Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-18/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs8 Zərər çəkmiş şəxs 18 saylı Vəkil bürosunun vəkili Zərərçəkmiş şəxs6 Nümayəndə nümayəndəsi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Qax rayonu, Şotavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Qax rayonu, Şotavar kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-12/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 xəstəliklə bağlı hərbi qulluqçulara təyin edilən təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin mart ayının əvvəllərində ondan ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 3.500 manat və həmin ilin mart ayının ortalarında eyni ünvanda 3.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 6.500 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədilə: - Zərərçəkmiş şəxs7 xəstəliklə bağlı hərbi qulluqçulara təyin edilən təqaüd və Prezident təqaüdü düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin aprel ayının əvvəllərində ondan ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında 4.000 manat və həmin ilin aprel ayının ortalarında eyni ünvanda 2.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 6.000 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7; - Zərərçəkmiş şəxs6 onun arvadı Şahid1 üçün xəstəliklə bağlı hərbi qulluqçulara təyin edilən təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2018-ci ilin fevral ayının əvvəllərində ondan Mingəçevir şəhərində yerləşən H.Əliyev adına istirahət parkının qarşısında 2.000 manat, həmin ilin may ayının ortalarında ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 2.000 manat və oktyabr ayının əvvəllərində eyni ünvanda 2.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 6.000 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6; - Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən hərbi hissələrin birində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin oktyabr ayının sonlarında ondan ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 3.500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2; - Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən Hərbi Hava Qüvvələri hava hücümundan müdafiə qoşunlarına məxsus “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin oktyabr ayının sonlarında ondan ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 2.500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4; - Zərərçəkmiş şəxs3 onun oğlu Şahid2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən Hərbi Hava Qüvvələri hava hücümundan müdafiə qoşunlarına məxsus “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2019-cu ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanda yerləşən inzibati binanın qarşısında 2.500 manat və 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 2.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4.500 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3; - Zərərçəkmiş şəxs5 xəstəliklə bağlı hərbi qulluqçulara təyin edilən təqaüd düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ondan 2020-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatının qarşısında 500 manat və 2020-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən bina evinin həyətində 2.100 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2.600 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5; - Zərərçəkmiş şəxs1 əvəllər işlədiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq ondan 26 sentyabr 2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalının qarşısında 700 manat və həmin ilin oktyabr ayının 02-də ünvan 3 ünvanda yerləşən kafedə 1.800 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 2.500 manat məbləğində pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərər çəkmiş şəxs E.Şahbalıyevə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş və sonra ordu sıralarından tərxis olunmuşdur. Zərərçəkmiş şəxs8 Müdafiə Nazirliyinə tabe olan və Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi xidmət keçən hərbi qulluqçu kimi 2017-ci ilin noyabr ayından tanıyır. Qaliblə onu Zərərçəkmiş şəxs6 tanış etmişdir. Müdafiə Nazirliyinin Hərbi Hospitalın yaxınlığındakı kafelərdən birində o, Cuma və Qalib söhbət edən zaman Qalibdən səhhətində nə problem olduğunu soruşanda, sonuncu ona demişdir ki, sol gözündə problem var, bir neçə dəfə gözündən müalicə alıb, hətta əməliyyat da olunub, hazırda da hospitalda müalicə alır. O, Qalibdən götürdüyü xəstəlik kartına baxdıqdan sonra ona gözündə iki dəfə cərrahiyə əməliyyatının olduğunu, əlavə müalicəyə ehtiyacının olmadığını və bu xəstəliklə onu ordudan tərxis olunmaqla təqaüdə çıxmasının mümkün olduğunu, buna görə isə 7.000 manat pul lazım olduğunu demişdir. Qalib 7.000 manatının olmadığını bildirdikdə o, həmin puldan 500 manat güzəşt edə biləcəyini demişdir. 2018-ci ilin mart ayının əvvələrində Qalib yenidən Bakı şəhərinə hospitala müayinə olunmaq üçün gəldikdə onunla görüşmüşdür. Qalibdən pulu gətirib-gətirmədiyini soruşduqda, Qalib 2-3 günə pulu gətirib ona verəcəyini demiş və bir neçə gün sonra 3.500 manat pulu ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın qarşısında ona vermişdir. Bu zaman o Qalibə demişdir ki, pulun qalan hissəsini hərbi-həkim komissiyasından müayinədən keçdikdən sonra verər. Qalib 2018-ci ilin mart ayının ortalarında 3.000 manat pulu da gətirib Hərbi Hospitalın qarşısında ona vermişdir. Bundan başqa 2018-ci ilin mart ayında Müdafiə Nazirliyinin Hərbi Hospitalında Zərərçəkmiş şəxs8 yanında olan zaman Zərərçəkmiş şəxs7 adlı şəxs də Qalibi ziyarət etməyə gəlmiş, o da orada onunla tanış olmuşdur. Sonuncunun səhhətində problemlər var idi, o, “Hepatit B” xəstəliyindən müalicə olunurdu. Söhbət əsnasında Murad bu xəstəlikə bağlı onun təqaüdə çıxa bilib-bilmədiyini soruşub, bu işdə ona köməklik etməsini xahiş etmişdir. O da Murada heç bir problem olmadığını, bu işi 9.000 manata həll edəcəyini demişdir. Murad bu məbləğdə pulunun olmadığını deyəndə o, Murada əvvəl 4.000 manat, pulun qalan hissəsini isə sonra verə biləcəyini söyləmişdir. 2018-ci ilin aprel ayının əvvəllərində Hərbi Hospitalın binasında Zərərçəkmiş şəxs7 4.000 manat pulu Qalibin yanında ona vermişdir. Bir neçə gün sonra isə o, Murada ona Prezident təqaüdü də düzəldə biləcəyini və bu işin həlli üçün isə 2.000 manat pul lazım olduğunu bildirmiş, 2018ci ilin aprel ayının ortalarında elə həmin yerdə Murad bu işlə bağlı ona əlavə olaraq 2.000 manat pul vermişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ilə isə Mingəçevir şəhərində tanış olmuşdur. Belə ki, o, Qax rayonundan tez-tez Mingəçevir şəhərinə gedib-gəlirdi və onu Mingəçevirdə hərbi sahədə müəyyən işlər görə bilən şəxs kimi tanıyırdılar. 2018-ci ilin fevral ayının əvvəllərində Cuma ilə Mingəçevir şəhərində söhbət edən zaman sonuncu ona həyat yoldaşı Şahid1 səhhətində problemlərin olduğunu və onu ordudan xəstəliyinə görə xaric etmək istədiyini demişdir. O da ona 6.000 manat pula bu işin həll olunmasının mümkün olduğunu demiş, Cuma da arvadının iştirakı ilə 2018-ci ilin fevral ayının əvvəllərində 2.000 manat pulu Mingəçevir şəhərinin mərkəzində yerləşən “Heydər Əliyev adına” parkın qarşısında ona vermişdir. Daha sonra o, 2018-ci ilin may ayının ortalarında Cuma ilə Bakıda Müdafiə Nazirliyinin Hərbi Hospitalın qarşısında görüşüb 2.000 manat pulu da ondan almışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində o, yenidən Cuma ilə həmin yerdə görüşüb sonuncu 2.000 manat pulu da ondan almışdır. Həmin vaxtı Cumanın arvadı Gülər də orada olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə onu tanışı Zərərçəkmiş şəxs5 2019-cu ilin oktyabr ayında metronun “Koroğlu” stansiyasının qarşısında tanış etmişdir. Rahillə söhbət zamanı sonuncu ona 2011-ci ilin aprel ayında həqiqi hərbi xidmətdən tərxis olunduğunu, lakin hazırda Müdafiə Nazirliyinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlmək istədiyini dedikdə o, ona 3.500 manat pulun müqabilində onu Suraxanı rayonunda yerləşən hərbi hissələrin birinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demişdir. Rahil də onunla razılaşmışdır. 2019-cu ilin oktyabr ayının sonlarında Rahil dayısı Zərərçəkmiş şəxs5la birlikdə ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın qarşısına gəlmiş və orada ona 3.500 manat pul vermişdir. Həmin görüşdən bir müddət sonra Zərərçəkmiş şəxs5 ona müraciət edərək bacısı oğlu Şahid2 Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə müddətdən artıq xidmət edən hərbi qulluqçu vəzifəsinə düzəltmək istədiyini demiş, bu məsələ ilə bağlı 2019-cu ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs5 və sonuncunun bacısının əri Zərərçəkmiş şəxs3la ünvan 2 ünvanda yerləşən inzibati bina ilə üzbəüz olan yerdə görüşüb sonuncunun avtomobildə oturmuşlar. Avtomobildə söhbət edən zaman o, Şəmsəddinə onun oğlu Elməddini 4.500 manat pula Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən “N” saylı hava hücumundan müdafiə hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demiş və bunun üçün ilkin olaraq 2.500 manat, qalan pulu isə tibbi yoxlanış keçirildikdən sonra verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşdığına görə həmin günü Zərərçəkmiş şəxs5 iştirakı ilə 2.500 manat pulu ona avtomobildə vermişdir. Pulu aldıqdan sonra o, Şəmsəddinə onu gözləməsini və vaxtı gələndə oğlu Elməddinə aid hansı sənədlərin tələb olunduğunu deyəcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayında o, Şəmsəddinlə əlaqə saxlayaraq tələb olunan sənədlərin siyahısını demiş və tibbi yoxlanışın başlandığını söyləyərək onunla Hərbi Hospitalın qarşısında görüşmüşdür. O, Şəmsəddinin oğlu Elməddinlə bağlı topladığı sənədlərə baxdıqdan sonra onların qaydasında olduğunu deyib Elməddini tibbi yoxlanışdan keçməsi üçün Hərbi Hospitalın buraxılış nəzarət məntəqəsindən hospitala keçirmiş, özü isə Şəmsəddinlə Rəcəbin yanında küçədə dayanıb bərabər söhbət etmişlər. 2020-ci ilin yanvar ayının əvvələrində Şahid2 sonuncu həkim müayinəsindən keçmiş və Elməddinin yararlı olması barədə hərbi-həkim komissiyası tərəfindən arayış verilmişdir. Bundan sonra o, Şəmsəddindən Hərbi Hospitalın qarşısında avtomobildə qalan 2.000 manat pulu da almışdır. Pulu Zərərçəkmiş şəxs3 alan zaman o, fevral ayında cavab verəcəyini deyib onlarda olan sənədləri tibbi arayışla birlikdə götürüb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında o, Şəmsəddinə zəng edərək sənədləri gətirməsini söyləmiş və yaxın günlərdə oğlu Elməddinin təlimə cəlb ediləcəyini, təlimdən sonra isə birbaşa işləyəcəyi hərbi hissəyə göndəriləcəyini demişdir. Buna görə də o, Şəmsəddinlə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında görüşmüş və Elməddinin sənədləri olan qovluğu ondan götürmüşdür. Zərərçəkmiş şəxs4 ilə də onu Zərərçəkmiş şəxs5 tanış etmişdir. Belə ki, Şahid2 Faiq Qəhrəmanovun əsgər yoldaşı olmuşlar. Zərərçəkmiş şəxs5 Faiqlə onu 2019-cu ilin oktyabr ayının sonlarında ünvan 1 ünvanda görüşdürmüş və o, Zərərçəkmiş şəxs5 iştirakı ilə Faiqlə işə düzəlməyi ilə əlaqədar söhbət etmiş, 4.500 manat pula onu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən “N” saylı hava hücumundan müdafiə hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini deyərək ilkin olaraq 2.500 manat pul tələb olunduğunu, qalan vəsaitin isə tibbi müayinəni keçdikdən sonra verməli oluğunu bildirmişdir. Elə həmin ərəfədə Faiq ona Hərbi Hospitalın qarşısında 2.500 manat pulu və tələb olunan sənədləri vermişdir. Zərərçəkmiş şəxs5 2019-cu ilin yayından tanıyır. Zərərçəkmiş şəxs5 Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən tərxis olunduğu barədə ona danışanda, o, Rəcəbə xəstəliklə bağlı olaraq hərbi xidmətdən xaric olduğuna görə ona təqaüd düzəldə biləcəyini və buna görə 2.500 manat pul lazım olduğunu bildirmişdir. Rəcəb onunla bu barədə razılaşdıqdan sonra 2020-ci ilin yanvar ayının sonlarında 500 manat pulu ona Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən ət kombinatının qarşısında, 10 gün sonra isə 2.100 manat pulu Rəcəb kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən bina evinin həyətində vermişdir. Zərərçəkmiş şəxs1 ilə isə 2020-ci ilin sentyabr ayında Hərbi Hospitalın qarşısında təsadüfən tanış olmuşdur. Söhbət zamanı Elvin sərhəd qoşunlarında xidmət etdiyini və yenidən həmin xidmət sahəsinə bərpa olunmaq istədiyini demişdir. O da ona xidmətə bərpa etdirmək üçün 2.500 manat pul lazım olduğunu deyəndə, Elvin bu pulu verməyə hazır olduğunu, lakin ilk öncə ailəsi ilə məsləhət edib xəbər verəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə o, Elvinlə Hərbi Hospitalın qarşısında görüşən zaman sonuncu ona 700 manat, daha sonra xx.xx.2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən kafedə 1.800 manat pul vermişdir. Qeyd edir ki, bütün zərər çəkmiş şəxslərdən aldığı pulu öz ehtiyaclarına xərcləmiş, onların heç bir işini düzəltməmiş, hər-hansı bir şəxslə, yaxud da hərbi-həkim komissiyasının üzvləri ilə sövdələşməsi olmamış, heç kimə pul verməmişdir. Zərər çəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs8 200 manat, Zərərçəkmiş şəxs5 isə 1.600 manat pul qaytarmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2016-2018-ci illərdə o, Müdafiə Nazirliyinə tabe olan və Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi xidmət keçən hərbi qulluqçu kimi xidmət etmişdir. Qax rayon sakini Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından tanıyır. Xidmət etdiyi dövrdə onun sol gözündə zəiflik olduğuna görə bir neçə dəfə Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicədə olmaqla yanaşı əməliyyat da olunmuşdur. 2017-ci ilin noyabr ayında o, həyat yoldaşı Gülnar Səmədova ilə bilrikdə ünvan 1 ünavnda yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalına gəlmişdir. Həmin vaxt onunla birlikdə işləyən Zərərçəkmiş şəxs6 da onunla birlikdə idi. Cuma ilə hospitalın yaxınlığındakı kafelərdən birində söhbət edən zaman ona gözündə problemin olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Cumanın tanışı kimi onlarla bir masada oturmuşdur. Söhbət zamanı ondan səhhətində nə problem olduğunu soruşduqda o, Rəşidə demişdir ki, sol gözündə problem var və bir neçə dəfə həmin gözündən müalicə alıb və eyni zamanda əməliyyat da olunub, hazırda da hospitala müalicə olunmağa gəlib. Rəşid ondan baxmaq üçün xəstəlik kartını götürmüş və sonra onun gözündə iki dəfə cərrahiyə əməliyyatının olduğunu, əlavə müalicəyə ehtiyacının olmadığını və bu xəstəliklə onun ordudan xəstəlikə əlaqədar tərxis olunmaqla təqaüdə çıxmasının mümkün olduğunu deyib buna görə 7.000 manat tələb olduğunu bildirmişdir. Rəşidə həmin məbləğdə pulunun olmadığını bildirdikdə, sonuncu ona demişdir ki, həmin puldan 500 manat çıxa bilər və işi həll etmək üçün 6.500 manat verər. Rəşidə həmin məbləğdə pulu hazırda ona verə bilməyəcəyini və vaxt verməsini dedikdə, Rəşid onun xəstəlik kartını götürüb hospitala getmiş, az sonra kafeyə qayıdaraq həkimlə danışdığını, 15 gün hospitalda yatacağını və daha sonra xəstəliklə bağlı ordudan tərxis olunacağını və təqaüd alacağını demişdir. 2018-ci ilin mart ayında o, yenidən hospitala müayinə olunmaq üçün gəldikdə Rəşidlə görüşmüş, Rəşid pulu gətiribgətirmədiyini soruşanda, o, 2-3 günə pulu verəcəyini demişdir. 2018-ci ilin mart ayının əvvəllərində o, həyat yoldaşının öz adına götürdüyü 3.500 manat pulu Hərbi Hospitalın qarşısında Rəşidə vermişdir. Rəşid pulu aldıqdan sonra onun qalan hissəsini hərbi-həkim komissiyasından müayinədən keçərkən vermək lazım olduğunu demişdir. Söhbət zamanı Rəşid ona 3.000 manat pul çatmadığına görə onu ordudan tərxis etmədiklərini dediyinə görə o, bu barədə həyat yoldaşına xəbər vermiş, daha sonra onun həyat yoldaşı qızıllarını girov qoyub 3.000 manatı ona göndərmiş və o, 2018-ci ilin mart ayının ortalarında bu Hərbi Hospitalın qarşısında Rəşidə vermişdir. 2018-ci ilin mart ayının 16-17-də o, hospitaldan evə buraxıldığı üçün Mingəçevir şəhərinə qayıtmışdır. Növbəti dəfə o, 2018-ci ilin may ayında hərbi-həkim komissiyasından keçmək üçün Bakı şəhərinə gəlmiş və onu ordu sıralarından tərxis etmişlər. O, Mingəçevir şəhərinə qayıtdıqdan sonra Rəşidlə əlaqə saxlayıb təqaüd məsələsinin nə yerdə olması ilə bağlı maraqlandıqda, Rəşid ona demişdir ki, tezliklə məsələ həll ediləcək. Daha sonra ona məlum olmuşdur ki, Rəşid onu aldadıb pulunu ələ keçirmişdir. Hazırda ona cəmi 200 manat pul qaytarılmış, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, o, 2014-cü ildən Müdafiə Nazirliyinə tabe olan və Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq işləmişdir. Rəşidlə tanışlığı isə Zərərçəkmiş şəxs8 görə olmuşdur. Belə ki, onun səhhətində problemlər vardır və o, “hepatit B” xəstəliyinə görə müalicə olunurdu. 2018-ci ilin mart ayında Müdafiə Nazirliyinin Hərbi Hospitalına Zərərçəkmiş şəxs8 yanına gəlmiş və həmin vaxt Rəşidi onun yanında görmüşdür. Rəşidin kim olduğunu Qalibdən soruşduqda, sonuncu demişdir ki, Rəşid onu xəstəliyi ilə bağlı ordudan təqaüdə görə çıxmaqda köməklik edən şəxsdir. Bunu öyrəndikdən sonra o, Rəşidlə söhbət edib öz xəstəliyi ilə bağlı təqaüdə çıxa bilib-bilmədiyini soruşmuş, Rəşid də problem olmadığını və bu işi 9.000 manata həll edə biləcəyini demişdir. O da Rəşidə bu məbləğdə pulunun olmadığını deyəndə, sonuncu ilkin olaraq 4.000 manat, pulun qalan hissəsini isə sonra verə biləcəyini söyləmişdir. 2018-ci ilin aprel ayının əvvəllərində o, Hərbi Hospitalın binasında kreditə götürdüyü 4.000 manat pulu Rəşidə vermişdir. Daha sonra Rəşid ona zəng edərək barəsində araşdırma apardığını və ona Prezident təqaüdü də düşdüyünü deyib əlavə olaraq 2.000 manat pul istəmişdir. O da Mingəçevir şəhərində yerləşən "xxxx" ASC-dən 2.000 manat kredit götürüb onu aprel ayının ortalarında Hərbi Hospitalda Qalibin yanında Rəşidə vermişdir. Daha sonra Rəşid onunla əlaqə saxlayıb növbəti 3.000 manatı da ona çatdırmağı deyəndə, o buna imkanının olmadığını demişdir. Hospitaldan çıxdıqdan sonra Mingəçevir şəhərinə getmiş və bir neçə vaxtdan sonra Rəşidlə əlaqə saxlayıb işlərinin nə yerdə olmasını soruşanda, Rəşid tezliklə həll olunacağını demişdir. 2018-ci ilin noyabr-dekabr aylarına qədər bu işin uzandığını görüb yenidən Rəşidlə əlaqə saxlamış, Rəşidə səhhətinin pis olduğunu bildirib işlərinin nə yerdə olduğunu soruşanda, onun bu dəfə də bəhanələr gətridiyini görüb ondan pulunu tələb etməyə başlamışdır. Rəşid ona pulunu qaytarmayacağını dedikdən sonra o, bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Xəlilov X4 Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi işləyir. 2017-ci ildə onun işlədiyi N saylı hərbi hissə Mingəçevir şəhərində yerləşmiş və 2020-ci ilin avqust ayında isə hərbi hissə Göygöl rayonuna köçürülmüşdür. Həmin vaxtlar Zərərçəkmiş şəxs6 Mingəçevir şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Qax rayonundan olsa da tez-tez Mingəçevir şəhərinə gəlirmiş və ətrafda olan şəxslər Rəşidi keçmiş hərbiçi kimi və həm də Mingəçevir şəhərində hərbi sahədə müəyyən işlər görə bilən adam kimi tanımışlar. 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində söhbət edən zaman arvadı Şahid1 da onunla birlikdə N nömrəli hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işlədiyini bildirib Gülərin səhhətində çətinliklərin olduğuna görə onu təqaüd almaq şərti ilə xidmətdən xaric etmək istədiyini demişdir. Rəşid də ona bildirmişdir ki, şəxsi əlaqələri və tanışlarının vasitəsilə bu işi həll edə bilər. Rəşid bu işi 6.000 manata düzəldəcəyini ona bildirdikdən sonra Cuma ilkin olaraq arvadı Şahid1 iştirakı ilə 2018-ci ilin fevral ayının əvvəllərində 2.000 manat pulu Rəşidə Mingəçevir şəhərinin mərkəzində yerləşən “Heydər Əliyev adına” parkın qarşısında vermişdir. Rəşid həmin vaxt ona arvadı Şahid1 təqaüdə çıxarılması məsələsi ilə bağlı məşğul olacağını və təxminən bir il ərzində onu həll edəcəyini demişdir. Rəşidə pulu verən zaman Cuma arvadının müəyyən sənədlərinin nüsxələrini də ona vermişdir. Bundan sonra Şahid1 səhhətində problemlər olduğu üçün onlar bir neçə dəfə Müdafiə Nazirliyinin Hərbi Hospitalına gəlmiş və orada müalicə almışdır. Eyni zamanda Cuma bu barədə Rəşidə də məlumat vermişdir. 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs Cuma ilə əlaqə saxlayıb arvadının təqaüdə çıxarılması ilə bağlı müəyyən işlərin getdiyini bildirmiş və hazırda əlavə olaraq 2.000 manat pul istəmişdir. May ayının ortalarında Cuma Rəşidlə Hərbi Hospitalın qarşısında görüşüb arvadının iştirakı ona 2.000 manat pul vermişdir. Bundan sonra onlar mütəmadi olaraq Rəşidlə əlaqə saxlamış, Rəşid də hər dəfə işi həll edəcəyini demişdir. 2018-ci ilin oktyabr ayının əvvəllərində Cuma arvadının müalicəsi ilə əlaqədar yenidən Hərbi Hospitalda olduqda Rəşidlə görüşmüş, sonuncu da işin artıq həll olunmaq üzrə olduğunu deyib ondan orada qalan 2.000 manat pulu da almışdır. Lakin bundan sonra Rəşidlə əlaqə saxlamaq çətinləşmiş, hətta Rəşid Cumanın mobil telefon zənglərinə nadir hallarda cavab vermiş və cavab verən zaman isə əlavə vaxta ehtiyac olduğunu demişdir. 2019-cu ilin fevral ayında arvadının təqaüdsüz xidmətdən xaric olduğunu gördükdə Cumaya məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirib. Rəşidlə əlaqə saxlayaq pulunu istəsə də, sonuncu pulu qaytaracağına söz versə də, 6.000 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2011-ci ilin aprel ayında həqiqi hərbi xidmətdən tərxis olunmuş, lakin sonradan müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlmək istəmişdir. Bununla bağlı ətrafında olan şəxslərə demişdir. Sonra bilmişdir ki, xalası oğlu Şahid2 də hərbiyə işə düzəlmək istəyir və dayısı Zərərçəkmiş şəxs5 onu işə düzəltmək üçün əvvəllər hərbiçi olmuş Təqsirləndirilən şəxs ilə tanış etmiş, hazırda Elməddinin işə düzəlməsi istiaqamətində müəyyən söhbətlər aparılır. Buna görə də o, dayısı Rəcəb ilə əlaqə saxlayıb onu da Rəşidlə görüşdürməyi xahiş etmişdir. 2019-cu ilin oktyabr ayında o, dayısının iştirakı ilə metronun “Koroğlu” stansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb məsələni ona danışmış, sonuncu da 3.500 manat pulun müqabilində onu Suraxanı rayonunda yerləşən hərbi hissələrin birinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini demişdir. O da onunla razılaşmış və 2019-cu ilin oktyabr ayının sonlarında dayısı Rəcəblə birlikdə ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın qarşısında Rəşidlə görüşüb həmin pulu və tələb olunan sənədləri ona vermişdir. Rəşid də onları alıb ona Hərbi Hospitalda həkim müayinəsindən keçməli olduğunu demiş və təxminən bir həftə ərzində o, hospitalda həkim müayinəsindən keçmiş və xidmətə yararlı olması barədə sənədi alaraq Rəşidə vermişdir. Rəşid də ona bildirmişdir ki, təxminən 01-02 ay ərzində onu Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzinə çağıracaqlar. Həmin gündən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyini gördükdə ona məlum olmuşdur ki, Rəşid onu aldadaraq pulunu ələ keçirib. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Şahid2 onun əsgər yoldaş olmuş və onlar 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən 177 saylı Hərbi Hissədə həqiqi hərbi xidmətdə olmuş və həmin hərbi hissədən tərxis edilmişdir. Şahid2 hərbi sahədə işə düzəlmək istəmiş və onların arasında bu barədə söhbətləri də olmuşdur. 2019-cu ilin oktyabr ayında onun əsgər yoldaşı və dostu olan Şahid2la danışan zaman Elməddin ona dayısı Zərərçəkmiş şəxs5 vasitəsilə onun müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Milli Orduya işə düzəlməsi məqsədi ilə Təqsirləndirilən şəxs ilə danışdığını və bu işə görə Rəşidə pul da verildiyini demişdir. Bundan sonra o, Elməddinə onun özünün də hərbiyə işə düzəlmək istədiyini bildirib həmin şəxslə onun arasında əlaqə yaratmasını xahiş etmişdir. Elməddin isə dayısı Zərərçəkmiş şəxs5 istifadəsində olan mobil telefon nömrəsini ona verib onunla əlaqə saxlamağı məsləhət bilmişdir. O, Zərərçəkmiş şəxs5 zəng edərək bu barədə onunla ətraflı danışmış və Rəcəb ona Təqsirləndirilən şəxs onun tanışı olduğunu və hazırda Elməddinin də hərbiyə işə düzəlmək məsələsi ilə məşğul olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs5 ona köməklik etməsini xahiş etdiyinə görə sonuncu onu Təqsirləndirilən şəxs ilə 2019-cu ilin oktyabr ayının axırlarında ünvan 1 ünvanda görüşdürmüş və o, Zərərçəkmiş şəxs5 iştirakı ilə Təqsirləndirilən şəxs ilə işə düzəlməyi ilə əlaqədar söhbət etmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı onu 4.500 manata Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən “N” saylı hava hücumundan müdafiə hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini və bunun üçün 2.500 manat pulu hazırda, 2.000 manat pulu isə tibbi yoxlanışı keçdikdən sonra verməli olduğunu demişdir. O da üzərində olan həmin məbləği Rəşidə vermişdir. Aralarında olan razılığa əsasən Rəşid işə düzəlmək məsələsini 2020-ci ilin fevral-mart aylarında tam həll etməli idi. 2020-ci ilin fevral-mart aylarında dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışsa da, Rəşidi tapa bilməmişdir. Bundan başqa həmin ərəfələr ona məlum olmuşdur ki, Rəşid Elməddinin də işini həll etməyib, həmçinin Zərərçəkmiş şəxs5 da pensiya düzəltmək adı ilə onu aldadıb pulunu ələ keçirib. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, oğlu Elməddini hərbiyə işə düzəltmək istədiyinə görə bununla bağlı ətrafında olan şəxslərlə məsləhət etmiş və bu barədə ona köməklik edə biləcək şəxslər olduğu zaman ona xəbər vermələrini xahiş etmişdir. 2019-cu ilin oktyabr ayında əvvəllər hərbiçi olmuş qaynı Zərərçəkmiş şəxs5 ilə söhbət edən zaman Rəcəb tanışı Təqsirləndirilən şəxs vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istədiyi şəxsləri müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldə biləcəyini bildirmişdir. Rəcəb Elməddini də işə düzəldə biləcəyini ona söylədiyinə görə o, ondan Rəşidlə danışmağı və onunla görüşdürməyi xahiş etmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında o, Rəcəblə birlikdə ünvan 2 ünvanda yerləşən Nəsimi rayon prokurorluğu üzbəüz olan yerdə Rəşidlə görüşüb avtomobilinə əyləşmişlər. Söhbət zamanı Rəşid Elməddini 4.500 manata Azərbaycan Respubilkası Müdafiə Nazirliyinin Biləsuvar rayonunda yerləşən “N” saylı hava hücumundan müdafiə hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəldəcəyini bildirmiş, bunun üçün 2.500 manat pulu hazırda, qalanını isə tibbi yoxlanışı keçdikdən sonra verməli olduğunu demişdir. O da bununla razılaşıb həmin vaxtı 2.500 manat pulu Rəşidə vermişdir. 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq işlə bağlı tələb olunan sənədlərin siyahısını deyərək həmin günü tibbi yoxlanışın olacağını bildirmiş, o da Rəcəb və oğlu Elməddinlə birlikdə ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın qarşısına gəlib Rəşidlə görüşmüşlər. Rəşid onun topladığı sənədlərə baxıb Elməddini tibbi yoxlanışdan keçməsi üçün içəri göndərmiş, özü isə həyətdə onların yanında dayanmışdır. 2020-ci ilin yanvar ayında oğlu Elməddin sonuncu həkim yoxlanışından keçmiş və onun xidmətə yararlı olması barədə arayış verilmişdir. Rəşid həmin arayışı ona göstərib qalan 2.000 manat pulu ondan istəmişdir ki, işi yekunlaşdıra bilib Elməddini işə düzəltsin. O da Elməddinin artıq yoxlanışdan keçdiyinə görə Rəşidə inanmış və 2020-ci ilin yanvar ayının əvvəllərində Hərbi Hospitalın qarşısında avtomobilində 2.000 manat pulu ona vermişdir. Rəşid də pulu alıb fevral ayında onlara cavab verəcəyini deyib sənədləri tibbi arayışla birlikdə götürüb onları Müdafiə Nazirliyinin Təlim-tədris Mərkəzinə verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayının ortalarında Rəşid ona zəng edərək demişdir ki, yaxın günlərdə oğlu Elməddin təlimə cəlb ediləcək və təlimdən sonra birbaşa işləyəcəyi hərbi hissəyə göndəriləcək. Lakin sonradan Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədikdə onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 1993-cü ilədək ilkin olaraq həqiqi hərbi xidmətdə, daha sonra isə kiçik leytenant kimi Lənkəran rayonunda yerləşən 704 saylı hərbi xidmətdə olmuşdur. Daha sonra onun səhhətində problem olduğuna görə hərbi xidmətdən tərxis edilmişdir. 2019-cu ili yay aylarında məclislərin birində əvvəllər hərbiçi olduğunu bildirən Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında isti münasibət yaranmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hazırda işləməsə də, hərb sahəsində çox dostları var və hərbiyə işə adam düzəldə bilir. Həmin ərəfələrdə onun bacısı oğlu Şahid2 hərbiyə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə düzəlmək istədiyinə görə o, bu barədə Elməddinin özünə və bacısının əri Zərərçəkmiş şəxs3 məlumat vermişdir. Şəmsəddin ilə bu barədə danışıldıqdan sonra onlar 2019-cu ilin oktyabr ayında ilkin olaraq Təqsirləndirilən şəxs ilə mobil telefonla danışmış və Rəşidə istəklərini bildirmişlər. Təqsirləndirilən şəxs onun bacısı oğlu Şahid2 işə düzəldə biləcəyini bildirmiş və bunun 4.500 manata başa gələcəyini demişdir. Bacısının əri Zərərçəkmiş şəxs3 bu təkliflə razılaşdığına görə 2019-cu ilin oktyabr ayında o, Şəmsəddinlə birlikdə Rəşidlə ünvan 2 ünvanda görüşmüşlər. Həmin vaxtı Təqsirləndirilən şəxs 4.500 manat pulun müqabilində Elməddini Biləsuvar rayonunda yeləşən “N” saylı hava hücumundan müdafiə hərbi hissəsinə müddətdən artıq xidmət edən hərbi qullquçu kimi işə düzəldəcəyini bildirmişdir. Şəmsəddin Rəşidlə razılaşmış və Rəşidin tələbi ilə ilkin olaraq ona 2.500 manat pul vermişdir. Pulun qalan hissəsini isə tibbi yoxlanışdan sonra verəcəyinə dair onlar razılaşmışlar. 2019-cu ilin dekabr ayında Rəşid özü Şəmsəddin ilə əlaqə saxlayıb hansı sənədləri toplamaq lazım olduğunu bildirmiş və Şəmsəddin həmin sənədləri toplayaraq Rəşiddən xəbər gözləmişdir. Həmin ay Rəşid Elməddinin tibbi yoxlanışının olduğunu bildirdiyindən bir neçə gün Elməddin Hərbi Hospitala getmişdir. Hər dəfə ora gedən zaman onun özü də Şəmsəddinlə birlikdə getmişdir. Təqsirləndirilən şəxs özü ora gəlsə də, içəri keçməmiş və onlarla birlikdə həyətdə dayanmışdır. 2020-ci ilin yanvar ayında Şahid2 tibbi yoxlanışdan keçdiyinə görə yaralı olması barədə ona arayış verilmişdir. Həmin arayış verilən gün Təqsirləndirilən şəxs Hərbi Hospitalın qarşısında Şəmsəddindən 2.000 manat pul almışdır. Söhbət əsasında Rəşid həm də bildirmişdir ki, xəstəliklə bağlı olaraq hərbi xidmətdən xaric olduğuna görə ona da təqaüd düzəldə bilər və buna görə 2.500 manat pul lazımdır. Təqsirləndirilən şəxs inandığına görə o, Rəşidlə razılaşmış və 2020-ci ilin yanvar ayının axırlarında 500 manat pulu Rəşidə Keşlə qəsəbəsində yerləşən ət kombinatının qarşısında, 10 gün sonra isə 2.100 manat pulu onun həmin vaxtlar kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən bina evinin həyətində vermişdir. Həmin hadisədən təxminən 20 gün keçdikdən sonra Təqsirləndirilən şəxs pensiyann düzəlməsi ilə bağlı ondan heç bir sənəd istəmədiyinə görə o, Rəşiddən şübhələnmiş və pulunu geri istəmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində yerləşən “Atletlər” kəndinin yaxınlığında görüşmüş və Rəşidə verdiyi 2.600 manat pulun 1.600 manatını almışdır. Həmin vaxt Rəşid ona bildirmişdir ki, ona pensiya düzəltmək alınmayacaq və söz vermişdir ki, qalıq qalan 1.000 manat pulu yaxın günlərdə verəcək. Rəşid həmin pulu özünün ehtiyaclarına xərclədiyini ona demişdir. Daha sonra o, Rəşidlə əlaqə saxlaya bilməmiş və Rəşid onun pulunu qaytarmamışdır. Bununla belə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən X3 çavuş rütbəsində xidmət etmişdir. 2019-cu ildə xidmətdən xaric edilmiş və həmin vaxtdan yenidən xidmətə bərpa olunmaq istəmiş, lakin bunun üçün fürsət yaranmamışdır. 2020-ci ilin sentyabr ayında ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın qarşısında bir Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona şəxsi əlaqələri vasitəsilə iki gün ərzində onu xidmətə bərpa etdirə biləcəyini deyərək ondan 2.500 manat pul istəmişdir. O da bəzi suallar verdikdən sonra onun bu işi həll edə biləcəyinə inanmışdır. Rəşidə pulu verməyə hazır olduğunu, lakin bu barədə ailəsi ilə məsləhət edəcəyini demişdir. Rəşid ilə əlaqə saxlamaq üçün bir-birilərinə mobil telefon nömrələrini vermişlər. Daha sonra ailəsi ilə məsləhət etmiş və Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqdan sonra xx.xx.2020-ci il tarixdə Hərbi Hospitalın qarşısında ona ilkin olaraq 700 manat, xx.xx.2020ci il tarixdə isə Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 101 saylı ünvanda yerləşən kafedə 1.800 manat pulu ona vermişdir. Rəşid bir həftə ərzində onu xidmətə bərpa etdirəcəyini söz vermişdir. Rəşidin dediyi müddət keçdikdən sonra onunla əlaqə saxlasa da, Rəşid hazırda müharibə dövrü olduğundan məsələnin bir qədər yubandığını bildirmişdir. Sonradan anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldadır və buna görə də ondan pulunu geri tələb etmişdir. Həmin vaxt Rəşid müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmaqdan boyun qaçırmış və bugünə qədər də qaytarmayıb. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: - “Axtarışda olan şəxsin yaxalanması barədə” protokola əsasən Təqsirləndirilən şəxs 01 dekabr 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 4(006)-685/2020 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (İİ cild, i.v.143, 209); - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 təqdim etdiyi səs yazıları olan 01 ədəd CD disk və Zərərçəkmiş şəxs1 2.500 manat pul vəsaitinin alınmasını təsdiq edən və Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş qəbz cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (İİİ cild, i.v.48-77); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-381/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuşdur (İİİ cild); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 082-30471-1221 saylı məktubunda qeyd olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-381/2021 saylı qərarı Təqsirləndirilən şəxs barəsində Qax Rayon Polis Şöbəsində açılmış axtarış işinə əlavə edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və bu şəxsin saxlanıldığı halda onun Penitensiar xidmətin istintaq təcridxanasına yerləşdirilməsi və bu barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur (İİİ cild); - Qax Rayon Polis Şöbəsinin 22 dekabr 2021-ci il tarixli, 172-22284-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 oktyabr 2021-ci il tarixdə saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir (İİİ cild); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, məhkəmə hökmü və qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 09 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qax Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 7(024)-19/2022 saylı qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-12/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 1(103)-1333/2022 saylı qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır (İİİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs5 vurulmuş zərər üzrə qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, eyni zamanda dələduzluğa görə də hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-12/2022 saylı hökmü ilə məhkum olunsa da, onun hazırkı iş üzrə törətdiyi cinayət əməlləri həmin hökmdən əvvəl törədilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-12/2022 saylı hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs cəzasının əvvəli, o cümlədən hazırki iş üzrə tutulduğu vaxtdan – 16 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 təqdim etdiyi səs yazıları olan 01 ədəd CD disk və Zərərçəkmiş şəxs1 2.500 manat pul vəsaitinin alınmasını təsdiq edən və Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 təqdim etdiyi səs yazıları olan 01 ədəd CD disk və Zərərçəkmiş şəxs1 2.500 manat pul vəsaitinin alınmasını təsdiq edən və Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-18/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-18/2022
07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver