Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-178/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1967-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, K.Qasımov küçəsi ev 38 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədilə sosial şəbəkə vasitəsilə tanış olduğu X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən boşanmış qadınlar üçün aylıq maddi yardım şəklində pul müavinətinin verilməsi məsələsini həll edəcəyinə dair yalan vədlər verib bu adla 2020-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən “Memar Əcəmi” metrosunun yaxınlığında 550 manat, həmin ilin avqust ayının əvvəllərində eyni adla həmin ünvanın qarşısında 850 manat, həmin ilin avqust ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən “Koroğlu” metrosunun yaxınlığında 400 manat, həmin ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən “Memar Əcəmi” metrosunun yaxınlığında 50 manat, 17 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən “Dostluq” marketin qarşısında quraşdırılmış ”E-Manat” ödəmə terminalı vasitəsilə 400 manat və 20 avqust 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən ''Memar Əcəmi” metrosunun yaxınlığında 50 manat pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib verdiyi vədinə əməl etməyərək Raziyə Vəliyevaya ümumilikdə 2300 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Raziyə Vəliyeva ilə 2020-ci ilin avqust ayının əvvəllərində “Facebook” adlı sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Belə ki, o, sonuncuya həmin sosial şəbəkədə sms yazıb onunla həmsöhbət olduqdan sonra sonuncunun rəsmi olaraq boşanmağını bilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boşanmış qadınlar üçün maddi yardım şəklində aylıq pul müavinəti verildiyini demişdir. Bunun üçün o, Raziyə Vəliyevadan şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib ona atmağını, həmçinin müvafiq məbləğdə pul verməli olduğunu bildirmişdir. O, Raziyə Vəliyevadan ilk olaraq qeyd edilən məsələnin həlli üçün 550 manat pul verməyini istədikdə sonuncu ona inanıb ilkin olaraq 550 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrosunun yaxınlığında görüşüb ona vermişdir. Bundan sonra o, sonuncuya əlavə pul vermək lazım olduğunu bildirib ondan 1300 manat pul verməsini istəmişdir. Raziyə Vəliyeva ona inanaraq 1300 manat pul vəsaitinin 850 manatını “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, növbəti 400 manat pulu “Koroğlu” metrostansiyasının yaxınlığında, 50 manat pulu isə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ona vermişdir. O, sonuncuya növbəti dəfə “tanışın varsa, onun üçün maddi yardım şəklində aylıq pul müavinətinin alınmasına köməklik edə bilərəm” demiş, Raziyə Vəliyeva da bu barədə məktəbdə müəllimə işləyən Şahid demiş, sonuncu razı olduqda Raziyə Vəliyeva bu barədə ona məlumat vermişdir. O, Şahid 500 manat pul verməli olduğunu dedikdə Raziyə Vəliyeva 500 manat pulu alıb ona vermiş, eyni zamanda Şahid şəxsiyyət vəsiqəsinin fotoşəkilini də çəkib ona yollamışdır. Raziyə Vəliyeva həmin 500 manat pulu ona “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vermişdir. O, sonuncuya aylıq veriləcək pul müavinətində artım ola biləcəyini demişdir. Bunun üçün əlavə pul verilməsinin lazım olduğunu bildirmişdir. Raziyə Vəliyeva ona inanıb nə qədər pul verməli olduğunu soruşduqda, o, 500 manat pul vəsaitinin lazım olduğunu bildirmişdir. Raziyə Vəliyeva ona 500 manat yox, 400 manat pul verə biləcəyini deyib həmin 400 manat pulu “E-manat” ödəmə terminalı vasitəsi ilə 17 avqust 2020-ci il tarixdə onun hesab nömrəsinə göndərmişdir. O, Raziyə Vəliyevanın ona pul verməsini görüb ona pul kartının hazır olmasını bildirib əlavə olaraq 300 manat pul istəmişdir. Raziyə Vəliyeva isə ona 50 manat pul verə biləcəyini deyib həmin pul vəsaitini “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ona vermişdir. O, Raziyə Vəliyevanın ümumilikdə 2300 manat pulunu, Şahid isə 500 manat pulunu onları aldatmaqla ələ keçirmiş, lakin onlara pul müavinəti düzəltməmiş, yəni vədinə əməl etməmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Onun tərəfindən zərərçəkimş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 verdiyi ifadəsində bildirmişdir ki, O, Təqsirləndirilən şəxs ilə bu ilin avqust ayının əvvəllərində “Facebook” adlı sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Mirağa ona həmin sosial şəbəkədə sms yazıb onunla həmsöhbət olduqdan sonra onun rəsmi olaraq boşanmağını bilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində boşanmış qadınlar üçün maddi yardım şəklində aylıq pul müavinətinin verildiyini demişdir. Bunun üçün ondan şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkib ona atmağını, həmçinin müvafıq məbləğdə pul verməyini bildirmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq qeyd edilən məsələnin həlli üçün 550 manat pul verməsini istəmiş, o da inanıb sonuncuya 550 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında görüşüb vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona əlavə pul vermək lazım olduğunu bildirib ondan yenidən pul istəmişdir. Bu dəfə o, 1300 manat məbləğində pul vəsaitinin verilməsinin lazım olduğunu bildirmiş, o da Təqsirləndirilən şəxs inanıb 1300 manat pulun 850 manatını “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vermiş, növbəti 400 manat pulu sonuncuya “Koroğlu” metrostansiyasının yaxınlığında, qalan 50 manat pulu isə yenidən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vermişdir. Təqsirləndirilən şəxs ona növbəti dəfə “tanışın varsa, onun üçün maddi yardım şəklində aylıq pul müavinətinin alınmasına köməklik edə bilərəm” demiş, o da bu barədə məktəbdə müəllimə işləyən Şahid məlumat vermişdir. Şahid buna razı olduqda o, bu barədə Təqsirləndirilən şəxs demiş, sonuncu Şahid 500 manat pul verməli olduğunu dedikdən sonra 500 manat pul vəsaitini alıb Təqsirləndirilən şəxs vermişdir. O, həmin 500 manat pulu Təqsirləndirilən şəxs “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vermişdir. Sonuncu sonradan ona aylıq veriləcək pul müavinətində artım ola biləcəyini, bunun üçün əlavə pul verməsinin lazım olduğunu bildirərək, 500 manat pul vəsaiti verməsini istəmişdir. O da sonuncuya 500 manat yox, 400 manat pul vəsaiti verə biləcəyini bildirərək 400 manat pulu onun hesab nömrəsinə göndərmişdir. Lakin Təqsirləndirilən şəxs bununla kifayətlənməmiş, ondan pul kartının hazır olmasını deyib əlavə olaraq 300 manat pul istəmişdir. O, isə sonuncuya 50 manat pul verə biləcəyini bildirərək 50 manat pulu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında vermişdir. Beləliklə Təqsirləndirilən şəxs onun 2300 manat pulunu ələ keçirmiş, lakin ona aylıq pul müavinətini düzəltməmiş, yəni onun etibarından sui-istifadə edərək aldatmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən göstərilən halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tağı Tağıyev tərəfindən tərtib edilmiş “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” 12 oktyabr 2020-ci il tarixli protokoldan və “eManat” ödəniş terminalından verilmiş 80287 nömrəli qəbzdən görünür ki, hal şahidlərinin iştirakı ilə X3 tərəfindən 80287 nömrəli qəbz müstəntiq Tağı Tağıyevə təqdim edilmiş və həmin qəbzdən Təqsirləndirilən şəxs müvafiq bank hesabına 400 manat pul vəsaitinin köçürüldüyü müəyyən olunmuşdur (i/v 44, 46). İş materiallarında olan “Təqsirləndirilən şəxsin tutulması haqqında” 02 noyabr 2020ci il tarixli qərardan, “Axtarışda olan şəxsin tutulması haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçilməsi barədə” 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2020-ci il tarixdə axtarış elan edilmiş, sonuncu 16 noyabr 2020-ci il tarixdə tutularaq, Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş və onun barəsində 18 noyabr 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 52, 58, 89-90). İş materiallarında olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01 yanvar 2021-ci il tarixli qərardan, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin rəisi Rəşad Əhmədzadə tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi Füzuli Əhmədova ünvanlanmış 12 yanvar 2021-ci il tarixli məktubdan və “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə” 13 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 yanvar 2021-ci il tarixdə axtarış elan edilmiş, sonuncu tutularaq, Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş və 13 yanvar 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (i/v 106-107, 112, 113). İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın 500 manatı Səfər Miriyev tərəfindən zərərçəkmiş şəxs Raziyə Vəliyevaya ödənilmişdir (i/v 117). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.09.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur (i/v 27-29). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən tərtib edilmiş “Zərərçəkənə dəymiş ziyanın ödənilməsi barədə” 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Raziyə Vəliyevaya dəymiş 2300 manat maddi ziyanın 1000 manatı sonuncuya ödənilmişdir (i/v 86). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarından və “Axtarışda olan şəxsin tutulması barədə” 20 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 fevral 2021-ci il tarixdə axtarış elan edilmiş və onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “Həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncu 20 mart 2021-ci il tarixdə saxlanılaraq 19-cu Polis Şöbəsinə gətirilmişdir. Məhkəməyə təqdim edilmiş 04 may 2021-ci il tarixli ərizədən görünür ki, X2 dəymiş maddi ziyan tam həcmdə ödənilmiş və Təqsirləndirilən şəxs ilə barışmışdır, bu səbəbdən ona qarşı heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tövsif edilmişdir. Onun həmin əməli törtəməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materilları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-178/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 01 fevral 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-178/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-178/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver