Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-189/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Xankəndi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 22:34-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Khazar Minik» markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanından ünvan 3 haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmayan piyada keçidində keçidə yaxınlaşarkən yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamaq üçün sürəti lazımınca azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verikdən sonra hərəkətini davam etdirməli olduğu halda, həmin tələblərə riayət etməyərək, avtomobil yolunu piyada keçidi ilə sağdan sola doğlru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncunun sol baldırın yuxarı 1/3-nin iç səthində 3,5x0,7 sm, sağ baldırın aşağı 1/3-nin bayır səthinin 3x0,5 sm ölçülərdə kənarları nahamar, qırmızı rəngli qansızmalı yaralar, sol bazu, sağ said sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ və sol baldır sümüklərinin açıq, yerdəyişmiş sınıqları, soldan ön qoltuqaltı xətt üzrə İİİ-Vİİİ qabırğalar sınıqları, dalağın travmatik cırılması və daxili qanaxması, sol təpə və təpə-ənsə nahiyələrinin əzilmiş yaraları, alın-təpə, burun, sol almacıq, çənə, boyun, sol bazu, sol əlin arxa səthinin, sağ saidin, hər iki baldırın və hər iki diz oynağı nahiyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması, sol tərəfli qabırğaların, sol bazu, sağ said və hər iki baldır sümüklərinin yerinidəyişən sınıqları nəticəsində inkişaf edən travmatikhemorragik şok səbəbindən 05 yanvar 2023-cü il tarixdə 00:15-də X7 ehtiyatsızlıqdan ölməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi «Khazar Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Saat təxminən 22:10 radələrində tanımadığı müştəri «Bolt» şirkəti vasitəsi ilə sifariş vermişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində bir nəfər kişi cinsli müştərini götürmüş, sistemə baxdıqda görmüşdür ki, müştərini Yasamal rayonu, Zərdabi küçəsinə aparmalıdır. Bu səbəbdən də o, Rəşid Behbudov küçəsinə daxil olaraq avtomobili Bakıxanov küçəsi istiqamətində hərəkət etdirmişdir. R.Behbudov küçəsi ilə hərəkətdə olarkən bir nəfər şəxsin hərəkət istiqamətinə görə sağ tərəfdən piyada keçidinə daxil olduğunu görmüşdür. Hətta həmin ərazidə piyada keçidinin işarəsi də vardır. Həmin şəxs piyada keçidi ilə hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə doğru keçmişdir. O, düşünmüşdür ki, idarə etdiyi avtomobillə piyada keçidinə çatdıqda artıq həmin şəxs yolu keçər. Onu da qeyd edir ki, o, hərəkət yolunun sol istiqaməti ilə hərəkət etmişdir. Piyadaya bir neçə metr qalmış piyada onun avtomobilini görüb keçidini üzərində dayanmış, o, özünü itirdiyindən avtomobilin əyləcindən istifadə edə bilməmiş, bu zaman idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin qabaq alın şüşəsinin üzərinə düşmüş və avtomobil piyadanı piyada keçidindən qabağa, yəni yolun hərəkət hissəsinə tullamışdır. Dərhal avtomobili saxlayıb aşağı düşmüş, o, aşağı düşdükdən dərhal sonra həmin yerə piyadanın yaxın qohumları gəlmişlər. Bilmişdir ki, elə piyada həmin yolun düz kənarında yaşayır. Hadisə yerinə gələn şəxslərin köməkliyi ilə piyadanı avtomobilə yerləşdirərək 1 saylı X8 çatdırmış və orada həkimlərə təhvil vermişlər. Orada olan zaman bilmişdir ki, piyadanın adı Zərərçəkmiş şəxsdur. Xəstəxanada olan zaman piyadanın yaxınlarə ona etiraz etməyə başlamışlar. O, orada döyüləcəyindən qorxaraq xəstəxananı tərk edib evə gəlmişdir. Xəstəxananı tərk edən zaman hadisə vaxtı idarə etdiyi avtomobili xəstəxananın həyətində saxlamışdır. Evdə olarkən mobil telefonla əlaqə saxlayıb Nəsimi RPİ-nə yaxınlaşmışdır. Polis İdarəsinə çatdıqda piyada Zərərçəkmiş şəxs öldüyünü polis əməkdaşlarından eşitmişdir. O, demək olar ki, təhlükə anını hiss etməmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobilin surəti təxminən 60-70 km/saat olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobildə yük olmamışdır. Yalnız 1 nəfər kişi cinsli tanımadığı müştəri olmuş, müştəri avtomobilin arxa sərnişin yerində əyləşmişdir, hadisə vaxtı heç bir xəsarət almamışdır, hadisədən də sonra sərnişin avtomobildən düşərək getmişdir. Avtomobil hadisəyədək tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı o, heç bir xəsarət almamısdır. O, hadisə zamanı sərxoş olmamışdır. Hadisə 04 yanvar 2023-cü il tarixdə saat 22:29-da Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 130 ünvanında baş vermişdir. Hazırda dəymiş zəzərin əvəzi kimi zərərçəkmiş şəxsin hüquqi varisinə 4000 manat ödəyə bilər. Daha sonra əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma atasıdır. Atası Hümbət heç bir yerdə işləməmiş, əmək pensiyası ilə dolanmışdır. Atasının heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. 04 yanvar 2023-cü il tarixdə, təxminən saat 22:30 radələrində yaşadığı evdə olarkən qışqırıq səsləri eşitmişdir. Nəsə baş verdiyini bildiyi üçün yaşadığı evdən bayıra çıxmışdır. Aralıdan görmüşdür ki, Nəsimi rayonu, R.Behbudov küçəsində bir nəfər piyada yerdə uzanmış şəkildədir. Piyadanın yanına çatdıqda görmüşdür ki, vurulan piyada atası Zərərçəkmiş şəxsdir. «Khazar Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs demişlər ki, atasını avtomobilə əyləşdirib xəstəxanaya aparsınlar, lakin sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilə yerləşdirsələr avtomobil qan olacaqdır. Lakin o və qohumları sürücünün sözünə əhəmiyyət verməyərək atası Hümbəti avtomobilə yerləşdirmişlər, sürücü və digər qohumları ilə birlikdə atasını 1 saylı X8 çatdırmışlar, sürücü onları xəstəxanaya düşürdükdən bir neçə dəqiqə sonra xəstəxanadan getmişdir. Xəstəxanaya daxil olduqdan 2-3 saat sonra, yəni 05 yanvar 2023-cü il tarixdə saat 01 radələrində atası Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində atasının vəfat etməsini və onları dərindən sarsıtmasını nəzərə alaraq sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma əmisi olmuşdur. Əmisi Hümbət heç bir yerdə işləməmiş, əmək pensiyası ilə dolanmışdır. Zərərçəkmiş şəxs heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. 04 yanvar 2023-cü il tarixdə təxminən saat 22:30 radələrində yaşadığı evin qarşısında olarkən, ünvan 4 ünvanda yerləşən piyada keçidində 1 nəfər piyadanın avtomobillə vurulduğunu görmüşdür. Avtomobilin zərbəsinin nəticəsində piyada təxminən 30-35 metr aralıya düşmüşdür. Əvvəlcə piyadanın əmisi Zərərçəkmiş şəxs olduğunu bilməmiş, hadisəyə görə o və ətrafda olan qohum-qonşular hadisə yerinə qaçmışlar. Piyadanın yanına çatdıqda görmüşdür ki, əmisi Zərərçəkmiş şəxsdir. «Khazar Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs demişlər ki, Hümbət əmisini avtomobilə əyləşdirib xəstəxanaya aparsınlar, lakin sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilə yerləşdirsələr avtomobil qan olacaqdır. Lakin o, sürücünün sözünə əhəmiyyət verməyərək Hümbət əmisini avtomobilə yerləşdirmiş, sürücü və digər qohumları ilə birlikdə əmisini 1 saylı X8 çatdırmışlar, sürücü onları xəstəxanaya düşürdükdən bir neçə dəqiqə sonra xəstəxanadan getmişdir. Xəstəxanaya daxil olduqdan 2-3 saat sonra, yəni 05 yanvar 2023-cü il tarixdə saat 01 radələrində əmisi almış olduğu xəsarətlərdən həmin xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ağ rəngli, «Khazar Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və avtomobilin sənədləri onun öz adınadır. Həmin avtomobili 11 noyabr 2022-ci il tarixdə etibarnamə ilə idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, aralarında olan razılığa əsasən isə Kərim hər gün ona 15 manat pul ödəmiş və avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında eşitmişdir ki, Təqsirləndirilən şəxs 04 yanvar 2023-ci il tarixdə idarə etdiyi «Khazar Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nəsimi rayonu Rəşid Behbudov küçəsində piyadanın vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi törətmiş və piyada ölmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.103-106); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Dağıstan küçəsinin kəsişməsidir, həmin yerdə yol yoxuşlu olmaqla asfaltbetondur, yol örtüyünün eni 12 metr, yolun işlək hissəsinin eni 12 metr olmaqla 4 ədəd hərəkət zolağı vardır, R.Behbudov küçəsi bir istiqamətlidir, hərəkət zolaqları 1,5 üfuqi xətlərlə bölünmüş, avtomobil yolu şəhər elektrik işıqları ilə işıqlandırılır, hadisə zamanı «Xəzər Minik» markalı avtomobil R.Behbudov küçəsi ilə Bakıxanov küçəsi istiqamətdə avtomobil yolunun sol tərəfdən birinci zolağı ilə hərəkətdə olmuş, piyada avtomobil yolunu piyada keçidi ilə yolun sağından soluna keçən zaman vurulmuş, avtomobilin qabaq alın şüşəsi sınmış, kapot isə əzilmişdir (i.v.5-15); - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 05 yanvar 2023-cü il tarixli 2/369 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2023-cü il tarixli, 02 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara və laborator müayinələrin cavablarına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir. 1. Zərərçəkmiş şəxs sol baldırın yuxarı 1/3-nin iç səthində 3,5x0,7 sm, sağ baldırın aşağı 1/3-nin bayır səthinin 3x0,5 sm ölçülərdə kənarları nahamar, qırmızı rəngli qansızmalı yaralar vardır. Həmin yaralardan didilmiş əzələ toxumaları və sümüklərin sınmış qəlpələri bayıra çıxmışdır. Sol bazu, sağ said sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sağ və sol baldır sümüklərinin açıq, yerdəyişmiş sınıqları, soldan ön qoltuqaltı xətt üzrə İİİ-Vİİİ qabırğalar sınıqları, dalağın travmatik cırılması və daxili qanaxması, sol təpə və təpə-ənsə nahiyələrinin əzilmiş yaraları, alın-təpə, burun, sol almacıq, çənə, boyun, sol bazu, sol əlin arxa səthinin, sağ saidin, hər iki baldırın və hər iki diz oynağı nahiyəsinin sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümü xx.xx.2023-cü il tarixdə saat 00:15-də X6 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi inkar edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması, sol tərəfli qabırğaların, sol bazu sağ said və hər iki baldır sümüklərinin yerinidəyişən sınıqları nəticəsində inkişaf edən travmatik-hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.55-60); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/710 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Khazar” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsininin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (i.v.63-68); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Khazar” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil və içərisində hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmış və həmin avtomobil sahibi Şahid1 qaytarılmış və 01 ədəd disk cinayət işinə əlavə edilmişdir (i.v.72-83) - DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, DİN X3 Xidmətinin 14 yanvar 2023-cü il tarixli, 3-13-3/2-707/2023 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd diskdə «TŞ3-121 1-2023:01-04», «TŞ3- 121 2-2023-01-04», «TŞ3-121 3- 2023-01-04» videofayllar vardır. Diskdə olan «TŞ3-121 1-2023-01-04» və «TŞ3-121 3- 2023-01-04» adlı videofayllara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. «TŞ3-121 2-2023-01-04» adlı videolara baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 14 dəqiqə 01 saniyə müddətindədir və TŞ3-121 3 nömrəli təhlükəsizlik şəhər kamerasında qeydə alınmışdır. Videogörüntünün aşağı hissəsində müşahidənin 04 yanvar 2023-cü il tarixdə saat 22:29:58 saniyədən başlayaraq qeydə alınması müşahidə olunur. Videogörüntünün 03:52 dəqiqəsində avtomobil yolunun sağ kənarından bir nəfər orta yaşlı şəxsin səki ilə hərəkət edib avtomobil yoluna yaxınlaşması və piyada keçidi ilə avtomobil yolunu keçməyə başlaması müşahidə olunur. Videogörüntünün 04:12 dəqiqəsində avtomobil yolunun keçən orta yaşlı şəxsin avtomobil yolunun sol hissəsində olan zaman sürətlə gələn ağ rəngli avtomobil tərəfindən vurularaq avtomobil yolunun sağ hissəsinə doğru bir neçə metr atılması, həmin vaxt ağ rəngli avtomobilin yolun sağ kənarında avtomobili saxlaması müşahidə olunur. Daha sonra videogörüntüdə ağ rəngli avtomobilin sürücüsünün avtomobildən düşərək vurulan piyadaya doğru hərəkət etməsi, həmçinin hadisə yerinə çoxlu sayda insanların toplaşması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdə piyadanı vuran ağ rəngli avtomobili o, idarə etmiş, həmin avtomobil «Xəzər Minik» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı olmaqla onun istifadəsindədir (i.v.38-39); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.71). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini, eləcə də cəzanı yüngülləşdirən halları özünü təqsirli bilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 08 iyun 2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Khazar” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınmalı, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri olaraq 85 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Khazar” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının ümumi xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-189/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-189/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver