Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-183/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Camaldin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlil və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaq yolu ilə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə saat 15:30 radələrirdə Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasından metronun «Nəriman Nərimanov» stansiyası istiqamətində hərəkət edən qatarın metronun «28 May» stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olmaq istəyən sərnişin Zərərçəkmiş şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus 1 ədəd dəyəri 430 manat olan «Samsung Galaxy A20S» markalı SM-A207F/DS modelli mobil telefon aparatını, həmin telefonun üzərində olan 1 ədəd dəyəri 4 manat olan mobil telefon koburasını və 1 ədəd dəyəri 3 manat olan 055-362-41 -59-№-li GSM mobil nömrəsini çıxarıb gizl lalayaraq Zərərçəkmiş şəxs ümumilikdə 437 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18.11.2021-ci il tarixdə saat 15 radələrində o, Bakı metropoliteni QSC-nin «28 May» siaıısiyasına daxil olmuşdur. Həmin vaxt stansyanın platformasında çoxlu sayca sərnişin olmuş və platformada sıxlıq varmış. Həmin vaxt ona yaxın dayanmış, əvvəllər tanımadığı, təxminən 18-20 yaşlarında olan qızın əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan mobil telefon diqqətini cəlb etmişdir. O, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt qatar platformaya daxil olmuş, qarşısında dayanmış həmin qız qatarın dəqiq yadında qalmayan vaqonuna minərkən o, arxadan həmin qıza yaxınlaşıb cibində olan mobil telefonu götürüb stansiyadan çıxmışdır. Stansiyadan çıxandan sonra görmüşdür ki, oğurladığı telefon «Samsung Galaxy A20S» markalı mobil telefondur. O, dərhal telefonun üzərində olan GSM nömrəsini və telefonun koburasını çıxarıb yadında qalmayan zibil yeşiyinə atmışdır. Telefonu oğurladığı gün o, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən telefon mağazasına aparıb telefonun özünə məxsus olduğunu deyib özünə məxsus olan şəxsiyyət vəsiqəsi ilə 100 manata satmışdır. Həmçinin özünü tam təqsirli bilməsini, Zərərçəkmiş şəxs vurulmuş zərərin tam həcmdə ödənilməsini, sonuncunun ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını, İİ qrup əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, DVD diskdə olan videogörüntüdə cinayət hadisəsini törədən şəxs özüdür. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş DVD diskində olan video görüntülər və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18.11.2021-ci il tarixdə saat 15:30 radələrində qohumu Şahid1 ilə birlikdə Bakı Metropoliteni QSO-nin «28 May» stansiyasına gəlmişlər. Həmin vaxt stansiyasının platformasında onlardan başqa xeyli sayda sərnişin olmuş və platformada olan sərnişinlər sıx şəkildə dayanmışlar. Həmin vaxt onun təxminən 1 il bundan əvvəl 430 manata aldığı «Samsung Galaxy A20S» markalı mobil telefonu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olmuşdur. O, qohumu Zaira ilə platformada dayanıb metronun «Nərimanov Nərimanov» stansiyasıra gedən qatarı gözləmişlər. Onlar gözlədikləri qatar gələn zaman o, və qohunu Zaira həmin qatarın dəqiq yadında qalmayan vaqonuna minmişlər. O «Nəriman Nərimanov» stansiyasında olan zaman aşkar etmişdir ki, ona məxsus olan «Samsung Galaxy A20S» markalı mobil telefon cibindən oğurlanmışdır. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə qohumu Zairanın mobil telefonundan zəng edərək məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin tam həcmdə ödənilməsini, buna görə də, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18.11.2021-ci il tarixdə icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən telefon mağazasında işdə olmuşdur. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı şəxs telefon mağazasına gəlmiş istifadəsində olan «Samsung A20S» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi mobil telefona baxmış, həmin vaxt telefonun üzərində GSM nömrəsi və kobura olmamışdır. Telefonun normal vəziyyətdə olduğunu görüb 100 manata qiymətləndirmişdir. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədini istəmişdir, sonuncu ona şəxsiyyətini təsdiq edən sənədi verən zaman telefon satanın Təqsirləndirilən şəxs olduğunu görmüşdür. O, Ruslandan telefonun oğurluq olubolmadığını soruşmuş, sonuncu ona telefonun özünə məxsus olduğunu demişdir. Sonra o, Ruslanın şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və 100 manat verərək telefonu almışdır. Telefonu alarkan o, Ruslanın şəxsiyyət vəsiqəsinnin surətinin üzərinə telefonun adını, Rusların telefon nömrəsini, tarixi, aldığı qiyməti yazıb Ruslana imza etdirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 18.11.2021-ci il tarixdə saat 15:30 radələrində qohumu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı Metropoliteni QSC-nin «28 May» stansiyasına gəlmişlər. Həmin vaxt stansiyasının platformasında onlardan başqa xeyli sayda sərnişin olmuş və platformada olan sərnişinlər bir-birinə sıx şəkildə dayanmışlar. Həmin vaxt o, bilirdi ki, qohumu Ceyranın «Samsung Galaxy A20S» markalı mobil telefonu vardır və həmin telefonu Ceyran əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. O, qohumu Ceyran ilə platformada dayanıb metrounun «Nərimanov Nərimanov» stansiyasına gedən qatarı gözləmişlər. Onlar gözlədikləri qatar gələn zaman o, və qohumu Ceyran həmin qatarın dəqiq yadında qalmayan vaqonuna minmişlər. Həmin vaxt platformada dayanmış sərnişinlərdə qatara minirdilər. O, qohumu ilə « Nəriman Nərimanov» stansiyasında olan zaman Ceyran aşkar etmişdir ki, ona məxsus olan «Samsung Galaxy A20s» markalı mobil telefon cibindən oğurlanmşdır. Ceyran bu barədə dərhal DİN-nin 102 xidmətinə onun mobil telefonundan zəng edərək məlumat vermişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan 25 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 63-67-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay, yəni 25 fevral 2022-ci il tarixədək müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 99-102-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 25 mart 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 161-162-ci vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün, yəni 14 aprel 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 9/997 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samsung A 12” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatının satışı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadə olması nəzərə alınaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200 manat müəyyən olunur. Cinayət işinin 104-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 76-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 dekabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu yəni 7-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 80-85-ci vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 04 noyabr 2017-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 165-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər tam həcmdə ödənilmişdir, hal-hazırda ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinin 53-cü vərəqəsində olan 26 noyabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs metronun «28 May» stansiyasının «Nəriman Nərimanov» stansiyası istiqamətində getmək üçün platformada dayanaraq qatar gözləyr. Sonuncunun əynində qış gödəkçəsi və platformada sərnişin sıxlığı vardır. Zərərçəkmiş şəxs arxasında Təqsirləndirilən şəxs dayanmışdır. Bu vaxt platformaya «Nəriman Nərimanov» stansiyasın istiqamətndə hərəkət edən qatar daxil olur. Zərərçəkmiş şəxs digər sərnişinlərlə bir yerdə qatara minmək üçün platformasında dayanmış qatarın vaqonuna yaxınlaşır. Təqsirləndirilən şəxs onun arxasınca gedib Zərərçəkmiş şəxs vaqora minən zaman sərnişilərin sıxlığından istifadə edərək onun əynindəki qış gödekçəsinin sağ yan cibində olan mobil telefonu çıxardaraq qatara minmir və stansiyanın ərazisini tərk edir. Cinayət işinin 112-118-ci vərəqlərində olan 01 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, oğurluq hadisəsisni özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmış, digər maddi sübut “Samsung Galaxy A20S” markalı, SM-A207F/DS modelli mobil telefon aparatı məhkəmə hökmü çıxarılanadək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş 02.06.2014-cü il tarixli Azərbaycan Respublikası ƏƏSMNın arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlildir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verdikləri ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş DVD diskində olan videogörüntülər və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin cibindən çıxarmaq yolu ilə əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, Zərərçəkmiş şəxs vurulmuş zərərin tam həcmdə ödənilməsini, sonuncunun ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını və İİ qrup ömürlük əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu yəni 7-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 noyabr 2021-ci il tarixdə cəzasının müddətinin başa çatması ilə azad edilmiş, lakin iki il keçmədən 18 noyabr 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, şəxsin əvvəllər də eyni tərkibli cinayət əməllərinin törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və oğurluq hadisəsini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut “Samsung Galaxy A20S” markalı, SM-A207F/DS modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A20S” markalı, SM-A207F/DS modelli mobil telefon aparatı Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 19 saylı Vəkil Bürosunun Beynəlxalq Bankın” Mingəçevir şəhər filialındakı hesablaşma hesabına (hesab No AZ03NABZ013501**********2944 bankın kodu 805272, VÖEN – **********1) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-183/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-183/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver