Məhkəmə qərarları › İş №1(006)-188/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-188/2020

19.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-188/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Tərcüməçi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X4 Zərər çəkmiş şəxsin hüquqi varisi: X5 Müdafiəçi: Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Aleksandar Glisicin iştirakları ilə xx.xx.1969-cu ildə Serbiya Respublikasının Smederevo şəhərində anadan olmuş, Serbiya Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, “xxxxxxxxx” MMC-də layihə rəhbəri işləyən, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 15, mənzil 72-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Aleksandar Glisicin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Aleksandar Glisic xx xxxx 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla hüquqi ünvanı ünvan 1 olan “xxxxxxxxx” MMC-də xx xxxx 2019-cu il tarixli əmək müqaviləsi ilə layihə rəhbəri vəzifəsində işləyərkən əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək vəzifəsi həvalə olunmuş şəxs olmaqla normativ sənədlərin - “xxxxxxxxx” MMC-də “Layihə rəhbərinin vəzifə Təlimatı”nın, “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması barədə Müqavilə”nin, “Əmək müqaviləsinə vəzifə səlahiyyətlərinin əlavə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 114 nömrəli əmrin, o cümlədən “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜSTün 2.1, 2.5, 2.9, 2.14 bəndlərinin tələblərinə uyğun olaraq yükləmə-boşaltma işlərini bu işlərə dair təhlükəsizlik tələbləri olan, texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparmalı, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların olmasına yol verməməli, yükləri qaldırmazdan və yerini dəyişməzdən əvvəl onların dayanıqlığını yoxlamalı, yüklər nəql olunduqları zaman onların yerdəyişməsi və düşməsinin baş verməməsi üçün nəqliyyat vasitələrinə bərkidilməsini təmin etməli olduğu halda, qeyd olunan sənədlərin tələbinə əməl etməyib “xxxxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64 saylı ünvanda inşa olunan “Aypara İnkişaf” layihəsi üzrə “xxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması haqqında” podrat müqaviləsi əsasında “X3” (şəhər, qüllə, avtomobil parkı, ticarət mərkəzi, şəhər evi) layihəsi çərçivəsində inşası həyata keçirilən tikinti meydançasındakı metal boruların çəngəlli avtokar vasitəsi ilə bir yerdən digər yerə daşınması işlərinə başlamazdan əvvəl iş icra layihəsini işləyib hazırlamamış, işlərə rəhbərlik edən şəxs təyin etməmiş, eləcə də çəngəlli avtokar ilə boruların daşınması üçün təhlükəsizlik tədbirləri görməyərək tikinti sahəsinin mənfi 1-ci mərtəbəsində boruların altına taxta qoyulması işinə cəlb edilmiş “xxxxxxxxx” MMC-də usta köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs təhlükəsiz iş şəraiti yaratmamaqla texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozmuş, nəticədə “xxxxxxxxxxxxx” MMC-də yük paylayıcı sürücü vəzifəsində işləyən Şahid2 tərəfindən çəngəlli avtokar ilə tikinti sahəsindəki 6 metr uzunluğunda olan metal boruların lentlərlə bir-birinə sıx şəkildə bağlanmış şəkildə tikinti sahəsinin mənfi 1 və mənfi 2-ci mərtəbələrinə kran vasitəsi ilə yüklərin endirilməsi üçün nəzərdə tutulan boşluğun kənarına daşınması zamanı boruların avtokarın çəngəlindən sürüşərək qeyd olunan boşluğun dəmir məhəccərini əzib keçərək mənfi 1-ci mərtəbəyə tökülməklə orada işləyən Zərərçəkmiş şəxs dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, beyinciyin, uzunsov beyinin və Varol körpüsünün toxumasına qansızma, kəllə sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-ənsə nahiyəsində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızma, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağdan İİİ, İV, V, Vİ qabırğaların kürək xətti üzrə, soldan İİİ, İV qabırğaların örta körpücük, V, Vİ qabırğaların ön qoltuq xətləri üzrə sınıqları, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, döş qəfəsinin ön və sağ yan səthlərinin, sağ budun qançırları, alın nahiyəsinin, hər iki bazunun, döş qəfəsinin ön səthinin, sağ budun sıyrıqları kimi dərəcəsinə görə ümumilkdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq xx xxxxxxx 2019-cu il tarixdə bədənin küt travması nəticəsində qabırğaların çoxsaylı sınıqları, qaraciyərin və sağ ağciyərin cırılması ilə müşayiət olunan baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma və kəllə sümüklərinin sınıqları xəsarətlərindən ölməsinə səbəb olmuşdur. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs Aleksandar Glisic ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildə Bakıya gəldikdən sonra “Serbiaz” şirkətində menecer, 2013-cü ildə “Alten Qrup” şirkətində layihə meneceri, 2019cu ildən isə “xxxxxxxxx” şirkətində layihə rəhbəri vəzifəsində işləmişdir. “xxxxxxxxx” şirkəti təhlükəsizlik sistemlərinin quraşdırılmasını, yəni yanğın söndürmə balonları və yanğın söndürmə sistemlərinin quraşdırılması işlərini həyata keçirir. Layihə rəhbəri kimi vəzifəsi büdcəyə, layihəyə və tabeliyində olan mühəndislərdən ibarət komanda ilə birlikdə işçilərə, eləcə də görülən işlərə nəzarət etmək olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64 saylı ünvanda “xxxxxxxxxxxxx” MMC-yə aid biznes mərkəzi olması nəzərdə tutulan “City Tower”in, bundan başqa, yaşayış binasının və hündürmərtəbəli otelin təhlükəsizlik sistemlərinin quraşdırılmasını “xxxxxxxxx” MMC öz üzərinə götürmüş, bununla bağlı “xxxxxxxxxxxxx” şirkəti ilə “xxxxxxxxx” şirkəti arasında podrat müqaviləsi bağlanmışdır. Görülən tikinti işlərinə “xxxxxxxxxxxxx” MMC nəzarət etmişdir. “xxxxxxxxx” MMC-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsi tərəfindən işə başlamazdan əvvəl işçilər təhlükəsizlik mühəndisləri tərəfindən təlimatlandırılaraq onlara görəcəkləri işlərə görə təlimat keçilmişdir. İşçilər hər gün gündəlik təlimat kitabına imza etdikdən sonra işə buraxılmışlar. xx xxxxxxx 2019-cu il tarixdə “e-mail” vasitəsilə “xxxxxxxxxxxxx” MMC-nin logistika şöbəsi tikinti meydançasının ərazisində olan boruların daşınmalı olduğunu ona bildirmiş, şirkətlər arasında bağlanmış müqaviləyə əsasən metal boruların daşınması “xxxxxxxxx” MMC-yə aid olmuş, lakin “xxxxxxxxx” MMC-nin həmin vaxt texnikası olmadığı üçün boruların daşınmasından imtina etmiş və “xxxxxxxxxxxxx” MMC-dən texnikanı təşkil edəcəkləri təqdirdə pulunu ödəyəcəklərini bildirmişdir. Bundan sonra “xxxxxxxxxxxxx” MMC tərəfindən evakuator, kran, avtokar təşkil edilməklə bu barədə “e-mail” vasitəsilə “xxxxxxxxx” MMC-yə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixdə, səhər tezdən “xxxxxxxxx” MMC-nin işçilərindən 03 nəfər şəxs ayrılaraq evlərinə göndərilmiş, onlar gecə növbəsində boruların daşınması işi üçün nəzərdə tutulmuş və şəxslər Zərərçəkmiş şəxs, Şahid4 və X8 olmuşlar. Onlar axşam saat 18:00-da işə gəlmişlər. “xxxxxxxxx” MMC-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) üzrə mühəndisi Şahid6 tərəfindən həmin şəxslərə gecə növbəsində işə başlamamışdan əvvəl təhlükəsizlik qaydaları barədə təlimat keçirilmişdir. Həmin vaxt orada “xxxxxxxxx” şirkətinin 03 nəfər işçisindən başqa boruların daşınması işi üçün evakuator, kran və avtokar sürücüləri, iki nəfər ilməkçi və “xxxxxxxxxxxxx” şirkətinin logistika şöbəsinin işçisi Nurlan olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə, saat 04:00 radələrində şirkətdən zəng olunaraq Zərərçəkmiş şəxs adlı əməkdaşın öldüyü barədə məlumat verilmişdir. O da tikintiyə gəlmiş və hadisə barəsində maraqlananda məlum olmuşdur ki, “City Tower” in qarşısında tikinti meydançasında işləyən avtokar sürücüsü avtokarın çəngəlləri ilə 03 dəstə halında olan metal boruları götürüb tikinti meydançasındakı kranın yanına qoymaq istəyərkən metal borular avtokarın çəngəllərindən sürüşüb tikinti sahəsində mənfi 1-ci mərtəbəyə yük endirilməsi üçün nəzərdə tutulmuş boşluqdan aşağıya tökülmüş və mənfi 1-ci mərtəbədə dayanmış Zərərçəkmiş şəxs dəymiş, nəticədə sonuncu ölmüşdür. Təhlükəsizliyə dair tədbirlər görmək üçün həmin günü kifayət qədər vaxtı olmamış və nəticədə belə hadisə baş vermişdir. Hadisədən çox təəsüflənir, belə bir halın baş verməsini istəməzdi. Onu da qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşı ilə qeyri-rəsmi nikahdadır, himayəsində bir azyaşlı uşağı var. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X9 bildirdi ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır. Ramiz təxminən 1-2 il olar ki, “xxxxxxxxx” şirkətində usta köməkçisi vəzifəsində işləmiş, sonuncu iş yeri Dəniz Vağzalının yanında inşa olunan tikinti olmuşdur. Həmin tikintidə “xxxxxxxxx” şirkəti yanğın söndürmə işlərini həyata keçirirdi. Zərərçəkmiş şəxs hər gün saat 09:00-da işə getmiş, saat 18:00-da isə çıxmışdır. xx xxxxxxx 2019-cu il tarixdə, səhər saat 10-11 radələrində Ramiz evə gələrək axşam işə qayıdacağını deyib istirahət etmək üçün göndərildiyini demiş, axşam saat 18 radələrində yenidən işə getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, səhər saat 07 radələrində telefonuna zəng gəlmiş və qardaşı Ramizin yıxıldığı üçün xəstəxanaya aparıldığı deyilmişdir. Həmin vaxt öz iş yerindən çıxaraq xəstəxanaya getmişdir. Orada məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs işlədiyi tikinti sahəsinin mənfi 1-ci mərtəbəsində işləyən zaman tikinti meydançasından metal borular avtokarın çəngəllərindən sürüşüb aşağıya tökülərək ona dəymiş, nəticədə o, vəfat etmişdir. “xxxxxxxxx” şirkəti tərəfindən onlara maddi yardım göstərilmiş, Ramizin dəfn mərasimi xərcləri şirkət tərəfindən tam olaraq qarşılanmışdır. Qardaşı Zərərçəkmiş şəxs ölümü ilə bağlı hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2004-cü ildən müxtəlif şirkətlərdə avto yükləyici sürücüsü işləmiş, 2004-cü ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təkərli traktorları, o cümlədən, avto yükləyicini idarə etmək üçün sürücülük vəsiqəsi almış, 2018-ci ildə isə yeni sürücülük vəsiqəsi əldə etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64 saylı ünvanda “xxxxxxxxxxxxx” MMC tərəfindən “Aypara İnkişaf” layihəsi çərçivəsində biznes mərkəzi kimi fəaliyyət göstərəcək “City Tower” in tikintisində 05 günlük gecə növbəsində yük paylayıcı sürücüsü axtarıldığını eşitmişdir. Belə ki, Yusif adlı tanışı ona orada işləməyi təklif etmişdir. Son bir ayda işsiz olduğuna görə Yusifin təklifini qəbul etmiş, sonuncu da ona işin saat 18:00-da başlayıb, saat 02:00-da bitəcəyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində oraya getmiş, onu Elvin adlı şəxs qarşılayıb mühafizəçilərə təqdim etmişdir. Sonra Elvinlə birlikdə təhlükəsizlik barədə təlimat almaq üçün Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) mühəndisi Şahid1 yanına getmiş, Şahid1 onları qarşılayıb sənədlərinə baxıb tibbi arayışın olub-olmamasını soruşduqda, o, tibbi arayışı və sürücülük vəsiqəsini ona təqdim etmişdir. Həmin vaxt Şahid1 tikinti meydançasında sürət həddinin 5 km/saat olduğunu, maşın sürərkən dəbilqə, jilet və uzunboğaz çəkmənin geyinməsini deyib Elvinin maşınında olan ləvazimatlardan istifadə etməyi bildirmişdir. Gecə saat 02:30-a qədər metal boruları tikinti meydançasının digər tərəfindən biznes mərkəzi kimi fəaliyyət göstərəcək “City Tower”in qarşısına daşıyıb gətirmişdir. Boruların daşınması zamanı növbəti dəfə gəlib borunu rahat götürməsi üçün adını bilmədiyi bir nəfər fəhlə taxtaların götürülməsi və boruların avtokarın çəngəlinə bağlanması işi ilə məşğul olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə, saat 00:00-da bir saat yemək fasiləsi olmuş, sonra yenə boruları daşımağa davam etmiş, boruları gətirərkən Nurlan “City Tower”in qarşısındakı yük qaldıran kranın yanında dayanıb hansı nöqtəyə qoymasını göstərmişdir. Kranın yanında olan 02 nəfər şəs ilməkçidən biri tikinti meydançasında, digəri aşağıda dayanmış və yük qaldıran krana metal boruları “City Tower”in mənfi 1-ci mərtəbəsinə düşürmək üçün istiqamət vermişlər. Saat 02:45 radələrində Nurlan ona 01 saat fasilə olduğu üçün işin saat 03:00-da qurtaracağını demişdir. Sonuncu dəfə dəstə halında olan metal boruları götürüb yuxarıya qaldıraraq avto yükləyicini irəliyə doğru sürmüş, həmin vaxt isə borular avto yükləyicinin çəngəllərinə hər hansı şəxs tərəfindən bağlanmamışdır. Boruları götürüb taxtaların üstünə qoymaq üçün çəngəlləri aşağıya endirən zaman birdən səs gəlmiş, diqqət etdikdə boruların sol tərəfdən açılıb sürüşərək tikinti meydançasındakı boşluqdan aşağıya doğru töküldüyünü görmüşdür. Həmin vaxt borular boşluğun ətrafındakı dəmir armatur məhəccəri əyərək aşağıya töküldükdə “qaçın!” deyə qışqırmışdır. Daha sonra maşından düşüb baxdıqda Zərərçəkmiş şəxs “City Tower”in mənfi 1-ci mərtəbəsində beton örtüyün üzərində uzanıqlı vəziyyətdə olduğunu və beton örtüyünün üzərinin qan olduğunu görmüşdür. Metal boruların necə açılaraq sürüşərək tökülməsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2019-cu ilin sentyabr ayının 16-dan “xxxxxxxxx” MMC-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) mühəndisi vəzifəsində işləyir. Mühəndis kimi vəzifəsi işçiləri təhlükəsizlik qaydaları barədə təlimatlandırmaq, təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək, onların fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək və s. ibarət olmuşdur. Dəniz Vağzalının yanında yerləşən ərazidə gələcəkdə biznes mərkəzi olacaq “City Tower”in, yaşayış binasının və hündürmərtəbəli otelin tikintisində təhlükəsizlik sistemlərinin quraşdırılması “xxxxxxxxx” MMC-yə tapşırılmış, bununla bağlı şirkətlər arasında podrat müqaviləsi bağlanmışdır. Görülən tikinti işlərinə “xxxxxxxxxxxxx” şirkəti nəzarət etmişdir. İş saat hər gün 09:00-da başlayıb saat 18:00-da bitmiş, işə başlamazdan əvvəl işçilər onun tərəfindən təlimatlandırılmış və gündəlik təlimat kitabına imza etdikdən sonra işə buraxılmışlar. xx.xx.2019-cu ildə, saat 09:00-da işə gəlmiş, işə başlamazdan əvvəl bütün işçilərə görülən işlərə dair təlimat keçilmişdir. Tikinti meydançasına bir həftə əvvəl yanğın söndürmə sistemlərinin quraşdırılmasında istifadə edilməsi üçün təxminən 05 maşın metal boru gətirilib açıq sahəyə boşaldılmış, həmin boruların daşınması işi “xxxxxxxxx” MMC-yə aid olmuşdur. Həmin gün gecə boruların daşınması işində işləmələri üçün cəmiyyətin işçiləri Yadigar, Rövşən və Ramiz gecə növbəsi üçün ayrılmışdır. Gecə növbəsi, saat 19:00-da başlamışdır. Rövşən tikinti meydançasında, Ramiz “City Tower”in mənfi 1-ci, Yadigar isə “City Tower”in mənfi 3-cü mərtəbəsində olmuşdur. O, hər üç şəxsi “xxxxxxxxxxxxx” şirkətinin loqistika bölməsinə təqdim edərək “xxxxxxxxx” şirkətinin işçiləri olduğunu demişdir. Axşam saat 20 radələrində işdən evə getmiş, xx.xx.2019-cu ildə, saat 08 radələrində bədbəxt hadisə baş verdiyini öyrənmiş və bu barədə maraqlananda avtokarın çəngəllərindəki metal boruların oradan sürüşüb boşluqdan aşağı tökülərək mənfi 1-ci mərtəbədə işləyən Zərərçəkmiş şəxs dəydiyini və sonuncunun yerindəcə öldüyünü bilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə boruların daşınması üçün ayrılan işçilərin üzərində nəzarət edən şəxs kimi şirkət tərəfindən heç kim ayrılmamış, şirkət tərəfindən ona və ya şirkətin digər işçilərinə gecə iş prosesi zamanı nəzarət etmək üçün hər hansı bir göstəriş verilməmiş, hadisə vaxtı orada olmadığı üçün boruların boşluqdan sürüşüb aşağıya, yəni mənfi 1-ci mərtəbəyə tökülməsini görməmiş, əslində isə həmin boruların avtokarın çəngəlləri ilə götürüldükdən sonra kəmərlə çəngəllərə bağlanmalı olmuşdur. İş materiallarında olan: - “Baxış keçirilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokol və fotoşəkillərə əsasən hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64 saylı ünvanda aparılan tikinti sahəsidir. Tikintinin mənfi 1-ci mərtəbəsində yerdə beton örtüyü üzərində arxası üstə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs məxsus meyit olmaqla, ətrafında və baş nahiyəsində qanabənzər ləkələr yığılıb. Meyitdən sağ tərəfdə beton örtüyü üzərində dağınıq şəkildə 34 ədəd 6 metr uzunluqda qırmızı rəngli borular səpələnib. Meyitin yanında **-HM-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili dayanmış, baxışda iştirak edən Şahid8 həmin evakuatorun sürücüsü olduğunu və metal boruların evakuatorun üzərində olan boşluq hissədən sürüşərək Zərərçəkmiş şəxs dəydiyini bildirmişdir. Baxış zamanı “City Tower”in qarşısında tikinti meydançasına diqqət etdikdə yük qaldıran kranın sağında avtokar, onun yanında isə 3x8 metr ölçülərdə boşluq olmuş və həmin boğluğun sol tərəfindəki metal armaturlar sınaraq içəriyə doğru əyilmişdir (İ cild, i.v.4-21); - “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təchizi və quraşdırılması haqqında” xx xxxx 2019-cu il tarixli müqavilədən görünür ki, “xxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxx” MMC arasında mühəndislik, tikinti, quraşdırma, tamamlama və texniki dəstək xidmətlərinin həyata keçirilməsi və qüsurların aradan qaldırılması barədə müqavilə bağlanmış və qeyd olunan işlərin təhlükəsiz şəraitdə aparılmasını “xxxxxxxxx” MMC öz üzərinə götürmüşdür (İ cild, i.v.183-250, İİ cild, i.v.01-19); - Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxxxxxxx” MMC ********** nömrəli VÖEN əsasında xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir (İİ cild, i.v.66-67); - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 08 və xx xxxxxx 2017-ci il tarixli xüsusi lisenziyalardan görünür ki, “xxxxxxxxx” MMC-yə yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirməsi, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasının həyata keçirilməsinə icazə verilir (İİ cild, i.v.69-71); - xx.xx.2018-ci il tarixli, 11-KŞ nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-də əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin alındığı tarixdən mexaniki şöbəyə usta köməkçisi vəzifəsinə təyin edilmişdir (İİ cild, i.v.76, 81); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Nəsimi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 95 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs meyitində baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, beyinciyin, uzunsov beyinin və Varol körpüsünün toxumasına qansızma, kəllə sümüklərinin qəlpəli sınıqları, sol gicgah-təpə-ənsə nahiyəsində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızma, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağdan İİİ, İV, V, Vİ qabırğaların kürək xətti üzrə, soldan İİİ, İV qabırğaların örta körpücük, V, Vİ qabırğaların ön qoltuq xətləri üzrə sınıqları, sağ ağciyərin və qaraciyərin cırılmış yaraları, döş qəfəsinin ön və sağ yan səthlərinin, sağ budun qançırları, alın nahiyəsinin, hər iki bazunun, döş qəfəsinin ön səthinin, sağ budun sıyrıqları vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən onun ölümündən az əvvəl, yəni, xx.xx.2019-cu il tarixdə əmələ gəlmişlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər, qərarda göstərilən şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb bədənin küt travma nəticəsində qabırğaların çoxsaylı sınıqları, qaraciyərin və sağ ağciyərin cırılması ilə müşayiət olunan baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızma və kəllə sümüklərinin sınıqları olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2019-cu il tarixdə, saat 09:00-da) 6-8 saat əvvəl baş vermişdir (İİ cild, i.v.224- 229); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə tibbi-biologiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 812/2019-MTBŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi-A-beta/İİ/. Ekspertizaya təqdim edilən hadisə yerindən 02 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” antiqeni və həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (İİİ cild, i.v.32-36); - Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş Təhqiqat Aktına əsasən “xxxxxxxxxxxxx” MMC-yə aid “X10”nin tikintisində “xxxxxxxxx” MMC-nin usta köməkçisi Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə, saat 03 radələrində ölümü ilə nəticələnmiş bədbəxt hadisənin səbəbləri Tikinti Norma və Qaydalarının (“Tikintidə təhlükəsizlik texnikası” СНиП İİİ-4-80) 1.28-ci bəndinin (İşlərin təhlükəsiz aparılması üçün texniki və təşkilati tədbirləri özündə əks etdirən “İşlərin icra layihəsi” olmadan işlərin görülməsinə icazə verilmir) və DÜİST 12.3.009-76 “Yükləmə-boşaltma işləri”nin 2.1-ci bəndinin (yükləmə-boşaltma işləri texnoloji kartaya, işin icra layihəsinə, texnoloji təlimatlara .... uyğun aparılmalıdır) tələblərinə əməl olunmamasıdır. Hadisənin baş verməsində “xxxxxxxxx” MMC-nin layihə rəhbəri Aleksandar Glisicin cavabdehliyi müəyyən edilir (İİİ cild, i.v.71-74); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: - xx xxxxxx 2020-ci il tarixli, 29724 saylı rəyinə əsasən “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təchizi və quraşdırılması” barədə CR-0336 nömrəli müqavilənin 21.1-ci bəndinə və “xxxxxxxxx” MMC-nin layihə rəhbərinin vəzifə təlimatına əsasən metal boruların daşınması işlərinə başlamazdan əvvəl iş icra layihəsi hazırlanmadığına, işlərə rəhbərlik edən şəxs təyin olunmadığına, çəngəlli avtokar ilə boruların daşınması üçün heç bir təhlükəsizlik tədbirləri görülmədiyinə görə “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.3, 7.1-ci bəndlərinin və “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri “xxxxxxxxx” MMC-nin direktoru və rəhbəri tərəfindən pozulmuşdur. “xxxxxxxxxxxxx” MMC-nin SƏTƏM üzrə müfəttişinin vəzifə təlimatına əsasən yoxlama nəticəsində uyğunsuzluqların (metal boruların təhlükəli şəraitdə daşınması) aşkar edilərək aradan qaldırılması təşkil olunmadığına görə “Yükləmə boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri “xxxxxxxxxxxxx” MMC-nin SƏTƏM üzrə müfəttişi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. “Yükləmə boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.14cü bəndinin tələbinə əsasən metal borular işə rəhbərlik edən şəxsin nəzarəti ilə avtokarın çəngəlinə bərkidilməli idi. Aparılmış tədqiqatın dəyəri 102 manatdır (İİİ cild, i.v.211-216); - xx xxx 2020-ci il tarixli, 10/712 saylı rəyinə əsasən baş vermiş hadisə ilə əlaqdar əməyin mühafizəsinə dair “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “Əmək müqaviləsinə vəzifə səlahiyyətlərinin əlavə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 114 nömrəli əmrə əsasən “Crescent Development” layihəsi üzrə bütün işlərə, təhlükəsizlik tədbirlərinə nəzarət və rəhbərlik etmək vəzifəsi “xxxxxxxxx” MMC-nin layihə rəhbərinə həvalə edildiyini, “xxxxxxxxxxxxx” MMC-nin SƏTƏM üzrə mühəndisi Şahid1 işçilərin icazə sənədlərini yoxlamaq məqsədi ilə işi dayandırdığı zaman metal boruların avtokarın çəngəlinə bağlanaraq daşındığını nəzərə aldıqda, əməyin mühafizəsinə dair “Yükləməboşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri “xxxxxxxxx” MMC-nin layihə rəhbəri Aleksandar Glisic tərəfindən pozulmuşdur. Belə ki, “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması barədə” CR-0336 nömrəli müqavilənin 21.1-ci bəndinə və “xxxxxxxxx” MMC-nin layihə rəhbərinin vəzifə təlimatına əsasən metal boruların daşınması işlərinə başlamazdan əvvəl onun tərəfindən iş icra layihəsi işlənib hazırlanmalı, işlərə rəhbərlik edən şəxs təyin olunmalı, çəngəlli avtokar ilə boruların daşınması üçün təhlükəsizlik tədbirləri görülməli idi. Aparılmış tədqiqatın dəyəri 102 manatdır (İV cild, i.v.75-78); - xx xxx 2020-ci il tarixli, 10/838 saylı rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsinə dair “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “Əmək müqaviləsinə vəzifə səlahiyyətlərinin əlavə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 114 nömrəli əmrə əsasən “Crescent Development” layihəsi üzrə bütün işlərə, təhlükəsizlik tədbirlərinə nəzarət və rəhbərlik etmək vəzifəsinin “xxxxxxxxx” MMC-nin layihə rəhbərinə həvalə edildiyini, “xxxxxxxxxxxxx” MMC-nin SƏTƏM üzrə mühəndisi Şahid1 işçilərin icazə sənədlərini yoxlamaq məqsədi ilə işi dayandırdığı zaman metal boruların avtokarın çəngəlinə bağlanaraq daşındığını nəzərə aldıqda, əməyin mühafizəsinə dair “Yükləməboşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”ün 2.1, 2.5, 2.9, 2.14-cü bəndlərinin tələbləri “xxxxxxxxx” MMC-nin layihə rəhbəri Aleksandar Glisic tərəfindən pozulmuşdur. Belə ki, “Yanğından mühafizə və yanğın siqnalizasiyası sistemlərinin təhcizi və quraşdırılması barədə” CR-0336 nömrəli müqavilənin 21.1-ci bəndinə və “xxxxxxxxx” MMC-nin layihə rəhbərinin vəzifə təlimatına əsasən metal boruların daşınması işlərinə başlamazdan əvvəl onun tərəfindən iş icra layihəsi işlənib hazırlanmalı, işlərə rəhbərlik edən şəxs təyin olunmalı, çəngəlli avtokar ilə boruların daşınması üçün təhlükəsizlik tədbirləri görülməli idi. “xxxxxxxxx” MMC-nin direktoru və “xxxxxxxxxxxxx” MMC-nin SƏTƏM üzrə mühəndisi tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 102 manatdır (İV cild, i.v.94-98); - “Maddi sübut qismində tanıma haqqında” xx xxxx 2020-ci il tarixli qərarla hadisə yerindən götürülmüş 02 ədəd tampon və 01 ədəd dəbilqə (kaska) iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (İV cild, i.v.10); - “Əmək müqaviləsinə vəzifə səlahiyyətlərinin əlavə edilməsi haqqında” “xxxxxxxxx” MMC üzrə xx.xx.2019-cu il tarixli, 114 nömrəli əmrə əsasən Aleksandar Glisic “Crescent Development” Layihəsində layihə rəhbəri təyin olunmuş və layihə üzrə bütün işlərə, təhlükəsizlik tədbirlərinə nəzarət və rəhbərlik ona həvalə edilmişdir (İV cild, i.v.25-26); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına görə Aleksandar Glisic əvvəllər məhkum olunmamışdır (İV cild, i.v.63); - Notariat qaydasında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən aydın olur ki, zərər çəkmiş şəxsin hüquqi varisi X5 “xxxxxxxxx” MMC, “xxxxxxxxxxxxx” MMC və onun podratçılarına qarşı iddiası və tələbi yoxdur (İV cild, i.v.68); - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aleksandar Glisicin xx.xx.2011-ci il təvəlüdlü Azərbaycan Respublikasının vətəndaşı olan bir övladı var (İV cild, i.v.158). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək işçinin əsas vəzifələrindən biridir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Aleksandar Glisicin hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Aleksandar Glisic Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Aleksandar Glisicin zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, habelə himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Aleksandar Glisicə onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə məhkəmə Aleksandar Glisicin ailə vəziyyətini və cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də X6 Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Aleksandar Glisicə təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Aleksandar Glisicin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa Aleksandar Glisic barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 306 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər prokurorluğununmaddi sübutlar otağında saxlanılan 02 ədəd tampon və 01 ədəd dəbilqə (kaska) məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Aleksandar Glisic Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Aleksandar Glisicə təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Aleksandar Glisicin üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Aleksandar Glisicin üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Aleksandar Glisicə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Aleksandar Glisic barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 306 (üç yüz altı) manat pul Aleksandar Glisicdən tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər prokurorluğununmaddi sübutlar otağında saxlanılan 02 ədəd tampon və 01 ədəd dəbilqə (kaska) məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar