Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-18/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – “FİDES” vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən digər saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əlcə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 iyun 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı binanın 14-cü mərtəbəsində blokda quraşdırılmış Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən plastik dolabın qapısını istintaqla müəyyən edilməyən alətlə açıb oraya qanunsuz daxil olaraq dolabdan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 250 manat dəyərində 02 ədəd dreli və 01 ədəd laqondanı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 avqust 2023-cü il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 78 saylı binanın 14-cü mərtəbəsində blokda quraşdırılmış Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən plastik dolabın qapısını fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub dolabdan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 2000 manat dəyərində xrustal materialdan hazırlanmış qah dəstini və 08 ədəd müxtəlif markalı spirtli içkiləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 dekabr 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 saylı binanın 3 saylı mənzilinin yerləşdiyi blokda quraşdırılmış X6 məxsus saxlanc yeri hesab edilən plastik dolabın qapısını fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub dolabdan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 200 manat dəyərində elektrikli manqalı, 01 ədəd 150 manat dəyərində tozsoranı və ümumilikdə 500 manat dəyər ndə müxtəlif növ spirtli içkiləri gizli olaraq talayıb zərərçəkmiş şəxs Nəsib Tahirə ümumilikdə 850 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 dekabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon H.Babaşov küçəsi 11 saylı binanın qarajında quraşdırılmış Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən plastik dolabın qapısını fiziki güc tətbiq edib açmaqla oraya qanunsuz daxil olub dolabdan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində 02 ədəd samovarı, hər biri 35 manat olmaqla ümumilikdə 70 manat dəyərində 02 qutu yuyucu tozu, ümumilikdə 50 manat dəyərində 03 şüşə bitki yağını və hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd mürəbbə bankalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 570 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,595 qram çəkidə psixotrop maddə metmafetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 10 yanvar 2024-cü il tarixdə saat 11:15-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3ləşən Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,595 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, törətdiyi əmələ görə peşmandır. İttihamın mahiyyəti müstəntiq tərəfindən elan edilmişdir və ittihamın mahiyyəti tam aydındır. Uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. Əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuşdur. 16 iyun 2023-cü il tarixdə səhər saat 9 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə piyada hərəkət edərkən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə binalardan birinə daxil olub 14-cü mərtəbəyə qalxmışdır. Orada sakitçilik olduğunu arxayın olduqdan sonra üzərində olan dırnaqtutandan istifadə edərək plastik dolabın qapısını açmışdır. Oradan tapdığı iki ədəd dreli və bir ədəd laqondanı götürüb binanı tərk etmişdir. Avtobusa minərək oğurladığı əşyaları Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsinə aparmış və ümumilikdə 30 manat müqabilində tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində piyada olaraq gəzərkən xərcləməyə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Qarşısına çıxan binalardan birinə daxil olub liftdən istifadə edərək 16-cı mərtəbəyə qalxmışdır. Oğurlamaq üçün nəsə tapmaq məqsədi ilə bir-bir mərtəbələri yoxlayıb aşağı düşərkən 14-cü mərtəbədə yerləşən qəhvəyi rəngli plastik dolabın qapısını dartıb açmışdır. Həmin dolabda olan xrustal qab-qacaq dəstini və 7-8 ədəd markasını xatırlamadığı spirtli içkiləri götürüb binanı tərk etmişdir. Lakin, qab-qacaq ağır olduğundan daşıya bilmədiyi üçün yaxınlqda zibilliyə tullamışdır. Spirtli içkiləri isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsinə aparıb ümumilikdə 100 manat müqabilində tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir.Bundan başqa 02 dekabr 2023-cü il tarixdə axşam saat 19 radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində piyada hərəkət edərkən oğurluq etmək qərarına gəlmişdir. Binaya daxil olaraq yuxarı mərtəbələrə qalxmağa başlamış, 5-ci mərtəbədə olarkən mənzillərdən birinin girişində çöl tərəfdən quraşdırılmış plastik dolabın qapısını dartıb açmışdır. Oradan bir ədəd elektrikli manqal, bir ədəd tozsoran və bir neçə spirtli içki götürüb həmin dolabdan tapdığı torbalara yığmış və binanı tərk etmişdir. Daha sonra oğurladığı əşyaları “İnşaatçılar" metrostansiyasının yaxınlığında tanımadığı şəxsə ümumilikdə 400 manata satmış və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir.Bundan başqa 29 dekabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində ünvan 5 ünvanında yerləşən binanın blokuna daxil olmuş, oradan isə binanın qaraj hissəsinə keçmişdir. Qaraja daxil olduqda, bir neçə ədəd plastik dolab aşkar etmişdir. Əlrafda heç kəsin olmadığını görüb sonradan adını bildiyi şikayət edən şəxs X5 məxsus plastik dolabın qapısının kilidini əli ilə sındıraraq rəflərin üzərindən 02 ədəd samovar, 02 bağlama yuyucu vasitə, 03 şüşə yağ, 02 banka 3 kiloqramlıq mürəbbə götürərək oradan uzaqlaşmışdır. Daha sonra oğurladığı 01 bağlama yuyucu vasitəni, 01 banka 3 kiloqramlıq mürəbbəni və 03 şüşə yağı Bakı şəhəri, Binəqədi rayonu, H.Babışov küçəsində yerləşən sökülmüş vəziyyətdə olan tikilinin otağında gizlədərək Nəsimi rayonu 3-cü mikrorayon dairəsi istiqamətində getmişdir. Orada samovarları tanımadığı və adını bilmədiyi taksi sürücüsünə ümumi 70 (yetmiş) manat müqabilində satandan sonra evə getmişdir. Bundan başqa 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə bir bükümdə 30 manat müqabilində “patı” adlandırılan psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü istifadə etmək məqsədi ilə əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur. Növbəti gün, yəni 10 yanvar 2024-cü il tarixdə səhər saatlarında tanışını görmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Saat təxminən 11 radələrində iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq ona Nəsimi RPl-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişdir. Nəsimi RPİ-nin 19-cu PŞ-nə getdikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Daha sonra xidməti otaqlardan birində video çəkilişlə və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoymuşdur. Həmin büklülünü haradan və nə vaxt aldığı ondan soruşulduqda o, həmin bükülünü bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisincə tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə otuz manat müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükülü zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, o və axtarış və götürmədə iştirak edən digər şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün qeyd etdiyi proses videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, narkotikla bağlı verilmiş ittihamla özünü təqsirli bilmədiyini, oğurlanmış əşyalardan isə bəzilərini o oğurlamadığını, əşyaların bir hissəsinin qaytarıldığını, zərərçəkmiş şəxslərdən üçünün ona qarşı şikayətlərinin olmadığını bildirərək AR CM-nin 234.1-ci maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, digər maddələrlə isə barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 16 iyun 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən mənzildən çıxarkən mənzilin giriş qapısının çöl tərəfində quraşdırılmış plastik dolabın qapısının naməlum şəxs tərəfindən açıldığını və içərisindən ümumi dəyəri 250 manat olan 01 ədəd laqondanın və 02 ədəd drelin oğurlandığını aşkar etmişdir. Daha sonra 17 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar olaraq Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə ərizə yazaraq məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödədiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 07 avqust 2023-cü il tarixdə ailəsi ilə birlikdə istirahət etmək məqsədi ilə xarici ölkələrdən birinə səfər etmişdir. 21 avqust 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhərinə və Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 7 ünvanında yerləşən yaşadıqları mənzilə qayıdan zaman mənzilin giriş qapısının çöl tərəfində yerləşən ona məxsus plastik dolabın qapısının açıq olduğunu və ümumilikdə 2000 manat dəyərində xrustal qab-qacaq dəstinin və spirtli içkilərin oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-in 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şikayətçi olmadığını, qeyd olunan oğurluq hadisəsinin onun tərəfindən törədilməsinə inanmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, 02 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində həyat yoldaşı ilə birlikdə yaşadığı ünvan 8 ünvanından gəzmək üçün çıxmışdır. Təxminən bir saat sonra yəni, 19:30 radələrində yaşadıqları mənzilə qayıdan zaman mənzilin giriş qapısının çöl tərəfində quraşdırılmış ağ rəngli plastik dolabın qapısının naməlum şəxs tərəfindən sındırıldığını və içərisindən 01 ədəd 200 manat dəyərində elektrikli manqalın, bir ədəd 150 manat dəyərində tozsoranın və ümumi 500 manat dəyərində müxtəlif növlü spirtli içkilərin oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş hadisə iləəlaqədar olaraq DİN-in 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs X11 Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödədiyini, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Bak şəhərinin müxtəlif rayonları, o cümlədən Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlum, etibarlı və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 10 yanvar 2024-cü il tarixdə 19-cu Polis şöbəsindəəməliyyat qrupu yaradılmışdır. O, və qrupun digər iştirakçısı Şahid2 keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 11:15 radələrində ünvan 9 ünvanının qarşısında saxlayaraq Nəsimi rayon polis idarəsinin 19-cu Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Həmin raportun icrası 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Cəmaləddin Mehvalıyevə həvalə edilmişdiri. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Cəmaləddin Mehvalıyevin xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və Təqsirləndirilən şəxs öz istəyi ilə şəxsi axtarışda vəkil də iştirak etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmişdir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim ctmosi təklif edildikdə Oılman əynindəki idman şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümün içərisinə baxış keçirildikdə şəffa rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, onu haradan və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində “patı” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Papanin" adlanan ərazidə istifadə etmək məqsədi ilə 30 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. İttiham aktının siyahısında zərər çəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs4 və şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram təqdim edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ziyanın ödənilmədiyi halda şikayətçi olduğunun nəzərə alınmasını bildirmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 35-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, X11 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 80-cı vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 93-cü vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 110-cu vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 133-cü vərəqində olan şübhəli şəxsin tutulması haqqında 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildinin 146-cı vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 160-161-ci vərəqlərində olan Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Yasamal RPİ-nin X9 azad olunması qərara alınmışdır; cinayət işinin İ cildinin 162-163-cü vərəqlərində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞnin müstəntiqi Sərxan Ramazanovun 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İ cildinin 172-ci vərəqində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; cinayət işinin İ cildinin 174-cü vərəqində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 189-cu vərəqində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tutularaq Yasamal RPİ-nin İŞnə təqdim edilməsi üçün İdarənin MSY-nə gətirilməsi qərara alınmışdır; cinayət işinin İ cildinin 194-cü vərəqində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun 07 mart 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmişdir; cinayət işinin İ cildinin 198-ci vərəqində olan Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Sərxan Ramazanovun cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 10 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; cinayət işinin İ cildinin 200-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 221-222-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun 01 aprel 2024-cü il tarixli qərarından görünür ki, AR CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatında AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir; cinayət işinin İ cildinin 225-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İİ cildinin 1-2-ci vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:55-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildinin 24-25-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır; cinayət işinin İİ cildinin 28-30-cı vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi RPİnin 19-cu Polis Şöbəsinin sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs – xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi X12, mütəxəssis (ekspert) X2 iştirakları ilə, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə aşkar olunaraq götürülmüşdür; cinayət işinin İİ cildinin 38-39-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/126 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 187” dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,595 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetamin təmiz çəkisi – 0,595 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,545 qram; cinayət işinin İİ cildinin 54-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 70-71-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin təmin edilməməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X9 azad olunması qərara alınmışdır; cinayət işinin İİ cildinin 72-73-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İİ cildinin 82-84-cü və 91-106-cı vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 18 yanvar 2024-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir; cinayət işinin İİ cildinin 85-86-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 12 yanvar 2024-cü il tarixli, 166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür; cinayət işinin İİ cildinin 169-cu vərəqində olan tutma haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:40-da CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildinin 187-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 199-200-ci vərəqlərində olan Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədovun vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Yaqublunun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Binəqədi RPİ-nin X9 azad olunması qərara alınmışdır; cinayət işinin İİ cildinin 201-ci vərəqində olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Ruhid Yaqublunun 17 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; cinayət işinin İİ cildinin 204-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İİ cildinin 222-223-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Nəsimi Məhərrəmovun 01 mart 2024-cü il tarixli axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır; cinayət işinin İİ cildinin 229-cu vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞnin əməliyyat müvəkkili 08 mart 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə saat 10:00 radələrində saxlanılaraq 19-cu PŞ-nə gətirilmişdir; cinayət işinin İİ cildinin 237-238-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞnin müstəntiqi Nəsimi Məhərrəmovun cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 08 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir; cinayət işinin İİ cildinin 240-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİİ cildinin 10-14-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 18 aprel 2024-cü il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 08 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; cinayət işinin İİİ cildinin 42-43-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 13 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir; cinayət işinin İİİ cildinin 52-53-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Nəsimi Məhərrəmovun təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİİ cildinin 78-90-cı vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 23 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd bitki yağının və 01 banka mürəbbənin zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs4 qаytаrılması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs zorakılığa məruz qalması ilə əlaqədar cinayət işi materiallarından material ayrılaraq hüquqi qiymət verilməsi üçün Nəsimi Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X7 dəymiş ziyanın ödənilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və Nəsimi Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 180-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs oğurladığı əşyaları satdığı şəxs və ya şəxslər barəsində CM-in 194-cü maddəsi ilə material ayrılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,595 qram psixotrop maddə metametaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,545 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, maddi sübutun götürülməsi zamanı qeydə alınmış videogörüntünün olduğu 04 ədəd DVD disk və 01 ədəd fotoşəkil sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə heroini satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 10 yanvar 2025-ci il tarixli məktubuna əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 16:10-da Nəsimi Rayon Polis İdarəsinin MSY-nə daxil olmuş, 12 yanvar 2024-cü il tarixdə saat 11:10-da Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarı ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd olunması haqqında 02 avqust 2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində toplanmış 813-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-45/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2023 saylı, 19 may 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,595 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,595 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, vurulmuş ziyanın bir qisminin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Nəsimi RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş 0,595 qrаm, ekspertiza tədqiqatından qalıq qalmış 0,545 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməli, 03 ədəd bitki yağı və 01 banka mürəbbənin zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs4 qаytаrılması nəzərə alınmalı, sübut növü kimi tanınmış DVD disklər cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmadı), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək və 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” vəkil bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” vəkil bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək və 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) gün müddət ona təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il, 02 (iki) ay, 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 08 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Nəsimi RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,545 qrаm kustаr üsulla hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd bitki yağının və 01 banka mürəbbənin zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs4 qаytаrılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” vəkil bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-18/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-18/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver