Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-182/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 Əliheydər oğlunun Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 17-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021ci il tarixdə, saat 18-22 radələri arasında olan müddət ərzində ünvan 1 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata“ markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini özündə olan mühərrik şamı ilə sındıraraq avtomobilin qabaq oturacağının üzərindən Zərərçəkmiş şəxs2 məxsus, içərisində 1.042 manat nağd pul, 800 manat dəyərində 12 qram çəkidə 525 əyarlı qızıl bir ədəd boyunbağı və 200 manat dəyərində 02 qram çəkidə 525 əyarlı bir ədəd qızıl boyunbağı olan 40 manat dəyərində çantanı götürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2.082 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, eyni məqsədlə: - xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvan) ilə Ş.Şamil küçəsinin kəsişməsində yerləşən “Gümüş Plaza” adlı obyektin qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “Volkswagen Tiguan” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan şüşəsini özündə olan mühərrik şamı ilə sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs3 aid, içərisində 1.950 manat, həmin günün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları pul, 10 manat dəyərində 055 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 2.500 manat dəyərində bir ədəd “iPhone 11 Pro” markalı mobil telefon olan 150 manat dəyərində “Michael Kors” markalı qadın çantasını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4.950 manat dəyərində; - xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 Əliheydər oğluna məxsus “Mercedes-Benz ML” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan şüşəsini özündə olan mühərrik şamı ilə sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs4 aid, içərisində 600 manat nağd pul, 05 manat dəyərində "xxxx" MMC-yə aid bir ədəd plastik kart, 05 manat dəyərində "xxxx" MMC-yə aid bir ədəd plastik kart olan 220 manat dəyərində “Luis” markalı pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 830 manat dəyərində; - xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Nissan Juke” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yan şüşəsini özündə olan mühərrik şamı ilə sındıraraq avtomobilin salonundan Zərərçəkmiş şəxs1 aid 1.000 manat dəyərində “Etro” markalı qadın çantasını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğuna görə maddi çətinlikləri olmuş, buna görə də özünü dolandırmaq üçün oğurluq etmək fikrinə düşmüşdür. Bu niyyətlə o, 11 sentyabr 2021-ci il tarixdə, saat 18-22 radələri arasında ünvan 1 ünvana gəlib orada yolun hərəkət hissəsinin sağ tərəfində qara rəngli “Hyundai Sonata” markalı, onun arxasında isə ağ rəngli “Range Rover” markalı avtomobilləri görmüşdür. “Hyundai Sonata” markalı avtomobilin sağ tərəfinə yaxınlaşmış, əvvəlcə ətrafda bir az dayanıb kənara baxmış, sonra isə mühərrik şamı ilə avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq oradan bir ədəd çantanı oğurlayıb hadisə yerindən qaçmışdır. Sonra bu çantanın içərisinə baxdıqda orada 1.042 manat nağd pul, iki ədəd qızıl boyunbağı, şəxsiyyət vəsiqəsini görmüş, pul ilə qızılları götürmüş, çantanı isə vəsiqə ilə birlikdə zibil qutusuna tullamışdır. Pulu öz ehtiyacları üçün xərcləmiş, qızılları isə Sabirabad rayonu, “Mərkəzi bazar” deyilən yerdə olan mağazaya 750 manata satmışdır. Bundan başqa, o, 24 sentyabr 2021-ci ildə, saat 14 radələrində piyada Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi ilə gedən zaman ağ rəngli bir avtomobilin salonunda qara rəngli qadın əl çantasını görüb onu oğurlamaq istəmiş, buna görə də özündə olan mühərrik şamı ilə avtomobilin qabaq sol yan şüşəsini sındırıb həmin çantanı götürüb orada uzaqlaşaraq bir məhəlləyə gəlmişdir. Orada çantanın içərisini açıb baxdıqda 1.950 manat pul, 200 ABŞ dolları pul, bir ədəd “iPhone 11 Pro” markalı mobil telefon və şəkillər görmüş, pulları özünə götürüb, telefonu isə çantanın içərisinə qoyub kənarda olan ağacların dibinə atmışdır. Bundan əlavə o, 25 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanda yolun sol tərəfində saxlanılmış qara rəngli “Mersedes-Benz” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdə olan şüşəni mühərrik şamı ilə sındıraraq onun içərisindən tünd göy rəngli pul kisəsini götürmüş, başqa bir yerə gəlib onun içərisindən 600 manat pulu, şəxsiyyət vəsiqəsi və bank kartlarını isə yol kənarına tullamışdır. Daha sonra o, 30 oktyabr 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanda yol kənarında saxlanılmış “Nissan Juke” markalı avtomobilin arxa sağ yan şüşəsini üzərində olan mühərrik şamı ilə sındırıb salondan qəhvəyi rəngli qadın çantasını götürüb oradan uzaqlaşmış, lakin həmin çantada qiymətli əşya və ya pul olmadığı üçün onu yaxınlıqdakı zibil qutusuna atmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Əliheydər oğlu ifadəsində göstərdi ki, o, 25 oktyabr 2021-ci il tarixdə, saat 15:10 radələrində özünə məxsus Mersedes-Benz ML” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 5 ünvanda yolun sol tərəfində saxlayıb Bülbül prospekti, 73 saylı ünvanda yerləşən obyektə getmişdir. 01 saatdan sonra geri qayıdanda görmüşdür ki, avtomobilin qabaq sol yan şüşəsi sındırılmışdır. O, dərhal avtomobilin salonuna nəzər saldıqda tünd göy rəngli “Louis” markalı pul kisəsinin avtomobilin salonunda olmadığını görmüşdür. Dərhal hadisə barədə “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurlanmış 220 manat dəyərində pul kisəsnin içərisində 600 manat pul, şəxsiyyət vəsiqəsi, hər biri 05 manat dəyərində “Kapital Bank” və "xxxx" ASC-lərə aid bank kartları olmuşdur. Ona vurulmuş zərər ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 24 sentyabr 2021-ci ildə, saat 12:23 radələrində özünə məxsus “Volkswagen Tiguan” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobili Səbail rayonu, H.Seyidbəyli küçəsi ilə Ş.Şamil küçəsinin kəsişməsində saxlayıb gözəllik salonuna getmişdir. Saat 14:08 radələrində salondan çıxıb avtomobilinə yaxınlaşanda onun qabaq sol tərəf şüşəsinin sınmış vəziyyətdə olduğunu və avtomobildən bir ədəd qara rəngli əl çantasının oğurlandığını görmüşdür. Çantanın içərisində 1.950 manat pul, 200 ABŞ dolları, bir ədəd “iPhone 11 Pro” modelli mobil telefon və şəkillər var idi. Ona dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə dindirilməsi üçün dəvət edilmələrinə və onların iştirakı üçün görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmədə iştirakları təmin olunmamışdır. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əsasən 30 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində özünə məxsus “Nissan Juke” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 6 ünvana gəlmişdir. Həmin vaxt o, avtomobili yol kənarında saxlayıb rəfiqəsi Taliyə Əlizadə ilə görüşüb onun idarə etdiyi avtomobilə minib getmişdir. Saat 21 radələrində isə geri qayıdıb avtomobilinə mindikdə avtomobilin arxa sağ yan şüşəsinin sındırıldığını və arxa oturacaqda olan onun “Etro” markalı açıq qəhyəvi rəngli qadın çantasının oğurladığını aşkar etmişdir. Çantanın içərisində qiymətli əşya və ya pul olmasa da, onu fevral ayında Türkiyədən sifarişlə 2.000 manata almış, hadisə baş verən günə isə qiyməti 1.000 manat olmuşdur (İ cild, i.v.76-78). Zərərçəkmiş şəxs2 ifadəsinə görə o, 11 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanda yolun kənarında saxlayıb arvadı X4 ilə birlikdə restorana getmişlər. Saat 23 radələrində avtomobilin yanına qayıdanda isə görmüşdür ki, onun qabaq sağ yan şüşəsi sındırılıb. Dərhal avtomobilin salonuna nəzər saldıqda açıq yaşıl rəngli çantanın oğurlandığını aşkar etmişdir. Həmin çantanın içərisində 1.042 manat nağd pul, 800 manat dəyərində 12 qram çəkidə 525 əyarlı bir ədəd qızıl boyunbağı və 200 manat dəyərində 02 qram çəkidə 525 əyarlı bir ədəd qızıl boyunbağı var idi. Çamtanın qiyməti 40 manatdır (İ cild, i.v.143-146). İş materiallarında olan: - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokollara əsasən “WhatsApp Video-2021-11.01 at 8.28.48 PM adlı qovluğa baxış zamanı müəyyən edilir ki, bir nəfər şəxs yol kənarında dayanmış “Mersedes-Benz” markalı avtomobilin qabaq sol yan şüşəsini sındırır, oradan nəsə götürərək hadisə yerindən qaçır. “WhatsApp Video- 2021-11.02 at 14.24.31 adlı qovluğa baxış zamanı müəyyən edilir ki, bir nəfər şəxs piyada səki ilə hərəkət edir, əlində bir ədəd qadın çantası var, həmin çanta ilə hərəkət edərək çantanın içərisinə baxır. Bu şəxs ağacın altında dayanaraq çantanın içərisinə baxır, daha sonra çantanı yol kənarına tullayaraq geri qayıdır. “WhatsApp Video-2021-11.02 at 14.24.59 adlı qovluğa baxış zamanı müəyyən edilir ki, bir nəfər şəxs yol kənarında saxlanılmış avtomobilərin yanından keçir, əlində olan kiçik ölçülü işıq fənəri ilə əvvəlcə göy rəngli avtomobilə, sonra isə qara rəngli “Hyundai Sonata” markalı avtomobilin içirəsinə baxır və yanında dayanır, avtomobilin sağ qabaq yan şüşəsini sındırır, oradan qara rəngli çantanı götürüb hadisə yerindən qaçır. Təqsirləndirilən şəxs bildirir ki, görüntülərdəki şəxs özüdür (İ cild, i.v.100-102, 130); - “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd qadın əl çantası və 01 ədəd “iPhone 11 Pro” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır (İ cild, i.v.221-222); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin: -xx.xx.2021-ci il tarixli 011-9610-1221 saylı məktubuna əsasən xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “Volkswagen Tiguan” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 03 ədəd qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur (İ cild, i.v.226); -xx.xx.2021-ci il tarixli 011-10583-1221 saylı məktubuna görə xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Nissan Juke” markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 11 ədəd əl izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (02 dəfə), orta (02 dəfə) və adsız barmaqları, sol əlinin böyük (02 dəfə), şəhadət və orta (03 dəfə) barmaqları (avtomobilin sağ arxa qapısının üzərindən götürülmüş izlər) ilə eynilik təşkil edir (İİ cild, i.v.20-22). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluq və soyğunçuluğa görə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.161-163, 165-188); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-475/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.115-118). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4la barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən hazırki əməlləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da bir şəxs kimi ictimai təhlükəlilik dərəcəsinə malik olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan – 31 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 11 Pro” markalı mobil telefon və 01 ədəd qadın çantası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 31 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “iPhone 11 Pro” markalı mobil telefon və 01 ədəd qadın çantası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-182/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-182/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver