Məhkəmə qərarları › İş №1(006)-182/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-182/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-182/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə; xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Təqsirləndirilən şəxs1 Rafıkovna ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində ünvan 3 saylı ünvanda yerləşən parkda yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 onun boynundan asılmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925“ əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387 manat dəyərində boyunbağıya baxıb qaytarmaq adı ilə istəmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etməklə hər iki əli ilə boynundan asılmış vəziyyətdə olan boyunbağını bərk tutub saxlamış, bundan sonra Şahid1 ona yaxınlaşıb güc tətbiq etməklə onun əllərini tutub aşağıya doğru endirərək gümüş boyunbağını onun boynundan çıxarıb ələ keçirmiş, sonra isə həmin boyunbağını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 da həmin boyunbağını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, Zərərçəkmiş şəxs onlardan əmlakını geri tələb etdikdə hər üç şəxs sözügedən boyunbağını ona qaytarmayaraq hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs 387 manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişlər. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını açıq yolla talayaraq soyğunçuluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2019-cu il tarixdə axşam saat 22 radələrində ünvan 3 saylı ünvanda yerləşən parkda yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 onun boynundan asılmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925“ əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387 manat dəyərində boyunbağıya baxıb qaytarmaq adı ilə istəmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina etməklə hər iki əli ilə boynundan asılmış vəziyyətdə olan boyunbağını bərk tutub saxlamış, bundan sonra Şahid1 ona yaxınlaşıb güc tətbiq etməklə onun əllərini tutub aşağıya doğru endirərək gümüş boyunbağını onun boynundan çıxarıb ələ keçirmiş, sonra isə həmin boyunbağını Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 da həmin boyunbağını qrupun digər üzvü Təqsirləndirilən şəxs2 vermiş, Zərərçəkmiş şəxs onlardan əmlakını geri tələb etdikdə hər üç şəxs sözügedən boyunbağını ona qaytarmayaraq hadisə yerindən qaçıb getməklə Zərərçəkmiş şəxs 387 manat maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq elmişlər. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X8 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Şahid1 2 il əvvəldən tanımış və onunla tanışlığı nəticəsində Təqsirləndirilən şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs da onun əvvəldən tanıdığı şəxslərdən biridir. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Bakı şəhəri, “Neftçilər” metrosuna yaxın yerləşən 277 nömrəli məktəbdə 9 il orta təhsil almış, daha sonra 9-cu sinifi bitirərək həmin məktəbdən çıxmışdır. O, məktəbdən çıxdıqdan sonra heç bir işlə məşğul olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində o, Şahid1 və Təqsirləndirilən şəxs1 “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Neptun” marketin qarşısında təsadüfən görüşmüşlər. O, Şahid1 və Təqsirləndirilən şəxs1 hara getmələrini soruşduqda ona “Sahil” metrosu tərəfə getdiklərini bildirmişlər. O, Şahid1 və Təqsirləndirilən şəxs1 qoşulmaq istədiyini bildirdikdə etiraz etməmişlər və onlar birlikdə yolda hərəkət edərək “Sahil” metrosuna tərəf getmişlər. “Üzeyir Hacıbəyov” heykəlinin yaxınlığındakı parkda iki nəfər təxminən 16 yaşlı oğlan uşaqlarının olduğunu görmüşlər. Onlardan “Amin” adı ilə tanıdığı əsl adı “Səməd” olan şəxs ona yaxınlaşıb salam vermiş və onlar bir-birlərinin bayramını təbrik etmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs boynundakı boyunbağını görmüş və “boyunbağı gümüşdür yoxsa sadə?” deyə soruşmuş, Zərərçəkmiş şəxs da ona cavabında “boyunbağı gümüşdür” demişdir. O, Zərərçəkmiş şəxs “həmin boyunbağını olar taxım?" demiş, zərərçəkmiş şəxs isə ona “yox olmaz bu boyunbağı mənə anamın hədiyyəsidir” demişdir. Daha sonra Şahid1 zərərçəkmiş şəxsə yaxınlaşıb ondan boyunbağını baxmaq üçün istəmiş və gümüş olan predmetlərdən anlayışı olduğunu demişdir. Zərərçəkmiş şəxs icazə vermiş və Şahid1 əlləri ilə zərərçəkmiş şəxsin icazəsi ilə boyunbağını çıxartmışdır. Şahid1 həmin boyunbağıya baxmış, daha sonra həmin boyunbağını baxması üçün Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 baxdıqdan sonra Zərərçəkmiş şəxs icazə alıb boyunbağıya baxmış, onu yenidən Şahid1 qaytarmışdır. Daha sonra o, Səmədi kənara çəkib bildirmişdir ki, “boyunbağını aparıb qramını yoxlatdırıb sonra ona qaytaracaqlar”, lakin Səməd də buna razı olmadıqda sonuncu Seymura yaxınlaşaraq boyunbağını qaytarmasını istəmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 və Şahid1 birlikdə hərkətlərinə davam etmiş, Səməd də onların arxasınca getməyə başlamışdır. Zərərçəkmiş şəxs ona yaxınlaşıb boyunbağını istəmiş, o isə boyunbağının onda olmamasını bildirərək ondan uzaqlaşmasını tələb etmişdir. O, Şahid1 və Təqsirləndirilən şəxs1 yanına getmiş, onlar bir dəfə piyada dairə formasında gəzib yenidən həmin parkın yanından keçib “28 May” metrosu tərəfə getmişlər. Daha sonra Səmədin Seymurun qolundan tutub saxladığını, yanına da Zərərçəkmiş şəxs dostu ilə dostunun atasının gəldiyini görmüşdür. Onlar Şahid1 boyunbağını istəmişlər, lakin Şahid1 onda boyunbağının olmamasını bildirmişdir. Daha sonra isə ondan boyunbağı barədə soruşduqda boyunbağının onda olmamasını demişdir. Boyunbağının qaytarılmadığını görən Səməd yaxınlıqdakı polislərə məlumat vermiş, polislər də onları həmin əraziyə yaxın olan polis idarəsinə aparmışlar. Sonradan həmin boyunbağı Təqsirləndirilən şəxs1 üzərindən çıxmışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Şahid1 4 ilə yaxın müddətdir tanıyır, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2019-cu il tarixdə o, Şahid1la təxminən saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasında görüşmüşlər. O, Şahid1la birlikdə metroya minib “28 May” metrosuna gəlmiş və orada müxtəlif yerlərdə gəzmişlər. Həmin gün təxminən saat 21 radələrində onlar “28 May” metrosunun yaxınlığında olan “Neptun” marketin qarşısında Şahid1 köhnə tanışı olan Təqsirləndirilən şəxs2 görmüşlər. Onunla görüşəndən sonra Təqsirləndirilən şəxs2 də onlara qoşulmuş və birlikdə gəzmişlər. Daha sonra Nəsimi rayonunda yerləşən “Üzeyir Hacıbəyov” heykəlinin yerləşdiyi parka gəlmişlər. Bu zaman bir nəfər oğlan onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs2lə salamlaşmışdır. Daha sonra həmin oğlan əlini Şahid1 uzadıb özünü “Amid” kimi təqdim etsə də, sonradan onun əsl ad və soyadının Zərərçəkmiş şəxs olması müəyyən olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsdən “skate”ni sürmək üçün istəmiş və Zərərçəkmiş şəxs ona “skate”i sürmək üçün vermişdir. Bundan sonra, Şahid1la Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə yaxınlaşmış, o da onların yanına getmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə "nə yaxşı boyunbağın var ver baxım" demişdir. Bu sözü dedikdən sonra Təqsirləndirilən şəxs2 əlini Zərərçəkmiş şəxs boğazına aparıb boyunbağının üzərinə qoymuş və zərərçəkmiş şəxs əlini boyunbağının üzərinə qoyaraq Təqsirləndirilən şəxs2 əlini çəkməsini istəmişdir. Təqsirləndirilən şəxs2 əlini boyunbağının üzərindən çəkdikdən sonra Zərərçəkmiş şəxs “bu boyunbağını mənə anam hədiyyə edib, onu verə bilmərəm” demişdir. Bu sözlərdən sonra Şahid1 zərərçəkmiş şəxsə “mənim gümüşdən başım çıxır və boyunbağını ver baxım sonra sənə geri qaytaracam" demişdir. Bu sözlərdən sonra Şahid1 əlini Zərərçəkmiş şəxs boğazına aparmış və zərərçəkmiş şəxsin icazəsi ilə boyunbağını açaraq götürmüşdür. Bundan sonra Şahid1 həmin boyunbağını ona vermiş və o, həmin boyunbağıya baxıb heç bir söz demədən Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 həmin boyunbağıya baxıb yenidən ona vermişdir. Yekunda boyunbağı onda qalmışdır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi kənara çəkib nəsə onunla söhbət etmiş, onlar isə heç nə eşitməmişlər. Sonra Təqsirləndirilən şəxs2 onlara tərəf gəlib “gedək" sözünü demişdir. Bundan sonra onlar hər üçü birlikdə getməyə başlamışlar. Yolu davam edən zaman Zərərçəkmiş şəxs onları izlədiyini görmüş və sonuncu Şahid1 həmin boyunbağını qaytarmasını istəmişdir. Şahid1 boyunbağını Təqsirləndirilən şəxs2 verdiyini, sonuncu isə boyunbağının onda olmadığını demiş, beləliklə, o da boyunbağının onda olmamasını deyərək Zərərçəkmiş şəxsla zarafat etmək istəmişdir. Lakin boyunbağı onda olmuş və o heç nə danışmadan sakit şəkildə kənarda dayanmışdır. Sonra onlar çıxıb getdikdə Zərərçəkmiş şəxs onların arxasınca gəldiyini görmüşlər. Həmin vaxt onlar zarafat üçün iti yerişlə qaçmağa başlamışlar. Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və aradan təxminən 1-2 dəqiqə keçdikdən sonra zərərçəkmiş şəxsin yanında olan dostunun atası olan bir kişi gəlib onlardan Zərərçəkmiş şəxs aid olan boyunbağını istəmişdir. Həmin vaxt o məsələnin artıq ciddi şəkil aldığını görsə də, qorxduğu üçün heç bir fikir bildirməmişdir. Səməd boyunbağının geri qaytarılmamasını görüb yolda dayanan polis əməkdaşlarını çağırmış və polislər onlara tərəf gəlib xidməti maşına əyləşdirib Polis İdarəsinə aparmışlar. O, Polis idarəsində zarafat məqsədilə özündə saxladığı gümüşü boyunbağını polis əməkdaşlarına təhvil vermişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olduğunu, təqsirləndirilən şəxslərə təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Müdafiə tərəfi Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən qanuni nümayəndəsi Şahid4 iştirakı ilə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Özü hazırda Bakı şəhəri, Nəsimi rayonu, 5 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir. xx xxxxxx 2019cu il tarixdə, saat 13 radələrində dostu Telman adlı şəxslə Bakı şəhəri, Nəsimi rayonu, “Nikola Tesla" adlı parkda görüşmüşdür. Onlar bir müddət orada “skate” sürmüş, daha sonra “Qarayev” parkına gedib orada da təxminən 1-2 saat “skate” sürüb vaxtlarını keçirmişlər. Daha sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall" adlanan ticarət mərkəzinə gedib orada yemək yemiş, daha sonra yenidən “Qarayev” parkına gedib, orada yenidən “skate” sürmüşlər. Onlar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyovun heykəlinin yerləşdiyi parka gələrək orada “skate” sürmüşlər. Həmin gün saat 22 radələrində Telman adlı şəxslə birlikdə parkda olan zaman ona 2 nəfər oğlan və 1 nəfər qız yaxınlaşmışdır. Oğlanlardan biri təqsirləndirilən şəxs sonradan ad və soyadı ona məlum olan Şahid1, digəri isə Təqsirləndirilən şəxs2 olmuş, digər şəxs sonradan ad və soyadı ona məlum olan Təqsirləndirilən şəxs1 olmuşdur. Ona ilk olaraq Təqsirləndirilən şəxs2 yaxınlaşaraq “boynundakı gümüşü boyunbağını ver mənə baxım" demişdir. O, Təqsirləndirilən şəxs2 “verə bilmərəm, boyunbağını mənə anam hədiyyə verib" demiş, lakin Təqsirləndirilən şəxs2 həmin vaxt əlləri ilə onun boynundakı boyunbağını götürüb baxmaq istədikdə o, əlləri ilə boyunbağını tutub saxlayaraq verməmişdir. Həmin vaxt Şahid1 ona “mən zərgərəm, ver boyunbağına baxım qaytarım" demiş, o isə etiraz etsə də, şəxslərin ona zərər yetirməyindən qorxduğu üçün boyunbağının Şahid1 tərəfindən boynundan açılaraq götürülməsinə mane ola bilməmişdir. Şahid1 onun boyunbağısını əllərində tutub baxmağa başlamış, bu zaman təqsirləndirilən şəxsə “boyunbağımı geri qaytar" demişdir. Şahid1 boyunbağıya baxıb yanında olan Təqsirləndirilən şəxs1 vermiş, həmin qız isə boyunbağıya baxıb Təqsirləndirilən şəxs2 vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 onu kənara çəkib “sən parkda gözlə, biz gümüşü aparıb qramını ölçüb gəlirik" demişdir. O, “mən boyunbağımı satmıram, nəyə görə aparıb ölçürsən?" demişdir. Təqsirləndirilən şəxs2 daha sonra Şahid1 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin yerdən uzaqlaşmağa başlamış, o da həmin şəxslərin arxasınca getmişdir. O, həmin şəxslərin arxasınca gedərək boyunbağının ona qaytarılmasını tələb etmiş, lakin Təqsirləndirilən şəxs2 onu yenidən kənara çəkib yüksək səs tonu ilə onun üstünə qışqıraraq “sənə deyirəm burda gözlə, aıxamızca gəlmə gəlsən səni vuraram" demiş, o isə həmin hərəkətin təsirindən qorxmağa başlamışdır. Təqsirləndirilən şəxslər getməyə başlamışlar, o isə onların arxasınca düşərək dostu Telman adlı şəxsə onu parkda gözləməsini demişdir. Həmin şəxslərin arxasınca gedərkən onların aralarında 10-15 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxslər parkın yaxınlığından keçərkən arxaya tərəf çönüb baxarkən onun arxalarınca gəldiyini görmüşlər və bundan sonra hər üçü qaçmağa başlamışlar. Telman adlı dostu həmin vaxt atası ilə ona tərəf gəlmiş və onlar hər üçü təqsirləndirilən şəxslərin arxasınca qaçmağa başlamışlar. İlk öncə o qaçıb Şahid1 gödəkçəsindən tutub saxlamış, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 da onu görüb dayanmışlar. Telman adlı dostunun atası Şahid1 “uşağın boyunbağısını qaytarın" demiş, Şahid1 isə boyunbağının onda olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 da onlara yaxınlaşıb “bizdə boyunbağı yoxdur" demişlər. O, yaxınlıqda polis əməkdaşlarını görüb yaxınlaşaraq "mənim boyunbağımı bu şəxslər götürüblər, vermirlər” demişdir. Polis əməkdaşları da onu, hər üç şəxsi xidməti maşına mindirib yaxınlıqdakı polis idarəsinə aparmışlar. Orada boyunbağını Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X20 Alayının polis nəfəri Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hal-hazırda X20 Alayında polis nəfəri işləyir və polis serjantı xüsusi rütbəsindədir. O, təxminən 2018-ci ilin yanvar ayının ortalarından X20 Alayında xidmət edir. xx xxxxxx 2019cu il tarixdə X13 Polis İdarəsinə yazdığı raportla əlaqədar olaraq bildirmişdir ki, o, həmin tarixdə axşam saat 21:30 radələrində xidməti iş yoldaşı Şahid2la 9623 saylı **-PT-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtopatrulla ərazidə xidmət aparmışlar. Həmin vaxt onlara bir nəfər yetkinlik yaşına çatmayan oğlan uşağı yaxınlaşıb "mənim boyunbağımı bu üç nəfər şəxs götürüb mənə geri qaytarmırlar” demişdir. Onlar da xidməti zərurətlə əlaqədar həmin şəxslərə yaxınlaşıb özlərini onlara təqdim edib nəyə görə boyunbağının zərərçəkmiş şəxsə qaytarılmamasını soruşmuşlar. Həmin vaxt sözügedən şəxslərdən heç biri suala cavab vermədiyinə görə onlar məsələni aydınlaşdırmaq məqsədi ilə onları xidməti avtomobilə əyləşməyi xahiş etmişlər. Həmin şəxslər də bundan imtina etməmişlər. Həmin şəxslərdən biri qız, ikisi isə oğlan, o cümlədən təqsirləndirilən şəxs Şahid1 olmuşdur. Onlar həmin şəxsləri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslə birlikdə Polis idarəsinə gətirmişlər. Orada idarə rəisinə həmin şəxslər barəsində qanuna uyğun tədbir görülməsi üçün raportla məruzə etmişlər. Həmçinin həmin vaxt adı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd boyunbağını çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin X20 Alayının polis nəfəri Şahid2 da, Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Təqdim edilmiş maddi sübut əhəmiyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, 01 ədəd maddi sübut əhəmiyyəti kəsb edən boyunbağı Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş və DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq İsmayılov tərəfindən götürülmüşdür (İ cild, i/v 24). İş materiallarına əlavə olunmuş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və anası X8 nəzarəti altına verilmişdir (İ cild, i/v 78-79, 185). İş materiallarına əlavə olunmuş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 20:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 105, 187). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 360/361 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd gümüşü rəngli metaldan boyunbağının üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 77,43 qram olmuşdur. Həmin boyunbağının 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti 387,0 manat müəyyən edilmişdir (İ cild, i/v 204-205). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 630 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman preparatı olan tramadoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 230-231). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 898 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 bir neçə narkotik vasitə və digər psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i/v 234-235). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2020-ci il tarixli 687 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk elmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Buna görə də Təqsirləndirilən şəxs2nın məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətinə görə uyğundur, gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiytətinə görə ekstravertə daha yaxındır. (psixi fəaliyyətin xarici aləmə yönəlməsi), Eqosentrizm, inadkarlıq, məsuliyyətsizlik, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda başqalarının təsiri altında hərəkət elməyə, özündən uydurmağa ıneyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs2 Rülət oğlu əqli və psixi inkişafı nəzərə alınmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur (İİ Cild, səh 6-8). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2020-ci il tarixli 461 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hal-hazırda Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Buna görə də, Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (İ Cild, səh 239-240). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 191). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 192). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi özlərinin etirafı, şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməlini etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1na cinayət qanununun təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925” əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387,0 manat dəyərində boyunbağının sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Allahmanov Şöhrət Nəbi oğlu və X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X7 və X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 182/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə göstərilmiş 41 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Allahmanov Şöhrət Nəbi oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 246 manat, məhkəmə baxışı zamanı isə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində; Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 240 manat, məhkəmə baxışı zamanı isə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə tədqiqatına sərf olunmuş ekspertiza xərci 111,70 manat (yüz on bir manat yetmiş) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsinin 1(006)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə ekspertiza xərcinin təqsirləndirilən şəxs Şahid1 tutulub dövlət nəfinə keçirilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüşü rəngli metaldan hazırlanmış, üzərində “925” əyar damğası həkk olunmuş, çəkisi 77,43 qram olan 387,0 manat dəyərində boyunbağının sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Allahmanov Şöhrət Nəbi oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 246 manat, məhkəmə baxışı zamanı isə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində; Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 240 manat, məhkəmə baxışı zamanı isə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar