Məhkəmə qərarları › İş №1(006)-179/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-179/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-179/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhərində kirayə evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 28 dekabr 2021-cı il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanının qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs qızma yaxınlaşıb, şuurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb sonuncunun çiynində gəzdirdiyi içərisində 88 manat pul və 2 manat dəyərində «YSL» markalı pul kisəsi olan 10 manat dəyərində əl çantasını dartıb götürməklə açıq talamış və əmlaka əlçatanlığı əmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşan zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib Zərərçəkmiş şəxs ümumilikdə 100 manat məbləğində maddi ziyan vurmaqla soğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Nəsimi rayonu “Papanin körpüsü“adlanan ərazidə yerləşən “Daş bazarı” kimi tanınan yerdə gündəlik olaraq fəhləliklə məşğul olur. Orada işlədiyi müddətdə gündəlik işləməyi hesabına 10 manat almışdır. Aldığı həmin pul ilə həm də nənəsinin əziyyət çəkdiyi xəstəlik üçün dərmanları almışdır. Elə olmuşdur ki, pulunu ala bilmədikdə dərman ala bilməmişdir. 28.12.2021-ci il tarixdə Nəsimi rayonu, Salamzadə küçəsində bir nəfər tanımadığı şəxsin əlində çanta ilə hərəkətdə olduğunu və ətrafda da heç kəsin olmadığını müşahidə etmişdir. Həmin zaman əlacsız qaldığı üçün həmin çantanın içərisində pulun olacağını fikirləşmiş və çantanı hərəkətdə olan həmin xanımın əlindən necə alacağını fikirləşmişdir. Daha sonra qeyri-ixtiyari olaraq gözünü yumub bu əməli etmək qərarına tam əminliklə gəlmişdir. Həmin xanıma yaxınlaşıb hərəkətdə olarkən əl çantasını cəld bir şəkildə əlindən dartaraq alıb qaçmağa başlamışdır. Bu zaman qadının da onun arxasınca qışqıraraq gəldiyini görmüş, lakin 20-30 metr irəlilədikdən sonra başqa tanımadığı bir nəfər şəxs avtomobildən enərək onu itələyib əlindəki çantanı almış və sahibinə geri qaytarmışdır. O isə həmin zaman etdiyi əməldən peşmançılıq hissi keçirmiş və hələ də etdiyi əməlin şokunda olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki. hadisə 28 dekabr 2021 -ci il tarixdə saat 20:00 radələrində Nəsimi rayonu, Salamzadə küçəsi 53 ünvanının yaxınlığında baş vermişdir. Oğurladığı əl çantasının içərisinə baxmağa belə macal tapmamışdır. Etdiyi cinayətlə bağlı heç kəsin xəbəri olmamış və o, bu cinayəti ani olaraq özü tək törətmişdir. İlk dəfə olaraq əlacsızlıqdan törətmişdir. Daha sonra özünü təqsirli bilməsini, yaşlı nənəsinin olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq edərək məhkəmədən çıxarılmış hökmə dair heç bir etirazının olmadığını və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 28.12.2021-ci il tarixdə işlədiyi ünvandan yaşadığı ünvan 4man bir nəfər şəxsin arxadan ona yaxınlaşaraq ona məxsus çantasını qolundan dartıb qaçmağa başlamış, bu zaman o, həmin şəxsə dayanmasını desə də, həmin şəxs onun çağırışlarına məhəl qoymayıb yolu keçərək qaçmışdır. Bundan sonra o, həmin şəxsin arxasıyca qaçmağa başlamış, təxminən 20-30 metr qaçdıqdan sonra yolda bir nəfər şəxsin avtomobildən düşərək həmin şəxsi yaxalamasını görmüş, həmin şəxs oğrudan ona məxsus çantanı alıb ona qaytarmışdır. Bundan sonra o, Nəsimi RPİ-yə dəvət edilmiş, həmin şəxsi tanımadığını, ona məxsus əl çantasının içərisində 01 ədəd çərisində 88 manat pul, ona məxsus şəxsiyyət vəsiqəsi olan pul kisəsi olduğunu buldirmişdir. Hadisə zamanı həmin yerdə o, və həmin naməlum şəxsdən başqa heç kim olmamışdır və onları heç bir şəxs görməmişdir. Hadisə nəticəsində həmin şəxs yaxalanmış və ona məxsus əmlak geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Alayının 9-cu patrul alayının polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat 20 radələrində ƏÇPA-nın 9-cu patrul bölüyünün polis nəfəri Şahid2la xidmətdə olarkən məlumat verilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən «Nurgül Motors» adlı obyektin yaxınlığında bir nəfər şəxs bir nəfər qadının əlindən çantanı alıb qaçarkən saxlanılıb. Onlar dərhal həmin ünvana getmişlər. Təxminən 5 dəqiqə ərzində həmin ünvana çatdıqda onlara məlum olmuşdurdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir və onu tutub saxlayıblar. Orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərib, onun əlindəki əl çantasını alıb qaçdığını, özünün də onu dayandırması üçün dalınca qaçdığını, bu zaman həmin şəxsi bir nəfər yoldan keçən şəxsin saxladığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs saxlayan şəxsin avtomobilinin qeydiyyat nömrəsini və şəxsiyyəti barədə olan məlumatı xatırlamadığını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs Nəsimi RPİ-yə dəvət etmişlər və idarədə hadisə barədə raportla rəhbərliyə müraciət etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X4 Alayının 9-cu patrul alayının polis nəfəri Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 33-cü vərəqəsində olan 28 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 60-63-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 dekabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından görünür ki, hazırlıq iclası keçirilənək Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti uzadılmışdır. Cinayət işinin 176-177-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 83-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.02.2022ci il tarixli 9/420 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində «X6 Beautiful» yazıları olan, qara rəngli, kiçik ölçülü zəncirbəndlə açılıbbağlanan, süni dəri materialından olan çantanın istifadədə olması nəzərə alınmada 2021ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 10 manat, 01 ədəd üzərində «YSL» yazıları olan, açıq qəhvəyi rəngli, 11*9 sm ölçülü, süni dəri materialından olan pul kisəsi 2 manat müəyyən edilir. Cinayət işinin 84-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 106-114-cü vərəqələrində olan 22 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, bir ədəd əl çantası, bir ədəd pul kisəsi və onun içərisində olan 88 manat pul maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Astara Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 4000 manat məbləğində cərimə cəzasının ödənilməmiş 3160 manat hissəsi 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş 28 aprel 2022-ci il tarixli AM-33/03 saylı Astara rayon icra və Probasiya şöbəsinin məktubundan görünür ki, Astara Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 7(018)-53/2020 saylı qərarı 21 oktyabr 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə şöbədə qeydiyyata götürülmüşdür. Cəza müddətinin sonu ilə bağlı məhkum Təqsirləndirilən şəxs barəsində olan həmin Məhkəmənin 16 sentyabr 2020-ci il tarixli 7(018)-53/2020 saylı qərarı 12 dekabr 2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluğa cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması“və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 16 sentyabr 2020-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş 4000 manat məbləğində cərimə cəzasının ödənilməmiş 3160 manat hissəsi 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və həmin cəzanı 12 dekabr 2021-ci il tarixdə çəkib qurtarmış və məhkümluğu ödənilmədən və ya götürülmədən hazırki cinayət işi üzrə yenidən 28 dekabr 2021-ci il tarixdə cinayət törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, törədilmiş cinayətin qadına qarşı və sonuncunun məhkumluğunun olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 29, 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxshəmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 dekabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd əl çantası, bir ədəd pul kisəsi və onun içərisində olan 88 manat pul sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd əl çantası, bir ədəd pul kisəsi və onun içərisində olan 88 manat pul sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun “Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar