Məhkəmə qərarları › İş №1(006)-187/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-187/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-187/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxsnın iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, himayəsində iki uşağı olan,orta təhsilli, məhkumluğu olmayan, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlaklarını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04.11.2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanının ümumi həyətində quraşdirilmiş, Zərərçəkmiş şəxs1 məxsus 140 manat dəyərində, 4 atmosfer gücündə, 3 kW, koreya istehsalı olan “Marquis” (Markos) markalı mühərrik su nasosunu və üzərində olan hidrofor (təzyiq tənzimləyici rele) cihazını özündə olan plastik borukəsən qayçı ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq İşdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakım gizli olaraq talama məqsədilə 29.12.2020-ci il tarixdə saat 08.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanın ümumi həyətində quraşdırılmış, Zərərçəkmiş şəxs3 məxsus 120 manat dəyərində,üzərində PRİSMA 10 4M F, X-01226, Pİ-0,8 kW, 2800 min, made in Spain yazılan olan “A” markalı mühərrik su nasosunu və üzərində olan hidrofor (təzyiq tənzimləyici rele) cihazını də olan plastik borukəsən qayçı ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02.01.2021-ci il tarixdə saat 20.30 radələrində ünvan 3 ünvanının ümiimi həyətində quraşdırılmış, Zərərçəkmiş şəxs2 məxsus 140 manat dəyərində, 4 atmosfer gücündə, 3 kW, Koreya istehsalı olan “Marquis” (Markos) markalı mühərrik su nasosunu və üzərində olan hidrofor (təzyiq tənzimləyici rele) cihazını özündə olan plastik borukəsən qayçı ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05.01.2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanının ümiimi həyətində quraşdırılmış, Zərərçəkmiş şəxs4 məxsus 120 manat dəyərində, üzərində PRİSM A 10 3M F, T-01700, Pl-0,61cW, 2800 min, made in Spain yazıları olan “A” markalı mühərrik su nasosunu və üzərində olan hidrofor (təzyiq tənzimləyici rele) cihazını üzərində olan plastik borukəsən qayçı ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tikintilərdə və eyni zamanda bazarlarda fəhlə işləyir, lakin “Covid 19” epidemiyası ilə bağlı iş yerləri bağlandığı üçün pulsuz qalmış və kirayə yaşadığı mənzilin 80 manat pulunu belə ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bundan başqa o, Təzə bazarda işlədiyi üçün işlənmiş su nasoslarının mütəmadi satıldığını və həmin nasosların Kubinka adnanan yerdən oğurlamasının asan olmasını bildiyi üçün 04.11.2020-ci il tarixdə saat 08 radələrində ünvan 5 ünvanın ümimi həyətindən su nasosunun səsini eşitmişdir. Daha sonra binanın həyətinə daxil olaraq 4 atmosfer gücündə, 3 kW, Koreya istehsalı, “Marquis” (Markos) mühərrik su nasosunu üzərində olan hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birlikdə əvvəlcədən özü ilə gətirdiyi plastik boru kəsən qayçı ilə kəsib oğurladıqdan sonra həmin tarixdə saat 12 radələrində Kubinkada tanımadığı bir şəxsə 80 manata satmışdır. O, su nasosunu həmin şəxsə satarkən özünə məxsus olduğunu və kirayə yaşadığı evdən köçmək üzrə olduğu üçün nasosu satmaq istədiyini demişdir. Əldə etdiyi pulu aylıq ev kirayəsinə ödəmiş və sonradan oğurladığı su nasosunun Zərərçəkmiş şəxs1 məxsus olması ona məlum olmuşdur. Bundan sonra bu usulla gəlir əldə etməyin asan olmasını görüb yenidən su nasosu oğurlamaq məqsədi ilə 29.12.2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanın ümümi həyətinə daxil olmuşdur. Oradan su borusuna bağlı olan və üzərində Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosunu üzərindəki hidrofor cihazı ilə birgə olduğunu görərək özü ilə gətirdiyi plastik boru kəsən qayçı ilə kəsib oğurlamışdır. Daha sonra həmin su nasosunu kirayədə yaşadığı mənzilə gizlətmiş və polis tərəfindən saxlanıldıqdan sonra polisə vermiş və sonradan oğurladığı həmin su nasosunun Zərərçəkmiş şəxs3 məxsus olması ona məlum olmuşdur. Bundan sonra yenidən su nasosu oğurlamaq məqsdəi ilə 02.01.2021-il tarixdə saat 02 radələrində ünvan 3 ünvanın həyətinə daxil olmuşdur. Həyətin girişində 4 atmosfer gücündə, 3 kW, Koreya istehsalı, Marqius” (Markos) markalı mühərrik su nasosunu üzərindəki hidrofor (təziq tənzimləyici rele) ilə birgə olduğunu görərək özü ilə gətirdiyi plastik boru kəsən qayçı ilə kəsib matoru oğurlamışdır. Səhəri gün saat 09 radələrində Kubinkada tanımadığı bir şəxsə 70 manata satmış və satarkən eyni qaydada güya özünə məxsus olduğunu və kirayə yaşadığı mənzildən çıxdığı su nasosunu satmaq istədiyini bildirmişdir. Əldə etdiyi pulu öz ehtiyacına xərcləmişdir. Oğurladığı həmin su nasosunun sonradan Zərərçəkmiş şəxs2 məxsus olduğu ona məlum olmuşdur. Bundan sonra yenidən su nasosu oğurlamaq məqasədi 01.2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanın ümümi həyətinə daxil olduqda binanın ümümi həyətinin girişində su borularına bağlanmış PRİSMA 10 3M F, T-01700, Pl- 0,6 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” mühərrik su nasosunu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birgə özü ilə gətirdiyi plastik boru kəsən qayçı ilə kəsib oğurlamışdır. Daha sonra həmin su nasosunu kirayədə yaşadığı ünvan 6 ünvanda yerləşən mənzildə gizlətmiş və polis tərəfindən saxlanıldqda təhfıl vermişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, məhkumluğunun, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etmələrini, ailəli olmaqla yetkinlik yaşına çatmamış iki övladının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsnın təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin son aylarında Təzə bazardan 300 manata saz vəziyyətdə 2019-cu il buraxılışlı, 4 atmosfer gücündə, 3 kW, Koreya istehsalı, “Marquis” markalı mühərrik su nasosunu üzərində olan hidrofor (təziq tənzimləyici rele) cihazı ilə ə almışdır. 04.11.2020-ci il tarixdə saat 14 radələrində işdən gəldikdə suların tamamilə kəsildiyini görmüş və aşağı endikdə su nasosun plastik borudan kəsərək oğurlandığı ona məlum olmuşdur. O, ifadəsində əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin yanvar ayında ona məxsus su nasosu oğurlanmış və polis həmin tarixdə oğurluq edən şəxsin Ümid adlı şəxs olduğunu müəyyən edərək inzibati qaydada cərimə etmişdir. Bu hadisənində onun tərəfindən törədilə biləcəyini düşündüyü üçün yenidən polisə Ümüd adlı şəxsdən şübhələndiyini bildirsədə lakin sonradan Təqsirləndirilən şəxs tərfındən oğurlandığı ona məlum olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ona vurulmuş ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin son aylarında Təzə bazardan 430 manata təzə vəziyyətdə üzərində PRİSMA 10 4M F, X-01226, Pl-0,8 kW , 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosunu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birgə alaraq binanın rinci mərtəbəsində çöl tərəfdən quraşdırmışdır. 29.12.2020-ci il tarixdə səhər saat 09.30-da suların kəsildiyini müəyyən etdikdə dərhal həyətə düşmüş və özünə məxsus həmin su nasosun borudan kəsilərək oğurlandığını aşkar etmişdir. 102 xidmətinə zəng edərək məlumat verdikdən sonra polis tərəfindən araşdırma aparılarkən Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı ona məlum olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs3 məhkəmədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ona vurulmuş ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin son aylarında Təzə can 400 manata təzə vəziyyətdə 2019-cu ildə Təzə bazardan saz vəziyyətdə alınmış, 140 manat dəyərində, 4 atmosfer gücündə, 3 kW, gücündə, Koreya istehsalı, “Marquis” (Markos) markalı mühərik su nasosunu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birgə alaraq binanın mərtəbəsində çöl tərəfdən quraşdırmışdır. 02.01.2021-ci il tarixdə gecə vaxtı qonşularından ona zəng edərək su nasosunun oğurlandığını demişlərr. O, evə döndükdə həqiqətəndə su nasosunun plastik borudan kəsərək oğurlandığını görmüş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ona vurulmuş ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu ilin son aylarında Təzə bazardan 430 manata təzə vəziyyətdə üzərində PRİSMA 10 3M F, T-01700, Pİ-0,6 kW, 2800 min, made in Spain yazıları “ESPA” markalı mühərrik su nasosunu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birgə binanın birinci mərtəbəsində çöl tərəfdən quraşdırmışdır. 05.01.2021-ci il tarixdə saat 02 ilərində suların kəsildiyini müəyyən etdikdə həyətə düşmüş və su nasosun plastik borudan kəsilərək oğurlandığını aşkar edərək 102 xidmətinə zəng etmiş bu barədə məlumat vermiş və sonradan həmin su nasosunun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı və saxlanılarkən ondan maddi subut kimi götürldüyii ona məlum olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs4 məhkəmədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ona vurulmuş ziyanın ödənilməsini bildirmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan 08 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 161-163-cü vərəqələrində olan 10 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 171-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2021-ci il tarixli, 9/142 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 ədəd “ESPA” markalı su mühərriklərinin istifadədə olması nəzərər alınmaqla hal-hazırda orta bazar qiyməti ilə ümümi dəyəri təxminən 240,00 manat, təqdim edilməyən 2 ədəd “Marquis” (Markos) markalı su mühərriklərinin orta bazar qiyməti ilə ümümi dəyəri nəzəri qaydada təxminən 280,00 manat müəyyən edilir. Cinayət işinin 172-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 176-177-ci vərəqəsində olan 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd üzərində PRİSMA 10 4M F, X-01226, Pİ-0,8 kW , 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu hidrofor (təziq ızimləyici rele) cihazı maddi subut kimi tanınaraq Zərərçəkmiş şəxs3, bir ədəd üzərində PRİSMA 10 3M F, T-01700, Pl-0,6 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı ilə birgə maddi subut kimi tanınaraq Zərərçəkmiş şəxs4 qaytarılmışdır. Cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 yanvar 2021ci tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 24 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnda məhrum edilməklə, 9 ay müddətinə azadlıqdan məhrum edilməsi cəzasına məhrum edilmiş və 03 noyabr 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlaklarını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etmələrini, ailəli olmaqla yetkinlik yaşına çatmamış iki övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsın barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilərək özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etmələrini, ailəli olmaqla yetkinlik yaşına çatmamış iki övladının olmasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 08 yanvar 2021-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd üzərində PRİSMA 10 4M F, X-01226, Pİ-0,8 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu hidrofor (təziq ızimləyici rele) cihazı sahibi Zərərçəkmiş şəxs3 və bir ədəd üzərində PRİSMA 10 3M F, T-01700, Pl-0,6 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı sahibi Zərərçəkmiş şəxs4 qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində PRİSMA 10 4M F, X-01226, Pİ- 0,8 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu hidrofor (təziq ızimləyici rele) cihazı sahibi Zərərçəkmiş şəxs3 və bir ədəd üzərində PRİSMA 10 3M F, T-01700, Pl-0,6 kW, 2800 min, made in Spain yazıları olan “ESPA” markalı mühərrik su nasosu üzərindəki hidrofor (təziq tənzimləyici rele) cihazı sahibi Zərərçəkmiş şəxs4 qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar