Məhkəmə qərarları › İş №1(006)-189/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-189/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-189/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 (mülki iddiaçı): Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 184-də yaşayan, hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə məhkum olunaraq azadlıqdan məhrum etmə cəzasını çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməklə onu Göyçay rayonunda yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi olaraq işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ondan 02 may 2019-cu il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin filialının qarşısında 2.000 manat məbləğində pulu alıb vədinə əməl etməyərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o:  Zərərçəkmiş şəxs4 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edib aldatmaqla X4 Tibb Universitetinin onun adına verilmiş diplomunu guya işlədiyi nazirlik tərəfindən təsdiqlədəcəyini yalan vəd verərək ondan 07 oktyabr 2019-cu il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanda yerləşən uşaq bağçasının qarşısında 4.000 manat, eyni adla oktyabr ayının 14-də, saat 16 radələrində həmin ünvanda 7.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 11.000 manat;  Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun əri Şahid3 pensiya təyin olunmasında köməklik edəcəyini yalan vəd verib aldadaraq ondan 09 mart 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “McDonald’s” restoranının yaxınlığında 4.000 manat;  Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməklə onun qızı Şahid8 Yevlax rayonu Qaramanlı kənd orta məktəbinə müddətsiz müqavilə üzrə müəllimə vəzifəsinə işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq ondan 19 may 2020-ci il tarixdə "xxxx" KB ASC-nin “Nərimanov” filialı vasitəsilə göndərdiyi 4.500, daha sonra Şahid8 gələcəkdə Mingəçevirdə yerləşən orta məktəblərdən birinə müəllimə olaraq işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 02 iyul 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanda yerləşən Azərbaycan Kooperasiya Universitetində Zərərçəkmiş şəxs2 tanışı Şahid4 vasitəsilə göndərdiyi 5.000 manat pulu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdar təşkil edən 9.500 manat;  Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməklə onu Bakı şəhəri, Sabunçu rayonu 148 saylı tam orta məktəbə müəllimə olaraq işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq ondan 16 iyul 2020-ci il tarixdə, saat 17 radələrində və iyul ayının 29-u, saat 14 radələrində ünvan 5 ünvana yerləşən “Madam Beauty” gözəllik salonunda hər dəfə 2.500 manat, ümumilikdə 5.000 manat;  X1 etibarından sui-istifadə edərək özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməklə onun qızı Aydan Abasovanı Bakı Avropa Liseyinə qəbul imtahanından keçməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq ondan 07 avqust 2020-ci il tarixdə, saat 15 radələrində ünvan 6 ünvanda yerləşən "xxxx" KB ASC-nin qarşısında 700 manqat, eyni adla avqust ayının 10-da, saat 15 radələrində həmin ünvanda 1.200 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1.900 manat məbləğində pulu alıb ələ keçirməklə zərər çəkmiş şəxslərə verdiyi vədlərinə əməl etməyib təkrarən dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 əvvəllər işlədiyi gözəllik salonundakı saç ustası Könülün vasitəsilə tanımışdır. Heç vaxt Təhsil Nazirliyində işləməsə də, Vəfaya Göyçay rayonunda yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi olaraq işə düzəlməkdə köməklik edəcəyini vəd vermişdir. Bu adla ondan 2.000 manat pul alıb məsələnin həllinə çalışmış, lakin bu mümkün olmamışdır. Sonradan Vəfanın əlaqə vasitələri barədə məlumatları itirdiyindən onun pulunu qaytara bilməmişdir. Bundan başqa o, tanışı Anar vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs6 onun qızı Aydanı Bakı Avropa Liseyində təhsil alması üçün qəbul imtahanından keçməsinə köməklik edəcəyini vəd verib ondan 2020-ci ilin avqust ayında iki dəfəyə 1.900 manat pul almış, lakin işi həll edə bilməmiş, daha sonra tutulduğu üçün aldığı pulu qeri qaytarmamışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs4 X4 Tibb Universitetinin ona məxsus diplomunun Təhsil Nazirliyində təsdiq olunmasında köməklik etmiş, bu adla ondan yalnız 4.000 manat pul almışdır. Sonradan Könül işin həllinin gecikməsindən narazı olduğuna görə verdiyi pulu ondan geri istəməyə başlamış, o da həmin pulu qaytarmışdır. Bununla belə Könül ondan verdiyi pulun faizini də tələb etdiyindən ona 2.000 manat da pul vermişdir. Hazırda Könülə borcu qalmayıb. Bundan başqa, o, tanışı Aslanın vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 qızı Türkanı Yevlax rayonu Qaramanlı kənd orta məktəbinə müddətsiz müqavilə əsasında müəllim olaraq işə düzəltməyi vəd vermişdir. İşin həllini 4.500 manata razılaşmış və 19 may 2020ci il tarixdə bank vasitəsilə göndərilmiş bu pulu qəbul etmişdir. Türkanı gələcəkdə Mingəçevir şəhərində yerləşən məktəblərin birinə müəllimə düzəltmək üçün Zərərçəkmiş şəxs2 Mərdan adlı şəxsdən göndərdiyi 5.000 manat pulunu almamışdır. Habelə, tanışı Aslanın vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 onun əri Şahid3 pensiya düzəltməyi vəd vermiş və bu məsələnin həlli üçün Elnarədən 4.000 manat almış, lakin tutulduğu üçün ona köməklik edə bilməmişdir. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri Sabunçu rayonu 148 saylı tam orta məktəbə müəllimə olaraq işə düzəlməsində köməklik edəcəyini vəd etmişdir. Bu adla Nərmindən 16 iyul 2020-ci il tarixdə 5.000 manat pul almışdır. Lakin tutulduğundan verdiyi vədə əməl edə bilməmiş və pulu da qaytara bilməmişdir. Törətdiyi əməllərdən peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı var. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2019-cu ilin may ayında Bakı şəhəri, Xətai rayonunda yerləşən “Könül beauty house” gözəllik salonunda usta olaraq işləyən bibisi qızı Könül ilə söhbət edərkən ona Göyçay rayonundakı orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi kimi işə düzəlmək istədiyini və bunun üçün tanış birinin axtardığını demişdir. Bu vaxt Könül ona müştərisi olan Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyini, lazım olarsa ondan məsələ ilə bağlı məlumat ala biləcəklərini söyləmişdir. O da Xədicə ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlayıb məsələ ilə maraqlanmış və sonuncu ilə 2.000 manata işin həlli üçün razılaşmışlar. O, Könüllə birlikdə 02.05.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən "xxxx" ASC-nin filialının yaxınlığındakı kafedə Xədicə ilə görüşmüşdür. Söhbət ərəfəsində Xədicə Təhsil Nazirliyində işlədiyini, tanışları vasitəsilə imtahan zamanı onun üçün vakant yer açdıracağını söyləmişdir. O da Xədicənin dediklərinə inanıb 2.000 manatı bankomatdan çıxararaq Könülün yanında ona vermişdir. Bir müddət keçdikdən sonra isə onun işi həll olunmamış, Xədicə ilə də əlaqə saxlaya bilməmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2018-ci ilin qış aylarında Təqsirləndirilən şəxs onun işlədiyi klinikaya müraciət edərək liposaksiya əməliyyatı olunmuşdur. Elə həmin vaxtdan aralarında münasibət yaranmışdır. Bir gün söhbət zamanı Xədicə ona guya Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işlədiyini demiş, o da ona X4 Tibb Universitetinin bitirdiyini, lakin diplomunun Təhsil Nazirliyində təsdiq olunmadığını söyləmişdir. Xədicə ona 11.000 manat pulun müqabilində diplomun təsdiq olunmasında köməklik edə biləcəyini demiş, o da bununla razılaşmışdır. 07 oktyabr 2019-cu il tarixdə, saat 16 radələrində o, Xədicə ilə ünvan 7 ünvanda yerləşən uşaq bağçasının qarşısında görüşüb sonuncuya 4.000 manat pulu və bəzi sənədləri, oktyabr ayının 14-ü, saat 16 radələrində isə yenidən həmin ünvanda 7.000 manat pulu vermişdir. Xədicə pulu alıb iki ay ərzində diplomu təsdiq etdrib verəcəyini demişdir. Bir müddət sonra o, Xədicəyə zəng edib məsələ ilə maraqlandıqda, sonuncu guya diplomdakı rəqəmlərdə yanlışlıq olduğundan işin həllinin gecikdiyini bildirmişdir. Lakin sonradan onun işi alınmamış, Xədicə də aldığı puldan 2.000 manat geri qaytarmış, qalan 9.000 manatı isə hələ də qaytarmamışdır. Xədicənin ondan guya 4.000 manat pul alması və bu məbləği də 2.000 manat faizlə birlikdə qaytarılması həqiqətə uyğun deyil, Xədicənin yalanıdır. Ona vurulmuş zərərin qalan hissəsi ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, işsiz olduğundan Mingəçevir Dövlət Universitetində operator olaraq işə düzəlmək istəmişdir. Bu barədə tanışı Aslana söylədikdə sonuncu guya Təhsil Nazirliyində işləyən Xədicəyə zəng edib məlumat vermişdir. Xədicə bir neçə gündən sonra ona zəng edib Mingəçevir Dövlət Universiteti rektoru ilə danışdığını və onun işinin düzələcəyini bildirmişdir. Sonradan Xədicə ilə əlaqə saxlayıb əri Mənsurun belində “qasıq yırtığı” olduğundan işləyə bilməyəcəyini, lakin artıq maddi durumlarının pis olduğunu söyləmişdir. Xədicə də ona 4.000 manata Mənsurun adına pensiya düzəltdirməyi təklif etmişdir. O, bununla razılaşıb əri ilə bərabər 09 mart 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “McDonald’s” restoranının yaxınlığında Xədicə ilə görüşmüş, ona 4.000 manat pulu və bəzi sənədləri vermişdir. Xədicə pulu alıb ayın sonuna kimi pensiyanın düzələcəyini desə də, onunla əlaqə saxladıqda hər dəfə bəhanələr gətirib məsələnin həllini uzatmışdır. Xədicədən pulunu geri istədikdə isə sonuncu onu qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2020ci ilin mayında qızı Şahid8 müddətsiz müqavilə əsasında müəllimə olaraq işə düzəlməsi barədə əmisi qızı Zərərçəkmiş şəxs5 ilə söhbət etmiş, Elnarə də ona Aslan adlı tanışının Təhsil Nazirliyində işləyən Xədicə adlı qadını tanıdığını və sonuncunun məsələ ilə bağlı köməklik edə biləcəyini demişdir. Bir neçə gündən sonra o, Xədicə ilə əlaqə saxlayıb qızı Türkanı müddətsiz müqavilə əsasında Yevlax rayonu Qaramanlı kəndindəki orta məktəbə müəllimə olaraq işə düzəltmək istədiyini söyləmişdir. Xədicə 4.500 manat pula bu məsələni həll edə biləcəyini demiş, o da razılaşmışdır. 19 may 2020-ci il tarixdə, saat 15 radələrində yaşadığı ünvan 8 ünvanda Türkanın yanında 4.500 manat pulu Xədicəyə çatdırmaq üçün əmisi qızı Elnarəyə vermiş, sonuncu da həmin pulu əri Mənsur Qədirovun adından bank vasitəsilə Xədicənin verdiyi Şahid6 adlı qadının bank hesabına göndərmişdir. Xədicə pulu aldıqdan sonra ona zəng edib Türkanın işini bir ay ərzində həll edəcəyini demişdir. Daha sonra o, Xədicədən qızı Türkanın gələcəkdə Yevlax rayonundakı məktəbdən Mingəcevir şəhərində olan məktəblərdən birinə köçürülməsi məsələsinin həllində də köməklik göstərməsini xahiş etmişdir. Xədicə bu işi 5.000 manata rahatlıqla düzəldə biləcəyini söyləmiş, o da buna etiraz etməmişdir. Bu barədə əri İsmayıla danışmış və onun Bakıda olan dostu Şahid4 vasitəsilə 02 iyul 2020-ci il tarixdə Xədicəyə 5.000 manat pul göndərmişdir. Lakin Xədicə verdiyi vədlərə əməl etməmiş, həmçinin aldığı 9.500 manatı da geri qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2020ci il iyun ayının sonlarında “Medilux” klinikasında müalicə olunarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu ona özünü Təhsil Nazirliyində yüksək vəzifədə işləyən biri kimi təqdim etmişdir. O da Xədicəyə kimya fakültəsini bitirdiyini və müəllimə olaraq işləmək istədiyini söyləmiş, sonuncu da ona Bakı şəhəri, Sabunçu rayonu 148 saylı tam orta məktəbə kimya müəlliməsi kimi işə düzəlməkdə köməklik edə biləcəyini demişdir. Xədicə ilə 5.000 manata razılığa gəlib 16 iyul 2020-ci il tarixdə, saat 17 radələrində sonuncunun işlətdiyi, ünvan 5 ünvanda yerləşən “Madame Beauty” adlanan gözəllik salonunda ona 2.500, iyul ayının 29-u, saat 14 radələrində isə bacısının əri Şahid9lə birlikdə həmin ünvanda qalan 2.500 manat pulu və bəzi sənədləri vermişdir. Xədicə ona on gün ərzində işin düzələcəyini desə də, sonradan o, onunla əlaqə saxlaya bilməmişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, iş yoldaşları ilə qızı Aydanın Bakı Avropa Liseyində təhsil almasının istədiyi ilə bağlı danışdıqda, iş yoldaşı olan Şahid1 Təhsil Nazirliyində işləyən tanışının bu məsələdə ona kömək edə biləcəyini söyləmişdir. O da Anarla birlikdə 07.08.2020-ci il tarixdə, saat 15 radələrində ünvan 9 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında Xədicə ilə görüşüb ona 700 manat pulu, bəzi sənədləri, avqust ayının 10-u, saat 15 radələrində isə yenidən Anarla birlikdə həmin ünvanda Xədicəyə qalan 1.200 manat pulu vermişdir. Xədicə pulu alıb onu arxayın salaraq işin on günə düzələcəyini vəd vermişdir. Sonra Xədicəyə zəng edib iş ilə maraqlandıqca o, sənəd qəbulunun uzandığını, özünün xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra o, işin alınmadığını görüb Xədicədən pulunu geri tələb etdikdə, sonuncu pulu qaytarmamışdır. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxs qarşı vermiş olduğu mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 Zakir oğlu ifadəsində göstərdi ki, 2019-cu il fevralın sonunda o, Babək prospekti ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin nasaz olduğunu görüb ona köməklik göstərmişdir. Xədicə ilə söhbət ərəfəsində sonuncu Təhsil Nazirliyində işlədiyini, təhsil sahəsi ilə bağlı istənilən işdə köməklik edə biləcəyini demiş və öz əlaqə nömrəsini vermişdir. 2020-ci ilin iyul ayının sonlarında iş yoldaşı Zərərçəkmiş şəxs6 ona qızı Aydanın Bakı Avropa Liseyində təhsil almasını nistədiyini, lakin qəbul imtahanından keçə bilmədiyini söyləmişdir. O da ona tanışı Xədicənin Təhsil Nazirliyində işlədiyini deyərək ona zəng edib ondan məsələnin həllində köməklik göstərməsini xahiş etmişdir. Xədicənin nömrəsini Ülkərə verdikdən sonra onlar bir-biri ilə əlaqə saxlamışlar. Aralarındakı razılığa görə Xədicə Ülkərdən qızının işinin düzəlməsi üçün 1.900 manat pul istəmişdir. 07 avqust 2020-ci il tarixdə, saat 15 radələrində, Ülkər onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən "xxxx" ASC-nin qarşısında Xədicə ilə görüşüb sonuncuya 700 manatı, avqust ayının 10-u, saat 15 radələrində isə yenidən həmin ünvanda qalan 1.200 manat pulu vermişdir. Lakin Xədicə nə verdiyi vədə əməl etmiş, nə də pulu qaytarmışdır. İş materiallarında olan:  19.05.2020-ci il tarixli, BPM24159 saylı bank qəbzinin surətinə görə Mənsur Qədirov "xxxx" ASC-nin “Nərimanov” filialında olan Şahid6 hesabına 4.500 manat məbləğində pul köçürür (İ cild, i.v.141);  “Üzləşdirmə haqqında” 14.01.2021-ci saylı protokola əsasən Şahid4 bildirir ki, “Qarşımda oturan şəxs Xədicədir, onu bir dəfə görmüşəm. Onunla heç bir münasibətim yoxdur. Xatirənin qızı Türkan mənə demişdir ki, Xədicə mən sənə 5.000 manat pul verməliyəm. Sən Xədicə 02 iyul 2020-ci il tarixdə işlədiyim Azərbaycan Kooperasiya Universitetində olan zaman saat 14 radələrində mənə yaxınlaşdın, İsmayılın arvadının dediyi kimi 5.000 manatı sənə verdim, sən də pulu məndən aldıqdan sonra qara rəngli avtomobilə minib getdin.” (İ cild, i.v.213);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.10.2020-ci il tarixli arayışı və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 3.500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 18.09.2018-ci il tarixdə cəriməni tam ödədiyindən qeydiyatdan çıxarılmışdır. Sonra o, həmin məhkəmənin 18.09.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 4.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 03.02.2020-ci il tarixdə cərimə cəzasını tam ödəmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilərək o, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinib 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq olunmaqla Bakı Apellyasiya Məhkəməsinin 24.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla onun üzərində 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 09.09.2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.08.2021-ci il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən saxlanılmışdır (İ cild, i.v.169-171, 192-206, İİ cild);  Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs6 dələduzluq nəticəsində ondan alınmış 1.900 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat, ümumilikdə 1.930 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İİ cild);  Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs 31.03.2012, 05.09.2013 və 01.06.2015-ci il təvəllüdlü 3 uşağı var (İ cild, i.v.166-168). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd);dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməllərdən Zərərçəkmiş şəxs2 qızı Şahid8 Mingəçevir şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə olaraq işə düzəlməsində köməklik edəcəyini vəd verib bu adla onun tanışı Şahid4 vasitəsilə göndərdiyi 5.000 manat pulu almadığını, həmçinin digər epizod üzrə Zərərçəkmiş şəxs4 da 11.000 manat deyil, yalnız 4.000 manat aldığını və bu pulu da qaytardığını bildirsə də, məhkəmə istintaqında tədqiq olunmuş və məntiqi baxımından biribirini tamamlayan təkzibedilməz digər dəlillərlə ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 vurulmuş zərər üzrə qismən ödənişin etməsini Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də dəfələrlə dələduzluğa görə məhkum edilməsini, bununla da islah olunmayaraq kriminal meyilli şəxs olaraq qalmasını, habelə hazırda da analoji əməllərə görə məhkum olunub azadlıqdan məhrum etmə cəzasını çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusunaböyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla qəti cəza təyin olunmalı və onun hazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin, onun cəzasının əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş vaxtdan - 09.09.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.900 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs6 ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.900 (bir min doqquz yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar