Məhkəmə qərarları › İş №1(006)-185/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-185/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-185/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru X9, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında"’ Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tələblərini pozaraq yaşadığı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 9, mənzil 7 ünvanını tərk etmiş və 09 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanda, “Zabitlər Bağı” parkında, insanların toplaşdığı ərazidə hərəkətdə olarkən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratdığından Nəsimi rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 27 noyabr 2020-ci il tarixdə səhhəti ilə əlaqədar problemləri olduğu üçün 2 nömrəli şəhər poliklinikasına zəng edərək “Covid-19” xəstəsi olmağı ilə əlaqədar şübhələrinin olması barədə məlumat vermişdir. 27 noyabr 2020-ci il tarixdə həkimlər yaşadığı mənzilə gələrək ondan yaxma analizi götürmüşdürlər. 28 noyabr 2020-ci il tarixdə ondan götürülmüş yaxmanın nəticələrinin pozitiv cavablandırılması barədə məlumat verilmiş və onunla mütəmadi olaraq gündəlik poliklinikadan əlaqə saxlanılaraq evdən çıxmamağı və nəzarət portalına götürülməsi barədə məlumat verilmişdir. Lakin bir neçə gün keçdikdən sonra səhhəti normallaşmış və artıq özündə hər hansı bir xəstəlik əlaməti hiss etmədiyi üçün 09 dekabr 2020-ci il tarixdə yaşadığı mənzili tərk etmişdir. 09 dekabr 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər Bağı” adlanan parka gəlmiş, orada bir qədər gəzmişdir. Lakin təxminən 1 saatdan sonra polis əməkdaşı ona yaxınlaşaraq ad və soyadını deməsini tələb etmiş və icazə sistemində portal yoxlanışı zərurəti olduğu üçün soruşduğunu bildirmişdir. Özü barədə məlumat verdikdən sonra ona “Covid -19” xəstəsi olduğu təqdirdə bilə-bilə bayıra çıxması barədə irad bildirilmişdir. Ardınca isə kombinezon geyinmiş polis əməkdaşları və müstəntiq ona yaxınlaşmış və sorğu-sual edilmişdir. Nə səbəbə bayıra çıxmağı soruşulduqda özünü yaxşı hiss etdiyindən bayıra çıxdığını bildirmişdir. Bundan sonra onun barəsində cinayət işi üzrə icraat başlanılmış və nəticədə toplanmış material aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstrmişdir ki, pandemiya dövründə polis əməkdaşları insanlar arasında sosial məsafəni qorumağa çalışmış, habelə aktiv karonavirus xəstələrini cəmiyyətdən təcrid etməklə xəstəliyin geniş miqyasda yayılaraq insanların həyatını real təhlükə altına qoymaqdan çəkindirməyə çalışmışlar. 09 dekabr 2020-ci il tarixdə xidmətdə olarkən Nəsimi rayon Polis İdarəsinin 21ci X8 Hissəsindən bir nəfər aktiv koronavirus xəstəsinin ünvan 3 ünvanın qarşısında saxlanılması və virusun yayılması üçün real təhlükə yaratması barədə məlumat verilmişdir. Bundan sonra o, və Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 birlikdə qoruyucu forma, kombinezon, üz üçün sipər, tibbi əlcək və tibbi maska geyinərək müstəntiqin məsafə saxlamaqla iştirakı ilə həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsin planşet sistemində ad və soyadı yoxlanıldıqda aktiv koronavirus xəstəsi olması aşkar olunmuşdur. Onlara Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşadığı, lakin aktiv koronavirus (covid-19) xəstəliyinə yoluxduğunu bilə-bilə kənar şəxslərin həyatına və sağlamlığına laqeyd münasibət bəsləyərək yaşadığı mənzildən bayıra çıxıb ünvan 2 ünvana doğru hərəkət etməsi məlum olmuşdur. Həmin ünvanda olarkən polis nəfəri Şahid3 onu saxlayaraq koronavirus xəstələyinin yayılmasının qarşısının alınması məqsədilə insanlar arasında aktiv koronavirus xəstələrini müəyyən edib sosial təcridi təmin etmək məqsədilə Təqsirləndirilən şəxs ad və soyadını planşetə yerləşdirdikdə aktiv koronavirus xəstəsi olması aşkar olunmuşdur. Beləliklə, baş müstəntiq Orxan Əkbərovun iştirakı ilə Təqsirləndirilən şəxs suallar verilmiş və nə səbəbə koronavirus xəstəsi olmasını bilə-bilə insanların həyat və sağlamlığına laqeyd münasibət bəsləyərək virusun yayılması üçün real təhlükə yaratmasını soruşduqda, Təqsirləndirilən şəxs özünü gümrah hiss etdiyini və bu səbəbdən bayıra çıxıb hərəkət etdiyini bildirmişdir. Daha sonra isə o və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, pandemiya dövründə polis əməkdaşları insanlar arasında sosial məsafəni qorumağa çalışmış, habelə aktiv karonavirus xəstələrinin cəmiyyətdən təcrid etməklə xəstəliyin geniş miqyasda yayılaraq insanların həyatını real təhlükə altına qoymaqdan çəkindirməyə çalışmışlar. Nəsimi rayon Polis İdarəsinin PPXB xidmətini ərazilərdə təşkil etməklə müvafiq cihazları onlara dövlət tərəfindən verilir, insanların sıx toplaşdığı ərazilərdə virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görür və sosial məsafəni insanlar arasında bərpa edirlər. Vəzifə üzrə xidməti gündüz vaxtı saat 08:00-dan başlamaqla axşam 20:00-dək davam etmişdir. Onun da öz növbəsində xidmət ərazisi Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər bağı” adlanan ərazini əhatə etmişdir. Həmin ərazidə xidmət apararkən 09 dekabr 2020-ci il tarixdə, saat 19:10 radələrində bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq sonradan ad və soyadının Təqsirləndirilən şəxs olması məlum olan şəxsi ona göstərərək həmin şəxsi tanıdığını, onunla qonşuluqda yaşadığını, aktiv karonavirus xəstəsi olduğu təqdirdə ətraf ərazidə gəzişdiyini deyərək şikayət etmişdir. Bu zaman o, həmin şəxsin məlumatının nə dərəcədə doğru olubolmamasını yoxlamaq üçün şəxsə sosial məsafə tələbləri qorumaqla Nəsimi rayonu, S.Vurğun küçəsi 113 saylı ünvanın qarşısında yaxınlaşmış və anket məlumatlarını soruşduqdan sonra həqiqətən də həmin şəxsin aktiv koronavirus xəstələyinin daşıyıcısı olmasını öyrənmişdir. Bundan dərhal sonra həmin şəxsi sosial təcrid etmək üçün bu barədə Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə məlumat vermişdir. Bundan sonra həmin şəxsi kənarda saxlayaraq polis əməkdaşlarının gəlməsini gözləməyi tələb etmiş və təxminən bir neçə dəqiqədən sonra Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektorları Şahid2 və Şahid1 qoruyucu forma, kombinezon, üz üçün sipər, tibbi əlçək və tibbi maska geyinərək müstəntiqin məsafə saxlamaqla iştirakı ilə həmin şəxsə yaxınlaşmışdırlar. Həmin şəxsin planşet sistemində ad və soyadı yoxlanıldıqda aktiv koronavirus xəstə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşadığı, lakin aktiv koronavirus (covid-19) xəstəliyinə yoluxduğunu bilə-bilə kənar şəxslərin həyatına və sağlamlığına laqeyd münasibət bəsləyərək yaşadığı mənzildən bayıra çıxıb Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər Bağı” adlanan parkda insanların sıx olduğu ərazidə gəzdiyi məlum olmuşdur. Beləliklə baş müstəntiq Orxan Əkbərovun iştirakı ilə Təqsirləndirilən şəxs suallar verilmiş və nə səbəbə koronavirus xəstəsi olmasını bilə-bilə insanların həyat və sağlamlığına laqeyd münasibət bəsləyərək virusun yayılması üçün real təhlükə yaratmasını soruşduqda Təqsirləndirilən şəxs özünü gümrah hiss etdiyini və bu səbəbdən bayıra çıxıb hərəkət etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 2 nömrəli şəhər Poliklinikasının baş həkimi S.Aslanova tərəfindən Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Ə.İmanova ünvanlanmış 252 saylı, 17 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 noyabr 2020-ci il tarixdə xəstənin yaxması pozitiv cavablandırıldığı üçün evdə nəzarət və müalicə üçün adı və soyadı portala salınmışdır. Xəstəyə 14 gün ərzində evdən çölə çıxamamaq barədə xəbərdarlıq olunmuşdur. 12.12.2020-ci il tarixdə xəstə sağalma ilə portaldan çıxarılmışdır (i/v 8). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i/v 14). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Əli İmanov tərəfindən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntünün yazıldığı DVD diskdə 01 ədəd fayl vardır. Həmin fayla daxil olduqda videoyazının olması müəyyən olunmuşdur. Həmin videoyazıya baxıldıqda 01 nəfər şəxsin ətrafında iki kombinezon geyinmiş polis əməkdaşı və İstintaq Şöbəsinin baş müstəntiqi Orxan Əkbərovun olması müşayiət olunmuşdur. Baş müstəntiq Orxan Əkbərov tərəfindən həmin şəxs sorğu sual edilmişdir. Sorğu sual olunan şəxsin “Covid-19” xəstəsi olduğu təqdirdə yaşadığı ünvan 4 ünvanını tərk edərək Bakı şəhəri, Nəsimi rayonu, “Zabitlər Parkı” adlanan əraziyə gələrək həmin parkda gəzməsi müəyyən olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videoyazıda olan şəxsin özü olduğunu və 09 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı” gəzişərkən polis əməkdaşları tərəfindən saxlanıldığını və yoxlanış zamanı “Covid-19” xəstəsi olmasının aşkar olunduğunu bildirmişdir. Ona görə də, bu barədə tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və ya etiraz daxil olmamış, imzalarla təsdiq edilmişdir (i/v 45). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 14 yanvar 2021-ci il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 14 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 46). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 25 yanvar 2021-ci il tarixli, 53/KEŞ saylı ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 27.11.2020-ci il tarixdə “Covid-19” ilə bağlı müayinə aparılmış və 28.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşımasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilməmişdir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam etmişdir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i/v 54-56). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarına əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi və sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aiddir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-185/2021 saylı, 02.02.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 04.02.2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar