Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-178/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasımı vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Türkiyə Respublikası vətəndaşı X9 X4 məxsus hərrac saytından 15500 ABŞ dolları pul müqabilində «Forc F150» markalı avtomobili ala biləcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin may ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən «Ford» avtomobil ehtiyyatı hissələri mağazasında X6 həmin dövrün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, 2023-cü ilin may ayının ortalarında qeyd olunan ünvar.da həmin dövrün məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları və 2023cü ilin may ayının sonlarında qeyd olunan ünvanda həmin dövrün məzənnəsi ilə 5950 manat təşkil edən 3500 ABŞ dolları pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X9 ümumilikdə 26350 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri, Babək prospekti 2270-77-ci məhəllə ünvanında yerləşən «Ford» ehtiyyat hissələri mağazasında satıcı işləyir. Türkiyə Respublikasının vətəndaşı X13 15-16 ildir ki, tanıyır, X16 da onun kimi avtomobillərin ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olur. 2023-cü ilin may ayında internet saytında X3 keçirilən auksionda «Ford F150» markalı avtomobil görmüş və həmin avtomobili alıb-satmaq qərarına gəlmişdir. Bu barədə X14 dedikdə, o, belə bir avtomobil almağa razılaşmış və ondan nə qədər pul lazım olduğunu soruşduqda, o, 15500 ABŞ dollar pul müqabilində həmin avtomobili gətizdirə biləcəyini demişdir. X15 da onunla razılaşmışdır. İlk dəfə 2023-cü ilin may ayında X11 ona 5000 ABŞ dollar pulu ünvan 4 ünvanda vermişdir. Təxminən 1-2 həftə ərzində X11 onunla eyni ünvanda görüşüb ona yerdə qalan 10500 ABŞ dollar pulu hissə-hissə vermişdir. O, pulu aldıqdan sonra auksionda avtomobili almaq mümkün olmamış və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. X10 avtomobili soruşduqda o, hər dəfə bir bəhanə gətirməklə vaxtı uzatmağa başlamış, pulu olmadığı üçün X8 pulunu qaytara bilməmişdir. Sonradan həmin puldan 5000 manat vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özü avtomobil ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 10-15 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Babək prospektində «Ford» ehtiyyat hissələri mağazasında satıcı işləmişdir. Onunla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ona X2 Ford F-150 markalı avtomobil gətirib, satmağı təklif etmişdir. Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda, Zamiq avtomobilin 15500 ABŞ dollar dəyərində olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifini dəyərləndirmiş və razılaşmışdır. Bundan sonra ilk dəfə 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxslə ünvan 4 ünvanda görüşüb, sonuncuya 5000 ABŞ dollar pulu vermişdir. Daha sonra 2023-cü ilin may ayının ortalarında həmin ünvanda 7000 ABŞ dollar pulu, 2023-cü ilin may ayının sonlarında isə həmin ünvanda 3500 ABŞ dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, avtomobili ona 3 ay ərzində təhvil verəcək. O da etiraz etməmiş və gözləməyə başlamışdır. Hər dəfə Təqsirləndirilən şəxslə avtomobil barədə danışdıqda, sonuncu ona narahat olmamağı, avtomobili sifariş etdiyini bildirmişdir. 3 ay keçdikdən sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxladıqda, ona bir neçə gün gözləməyini demiş, lakin həmin bir neçə gün keçdikdən sonra o, Təqsirləndirilən şəxslə danışdıqda, Zamiq ona avtomobili sifariş etmədiyini dedikdə, o, aldadıldığını başa düşmüş və Təqsirləndirilən şəxs pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs isə hər dəfə pulunu verəcəyini desə də hazırki vaxta kimi ona pulunu ödəməmişdir. O da Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə gəlib bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu aldadıb, guya X2 avtomobil gətizdirəcəyi adı ilə ondan ümumilikdə 15500 ABŞ dollar pul almış və hazırki vaxta kimi 5000 manat pulunu geri qaytarmış, yerdə qalanını isə qaytarmamışdır. Təqsirləndirilən şəxs pulları verən zaman yanlarında kənar şəxs olmamışdır. O, 15500 ABŞ dollar pulu Zamiqə 3 dəfəyə ünvan 5 ünvanda yerləşən «Ford» ehtiyyat hissələri satılan mağazada vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş zərərin tam ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 11-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. Hadisə yerində təhlükəsizlik kameraları vardır. Cinayət işinin 29-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə, saat 16:10-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 78-80-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-533/2023 saylı qərarından görünür ki, vəsatətin rədd edilməsi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunması və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, X5 barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi, bu qətimkan tədbirinin müddətinin 03 (üç) ay həddində müəyyən edilməklə onun əvvəlinin 01 noyabr 2023-cü il tarixdən saat 16:10-dan hesablanması qərara alınmışdır. Cinayət işinin 89-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 104-105-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsinən imtina olunması haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair baş müstəntiq Sübhan Zeynalovun 25 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsinən imtina edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığında sonuncu barəsində başqa növdə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 106-107-ci vərəqlərində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 01 fevral 2024-cü il tarixi qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçildiyindən onun dərhal həbsdən azad edilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənilməməsi və sonuncunun təqsirləndirilən şəxsdən şikayətçi olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-178/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-178/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver