Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-19/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1, iştirakları ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 189-da qeydiyyatda olan, barəsində“yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmü üzrə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(006)-31/2020 saylı qərarı ilə azadlqdan məhrumetmə cəzası təyin olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, təkrarən özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixində saat 21 radələrində Zərərçəkmiş şəxs5 Murad oğlunun yaşadığı ünvan 1 D saylı ünvanda yerləşən həyət evinin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, həyətdə saxlanılmış sonuncuya məxsus 1 ədəd «X7» markalı 800 manat dəyərində velosipedi gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qəsdən, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək üçün xx xxxxxxxx 2018-ci il tarixində saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 17 saylı ünvana gəlmiş və orada saxlanılmış Zərərçəkmiş şəxs7 məxsus 2006-cı il buraxılışlı, “Vaz-21074" markalı Az ** SU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobiə əyləşdikdən sonra, avtomobilin işə salma mexanizminə müdaxilə edərək elektrik naqilləri ilə mühərriki işə salıb avtomobili işlək vəziyyətə gətirdikdən sonra zərərçəkmiş şəxsə məxsus avtomobili qanunsuz olaraq ələ keçirməklə qaçırmış və həmin gün Bak şəhəri, Xətai rayonu, Fəhlə prospektindən Zığ yolu adlanan ərazidəki ara küçədə avtomaşını geriyə doğru hərəkət etdirərək idarəetməni itirməsindən sonra həmin avtomobili metal boruya vurması nəticəsində avtomobilin sağ hissəsini zədələyib yarasız vəziyyətə gətirərək Zərərçəkmiş şəxs7 752 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqəsdilə tanışı Şahid4 və istintaqa adı "Anar" kimi məlum olan naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 04:40 radələrində 24 saat fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 12 "A" saylı ünvanda yerləşən “Lord Rooms" Playstation oyun klubunun qarşısına gələrək aralarında olan razılaşmaya əsasən istintaqa adı "Anar" kimi məlum olan şəxs klubun yanında yerləşən avtomobil yolunun kənarında dayanaraq ətrafdan keçən şəxsləri gözləmiş, həmin vaxı o, klubun zirzəmi tipli olduğundan pilləkəndə giriş qapısının qarşısında dayanmış Şahid4 isə giriş qapısından içəri daxil olaraq klubun gözətçisinin müştərilər üçün ayrılmış kabinet otağında istirahət etdiyi üçün iş yerində olmadığından və bununla da klubun nəzarətsiz qalmasından istifadə edib digər kabinetdən bir ədəd dəyəri 250 manat təşkil edən “ X8 3" markalı oyun kompyuteri və üzərinə birləşdirilmiş vəziyyətdə olan hər birinin dəyəri 35 manat olmaqla ümumi dəyəri 70 manat təşkil edən 2 ədəd oyun pultunu götürüb bayıra çıxmış və nəzarətçinin olmadığını ona bildirəndən sonra, çöldə dayandığı zaman o, kluba giriş qapısında daxil olub digər kabinetdən bir ədəd dəyəri 250 manat təşkil edən “X8 3” markalı oyun kompyuteri və üzərinə birləşdirilmiş bir ədəd 55 manat dəyərində və iki ədəd hər birinin dəyəri 35 manat olmaqla ümumi dəyəri 70 manat təşkil edən 3 ədəd oyun pultunu, dəhlizdə yerləşən masanın üzərindən isə Zərərçəkmiş şəxs3 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan bir ədəd 150 manat dəyərində "Apple” markal “İPhone 5S” 16 GB modelli mobil telefon aparatını götürüb bayıra çıxaraq özləri ilə gətirdikləri çantaya qoymuş və çöldə olan zaman Şahid4 özü kluba giriş qapısından daxil olaraq dəhlizdə yerləşən masanın siyirtmələrindən iki ədəd hər birinin dəyəri 550 manat olmaqla ümumi dəyəri 1100 manat təşkil edən “X8 4” markalı oyun kompyuterlərini və kompyuterlərin birinin içərisində olan 80 manat dəyərində “Fifa-2019” oyun diskini götürüb bayıra çıxaraq ona ötürmüş və yenidən kluba daxil olaraq dəhlizdəki masadan hər birinin dəyəri 80 manat olaraq ümumi dəyəri 160 manat təşkil edən iki ədəd “Play Station 4” oyun pultu və bir ədəd 50 manat dəyərində "Nokia" markalı mobil telefonu vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb bununla da, Zərərçəkmiş şəxs2 2085 manat, Zərərçəkmiş şəxs3 isə 160 manat, ümumilikdə 2245 manat miqdarda ziyaı vurmaqla oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 12 radələrində ünvan 4 ünvanında yaşayan xalası Zərərçəkmiş şəxs6 yaşadığı evə sonuncunun razılığı ilə gəlmiş, daha sonra Zərərçəkmiş şəxs6 evdə yatmasından istifadə edərək sonuncuya məxsus 1500 manat dəyərində 1 ədəd "İphone 7“ markalı mobil telefonu qonaq otağında yerləşən sobanın üzərindən gizli olaraq talayıb oradan çıxıb getməklə oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixində saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Palma» şadlıq sarayının yaxınlığında Zərərçəkmiş şəxs4 oğluna məxsus 1200 manat dəyərində motosikleti idarə edib qaytaracağı adı ilə Şahid9 aldadaraq alıb ələ keçirməklə vədinə əməl etməyərək qaytarmamış, 240 manata sataraq pulu öz ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs4 1200 manat miqdarında ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təkrarən qəsdən, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək üçün tanışları Şahid3, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu il tarixində saat 05 radələrində ünvan 5 saylı ünvana gəlmiş, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, Şahid3 və Şahid2 avtomobil qaçırmanın rahat və maneəsiz həyata keçirilməsini təmin etməkdən ötrü kənardan ola biləcək müdaxilə barədə məlumat vermək məqsədilə ətrafa müşahidə aparmış, Şahid1 və o, həmin ünvanda dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2006-cı il buraxılışlı, “Vaz-21074” markalı, Az ** LZ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobilə əyləşdikdən sonra, o, və Şahid1 avtomobilin işə salma mexanizminə müdaxilə edərək elektrik naqilləri ilə birbaşa qoşmaqla mühərriki işi salıb avtomobili işlək vəziyyətə gətirdikdən sonra, o, avtomobili idarə etməklə kənarda müşahidə aparan Şahid3 və Şahid2 avtomobilə oturmalarını təmin edib zərərçəkmiş şəxsə məxsus avtomobili qanunsuz olaraq ələ keçirməklə qaçırmış və həmin gün saat 05 radələrində Bakı-Sumqayıt avtomagistral yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs anidən idarəetməni itirməsindən sonra həmin avtomobili arakəsməyə vurması nəticəsində avtomobilin qabaq bufer, sağ-sol fənərlər, sağ-sol qapıları və qanadlarını, o cümlədən digər detallarını yarasız vəziyyətə gətirərək Zərərçəkmiş şəxs1 3500 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin avqust ayının əvvəllərində gecə küçələrdə gəzən zaman «Semaşko» xəstəxanasına doğru getmiş və saat 21 radələrində təxminən 11-12 yaşlı oğlan uşağının «X7» markalı velosipedi sürərək ünvan 1 D saylı evin həyətinə saldığını görmüşdür. Uşaq evə getdikdən sonra o, velosipedi sürərək həyətdən çıxmış və Papanin küçəsinə gələrək tanımadığı bir nəfərə velosipedi 100 manata satmışdır. Bundan başqa o, xx xxxxxxxx 2018-ci il tarixdə 3-cü mikrorayon ərazisində qapısı açıq avtomaşın olarsa sürmək üçün avtomaşın axtaran zaman 3-cü mikrorayon bazarı adlanan ərazidə «AL» marketin arxa hissəsində binanın həyətində «Oba» marketin yanında "VAZ-2107" markalı ağ rəngli avtomobilin dayandığını görmüşdür. Avtomobilə yaxınlaşan zaman avtomobilin qapısının açıq vəziyyətdə olmasını görmüş, avtomaşının sükanı altında olan avtomaşını hərəkətə gətirən mexanizmi sındıraraq avtomaşını işə salmış və saat 22 radələrində avtomobili idarə edərək Bakı şəhər ərazisində hərəkət etdirmiş, bu minvalla Zığ qəsəbəsində olarkən avtomaşını geriyə döndərmək istəyərkən avtomaşın metal boruya çırpılmışdır. Avtomaşının sönməsindən sonra, o, avtomaşının sürücü tərəfdən günlüyünə baxan zaman orada 68 manat pul olmasını görüb götürərək avtomaşından düşüb çıxıb getmişdir.Avtomobilin sürücü tərəfindəki günlüyün üst hissəsinə baxdıqda isə oradan sənədlərin töküldüyünü görmüş, içərisincə pul olan pul qabı və sənədlər ona maraq kəsb etmədiyindən sənədləri xatırlamadığı yerə atmışdır. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Şamaxinka adlanan ərazidə Şahid1, Şahid2 və Şahid3 ilə tanış olmuş və həmin vaxt onun təklifi ilə aralarında razılığa gəlmişdirlər ki, şəhərdə sürmək üçün avtomobil qaçıraraq vaxt keçirsinlər. Bundan sonra o, Sədim, Rafət və Məhəmməd həmin gün saat 05 radələrində ünvan 5 saylı ünvanın qarşısına gələrək orada saxlanmış “Vaz 21074" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qaçırmağı planlaşdırmışlar. Aralarında olan razılaşmaya əsasən o və Sədim avtomobilə yaxınlaşaraq avtomobilə daxil olmalı və o, avtomobilin elektrik naqillərini birləşdirməklə işə salmalı, həmin vaxt Sədim ona yardımçı olmalı, Rafət və Məhəmməd isə kənardan ola biləcək müdaxilənin qarşısını öncədən almaq üçün müşahidə aparmalı idilər. Bundan sonra o və Sədim avtomobilə yaxınlaşmış və avtomobilin ön sol tərəf qapısının dəstəyini çəkdikdə qapı açıq olduğu üçün avtomobilin sükan tərəfində əyləşmiş və ön sağ qapını açdıqdan sonra Sədim də avtomobilə minmişdir. Qeyd olunan ərəfədə Rafət və Məhəmməd də kənarda müşahidə aparmışlar. Avtomobildə olarkən o, avtomobilin naqillərini birləşdirməklə işə sadıqdan sonra ətraf ərazidə müşahidə aparan Rafət və Məhəmməd də avtomobilin arxa qapılarını açaraq avtomobilə minərək oradan uzaqlaşmışlar. Həmin gün Bakı-Sumqayıt avtomagsitral yolunun Sumqayıt istiqamətində o, avtomobili idarə edərkən qeyd olunan yolun “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında idarəetməni itirmiş və anidən həmin məntəqənin qarşısında arakəsməyə çırpılma nəticəsində avtomobil yarasız vəziyyətə düşmüşdür. Bundan sonra o, Sədim, Məhəmməd və Rafət avtomobildən çıxıb qaçmaqla xatırlamadığı taksiyə minərək oradan uzaqlaşmışlar. O, xx xxxx 2019-cu il tarixində saat 11 radələrində uzun müddət olaraq tanıdığı “Roma” adlı tanışı ilə görüşmüşdür. Bu zaman «Roma» ona demişdir ki, pula ehtiyacı vardır. Bundan sonra o, ünvan 6 ünvanında yaşayan xalası Zərərçəkmiş şəxs6 evinə getmişdir. Bu zaman qapını döydükdə xalası qapını açmış və o içəri daxil olaraq xalasına ac olduğunu demişdir. Xalası onu evə dəvət etmiş və ona gedib mətbəxdən yemək götürüb yeməsini demişdir. Sonra isə xalası yataq otağına getmişdir. Bu zaman o, xalasının yataq otağına getməsindən əmin olduqdan sonra evin otaqlarını gəzdikdə qonaq otağında sobanın yanında “İphone 7" markalı mobil telefonun olduğunu görmüşdür. Bu zaman həmin telefonu götürmüş və cibinə qoymuşdur ki, həmin telefonu "Roma" adlı tanışına versin ki, sonuncu da telefonu satıb öz maddi ehtiyacını ödəsin. Telefonu götürüb cibinə qoyduqdan sonra xalasına çörək alıb geri qayıdacağını demişdir. Xalası isə etiraz etməmiş və xalasının yaşadığı evdən çıxmış və bir daha oraya qayıtmamışdır. Bundan sonra həmin gün günorta saatlarında dostu “Roma" adlı tanışı ilə Xutor adlanan yerdə görüşmüş və telefonu sonuncuya vermişdir ki, telefonu satıb öz maddi ehtiyaclarını ödəsin. Bu zaman Romaya mobil telefonun xalasına məxsus olduğunu demişdir. Ardınca isə Roma ilə birlikdə Bakı şəhəri Neftçilər metrosu stansiyası ətrafında yerləşən “Dost" telekom mobil telefon satış dükanına getmiş və orada telefonu “Roma" adlı tanışının pasportunu təqdim edərək özünün telefonu olduğunu deyib telefonu həmin dükana satmış, «Roma»nın həmin telefonu dükanda neçəyə satması barədə onun məlumatı olmamışdır. Daha sonra isə «Roma» ona orada yaxınlıqda yerləşən avtobus dayanacağında gözləməsini demiş və o, «Roma»nı orada gözləsə də, Roma həmin yerə gəlməmiş və o, da bundan sonra oradan çıxıb getmişdir. «Roma» onu heç bir cinayət törətməyə vadar etməmişdir. «Roma» adlı şəxsin əsil adı Lamindir. Laminin onun xalasının evindən telefon oğurlamağından xəbəri yox idi. Laminə telefonun xalasının ona hədiyyə verdiyini demişdir. Öğurluq etməyə Lamin onu təhrik etməmiş, o cinayəti özü tək törətmişdir və Laminlə aralarında heç bir razılıq olmamışdır. Sadəcə onun Laminə yazığı gəldiyinə görə telefonu Laminə vermişdir. Lamin kimi tanıdığı və “Roma" kimi çağırdığı şəxsi o, hadisədən bir müddət əvvəl tanımışdır. Belə ki, Laminin bir neçə dəfə məhkum olunaraq cəzaçəkmə müəssisəsində yatdığından xəbəri var imiş və həmin şəxs də onun kimi daimi yaşayış yeri olmadığına görə müxtəlif ucuz evlərdə gündəlik kirayə yaşayırmış. O, həmin şəxslə bir neçə dəfə "Lord rooms" Playstation klubla yanbayan yerləşən internet klubunda bir yerdə oturub söhbətləşmişlər və ona görə də aralarında münasibət yaranmışdır. Həmin vaxt o, həm də ara-sıra sözü gedən “Playstation” kluba gedib-gəlirmiş. Həmin klub səhərə qədər işlədiyinə görə diqqətini cəlb etmiş və o, gecələr orada olarkən fikir vermişdir ki, gecə növbəsində orada işləyən şəxs səhərə yaxın olan saatlarda müştərilərin çox vaxt az olan vaxtlarında klubda yerləşən kabinetlərin birinə girərək orada yatır. Həmin vəziyyətin artıq sistematik hal aldığını təxmin etdiyinə görə bu barədə Laminə bildirmiş və onlar Laminlə razılaşmışlar ki, münasib bir vaxtda həmin yerdən oğurluq etsinlər. Səhəri gün qərara gəlmişlər ki, həmin kluba daxil olaraq oradan oğurluq etsinlər. Onlar Laminlə ilk əvvəl 2019-cu ilin fevral ayının 21-i axşam saatlarında klubda görüşmüşlər və o, Laminə demişdir ki, işləri ilə bağlı şəhərə tərəf getməlidir. Lakin bir neçə saat sonra o, həmin kluba getmiş və Laminə bildirmişdir ki, artıq gedə bilərlər. Lamin də durub onunla birlikdə getmişdir. Danışığa görə Lamin kluba daxil olmalı, onun özü isə Lamini çöldə gözləyərək gəlib-gedən olsa Laminə bu barədə xəbər verməli idi. Həmin klub zirzəmi tipli olduğundan o, pilləkənin yanında giriş qapısının qarşısında dayanmışdır, Lamin isə qapını açıb içəri daxil olmuşdur. Lamin təxminən 2-3 dəqiqə sonra həmin klubdan bir ədəd “Play station 3” oyun kompyuterini və üzərinə birləşdirilmiş olan 2 ədəd pultunu götürüb çölə çıxmışdır. Oğurladığı kompyuterlə pultları özləri ilə gətirdikləri və onun əlində olan idman çantasına qoymuşlar. Lamin ona bildirmişdir ki, içəridə nəzarət edən heç kim yoxdur və bu dəfə Lamin çöldə qalaraq o özü içəri daxil olmuşdur. Təxminən 3 dəqiqə sonra o, geri qayıtmış və üzərində bir ədəd “Play Station 3" oyun kompyuteri və 3 ədəd pult və bir ədəd “İ- Phone 5S" mobil telefonu gətirmişdir. Həmin kompyuteri klubun daxilində olan kabinetdən götürmüşdür, mobil telefonu isə giriş hissə ilə üzbəüz yerləşən masanın üzərindən götürmüşdür. Onlar həmin əşyaları da idman çantasına qoymuşlar və yenidən Lamin kluba daxil olmaq qərarına gəlmişdir, o isə çöldə qalmışdır. Bu vaxt Lamin klubun daxilindən iki ədəd “Play Station 4" oyun kompyuterlərini götürüb çölə çıxmış və həmin kompyuterləri ona təhvil verib çantaya qoyaraq yenidən kluba daxil olmuşdur və bu dəfə iki ədəd oyun pultu və bir ədəd sadə model “Nokia” markalı mobil telefonu götürüb klubdan çıxmışdır. Qeyd etmişdir ki, sonuncu dəfə Lamin klubdan bayıra çıxan zaman bildirmişdir ki, klubda işləyən nəzarətçi yuxudan oyanıb və klubun dəhlizində gəzir. Ona görə də o, oğurladıqları bütün əşyaları yığdıqları idman çantasının bir qulpundan tutaraq Laminlə birlikdə oradan uzaqlaşmışlar. Onlar həmin vaxt yolu keçərkən idman çantasından bir ədəd pult yerə düşmüş, o da ləngiməmək üçün bir də geri qayıtmamışdır. Sonradan məlum olmuşdur ki, yerə düşüb orada qalmış pult “Play Station 3" markalı oyun konsoluna aid olan 5 ədəd pultdan biri imiş. Bundan sonra onlar Laminlə 20 yanvar metrosu tərəfdə yerləşən internet kluba getmişlər və səhərə kimi orada olmuşlar. Klubdan oğurladıqları sadə model Nokia markal mobil telefon işləmədiyi üçün o, həmin mobil telefonu yadında qalmayan bir yerə tullamışdır. Digər “İ-Phone 5s” markalı mobil telefon isə kodda olduğu üçün o, həmin telefonu aça bilməmiş və sonra satmasını düşünmüşdür. Səhər açılan kimi onlar Laminlə Bakı şəhəri, Qara Qarayev metrosu istiqamətinə getmişlər və orada metronun çıxışı yaxınlığında yerləşən zirzəmi tipli kluba gələrək oyun kompyuteri satdıqlarını bildirmişlər və orada 2 ədəd Play Station 3 oyun kompyuteri və 4 ədəd pultu ümumilikdə 200 manata satmışlar. Həmin yerə yalandan bildirmişlər ki, guya klub işlədirlər və klub bağlandığına görə həmin avadanlığı satmaq məcburiyyətindədirlər. Həmin əşyaları onlardan alan adama Lamin öz istifadəsində olan nömrəsini vermişdir. Bundan sonra onlar bir neçə yeri gəzmişlər, lakin heç kim “Play Station 4” markalı oyun kompyuterini almaq istəməmişdir. Nəhayət bir qədər gəzişib Qara Qarayev metrosu yaxınlığında Planet şadlıq sarayının qarşısında yerləşən klubların birinə daxil olub “Play Station 4” markalı oyun kompyuteri və 2 ədəd pultu satdıqlarını bildirmişlər. Həmin yerdə kompyuterləri yoxlamışlar və məlum olmuşdur ki, kompyuterlərin biri işləmir. Həmin vaxt o, xatırlamışdır ki, kompyuterlərin biri əlindən yerə düşmüşdür və ola bilsin həmin kompyuter elə həmin vaxt zədələnmişdir. Beləliklə də, onlar həmin klubun sahibi ilə danışıb razılığa gəlmişlər ki, saz vəziyyətdə olan kompyuterin birini 150 manata, xarab olan digərini isə 30 manata satırlar. Üzərilərində olan 2 ədəd pultu da həmin məbləğin müqabilində vermişlər. Həmin yerdə də bildirmişlər ki, guya özlərinin kompyuter salonu var lakin, bağlandığından həmin əşyaları satırlar. Bundan sonra, onlar şəhərə qayıtmışlar və bir qədər də gəzdikdən sonra 20 yanvar metrosu yaxınlığında olarkən üzərində olan “İ-Phone 5s” markalı mobil telefonu sataraq pul əldə etmək qərarına gəlmiş və bu barədə Laminə demişdir. Onlar ilk əvvəl 20 yanvar metrosu yaxınlığında yerləşən dükanların birinə daxil olmuşlar, lakin Lamindən sənəd tələb etdikləri üçün o, öz şəxsiyyət vəsiqəsi ilə həmin telefonu satmağa razılıq vermiş və beləliklə də, 5 manata həmin mobil telefonu orada satmışdır. Həmin vaxt mobil telefonun cərəyanı olmadığı üçün mobil telefon sönmüşdür və o, yalandan bildirmişdir ki, mobil telefon nasazdır və işləmədiyi üçün ehtiyat hissələrinə həmin mobil telefonu sata bilər. Beləliklə də həmin dükanda mobil telefonu 5 manata satmışlar. Bundan sonra o, mart ayının əvvəllərində öz xalasının yaşadığı ünvanda olarkən masanın üzərində olan xalasına məxsus mobil telefonu oğurlamış və bundan sonra Abşeron rayonu ərazisində oğurluq cinayətini törətmişdir. Şahid4 ifadəsində həmin hadisədə özü ilə ondan başqa da bir nəfər onun tanışı kimi təqdim etdiyi 3-cü şəxsin də olması, həmin şəxsin onunla xx xxxxxx 2019cu il tarixində sözügedən yerə gəlməsi, onlar hadisəni törədərkən yolun kənarında gözləməsi, sonradan da onlarla birlikdə 20 yanvar metrosu yaxınlığında yerləşən kluba getməsi, əldə olunmuş puldan onun həmin şəxsə 50 manat pul verməsi barədə bildirdiklər və deyilənlər həqiqəti əks etdirmir. Şahid4 ifadəsində talanmış kompyuterləri Gəncə şəhərinə, Nokia markalı mobil telefonu internet klubda tanımadığı şəxsə 15 manat satmasını, “İ-Phone” markalı mobil telefonun isə onda qalması barədə dedikləri yalandır. Əyani olaraq göstərə biləcəyi yerlərə gedib Laminin yalan ifadə verdiyini, İ-Phone markalı mobil telefonu və Playstation kompyuterləri bir yerdə satdıqlarını, Nokia markalı mobil telefon isə işləmədiyindən həmin telefonu tulladığını bildirmişdir. Bundan başqa o, xx xxxx 2019-cu il tarixində Abşeron rayonu, Masazır qəsəbəsindəki «Palma» şadlıq sarayının zirzəmisində olan yeməkxanaya gələrək orada elan əsasında işə düzəlmək istədiyini bildirmiş, ondan motosiklet sürə bilib-bilmədiyini soruşmuşlar, o, isə motosikleti idarə edə bildiyini bildirmiş və yoxlamaq üçün sahibindən istəmiş, sahibi motosikleti ona verdikdən sonra o, yoxlamaq adı ilə motosikleti idarə edərək Nərimanov rayonu ərazisinə gəlmiş və motosikleti tanımadığı şəxsə 240 manata satmışdır. Sonda törətdiyi əməllərdən peşman olduğunu zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsi tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ilin sentyabr ayında Vaz 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı Anar Allahverdiyevdən 6000 manata almışdır. Lakin rəsmiləşdirmək üçün dövlət rüsumuna pulu çatmadığı üçün avtomobilə sürmək hüqüqu verən etibarnamə almışıdr. Lakin faktiki olaraq avtomobil onun sahiblik və sərəncamında olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində 2006-cı il buraxılışlı, qara rəngli, “Vaz 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçsəi 44 saylı ünvanın qarşısında saxlayaraq evə getmişdir. xx xxxxx 2019-cu il tarixində şəxsi işlərinin arxasıyla getmək üçün evdən çıxdıqda avtomobilin saxladığı yerdə olmamasının şahidi olmuşdur. Bundan sonra, həmin gün saat 11 radələrində Nəsimi RPİ-nin 19-cu PŞ-yə ərizə ilə müraciət etmişdir. Daha sonra həmin gün 19-cu PŞ-də ona avtomobilinin qaçırılaraq Bakı-Sumqayıt yolunda “Lukoil" yanacaqdoldurma məntəqəsini avtomagistral yoldan ayıran arakəsməyə çırpılması və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 3 saylı ünvanda cərimə meydançasına yerləşdirildiyini bildirilmişdir. Baş vermiş hadisə zamanı avtomobilinə 3500 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ünvan 10 “A” saylı ünvanda yerləşən “Playstation" klubu icarə əsasında 2018-ci ilin iyun ayından etibarən işlədir. Həmin “Play Station” klubu 24 saat fəaliyyət göstərir. Özü daim orada oturub nəzarət edə bilmədiyinə görə Zərərçəkmiş şəxs3 adlı işçi gecə saatlarında həmin klubda işləyir və müştərilərə nəzarət edir. xx xxxxxx 2019-cu il tarixində saat 05:30 radələrində Rüstəm ona zəng vuraraq klubda baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və o, dərhal kluba gedb müəyyən etmişdir ki, işlətdiyi klubdan ona məxsus olan əmlak talanmışdır. Rüstəmlə onlar klubun daxilində quraşdırılmış videomüşahidə kameralarına baxıb müəyyən etmişlər ki, oğurluq hadisəsini iki nəfər şəxs törətmişdir. Onlarla qonşuluqda fəaliyyət göstərən internet kluba tez-tez gələn uşaqlara onlar həmin görüntüləri göstərəndə onlara demişlər ki, orada görüntüyə düşmüş hadisəni törətmiş şəxslərdən biri “Lamin" adlı şəxsdir. Hadisə ilə bağlı o, polis bölməsinə müraciət etmiş və videogörüntüləri də təqdim etmişdir. Hadisə nəticəsində talanmış əmlak bütövlükdə ona məxsus olmuşdur. Həmin ticarət obyektini o, icarə əsasında işlətsə də, daxilində quraşdırılmış avadanlıq ona məxsusdur. Talanmış əmlakın içərisində olan bir ədəd “İ- Phone 5S” markalı mobil telefon Rüstəmə məxsus olmuşdur. Hadisə nəticəsində ona məxsus olan 2 ədəd hər birinin qiyməti 650 manat olan “Play Station 4” markalı oyun konsolu, 1 ədəd qiyməti 100 manat olan “FİFA-2019” oyun diski, 2 ədəd hər birinin dəyəri 110 manat olan “Play Station 4" oyun pultu, 2 ədəd hər birinin dəyəri 300 manat olan “Play Station 3" markalı oyun konsolu, 5 ədəd hər birinin dəyəri 55 manat olan “Play Station 3” oyun pultu və bir ədəd üzərində GSM sim kart olan 50 manat dəyərində “Nokia” markalı mobil telefon talanmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Belə ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 D saylı evdə yaşayırlar. Yaşadıqları evin ayrıca həyəti vardır. Həyətdən küçəyə qapı olsa da çox vaxt açıq olur. Onun 10 yaşlı bacısı oğlu Nicat Əliyev ara-bir onlara gəlib bir neçə gün qaldığından o, bacısı oğlunun sürməsi üçün 2018-ci ilin iyul ayında Bayıl qəsəbəsində yerləşən «Spor Line» mağazasından 800 manata «X7» markalı velosiped almışdır. xx xxxxxx 2018-ci il tarixində saat 21 radələrində velosipedi həyətdə qoyub evə getmiş və xx xxxxxx 2018-ci il tarixdə saat 04.30 radələrində həyətə çıxanda görmüşdür ki, velosiped həyətdə yoxdur və oğurlanmışdır. Sonradan polisə müraciət edərək velosipedin oğurlandığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının oğludur. Digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2019-cu il tarixində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 64 mənzil 67-də olduğu zaman həmin gün saat 12 radələrində bacısı oğlu Əhməd evə gələrək ondan yemək istəmişdir. Bu zaman o, Əhmədə mətbəxə daxil olaraq oradan yemək götürüb yeməsini bildirmişdir. Ardınca o, Əhmədlə qısa danışıqdan sonra bir az yorğun olduğu üçün yataq otağına gedib uzanmışdır. Təxminən 15-20 dəqiqədən sonra Əhməd ona demişdir ki, gedib çörək alıb qayıdır. Təxminən 30 dəqiqədən sonra ona məxsus 1500 manat dəyərində “İphone 7 markalı mobil telefonun qoyduğu yerdə, yəni otaqda qaz sobasının yanında olmadığını görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, Əhməd ona məxsus "İphone 7" markalı mobil telefonu götürmüş və çörək almaq bəhanəsi ilə yaşadığı evdən çıxıb getmişdir. Hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 oğlunun, Zərərçəkmiş şəxs7 iştiraklarının təmin edilməsi üçün onlara məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə, həmçinin barələrində məcburi gətirmə qərarı çıxarılmasına baxmayaraq, onların məhkəmə iclaslarında iştiraklarını təmin etmək mümkün olmamışdır. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hal-hazırda İqtisad Universitetinin 4-cü kurs tələbəsidir. Səhərlər universitetə gedib təhsil alır, gecələr isə ünvan 10 “A" saylı ünvanda yerləşən və 24 saat fəaliyyət göstərən “Lord” playstation klubunda gözətçi kimi işləyir və müştərilərə nəzarət edir. Həmin klubda 2018-ci ilin iyun ayından etibarən işləyir. İş rejimi axşam saat 9-dan səhər saat 9-a kimi olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixində həmin klubda işdə olarkən saat təxminən 04 radələrində yorğunluq hissi olduğundan klubun giriş hissəndən ikinci kabinet boş olduğuna görə ora keçib divanda əyləşmiş və yuxuya getmişdir. Təxminən yarım saat sonra şkafın qapısının səsini eşidib oyanmış və kabinetdən bayıra çıxanda görmüş ki, bir nəfər şəxs klubun giriş qapısından bayıra çxır. Həmin şəxsin əlində oyun pultu olduğunu görmüş və ilk əvvəl düşünmüş ki, müştərilərdən biri onu əlində pultla axtarır. Çünki çox vaxt həmin oyun konsollarının pultlarında nasazlıq olur, onlar də məcbur olub həmin pultu dəyişir. Odur ki, o, ilk əvvəl bu cür düşünmüşdür. Həmin şəxsin dalınca getmiş, lakin bayıra çıxanda heç kimi görməmiş ona görə də tez bir zamanda kameraların görüntülərinə baxmaq qərarına gəlmişdir. Videogörüntülərə baxanda görmüş ki, hadisəni iki nəfər şəxs törədir və onlardan birini üzdən tanımışdır. Belə ki, həmin şəxs tez-tez onlarla qonşuluqda fəaliyyət göstərən internet kluba gedib-gəlirmiş. O, həmin şəxsi internet kluba gedib-gələn uşaqlara göstərəndə həmin uşaqlar deyilən şəxsin adının "Lamin” olduğunu demişlər. O, oğurluq barədə həmin obyekti işlədən Turala məlumat vermiş və bu barədə izahat yazmışdır. Lamin adlı şəxsin adını eşitdiyini, həmin şəxsi üzdən tanıdığını, lakin “Əxi" adlı şəxs barədə eşitmədiyini, belə bir şəxs tanımadığını qeyd etmişdir. Hadisə nəticəsində obyektdən Turala məxsus olan 2 ədəd “Play Station 4" markalı oyun konsolu, 1 ədəd "FİFA-2019" oyun diski, 2 ədəd “Play Station 4" oyun pultu, 2 ədəd "Play Station 3" markalı oyun konsolu, 5 ədəd "Play Station 3” oyun pultu və bir ədəd sadə modelli "Nokia" markalı mobil telefon oğurlanmışdır. Həmin vaxt masanın üzərindən ona məxsus olan üzərində ***-***-**-** saylı GSM nömrə olan "İ-Phone 5S" markalı mobil telefon oğurlanmışdır. Hadisə nəticəsində oğurlanmış ona məxsus olan GSM nömrəni 8 manata, mobil telefonu isə iki il əvvəl 400 manata aldığını qeyd etmişdir. Həmin əşyaların işlənmə meyarını nəzərə alaraq qeyd etmiş ki, ona hadisə nəticəsində ümumilikdə 250 manat məbləğində maddi ziyan dəymişdir. Şahid4 klubu sonuncu dəfə tərk edəndə sonuncunu səsləmədiyini, həmin an o, klubdan çıxan şəxsin oğurluq etməyini bilmirmiş. Zənn etmiş ki, müştəridir əlində nasaz pultla onu axtarır ki, dəyişsin. Lakin o, həmin şəxsin arxasında gedəndə heç kimi görməmiş və bu vaxt şübhələnərək kameralara baxmışdır. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsinin girişində yerləşən «Palma» şadlıq sarayının zirzəmisində olan yeməkxananı işlədir. O, yeməkxanada kuryer vəzifəsinə işçi axtardığından yeməkxananın girişinə bununla bağlı elan vurmuşdur. xx xxxx 2019-cu ildə tarixdə işçisi Rəvanla Əhməd adlı şəxs onun yanına gəlmiş, Əhməd iş axtardığını bildirmişdir. O, həmin şəxsə motosiklet idarə edə biləcəyi halda işə götürəcəyini bildirərək, Rəvanla birlikdə Əhmədi motosikletə baxmaq üçün göndərmişdir. Bir neçə dəqiqə sonra Rəvan onun yanına gələrək motosikleti Əhməd adlı şəxsin sürüb aparmasını bildirmişdir. Həmin motosikletin dəyəri 1200 manat olmuşdur. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı Sumqayıt şəhərindən çıxaraq dostunun yaşadığı 3-ün dairəsi adlanan yerə gəlmiş, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi 17 saylı binanın yaxınlığında özünə məxsus VAZ-2107 markalı **- SU-*** dövlət nömrə nişanlı avtomaşını saxlayaraq düşüb piyada gedərək dostu ilə görüşüb bir qədər söhbət etdikdən sonra, acdığından yaxınlıqda olan dönərxanaya getmiş, bir qədər sonra avtomaşının olduğu yerə gedərkən avtomaşının yerində olmamasını görüb DİN-in 102 xidmətinə məlumat vermişdir. Atomobilin içərisində 68 manat pul olan 12 manat dəyərində pul kisəsi, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və etibarnamə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmişlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 oğlunun, Zərərçəkmiş şəxs7 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 ilə tanış olmuş və həmin vaxt Təqsirləndirilən şəxs təklifi ilə aralarında razılığa gəlmişdirlər ki, şəhərdə sürmək üçün avtomobil qaçıraraq vaxt keçirsinlər. Bundan sonra o, Əhməd, Rafət və Məhəmməd həmin gün saat 05 radələrində ünvan 5 saylı ünvanın qarşısına gələrək orada saxlanmış “Vaz 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qaçırmağı planlaşdırmışlar. Aralarında olan razılaşmaya əsasən o və Əhməd avtomobilə yaxınlaşaraq avtomobilə daxil olmalı və avtomobili Əhməd elektrik naqillərini birləşdirməklə işə salmalı, həmin vaxt o da Əhmədə yardımçı olmalı, Rafət və Məhəmməd isə kənardan ola biləcək müdaxilənin qarşısını öncədən almaq üçün müşahidə aparmalı idilər. Bundan sonra o və Əhməd avtomobilə yaxınlaşmış və Əhməd avtomobilin ön sol tərəf qapısının dəstəyini çəkdikdə qapı açıq olduğu üçün avtomobilin sükan tərəfində əyləşmiş və ön sağ qapını açdıqdan sonra o da avtomobilə minmişdir. Qeyd olunan ərəfədə Rafət və Məhəmməd də kənarda müşahidə aparmışlar. Avtomobildə olarkən Əhməd avtomobilin naqillərini birləşdirməklə işə salmış, o də həmin vaxt Əhmədə yardımçı olmuşdur. Əhməd avtomobili işə saldıqdan sonra ətraf ərazidə müşahidə aparan Rafət və Məhəmməd də avtomobilin arxa qapılarını açaraq avtomobilə minərək oradan uzaqlaşmışlar. Həmin gün Bakı-Sumqayıt avtomagsitral yolunun Sumqayıt istiqamətində Əhməd avtomobili idarə edərkən qeyd olunan yolun "Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında idarəetməni anidən itirmiş və həmin məntəqənin qarşısında arakəsməyə çırpılma nəticəsində avtomobil yararsız vəziyyətə gəlmişdir. Bundan sonra o, Əhməd, Məhəmməd və Rafət avtomobildən çıxıb qaçmaqla xatırlamadığı taksiyə minərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Dost Telecom" telefon dükanının icarədarıdır. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında qeyd olunan ünvanda yerləşən icarədarı olduğu dükanda olarkən iki nəfər şəxs oraya daxil olaraq mobil telefon satmaq istədiklərini bildirmişlər. Bu zaman o, mobil telefonun onlardan oğurluq olub-olmadığını soruşduqda onlar həmin telefonun özlərinə məxsus olduqlarını bildirmişlər. Bundan sonra o, onlardan “İphone 7” markalı mobil telefonu 270 manata almağı razılaşmışdır. Daha sonra həmin mobil telefonun oğurluq olmadığına dair şübhələrə əmin olması üçün telefonu satacaqları təqdirdə şəxsiyyət vəsiqələrini təqdim etmələrini demişdir. Ardınca onlardan biri ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir və şəxsiyyət vəsiqəsinə baxdıqda həmin adamın Şahid4 olduğu ona məlum olmuşdur. O, şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və onlara 270 manat pul verərək “İphone7" markalı **********56938 İMEİ kodlu mobil telefonu Lamindən almışdır. Telefonu alarkən həmin telefonun ekranı çat vəziyyətdə olmuşdur. Səhəri gün o, telefonun ekranının təmiri üçün həmin telefona əlavə olaraq 110 manat məbləğində xərc qoyaraq ekranı təmir etdirmiş və həmin telefonu 450 manat məbləğində satışa qoymuşdur. xx xxxx 2019-cu il tarixdə icarədarı olduğu dükanda olduğu zaman ona polis əməkdaşları yaxınlaşaraq yuxarıda aldığı mobil telefonun oğurluq telefon olduğunu bildirmişlər. Həmin mobil telefonun oğurluq olduğunu o, bilməmişdir, çünki aldığı qızılı rəngli “İphone 7" markalı mobil telefonu alarkən Lamin adlı şəxs ona həmin telefonu şəxsiyyət vəsiqəsi ilə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı ünvanda yerləşən “Eltelekom mobil telefonların alqı-satqısı və təmiri dükanını icarə əsasında işlədir. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən 2019-cu ilin fevral ayının axırlarında axşam saat 22:30 radələrində o, mağazada işlə bağlı olan zaman mağazaya üç nəfər şəxs gələrək ikisi bayırda dayanaraq içlərindən biri ona yaxınlaşıb üzərində olan “İphone 5S” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin telefon nasaz olduğundan telefona görə ondan 10 manat pul tələb etmişdir. O isə həmin şəxsə telefonu 5 manata almağı təklif etmiş və şəxsiyyəti təsdiq edən sənəd tələb etmişdir. Həmin şəxs onunla razılaşmış lakin heç bir sənədinin olmadığını bildirmişdir. O, həmin şəxsə sənədsiz telefonu ala bilməyəcəyini bildirəndən sonra həmin şəxs qapıdan bayıra çıxıb özü ilə birlikdə gələn və bayırda gözləyən digər bir şəxsi çağırmışdır və onunla birlikdə mağazaya daxil olmuşdur. Həmin şəxs azayaşlı idi və ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etmişdir. O da, sənədin surətini çıxarıb həmin şəxslərə 5 manat pulu verib telefonu götürmüşdür. Bundan təxminən bir ay sonra iş yerinə polis əməkdaşları ilə bir nəfər saxlanılmış azyaşlı şəxs gələrək mağazanı göstərmiş və o, həmin şəxsi üzdən dərhal tanımışdır. Belə ki, həmin şəxs ona öz şəxsiyyət vəsiqəsi ilə sözügedən "İ-Phone 5S" markalı mobil telefonu satmışdır. Bundan sonra həmin mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. Həmin şəxs ona mobil telefonu satarkən həmin əşyanın oğurluq yolu ilə əldə olunduğunu bildirmədiyini, mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Telefonu satmaq üçün üç nəfər şəxsin gəldiyini, onlardan ikisi bayırda dayanmışlar, biri isə mağazaya daxil olmuşdur. Daha sonra isə tanıdığı azyaşlı şəxs mağazaya daxil olub öz şəxsiyyət vəsiqəsini təqdim edərək telefonu ona satmışdır. Həmin şəxsləri ilk dəfə gördüyünü, onlar barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Həmin şəxslərdən azyaşlı şəxsi görüb dərhal tanıdığını, digər iki nəfər şəxsdən isə yalnız mağazaya ilk daxil olan şəxsi tanıya biləcəyini qeyd etmişdir. Belə ki, digər üçünçü şəxs ümumiyyətlə mağazaya daxil olmamış, həmin şəxsi o görməmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki,xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 ilə tanış olmuş və həmin vaxt Təqsirləndirilən şəxs təklifi ilə aralarında razılığa gəlmişlər ki, şəhərdə sürmək üçün avtomobil qaçıraraq vaxt keçirsinlər. Bundan sonra o, Əhməd, Sədim və Məhəmməd həmin gün saat 05 radələrində ünvan 5 saylı ünvanın qarşısına gələrək orada saxlanmış “Vaz 21074" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qaçırmağı planlaşdırmışlar. Aralarında olan razılaşmaya əsasən Sədim və Əhməd avtomobilə yaxınlaşaraq avtomobilə daxil olmalı və avtomobili Əhməd elektrik naqillərini birləşdirməklə işə salmalı, həmin vaxt Sədim Əhmədə yardımçı olmalı, o və Məhəmməd isə kənardan ola biləcək müdaxilənin qarşısını öncədən almaq üçün müşahidə aparmalı idilər. Bundan sonra, Sədim və Əhməd avtomobilə yaxınlaşmış və Əhməd avtomobilin ön sol tərəf qapısının dəstəyini çəkdikdə qapı açıq olduğu üçün avtomobilin sükan tərəfində əyləşmiş və ön sağ qapını açdıqdan sonra Sədim də avtomobilə minmişdir. Qeyd olunan ərəfədə o, Məhəmmədlə kənarda müşahidə aparmışlar. Avtomobildə olarkən Əhməd avtomobilin naqillərini birləşdirməklə işə saldıqdan sonra o, Məhəmmədlə birlikdə avtomobilin arxa qapılarını açaraq avtomobilə minib oradan uzaqlaşmışlar. Həmin gün Bakı-Sumqayıt avtomagsitral yolunun Sumqayıt istiqamətində Əhməd avtomobili idarə edərkən yolun Sumqayıt istiqamətində sağ tərəfində yerləşən “Lukoir yanacaqdoldurma məntəqəsinin qarşısında Əhməd idarəetməni itirmiş və anidən həmin məntəqənin qarşısında arakəsməyə çırpılma noticosində avtomobil yararsız vəziyyətə düşmüşdür. Bundan sonra o, Əhməd, Məhəmməd və Sədim avtomobildən çıxıb qaçmaqla xatırlamadığı taksiyə minərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki,xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Şamaxinka adlanan ərazidə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 ilə tanış olmuş və həmin vaxt Təqsirləndirilən şəxs təklifi ilə aralarında razılığa gəlmişlər ki, şəhərdə sürmək üçün avtomobil qaçıraraq vaxt keçirsinlər. Bundan sonra o, Əhməd, Sədim və Rafət həmin gün saat 05 radələrində ünvan 5 saylı ünvanın qarşısına gələrək orada saxlanmış “Vaz 21074" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini qaçırmağı planlaşdırmışlar. Aralarında olan razılaşmaya əsasən Sədim və Əhməd avtomobilə yaxınlaşaraq avtomobilə daxil olmalı və avtomobili Əhməd elektrik naqillərini birləşdirməklə işə salmalı, həmin vaxt Sədim Əhmədə yardımçı olmalı, o və Rafət isə kənardan ola biləcək müdaxilənin qarşısını öncədən almaq üçün müşahidə aparmalı idilər. Bundan sonra Sədim və Əhməd avtomobilə yaxınlaşmış, Əhməd avtomobilin ön sol tərəf qapısının dəstəyini çəkdikdə qapı açıq olduğu üçün avtomobilin sükan tərəfində əyləşmiş və ön sağ qapını açdıqdan sorra Sədim də avtomobilə minmişdir. Qeyd olunan ərəfədə o Rafətlə kənarda müşahidə aparmışlar. Avtomobildə olarkən Əhməd avtomobilin naqillərini birləşdirməklə işə saldıqdan sonra o, Rafətlə birlikdə avtomobilin arxa qapılarını açaraq avtomobilə minib oradan uzaqlaşmışlar. Həmin gün Bakı-Sumqayıt avtomagsitral yolunun Sumqayıt istiqamətində Əhməd avtomobili idarə edərkən qeyd olunan yolun Sumqayıt istiqamətində yolun sağ tərəfində yerləşən “Lukoil yanacaqdoldurma məntəqəsinin qarşısında Əhməd idarəetməni itirmiş və anidən həmin məntəqənin qarşısında arakəsməyə çırpılma nəticəsində avtomobil yararsız vəziyyətə gəlmişdir.Bundan sonra o, Əhməd, Məhəmməd və Sədim avtomobildən çıxıb qaçmaqla xatırlamadığı taksiyə minərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki,ünvan 12 A saylı ünvanda yerləşən “Playstation" klubundan oğurluq cinayətini o, hadisədən bir neçə gün əvvəl tanış olduğu Əhməd adlı tanışı və Əhmədin yanında olan tanımadığı şəxslə birlikdə törətmişdir. Belə ki, həmin ərəfədə o, sözügedən Playstation klubu ilə yanbayan olan internet klubda gecələyirmiş və tez-tez oralarda olurmuş, elə həmin vaxt da o, orada Əhməd adlı şəxslə tanış olmuşdur. Əhməd onun internet klubda tez-tez gecələdiyini və əvvəllər oğurluğa görə məhkum olunduğunu bilirmiş və aralarında olan söhbət zamanı ona bildirmişdir ki, qonşuluqda fəaliyyət göstərən “Playstation" klubu da səhərə kimi işləyir və orada gözətçi işləyən şəxs çox vaxt gecə saatlarında otaqların birində yatır. Odur ki, oradan rahat oğurluq etmək olar. Onlar da belə qərara gəlmiş ki, səhəri gün həmin kluba girib oradan oğurluq etsinlər. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixində axşam saatlarında onlar klubda görüşmüşlər və Əhməd ona demiş ki, harasa getməlidir lakin buna baxmayaraq 3-4 saata geri qayıdacaq. O da interet klubda qalmış, Əhməd isə harasa getmişdi. Saat təxminən 3-4 aralarında Əhməd kluba bir nəfər tanımadığı şəxslə birlikdə gəlmiş və həmin şəxsi ona dostu kimi təqdim etmişdir. Bir neçə dəqiqə sonra Əhməd demiş ki, “dur gedək". Onlar üçü də internet klubdan çıxmışlar. Danışmışlar ki, o, kluba daxil olacaq, Əhməd isə onu çöldə gözləyəcək və gəlib-gedən olsa ona bu barədə xəbər verəcək. Əhmədin dostu isə onları yolun kənarında gözləyirmiş. Həmin klub zirzəmi tipli olduğundan Əhməd pilləkənin yanında giriş qapısının qarşısında dayanmışdır, o isə qapını açıb içəri daxil olmuşdur. Klub gecə işlədiyindən qapısı açıq imiş və içəridə yerləşən ən sonuncu kabinetdə müştərilər də var imiş. O, içəri daxil olub görmüş ki, klubun gözətçi olan yeri boşdur və vəziyyətdən istifadə edib soldakı kabinetdən bir ədəd “Play station 3" oyun kompyuterini və üzərinə birləşdirilmiş olan 2 ədəd pultunu götürüb çölə çıxmışdır. Oğurladığı kompyuterlə pultları özləri ilə gətirdikləri və Əhmədin əlində olan idman çantasına qoymuşdur. O, Əhmədə bildirmş ki, içəridə nəzarət edən heç kim yoxdur və bu dəfə özü çöldə qalaraq Əhməd içəri daxil olmuşdur. Təxminən 3 dəqiqə sonra Əhməd geri qayıtmışdır və üzərində bir ədəd “Play Station 3" oyun kompyuteri və 3 ədəd pult və bir ədəd “İ-Phone 5S” mobil telefonu gətirmişdir. Onlar həmin əşyaları da idman çantasına qoymuşlar və yenidən o, kluba daxil olmaq qərarına gəlmiş, Əhməd isə çöldə qalmışdır. Bu vaxt o, klubun daxilinə girən kimi içəridə yerləşən kassa aparatı olan masaya yaxınlaşıb orada yerləşən siyirtmələri açaraq oradan iki ədəd “Play Station 4" oyun kompyuterlərini götürüb çölə çıxmış və həmin kompyuterləri Əhmədə təhvil verib çantaya qoyaraq yenidən kluba daxil olmuş və bu dəfə həmin masadan iki ədəd oyun pultu və bir ədəd sadə model “Nokia” markalı mobil telefonu götürüb klubdan çıxmışdır. Onu da qeyd etmiş ki, o, klubdan çıxarkən qapını bağlayırmış və son anda görmüş ki, kabinetlərin birindən gözlərini ovuşduraraq üzdən tanıdığı həmin klubun gözətçisi çıxır. Həmin şəxs onu görsə də onun tərəfindən oğurluq hadisəsinin törədilməsini bilməmişdir, çünki əlində olan pultları görə bilməzdi. O, sakitcə qapnı bağlayıb Əhmədə işarə etmiş və onlar oranı tərk edib getmişlər. Onlar Əhmədlə yolu keçib Əhmədin dostu dayanan yerə tərəf getmişlər və oradan 20 yanvar metrosu tərəfdə yerləşən internet kluba getmək qərarına gəlmişlər. Orada olarkən düşünmüşlər ki, səhər oğurladıqları əşyaları birlikdə aparıb satsınlar. Beləliklə də, səhəri gün 20 yanvar metrosu tərəfdə yerləşən internet klubu tərk edib üçü də həmin əşyaları satmaq üçün yer axtarmağa başlamışlar. Sonradan Əhməd demiş ki, Qara Qarayev metrosu ətrafında çoxsaylı komyuter klubları vardır. Ona görə də onlar elə həmin yerə yollanmışlar və Qarayev metrosuna çatdıqda orada yerləşən “Panda” uşaq mağazasının yanında fəaliyyət göstərən zirzəmi tipli kompyuter klubuna daxil olub orada 2 ədəd Play Station 3 oyun kompyuteri və 4 ədəd pultu ümumilikdə 200 manata satmışlar. Həmin yerə yalandan bildirmişlər ki, guya klub işlədirlər və klub bağlandığına görə həmin avadanlığı satmaq məcburiyyətindədirlər. Həmin əşyaları onlardan alan adama Əhmədin dostu öz istifadəsində olan nömrəni vermişdir. Bundan sonra onlar bir neçə yerə üzərilərində qalan Play Station 4 markalı oyun kompyuterini almağı təklif etsələr də, heç kim onları almaq istəmirmişdir. Nəhayət bir qədər gəzişib Qarayev metrosu yaxınlığında “Planet'' şadlıq sarayının qarşısında yerləşən klubların birinə daxil olub Play Station 4 markalı oyun kompyuteri və 2 ədəd pultu satdıqlarını bildirmişlər. Həmin yerdə kompyuterləri yoxlamışlar və məlum olmuş ki, kompyuterlərin biri işləmir. Ona görə də onlar həmin klubun sahibi ilə danışıb, razılığa gəlmişlər ki, saz vəziyyətdə olan kompyuterin birini 150 manata, xarab olan birini isə 30 manata satırlar. Üzərilərində olan 2 ədəd pultu da həmin məbləğin müqabilində vermişlər. Həmin yerdə də bildirmişlər ki, guya özlərinin kompyuter salonu var lakin bağlandığından həmin əşyaları satırlar. Bundan sonra onlar şəhərə qayıtmışlar və bir qədər də gəzişəndən sonra 20 yanvar metrosu yaxınlığında olarkən oğurladıqları “İ-Phone 5s” markalı mobil telefonu sataraq pul əldə etmək qərarına gəlmişlər və bu vaxt o, 20 yanvar metrosu yaxınlığında yerləşən dükanların birinə daxıl olmuşdur. Əhmədlə dostu isə bayırda gözləyirmiş. O, dükanda telefonu satdığını bildirmişdir. Lakin orada işləyən şəxs ondan sənəd tələb etdiyi üçün o, həmin telefonu həmin şəxsə sata bilməmişdir, belə ki, üzərində heç bir sənəd yox imiş. Lakin Əhmədin sənədi üzərində olduğu üçün Əhməd öz şəxsiyyət vəsiqəsi ilə həmin telefonu satmağa razılıq vermiş və beləliklə də 5 manata həmin mobil telefonu ehtiyat hissəsi kimi orada satmışdır. Sonra onlar həmin pulu öz aralarında bölmüşlər. Sonradan isə tutulmuşdur və məsuliyyətdən yayinnaq məqsədilə yalandan qeyd olunan əşyaları Gəncə şəhərində satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki,2019-cu ilin təxminən yanvar ayının axırlarından Bakı şəhəri, Nizami rayonu Qara Qarayev metrostansiyası “Panda Kids” mağazasının yaxınlığında yerləşən və fəaliyyət göstərən playstation oyun klubunu icarə əsasında işlədirmiş. Təxminən 2019-cu ilin fevral ayının axırlarında o, səhər saat 11 radələrində klubda olan zaman kluba üç nəfər şəxs gələrək ona “Play Station 3" və “Play Station 4” markalı oyun kompyuterlərini satdıqlarını və ona həmin kompyuterləri almağı təklif etmişdirlər. Həmin şəxslərdən biri arıq, saqqallı, boyu 179 sm, yanındaki şəxslər həmin şəxsə “Ramin” deyərək müraciət edirmişlər. Digər şəxs alçaq boylu, dolu bədən quruluşlu, sarışın uşaq idi, yaşı təxminən 24-25 aralarında olarmış və həmin şəxs özünü ona “Anar” kimi təqdim etmişdir. Bundan başqa onların yanında arıq azyaşlı uşaq da var imiş. Onlar ona demişlər ki, Sabirabad rayonunda işlətdikləri playstation klub bağlandığına görə və hazırda kredit borcları olduğu üçün məcburiyyətdən həmin kompyuterləri satırlar. O, yoxlayıb həmin kompyuterlərdən “Play Station 3" oyun kompyuterləri almaq qərarına gəlmişdir. Beləliklə də 2 "Play station” 3" oyun konsolu və 4 ədəd həmin kompyuterlərə aid oyun pultunu ümumilikdə 200 manata almışdır. Onu da qeyd etmşdir ki, onların içərisində Anar adlı şəxs həmin kompyterlərin satılmasına daha çox səy göstərirmiş. Belə ki, Anar onu əmin edərək hətta öz istifadəsində olan mobil telefon nömrəsini də ona vermişdir və nəsə problem olduğu təqdirdə zəng edə biləcəyini demişdir. Onu da qeyd etmiş ki, Anarın nömrəsini o, telefonun yaddaşında saxlamış və elə həmin gün Anar statusunda yanında olan iki nəfər şəxslə, yəni onun işlətdiyi kluba gələn şəxslərlə birlikdə yeyib içməkdə-istirahətdə olmaları barədə fotogörüntülərini paylaşırmış. Bundan bir müddət sonra isə polis əməkdaşları işlətdiyi kluba saxlanılmış həmin azyaşlı uşaqla birlikdə gələrək həmin kompyuterlərin oğurluq olmalarını bildirmişlər və azyaşlı hər şeyi səmimi olaraq bildirmişdir. O, da həmin şəxsi görüb tanımışdır. Bundan sonra həmin kompyuterləri polis əməkdaşlarına təhvil vermişdir. Həmin şəxslərin ona həmin kompyuterləri satarkən həmin əşyaların oğurluq yolu ilə əldə olunması barədə xəbər vermədiklərini, həmin kompyuterlərin özlərinə məxsus olduqlarını bildirdiklərini qeyd etmişdir. Həmin şəxsləri ilk dəfədir ki, gördüyünü, həmin şəxslərin içində yalnız Anarın istifadəsində olan mobil telefon nömrəsinin onda olduğunu, lakin sonradan telefonu format olunduğuna görə Anarın nömrəsinin digər bütün kontaktların nömrələri ilə bərabər silindiyini qeyd etmişdir. Həmin şəxsləri görüb tanıya biləcəyini, onların içində azyaşlı olan şəxsi polis əməkdaşlarının yanında gələrkən görüb dərhal tanıdığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid8 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki,bir neçə ildir Bakı şəhəri, Nizami rayonu ərazisində "Məftun" adlı oyun kompyteri klubunu icarə əsasında işlədir. Mahiyyəti üzrə qeyd etmişdir ki, 2019-cu ilin təxminən fevral ayının axırlarında saat təxminən 12 radələrində o, klubda işdə olan zaman üç nəfər şəxs kluba gələrək ona 2 ədəd "Play Station 4” markalı oyun kompyuterlərini satdıqlarını və ona həmin kompyuterləri almağı təklif etmişlər. Həmin vaxt bununla bağlı üç nəfər şəxs gəlsə də, onlardan biri bayırda dayanıb siqaret çəkirdi. Onunla danışan isə bir nəfər azyaşlı şəxs və onun yanında olan bir nəfər qarayanız şəxs imiş. Onlar ona demişlər ki, özləri də oyun klubu işlətmişlər və həmin klub bağlandığına görə məcbur olub həmin kompyuterləri satırlar. O, təqdim olunan hər iki kompyuteri işə salıb yoxlamış və məlum olmuş ki, kompyuterlərdən birində nasazlıq var. Ona görə də həmin şəxslərlə danışıb ümumilikdə təxminən 200 manata hər iki kompyuteri və iki ədəd həmin kompyuterlərə aid olan pultları almışdır. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Qeyd etmiş ki, o, kompyuterləri yoxlayan zaman onların birinin içində bir ədəd oyun diski də qalmışdır. Həmin hadisədən təxminən bir ay keçdikdən sonra isə işlətdiyi kluba polis əməkdaşları ilə ona kompyuterləri satan üç nəfər şəxsdən biri gəlmiş və həmin şəxs polislərə klubu göstərib ifadə verirmiş. Onlar kluba daxil olanda o, həmin şəxsi tanımışdır. Belə ki, məhz həmin şəxslə alış-veriş zamanı ünsiyyətdə olmuşdur. Ona həmin kompyuterlərin cinayət yolu ilə əldə olunmasını bildirəndən sonra o, həmin kompyuterləri və pultları polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəxslər ona sözügedən kompyuterləri satarkən həmin əşyaların oğurluq yolu ilə əldə olunduğunu bildirmədiklərini, həmin kompyuterlərin özlərinə məxsus olmasını bildirmişlər. Həmin şəxsləri ilk dəfə gördüyünü, onların anket məlumatları barədə heç bir məlumatının olmadığını qeyd etmişdir. Həmin şəxslərdən yalnız bir nəfərin simasının yadında qaldığını, həmin şəxsi də polis əməkdaşları kluba gətirən zaman görüb tanıdığını, digər iki nəfər şəxsin isə ondan yaşca böyük olduğunu qeyd etmişdir. Həmin iki nəfər şəxs elə də çox danışmadıqlarına görə yadında qalmamışlar. Onları tanıya bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid9 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə Əhməd adlı şəxs gələrək onun işlədiyi yeməkxanada daşıyıcı kimi işə düzəlmək istəməsini bildirmiş, daha sonra o, Əhməddən motosiklet idarə edə bilib-bilmədiyini soruşmuş, Əhməd isə motosikleti idarə edə biləcəyini bildirmiş və yoxlamaq üçün sürmək istəməsini bildirdiyindən, o, motosikleti Əhmədə vermiş və Əhməd motosikleti idarə edərək onun yanından uzaqlaşaraq geri qayıtmamışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixində saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 52). İş materiallarında olan nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur (cild 1, i/v 115-116). İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında porotokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Vaz 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtombil Bakı-Sumqayıt avtomagistral yolunun Sumqayıt istiqamətində “Lukoil' yanacaqdoldurma məntəqəsini avtomagistraldan ayıran ətrafı eyni ölçülü odun parçaları və beton qatla örtülmüş torpaq arakəsməyə çırpılmış və araksəməyə ziyan dəyməsə də, odun parçaları bağlandığı məftildən qırılmışdır. Hadisə yerinə baxış zamanı iştirakçı qismində çıxış edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona məxsus avtomobil təsvir olunan arakəsməyə dəyərək yararsız vəziyyətə düşmüş, daha sonra polis əməkdaşları ona məxsus avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 3 ünvanında olan dayanacağa yerləşdirmişlər (cild1, i/v 138-141). İş materiallarına əlavə edilmiş xx xxx 2019-çu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Vaz 21074” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi 3 saylı ünvanda yerləşən dayanacağa saxlanması üçün təmin edilmişdir. Avtomobil müxtəlif tərəflərdən əzilmiş vəziyyətdədir. Tipi sedan olan avtomobil qara rənglidir. Avtomobilin sağ qabaq ön hissəsi tamamilə əzilmiş vəziyyətdədir. Avtomobil qəza vəziyyətindədir və həmin səbəbə görə avtomobilin qapılarını açıb salona yaxından baxış keçirilməsi mümkün deyildir. Avtomobilin kənardan salonuna baxdıqda sükan hissədə alt tərəfdə naqillərin qırılması müşahidə olunur. Bundan başqa avtomobilə baxış keçirilərkən avtomobilin salonunda qabaq sağ tərəfdə yerləşən oturacaqla qapının arasından bir ədəd qara rəngli sağ tay ayaqqabı aşkar edilmiş və iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür (cild1, i/v 142-148). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx xxx 2019-cu il tarixli, 13552 saylı rəyindən görünür ki, 2006-cı il buraxılışll "VAZ 21074” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində 70%-i yarasız hala düşmüş və avtomobilə dəymiş ziyanın miqdarı 2019-cu ilin aprel ayına nəzəri qaydada təxminən 3500,00 manat müəyyən olunur (cild1, i/v 153-154). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 27074 saylı rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində təqdim edilmiş fiziki şəxs Əhməd Əhmədov tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş arayışda olan dəyişilməli ehtiyyat hissələri və təmir bərpa işləri barədə məlumatlarına əsasən, təzə avtohissəərin qiymətləri nəzərə alınmaqla, 2006-cı il buraxılışlı, «VAZ-21074» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərcləri hadisə baş verən gün, yəni xx xxxxxxxx 2018-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 817 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 207 manat, Təmir-bərpa işlərinin qiyməti - 610 manat Tədqiq edilən 2006-cı il buraxılışlı, «VAZ-21074» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxxx 2018-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 752 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 142 (102+40m) manat, Təmir-bərpa işlərinin qiyməti - 610 manat Tədqiq edilən ** SU *** dövlət qeydiyyat nişanın hadisə baş verən tarixə, yəni xx xxxxxxxx 2018-ci il tarixə nəzəri qiyməti 21 manat müəyyən edilir (cild 2, i/v 9-12). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən tərtib edilmiş «Diskə baxış keçirilməsi haqqında» xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid4 iştirakı ilə keçirilmiş baxış zamanı Şahid4 videogörüntüdə ünvan 12A ünvanında yerləşən «London Rooms» «Play station» klubdan oğurluq edən şəxslərdən birinin özünün olmasını və digərinin isə Əhməd kimi tanıdığı şəxsin olmasını bildirmişdir (cild 3, i/v 44). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən tərtib edilmiş «diskə baxış keçirilməsi haqqında» xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə ünvan 12A ünvanında yerləşən «London Rooms» «Pay station» klubdan oğurluq edən şəxslərdən birinin özünün olmasını və digərinin isə Lamin kimi tanıdığı şəxsin olmasını bildirmişdir (cild 3, i/v 84). İş materiallarında olan maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən playstation oyun klubundan vətəndaş Şahid6 iki ədəd “Play Station 3" oyun kompyuteri və dörd ədəd həmin oyun kompyuterinə aid olan idarəetmə cihazı götürlümüşdür (cild 3, i/v 90). İş materiallarında olan maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev metrostansiyası yaxınlığında yerləşən playstation oyun klubundan vətəndaş Şahid8 iki ədəd “Play Station 4” oyun kompyuteri və iki ədəd həmin oyun kompyuterinə aid olan idarəetmə cihazı götürlümüşdür (cild 3, i/v 96). İş materiallarında olan maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu 20 yanvar metrostansiyası yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı və təmiri dükanından Vüsalim Almazovdan bir ədəd “İphone 5S” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür (cild 3, i/v 100). İş üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Elxan Tağızadə tərəfindən xx xxxx 2019-cu il tarixdə bir ədəd ağ rəngli “İPhone 5S" markalı mobil telefona Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş və məlum olmuşdur ki, istintaq zamanı müəyyən edilmiş **********47692 İMEİ kodlu cihaz məhz hadisə nəticəsində Zərərçəkmiş şəxs3 məxsus olaraq talanmış mobil telefondur (cild 3, i/v171) İş materiallarında olan xx xxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus oğurlanmış 01 ədəd “İ-Phone 5S” markalı mobil telefonu Nəsimi RPİnin İŞ-nin müstəntiqi X3 təhvil almışdır (cild 3, i/v170). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 21859 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəlilklə əlaqədar olmayan gerilik əlamətləri üzə çıxmır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və əqli inkişafına görə hadisə zamanı etdiyi hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 4, i/v 86-89). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Vaz 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin qabaq sağ oturacağının yanından aşkar edilmiş bir ədəd Şahid1 məxsus sağ tay ayaqqabının, 2006-cı il buraxılışlı, «VAZ-21074» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin, iki ədəd “X8 4” markalı oyun konsolunun, iki ədəd “X8 3" markalı oyun konsolunun, iki ədəd “X8 4" markalı oyun pultunun, dörd ədəd “X8 3” markalı oyun pultunun, “FİFA-2019” oyun diskinin, kompyuterləri və onların hissələri, 1 ədəd “Apple” markalı “İphone 5S" 16 GB mobil telefon aparatının və ünvan 12A ünvanında yerləşən «London Rooms» «Play station» kluba baxış zamanı hadisə yerindən götürülmüş 1ədəd “CD” diskin maddi sübut kimi tannması və 01 ədəd “CD" diskin cinayət işinin materillarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (cild 4, i/v 94-122). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 2, i/v 5-6). İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(006)-31/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 08 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından dərhal həbs olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2, 185.2.1 və 185.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 saylı Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayətin yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, törətdiyi əməllərdən peşman olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.2, 185.2.1 və 185.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-42/2020 saylı hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu vəNəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(006)-31/2020 saylı qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 1 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət 08 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunduğundan hesab edir ki, 08 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilərək, haqqında «həbs» qətimkan tədbiri seçilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 210 manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Vaz 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və bir ədəd Şahid1 məxsus sağ tay ayaqqabının Nəsimi RPİnin məsul saxlancına təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 2006-cı il buraxılışlı, iki ədəd “X8 4” markalı oyun konsolunun, iki ədəd “X8 3" markalı oyun konsolunun, iki ədəd “X8 4" markalı oyun pultunun, dörd ədəd “X8 3” markalı oyun pultunun, “FİFA-2019” oyun diskinin, kompyuterləri və onların hissələri, 1 ədəd “Apple” markalı “İphone 5S" 16 GB mobil telefon aparatının sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış ünvan 12A ünvanında yerləşən «London Rooms» «Play station» kluba baxış zamanı hadisə yerindən götürülmüş 1ədəd “CD” disk cinayət işinin materillarına əlavə edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-358/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxxx 2019-cu il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 ( iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 2 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,1(001)-42/2020 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddət Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(006)-31/2020 saylı qərar ilə əvəz edilmiş 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınmış Vaz 21074 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və bir ədəd Şahid1 məxsus sağ tay ayaqqabının Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilməsi nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınmış 2006-cı il buraxılışlı, iki ədəd “X8 4” markalı oyun konsolunun, iki ədəd “X8 3" markalı oyun konsolunun, iki ədəd “X8 4" markalı oyun pultunun, dörd ədəd “X8 3” markalı oyun pultunun, “FİFA-2019” oyun diskinin, kompyuterləri və onların hissələri, 1 ədəd “Apple” markalı “İphone 5S" 16 GB mobil telefon aparatının sahiblərinə qaytarılması nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınmış ünvan 12A ünvanında yerləşən «London Rooms» «Play station» kluba baxış zamanı hadisə yerindən götürülmüş 1ədəd “CD” diskin cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-19/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-19/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver