Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-178/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sovxoz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Oğuzkənd ünvanında pasport qeydiyyatında olan,Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə zərərçəkmiş şəxsin cibindən pul çıxarmaqla talayaraq oğurluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 23:30-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 72 ünvanda, “Şam Bağı” kafesinin qarşısında ağacların arxasınca gələrək Zərərçəkmiş şəxs yaxınlaşaraq 5 manat pul müqabilində cinsi orqanını ağzına alacağını təklif etmiş, Zərərçəkmiş şəxs razılaşaraq üstündə olan pul kisəsindən 10 manat çıxardaraq Təqsirləndirilən şəxs vermiş və sonuncu Zərərçəkmiş şəxs 5 manatı qaytararaq öpərək ağacların arasına salmış və sonuncunun cinsiyyət orqanını ağzına salmaqla guya onu ehtiraslandırmaq məqsədi ilə ayağa qalxıb sinəsini və qoltuğunun altını əli ilə ovuşduraraq onunla arxadan qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif edən zaman Zərərçəkmiş şəxs məst olmasından istifadə edib sonuncunun əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç döş cibindəki pul kisəsinin içərisindən 305 manat nağd pulunu tamah məqsədi ilə gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 305 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, cinsi azlığın nümayəndəsidir, uzun illərdir kişilərlə görüşərək həm oral, həm də anal sekslə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində «Şamaxinka» adlanan ərazi istiqamətində Moskva prospekti ərazisində «Best Dönər» və «Şam Bağı» kafelərinin qarşısında yaxınlaşmışdır. Həmin vaxt başında qadın pariki, əynində qırmızımtıl gödəkçə və göy rəngli cins şalvar olmuşdur. O, Zərərçəkmiş şəxs yaxınlaşan vaxt zərərçəkmiş şəxsin sərxoş olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşandan sonra 5 manat müqabilində onun cinsi orqanını ağzına alacağını demiş və Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Daha sonra, Zərərçəkmiş şəxs oradakı ağacların arasında qaranlıq hissəyə aparmış və pulunu əvvəlcədən istəmişdir. Zərərçəkmiş şəxs əynindəki qara rəngli dəridən olan gödəkçənin sol iç qoltuq cibindən pul kisəsində olan digər pullarının arasından 10 manat pulu ona vermiş, o da Zərərçəkmiş şəxs 5 manat pulu qaytarmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs ona verdiyi 5 manatlıq pul əskinazını pul kisəsində olan 3 ədəd 100 manatlıq əskinazların arasına qoymuşdur. O, Zərərçəkmiş şəxs ağacların arasına qaranlıq yerə aparmış, orada zərərçəkmiş şəxsin sinəsini ovuşdurmuş, şalvarının qabağını açmış, Zərərçəkmiş şəxs cinsiyyət orqanını çıxarıb ağzına almış və Zərərçəkmiş şəxs məst olmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına alandan sonra ayağa qalxmış və qucaqlamış, sinəsini bir daha ovuşdurmuş və qoltuğunun altını əli ilə ovuşdurmuş, həmin zaman da Zərərçəkmiş şəxs xəbəri olmadan gödəkçəsinin qoltuq iç cibində olan ağzı açıq pul kisəsindən 305 manat pulu gizlin götürüb cibinə qoymuşdur. Daha sonra şalvarını aşağı endirib Zərərçəkmiş şəxslə anal yolla cinsi əlaqədə olmağı təklif etsə də, Zərərçəkmiş şəxs buna etiraz etmiş, o, şalvarını yuxarı çəkib ayağa qalxaraq Zərərçəkmiş şəxs bir daha qucaqlamış, sonra yenidən aşağı oturub yenidən Zərərçəkmiş şəxs cinsiyyət orqanını ağzına almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs “tez buradan qaç yoxsa bura polislər gələ bilər” demiş, o, qaçmamış, Zərərçəkmiş şəxs oradan qaçandan bir neçə dəqiqə sonra geri qayıtmış, yenidən həmin kafenin qarşısına ağacların arasına gəlib ondan 300 manatını istəmişdir. O, Zərərçəkmiş şəxs təhqir etmiş, pulunu götürmədiyini demiş, hətta Zərərçəkmiş şəxs “üzünə lezva ilə şram ataram, lazim olsa cibinə narkotik də qoyaram və səni şərləyərəm” demiş və zərərçəkmiş şəxsin pulunu qaytarmaqdan imtina edərək qaçıb oradan uzaqlaşmışdır. Daha sonra o, Polis Bğlməsinə çağrılaraq zərəçəkmiş şəxslə üzləşdirilmiş, lakin həmin vaxt yaşlı olması və ətrafdakı şəxslərin ona münasibətinin pis olacağı səbəbindən cinayət etməsini etiraf etməmişdir. Lakin sonradan cinayət əməlini etiraf etmiş və hadisəni olduğu kimi təfsilatı ilə Polis Bölməsində etiraf etmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə, həmçinin barəsində məcburi gətirmə qərarı çıxarılmasına baxmayaraq, onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəməyədək istintaq dövründə dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki,o, 2018-ci ilin yay aylarından 2020-ci ilin mart ayının əvvəllərinə qədər olan müddət ərzində Bakı şəhərində tikintilərdə qaynaqçı işləmiş, hazırda isə heç bir yerdə işləmir. Bakı şəhərində də işləyən müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Bakı Fəhləsi” zavodunun yataqxanasında yaşamış, xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində «Yeni il» bayramını ailəsi ilə keçirmək məqsədi ilə Şabran rayonuna getmək üçün metronun «20 Yanvar» stansiyasından çıxaraq piyada «Şamaxinka» adlanan ərazi istiqamətində Moskva prospekti ilə piyada gedərkən oradakı «Best Dönər» və «Şam Bağı» kafelərinin qarşısında ona bir nəfər, hündürboylu, dolu bədənli, təxminən 45 yaşlarında, əynində kapşonlu səhv etmirsə qırmızımtıl rəngli gödəkcə, əynində göy rəngli cins şalvar geyinən, yəni bəzəkli qadın geyimli kişi, lakin cinsi azlıq nümayəndəsi ona yaxınlaşıb kafenin qabaq tərəfində ondan beş manat müqabilində intim xidmət göstərməyi təklif etmiş, belə ki, həmin şəxs ona demişdir ki, 5 manat müqabilində onun cinsi orqanını ağzına alacaqdır. O, sərxoş vəziyyətdə olduğundan razılaşmış, həmin şəxs onu oradakı ağacların arasına qaranlıq hissəyə aparmış, pulunu bəri başdan istəmiş, o, əynindəki qara rəngli dəridən olan gödəkçənin sol iç qoltuq cibindən sadə formalı, qatlanan, yəni ağzı açıq olan pul kisəsini çıxarıb, digər pullarının arasından 10 manat pulu həmin şəxsə vermiş, həmin şəxs də ona 5 manat pul qaytarmış, o da həmin 5 manatlıq pul əskinazını pul kisəsində olan 3 ədəd 100 manatlıqların arasına qoymuş, həmin zaman onun pul kisəsində 300 manat, yəni 3 ədəd 100 manatlıq pul əskinazı olmuşdur. Bir daha qeyd etmişdir ki, pul kisəsində 300 manat, 1 ədəd də 10 manatlıq pul əskinazı olmuş, o da həmin şəxsə 10 manat verəndən sonra həmin şəxs ona 5 manat qaytarmış, beləliklə də onun pul kisəsində 305 manat pul olmuşdur. O da həmin 5 manatlıq pul əskinazını 300 manatların arasına qoymuş, həmin şəxs də onun pul kisəsində 300 manat olmasını görmüş, bundan sonra həmin şəxs onu ağacların arasına qaranlıq yerə aparmış, orada sinəsini ovuşdurmuş, şalvarının qabağını açmış, cinsiyyət orqanını çıxarıb ağzına almış, həmin zaman o, ayaq üstə dayanmış, həmin şəxs isə aşağı əyilərək cinsiyyət orqanını ağzına almış, o, məst olmuş, həmin şəxs cinsiyyət orqanını ağzına alandan sonra ayağa qalxmış, onunla üzbəüz dayanıb onu qucaqlamış, sinəsini bir daha ovuşdurmuş və qoltuğunun altını əli ilə ovuşdurmuş, sonra həmin şəxs şalvarını ağaşı endirib ondan onunla arxadan cinsi əlaqədə olmasını xahiş etmiş, o, isə buna etiraz etmiş, bundan sonra həmin şəxs şalvarını yuxarı çəkib ayağa qalxaraq onu bir daha qucaqlamış, sonra yenidən aşağı oturub yenidən onun cinsiyyət orqanını ağzına almış, həmin zaman o, spermanı həmin şəxsin ağzına deyil yerə tökərək boşalaraq qurtarmışdır. Bundan sonra həmin şəxs ona “tez buradan qaç yoxsa bura polislər gələ bilər” demiş, həmin şəxs orada qalsada o, qaçaraq Şamaxinka tərəfə qaçanda əlini gödəkcəsinin sol iç cibinə salıb 5 manatını çıxarıb şalvarının cibinə taksiyə yol pulu olaraq qoymaq istədikdə görmüşdür ki, pul kisəsi yerində olsa da həmin pul kisəsində 3 ədəd 100 manatlıq və 5 manat yerində yoxdur. Qeyd etmişdir ki, həmin 305 manat puldan başqa əynində olan boz rəngli cins şalvarının arxa cibində şəxsiyyət vəsiqəsi, maaş kartı, qaz kartı və 100 manat pulu olmuş, həmin pul yerində olmuş, yəni onun həmin şəxslə görüşməmişdən əvvəl ümumillikdə 410 manat pulu olmuş, o, həmin şəxsə cinsi orqanını ağzına almaq üçün 10 manat vermiş, həmin şəxs də ona 5 manat qaytarmış, həmin şəxs onun pul kisəsindən 300 manat pulunu oğurlamışdır. Bundan sonra o, yenidən həmin kafenin qarşısına ağacların arasına qayıtmış, həmin şəxsi görmüş, ondan 300 manatını istəmiş, həmin şəxs onu söymüş, pulunu götürmədiyini demiş, hətta demişdir ki, “üzünə lezva ilə şram ataram, lazım olsa cibinə narkotik də qoyaram və səni şərləyərəm” O, anlamışdır ki, həmin şəxs onun cinsi orqanını ağzına alandan sonra ayağa qalxıb onu qucaqlayıb sinəsini ovuşduran zaman gödəkcəsinin cibindəki pul kisəsindən 305 manat pulu oğurlayıbdır. Pul kisəsinin də ağzı köhnə olduğundan həmişə açıq olmuş, asan açıldığından oradan pulu çıxarmaq çətin olmamış, lakin o, məst olduğundan həmin şəxs bundan məharətlə istifadə etmişdir. O, həmin şəxsdən pulunu istəyən zaman polislərin əli ilə cibinə narkotik qoyub onu tutduracağı ilə hədələməyə, səs-küy salmağa başlamış və pulunu qaytarmaqdan imtina edərək qaçıb oradan uzaqlaşmışdır. O da, bundan sonra həmin hadisə barədə Azərbaycan Respublikası DİN-in «102» Xidmətinə məlumat vermiş, məlumatı əsasında onu Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərmişlər, orada hadisə ilə bağlı ərizə və izahatını qəbul etmişlər, daha sonra onunla birlikdə hadisə yerinə gəlmişlər, lakin həmin şəxsi tapa bilməmişlər, orada olan digər cinsi azlıq nümayəndələri ilə apardıqları soraqlaşma nəticəsində polislərə demişlər ki, həmin şəxsin adı yəqin ki, Qurbandır, lakin hadisə yeri Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati ərazisi olduğundan şikayəti əsasında toplanmış materialları həmin polis orqanına göndərəcəklərini bildirmişlər. Sonradan o, özü də bir neçə dəfə boş vaxtlarında həmin əraziyə gələrək pulunu oğurlayan şəxsi axtarmış, orada dayananlar onun təsvir etdiyi əlamətlərə görə həmin şəxsin Qurban olduğunu ona desələr də o, bildirmişdir ki, həmin şəxsin adını bilmir. Qeyd edib ki, həmin zaman həmin şəxsin başında qadın pariki olmuş, dodaqlarını pomada ilə boyamışdır. 19-cu PŞ-də də o, səhvən həmin ona qarşı oğurluq edən şəxsin adını Qurban olmasını demiş, lakin sonradan ona Qurbanın şəklini telefonla göndərmişlər. O, bildirmişdir ki, həmin şəxs, yəni Qurban ona qarşı heç bir cinayət etməyib, Qurbanı görməmişdir. Sonradan isə onu 19-cu PŞ-nə dəvət etmişlər, bir neçə nəfər şəxsi ona göstərəndə o, bildirmişdir ki, ona qarşı oğurluq edən Qurban deyil, ona digər cinsi azlıq nümayəndələrinin şəklini göstərdikdə isə bildirmişdir ki, Naxçıvanlı ləqəbli hündür boylu şəxs ona qarşı oğurluq edibdir, həmin şəxsin sifəti və digər əlamətləri onun dəqiq yadında qalıb, hər zaman görən kimi tanıya bilər. Hadisədən sonra pul kisəsini atmış, bundan da başqa ərizə və izahatlarında ancaq 300 manatının oğurlanmasını desə də, 5 manatının oğurlanmasını deməmiş, bunu nəzərə almağı və ona 305 manat zərər dəyməsini qeyd edilməsini xahiş etmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, həmin “Naxçıvanlı” ləqəbli şəxslə aral üsulla yarımçıq cinsi əlaqədə olduqdan sonra onun cinsi orqanından iltihab axmağa başlamış, bununla əlaqədar həkim müayinəsindən keçdikdə məlum olmuşdur ki, həmin şəxs pulunu oğurlayaraq ona maddi ziyan vurmaqdan əlavə onu bilərəkdən zöhrəvi xəstəliyə də yoluxdurub, ona görə də hazırda sağalmış və müalicə almışdır. Pulun paltarının hansı hissəsində olması barədə suala cavab olaraq bildirmişdir ki, pullar qeyd etdiyi kimi gödəkcəsinin sol iç qoltuq cibində olan qara rəngli pul kisəsində olmuş, həmin şəxs də onun 3 ədəd 100 manatlıq pul əskinazını və 1 ədəd 5 manatlıq pul əskinazını oğurlayıbdır. O, pulunun götürülməsini hiss etməsi barədə suala cavab olaraq bildirmişdir ki, həmin şəxs onu ovuşduran zaman gödəkcəsi də dartılırdı, lakin o, hiss etməmişdir ki, həmin şəxs pulunu cibindən götürə bilər.O, aral üsulla cinsi əlaqədə hansı yolla, yəni ayaq üstə, oturaq halda və ya uzanıqlı halda olması barədə suala cavab olaraq bildirmişdir ki, o, cinsi orqanını həmin şəxsin ağzına qoyan zaman ayaq üstə olmuş, nə oturmamış, nə də ki, yerə uzanmamışdır. Əlavə dindirmə zamanı bildirmişdir ki, istintaqa verdiyi ifadəsini bir daha təsdiq edir, ifadəsinə əlavə və düzəlişləri yoxdur. Pulunu oğurlayan şəxs ona xəsarət yetirməsi, ona qarşı hər hansısa zor və hədə tətbiq etməsi, onu hədələyərək silah və ya əşyadan istifadə etməsi barədə suala cavab olaraq bildirmişdir ki, xeyr pulunu oğurlayan şəxs sadəcə olaraq onun məst olmağından istifadə edib, o, pulunun necə oğurlanmasını hiss etməmiş, pulunun oğurlanmasını hiss etsə idi, buna imkan verməzdi, pulunu oğurlayan şəxs ona heç bir zor, hədə tətbiq etməmiş, ona xəsarət yetirməmiş, onu hədələyərək silah və ya əşyadan istifadə etməmişdir. Pulunun oğurlanmasını aşkar etdikdən sonra geriyə qayıdıb ondan oğurluq edən şəxsə, yəni Təqsirləndirilən şəxs yaxınlaşıb 300 manatını istəyən zaman Təqsirləndirilən şəxs onu söyməsini, onu hədələyərək polislərin əli ilə cibinə narkotik qoyacağını deməsi, üzünə lezva ilə şram atmasını bildirməsini qeyd etməsi, Təqsirləndirilən şəxs onu hansı üsulla hədələməsi, üzünə şram atmasını dedikdə əlində nə olması barədə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sadəcə onu sözlə hədələyərək səs-küy salmış, pulunu oğurlamadığını demiş, sözlə onu şərləyəcəyini, cibinə narkotik qoyacağını sadəcə sözlə desə də ona heç nə göstərməyib, nə də ki, üzünə lezva ilə şram atacağını dedikdə əlində heç bir silah və əşya belə olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, Nəsimi rayonu, Moskva prospekti onun xidmət etdiyi inzibati ərazisidir. Zərərçəkmiş şəxs qarşı xx.xx.2019-cu il tarixdə Moskva prospekti 72 ünvanda olan oğurluq cinayət hadisəsi ilə bağlı onda əməliyyat işi olmuş və həmin cinayət hadisəsi ilə bağlı ilkin olaraq həmin cinayətdə şübhəli olan cinsi azlıq nümayəndəsi Şahid1 adı ona daxil olmuşdur. Bundan sonra Şahid1 tərəfindən 19-cu Polis Şöbəsinə dəvət olunmuş, Şahid1lə tərəfindən aparılan profilaktik söhbət zamanı Şahid1 həmin cinayəti etmədiyini bildirmişdir. Şahid1 həmin cinayəti “Naxçıvanlı’' ləqəbli Təqsirləndirilən şəxs törətdiyini ehtimal olaraq bildirmişdir. Hətta tərəfindən Zərərçəkmiş şəxs ilə telefon danışıqları aparılmış, Şahid1 və onda olan cinsi azlıq nümayəndələrinin bir neçəsinin şəkilləri Zərərçəkmiş şəxs göndərilmişdir. Zərərçəkmiş şəxs özü telefonda ona qarşı oğurluq cinayətini Şahid1 etmədiyini bildirmişdir. Həmin şəkillər arasında cinsi azlıq nümayəndəsi “Naxçıvanlı” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs da şəkili olmuş və Zərərçəkmiş şəxs telefon vasitəsilə ona qarşı cibgirlik cinayətini məhz Təqsirləndirilən şəxs etdiyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs istintaqa ifadə vermək üçün Şabran şəhərindən gələrək istintaqa ifadə vermiş, tərəfindən Şahid1 və Təqsirləndirilən şəxs istintaqa təqdim olunmuş və istintaq zamanı Zərərçəkmiş şəxs ona qarşı oğurluq cinayətini cinsi azlıq nümayəndəsi Təqsirləndirilən şəxs törətməsini bildirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 tərəfindən məhkəməyə ünvanlanan xx xxxx 2020-ci il tarixli teleqramdan görünür ki, Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunaraq tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və birgə nikahdan üç qız övladları vardır. O, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı oğurluq etdiyini, yəni həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gödəkçəsinin cibindən 305 manat pul oğurlamasına görə tutulmasını bilmişdir. Həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığını bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Nəsimi rayonu, Moskva prospekti 72 ünvanda “Şam bağı” kafesinin yaxınlığında etdiyi oğurluqdan xəbəri olmamış, həmçinin Təqsirləndirilən şəxs ona etdiyi oğurluqla bağlı heç bir söz deməmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs gecə saat neçədə evə gəlməsindən xəbəri olmamış, lakin xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs günorta saatlarında evə bazarlıq edərək gəlmiş, həmin zaman yeni il ərəfəsi olduğundan Təqsirləndirilən şəxs bazarlığı digər vaxtlardan daha sanballı etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, zərərçəkmiş şəxsi ümumiyyətlə tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs 19-cu Polis Şöbəsində verdiyi izahatında xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Şabran rayonuna getmək üçün metronun «20 Yanvar» stansiyasından çıxaraq piyada «Şamaxinka» adlanan ərazi istiqamətində Moskva prospekti ilə piyada gedərkən oradakı «Best Dönər» və «Şam Bağı» kafelərinin qarşısında ona bir nəfər bəzəkli qadın geyimli cinsi azlıq nümayəndəsi guya, onun yaxınlaşaraq beş manat müqabilində intim xidmət göstərməyi təklif etməsi, onun da sərxoş vəziyyətdə olduğundan razılaşmasını bildirməsi barədə suallara cavab olaraq Zərərçəkmiş şəxs tanımadığını, ona heç vaxt yaxınlaşmamasını bildirmiş və xx.xx.2019-cu il tarixdə “Şamaxinka” adlanan yerdə ümumiyyətlə olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs 19-cu PŞ-də verdiyi izahatında Zərərçəkmiş şəxs oradakı ağacların arasına qaranlıq hissəyə aparmasını, pulunu bəri başdan istəməsini, onun əynindəki gödəkçənin iç cibindən pul kisəsini çıxarmasını, digər pullarının arasından bir ədəd beş manatlıq əskinaz seçib ona verməsini, həmin vaxt pul kisəsində xeyli pul olmasını görməsini, hətta həmin vaxt guya ona pulları ayırmaqda köməklik etmək məqsədi ilə əlindəki alışqanla pul kisəsinin üzərinə işıq da salmasını bildirməsi barədə suala cavab olaraq belə bir halın ümumiyyətlə olmadığını və onun həmin şəxs olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs 19-cu Polis Şöbəsində verdiyi izahatında pulunu ona verib pul kisəsini yenidən gödəkçənin cibinə qoymasını, bundan sonra onun əlləri ilə onun köynəyinin altından içəri salaraq kürəyini və sinəsini ovuşdurmasını, daha sonra şalvarını aşağı çəkib cinsi orqanını öz ağzına almasını, Telman Mirzəbabayin məst olmağa başlamasını, lakin cinsi aktı başa vurmadan polislərin gəlməsini bildirərək tez-tələsik ayağa qalxmasını, ona da qaçmağını tapşıraraq ərazidən uzaqlaşmağa başlamasını, əlini gödəkçəsinin cibinə salaraq pul kisəsini çıxarıb içərisindəki pullarını yoxladıqda pul kisəsinin pullarını saxladığı cibinin şəffaf örtüyünün cırılmasını, içərisindəki üç ədəd yüz manatlıq pul əskinazları, ümumilikdə 300 manat pulun oğurlanmasını aşkar etməsini bildirməsi barədə suala cavab olaraq belə bir halın onun tərəfindən törədilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 xx xxxxx 2020-ci il tarixli, 197 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmiş, bədən səthi üzərində və ağzında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş və tək-tək hallarda qeyri-təbii yolla arxa keçəcək vasitəsi ilə cinsi əlaqə hallarında anal dəlik nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi müəyyən edilmirsə, onun qeyri-təbii yolla cinsi əlaqənin olmasını məhkəmə-tibbi yolla təyin etmək mümkün olmamışdır. Bakı şəhər 1 saylı Dəri Zöhrəvi Dispanserinin müayinələrinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir zöhrəvi xəstəlik aşkar edilməmişdir (i/v 183-185). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X8 xx xxxxx 2020-ci il tarixli, 198 saylı rəyin nəticə hissəsindən görünür ki, müayinə zamanı 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmiş, bədən səthi üzərində və ağzında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Bakı şəhər 1 saylı Dəri Zöhrəvi Dispanserinin müayinələrinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir zöhrəvi xəstəlik aşkar edilməmişdir (i/v 187- 189). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən imzalanaraq Nəsimi rayon X6 Şöbəsinin müstəntiqi Anar Miralayevə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir və ona qarşı şikayəti yoxdur (i/v 180). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 179). İş materiallarına əlavə olunmuş “tutma haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxsxx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(006)-203/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxsbarəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 121, 155-158). İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Aşağı Daşarx kənd X9 üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonu, Aşağı Daşarx və Oğuzkənd kəndlərində yaşadığı müddət ərzində nizam-intizam və nümunəvi davranışlarına görə kənd sakinləri arasında hörmət qazanmış və ünsiyyətində mehriban və səmimi olmuşdur (i/v 177). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-178/2020 saylı, xx xxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-178/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-178/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver