Məhkəmə qərarları › İş №1(006)-180/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-180/2020

18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-180/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və X2, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü iltarixdə Bakı şəhərində anadanolmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olmayan, Bakı şəhəri, Nəsimirayonu, R.Rza küçəsi, dalan 4, ev2 ünvanında qeydiyyatdaolan və yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il saat 09:30 radələrində ünvan 2 4 saylı ünvanda yerləşən 3 nömrəli evin dalana baxan pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlardan tutaraq dama çıxıb həmin evin həyətyanı sahəsinə qanunusuz daxil olduqdan sonra həyətdə yerləşən qapısı açıq vəziyyətdə olan mənzilə keçərək mənzilin yataq otağında olan şkafın siyirməsində olan 850 manat dəyərində 1 cüt çəkisi 9 qram olan Türkiyə istehsalı 585 əyarlı şar formasında olan qızıl sırğanı, 250 manat dəyərində 1 ədəd çəkisi 3 qram olan Türkiyə istehsalı 585 əyarlı qızıl qadın boyunbağını, 350 manat dəyərində 1 ədəd çəkisi 3 qram olan Türkiyə istehsalı 585 əyarlı qızıl qadın qolbağını, 200 manat dəyərində 1 ədəd çəkisi 3 qram olan Türkiyə istehsalı 585 əyarlı qızıl sırğanı, 400 manat dəyərində 1 ədəd çəkisi 5 qram olan Türkiyə istehsalı 585 əyarlı qızıl qadın boyunbağını, 350 manat dəyərində 1 ədəd çəkisi 5 qram olan Türkiyə istehsalı 585 əyarlı qızıl qadın bilərziyi, 1 cütünün dəyəri 50 manat olmaqla 100 manat dəyərində 2 cüt sırğa büjiteriyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il saat 10:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küpəsi dalan 4 saylı ünvanda yerləşən 3 nömrəli evin dalana baxan pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlardan tutaraq dama çıxıb həmin evin həyətyanı sahəsinə qanunusuz daxil olduqdan sonra həyətdə yerləşən qapısı açıq vəziyyətdə olan mənzilə keçərək mənzilin qonaq otağında olan şkafın siyirməsində 150 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 (yüz əli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il saat 11:00 radələrində ünvan 4 4 saylı ünvanda yerləşən 3 nömrəli evin dalana baxan pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlardan tutaraq dama çıxıb həmin evin həyətyanı sahəsinə qanunusuz daxil olduqdan sonra həyətdə yerləşən qapısı açıq vəziyyətdə olan mənzilə keçərək mənzilin qonaq otağında olan şkafın siyirməsində 120 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il saat 10:00 radələrində ünvan 4 4 saylı ünvanda yerləşən 3 nömrəli evin dalana baxan pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlardan tutaraq dama çıxıb həmin evin həyətyanı sahəsinə qanunusuz daxil olduqdan sonra həyətdə yerləşən qapısı açıq vəziyyətdə olan mənzilə keçərək mənzilin yataq otağında olan şkafın siyirməsində 110 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1ümumilikdə 110 (yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il saat 11:30 radələrində ünvan 4 4 saylı ünvanda yerləşən 3 nömrəli evin dalana baxan pəncərəsinə bərkidilmiş dəmir barmaqlıqlardan tutaraq dama çıxıb həmin evin həyətyanı sahəsinə qanunusuz daxil olduqdan sonra həyətdə yerləşən qapısı açıq vəziyyətdə olan mənzilə keçərək mənzilin yataq otağında olan şkafın siyirməsində 120 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,daimi iş yeri olmadığı üçün pula ehtiyacı yaranmış və ona görədə necə pul əldə etməsi haqqında düşünüb oğurluq etmək qərarına gəlmişdir. Qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1ni və onun ailəsini yaxşı tanımış və onlarala münasibəti çox yaxşı olmuşdur. Ceyhunun özü, bacısı və anasının işlədiyi yer olduğundan onlar hər gün səhər evdən çıxıb, işdən isə axşam üstü geri qayıdırdılar.O, həmin ailəyə gedib gələn şəxs olduğundan yaxşı bilirdi ki, həyətlə mənzilin arasında olan pəncərəsinin dəmir barmaqlıqları yoxdur və evdə neçə otaq olduğunu yaxşı bilirmiş. Buna görədə Ceyhun gilin evindən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 09:30 radələrində o, yaşadığı mənzildən başına kepka papaq qoymuş və qısa qol ağ-qara dama-dama rəngli köynəyi və qış əlcəyi özünlə götürüb onların mənzilinin dəmir giriş qapısının yanına gəlmişdir və ətarafa baxmış heç kimin olmadığını və heç kimin onu görmədiyini əmin olduqdan sonra orada olan pəncərənin çöl tərəfində olan dəmir barmaqlara dırmaşıb oradanda evin damına çıxaraq hərəkət edib onların həyətinə düşmüş və cibindən həmin köynəyi çıxardıb başına keçirdib bağmış və əlinədə əlcəyi geyinmişdir ki, heç kim onun şəxsiyyətini müəyyən etməsin və tanınmsın. Həyətin içəri tərəfindən evə keçmək üçün olan ağ rəngli plastik qapı açıq olduğundan o, həmin qapıdan keçib mənzilə daxil olmuşdur. Otaqları axtarmış və yataq otağından 01 ədəd qızıl boyun bağını, 01 ədəd qızıl qolbağı və 01 cüt qızıl sırğanı və büjiteriyaları oğurlayıb cibinə qoymuş və həyətə çıxıb orada olan nərdivanı düzəldib onun vasitəsi ilə divara oradan da dama dırmaşıb damla hərəkət edib evin çöl tərəfində olan pəncərənin yanına gəlmiş və ətrafa baxmış heç kimin olmadığını əmin olduqdan sonra pəncərənin dəmir barmaqları vasitəsi ilə yerə düşmüşdür. Sonra elə həmin gündə Bakı şəhəri Yasamal rayonu Təbriz Xəlilbəyli küçəsi ev 21, mənzil 6-da yerləşən “Əntiqə əşyaların alışı” mağazasına gedib həmin mağazada işləyən satıcıya həmin 01 ədəd qızıl boyun bağını və 01 ədəd qızıl qolbağı göstərmiş həmin qızılların ona aid olduğunu və avtomobilin xarab olduğu üçün təcili pul lazım olduğuna görə satdığını bildirmişdir. Həmin satıcı olan kişi ondan sənədi istəmiş və ona şəxsiyyət vəsiqəsini vermişdir və həmin satıcı şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alış aktına qeyd etmiş və ona 220 manat pul vermişdir. Bundan sonra həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Elə həmin gündə həmin büjiteriyaların sadə olduğu üçün onları sata bilməyəcəyini düşünmüb xatırlamadığı küçədə olan zibil qutusuna atmışdır. 1-cüt qızıl sırğanı isə həmin gün satmamış və özündə saxlamışdır. xx.xx.2019-cu il tarixdə isə Yasamal rayonu Təbriz Xəlilbəyli küçəsinə gedib orada olan qızıl-alışı və satışı ilə məşğul olan maqazinə girmiş və həmin satıcı olan kişiyə qızılın onun anasına məxsus olduğunu və təcili pul lazım olduğu üçün satdığını bildirmişdir və satıcı ondan sənəd istəmiş və ona şəxsiyyət vəsiqəsini vermiş və həmin satıcı şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qaimə fakturasına qeyd eləmiş və ona 360 manat pul vermişdir. Çıxdıkından sonra həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluqdan sonra o, Ceyhunun hərəkətlərini izəmiş və polisə şikayət etmədiklərini gördükdən sonra aradan 3-4 gün müddət buraxmışdır ki, Ceyhun gilin evində pul olsun və ikinci oğurluğu etsin. Bundan başqa,xx xxxxxx 2019-cu il tarixdə saat 10:00 radələrində yenidən həmin ki, üsulla evə 2-ci dəfə daxil olmuş və başında papaq, əlimdə əlcək və üzünü həmin köynəklə bağlamış və otaqları səliqəli şəkildə axtarıb qonaq otağında olan şkafın siyirməsindən 150 (yüz əlli) manat pulu oğurlayıb oradan çıxıb getmişdir. 150 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin zaman evdə qızıl olmadığı üçün heç bir qızıl götürməmişdir. Oğurluq etdikdən sonra o, Ceyhunun hərəkətlərini izləmiş və polisə şikayət etmədiklərini gördükdən sonra aradan 3-4 gün buraxıb üçüncü oğurluğunu etmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində, xx xxxxxx 2019cu il tarixdə saat 10:00 radələrində, xx xxxxxx 2019-cu il tarixdə saat 11:30 radələrində təkrarən yenidən həmin ki, üsulla evə 3-dəfə daxil olmuş və başında papaq, əlində əlcək və üzünü həmin köynəklə bağlamış və otaqları səliqəli şəkildə axtarıb qonaq otağında olan şkafın siyirməsindən 120 (yüz iyirmi) manat pulu, yataq otağında olan şkafın siyirməsindən 110 (yüz on) manat pulu və yataq otağında olan şkafın siyirməsindən 120 (yüz iyirmi) manat pulu oğurlayıb oradan çıxıb getmişdir. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bu oğurluq nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş olan 3001 manat maddi ziyan onun tərəfindən tam ödənilmişdir və etmiş olduğu cinayətdən peşmanlıq hissini keçirdiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, vəziyyətinə tənqidi münasibət bəsləməsini, könüllü olaraq törətdiyi cinayəti etiraf etməsini, cavan və ali təhsilli olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını nəzərə alaraq,barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərinifadələri, CD diskində olan görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, həmin ünvanda oğlu və qızı ilə birlikdə yaşayır. Oğlu ticarətlə məşğul olduğu üçün və hər gün qazancı olur. Onun qazandığı pul ya qonaq otağında, yadakı yataq otağında olan şkaflardan birində saxlanılırdı və yığılırdı. Onun və qızının qazancı isə həmişə üstlərində olur və hər gün evin tələbatlarını ödəmək üçün ərzaqlar alırdılar. Öz pulu ilə o əvvəllər çoxlu qızıl-zinət əşyaları və büjiteriyalar almışdır. Həmin qızıl-zinət əşyaları isə qızına müvvəqəti istifadə etməyə verirmiş, o, da istifadə etdikdən sonra ona geri qaytarırmış. xx.xx.2019-cu il tarixdə işdən evə qayıtmışdır və evdə ona məxsus olan yataq otağında şkafda saxladığı çoxlu sayda qızıl-zinət əşyalarının yerində olmadığını görmüşdür. Ona məxsus dəyəri 850 manat olan 1 cüt şar formasında olan Türiyə istehsalı 585 əyarlı 9 qramlıq qızıl sırğasını, dəyəri 250 manat olan 1 ədəd Türiyə istehsalı 585 əyarlı 3 qramlıq qızıl boyun bağını, dəyəri 350 manat olan 1 ədəd Türiyə istehsalı 585 əyarlı 3 qramlıq qızıl qolbağını, dəyəri 200 manat olan 1 ədəd kəpənək formasında olan Türiyə istehsalı 585 əyarlı 3 qramlıq qızıl sırğanı (digər 1 ədədini isə oğurlanmamışdan əvvəl naməlum şəraitdə itirmişdir), dəyəri 400 manat olan 1 ədəd Türiyə istehsalı 585 əyarlı 5 qramlıq qızıl boyunbağını, dəyəri 350 manat olan 1 ədəd Türiyə istehsalı 585 əyarlı 5 qramlıq qızıl bilərziyi, dəyəri 50 manat olan 1 cüt gümüş büjiteriya sırğanın oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 2500 manat dəyərində maddi ziyan dəymişdir.O, Lənkəran şəhərinə gedəndən sonra ona Ceyhun zəng edib qonşusu Təqsirləndirilən şəxs evdən dəfələrlə oğurluq etdiyini bildirmiş və onlara dəymiş 3001 (üç min bir) manat maddi ziyanın tam ödədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxsqarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirərək, ona yüngül cəza verilmiəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadığı evin çöl tərəfində olan pəncərə dəmir barmaqlıqlarla bərkidilmişdir. Giriş qapısı isə dəmirdəndir. Ailə üzvlərinin hamısı işlədikləri üçün hər gün səhər saat 09:00 radələrində evdən çıxırlar və axşam saat 20 radələrində işdən evə qayıdırdılar. 2019-cu ilin noyabr ayından 2020-ci ilin yanvar ayının 8-dək olan müddət ərzində yaşadığı evə on azı 6-7 dəfə naməlum şəxs evə qanunusuz daxil olmuş hər dəfə pullarını və anası Zərərçəkmiş şəxs2 məxsus fərqli qızılları, gümüşləri, büjiteriyaları oğurlamışdır. O, da bu oğurluq hadisəsindən bezmiş və həyətlə evin daxilində olan dəhlizin qapısını dəyişərək plastik qapı etmiş və evin otağın birinə müşahidə video kamerası quraşdırmışdır. xx.xx.2020-ci il tarixdə evə gələn zaman dəmir barmaqlıqlar olmayan pəncərənin şüşəsinin sınıq olduğunu və evdən qonaq otağında olan şkafdan 1 manat pulun oğurlanmasını aşkar etmiş və dərhal kameranın yaddaşına baxmışdır. Görmüşdür ki, tanımadığı bir şəxsin evin həyətindən olan pəncərənin şüşəsini açmış və otağa daxil olmuşdur və bütün otaqları axtarıb qonaq otağında şkafda olan 1 (bir) manat pulu götürüb həmin qayda da çıxıb getmişdir. Verilən sorğu suala cavaba olaraq bildirmişdir ki, naməlum şəxs birinci dəfə anasına məxsus 2500 manat dəyərində olan bütün qızıl-zinət əşyalarını, gümüşü, büjiteriyanın hamsını oğurlamışdır. Artıq evdə heç bir qızıl-zinət, gümüş və bijuteriya qalmamışdır. Sonralar isə həmin naməlum şəxs ona məxsus 150 manatı, 120 manatı, 110 manatı, 120 manatı və axırda da 1 manatı oğurlayıb ümumilikdə ona məxsus 501 manat pulunu ələ keçirmişdir. Ümumilikdə onlara 3001 manat maddi ziyanın dəydiyini lakin, maddi ziyan tamami ilə ödənildiyi üçün ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxsqarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirərək, ona yüngül cəza verilmiəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 4 il müddətə yaxındır ki, Bakı şəhəri Yasamal rayonu, TəbrizXəlilbəyli küçəsi, ev 21-də yerləşən qızıl-məmulatlarının alışı və satışı maqazinin müdiri vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə işdə olduğu müddətdə təxminən saat 16 radələrində bir cavan oğlan maqazaya gəlib cibindən 1 ədəd əyyarı 585 olan 1,33 qram qızıl nazik boyun bağını və 1 ədəd əyyar 585 olan 3,40 qram qızıl bilərziyi çıxardıb ona göstərib bunları satdığını bildirmişdir. O da, həmin qızılların kimə məxsus olmasını və hardan aldığını soruşmuş,həmin oğlan özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin qızılların öz ailəsinə yəni, evlərinə məxsus olmasını və onun avtomobilin xarab olduğundan təmir elətdirmək üçün pul lazım olduğuna görə qızlları satdığını bildirmişdir. O da həmin cavan oğlana inandığı üçün həmin qızlları yoxlamış, ölçmüş və təxmini 5 qrama yaxın olduğunu bildirib 1 ədəd nazik boyun bağının qiymətini 70 manata, digər qızıl bilərziyin qiymətini isə 160 manata olduğunu deyərək hər ikisini birlikdə 225 manata alacağını qeyd etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra və oda “Alış Aktında” ona məxsus şəxsiyyət vəsiqəsinin seriya AA ******* nömrəsini qeyd edib sənədləşdirmiş və 225 manat pul ona verib malları almışdır. Sonrada şəxsiyyət vəsiqəsini Rzaya geri qaytarmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan “Alış Aktının” sürətini ifadəsinə əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 5 il müddətə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsi, ev 34-də yerləşən qızıl-məmulatlarının alışı və satışı maqazinin müdiri vəzifəsində işləmişdir.xx.xx.2019-cu il tarixdə işdə olduğu müddətdə təxminən saat 12-13 radələrində, bir cavan oğlan maqazinə gəlib cibindən 1 cüt əyyarı 585 olan 8,492 qram qızıl sırğanı çıxardıb ona göstərək bunu satdığını bildirmişdir. O, da həmin qızılın kimə məxsus olmasını və hardan aldığını soruşmuşdur. Həmin oğlan özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra həmin qızılı öz ailəsinə yəni, evlərinə məxsus olmasını və özünə təcili pul lazım olduğu üçün satdığını bildirmişdir. O da, həmin cavan oğlana inandığı üçün həmin qızlı yoxlamış, ölçmüş və təxmini 8,492 qrama yaxın olduğunu bildirib 1 cüt qızıl sırğanın qiymətini 360 manata olduğunu demiş və həmin qiymətə alacağını qeyd etmişdir. Rza da onunla razılaşmış və şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və o da Qaimə fakturasında ona məxsus şəxsiyyət vəsiqəsinin seriya AA ******* nömrəsini qeyd edib sənədləşdirmişdir və 360 manat pul ona verib malları almışdır. Sonrada şəxsiyyət vəsiqəsini Rzaya geri qaytarmışdır. Təqsirləndirilən şəxs ilə aralarında olan “Qaimə Fakturasının” sürətini ifadəsinə əlavə etmişdir. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 122-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/456 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş 1 cüt Türkiyə istehsalı 585 əyar, çəkisi 4.492 qramlıq olan qızıl sırğa, 1 ədəd Türkiyə istehsalı 585 əyar, çəkisi 1.330 qramlıq olan nazik qızıl sep, 1 ədəd Türkiyə istehsalı 585 əyar, çəkisi 3.400 qramlıq olanqızıl qolbağin ümumi dəyəri 579 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 102-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 156-164-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 1 ədəd qızıl qadın boyunbağını və 1 ədəd qızıl bilərziyi Təqsirləndirilən şəxs alan zaman tərtib etmiş “Alış Aktı” və Şahid2 1 cüt qızıl sırğanı Təqsirləndirilən şəxs alan zaman tərtib etmiş “Qaimə Faktura” iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün, maddi sübut kimi tanınmışlar. Cinayət işinin 2-ci cild 34-35-ci vərəqələrində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etmiş ərizələridən görünür ki, onlara vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, hazırda sonuncuya qarşı heç bir tələbləri və şikayələri yoxdur, ona görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin 2-ci cild 71-73-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, CD diskdəki olan video görüntülər və digər iş materialları ilə onun təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, könüllü olaraq törətdiyi cinayəti etiraf etməsini, cavan və ali təhsilli olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyini, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, qeyd olunan cinayət işinin məhkəmənin icraatında olan vaxt sonuncu tərəfindən eyni tərkibli cinayət əməlini törətdiyini və bununla bağlı barəsində həbs qətimkan tədbiri seçildiyini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsintəqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs müddətinin əvvəli hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, onun barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş xx xxxxxxxx 2020-ci il tarixli həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış alış aktı, qaimə faktura və CD disk cinayət işinin materiallarında saxlanılmalı vəiş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. AzərbaycanRespublikası NazirlərKabinetinin xx xxx 2008-ciiltarixli 202 nömrəliQərarına əsasənvəkilinsərfetdiyihərsaat üçün06 manatmiqdarında əməkhaqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və sonuncunun barəsində Yasamal Rayon Məhkəməsi tərəfindən seçilmiş xx xxxxxxxx 2020-ci il tarixli həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmışalış aktı, qaimə faktura və CD diskcinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar