanı ona işə düzəlməsi üçün 8 min manat pul verməli olduğunu bildirmişdir. Həmin vaxt o Təbib adlı şəxslə aralarında şifahi şəkildə razılaşmış və Təbibin ona ilk öncə 5000 manat, sonrakı proseslərdə isə qalan məbləği verməli olduğunu bildirmişdir. Bundan sonra Təbib 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “BTB bank”dan kredit şəklində 7300 manat pul kredit götürərək, həmin məbləğin 5000 manatını ona işə düzəlməsi məqsədilə vermişdir. 2022-ci ilin oktyabr ayının 21-də qalan məbləğdən 2000 manat pul vəsaitini Təbib adlı şəxs “Kapital” banka məxsus onun adına olan bank kartına göndərmişdir. Həmin ilin oktyabr ayının 26-da Təbibə zəng edərək işə düzəlməyi ilə bağlı Bakı şəhəri, 1 saylı Asan Xidmətin rəisinin onları gözlədiyini bildirmiş, o həmin gün Təbiblə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yeləşən Asan xidmətin yaxınlığında olan kafedə görüşmüşlər. Görüş zamanı o Təbibə guya rəisin ona zəng etdiyini bildirərək kafedən bayıra çıxıb geri qayıtdıqdan sonra rəisinin işi olduğunu və onları bu gün qəbul edə bilməyəcəyini və rəislə görüşməklərinin başqa vaxta planlaşdıracağını bildirmişdir. O Təbib adlı şəxslə birlikdə oradan çıxaraq piyada Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən "Park 20 Shopping" T/M-nin yaxınlığına gəlmişdir. Həmin vaxt orada ikisi olmuşdur. Bu vaxt Təbib ona 500 manat pul vəsaitini işə düzəlmək məqsədilə verərək, qalan 500 manat pul üçün maddi imkanı çatmadığını ona bildirmişdir. O ümumilikdə 7500 manat pul vəsaitini işə düzəlmək məqsədilə aldıqdan sonra 25 iş günü ərzində Təbibə xəbər edəcəyini bildirmişdir. Bundan sonra o həmin 7500 manat pulu maddi ehttiyaclarına xərcləyərək başqa şəxslərə olan borclarını ödəmişdir. Lakin ibtidai istintaq və məhkəmə istintaqı dövründə Təbibə olan ziyanı ödəmiş və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Bundan başqa o, Nicat Dünyamaliyevi Sumqayıt Dövlət Universitetində təhsil alan zamandan bəri tanımışdır. Belə ki, Nicatla ortaq tanışları olmuş və həmin tanışların vasitəsi ilə Nicatı tanımışdır. O, 2022-ci ilin avqust-sentyabr aylarında onunla birlikdə təhsil alan X6 ilə görüşən zaman ona Asan Xidmətdə vakant vəzifələr olduğunu və işə düzəlmək istəyən tanışı varsa bu işdə ona və tanışına köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra təxminən 2022-ci ilin sentyabr ayında Dəyanət ona zəng edərək Nicat adlı tanışı olduğunu və “Asan Xidmət”ə işə düzəlmək istədiyini bildirdikdə o, Dəyanətə mobil nömrəsini Nicata verməyini tapşırmışdır. Bundan sonra Nicat onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı o Nicatdan dövlət qulluğu haqqında sertifikatının olub-olmamasını və digər müəyyən sənədlərinin olub-olmadığını soruşmuşdur. Bunu soruşmaqda məqsədi Nicatın onu işə düzəldəcəyinə inandırmaq olmuşdur. Nicat ona bütün sənədlərin qaydasında olduğunu bildirdikdə onunla görüş təyin etmişdir. İlkin olaraq 2022-ci ilin sentyabr ayının 10-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli Asan xidmət mərkəzinin yaxınlığında Nicatla təkbətək görüşüb söhbət etmişdirlər. Görüş zamanı o özünü Asan xidmət mərkəzinin işçisi kimi təqdim edərək Nicatı Bakı şəhəri 3 saylı Yasamal rayonu ərazisində yerləşən Asan xidmət mərkəzində vətəndaşların qəbulu üzrə baş mütəxəssis vəfizəsinə düzəldəcəyinə vəd verərək bunun müqabilində ondan 12000 manat pul və iş üçün lazım olan şəxsiyyət vəsiqəsinin surəti, diplomun surəti və dövlət qulluğuna qəbul haqqında sertifikatın surəti və hərbi xidmət keçmə haqqında sənədin surətini istəmişdir. Həmin vaxt o Asan Xİdmətdə işləməmişdir. Lakin Nicatı aldadaraq ona inanmağını təmin etmək üçün özünü ona guya Asan Xidmətin işçisi olaraq təqdim etmişdir. Həmin gün, yəni 10 sentyabr 2022-ci il tarixdə Nicata zəng edərək rəislə danışdığını, ona təklif olunan vəzifəyə başqa namizədlərin olduğunu və bu səbəbdən mümkünsə pulun həmin gün axşama qədər çatdırılmasını xahiş etmişdir. Həmin vaxt heç bir rəislə və ya hər hansı bir şəxslə danışmamışdır. Sadəcə olaraq Nicatı aldatmaq üçün bu kimi üsullardan istifadə etmişdir. Telefon danışığı zamanı Nicat ona 12000 manat pulun olmadığını bildirdikdə o Nicata həmin pulun yarısını axşama qədər, qalan yarısını isə işə düzələndən sonra verə biləcəyini bildirdikdə Nicat onunla razılaşmışdır. Bundan sonra 10 sentyabr 2022-ci il tarixdə Nicat və yanında olan bir nəfər tanımadığı şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar metrostansiyası yaxınlığında görüşmüşdürlər. Görüş zamanı o yenidən Nicata iş haqqında məlumat verərək onu özünə inandırmağa davam etmişdir. Oradaca Nicatdan 7000 manat pulu və iş üçün lazım olan sənədləri almışdır. Bundan sonra Nicata 1 ay ərzində işinin düzələcəyini bildirib oradan uzaqlaşmışdır. Həmin 7 min manat pulu sonradan maddi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 25 oktyabr 2022-ci il tarixdə o Nicatı aldadaraq onunla yenidən 1 saylı Asan Xidmət Mərkəzində görüş təyin edib guya onu rəisin yanına salacağına inandıraraq Nicatın onun hərəkətlərindən şübhələnməməsini təmin etmişdir. Lakin onun 1 saylı Asan Xidmətdə işləyən heç bir tanışı olmamışdır və heç bir şəxsin bu işdən məlumatı olmamışdır. Lakin sonradan Nicata dyəmiş ziyanı ödəmiş və buna görə də, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Hal-hazırda törətdiyi əməllərdən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini, qalan ziyanın isə ona vaxt verilərsə ödəniləcəyini bildirərək barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə oxumuş, həm də sonuncu qardaşı Elsevərin yaxın dostu olmuşdur. Belə ki, 2021-ci ilin may-iyun aylarında Rəhman onunla söhbət edən zaman “Asan Xidmət mərkəzi”ndə Miqrasiya şöbəsinə nəzarətçi yerinin boş olduğunu və oraya işçi düzəldə biləcəyini bildirmişdir. O, Rəhmana hərbi biletinin, diplomunun və digər sənədlərinin olmadığını demişdir. Üstəlik Bakıya gedəndə orada ondan imtahan istəyə biləcəklərini qeyd etmişdir. Halbuki onun bu iş barədə nə təcrübəsi, nə də savadı olmuşdur. Rəhman isə ona narahat olmamasını və hər şeyi həll edəcəyini bildirmişdir. Rəhmandan bu işin pul ilə düzələcəyini soruşduqda sonuncu da ona 8500 manat pul lazım olduğunu bildirmiş və həmin məbləği verərsə Rəhman onu qeyd olunan yerə işə düzəldə biləcəyini qeyd etmişdir. O Rəhmana güvəndiyi üçün sonuncuya inanmış və qeyd olunan yerə işə düzəltməsi üçün razılaşmışdır. Bunun görə də, o, 27 avqust 2021-ci il tarixdə səhər saatlarında qardaşı Zərərçəkmiş şəxs2 adına "xxxx"dan 8500 manat kredit götürüb İmişli şəhəri Q.İsmayılzadə 3 ünvanında yerləşən İmişli rayon bazarında yerləşən kafedə görüşüb Rəhmana vermişdir. Həmin vaxtı Rəhman ona 10 oktyabr 2021-ci il tarixədək onun işinin nəticəsinin bəlli olacağını bildirmişdir. Bu söhbətdən təxminən 10-15 gün sonra, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərində o Rəhmandan əlavə iş yerinin olub-olmadığını soruşmuşdur. Rəhman isə ona "xxxx" idarəsində boş işçi yeri olduğunu bildirmişdir. O da qardaşı Şahid1 da həmin yerə Rəhman vasitəsilə işə düzəltdirmək qərarına gəlmişdir. Buna görə də Rəhmana nə qədər pul lazım olduğunu soruşmuş, sonuncu da 3000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra, o “Beynəlxalq bank”dan öz adına olan krediti yeniləyib 3250 manat da əlavə kredit götürmüşdür. 2021-ci ilin sentyabr ayının əvvəllərində günorta saat 13 radələrində İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 3 ünvanında yerləşən İmişli rayon bazarının arxasındakı “Kamran marketin” qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona 3000 manat pul vermişdir. Rəhman da həmin vaxtı ona qardaşını işə düzəldəcəyinə dair söz vermişdir. Təqsirləndirilən şəxs onunla yaxşı münasibət qurduğundan onda sonuncuya qarşı heç bir şübhə olmamışdır. Bu söhbətdən təxminən iki həftə sonra, yəni 2021-ci ilin sentyabr ayının ortalarında Rəhman ona vaxtilə işə düzəltmək adı ilə başqa şəxslərdən pul aldığını, lakin həmin şəxslərin işlərinə imtina gəldiyi üçün və pulu böldüyü şəxslər isə həmin pullardan özlərinə düşən hissələri qaytarmadığı üçün zərər vurulmuş şəxslərin pullarını qaytarmaq vəzifəsi Rəhmanın üzərinə düşdüyünü bildirmişdir. O həmin vaxtı Rəhmanla yaxşı münasibət saxladığı üçün sonuncunun xahişindən imtina edə bilməmişdir. Rəhman birinci dəfə ondan 6000 manat pul istəmiş və ona bu pulu sonuncuya borca versə vaxtında qaytaracağını bildirmişdir. O Rəhmana pulunun olmadığını desə də, Rəhman ona dost-tanışdan tapıb ona pul verməsini xahiş etmişdir. O Rəhmana güvənib İmişli rayonu ərazisində yaxşı münasibəti olan Vüsal adlı şəxsin yanına gedib sonuncuya dostu Rəhmana borca pul lazım olduğunu bildirmişdir. Vüsal həmin vaxtı Rəhmanı tanımasa da, onu tanıdığına görə 6000 manat məbləğdə pulu Rəhmana vermişdir. Bu məsələdən bir ay sonra, yəni 2021-ci ilin oktyabr ayının ortalarında Rəhman yenə də həmin bəhanələrlə onun yanına gəlib 5000 manat əlavə pul lazım olduğunu bildirmişdir. O yenə də Rəhmana qeyd olunan məbləğdə pulunun olmadığını bildirsə də, sonuncu həmin pulu ona tapıb verməyini xahiş etmişdir. Buna görə də İmişli rayon ərazisində “Miri” kimi tanıdığı şəxslə əlaqə saxlayıb ona dostu Rəhmana 5000 manat borca pul verməsini xahiş etmişdir. Miri də Rəhmanı tanımasa da, onu tanıdığına görə həmin məbləği Rəhmana İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Foto Rza” adlanan yerdə vermişdir. Rəhmanın işə düzəltmə adı ilə aldığı 11500 manat pul ona geri qaytarılmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs həm onun yaxın dostu, həm də tələbə yoldaşı olmuşdur. 2020-ci ilin mart-aprel aylarında Rəhman ona işlədiyi “Asan xidmət mərkəzi”nin "xxxx" kommunal bölməsinə işçi axtardıqlarını bildirmiş və onu həmin işə düzəldə biləcəyini qeyd etmişdir. O da həmin vaxtı Rəhmanla çox yaxşı və dərin münasibəti olduğundan sonuncuya güvənmiş və qeyd olunan müəssisəyə işə düzəldə biləcəyini düşünmüşdür. O Rəhmandan bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuş, Rəhman isə cavabında min manat pul lazım olduğunu və həmin işə düzələrsə həftədə bir dəfə işə gedəcəyini bildirmişdir. O da işin rejiminin rahat olduğunu görüb Rəhmanla razılaşmışdır. Lakin həmin vaxtı onun min manat pulu olmadığı üçün o, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 3 ünvanında yerləşən İmişli rayon bazarında mühasib işləyən əmisi Şahid5 yanına getmiş, həmin vaxtı Rəhman da onların yanında olmuşdur. O qeyd olunan ünvana çatanda əmisi Qasıma dostu Rəhmanın onu işə düzəldəcəyini demişdir. Buna görə də, əmisi Qasım 1000 manat pulu ona verməyə razı olmuşdur. 2020-ci ilin aprel ayının əvvəllərində günorta saat 15 radələrində İmişli şəhəri Q.İsmayılzadə küçəsi 3 ünvanında yerləşən İmişli rayon bazarında Rəhman onu “Asan xidmət mərkəzi”nin "xxxx" kommunal bölməsinə işçi qismində işə düzəldəcəyini vəd edərək 1000 (min) manat pulunu almışdır. Bu məsələdən təxminən bir ay keçdikdən sonra, yəni 2020-ci ilin may ayında o Rəhmanla görüşdükdə hər dəfə ona iş barədə soruşmuş, daha sonra isə sonuncunun ya pulu qaytarmasını, ya da işi həll etməsini tələb etmişdir. Rəhman isə hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmişdir. Rəhman ona gah işə düzəltməyə kömək edən şəxsin xaricdə olduğunu, gah da məzuniyyətdə olduğunu demişdir. Onunla münasibəti yaxşı olduğundan o əvvəllər Rəhmana heç bir etiraz etməmişdir. Bu məsələdən təxminən 5-6 ay keçdikdən sonra, yəni 2020-ci ilin sentyabr ayının əvvəllərində əmisi Qasım ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. O da həmin pulu Rəhmana verdiyi üçün və ondan geri ala bilmədiyindən əmisinin borcunu qaytara bilməmişdir. Daha sonra o müharibəyə gedib gəldikən sonra əmisinin borcunu özü ödəmişdir. Amma Rəhman isə nə onu işə düzəltmiş, nə də ondan aldığı pulu geri qaytarmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana qayıtmış və iş tapa bilməmişdir. 2021-ci ilin dekabr ayında İmişli rayonu “Asan Xidmət Mərkəzi”nə şəxsi işi olduğu üçün gəlmişdir. Belə ki, onun orada dostu işləmişdir. O zalda olarkən Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuş və onunla söhbət etmişdir. O “Asan Xidmət Mərkəzi”nin rahat bir yerə bənzədiyini və belə bir yerdə işləmək istədiyini Rəhmana söhbət əsnasında demişdir. Bir qədər sonra onlar Rəhmanla yenidən zalda görüşüb söhbət etməyə başlayarkən Rəhman ona fürsətlər olduqca “Asan Xidmət”ə işçi düzəldə bildiyini demişdir. O, Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu ondan ali təhsilinin, hərbi xidmətinin olması barədə məlumatlar almışdır. Rəhman fürsət olarsa onu “Asan Xidmət Mərkəzi”nə işə düzəldə biləcəyini bildirmişdir. Belə ki, həmin vaxt Rəhman özü də İmişli “Asan Xidmət Mərkəzi”ndə "xxxx" bölməsində işləmişdir. Həmin vaxtı o da iş axtardığından Rəhmana inanmış və nömrəsini ona vermişdir. Bir neçə gün sonra Rəhman onunla əlaqə saxlayıb vakant işçi yeri olduğunu bildirmişdir. Belə ki, Rəhman onu Sabirabad rayon “Asan Xidmət Mərkəzi”nə işə düzəldəcəyini vəd etmişdir. O, bunun üçün 5460 manat pul lazım olduğunu bildirmişdir. Buraya ümumilikdə iş üçün hansısa idarəyə, sənədlərə və s. sərf edilən pullar daxil olmuşdur. O da Rəhmanla razılaşıb 2021-ci ilin dekabr ayının ortalarında günorta saat 15 radələrində İmişli şəhərində “Medisan” tibb mərkəzinin qarşısında Rəhmanla görüşüb həmin vaxtı ona 5460 manat pulu vermişdir. Rəhman pulu ondan aldıqdan sonra bir ay sonra işə çıxa biləcəyini ona vəd etmişdir. Rəhmanın qeyd etdiyi müddət başa çatdıqdan sonra, yəni 2022-ci ilin yanvar ayının ortalarında o, işin hələ alınmadığını və bir müddət də gözləməli olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər dəfə üç gün, bir həftə ondan vaxt istəyərək onu yubandırmış və müxtəlif bəhanələr gətirib onu aldatmışdır. O artıq Rəhmanın sözlərinə inanmadığından sonuncuya zəng edib onunla görüşmək istədiyini demişdir. Rəhmanla Saatlı rayonu ərazisində görüşüb Rəhmana ondan aldığı pulları geri qaytarmasını və heç bir işi istəmədiyimi bildirmişdir. Rəhman yenə də ona səbirli olmağı və yaxın zamanda işin düzələcəyini bildirsə də, o, pulunu geri istəmişdir. Təqsirləndirilən şəxs isə ona narahat olmamağını, pulunu geri qaytaracağını bildirmişdir. 2022-ci ilin iyul ayında Rəhman ondan aldığı pulun 2000 manatını geri qaytarmışdır. Qalıq hissəni isə qısa zamanda qaytaracağını desə də, məhkəmə istintaqınadək 500 manat olmaqla ona ümumilikdə 2500 manat pul geri qaytarmışdır. Sonradan məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qalan məbləği də ödənilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ildə İmişli rayonu ərazisində “işə adam düzəldən şəxs” kimi tanımışdır. Belə ki, tanışları ona Rəhman adlı şəxs olduğunu, “Asan Xidmət Mərkəzi”ndə işlədiyini və bir neçə şəxsi işə düzəltdiyini bildirmişdir. O da oğlu X4 bir yerə işə düzəlməsini istəmişdir. Buna görə də, o, 2022-ci ilin yanvar ayının əvvəlləri Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində tapıb onunla görüşmüş və sonuncuya oğlu Əhmədi işə düzəltmək istədiyini demişdir. Rəhman isə ona vəd verərək problem olmadığını və “Asan Xidmət Mərkəzi”nin məhkumluq şöbəsi adlanan hissəsində vakant yer olduğunu bildirmişdir. Rəhman ona əgər istəsə oğlunu həmin yerə işə düzəldə biləcəyini bildirmiş, o da buna sevinib razı olmuşdur. Bundan sonra Rəhman ona bunun üçün 9000 (doqquz) min manat pul lazım olduğunu demişdir. O da Rəhmanın dediyi ilə razılaşıb, 16 yanvar 2022-ci il tarixdə Rəhmanla görüşüb həmin doqquz min manat məbləğdə pulu sonuncuya vermişdir. Rəhmanla əvvəlcədən aralarında olan razılığa əsasən İmişli rayonu, Qaragüvəndikli kəndinə, onun evinə gəlmişdir. O həmin doqquz min manat məbləğdə pulu da elə öz həyətində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı Rəhman onun tanımadığı bir nəfər taksi şoferi ilə gəlmiş və həmin vaxtı onların yanında başqa kimsə olmamışdır. Rəhman pulu aldıqdan sonra ona 2022-ci ilin fevral ayının 16-a kimi oğlunun işini düzəldəcəyini vəd etmişdir. O da Rəhmanın bu vədlərinə inanmışdır. 2022-ci ilin fevral ayının 16-da o Rəhmanla əlaqə saxlamağa çalışsa da, əlaqə qura bilməmişdir. Bundan sonra onunla Rəhmanın qardaşı Səməd adlı şəxs əlaqə saxlamış və ona Rəhmanın tutulduğunu demişdir. Bu söhbətdən üç gün keçdikdən sonra Rəhman özü onunla əlaqə saxlamış və ondan aldığı pulları geri qaytaracağını bildirmişdir. Artıq bundan sonra Təqsirləndirilən şəxs onu aldatmış və o isə pulunu geri qaytarması üçün sonuncuya vaxt vermişdir. 2022-cin ilin iyun ayında Rəhman ondan aldığı doqquz min manat puldan 3000 (üç min) manatını geri qaytarmışdır. Həmin pulu Rəhman özü gətirib onun İmişli rayonu Qaragüvəndikli kəndində yerləşən evində vermişdir. Həmin vaxtı Rəhman ona qalan pulları da ayda üç min manat olmaqla hissə-hissə geri verəcəyinə söz vermişdir. O da onun sözünə inanıb razılaşmışdır. Lakin növbəti ay Rəhman onun pulunu vermədiyi üçün o polis orqanına müraciət etmişdir. Təqsirləndirilən şəxs sonradan ziyan üzrə bütün məbləği ona ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tələbə yoldaşı olaraq tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Belə ki, 2012-ci il tarixdə oğlu Fərid Sumqayıt Dövlət Universitetinə qəbul olunmuş və həmin ildən 2016-cı ilədək olan müddət ərzində tələbə yoldaşı Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərində müxtəlif evlərdə kirayə yaşamışdır. O da elə həmin tarixdən Rəhmanı tanımışdır. 2016-cı ildə Fərid universiteti bitirməsinə baxmayaraq Rəhmanla əlaqəsi davam etmişdir. Rəhman və Fərid mütəmadi olaraq bir-birləri ilə telefon əlaqəsi saxlamışlar. Hətta Rəhman bəzən ona zəng edib hal-əhval tutmuşdur. 2022-ci ilin may ayının əvvələrində hazırda dəqiq tarixini xatırlamadığı vaxtda səhər saatlarında evdə olduğu zaman Rəhman ona zəng edərək Fəridə zəng çatmadığını bildirmişdir. O da Rəhmana Fəridin işsiz olmasına görə yatdığını demişdir. Həmin vaxt Rəhman ona oğlu Fəridi Masallı “ASAN” xidmət mərkəzində yerləşən "xxxx"nun müvafiq şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. O Rəhmandan bunu hansı yolla edəcəyini soruşan zaman Rəhman ona İmişli rayonunda yerləşən “ASAN” xidmət mərkəzində fəaliyyət göstərən "xxxx" şöbəsinin qrup rəhbəri olduğunu, "xxxx" ASC-nin rəhbərliyində yaxşı tanışlarının olduğunu və Fəridi də Masallı “ASAN” xidmət mərkəzində olan "xxxx" şöbəsinə mühəndis kimi işə düzəldə biləcəyini bildirmişdir. O da həmin vaxt Rəhmana inanıb oğlu Fəridi işə düzəltməsi üçün öz razılığını bildirmişdir. Həmin vaxt Rəhman Fəridin işə düzəlməsinə görə ondan 5000 manat pul istəmişdir. O, Rəhmana 5000 manat pulunun olmamasını, lakin ona 3000 manat pul göndərə biləcəyini bildirmişdir. Həmin vaxt ilk əvvəl Rəhman onunla razılaşmasa da, sonradan 4000 manata bu işi həll edəcəyini, 3000 manatı həmin vaxt göndərməyini, qalan 1000 manatı isə sonradan göndərə biləcəyini qeyd etmişdir. Həmin gün Rəhman oğlu Fəridlə əlaqə saxlayıb ondan diplomunun, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini “Whatsapp” vasitəsi ilə ona göndərməsini istəyib, həmçinin özünə məxsus "xxxx" ASC-yə aid kartı da oğlu Fəridə göndərib pulu həmin karta göndərmələrini istəmişdir. Həmin gün oğlu Fərid özünə aid həmin sənədlərin surətini “Whatsapp” vasitəsilə Rəhmana göndərmişdir. O da özündə olan pulun üstünü düzəldib xx.xx.2022-ci il tarixdə saat 11 radələrində 3000 manat pulu Masallı rayonu, Qarğalıq kəndində olan ödəmə terminalından Rəhmanın verdiyi "xxxx" ASC-yə aid kart hesabına ödəmişdir. Həmin vaxt bu barədə Rəhmana zəng edib bildirəndə Rəhman ona aralarında qalan 1000 manat pulu Fəridin işə qəbul edilməsi barədə veriləcək əmrdən sonra alacağını demişdir. Həmin vaxtdan sonra o bir neçə dəfə Rəhmanla əlaqə saxlayıb oğlunun işi barədə soruşan zaman sonuncu hər dəfə ona yaxın müddətdə Fəridin işə qəbul olacağı barədə yalan vədlər verməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə Rəhman ona yenidən zəng edərək Fəridin işinin tam həlli üçün qalan 1000 manat pulu göndərməyini, pulu göndərdikdən sonra Fəridin əmrinin bir neçə günə veriləcəyini bildirmişdir. O da Rəhmana yenidən inanıb Masallı rayonu, Şərəfə kəndinə gəlib Rəhmanın ona verdiyi həmin “Kapital Banka” məxsus bank hesabına 1000 manat pulu da göndərmişdir. Bundan sonra Rəhman Fəridi üç dəfə müxtəlif vaxtlarda Bakı şəhərinə "xxxx"nun rəhbərliyi ilə görüşməyə çağırmışdır. Oğlu Fərid hər dəfə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinə getsə də, evə qayıtdıqdan sonra Rəhmanın hər dəfə ona rəhbərliyin qəbuluna düşməyin alınmadığını deyib bəhanə gətirməsini bildirmişdir. Lakin sonuncu dəfə Bakıdan qayıtdıqdan sonra Fərid ona bu işdən nəsə şübhəli məqamların olmasını, Rəhmanın onları aldada biləcəyini bildirmişdir. Bu zaman o Rəhmanın ona qarşı dələduzluq etməsini başa düşmüşdür. Rəhmana zəng edib ondan verdiyi pulları qaytarmasını istəmişdir. Rəhman da həmin vaxt pulunu qaytaracağını deyib onu müxtəlif bəhanələrlə aldatmışdır. Rəhman oğlu Fəridin dostu olduğu üçün onun haqqında şikayət etməyib pulunu qaytarmasını uzun müddət gözləsə də, Rəhmandan pulunu geri ala bilməyib məcbur qalaraq xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə və Masallı RPŞ-nə müraciət etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun oğlu Şahid7 2018-ci ildə Bakı Dövlət Universitetinin geologiya mühəndisliyi fakultəsini bitirmiş, lakin ixtisasına uyğun iş tapa bilməmişdir. Ruslan hərbi xidmətdə olarkən Quba rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olan Şahid6 ilə tanış olmuş və ondan sonra onlar arasında münasibət yaranmışdır. Ruslanın öz ixtisası üzrə iş tapa bilmədiyini bilən Yalçın ona tanışı Təqsirləndirilən şəxs “iş görən adam” olduğunu və ona işə düzəltməkdə kömək edə biləcəyini bildirmişdir. Rəhman da ondan sonra 2022-ci ilin yayında Ruslana zəng vurub onunla tanış olmuş və Rəhman oğluna işə düzəldə biləcəyini bildirmiş, lakin bunun üçün pul lazım olduğunu bildirmişdir. Lakin nəyə görə pul verməli olduğunu Rəhman oğluna bildirməmiş, buna görə də, Ruslan bu barədə ona məlumat verdikdə o özü Rəhmanla danışmaq qərarına gəlmişdir. Ona görə də özünə məxsus mobil telefonu ilə Rəhmanın istifadəsində olan mobil telefonlara zəng vurub bu barədə onunla danışmışdır. Rəhman da bu telefon danışıqları zamanı ona Ruslanı ixtisası üzrə işə düzəldə biləcəyini, ancaq bunun üçün ona 11.000 manat pul verməli olduğunu bildirmişdir. O Rəhmandan həmin pulu nəyə görə istədiyini soruşmuş, sonuncu da həmin pulu özü üçün istədiyini, sadəcə olaraq onun bir çox yerdə dostları, qohumları olduğuna görə onlardan xahiş edib məsələni həll edəcəyini bildirmişdir. O da Rəhmanın sözünə inanıb onun şərti ilə razılaşmış və ondan nə vaxt, harada görüşəcəklərini soruşaduqda Rəhman ona yaxın günlərdə Yardımlı rayonuna gedəcəyini və həmin vaxt Salyan şəhərində onunla görüşə biləcəyini bildirmişdir. O da qeyd olunan təklif ilə razılaşmış və 04 avqust 2022-ci il tarixdə saat 15 radələrində Salyan şəhərində Rəhmanla görüşmüşdür. Həmin vaxt oğlu Ruslan da onun yanında olmuşdur. Söhbət zamanı Rəhman bir daha onları yaxın günlərdə Ruslanın "xxxx" şirkətinə məxsus Neft-Qaz Layihə instituna kiçik mütəxəsis vəzifəsinə işə düzəldəcəyinə söz vemiş və həmin vaxt orada bu məqsədlə ondan 11.000 manat pul almışdır. O pulu Rəhmana rüşvət kimi deyil, oğlunun işini düzəldəcəyinə kömək etməyə söz verdiyi üçün şirinlik kimi vermişdir. Belə ki, Rəhman ona nə əvvəldən və nə də pulu alan zaman qeyd olunan məbləği kiməsə vermək üçün alması barədə heç nə bildirməmişdir. Pulu Rəhmana verən zaman oğlu Ruslana həmin pulun verilmə vaxtını telefona çəkməyi tapşırmışdır. Ruslan onun 11.000 manat pulu Rəhmana verməyini öz telefonuna çəkmiş, pulu aldıqdan sonra Rəhman yaxın günlərdə Ruslanın işə düzəlmə məsələsinin həll olunacağını bildirmişdir. Lakin ondan sonra ötən dövr ərzində hər dəfə Rəhman Ruslanı və onu Bakı şəhərinə çağırıb onu iş yerinə aparacağını bildirsə də, verdiyi vədə əməl etməmişdir. Rəhmanın onları aldatdığına tam əmin olduqdan sonra sonuncudan verdiyi 11.000 manat pulu tələb etməyə başlamışdır. Rəhman da hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatmışdır. Sonradan məsələyə onun İmişli rayonunda yaşayan qardaşı Səməd, əmisi Şamil, Bakı şəhərində yaşayan digər qardaşı Murad da qoşulmuşdur. Onlarla söhbət zamanı Rəhmanın dələduzluqla məşğul olan bir şəxs olduğu ona məlum olmuşdur. Uzun sürən danışıqlardan sonra Rəhmanın ondan dələduzluq yolu ilə aldığı 11.000 manata görə Səməd atasından qalma “ML Mersedes” markalı avtomobili 6.000 manat civarında dəyərləndirib ona vermiş və o da həmin avtomobili oğlu Ruslanın adına sənədləşdirmişdir. Lakin qalan 5.000 manat pulu ona verilmədiyindən məcbur qalıb Salyan RPŞ-nə bununla bağlı ərizə ilə müraciət etmişdir. Hazırda da o Rəhmanın onu aldatdığı üçün barəsində tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hərbi xidmətdən 2021-ci ilin iyul ayında qayıtmış və hərbi xidmət vaxtı tanış olduğu X7 2022-ci ildə telefonla tanışan zaman sonuncuya müvafiq iş lazım olduğunu və bununla bağlı tanışı olarsa işə düzəlməyində ona kömək etməsini xahiş etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayında Dəyanət ona zəng edərək Rəhman adlı tanışının olduğunu, həmin şəxsin İmişli rayonu Asan Xidmət Mərkəzində qrup rəhbəri işlədiyini və ona işə düzəlməyində köməklik edə biləcəyini bildirmişdir. O Dəyanətdən Rəhman adlı şəxsin mobil nömrəsini alaraq ona zəng edib tanışlıq verdikdən sonra Rəhman ondan dövlət qulluğu haqqında sertifikatının və digər sənədlərinin olub-olmamasını soruşmuşdur. O bütün sənədlərinin qaydasında olduğunu Rəhmana bildirdikdən sonra onunla Bakı şəhərində görüş təyin etmişdir. İlkin olaraq 2022ci ilin sentyabr ayının 10-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli “Asan xidmət” mərkəzinin yaxınlığında Rəhmanla təkbətək görüşüb söhbət etmiş və görüş zamanı Rəhman özünü ona “Asan xidmət” mərkəzinin işçisi kimi təqdim edərək ona Bakı şəhəri 3 saylı Yasamal rayonu ərazisində yerləşən “Asan xidmət mərkəzi”ndə onu vətəndaşların qəbulu üzrə baş mütəxəssis vəfizəsinə düzəldəcəyinə vəd verərək bunun müqabilində ondan 12000 manat pul və iş üçün lazım olan sənədlərin surətini ondan istəmişdir. Həmin gün, yəni 10 sentyabr 2022-ci il tarixdə Rəhman ona zəng edərək rəislə danışdığını, ona təklif olunan vəzifəyə başqa namizədlərin olduğunu və bu səbəbdən mümkünsə pulun ona həmin gün axşama qədər çatdırılmasını xahiş etmişdir. Telefon danışığı zamanı o Rəhmana 12000 manat pulunun olmadığını bildirdikdə ona həmin pulun yarısını axşama qədər, qalan yarısını isə işə düzələndən sonra verə biləcəyini bildirdikdə onunla razılaşmışdır. Bundan sonra tanışlarından 7 min borc alaraq 10 sentyabr 2022-ci il tarixdə onun qohumu olan Şahid8 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti 3007 məhəllə ünvanında yerləşən “Park 20 shopping” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Görüş zamanı Rəhman iş haqqında onlara geniş məlumat vermişdir. Rəhmanın iş haqqında ona guya o 1400 manat aylıq əmək haqqı alacağını və gələcəkdə vəzifədə irəli çəkiləcəyini bildirmişdir. Bundan sonra o, həmin yerdə Rəhmana 7000 manat pulu və iş üçün lazım olan sənədləri vermişdir. Bundan sonra Rəhman ona guya rəislə görüşəcəyini və ondan aldığı pulu və sənədləri aparıb rəisə verəcəyini bildirərək 1 ay ərzində onun işə düzələcəyini vəd vermişdir. Bundan sonra 1 ay müddət keçdikdən sonra o Rəhmanla əlaqə saxlayan zaman Rəhman ona müxtəlif bəhanələr gətirərək ondan vaxt qazanmağa çalışmışdır. 25 oktyabr 2022-ci il tarixdə Rəhman onu yenidən Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Asan xidmətə cağıraraq onu rəisin qəbuluna salacağını və bunun üçün orada olan kafelərin birində oturub gözləməyini tapşırmışdır. Həmin görüş zamanı Rəhman rəisin işi olduğunu və onu qəbul edə bilməyəcəyini bildirərək onu yenidən aldatmışdır. Bundan sonra dəfələrlə Rəhmandan pulunu geri istəməyə başladıqda Rəhman müxtəlif bəhanələr gətirərək onu aldatmağa davam etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2022-ci ilin mart ayında Sumqayıt şəhərində yerləşən "xxxx" şirkətində anbardar işləmişdir. Bir müddət sonra, o, işlədiyi şirkəti dəyişmək qərarına gələrək, bu barədə qrup yoldaşı X5 bildirmişdir. Qrup yoldaşı Dəyanət Cəlladi ona tanışı Rəhman adlı şəxsin əlaqələrinin geniş olduğunu və ümumilikdə ona normal iş tapmaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Dəyanət ona zəng edərək onu Sumqayıt 2 saylı “Asan Xidmət Mərkəzi”ndə işə düzəldə biləcək Rəhman adlı tanışının olduğunu və bu işdə onun köməklik edə biləcəyini bildirərək əlaqə saxlaması üçün Rəhmanın istifadəsində olan mobil nömrəni ona vermişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində o Rəhmanla telefon əlaqəsi saxlamış və telefon danışığı zamanı həmin şəxs ona “Asan Xidmət Mərkəzi”ndə tanışlarının olduğunu deyərək, sözügedən Mərkəzdə işə düzəlməyi üçün ümumilikdə 8000 manat pul vəsaiti verməli olduğunu bildirmişdir. Həmin zaman, o, Rəhmanla aralarında şifahi şəkildə razılaşmış və Rəhman ona ilk öncə 5000 manat, sonrakı proseslərdə isə qalan məbləği verməli olduğunu bildirmişdir. Bundan sonra o 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “BTB bank”dan kredit şəklində 7300 manat pul kredit götürərək, həmin məbləğin 5000 manatını Rəhman adlı şəxslə qeyd olunan bankın yaxınlığında görüşərək, işə düzəlmək məqsədilə sonuncuya vermişdir. 2022-ci ilin oktyabr ayının 21-də o, qalan məbləğdən 2000 manat pul vəsaitini Rəhman adlı şəxsin ona göndərdiyi "Kapital" banka məxsus bank kartına Sumqayıt şəhərində yerləşən “Göhvər” marketin daxilində quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərmişdir. Həmin ilin oktyabr ayının 26-da Rəhman ona zəng edərək işə düzəlməyi ilə bağlı Bakı şəhəri 1 saylı Asan Xidmətin rəisinin onu gözlədiyini bildirmişdir. O həmin gün Rəhmanla Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yeləşən Asan xidmətin yaxınlığında olan kafedə görüşmüşdür. Görüş zamanı Rəhman ona guya rəisin ona zəng etdiyini bildirərək kafedən bayıra çıxıb geri qayıtdıqdan sonra rəisin işi olduğunu və onu bu gün qəbul edə bilməyəcəyini və bu kimi müxtəlif inandırıcı ifadələr işlədərək rəislə görüşməyinin başqa vaxta planlaşdıracağını bildirmişdir. O, Rəhman adlı şəxslə birlikdə oradan çıxaraq piyada Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən "Park 20 Shopping" T/M-nin yaxınlığına gəlmişdir. Həmin vaxt orada ikisi olmuşdur. Bu vaxt o özünə məxsus 500 manat pul vəsaitini işə düzəlmək məqsədilə Rəhmana verərək, qalan 500 manat pul üçün maddi imkanının çatmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 7500 manat pul vəsaitini işə düzəlmək məqsədilə aldıqdan sonra 25 iş günü ərzində ona xəbər edəcəyini bildirmişdir. Həmin müddət başa çatdıqdan sonra o Rəhmanla dəfələrlə telefon əlaqəsi saxlasa da, sonuncunun ona müxtəlif bəhanələr gətirdiyini görərək, həmin şəxs tərəfindən aldadıldığını başa düşmüş və baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, buna görə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı işsiz olduğundan xeyli müddət özünə iş axtarmışdır. 2021-ci ilin sonlarında o əslən Yardımlı rayonundan olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur və bir dəfə söhbət zamanı ona işsiz olduğunu və özü üçün iş axtardığını dedikdə Rəhman ona özünün “Asan Xidmət”də işlədiyini, istənilən şəxsi də işə düzəltmək imkanının olduğunu bildirib onu işə düzəldə biləcəyini demişdir. O da Rəhmandan belə bir imkanı vardırsa onu işə düzəltməsini xahiş etmişdir. Rəhman həmin vaxt ona yaxınlarda Sumqayıt şəhərində yeni "Asan Xidmət" açılacağını və onu 4000 manata orada münasib bir işə düzəldə biləcəyini demişdir. O da Rəhmanın onun dedikələrinə inanıb istədiyi məbləğlə razılaşmış və pulu düzəldib ona xəbər verəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Rəhmana zəng edib işə düzəlmək üçün 4000 manat düzəltdiyini bildirdikdə sonuncu ona "xxxx"a aid kart nömrəsini göndərmiş və o da 01 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "Əsləm Market" adlanan mağazadakı ödəmə terminalı vasitəsi ilə Rəhmanın ona göndərdiyi kart nömrəsinə 4000 manat pul göndərmişdir. Ondan sonra Rəhmanla əlaqə saxladıqda ona göndərdiyi 4000 manat pulu kartdan çıxarıb götürdüyünü və yaxın günlərdə onu işə düzəldəcəyini bildirmişdir. Lakin sonrakı dövr ərzində onun işə düzəlmə məsələsi həll olunmamış, hər dəfə də Rəhmana zəng vurub bu barədə soruşduqda Rəhman onu müxtəlif bəhanələrlə aldatmışdır. Rəhmanın onu aldatdığını və ondan aldığı 4000 manat pulu ona qaytarmaq istəmədiyini görüb məcbur qalaraq ondan Abşeron RPİ-nə şikayət etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan aldığı 4000 manatdan 850 manatını ödəmiş, lakin qalan məbləği ona qaytarmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın tam olaraq ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Ona 2021-ci ilin təxminən avqust-sentyabr aylarında qardaşı Zərərçəkmiş şəxs1 zəng edib bazarın arxasında olan “Kamran” marketin yanına gəlməsini xahiş etmişdir. O da həmin yerə gələndə qardaşı Sulduz və Rəhmanın orada olduğunu görmüşdür. Həmin vaxtı qardaşı Sulduz onun "xxxx" idarəsində işə düzəlməsi üçün Rəhmana 3000 manat pul vermişdir. Rəhman həmin vaxt onu vəd etdiyi idarəyə işə düzəldəcəyinə söz vermişdir. Hətta Rəhman onlara qısa müddətə işə düzəldəcəyinə əmin etmişdir. Bir müddət keçdikdən sonra o, Rəhmanla əlaqə saxlayıb işin axrının necə olduğunu öyrənmək istəmiş, Rəhman isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bu məsələlərdən bir müddət keçdikdən sonra Rəhmandan heç bir xəbər olmadığını görmüşdür. Bundan sonra rayon ərazisində olan şəxslərdən Rəhmanın ayrı-ayrı şəxsləri aldadıb onların pullarını ələ keçirdiyini eşitmişdir. Buna görə də, o dəfələrlə Rəhmanla rayon ərazisində görüşüb ondan aldığı pulları tələb etmişdir. Lakin Rəhman yenə də eyni bəhanələri deyərək gah borcu olduğunu, gah da evlərini satışa qoyulduğunu və satan kimi gətirib pulu qaytaracağını bildirmişdir. Lakin həmin gündən bu qədər müddət keçməsinə baxmayaraq Rəhman onu və qardaşı Zərərçəkmiş şəxs1 işə düzəltmək vədi ilə aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs1 yanında görmüş və bundan sonra həmin şəxsi tanımışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Sulduz hadisə vaxtı onunla birlikdə İmişli rayon bazarında mühafizəçi işləmişdir. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs bazarda Sulduzun yanına gəlmişdir. Sulduz ona Rəhmanın onunla görüşəcəyini bildirərək birlikdə görüşə getməyini təklif etmişdir. O da təkliflə razılaşdıqdan sonra Sulduzla birlikdə bazarda olan çayxanaların birinə gəlmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs da oraya gəlmiş və onlarla birlikdə əyləşmişdir. O Rəhmanla Sulduzun arasında əvvəllər nə məsələ olmasını bilməmişdir. Lakin orada gedən söhbətlərdən Rəhmanın 8500 manat pul müqabilində iş yoldaşı Zərərçəkmiş şəxs1 “Asan Xidmət mərkəzi”nə işə düzəldəcəyini öyrənmişdir. Lakin o iş yoldaşı olduğu üçün Sulduzun nə ali təhsilinin olduğunu, nə də hərbi biletinin olduğunu bilmişdir. Bu barədə Rəhmana sual verdikdə Təqsirləndirilən şəxs ona pulla məsələni həll etməyin mümkün olduğunu bildirmişdir. Bundan sonra onun yanında Sulduz cibindən 8500 manat pulu çıxarıb sayaraq Təqsirləndirilən şəxs vermişdir. Rəhman da həmin pulu götürdükdən sonra Zərərçəkmiş şəxs1 işə düzələcəyi vədini vermişdir. O bu hadisədən sonra bir neçə dəfə Sulduzdan bu məsələ barədə soruşsa da, Sulduz ona hələ işinin düzəlmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2018-2019-cu illərdə Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən əslən həmin vaxt Quba rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olan Şahid6 ilə tanış olmuş və ondan sonra aralarında münasibət yaranmışdı. Hərbi xidməti başa vurduqdan sonra da onlar mütəmadi olaraq biri-biriləri ilə əlaqə saxlamışlar. Bir dəfə söhbət zamanı Yalçın onun öz ixtisası üzrə iş tapa bilmədiyini bildikdə Təqsirləndirilən şəxs adında bir tələbə yoldaşı olduğunu, həmin şəxsin yaxşı əlaqələrinin olduğunu və sonuncunun istəyən olarsa işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Lənkəran rayonunda inşa edilən “Asan Xidmət Mərkəzi”ndə istəyən olarsa Rəhmanın onu orada işə düzəldə biləcəyini qeyd etmişdir. Bundan sonra, o, 2022-ci ilin avqust ayının 3-də saat 18 radələrində Yalçından aldığı Rəhmana məxsus mobil telefon nömrəsinə zəng vurub tanışlıq verdikdən sonra ona işə düzəlmək istədiyini bildirmişdir. Rəhman da ona 6000 manat verərsə, onu Lənkəranda həmin vaxt inşa olunan "Asan Xidmət"də işə düzəldə biləcəyini bildirmişdir. O, Rəhmana Bakı şəhərində işə düzəlmək istədiyini bildirdikdə Rəhman ona "xxxx" Şirkətinin Neft-Qaz Layihə institunda işə düzəldə biləcəyini demişdir. Ancaq bunun üçün onun 11.000 manat pul verməli olacağını qeyd etmişdir. Lakin nəyə görə pul verməli olduğunu Rəhman həmin vaxt ona bildirməmişdir. Bundan sonra, o, bu barədə atasına bildirmiş və atası özü Rəhmanla danışmaq istədiyini bildirmişdir. Ona görə də atası öz mobil telefonu ilə Rəhmanın istifadəsində olan mobil telefonlara zəng vurub bu barədə onunla danışmışdır. Rəhman da bu telefon danışığı zamanı bir daha atasına onu ixtisası üzrə işə düzəldə biləcəyini, lakin bunun üçün 14.000 manat pul verməli olduqlarını bildirmişdir. Daha sonra bir neçə dəfə özü və atası Rəhmanla telefon əlaqəsi saxlamış və sonuncu onları işə düzəldəcəyinə tam inandırandan sonra atası onun şərti ilə razılaşmış və nə vaxt, harada görüşəcəklərini soruşduqda Rəhman atasına Yardımlı rayonuna gedəcəyini və həmin vaxt Salyan şəhərində onlarla görüşə biləcəklərini bildirmişdir. Ona görə də, 04 avqust 2022-ci il tarixdə saat 15 radələrində Salyan şəhərində yerləşən "xxxx"ın Salyan filialının qarşısında onlar Rəhmanla görüşmüşlər. Söhbət zamanı Rəhman bir daha onları yaxın günlərdə onu "xxxx" şirkətinə məxsus Neft-Qaz Layihə instituna kiçik mütəxəsis vəzifəsinə işə düzəldəcəyinə inandırmış və həmin vaxt orada bu məqsədlə atasından 11.000 manat pul almışdır. Pulu alan zaman onların yanında başqa heç kim olmamışdır. Rəhman həmin vaxt pulu alan zaman onu kiməsə verəcəyi barədə onlara heç nə deməmişdir. Lakin pulu atası Rəhmana verən zaman ona telefona çəkməsini tapşırmışdır. Ona görə də o atasının qeyd edilən vaxt 11.000 manat pulu Rəhmana verməyini öz telefonuna çəkmişdir. Pulu aldıqdan sonra Rəhman avqust ayının 25-nə kimi onun işə düzəlmə məsələsinin həll olunacağını bildirmişdir. Lakin bundan sonra ötən dövr ərzində hər dəfə Rəhman onu və atasını Bakı şəhərinə çağırıb guya onu iş yerinə aparacağını bildirsə də, bu baş verməmişdir. Rəhmanın onu aldatdığına tam əmin olduqdan sonra ondan verdikləri 11.000 manat pulu tələb etməyə başlamışlar. Rəhman isə hər dəfə müxtəlif bəhanələr gətirməklə onları aldatmışdır. Sonradan məsələyə Rəhmanın İmişli rayonunda yaşayan qardaşı Səməd, əmisi Şamil, Bakı şəhərində yaşayan digər qardaşı Murad da qoşulmuşdur. Onlarla söhbət zamanı Rəhmanın dələduzluqla məşğul olan bir şəxs olması məlum olmuşdur. Uzun sürən danışıqlardan sonra Rəhmanın atasından dələduzluq yolu ilə aldığı 11.000 manata görə Səməd atasından qalma “ML Mersedes” markalı avtomobili 6.000 manat məbləğində dəyərləndirib onu etibarnamə ilə atasına vermiş və atası da sonradan onu adına sənədləşdirmişdir. Lakin qalan 5.000 manat pulu dəfələrlə istəmələrinə baxmayaraq, Rəhman hər dəfə onları öz yalan vədləri ilə aldatmış və qalan 5000 manat pullarını onlara qaytarmamışdır. Ona görə də məcbur qalan atası Salyan RPŞ-nə bununla bağlı ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tələbə yoldaşı olmuşdur, əvvəllər onu tanımamışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2018-2019-cu illərdə Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olmuşdur. O hərbi xidmətdə olarkən Şahid7 ilə tanış olmuş və ondan sonra onların arasında münasibət yaranmışdır. Hərbi xidməti başa vurduqdan sonra da onlar mütəmadi olaraq bir-biriləri ilə əlaqə saxlamışlar. Bir dəfə söhbət zamanı Ruslan ona öz ixtisası üzrə iş tapa bilmədiyini bildirmişdir. Ruslanla bu söhbətindən bir müddət sonra tələbə yoldaşı Təqsirləndirilən şəxs adında bir tələbə yoldaşı bir dəfə ona zəng vurub yaxşı əlaqələri olduğunu, həmin əlaqələri vasitəsi ilə istəyən olarsa onu işə düzəldə biləcəyini bildirmişdir. Hətta həmin vaxt ona Lənkəranda inşa edilən "Asan Xidmət"də işə düzəlməyi təklif etmişdir. Lakin o Rəhmana hazırda işlədiyini və onun işə ehtiyacının olmadığını, ancaq bir tanışının öz ixtisası üzrə iş tapa bilmədiyini bildirmişdir. Rəhman da həmin tanışını yönəltməyini ondan xahiş etmişdir. Bundan sonra, o bu barədə Ruslana bildirdikdə Ruslan ondan Rəhmanın mobil nömrəsini götürüb özü onunla əlaqə saxlayacağını demişdir. Daha sonra Ruslan özü Rəhmanla telefon əlaqəsi saxlamış və Rəhman da atası ilə Ruslandan 11.000 manat pul alaraq sonuncunu Neft-Qaz Layihə institutuna işə düzəldəcəyi barədə vəd vermişdir. Rəhman onlardan pulu aldıqdan sonra ona zəng vurub 11.000 manat pulu aldığını etiraf etmiş və telefon danışığı zamanı Rəhman onu da yaxın günlərdə Ruslanın işə düzəlmə məsələsini həll edəcəyinə əmin etmişdir. Ancaq sonradan Rəhmanın dələduzluq yolu ilə 11.000 manat pulu ələ keçirdiyi ona məlum olmuşdur. Bu barədə məlumat aldıqdan sonra özü bir neçə dəfə Rəhmanla əlaqə saxladıqda Rəhman hər dəfə ona da yalan vəd verərək Ruslanın tezliklə işə düzələcəyini bildirmişdir. Rəhmanın yalan vədlərindən bezən Ruslanın atası sonda məcbur qalıb ərizə ilə Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. O əvvəldən Rəhmanın dələduzluqla məşğul olmasını bilməmişdir və bu barədə heç bir məlumatı olmamışdır. Şahidlər Şahid9 27 mart 2024-cü il tarixdə və Şahid5 19 avqust 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid9 və Şahid5 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ədil Bayramov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 1, i/v 1). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ədil Bayramov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 1, i/v 64). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2023-cü il tarixdə Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Arzu Hacıyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 1, i/v 159). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2022-ci il tarixdə Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Arzu Hacıyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 1, i/v 194). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2022-ci il tarixdə İmişli RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İlqar Soltanlı tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 2, i/v 6). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında” 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, xx.xx.2022-ci il tarixdə İmişli RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi İlqar Soltanlı tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 2, i/v 46). İş materiallarında olan “cinayət işi başlama və icraat qəbul edilməsi haqqında15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi, 15 may 2023-cü il tarixdə Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Elturan Eminbəyli tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilmişdir. (cild 3, i/v 7). İş materiallarına əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında baş vermiş hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən yolun kənar hissəsidir (cild 1, i/v 72-73). İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs9 şikayəti əsasında baş vermiş hadisə yeri Abşeron rayonu, Saray qəsəbəsində yerləşən "Əsləm Market" adlanan mağazadır (cild 1, i/v 174). İş materiallarına əlavə olunmuş 29 oktyabr 2022-ci il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4ağa oğluna 7000 manat məbləğində maddi ziyan ödənilmişdir (cild 2, i/v 129). İş materiallarına əlavə edilmiş 29 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4ağa oğlunun maddi ziyanın ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2, i/v 131). İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini əks etdirən həmin 01 ədəd CD disk, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 11 (on bir min) manat pulun verilməsi zamanı çəkilmiş videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazılarının əks olunduğu 01 ədəd CD disk, cinayət işinin materiallarında olan 4 ədəd ödəniş qəbzləri və Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan yazışmanın sms mətnlərinin əks olunduğu 01 ədəd fotoşəkil və həmin fotoşəklə keçirilmiş protokol iş üzrə maddi sübut kimi tanınmışdır (cild 3, i/v 190-219). İş materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 110-111). İş materiallarına əlavə olunmuş 13 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 247). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs7 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs7 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 1, i/v 122-124). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs7 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs5 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 80-83). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs6 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 96-97). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs4 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 101-103). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 104-105). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 106-108). İş materiallarında olan “Üzləşdirmə Dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs8 istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs8 üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 3, i/v 114-115). İş materiallarına əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli İmişli RPş-nin İB-nin müstəntiqi, polis leytenantı İlqar Soltanlı tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-**, və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan sms mətnləri, mobil telefon nömrələrinin abunəçilərinin adı, soyadı və yaşadığı ünvan göstərilmiş, 1 yanvar 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək olan müddət ərzində mobil telefonla aparılan danışıq zamanı onların anten dairəsi məlumatları vardır. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə 01 dekabr 2021-ci il tarixdə saat 16:24-də ***-***- **-** saylı nömrədən “Qardaş mən neyniyim bax məni yıqır necə edim bəsdir də tay mən bilmirəm xəstəilə maraqlanım yox sabhu işlə xahiş edirəm onu həll et” məzmununda sms göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu, Qulubəyli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olması müəyyən edilmişdir. 22 yanvar 2022-ci il tarixdə saat 10:36:17-də ***-***-**-** saylı nömrədən 050- ***-**-** saylı nömrǝyǝ "Salam Rahman mana vacib pull lazımdır birdəki vusala lazımdır abeta pull vermeliyem" məzmununda mesaj göndərilmişdir. 01 fevral 2022-ci il tarixdə saat 16:18:41-də ***-***-**-** saylı nömrədən 050- ***-**-** saylı nömrəyə "Rəhman Salam qaqa niya teli acmirsan qismətə tez zang vur dali olub gəlir rayona" məzmununda mesaj göndərilmişdir. 01 fevral 2022-ci il tarixdə saat 17:27:59-da ***-***-**-** saylı ***-***-**-** saylı nömrəyə "Qardaş telefonu ac qismət gəlir rayona" məzmununda mesaj göndərilmişdir. Bundan başqa, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əlavə bir sms mətni aşkar edilməmişdir (cild 2, i/v 196-197). İş materiallarına əlavə edilmiş 12 yanvar 2024-cü il tarixli “Zərərçəkmiş şəxsin təqdim etdiyi qəbzlərə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş qəbzlərin surətindən görünür ki, 01 yanvar 2022-ci il tarixdə saat 18:55-da Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Əsləm” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 4000 manat pul, 10 may 2022-ci il tarixdə saat 11:48-da Masallı rayonu, Qarğalıq kəndində yerləşən “Qarğalıq “ marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 3000 manat pul, 06 iyun 2022-ci il tarixdə saat 13:31-də Masallı rayonu, Sarafa kəndində yerləşən “Vüsal“ marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə ******************** nömrəli "xxxx" ASC-yə aid bank kartına göndərilən 1000 manat pul, 21 oktabr 2022-ci il tarixdə saat 15:59-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Göhvər” marketdə quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə 523915*****4993 nömrəli "xxxx" ASCyə aid bank kartına göndərilən 2000 manat pul göndərilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kartlar özünə məxsus olduğunu və özü istifadə etdiyini, karta göndərilən pulları da öz şəxsi ehtiyacları üçün istifadə etdiyini bildirmişdir. (cild 3, 186-189). İş materiallarına əlavə edilmiş “könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs pul verən zaman çəkilmiş videogörüntünün qeyd olunduğu 01 ədəd disk baxış keçirilməsi və cinayət işi materiallarına əlvə edilməsindən ötrü könüllü olaraq araşdırmaya təqdim edilmiş və videogörüntü 7 saniyədən ibarət olmuşdur. Həmin videogörüntüyə baxış zamanı Zərərçəkmiş şəxs6 əlində olan 100 manatlıq əskinazlardan ibarət olan 11000 manat pulu Təqsirləndirilən şəxs verməsi və Təqsirləndirilən şəxs da həmin alması təsdiq olunur. (cild 1, 223). İş materiallarına əlavə edilmiş CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD diskin içərisində Zərərçəkmiş şəxs8 deməsinə görə Təqsirləndirilən şəxs ilə aralarında baş tutmuş telefon danışığının qeydə alındığı müxtəlif səs yazıları öz əksini tapmışdır. Belə ki, 001 adlı səs yazısında Nicat bildirir ki, Sertifikat məsələsini danışdız rəislə? Rəhman cavabında Nicata bildirir ki, Hamısı mənlikdir. Adam var idi 20 min pul verib. Sırf sənin vəzifəndə işləyir. Heç dövlət qulluğu sertifikatı da yoxdur ha. Sənin üstün cəhətin odur ki, sən qabağa gedəssən. Məsələn mənim dövlət qulluğum yoxdur. Mən də sənin vəzifənə keçə bilərəm Sertifikatsız sənin vəzifəni icra edəcəm. O maaşı sən də alassan mən də. Amma sən qabağa gedəssən. Mən yerimdə sayacam. Başa düşdün? Sən özünü orada inkişaf etdirməlisən. Məsələn, sən getsən orda fəal iştirak etməsən, orda işə geciksən hamsı sənə nöqsandır. Asan Xidmətdə səni heç kim işdən çıxarda bilməz Əgər sən üzü tüklü işə getməsən, işə gecikməsən. İşə gecikmək ən pis şeydir. 9-a 5 dəqiqə qalmış sən sistemdə olmalısan. Sən 9-un yarısı get. Vətəndaşla kobud danışma. Biraz dilini inkişaf elətdir. Qeyd olunan səs yazısı ilə bağlı Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və Zərərçəkmiş şəxs8 işə düzəldəcəyinə inandırmaq üçün ona yalan vədlər verdiyini bildirmişdir. 002 adlı səs yazısında Rəhman bildirir ki, İndi danışdım. Qardaş. Orda 1000 manat da lazım olacaq. Sən 1000 manat da mənə çatdırsan əla olar. İndi yığmışdı. Dedi ki, Rəhman 1000 manat da lazım olacaq. Qalanı da əmrdən sonra çatdırarsan. Qeyd olunan səsə yazısı ilə bağlı Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və Zərərçəkmiş şəxs8 pula ehtiyacı olduğu üçün əlavə olaraq 1000 manat da pul almaq istədiyini səs yazılarında qeyd olunan rəis adından yalandan istifadə etdiyini, əslində rəis vəzifəsində olan hər hansı bir şəxsin bu məsələdən xəbəri olmadığını bildirmişdir. 003 adlı səs yazısında Rəhman bildirir ki, hamınızın pulun qəpiyinə kimi ödəyəcəm.Səbrli olun. Hər bir insanın çətin günü olur. Mənim işim leytenant İlqar Soltanlıdadır. İşim çox ciddidir. Buradan qutaran kimi gəlib hamınızla görüşəcəm və yol pulunuza kimi ödəyəcəm. Sadəcə ikinci cəhbə açmayın. Çox danışa bilmirəm, zəngi aça bilmirəmsə bu o demək deyil qorxuram, hörmətsizlik edirəm. Biraz sıxıntıdayam. Buranı çıxan kimi pulunuzu ödəyəcəm. Qeyd olunan səsə yazısı ilə bağlı Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və Zərərçəkmiş şəxs8 şikayət etməməsi üçün fikrindən yayındırmağa çalışaraq ona aldığı pulu geri ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. 004 adlı səs yazısında Rəhman bildirir ki, Salam Nicat necəsən? İmişlidəyəm. Ayın 25-26-na kimi burda olacam. Ayın sonuna kimi gətirib sənə ödəniş edəcəm. 50 minimum 40 faizinə kimi gətirib ödəniş edəcəm. Əgər inanmırsansa istədiyin tədbiri görə bilərsən. Bir yoldaş var ondan alacağım var. Sən mənə o pulu veribsən. Məndən də alacaqsan. Qeyd olunan səsə yazısı ilə bağlı Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və Zərərçəkmiş şəxs8 şikayət etməməsi üçün fikrindən yayındırmağa çalışaraq ona aldığı pulu geri ödəyəcəyinə dair yenidən söz verdiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının Zərərçəkmiş şəxs8 ilə öz arasında olmasını təsdiqləyir. (cild 1, i/v 57-58). İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında olan yazışmanın sms mətnlərinin əks olunduğu 01 ədəd fotoşəkilə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Nicata “Super qardaş” məzmunlu sms-i Nicata yazır. Nicat da ona cavab olaraq “məsləhətli bir iş tap” deyə cavab verir. Təqsirləndirilən şəxs “vətəndaşların qəbulu üzrə baş mütəxəssis şöbəsi var. Ancaq ora dövlət qulluqçusu lazım olur.” Deyə cavab verir. Bu sms mətinin açıqlaması barədə Təqsirləndirilən şəxs sual verildikdə, qeyd olunan yazışmanın Nicatla öz arasında olduğunu Nicatı özünə inandırmaq üçün rəsmi məzmunlu smslər yazaraq onu işə düzəldilməsinə inandırmaq istədiyini bildirmişdir. (cild 1, 59). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild 1, i/v 146-149). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 150). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 271-272). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli tələbnamədən, Oğuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmündən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Oğuz Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzası dəyişdirilmədən saxlanılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli qərarı ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən azad edilmişdir (i/v 153-154). İş materiallarında olan Azərbaycan Respublikası Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Vərov Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xasiyyətnamə və arayışdan görünür ki, Yardımlı rayonu, Zəngələ kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (i/v 280-281). Məhkəməyə Zərərçəkmiş şəxs8 tərəfindən 04 noyabr 2024-cü il tarixdə və Zərərçəkmiş şəxs7 tərəfindən 02 noyabr 2024-cü il tarixdə ünvanlanmış teqlqramlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 dymiş zərər ödənildiyindən şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 177.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs5 sonuncunun övladı Şahid9 5000 manat pul müqabilində Masallı rayon “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 10 may 2022-ci il tarixdə saat 11:40da Zərərçəkmiş şəxs5 Masallı rayonu Qarğalıq kəndində fəaliyyət göstərən “Qarğalıq Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus 5239-1515-1189- 4993 nömrəli bank kartının hesabına göndərdiyi 3000 manat və 06 iyun 2022-ci il tarixdə Masallı rayonu Şərəfə kəndində fəaliyyət göstərən “Vüsal Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus bank kartının hesabına göndərdiyi 1000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi ilə bağlı epizod üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, ittiham aktında qeyd olunan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs5 sonuncunun övladı Şahid9 5000 manat pul müqabilində Masallı rayon “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 10 may 2022-ci il tarixdə saat 11:40-da Zərərçəkmiş şəxs5 Masallı rayonu Qarğalıq kəndində fəaliyyət göstərən “Qarğalıq Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus 5239-1515-1189-4993 nömrəli bank kartının hesabına göndərdiyi 3000 manat və 06 iyun 2022-ci il tarixdə Masallı rayonu Şərəfə kəndində fəaliyyət göstərən “Vüsal Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus bank kartının hesabına göndərdiyi 1000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi ilə bağlı epizod üzrə cinayət əməlinin 10 may 2022 və 06 iyun 2022-ci il tarixlərdə baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizod üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizod üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan epizod üzrə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edərək, əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək, 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini əks etdirən həmin 01 ədəd CD diskin, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 11 (on bir min) manat pulun verlməsi zamanı çəkilmiş videogörüntünün qeydə alındığı 01 ədəd DVD diskin, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazılarının əks olunduğu 01 ədəd CD diskin, cinayət işinin materiallarında olan 4 ədəd ödəniş qəbzlərinin və Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan yazışmanın sms mətnlərinin əks olunduğu 01 ədəd fotoşəkilin və həmin fotoşəklə baxış keçirilməsinə dair protokolun cinayət işinin materiallarında saxlanılmaları nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)- 177/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 06 mart 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 87 (səksən yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 522 (beş yüz iyirmi iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək, 13 mart 2023-cü il tarixdən 15 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs5 sonuncunun övladı Şahid9 5000 manat pul müqabilində Masallı rayon “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən "xxxx" ASC-nin şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 10 may 2022-ci il tarixdə saat 11:40da Zərərçəkmiş şəxs5 Masallı rayonu Qarğalıq kəndində fəaliyyət göstərən “Qarğalıq Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus 5239-1515-1189- 4993 nömrəli bank kartının hesabına göndərdiyi 3000 manat və 06 iyun 2022-ci il tarixdə Masallı rayonu Şərəfə kəndində fəaliyyət göstərən “Vüsal Market”də quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus bank kartının hesabına göndərdiyi 1000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini əks etdirən həmin 01 ədəd CD disk, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 11 (on bir min) manat pulun verlməsi zamanı çəkilmiş videogörüntünün qeydə alındığı 01 ədəd DVD disk, Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazılarının əks olunduğu 01 ədəd CD disk, cinayət işinin materiallarında olan 4 ədəd ödəniş qəbzləri və Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında olan yazışmanın sms mətnlərinin əks olunduğu 01 ədəd fotoşəkil və həmin fotoşəklə baxış keçirilməsinə dair protokolun cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 522 (beş yüz iyirmi iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar