Məhkəmə qərarları › İş №1(006)-185/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-185/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-185/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X11, müdafiəçi Bakı şəhəri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs xx xxxx 2019cu il tarixdə saat 20 radəsində ünvan 1 saylı ünvanın həyətində qohumu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib dalaşaraq, sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən vurmaqla, başın ənsə nahiyəsinin qapalı kəlləbeyin travması və beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, boyun, sağ bazu və sağ bud nahiyələrinin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təqribən 2019-cu ilin iyun ayının əvvəllərindən anası Zenfıranın yaşadığı Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 516 ünvanına iki övladı ilə, yəni xx.xx.2004-cü il təvəllüdlü oğlu Şahid4 və xx.xx.2008-ci il təvəllüdlü qızı X4 ilə birlikdə yerləşərək yaşamışlar. Belə ki, o, əri X6 ilə 2014-cü ildən boşansa da uşaqlarına görə münasibət saxlamışlar. O, anası Zenfıranın evinə yerləşdikdən sonra həmin evin həyətində digər mənzildə yaşayan qardaşı Rövşənlə aralarında mübahisələr yaşanmışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə saat 13 radəsində bacısı Nəzakət, xalası qızı Mehparə, Mehparənin qızı Yeganə, Yeganənin 3 azyaşlı uşaqları və onun iki uşağı ilə birlikdə anası Zenfıranın yaşadığı evə orucluq bayramı münasibətilə getmişlər, evdə olan zaman qapıları döyülmüş, sahə rəisi Elçin müəllim bildirmişdir ki, Səadətlə Rövşən onlardan şikayət etmişlər ki, bacısı Nəzakət və o, Səadətin evinə gələrək səs-küy salmışlar. Bundan sonra onları polis çağırsa da, onlar getməmişlər və bildirmişlər ki, heç bir səs-küy olmamışdır. Elçin müəllim evdən çıxanda “mən gedəndən sonra həyətə çıxarsız” demiş, anası Zenfıra Elçin müəllimi yola salan zaman Rövşənlə Səadət həyətə çıxmışlar anası da Elçin müəllimə demişdir ki, “Rövşənlə Səadətdən soruş gör uşaqlarım nə səs-küy salıblar?” Həmin zaman da, Elçin müəllimin yanında Rövşən, Səadət, Nazilə anası Zenfıranın üstünə gəlmişlər, söyüş söymüşlər. Bundan sonra o, anasıyla 20-ci PB-nə getmiş, orada hadisəni danışmış, anası Zenfirada şikayət ərizəsi yazmış, bu barədə araşdırma aparılmış, məhz həmin hadisəyə görə mübahisələr artmağa başlamışdır. O, anasının evində qaldığı müddətdə Rövşən hər dəfə ona atmaca atsada o, Rövşənə cavab verməmişdir. Bunları da, qonşuları Qənimət özü görmüşdür. Bir sözlə mübahisələri hər gün artmış, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək onunla Rövşən arasında olan mübahisə hər gün olsa da, o, buna fikir verməmişdir. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində o, işdən çıxıb evə gələn zaman, ilkin olaraq qonşu Qənimət xanımın evinə gəlmişdir ki, Qənimət təzyiqini ölçsün. Qənimət onun təzyiqini ölçəndən sonra anası Zenfiranın qazanını ona vermişdir ki, evə aparsın. Qonşu Qənimət xanım ona bildirmişdir ki, Rövşən həyətdədir və ehtiyatlı olsun, çünki Rövşənlə onun arasında olan mübahisələrdən xəbəri var idi. Bundan sonra qonşudan qazanı götürərək evə getmiş, evlərinin həyətinə daxil olan zaman qardaşı Rövşən ona yaxınlaşaraq 15 dəqiqə vaxt verdiyini və evdən çıxmağını bildirmiş, o isə cavab olaraq Rövşənə bildirmişdir ki, o, evdən onu qova bilməz, o, anası ilə yaşayır. O, sözünü deyib üzünü çevirib evə tərəf getmək istəyən zaman Rövşən onu arxadan tutub saxlamış, o, Rövşənlə çəkişən zaman anası onların səs küylərinə gəlmiş, anası onların arasına girərək onları aralaşdırmaq istəyən zaman Rövşən onun əlindəki qazanı salofan paketlə birlikdə əlindən alaraq anasının başına salofan qarışıq qazanla zərbə endirmiş, anasının başından qan fışqırmış, bu zaman evlərinin pəncərəsindən hadisəni izləyən Rövşənin arvadı Nazilə küçəyə qaçaraq “qızı anasının başını partlatdı” sözlərini təkrar-təkrar möhkəm uca səslə deyərək qışqırmış, o, təcili tibbi yardıma zəng etmiş, hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər gəlmişlər. Təcili tibbi yardım ilk tibbi yardımı göstərdikdən sonra onlar polis əməkdaşlarının dəvəti ilə 20-ci polis bölməsinə getmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həyətə daxil olduqda Rövşən artıq orada olmuş, anası isə onların Rövşənlə aralarındakı səs-küyə çıxmış, Nazilə ümumiyyətlə dava-dalaşa tərəf gəlməmiş, o, sonuncuya xəsarət yetirməmiş, həmin zaman o, ancaq Rövşənin əlindən çıxıb qaçmaq istəmiş, Nazilə ümumiyyətlə hadisə zamanı orada deyil öz evində olmuşdur. Ancaq anasına xəsarət yetirildikdən sonra Nazilə evlərindən çıxıb küçəyə qaçaraq qışqırmağa başlamış və sonradan məlum olmuşdur ki, 102-yə zəng vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqribən 2018-ci ilin sentyabr ayında Rövşənin böyük bacısı Səadət onların ata evinə köçməsini bildirmişdir. Onlar sentyabr ayında qaynanası Zenfiranın da razılığı ilə sonuncunun yaşadığı ünvanda həyətdə kirayə verdiyi evə köçmüşlər. Həmin gündən evdə yaşamışlar, aralarında Zenfıra xanımla heç bir problem olmamışdır. Hətta bunun dəlili kimi həmin günlərdən xatirə şəkilləri də var. Lakin təqribən 2019-cu ilin iyun ayının ilk günlərində Rövşənin digər bacısı olan Lətafət yaşadıqları ünvana gələrək anası ilə yaşayacağını bildirmiş, onlarda olan məlumata görə Lətafət daha əvvəldə orada yaşamış, lakin əxlaqsız hərəkətlərinə və anası ilə yola getmədiyinə görə anası tərəfindən qovulmuşdur. Onlarda bu söhbətləri nəzərə alaraq Lətafətin uşaqları uçün yaxşı nümunə olmayacağını bilib onun həmin ünvanda yaşamasına qarşı olmuşlar. Ancaq bu narazılıq etik davranışlar çərçivəsində olmuş, o və onun həyat yoldaşı Rövşən qaynanasına və baldızına qarşı hər hansı bir təhqir və dava dalaş etməmişlər. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində o, evin həyətinə çıxan zaman qaynanası Zenfıra xanımda həyətə çıxmış və ona təhqiramiz sözlər deməyə başlamış, o, artıq buna dözməyib cavab vermiş, bunu eşidən Zenfıra onu saçından tutaraq özünə tərəf dartmış, bu zaman bir əlində mətbəx qazanı olmaqla həyətə daxil olan Lətafət ona yumruqla zərbələr endirməyə başlamış, başı aşağı olduğundan bədəninin müxtəlif yerlərindən Lətafət yumruqla zərbələr endirmiş, bu zaman həmin yerə Rövşən özünü çatdırmış. Rövşən anası və bacısı olduqları üçün onlara əl qaldırmamış, lakin mübahisə birazda böyümüş, həmin vaxt Lətafət əlində sellofan paketdə olan qazanla Rövşəni vurmaq istəmiş, paket havada cırılmış və qaynanası Zenfıra xanımın başından qazan dəymiş, Zenfıra aşağı əyilmiş və onun başından qan axmağa başlamışdır. Lətafət əyilərək anasına “mən nə etdim” demiş, bu zaman anası onun onların söhbətini eşitmədiyini zənn etdiyindən qızına “sən sakit dur Rövşənin etdiyini deyəcəm” demiş, başı qan içində Zenfıra küçəyə qaçmış, bu zaman o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə gələn polis əməkdaşları gəlmiş, polislərin dəvəti ilə hamısı 20-ci PB-nə getmişlər və baş vermiş hadisə ilə bağlı izahat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir hadisə təqribən 10-15 dəqiqə davam etmiş hadisə vaxtı həmin yerdə Lətafət, Zenfıra və o olmuş, Rövşən isə onun səsinə sonradan küçədən gəlmişdir. Hadisə xx xxxx 2019-cu il tarixdə baş versə də, o, öncə Təqsirləndirilən şəxs şikayət vermək istəməmiş, sonradan isə yəni xx xxxx 2019-cu il tarixdə şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, artıq uzun müddətdir ki, oğlu Rövşən ilə ailə daxili problemləri mövcuddur. Onun evlilikdən 3 qızı və 1 oğlu var. Qızları Səadət, Nəzakət və Lətafətdir. Oğlunun adı isə Rövşəndir. Rövşən 25 il əvvəl 20 yaşı olarkən bir ailəli qadınla, Zərərçəkmiş şəxs ilə münasibət yaradaraq yaşamağa başlamışlar, oğlu Rövşənində Nazilədən hazırda 3 uşağı var. Nazilənin birinci evliliyindən 2 uşağı olmuş, həmin uşaqları Nazilə əri evində qoyub çıxmışdır. O, qeydiyyatda olduğu ünvanda onun yaşadığı mənzildən başqa bir mənzil də tikib kirayə verirmiş, təqribən 2019-cu ilin fevral ayından iyul ayının axırlarınadək Rövşən gəlib onun yaşadığı ünvanda kirayə verdiyi evdə yerləşib yaşamışdır. Həmin evdə yerləşməyinə qızı Səadət kömək etmişdir. Səadətin evin onun adına olmasına dair iddiası var. Hal-hazırda bu məsələyə məhkəmədə mülki qaydada baxılmaqdadır. Rövşən evə köçən vaxtdan dəfələrlə Rövşən ilə aralarında mübahisələr olmuşdur. 2019-cu ilin iyun ayının əvvəlindən Lətafət iki övladı ilə onun yaşadığı mənzilə yerləşərək yaşamağa başlamışdır. Bu səbəbdən Rövşən daha da aqressiv olmuş və qızının onun yaşadığı evdə qalmasına narazıdır. Qızı Lətafət xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində qonşusu Qənimət xanımdan onun qazanını götürüb evə gələrkən yaşadıqları həyətə daxil olduqda Rövşən Lətafəti saxlayaraq bildirmişdir ki, ona 15 dəqiqə vaxt verir ki, evdən çıxsın. Bu zaman Lətafətlə Rövşənin aralarında mübahisə başlamış və o, bunu görüb onlara yaxınlaşmış, yaxınlaşan kimi Rövşən Lətafətin əlindəki sellofan paketdə olan qazanı götürüb sellofan qarışıq başına vurmuş, onun başını qan götürmüş, qan dayanmamışdır. Dərhal təcili tibbi yardım və polisə məlumat vermişlər, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər, təcili tibbi yardım gəldikdən sonra onlar polis əməkdaşlarının dəvəti ilə 20-ci polis bölməsinə getmişlər. Bölmədə o, ərizə və izahatını yazmış, xəsarəti ilə bağlı məhkəmə tibbi ekspertizasından keçmişdir. Hadisədə qeyd etdiyi kimi xx xxxx 2019-cu il tarixdə saat 20 radəsində yaşadığı evin həyətində baş vermişdir. Bundan başqa, Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Nazilə öz yaşadığı evdə olmuş, hadisənin şahidi isə yalnız onun arxasınca evdən çıxan və hadisəni görən nəvəsi Şahid4 olmuş, bundan başqa Rövşənlə arvadı Nazilə arasında mubahisələr tez-tez baş verir və bunu qonşular da təsdiq edə bilər. Həmçinin bildirdi ki, bu hadisədən sonra da, Rövşən onunla və Lətafətlə dəfələrlə mübahisə etmiş və onlara xəsarətlər yetitrmiş bununla əlaqədar onlar polisə Rövşən barəsində şikayətlər etmişlər. Onun və Lətafətin fiziki və qüssə çəhətdən Naziləyə güçü çatmaz və ümumiyyətlə sonuncu onların Rövşənlə olan ailə mübahisələrinə Rövşənin qorxusundan qarışa və iştirak edə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Rövşən və Lətafət onun həyat yoldaşının xalası uşaqlarıdır. Hər ikisi ilə də bu illər ərzində normal münasibətləri olmuşdur. Rövşənlə münasibətləri normal və heç zaman aralarında hər hansı bir ədavət olmamışdır. Onlar yaşadıqları ünvanda Zenfıragilin yaşadığı ev ilə divar qonşusudur. Rövşən uzun illər orada yaşamamışdır. Təqribən 2018-ci ilin axırlarında evə gələrək Zenfıra xanımın yaşadığı mənzildən başqa həyətdə olan digər tikiliyə yerləşərək orada yaşamağa başlamışdır. Lətafət 2 uşağı ilə birlikdə 2019-cu ilin iyun ayının başında anası Zenfiranın yaşadığı mənzilə köçərək anası ilə birlikdə yaşamağa başlamışdır. Lətafət ora köçən gündən Rövşən Lətafəti göz çıxdıma salmışdır. Hadisə ilə bağlı bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə yaşadığı evin həyətində oturmuşmuş və axşam saat təqribən 19 radələrindən sonra Lətafət onların həyətinə daxil olmuş və təzyiqininin ölçdürmək istədiyini bildirmişdir. O, Lətafətin təzyiqini ölçmüş və sonuncu durub gedən zaman onlarda olan qazanı da Lətafədə vermişdir ki, aparsın. Qazanı paketin içərisində qoyub Lətafətə vermiş və bildirmişdir ki, Rövşən həyətdə vurnuxur ehtiyatlı olsun. Lətafət öyrənişli olduğunu deyib çıxmış, o isə həyətində qalmışdır. Təqribən 5 dəqiqə keçməmişdi ki, Zenfiragilin həyətindən bərk səs qopmuşdur. Həmin səs Lətafətin səsi olmuş, o, dərhal küçəyə çıxmış, küçəyə çıxdıqda Lətafətində təlaş içində çölə çıxdığını və təcili tibbi yardım çağırmaq lazım olduğunu bildirdiyini görmüş, nə baş verməsini soruşduqda Lətafət Rövşənin anasının başını yardığını bildirmişdir. Təcili tibbi yardım gələnədək Zenfıranı evlərinin həyətindən çıxardaraq qapının ağzında olan balaca skamyaya otuzdurmuş, Zenfiranın başından qan axırmış, az sonra təcili tibbi yardım və polis əməkdaşları gəlmişər. Bundan başqa, Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zenfiranın həyəti ilə onların həyətləri bir divar ayırdığından Lətafət onların evə təzyiqini ölçdürmək üçün gələnədək Rövşənin həyətlərində olmasını bilirdi. Çünki Rövşənin səsi onların həyətinə gəlirmiş, səs tonundan əsəbi şəkildə evlərinin həyətində vurnuxduğu hiss olunmuş, yüksək səslə “mən bezpredeləm, belə edəcəm, elə edəcəm” sözlərini eşitmişdir. Həmçinin Lətafətin həmin ünvana yerləşənədək Rövşənlə anasının arasında Lətafət gələnədək də problemlər olmuş, həmin mübahisələrə qulaq şahidliyi etmiş, lakin Lətafət gələndən sonra Rövşən daha qızışmışdı, Lətafət təqribən hadisədən 15 gün əvvəl orucluq ayı olduğundan həmin qazanda onların evinə iftar üçün kabab gətirmiş, hadisə zamanı Zenfiragilin evlərinin həyətini görməmiş, ancaq küçəyə çıxdığı zaman Rövşəni, Lətafəti və Zenfıranı görmüş, Nazilənin nə özünü görmüş, nədə ki, səsini eşitmişdir, Rövşənlə Lətafət və Zenfiranın aralarında olan mübahisələrə Nazilə heç vaxt qarışmamışdır. Həmin vaxt Zenfira başı qan içində küçədə skamyada oturmuş, Rövşən tək küçəyə çıxıb rahat şəkildə dayanmış, nə təcili tibbi yardım çağırmış, nədə ki, Zenfiraya görə çağırılan təcili tibbi yardımın həkimlərindən Naziləyədə baxmasını xahiş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 26 ildir ki, evlidir, evliliklərinin böyük bir hissəsini kirayədə yaşamaqla keçirmişlər, lakin son ildə böyük bacısı Səadətin iştirakı ilə o, ata evi olan, yəni Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 516 ünvanda yerləşən ünvana köçmüşlər, həmin ünvanda ata evindən əlavə olaraq həyətdə daha bir mənzil var. Həmin mənzili anası onlar həmin evə köçənədək kirayə vermişdir. Onlar anası Zenfiranında razılığı ilə həmin ünvana köçərək yaşamağa başlamışlar, belə ki, 2018-ci ilin sentyabr ayından o, həyat yoldaşı və üç uşağı həmin ünvanda yaşayırlar. Yaşadıqları müddət ərzində anası ilə aralarında heç bir problem yaşamamışlar və hər şey öz qaydasında getmişdir. 2019-cu ilin iyun ayının ilk günlərində digər bacısı Lətafət həmin ünvana gələrək anası ilə birlikdə orada yaşayacağını bildirmiş, Lətafət evli olub boşanmış, evlilikdən 2 uşağı var, həmin uşaqlarıda götürüb gəlmişdir. O, Lətafətin anası ilə birlikdə yaşamağına narazı olmuş, buna səbəb olaraq Lətafətin daha əvvəllərdə əxlaqsız həyat tərzi keçirdiyi olmuşdur. Belə ki, artıq bir neçə müddət ərzində Lətafətin həmin ünvanda qaldığına görə ailələr arasında problemlər yaşanmağa başlamış, onun və arvadı Nazilənin anası ilə münasibətləri pozulmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 20 radəsində o, evinin qarşısında küçədə olan zaman evlərindən səslərin gəldiyini və oradan keçən tanımadığı şəxslərin bu səslərə reaksiya verməsini görmüş, tez evə daxil olduqda arvadı Nazilənin anası və Lətafət tərəfindən vurulduğunu görmüş, yaxınlaşaraq Lətafətin qolundan tutmuş və anasının yaşadığı evin qarşısına çəkmişdir. Lətafətə həmin evə gəldikdən sonra problemlər artmağa başladığını və çıxıb getməsini bildirmiş, özündən çıxan Lətafət əlində olan sellofan paketdəki mətbəx qazanı ilə ona zərbə vurmaq istəmiş, qazan göydə olan zaman paket cırılmış və anası Zenfiranın başına qazan düşmüş, anasının başından qan axdığını görəndə o, həmin yerdən kefsiz və pis əhval ruhiyyə ilə uzaqlaşmış, sonra Nazilə 102-yə zəng etdiyindən hadisə yerinə polis əməkdaşları, sonradan isə TTY gəlmişlər. Polislərin dəvəti ilə hamısı 20-ci Polis Bölməsinə getmiş və orada ona məlum olmuşdur ki, anası onun başında olan xəsarətin onun tərəfindən yetirildiyini bildirmişdir. Bundan başqa, Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə təqribən 10-15 dəqiqə davam etmiş, hadisə baş verən zaman evinin qarşısında dostları ilə küçədə olmuş və hadisə zamanı həmin ünvanda o, bacısı Lətafət, anası Zenfıra və həyat yoldaşı Nazilə olmuş, o, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əhmədova Zenfira Rövşən qızı ifadəsində göstərmişdir ki, 2017-ci ildə Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan 181 saylı orta məktəbin 9-cu sinfini bitirmiş və hazırda heç bir yerdə oxumur. Şahid3 atası, Zərərçəkmiş şəxs isə anası, Təqsirləndirilən şəxs bibisi, Şahid1 isə nənəsdir. Atası Rövşənin bibisi Lətafətlə münasibətləri yaxşı deyil, belə ki, bibisi ərdən boşandığından atasının bibisilə münasibəti demək olar ki, pozulmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində o, qardaşı Namiqlə, evdə olmuşlar, atası Rövşən və anası Zenfira isə evlərinin həyətində olmuş, o, evdə olan zaman həyətlərindən qışqırıq səsləri eşitmiş, həyətə çıxanda görmüşdür ki, nənəsi Zenfira anası Nazilənin saçından yolur, bibisi Lətafət isə anası Nazilənin qarnına, başına və belinə yumruqla zərbələr vurur. Həyacanlı olduğundan qışqırmış, səsinə atası küçədən həyətə gələndən sonra, anası, bibisi Lətafəti, nənəsi Zenfiranı ayırmış, həmin zaman da bibisi Lətafət əlində olan salofanı atasının başına vurmaq istəyəndə salofan nənəsinin başına dəymiş, lakin o, salofanda nə olmasını bilməmişdir. Bundan sonra nənəsi yerə yıxılmış, nənəsinin başından qan axmağa başlamış, hətta atası anası Naziləni də danlayıb demişdir ki, “sən gələndən mübahisələrimiz soyumur”. Bundan sonra atası Rövşən ona evə getməyi demiş və o, evə getmişdir. Bundan sonra anası 102 xidmətinə zəng edəndən sonra polislər həyətlərinə gəlmişlər, polislər gələndən sonra atası Rövşən, anası Nazilə, bibisi Lətafət, nənəsi Zenfira polisə getmişlər. Bundan başqa, Şahid5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerində, anası Nazilə, atası Rövşən, bibisi Lətafət, nənəsi Zenfiradan da başqa özü və qardaşı Namiq olmuşlar və başqa sualları da cavab verməyəcəyini qeyd etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl ifadə vermiş bacısı Şahid5 ifadəsinə eyni məzmunlu oxşar ifadə verərək əlavə sualları cavablandırmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 516 ünvanda anası Təqsirləndirilən şəxs, nənəsi X3 və xx.xx.2008-ci il təvəllüdlü bacısı X4 ilə birlikdə yaşayır. Hazırda Nəsimi rayonu, Əcəmi metrosu yaxınlığında yerləşən Mehdi Hüseynzadə adına tam orta məktəbin 10 b sinif şagirdidir. Anası Lətafət atası X6 ilə 2014-cü ildən boşansalar da münasibətləri var, atası onunla və bacısı Aytacla görüşür, tez-tez onları gəzməyə aparır, ona və bacısına bir ata kimi çox yaxşı baxır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində anası Lətafət evlərinin həyətinə darvazadan içəri daxil olan zaman Rövşən anasına yaxınlaşmış, həmin zaman o və bacısı Aytac evin pəncərəsindən baxmışlar və səsləri aydın eşitmişlər, lakin dayısının qorxusundan evdən bayıra çıxmamışlar. Anası Lətafət evin qapısının ağzına yaxınlaşanda dayısı Rövşən anası Lətafətə yaxınlaşaraq demişdir ki, “Sizə 15 dəqiqə vaxt verirəm evdən çıxın”. Anası Lətafət isə cavab olaraq Rövşənə demişdir ki, “Sən məni evdən qova bilməzsən mən anamla yaşayıram”. Anası Lətafət bu sözləri deyib evə tərəf gelmək istəyən zaman dayısı Rövşən onu arxadan tutub saxlamış, anası Lətafət dayısı Rövşənlə çəkişən zaman nənəsi səs-küyə çıxıb anası Lətafətlə Rövşənin arasına girərək onları aralaşdırmaq istəyən zaman Rövşən anası Lətafətin əlində olan salofan paketdəki qazanı anası Lətafətin əlindən alaraq nənəsi Zenfıranın başına zərbə endirmiş, bu zaman nənəsi Zenfıranın başından qan fışqırmış, həmin zamanda onların yaşadığı evlə yanaşı olan dayısı Rövşənin evinin pəncərəsindən hadisəni izləyən Rövşənin arvadı Nazilə həyətə qaçaraq “qızı anasının başını partlatdı” sözlərini təkrar-təkrar möhkəm və uca səslə deyərək qışqırmışdır. Həmin vaxt anası Lətafət təcili tibbi yardıma zəng etmiş, hadisə yerinə təcili tibbi yardım əməkdaşları və polislər gəlmişlər, təcili tibbi yardım ilk tibbi yardımı göstərdikdən sonra anası, dayısı Rövşən, nənəsi Zenfıra və Nazilə 20-ci polis bölməsinə getmişlər. O, bir daha bildirmişdir ki, Rövşənin nənəsi Zenfiranın salofan paketin içində olan qazanla vurmasını o və bacısı Aytac evin pəncərəsindən görmüşlər, həmin zaman həyətdə nənəsi Zenfıra, anası Lətafət və Rövşən olmuşlar, dayısı arvadı Nazilə isə evin pəncərəsindən həmin mənzərəni seyr etmiş, sadəcə olaraq o, həmin vaxt dayısı Rövşənin hərəkətlərindən və onu döyməsindən qorxduğundan evdən bayıra çıxmamışdır. Bundan başqa, Şahid4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı dayısı arvadı Nazilə orada olmamış, yalnız evinin pəncərəsindən hadisəni izləyirmiş, həmin hadisədən sonra dayısı dəfələrlə nənəsi və anası ilə mübahisə etmiş və bununla əlaqədar onlar polisə Rövşən barəsində şikayətlər etmişlər, həmçinin veriləcək bütün sualları cavablandırmağa hazırdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, 3-cü Alatava küçəsində Rövşəngillə qonşuluqda yaşayır, xx xxxx 2019-cu il tarixdə təxminən saat 21 radələrində Rövşənlə birlikdə qonşu Şamama xanım girin qapısının yanında durarkən birdən Rövşəngilin həyətindən qışqırıq səsi gəlmiş və bu zaman sonuncu tələsərək evinə tərəf getmiş, o isə öz evlərinə çıxıb getmişdir. Bundan başqa, şahid T.İ.Nağıyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Rövşənlə küçədə durarkən Lətafət xanım əlində bir torba ilə yanlarından keçib evlərinə doğru getmiş, həmin hadisə ilə bağlı başqa heçnə görməmiş, heçnə duymamış və onun marağında olmadığı üçün maraqlanmamışdır. Cinayət işinin 2-ci cild 126-128-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 19-20-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nə hadisə baş verən gündən 7 gün sonra yəni, xx.xx.2019-cu il tarixli verdiyi ərizəsindən görünür ki, həmin tarixdə saat 20-20 radələrində Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 516 ünvanında olduğu zaman qaynanası Şahid1 saçından tutaraq dartmış və baldızı Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin 1-ci cild 70-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyini ekspertizasının hadisə baş verən gündən 19 gün sonra yəni, xx xxxx 2019-cu il tarixli, 563 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - başın ənsə nahiyəsinin qapalı, kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan dərialtı hematoması, boyun, sağ bazu və sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Eşlən Rəsulov tərəfindən həmin Bölmənin rəisinə verdiyi raportdan görünür ki, xx.xx.2019-ci il tarixdə icraatına vətəndaş Şahid1 övladları Təqsirləndirilən şəxs və Şahid3 ilə mülki mövzuda mübahisə edən zaman xəsarət alması barədə HK-1/1860 nömrəli məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin məsul növbətçisi X.Əliyev tərəfindən həmin Bölmənin rəisinə verdiyi 860 nömrəli raportdan görünür ki, xx.xx.2019-ci il tarixdə saat 20-33 radələrində DİN-nin 102 xidmətinə ********* saylı məlumata daxil olmuşdur ki, Nəsimi rayonu 3-cü Alatava küçəsi, ev 516 ünvanında qaynanası Zemfira ilə baldızı Lətafət tərəfindən döyülür. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan X1 Nəsimi RPİ-nin 20-ci PB-nə hadisə baş verən günü yəni, xx.xx.2019-cü il tarixli verdiyi ərizəsindən görünür ki, həmin tarixdə saat 21-00 radələrində oğlu Şahid3 kiçik qızı Təqsirləndirilən şəxs ilə mülk üstündə mübahisə edən zaman qızının əlində olan mətbəx qazanını oğlu Şahid3 almış və onun başına vurmuşdur. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Eşlən Rəsulov tərəfindən xx.xx.2019-cü il tarixdə iki şahidin iştirakı ilə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 bildirib ki, yaşadığı ünvanda oğlu Şahid3 kiçik qızı Təqsirləndirilən şəxs və onunla ilə mülk üstündə mübahisə edən zaman qızının əlində olan mətbəx qazanını oğlu Şahid3 aılmış və onun başına vuraraq xəsarət yetirmişdir. Cinayət işinin 2-ci cild 34-37-ci vərəqələrində olan hökmdən görünür ki, Şahid3 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə yuxarıda göstərilən iş üzrə toplanmış sübutları təhlil etməyi və onlara ayrıayrı qanuna müvafiq qaydada qiymət verilməsini zəruri hesab edir. Belə ki, xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Elşən Rəsulovun Bölmənin rəisinə verdiyi raprotdan aydın olur ki, həmin tarixdə icraatına həmin ailə ilə əlaqədar yalnız vətəndaş Şahid1 övladları Təqsirləndirilən şəxs və Şahid3 ilə mülki mövzuda mübahisə edən zaman xəsarət almasına dair material daxil olmuşdur (İ/v 1-ci cild 15). Bundan başqa, həmin fakt Şahid1 Nəsimi RPİ-nin 20-ci PB-nə hadisə baş verən günü yəni, xx.xx.2019-cu il tarixli verdiyi ərizəsindən və həmin Bölmənin təhqiqatçısı Elşən Rəsulov tərəfindən həmin tarixdə iki şahidin iştirakı ilə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokolu və Şahid3 barəsində çıxarılmış Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə də öz təsdiqini tapmışdır. Hətta 102 xidmətinə verilmiş məlumatda da, həmin fakt qismən də olsa öz təsdiqini tapır. Belə ki, məlumatda qaynanası Zemfira ilə baldızı Lətafət tərəfindən konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs deyil, kiminsə döyülməsi bildirilir, burada Şahid3 da nəzərdə tutula bilərdi (İ/v 1-ci cild 17, 1-ci cild 22, 2-ci cild 34-37, 1-ci cild 16). Bununla yanaşı, məhkəmə iş üzrə toplanmış və aşağıda göstərilən digər sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan Şahid3 Nəsimi RPİ-nin 20-ci PB-nə hadisə baş verən günü yəni, xx.xx.2019-cü il tarixdə verdiyi izahatından görünür ki, həmin tarixdə o, evdə olan zaman bacısı Lətafət yaşadıqları ünvana gəlmiş və həyətdə onu görərək mübahisə etməyə başlamışdır. Cinayət işinin 1-ci cild 27-28-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-də hadisə baş verən günündən 7 gün sonra yəni, xx.xx.2019-cu il tarixdə verdiyi izahatından görünür ki, həmin tarixdə qaynanası Şahid1 saçından tutaraq dartmış və baldızı Təqsirləndirilən şəxs onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmiş, sonradan Rövşən gəlmiş, bu zaman sonuncu bacısı Təqsirləndirilən şəxs ilə mübahisə etməyə başlamış və nətəcədə qaynanası başından xəsarət almışdır. Verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisə yerində o, baldızı Lətafət, əri Rövşən və qaynanası Şahid1 olmuş, 102-yə də o, məlumat vermişdir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan Şahid3 xx.xx.2019-cu il tarixli, 1-ci cild 67-68-ci vərəqələrində olan xx.xx.2019-cu il tarixli izahatlarından, 1-ci cild 135-137-ci vərəqələrində olan xx.xx.2019-cü il tarixli bacısı Lətafətlə üzləşdirmə və 1-ci cild 201-204cü vərəqələrində olan xx.xx.2020-ci il tarixli əlavə şahid qisnimdə dindirilmə haqqında protokollardan görünür ki, həmin tarixdə o, evlərinin qarşısında küçədə olan zaman evlərindən səslərin gəldiyini eşitmiş dərhal küçədən evə daxil olmuşdur. Verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisə 10-15 dəqiqə davam etmiş və orada bacısı Lətafət, arvadı Nazilə və anası Şahid1 olmuşdur. Cinayət işinin 1-ci cild 49-50-ci vərəqələrində olan Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə verdiyi izahatından görünür ki, hadısə yerində o, baldızı Lətafət, əri Rövşən və qaynanası Şahid1 olmuşdur. Cinayət işinin 1-ci cild 196-199-cu vərəqələrində olan ********* nömrəli cinayət işi üzrə əlavə şahid qismində xx.xx.2020-ci il tarixdə və 1-ci cild 196-199-cu vərəqələrində olan zərərçəkən şəxs qismində xx.xx.2020-ci il tarixdə dindirilmiş protokollar görünür ki, Zərərçəkmiş şəxs verdiyi izahatında hadısə yerində o, baldızı Lətafət, əri Rövşən və qaynanası Şahid1 olmasını bildirmişdir. Cinayət işinin 2-ci cild 51-54-cu və 60-63-cü vərəqələrində olan cinayət işi üzrə şahid qismində hadisə baş verən günündən 10 ay 8 gün sonra yəni, xx.xx.2020-ci il tarixli Şahid5 və Şahid6 dindirmə protokollarından görünür ki, onlar izahatlarında xx.xx.2019-cu il tarixdə hadisə olan zaman, atalarının və analarının həyətdə olduqlarını, sonradan səs küyə onlarında çıxdıqlarını, nənələri Zenfiranın saçından yolduğunu, bibiləri Lətafətin anasının qarnına, başına yumruqla zərbələr endirməsini, həyacanlı olduqlarından Zemfiranın qışqırdığını və atasının səsə həyətə gəldiyini bildirmişlər. Hadisə zamanı həyətdə onlar, atası, anası və bibisi olmuşdur. Göründüyü kimi, hadisə 2019-cu il 8 iyun tarixində baş vermiş olsa da, Zərərçəkmiş şəxs yalnız 7 gün sonra Təqsirləndirilən şəxs şikayət vermək qərarına gəlmişdir. Halbuki, iş üzrə şahidlərin ifadələrindən də görünür ki, hadisə baş verəndən sonra Zərərçəkmiş şəxs həyat yoldaşı, baldızı və qaynanası ilə birlikdə polis bölməsinə getmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs hadisədən bir həftə sonra deyil, vaxtında şikayət vermək üçün kifayət qədər imkanı olmuşdur. Lakin Zərərçəkmiş şəxs bu imkandan istifadə etməmiş, hadisədən yalnız 7 gün sonra şikayət verməsini heç bir formada əsaslandırmamış, təkcə əvvəlcə Təqsirləndirilən şəxs şikayət vermək istəmədiyini, sonradan isə şikayət etmək qərarına gəldiyini bildirmişdir. Digər tərəfdən, hadisənin 8 iyunda baş verməsinə baxmayaraq, iş üzrə ekspertiza rəyi yalnız 19 gün sonra, yəni 27 iyun tarixində verilmişdir. Sözügedən tarixlər arasındakı vaxt intervalını nəzərə aldıqda, ekspertiza rəyinin mötəbərliyi məhkəmədə müəyyən şübhələrin yaranmasına səbəb olur. Həmçinin ekspertiza rəyində Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin şəxsin özü, yoxsa kənar şəxslər tərəfindən yetirilməsinin mümkünlüyü təsbit olunmamışdır. Bu halda xüsusilə diqqət yetirilməlidir ki, hadisə baş verən gün, yəni x xxxx 2019-cu il tarixində hadisə yerinə təcili tibbi yardımın çağırılmasına baxmayaraq, nə Zərərçəkmiş şəxs özü həkim müayinəsindən keçməsini xahiş etmiş, nə də ki, həyat yoldaşı bununla bağlı təcili tibbi yardım əməkdaşlarına müraciət etmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs hadisə baş verdikdən sonra 102 xidmətinə zəng etsə də, özünün iddia etdiyi kimi “xəsarət almasına” baxmayaraq, təcili tibbi yardım xidmətinə zəng vurmamışdır. Belə ki, Şahid1 xəsarət alması ilə əlaqədar olaraq təcili tibbi yardım xidmətini hadisə yerinə Təqsirləndirilən şəxs çağırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təqsirli olub-olmaması məsələsi araşdırılarkən hadisənin baş verməsi mexanizmi, onun iştirakçıları, eləcə də hadisə ilə əlaqədar bəzi epizodlarla bağlı cinayət prosesi iştirakçıları tərəfindən verilmiş ziddiyyətli və bəzən özüözünü təkzib edən ifadələrə də diqqət yetirilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 x xxxx 2019-cu ildə verdiyi ifadəsində hadisə ərəfəsində evdə olduğunu, bacısı Lətafətin evə gəlməsindən sonra həyətdə onu görərək mübahisə etməyə başladığını bildirmişdir. Lakin o, sonrakı ifadələrində ilkin ifadəsini köklü surətdə dəyişmiş və qeyd etmişdir ki, sözügedən tarixdə evlərinin qarşısında küçədə olan zaman evlərindən səs gəldiyini eşitmiş və dərhal küçədən evə daxil olmuşdur. Onun bu iddiasını yalnız hazırki iş üzrə zərərçəkmiş şəxs qismində çıxış edən həyat yoldaşı, nədənsə hadisənin baş verməsindən yalnız 10 ay 8 gün sonra şahid olduqları “müəyyən edilərək” dindirilmiş və məhkəmə iclasında hadisəni təsvir etsələr də, əlavə suallara cavab verməyəcəklərini bildirən uşaqları və nəhayət, hadisə baş verərkən yalnız Şahid3 küçədə olduğu faktını təsdiq edən, bundan başqa heç nə “görüb duymayan” və məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında dindirilmiş şahid T.İ.Nağıyev tərəfindən təsdiqlənmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs, eləcə də şahidlər Şahid1, Şahid4 və Şahid2 hadisənin baş verməsi zamanı Şahid3 evdə olduğunu bildirmişlər. Bununla yanaşı, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid4 Şahid6nın hadisə baş verərkən ümumiyyətlə həyətdə olmadığını, evin pəncərəsindən hadisəni müşahidə etdiyini, Şahid2 isə hadisədən sonra Şahid6nı görmədiyini vurğulamışdır. Bundan əlavə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və ailə üzvlərinin uzun müddətdən bəri mübahisəli vəziyyətdə yaşaması sonuncuların ifadələrinin qərəzli olması barədə əsaslı şübhələr yaradır və iş üzrə təqsirləndirilən şəxsin və digər şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməməsi müəyyən edildiyi halda, yalnız təqsirləndirilən şəxslə ədavəti olan zərərçəkmiş şəxsin və onun ailə üzvlərinin ziddiyyətli ifadələri əsasında ittihamın sübuta yetirilməsi yolverilməzdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri arasında olan ziddiyyətləri, yəni xx.xx.2019-cu il tarixdə hadisə olan zaman Şahid3 öz ilkin ifadəsinə əsasən evində olmasını, sonradan ifadəsini dəyişərək evinin qarşısında küçədə olmasını, hadisə zamanı evin həyətində arvadı Nazilənin, bacısı Lətafətin və anası Zenfiranın olmasını, arvadı Şahid6nın ərizə və izahatlarında Şahid3 küçədə olmasını, hadisə zamanı evin həyətində özü, baldızı Lətafət və qaynanası Zenfiranın olmasını, övladları Şahid5 və Şahid6 hadisə baş verən gündən 10 ay 8 gün sonra verdikləri ifadələrində ilkin olaraq atalarının və analarının həyətdə olduqlarını, sonradan səs küyə çıxdıqda hadisəni gördüklərini, Zemfiranın qışqırdığı əsasında atasının küçədən həyətə gəldiyini və hadisə zamanı onlar, atası, anası və bibisi olmasını, sonradan məhkəmə istintaqı zamanı zərərçəkimş şəxsin vəsatəti əsasında dindirilmiş T.İ.Nağıyev Rövşənlə küçədə durmasını nəzərə alır və hesab edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli və onlar əhəmiyyətsiz sübüt növü kimi tanınmalıdır. Bundan əlavə, məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin sağlamlığa zərər vurmanın təyini ekspertizasının 563 saylı rəyi hadisə baş verən günündən 19 gün sonra yəni, xx xxxx 2019-cu il tarixdə verilmişdir. Həmçinin məhkəmə belə hesab edir ki rəydə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər YÜNGÜL zərər vurmaya aid olsa da xəsarətin məhz özü və ya başqa şəxslər tərəfindən yetirilə bilməsi hissəsi aydınlaşdırmamış və rəy ittihamın sübut növü kimi qəbul edilmişdir. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin istintaq hərəkətinin nəticələri, onun məntiqi davamı kimi istintaq hərəkətinin aparılmasında iştirak etmiş şəxslərin ifadələri sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X12 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X12 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş ittiham aktından və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamı cinayət işi üzrə toplanmış şahid ifadələri və digər istintaq materialları ilə sübuta yetirdiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı Elşən Rəsulovun və həmin bölmənin məsul növbətçisi X.Əliyev tərəfindən Bölmənin rəisinə verdiyi raportlardan, əvvəlkinin iki şahidin iştirakı ilə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan, Şahid1 bölməyə həmin günü verdiyi şikayət ərizəsindən, Şahid3 həmin tarixdə bölməyə verdiyi izahatından və iş üzrə digər materiallardan müəyyən olunur ki, hadisə 8 iyun tarixində baş versə də, Şahid6 yalnız bir həftə sonra - 15 iyun tarixində Təqsirləndirilən şəxs barəsində şikayət vermiş; iş üzrə ekspertiza rəyi hadisədən yalnız 19 gün sonra - 27 iyun tarixində qəbul edilmiş və ekspertiza rəyində xəsarətlərin şəxsin özü və ya kənar şəxslər tərəfindən yetirilməsinin mümkünlüyü müəyyən olunmamış; iş üzrə şahidlərin ifadələri arasında ziddiyyətli məqamlar olmuş; Şahid3 əvvəlcə hadisənin baş verməsi zamanı evdə olduğunu bildirsə də, sonrakı ifadələrində bunu təkzib etmiş və həyətdə olduğunu iddia etmiş; Şahid6nın hadisənin bilavasitə iştirakçısı olması ilə bağlı da şahidlərin ifadələri arasında aşkar uyğunsuzluqlar olmuş; Şahid3 və Şahid6nın ifadələri yalnız hadisədən 10 ay 8 gün sonra alınmış və məhkəmə iclasında əlavə suallara cavab verməkdən imtina edən uşaqları və Şahid3 hadisə baş verərkən küçədə olması məsələsinə münasibətdə qonşu T.İ.Nağıyev tərəfindən təsdiqlənmiş; digər qonşu Şahid2 isə Şahid3 evdə olduğunu və Şahid6nı ümumiyyətlə görmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökm elan olunduqdan sonra ondan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar