Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-182/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Qismət” şadlıq evinin yaxınlığında naməlum ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş və qanunsuz olaraq döyüş sursatını əldə edib, saxlamaqla, daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 iyul 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Y.İbrahimli küçələrinin kəsişməsində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Mercedes- Benz ML” minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırmış, avtomobilin ön sağ sərnişin oturacağının qarşısında əşyaların yığılması üçün nəzərdə tutulan yerə qoyulmuş zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 500 manat dəyərində «X8» markalı 100 ml-lik şüşə qabda ətiri, 01 ədəd 500 manat dəyərində «Dolce Gabbana» markalı eynəyi, 01 ədəd 1000 manat dəyərində «Tom Ford» markalı eynəyi, 01 ədəd 1000 manat dəyərində «Tissot» markalı qol saatını gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 13 sentyabr 2022-ci il tarixdə saat 06 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan şüşəsini özündə olan istintaqla müəyyən edilməmiş avtomobil şamı ilə sındırmış, avtomobilin salonundan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 110 manat dəyərində enerji yığmaq üçün nəzərdə tutulmuş “Powerbank” adlı qurğunu, 01 ədəd 20 manat dəyərində gün eynəyini, 01 ədəd 80 manat dəyərində gün eynəyini, 01 ədəd 50 manat dəyərində elektron siqareti, 01 ədəd 120 manat dəyərində “İsveç” bıçağını, 01 ədəd 80 manat dəyərində təsbehi, hər biri 11 manat olmaqla cəmi 88 manat dəyərində 08 ədəd yağ filtrlərini, 01 ədəd 50 manat dəyərində idman çantasını, 01 ədəd 40 manat dəyərində gödəkcəni, 01 ədəd 60 manat dəyərində “Samsung” markalı mobil telefonu götürərək oradan uzaqlaşmaq istəyən zaman qanunsuz hərəkətlərini aşkar edən avtomobilin sahibi Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin eyvanından onun hərəkətlərini aşkar edərək özünə məxsus əmlakları geri qaytarması ilə əlaqədar çağırışlarına məhəl qoymamış, şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçanatlığını təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 698 manat məbləğində maddi ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış X2 məxsus “Subaru İmpreza” minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yan şüşəsini özündə olan istintaqla müəyyən edilməmiş avtomobil şamı ilə sındırıb, avtomobilin salonundan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 70 manat dəyərində “Loşar” markalı mikseri, hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində 03 cüt bijuteriya sırğaları, 01 cüt 40 manat dəyərində idman ayaqqabılarını, 01 ədəd 70 manat dəyərində gödəkçəni, 01 ədəd 30 manat dəyərində idman çantasını, avtomobilin ön sağ sərnişin oturacağının qarşısında əşyaların yığılması üçün nəzərdə tutulan yerə qoyulmuş pul qabıdan 1760 manat məbləğində nağd pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Rauf Şahmalıyevə ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq döyüş sursatı olan 3 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK”, “AKM”, “AKS”, “AKMS” markalı avtomat silahlarda, “RPK”, “RPKS” markalı əl pulemyotlarında, “SKS” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı olmaqla istifadəyə (atəşə) yararlı patronları əldə etmiş, üzərində saxlamaqla daşıyaraq gəzdirmiş və baş vermiş cinayət faktları ilə bağlı 28 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonu ərazisində Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulmaqla Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verildikdən sonra təqdim etdiyi əşyalara keçirilmiş baxış zamanı qara rəngli eynək qabının içərisindən həmin 3 ədəd döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 29 iyul 2022-ci il tarixdə gecə saatlarında təcili pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 29 iyul 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsinə gəlib orada gəzişərkən yolun kənarında dayanmış ağ rəngli, “Mercedes ML” markalı **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Həmin avtomobilin içində qiymətli əşyalar olacağını düşünüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra yerdən götürdüyü daş ilə həmin avtomobilin arxa sol şüşəsini sındırmışdır. Həmin pəncərədən avtomobilin içinə daxil olmuşdur. Bu zaman qısaqol köynək geyindiyi üçün sol əlinin üstü həmin şüşənin qırıntılarına dəyərək kəsilmiş və əlindən qan axmağa başlamış, axan qan avtomobilin salonuna düşmüşdür. Buna baxmayaraq tələsik hərəkətlərini davam etdirib avtomobilin salonuna daxil olmuşdur. Oraya baxan zaman sürətlər qutusunun yanına qoyulmuş olan 100 ml-lik şüşədə “X8” markalı ətiri görüb götürmüşdür. Sonra isə ön iki oturacaq arasında qol qoymaq üçün nəzərdə tutulmuş yük yerinin qapağını açmış, oradan 01 ədəd “Dolce Gabbana”, 01 ədəd “Tom Ford” markalı eynəkləri və 03 ədəd açarını götürmüş, həmçinin, sağ qabaq oturacağın qarşısında olan yük yerin də (bardoçok) açıb içinə baxmış, lakin heç nə tapmamış və tələsik salondan çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Sakit yerə çatdıqdan sonra oğurladığı əşyalara baxış keçirmiş və 03 ədəd açarın ona lazım olmayacağını düşünüb onları küçədə yerə atmışdır. 01 ədəd “Dolce Gabbana”, 01 ədəd “Tom Ford” markalı eynəkləri səhər açıldıqdan sonra Bakı şəhəri, “28 May” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 10 manata satmışdır. 01 ədəd 100 ml-lik şüşədə “X8” markalı ətri isə bir müddət istifadə etmiş və ətir bitdikdən sonra boş şüşəni zibilə atmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:00-da o, Yasamal rayonu, “Tri Karona” adlanan yerdə tanımadığı 9 mərtəbəli binanın həyətinə girmiş və həyətdə çoxlu avtomobillərin dayandığını görmüşdür. O, dövlət qeydiyyat nişanını xatırlamadığı boz rəngli “Opel” markalı avtomobilin arxa oturacağında sarı rəngli, üzərində hərbi rənglər olan idman çantasını görmüş və əlindəki avtomobil şamı (sveça) ilə avtomobilin arxa sol şüşəsini sındırıb qapını açmış və həmin idman çantasını, güzgüdən asılmış qəhvəyi rəngli təsbehi, 1 ədəd eynəyi, powerbankı və 01 ədəd elektron siqareti götürüb idman çantasına qoymuş və avtomobildən düşən zaman binadan tanımadığı şəxs onu görüb «neynirsən» demişdir. O da həmin şəxsə tərəf baxmayaraq tez oradan çıxıb getmiş, daha sonra “28 May” metrosunun yanına gəlmiş və idman çantasının içində olan “BMW markalı avtomobilə məxsus yağ filtrlərini tanımadığı yoldan keçən şəxslərə birini 10 manatdan satmışdır. Təsbehi, eynəyi, çantanı və elektron siqareti xatırlamadığı yerə tullamışdır. O, qazandığı pullarla Yasamal rayonunda xatırlamadığı və adlarını bilmədiyi şəxslərdən narkotik maddə alıb istifadə etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi ilə piyada gəzərək avtomobillərin salonlarını nəzərdən keçirmişdir. Həmin vaxtı əlində fənər olmuş və fənər vasitəsi ilə avtomobillərin salonlarına işıq salıb oranı diqqətlə nəzərdən keçirmişdir. Məqsədi avtmobillərin salonunda sata biləcəyi hər hansı qiymətli əşyanı aşkar edib oğurlamaq olmuşdur. Buna səbəb özünün və bibisinin səhhətində olan narahatlıqlar səbəbindən dərman almaq məcburiyyətində qalması olmuşdur. Beləliklə, Nəsimi rayonu, S.Rəhimov küçəsi 108 ünvanının qarşısından keçərkən orada göy rəngli idman avtomobilinin dayanmasını və içərisində arxa oturacağın üstündə boz rəngli idman çantasının olmasını görmüşdür. Həmin çantanın içərisində pula gedən, yəni sata biləcəyi hər hansı əşyanın ola biləcəyini ehtimal etdiyinə görə üzərində əvvəlcədən saxladığı avtomobil şamı (sveça) vasitəsi ilə həmin avtomobilin sağ yan arxa qapısının şüşəsini sındıraraq bədənini yarıya qədər avtomobilin içərisinə salmış, arxa oturacağın üstündəki həmin boz rəngli idman çantasını götürmüşdür. Həmin anda arxa oturacağın qarşısındakı ayaqaltıda ağ rəngli idman ayaqqabılarının olmasını da görmüş və onları da götürmüşdür. Avtomobilin yanında təcili olaraq çantanın içərisinə baxmış və çantanın içərisindəki daha bir qara rəngli dəri xırda çantanın olmasını görüb onu götürmüş və içərisinə baxdıqda orada bank kartları, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsini görmüş, həmin çantanı oturacağın üzərinə atmış və hadisə yerindən uzaqlaşmışdır. Çünki avtomobilin qarşısında dayandığı evin pəncərələri açıq olmuş və avtomobilin məhz həmin evdə yaşayan şəxsə məxsus olmasını ehtimal edib oradan vaxt itirmədən uzaqlaşmışdır. İlk əvvəl Milli Dram Teatrının arxasındakı parka gedib orada sakitçilik bir yerdə oturub qeyd olunan boz çantanın içərisinə rahatlıqla baxmışdır. Həmin vaxtı çantada 01 ədəd gödəkcə, 03 cüt qızılı rəngli xırda qadın sırğası olduğunu görmüşdür. Hadisənin səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan 01 cüt qadın sırğasını, gödəkcəni, idman çantasını, idman ayaqqabılarını Yasamal rayonu ərazisində tanımadığı şəxsə satmış, pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq cinayətində şübhəli bilindiyi üçün Nəsimi RPİ-yə gətirilmişdir. RPİ-də İstintaq şöbəsində müstəntiq tərəfindən o, şübhəli şəxs qismində tutulmuş və həmin vaxt saxlanılması üçün Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman sellofan paketi olmuş və həmin paketdə özünə məxsus əşyalar olmuşdur. O, Müvəqqəti saxlama yerinə təhvil verilən zaman orada əşyalarına baxış zamanı ona məxsus olan qara rəngli eynək qabının içərisindən 4 ədəd güllə aşkar olunmuşdur. Daha sonra həmin güllələr polis əməkdaşları tərəfindən götürülmüş, həmin vaxt akt tərtib olunmuş, o da həmin akta imza etmişdir. Aşkar olunmuş 4 ədəd güllə ona məxsus olduğunu, onları təxminən 2 ay bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerdən tapdığını və güllələri daima üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, o, 22 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində özünə məxsus olan «Subaru İmpreza» minik markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşınını yaşadığı ünvanın qarşısında saxlayaraq evə getmişdir. 23 sentyabr 2022-ci il tarixdə saat 08:30 radələrində avtomaşınına yaxınlaşdıqda avtomaşınının arxa yan sağ şüşəsinin sındırıldığını aşkar etmiş və bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Avtomaşının salonuna baxdıqda avtomaşında olan 1 ədəd 70 manat dəyərində «Loşar» markalı mikserin, hər biri 10 manat dəyərində 3 cüt bijuteriya sırğaların, 1 cüt 40 manat dəyərində idman ayaqqabısının, 1 ədəd 70 manat dəyərində gödəkcənin, 1 ədəd 30 manat dəyərində idman çantasının, avtomobilin şit hissəsində olan saxlanc yerindəki pul qabında olan 1760 manat pulun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Həmçinin avtomobilin arxa sağ yan şüşəsinin sındırılması nəticəsində ona 150 manat ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, işlədiyi şirkətə məxsus boz metalik rəngli “Opel Zafira” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı atomobili idarə edir. O, xx.xx.2022-ci il tarixdə təxminən saat 06:40-da yuxudan oyanıb yaşadığı mənzilin eyvanından avtomobilinə baxan zaman avtomobilin arxa sol qapısının yarıya qədər açıq olduğunu görmüş və avtomobilindən başında idman kapşonkası olan, uzun boylu bir nəfərin çıxdığını görmüş və həmin şəxsin arxasınca çağıraraq onun avtomobilində nə etməsini soruşmuşdur. Həmin şəxs ona fikir vermədən işinə davam etmiş və onun avtomobilində olan idman çantasını və özü ilə gətirmiş olduğu qara rəngli salafanı götürüb iti addımlarla oradan uzaqlaşmışdır. Həmin şəxs qarşı binaların arasına gedib 3-4 saniyə geri baxandan sonra çıxıb getmişdir. O, dərhal liftlə aşağı düşüb avtomobilinə baxmış və 110 manat dəyərində poverbankının, 20 manat dəyərində 01 ədəd gün eynəyinin, 80 manat dəyərində 01 ədəd gün eynəyinin, 50 manat dəyərində 01 ədəd elektron siqaretinin, 120 manat dəyərində 01 ədəd İsveç bıçağının, 80 manat dəyərində 01 ədəd təsbehinin, hər birinin dəyəri 11 manat olan 8 ədəd yağ filtirinin və 50 manat dəyərində 01 ədəd idman çantasının, həmin çantasının içərisində 40 manat dəyərində 01 ədəd gödəkçəsinin və 60 manat dəyərində 01 ədəd “Samsung” markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir. O, həmin şəxsin sifətini görməmiş və həmin şəxs onun arxa sol şüşəsini qıraraq avtomobilinə daxil olmuş və o, arxa şüşəni düzəltdirməyə 110 manat pul xərcləmişdir. O, dərhal DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Onun ümumilikdə 698 manat dəyərində əmlakı oğurlanmış və ona şüşəni dəyişməkilə birlikdə 808 manat ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs ona vurulmuş zərərin ödənilməsini tələb etdiyini bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə axşam saat 22 radələrində işdən qayıtdıqdan sonra idarə etdiyi ağ rəngli, “Mercedes ML” minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlayaraq yaşadığı mənzilə qalxmışdır. 30 iyul 2022-ci il tarixdə saat 06 radələrində qonşusu onu çağırmış və avtomobilinin arxa şüşəsinin sındırıldığını bildirmişdir. Bundan sonra, o, dərhal mənzildən çıxıb avtomobilinin yanına getmişdir. Avtomobilinə baxış keçirən zaman görmüşdür ki, avtomobilinin sol arxa şüşəsi sındırılmış və sürətlər qutusunun yanına qoymuş olduğu 100 ml-lik şüşədə “X8” markalı ətirinin, ön iki oturacaq arasında qol qoymaq üçün nəzərdə tutulmuş yük yerinin içində olan 01 ədəd “Dolce Gabbana” və 01 ədəd ”Tom Ford” markalı eynəyinin, 03 ədəd qaraj açarının və 01 ədəd “Tissot” markalı qol saatının oğurlandığını müəyyən etmişdir. Bundan dərhal sonra polisə bu barədə məlumat vermiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. O, 100 ml-lik şüşədə “X8” markalı orjinal kişi ətirini 2022-ci ilin iyun ayında 500 manata, 01 ədəd “Dolce Gabbana” markalı «GreenPolarized X9 DG2133K» modelli, metaldan hazırlanmış, 60mmx13mmx140mm ölçülü orijinal kişi eynəyini 2019-cu ilin iyul ayında 500 manata, 01 ədəd “Tom Ford” markalı «T-Temple» modelli, metaldan hazırlanmış 57mmx15mmx145mm ölçülü orjinal kişi eynəyini 2019-cu ilin iyul ayında 1000 manata və 01 ədəd “Tissot” markalı «T-Sport Prc 200 Chronograph t**********700» modelli kvars mexanizmli oxlu siferblat tipi olan kişi qol saatını 2019-cu ilin iyul ayında 1000 manata almışdır. Saat qızıl materialından hazırlanmamışdır. Bütün əşyaları orijinal olduğu üçün qiymətləri bu qədər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin X6 növbətçisi, polis baş serjantı Şahid1 izahatında bildirmişdir ki, o, 28 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.1978-ci il təvəllüdlü oğurluq etməkdə şübhəli bilinən Rzayev X3 yerinə gətirilmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs MSY-yə gəldikdən sonra onlar, yəni o, MSY-nin polis nəfərləri Şahid3 və Şahid2 qaydalara əsasən Təqsirləndirilən şəxs üzərinə və özü ilə gətirdiyi əşyalara baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus qara rəngli eynək qabının içərisindən 3 ədəd 7.62 mm və 1 ədəd 9 mm çaplı güllələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin güllələrin özünə məxsus olduğunu bildirmişdir. Sonra aşkar olunmuş 4 ədəd güllələr qablaşdırılmaqla götürülmüşdür. Daha sonra iştirakları ilə akt tərtib olunmuş və hamı həmin akta imza etmişdir. Sonradan aşkar olunmuş güllələr aktla Nəsimi RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Nəsimi RPİ-nin X6 polis nəfərləri Şahid3 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.155); - “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.173-174); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.80); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.105-106); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.107-108); - “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarışı elan edilmişdir (İ cild, i.v.208); - Səbail RPİ-nin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir(İ cild, i.v.213); - “Qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.218-219); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.220-221); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.79); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İİ cild i.v. 117-120); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ilə Y.İbrahimli küçəsinin kəsişməsidir (İ cild, i.v.122-124); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanın qarşısıdır (İİ cild, i.v.41-45); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanın qarşısıdır (İ cild, i.v.45-47); - “Götürmə aparılması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan, həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sırğalar 02 cüt olmaqla qızılı rəngindədir, sırğalara diqqətlə baxdıqda bijuteriya əşyası olması və qızıl olmaması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sırğaları 23 sentyabr 2022-ci il tarixdə, saat 02 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış göy rəngli avtomobildən oğurlamışdır (İ cild, i.v.57-58); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs X4 ona təqdim olunmuş 02 cüt sırğaları tanıyaraq, həmin sırğaların məhz avtomobilindən oğurlanmış sırğalar olduğunu bildirmişdir (İİ cild, i.v.4-5); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyıb, göstərərək hadisə vaxtı avtomobilindən soyğunçuluq edən şəxsin məhz göstərdiyi şəxs olduğunu bildirmişdir (İİ cild, i.v.93-96); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Mercedes» markalı avtomobildən oğurluq cinayətini hansı qaydada törətdiyini hadisə yerində əyani göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir (İ cild, i.v.183-185); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Subaru İmpreza» markalı avtomobildən oğurluq cinayətini hansı qaydada törətdiyini hadisə yerində əyani göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir (İİ cild, i.v.173-175); - “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD-R diskin içərisində olan 01 ədəd fayla baxış keçirilən zaman həmin videofaylda bir nəfər əynində qara şalvar, ağ rəngli kapşonlu gödəkcə, çiynində çanta, sağ əlində 2 ədəd ağ və qara çanta olan şəxsin 13 sentyabr 2022-ci il tarixdə binanın arasından çıxıb sağa sola baxması, daha sonra sol əli ilə gödəkcənin kapşonunu başına çəkərək iti addımlarla uzaqlaşması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin videogörüntüdəki kapşonlu gödəkcəli şəxsin özünün olduğunu bildirmişdir (İİ cild, i.v.87); - 28 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerində üzərinə və özü ilə gətirdiyi əşyalara baxış keçirilən zaman özünə məxsus olduğunu bildirdiyi qara rəngli eynək qabından 3 ədəd 7,62 mm, 1 ədəd 9 mm çaplı güllələr aşkar olunaraq götürülmüşdür (İ cild, i.v.5); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1483 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur – döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patronun atəş prosesi nəticəsində ayrılmış hissələridir, gülləsidir-gilizidir, təqdim edilmiş vəziyyətdə döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild i.v. 13-16); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 avqust 2022-ci il tarixli, 011-9184-1222 nömrəli məktubundan görünür ki, 30 iyul 2022-ci il tarixdə Səbail rayonu, Yusif bəy İbrahimli küçəsi 70-də Zərərçəkmiş şəxs3 məxsus «Mercedes» markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq faktı üzrə hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd tamponda və 01 ədəd kağız parçası üzərində qanabənzər maddələr Səbail RPİ-nin 30 iyul 2022-ci il tarixli 065-19171-1222 nömrəli məktubu ilə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 01 ədəd tampon üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Təqdim edilmiş digər 01 (bir) ədəd tampon və 01 (bir) ədəd kağız parçası üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (İ cild i.v. 129-130); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 3 ədəd patron, 2 cüt biluteriya sırğalar, hadisə yerinə baxış zamanı “Mercedes ML” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 01 ədəd tampondakı qan nümunəsi xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra 3 ədəd patron və 01 ədəd tamponda qan nümunəsi saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmiş, 02 cüt sırğalar isə zərər çəkmiş şəxsə qaytarılmışdır (İİ cild, i.v.196-210); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild i.v. 190-192); - 01 ədəd CD-R diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskin içərisində olan 01 ədəd fayla baxış keçirilən zaman həmin videofaylda bir nəfər əynində qara şalvar, ağ rəngli kapşonlu gödəkcə, çiynində çanta, sağ əlində 2 ədəd ağ və qara çanta olan şəxsin 13 sentyabr 2022-ci il tarixdə binanın arasından çıxıb sağa sola baxması, daha sonra sol əli ilə gödəkcənin kapşonunu başına çəkərək iti addımlarla uzaqlaşması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. şıyaşaY“ sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı X2 məxsus “Subaru İmpreza” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobilindən pul oğurlamaması barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahid ifadələri, həmçinin işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 (gün) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan 01 ədəd tampondakı qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 cüt sırğanın isə zərər çəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 (gün) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahlarda, «RPK» («RPKS») markalı əl pulemyotlarında, «SKS» karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan 01 ədəd tampondakı qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 cüt sırğanın zərər çəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-182/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-182/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver