Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-189/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş hüquqi şəxs X16 X11 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, rus milliyətli, orta təhsilli, issiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respubikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 00:02 radələrində ünvan 4 ünvanda yerləşən Yunus Emre X2rşısına gəlib orada aralarında apardıqları rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə qeyd olunan Mərkəzin çöl hissəsində quraşdırılmış X16 X12 məxsus 01 ədəd 200 manat dəyərində üzərində “2PS164D5BA02” yazıları olan “Panasonic” markalı kondisioner kompressorunun və 01 ədəd 150 manat dəyərində “Beko” markalı kondisioner kompressorunun boltlarını özündə olan istintaqa məlum olmayan kəlbətinlə açıb həmin kondisioner kompressorlarını gizli olaraq talamaqla ümumilikdə X16 X12 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanda yerləşən obyektin qarşısına gəlib həmin obyektin çöl hissəsində quraşdırılmış Zərərçəkmiş şəxs məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 300 manat dəyərində “Bosch” markalı kondisionerin kompressorunun boltlarını özündə olan istintaqa məlum olmayan kəlbətinlə açıb həmin kondisioner kompressorunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 00:02 radələrində ünvan 4 ünvanda yerləşən Yunus Emre X2rşısına gəlib orada aralarında apardıqları rolların bölgüsünə əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan Mərkəzin çöl hissəsində quraşdırılmış X16 X12 məxsus 01 ədəd 200 manat dəyərində üzərində “2PS164D5BA02” yazıları olan “Panasonic” markalı kondisioner kompressorunun və 01 ədəd 150 manat dəyərində “Beko” markalı kondisioner kompressorunun boltlarını özündə olan istintaqa məlum olmayan kəlbətinlə açıb həmin kondisioner kompressorlarını gizli olaraq talamaqla ümumilikdə X16 X12 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işləmir, yetimdir. İmkansızlıqdan oğurluq etmişdir. Lakin oğurluq əməlini Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub törətməmişdir. Belə ki, 14 noyabr 2021-ci il tarixə keçən gecə saat 1-ə işləmiş ünvan 4 ünvanda yerləşən X7rşısından keçən zaman Mərkəzin qarşısında olan kondisionerləri görmüşdür. Ondan əvvəl kimsə söküb havalandırma sistemini oğurlamış, iki kondisioner qalmışdı. O, iki ədəd kompressoru söküb qara sellofana qoymuşdur. X5rluq edəndən sonra yolda təsadüfən Təqsirləndirilən şəxs2 görmüşdür. O, motorlar ağır olduğundan Azərə motorları maşına qoymağa kömək etməsini xahiş etmişdir. Azər sellofanın içərisində nə olduğunu soruşmuş, o da motor olduğunu demiş, amma oğurluq olduğunu deməmişdir. Kompressorları aparmaq üçün taksi saxlatmış, taksi sürücüsünün Şahid5 olduğunu görmüşdür. Onlar Azərlə birlikdə motorları maşına qoymuşlar. Azər də onunla birlikdə maşına minmişdir. Belə ki, Azər dönərxanaya getdiyindən oradan keçəcəkləri üçün onu da yolüstü düşürmüşlər. “Kövsər” dönər evinə çatanda Azər maşından düşmüş, o da oğurladığı kompressorları satmaq üçün metal qəbulu məntəqəsinə aparmışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün Vüsalın sürücülük vəsiqəsi ilə həmin kompressorları metal qəbulu məntəqəsinə satmışdır. Digər oğurluğu isə gecə saat 2-3 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 199 ünvanında yerləşən obyektdən etmişdir. Obyekt işlək vəziyyətdə olmamışdır. O, həmin obyektdən “Bosch” markalı kondisionerin bir ədəd kompressorunu götürmüşdür. Dəymiş zərəri ödəməyə imkanı yoxdur. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq etməmişdir. Belə ki, o, 13 noyabr 2021-ci il tarixdə saat 12-yə qalmış evdən çıxıb siqaret almağa getmişdir. Hadisə baş verən əraziyə saat 1-ə işləmiş çatmışdır. Köşkdən siqaret alıb qayıdarkən yolda təsadüfən Stepanla rastlaşmışdır. O, Stepanı 2 aydır ki, tanıyırdı. Belə ki, onlar sökülən evlərdə briqadirlə danışır, həmin evlərin əşyalarını aparıb satırdılar. Stepan əlindəki yüklər ağır olduğundan ondan kömək etməsini istəmişdir. O da Stepana əlindəki əşyanı maşına qoymağa kömək etmişdir. Lakin Stepandan əlindəkinin nə olduğunu soruşmamışdır. Daha sonra o, Stepandan onu da yolda dönərxanaya düşürməsini istəmiş, Stepanla birlikdə maşına minmiş və “Kövsər” dönər evinə getmiş, orada maşından düşmüşdür. O, Stepanla metal qəbulu məntəqəsinə getməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 199 saylı ünvanda yerləşən obyektin sahibidir. Lakin həmin obyekt uzun müddət idi ki, işləmirdi. 15 noyabr 2021-ci il tarixdə saat 12 radələrində obyektin yanından keçərkən obyektin kondisonerinin kompressorunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, bu hadisə barədə əvvəlcə DİN-nin 102 xidməti zəng mərkəzinə, sonra isə Nəsimi RPİ-nin 22-ci PŞnə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Lakin təqsirləndirilən şəxslərdən şikayəti və onlara qarşı tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, oğurlanmış 2 ədəd kompressor Yunus Emre X3ytarılmışdır, lakin yararsız vəziyyətdədirlər. Təqsirləndirilən şəxslərdən şikayəti və onlara qarşı tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X4 Mərkəzində işləyir. 14 noyabr 2021-ci il tarixdə o, səhər işə gələrkən mərkəzə məxsus iki ədəd kondisioner kompressorunun naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar elmişdir. Bu barədə dərhal Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Hazırda sadəcə motor qaytarılmışdır, amma kondisioner hazırda yararsız vəziyyətdədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, Stepan Nikolayeviçi təxminən 20 günə yaxındır ki, tanıyır. Belə ki, Stepan əvvəlcə tək gəlib ondan metal gətirərsə alıb-almayacağını soruşmuş, o da cavabında vəsiqəsi varsa metal ala biləcəyini bildirmişdir. Stepan da çıxıb getmişdir. Daha sonra Stepan yanında Azər adlı bir nəfər şəxslə yenidən məntəqəyə gəlib iki ədəd kompressor olduğunu bildirmiş, o da ancaq vəsiqə təqdim edərsə, kompressorları götürə biləcəyini demişdir. Stepan da vəsiqələri olmadığını demişdir. O, hər iki şəxsə vəsiqələri yoxdursa, kompressorları gətirməmələrini bildirmiş, onlar da heçnə demədən çıxıb getmişlər. Həmin gün, yəni 14 və ya 15 noyabr 2021-ci il tarixdə təxminən 2-3 saat sonra Şahid5 məntəqəyə gələrək iki ədəd kondisioner kompressorunu satmaq istədiyini bildirmişdir. O da bunun üçün Vüsaldan vəsiqə istəmiş, Vüsal sürücülük vəsiqəsini təqdim etmişdir. O, sonuncunun sürücülük vəsiqəsinin fotoşəklini mobil telefon aparatı ilə çəkib əslini özünə qaytarmış, ancaq bu barədə heç bir qeydiyyat aparmamışdır. Kompressorların birini 7 manat olmaqla 14 manata götürmüş. Vüsal da buna etiraz etməmişdir. O, Vüsala 14 manatı verib iki ədəd kompressor arı Vüsaldandan təhvil almışdır. O, Vüsaldan kompressorların oğurluq olubolmamasını soruşduqda sonuncu ona oğurluq olmadığını bildirmişdir. Bundan sonra Vüsal çıxıb getmişdir. O, həmin kompressorları təxminən 2 gün sonra adını Şaiq kimi tanıdığı şəxsə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayından etibarən ünvan 6 ünvanda yerləşən X10 Məntəqəsinin icarədarı kimi fəaliyyət göstərir. O, 17 noyabr 2021-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu, Xətai prospektində yerləşən metal qəbulu məntəqəsinə gəlib orada olan metallara baxmışdır. Belə ki, o, məntəqənin müdirəsi Xanımdan arabir tikinti söküntü əşyaları alır. Həmin vaxt məntəqəyə gəlib metallara baxdıqda orada iki ədəd kondisioner kompressoru görmüşdür. Onların qiyməti ilə maraqlandıqda orada satıcı işləyən Tərxan ona həmin kompressorun birini 10 manata olmaqla 20 manata satdığını demişdir. O da həmin kompressorlara baxmış və saz vəziyyətdə olmalarını görüb onları almışdır. Kompressorları almazdan əvvəl onların oğurluq olub- olmadığını soruşduqda Tərxan oğurluq olmadıqlarını bildirmişdir. Daha sonra polislər həmin kompressorların oğurluq olduğunu bildirdikdə onları istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1ı uzun müddətdir ki, tanıyır. Stepan 28 May metrostansiyası yaxınlığında yerləşən rus kilsəsinin yanında qalırdı. O da əvvəl orada yaşadığından Stepanı oradan tanımışdır. Azəri isə Stepanın yanında görmüşdür. 14 noyabr 2021-ci il tarixdə gecə vaxtı Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan zaman Stepan əl eləyib maşını saxlatmışdır. Azər də həmin vaxt Stepanın yanında olmuşdur. Stepan və Azər ona metal qəbulu məntəqəsinə təhvil verməli olduqları kondisioner motorları olduğunu bildirmiş və ondan onları metal qəbulu məntəqəsinə apara bilib-bilməyəcəyini soruşmuşlar. O, Stepan və Azərdən həmin kondisioner motorlarının oğurluq olub-olmadığını soruşmuş, onlar da motorların oğurluq olmadığını bildirmişlər. O da razılaşmışdır. Bir ədəd qara rəngli sellofan torba gətirib maşına qoymuşlar. Daha sonra dəmir yolu vağzalının yanında yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Onların şəxsiyyət vəsiqələri olmadığından o, onların xahişinə əsasən öz vəsiqəsi ilə motorları məntəqəyə təhvil vermiş, onlar isə ona yol pulu olaraq 7 manat pul vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.64- 65); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli, 4(006)- 522/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.201-203); - “Şübhəli şəxsin tutulması haqqında” 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.91-92); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli, 4(006)- 523/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.199-200); - “Götürmə haqqında” xx.xx.2021-ci il tarixli qərar və protokoldan görünür ki, X16 X12 məxsus olmaqla Təqsirləndirilən şəxs1 Nikolaycviç və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış 02 ədəd kondisioner kompressoru könüllü olaraq Şahid2 tərəfindən istintaqa təqdim edildiyindən qəbul edilmiş qərar və tərtib edilmiş protokolla götürülmüşdür (İ cild, i.v.131-132); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 02 ədəd kondisioner kompressoru istintaq zamanı X16 X11 mühasibatçısı Şahid1 tanınmaya təqdim edilmiş, sonuncu həmin kondisioner kompressorlarını tanıyaraq işlədiyi Mərkəzə məxsus olduqlarını bildirmişdir (İ cild, 209-210); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi hadisə yerində yoxlanılmış və ifadənin hadisə yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 hadisə yerini əli ilə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (İİ cild, i.v.47-55); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi hadisə yerində yoxlanılmış və ifadənin hadisə yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 hadisə yerini əli ilə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (İİ cild, i.v.56-59); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8783 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci lin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350,00 manat müəyyən olunur. O, cümlədən 1 ədəd “Panasonic” markalı, üzərində “2PS164D5BA02” yazıları olan kondisioner kompressoru 200 manat, 1 ədəd “Beko” markalı kondisioner kompressoru-150,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.24-26); - “Maddi sübut kimi tanınmaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə gizli olaraq taladığı 01 ədəd “Panasonic” markalı kondisioner kompressoru və 1 ədəd “Beko” markalı kondisioner kompressoru maddi sübut kimi tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün X16 X11 mühasibatçısı Şahid1 təhvil verilmişdir (İİ cild, i.v.27-28); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 5 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (İ cild, 235-236); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-158/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.233-234; 243-258); - 01 ədəd diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, 1-ci qovluğa baxış zamanı bir nəfər şəxsin başında qara papaq, əynində qara rəngli isti gödəkçə, əynində açıq, göy rəngli şalvar və ayağında qara rəngli ayaqqabı olması, həmin şəxsin divardan asılmış ağ rəngli kondisionerə baxması, sağ çiynində asılmış qara rəngli çanta olması müəyyən edilir. 2-ci qovluğa baxış zamanı başında qara papaq, əynində qara rəngli isti gödəkçə, əynində açıq göy rəngli şalvar və ayağında qara rəngli ayaqqabı olan bir nəfər şəxsin səki ilə piyada hərəkət etməsi müəyyən edilir. 3-cü qovluqda yuxarıdakı görüntülərdə olan şəxsin fotoşəkli vardır. Həmin şəxs Təqsirləndirilən şəxs1dir. 4-cü qovluqda yuxarıdakı görüntülərdə olan şəxsin fotoşəkli vardır. Həmin şəxs Təqsirləndirilən şəxs1dir. 5-ci qovluğa baxış zamanı Təqsirləndirilən şəxs1 oğurluq cinayətini törətməsini etiraf etməsi müəyyən edilir. 6-cı qovluğa baxış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində içi dolu qara rəngli sellofan, sol əlində isə dəmir alət olması müəyyən edilir. O, həmin yeri tərk edir. 7-ci qovluğa baxış zamanı Təqsirləndirilən şəxs1 kondisionerin korpusunu sökməsi, motoru sellofana qoyması, həmin yeri tərk etməsi müşahidə edilir. Qeyd edilmiş görüntüyə baxan Təqsirləndirilən şəxs1 görüntülərdəki şəxsin özü olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və oğurluq cinayətini törətməməsi, eləcə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsində iştirak etməməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdikləri ifadələrində əməllərini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçilərinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsələr də, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, Təqsirləndirilən şəxs1 isə qismən təqsirli bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq mərhələsində vermiş olduqları ifadələrində törətdikləri cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişlər ki, onların bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxslərin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlər və zərərçəkmiş şəxslərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəl məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 19 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-158/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə dəyişiklik edilmiş və həmin Qanunun 1.61.7-ci bəndində göstərilmişdir ki, “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun qəbulundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-158/2013 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi əməl üzrə ziyanın miqdarı 50000 manatdan yuxarı olmadığından həmin əməl Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə tövsif edilməkdədir. Təqsirləndirilən şəxs2 qeyd edilən Qanunun tətbiqi barədə ərizə verməməsi və həmin Qanunun onun barəsində tətbiq edilməməsi təqsirləndirilən şəxsin ziyanına şərh edilməməli, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-158/2013 saylı hökmü üzrə təqsirli bilindiyi əməli hazırda Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edildiyindən, məhkum olunduğu maddə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi kimi, yəni az ağır cinayət kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad olunduğunu və həmin vaxtdan iki ildən artıq müddət keçdiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər 2 dəfə oğurluq cinayətini törətməsinə görə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də 2 dəfə oğurluq cinayətini törətməsinə görə məhkum edilməklə onun kriminal meyilliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, A.A.Təqsirləndirilən şəxs2baycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 19 noyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Panasonic” markalı kondisioner kompressorunun və 1 ədəd “Beko” markalı kondisioner kompressorunun X16 X11 mühasibatçısı Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Panasonic” markalı kondisioner kompressorunun və 1 ədəd “Beko” markalı kondisioner kompressorunun X16 X11 mühasibatçısı Şahid1 təhvil verilməsi nəzərə alınsın. Hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-189/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-189/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver