Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-19/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Masallı rayonu, Xırmandalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2023-cü il tarixdə saat 19 radələrində ünvan 5əşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus istehsalat sexinin qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə sexin pəncərəsini fiziki güc tətbiq edib yerindən çıxararaq həmin yerdən oraya qanunsuz daxil olub sexdən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 150 manat dəyərində “Makita” markalı laqondanı, 02 ədəd ümumi dəyəri 400 manat olan “Makita” markalı drelləri, 350 manat dəyərində açar dəstini, 30 manat dəyərində biz dəstini, 03 ədəd ümumi dəyəri 20 manat olan drel başlıqlarını, 01 qutu ümumi dəyəri 40 manat olan açar ləvazimatlarını, 02 ədəd ümumi dəyəri 20 manat olan eynəkləri, 15 manat dəyərində kəsici ləvazimatları, 01 ədəd 160 manat dəyərində daşyonan aləti və ümumi dəyəri 250 manat olan açar dəstini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 1435 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2023-cü il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən təmir olunan obyektin qarşısına gəlib kənar şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra giriş qapısının üst hissəsində quraşdırılmış nəfəslikdən oraya qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 150 manat dəyərində boz rəngli laqondanı, 01 ədəd 250 manat dəyərində lazeri, ümumilikdə 150 manat dəyərində qara və yaşıl rəngdən ibarət yükləyici ilə işləyən drel və avadanlıqları, 01 ədəd 200 manat dəyərində preparatoru, ümumilikdə 100 manat dəyərində 14 metr uzunuluğunda, ağ rəngli elektrik naqilini, 13 metr uzunuluğunda, ağ rəngli elektrik naqilini, 19 metr uzunuluğunda ağ rəngli elektrik uzadıcısını, 5 metr uzunuluğunda ağ rəngli elektrik naqilini, 12,50 metr uzunluğunda ağ rəngi elektrik naqilini və ümumi dəyəri 200 manat təşkil edən 20 ədəd platon işıqları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, arada bir fəhləlik etmiş, lakin son vaxtlar işsiz olduğundan Bakı şəhəri üzrə müxtəlif ünvanlarda yerləşən zibil qutularının içərisindən tullanmış “Hell” içki və digər alüminiumdan olan boş qutuları yığaraq Bakı şəhərində yerləşən əlvan və metal qəbulu məntəqələrinə təhvil verərək oradan əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə maddi imkanı olmadığı üçün ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin ofisindən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 19 radələrində ofisin zirzəmisinə pəncərənin şüşəsini çıxararaq daxil olmuş və 2 saat ərzində orada olan 01 ədəd “Makita” markalı laqondanı. 02 ədəd “Makita” markalı drelləri, 01 ədəd açar naborunu, 01 ədəd biz naborunu, 03 ədəd drel başlıqlarını, 01 qutu açar ləvazimatlarını, 02 ədəd eynəkləri, 01 ədəd kəsici ləvazimatı, 01 ədəd daşyonan aləti və 01 ədəd açar dəstini götürmüşdür. Daha sonra saat təxminən 21 radələrində götürdüyü əşyalar ilə birlikdə ofisə girdiyi pəncərədən çıxaraq oradan uzaqlaşıb getmişdir. Elə həmin gün gecə saatlarında xatırlamadığı ərazidə səyyar şəkildə əlvan və metal qəbul edən tanımadığı şəxsə həmin əşyaları ümumlikdə 300 manat pula satmışdır. Həmin şəxs ondan əşyaların oğurluq olub-olmamasını soruşduqda, o, həmin şəxsə əşyaların özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə yenidən maddi imkanı olmadığı üçün ünvan 4 ünvanındakı obyektdən oğurluq etmək qərarına gəlmişdir. Elə həmin gün saat təxminən 11 radələrində ətrafda heç kimin olmadığından əmin olduqdan sonra obyektin qapısına yaxınlaşmışdır. Obyektin qapısının üzərində olan açıq kiçik nəfəsliyi görmüşdür. Həmin nəfəslikdən içəri daxil olmuşdur. O, obyektə qanunsuz daxil olaraq oradan 01 ədəd laqonda, 01 ədəd lazer, 01 ədəd drel və avadanlıqları, 01 ədəd prefarator, elektrik naqilləri və 01 ədəd qutunun içərisində olan 20 ədəd plafon işıqları qutu ilə birlikdə götürmüşdür. Bundan sonra içəridən obyektin qapısını açmış, götürdükləri ilə birlikdə obyektdən çıxmış və qapını örtərək oradan uzaqlaşmışdır. Elə həmin günü xatırlamadığı ərazidə səyyar şəkildə əlvan və metal qəbul edən tanımadığı şəxsə həmin əşyaları ümumlikdə 150 manat pula satmışdır. Həmin şəxs ondan əşyaların oğurluq olub- olmamasını soruşduqda, o, həmin şəxsə əşyaların özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd etmişdir ki, yuxarıda göstərilən oğurluqlardan başqa oğurluq etməmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların ondan şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 2016-cı il tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin marketinq direktorudur. Şirkət ünvan 5əşir. Şirkət 2010-cu ildən fəaliyyət göstərir. Şirkət özəl və dövlət təşkilatlarının, nazirliklərin çap məhsullarının istehsalı ilə məşğul olur. Sonradan videogörüntüyə baxaraq müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00-dan 21:00-dək olan müddət ərzində bir nəfər naməlum şəxs ofisin zirzəmisinə pəncərənin şüşəsini çıxararaq daxil olmuş və 2 saat ərzində orada olan əşyaları yığıraq oradan uzaqlaşıb getmişdir. Ona məxsus oğurlanan əşyalar 01 ədəd “Makita” markalı 150 manat dəyərində laqonda, 02 ədəd “Makita” markalı ümumi dəyəri 400 manat olan drellər, 01 ədəd ümumi dəyəri 350 manat olan açar naboru, 01 ədəd ümumi dəyəri 30 manat olan biz naboru, 03 ədəd ümumi dəyəri 20 manat olan drel başlıqları, 01 qutu ümumi dəyəri 40 manat olan açar ləvazimatları, 02 ədəd ümumi dəyəri 20 manat olan eynəklər, 01 ədəd ümumi dəyəri 15 manat olan kəsici ləvazimat, 01 ədəd ümumi dəyəri 160 manat olan daşyonan alət və əlavə olaraq 01 ədəd ümumi dəyəri 250 manat olan açar dəstini oğurlamışdır. Lakin həmin videogörüntülər texniki xəta səbəbindən silindiyindən istintaqa təqdim edə bilməmişdir. Oğurluq nəticəsində onlara ümumilikdə 1435 manat maddi ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Daha sonra zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20.06 2023-cü il tarixdə obyektdə kafelləri vurduqdan sonra həmişə olduğu kimi özünə məxsus ümumi dəyəri 100 manat təşkil edən 01 ədəd 14 metr uzunuluğu olan, ağ rəngli, incə elektrik naqili, 01 ədəd 13 metr uzunuluğu olan, ağ rəngli incə elektrik naqili, 01 ədəd 19 metr uzunuluğu olan, ağ rəngli elektrik uzadıcısı, 01 ədəd 5 met uzunuluğu olan, ağ rəngli, incə elektrik naqili, 01 ədəd 12.50 metr uzunluğu olan, ağ rəngi qalın elektrik naqili, 01 ədəd boz rəngli, uzunluğu 30 sm olan 150 manat dəyərində laqonda, 01 ədəd yaşıl rəngli, uzunluğu 15-20 sm olan 250 manat dəyərində lazer, 01 ədəd qara və yaşıl rəngdən ibarət yükləyici ilə işləyən dəstəyi qara rəngdən ibarət olan 150 manat dəyərində direl və onun avadanlığları, 01 ədəd qara rəngli 200 manat dəyərində preporator, 20 ədəd ümumilikdə 200 manat dəyərində plafon işıqlarını obyektdə saxlamışdır. Saat təxminən 18 radələrində qapını bağlayaraq evə getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində işə gələn zaman qapının açıq olduğunu və obyektdə olan ona məxsus əşyaların oğurlandığını görmüşdür. Dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir. Qapının üst tərəfi kiçik nəfəslik üçün nəzərdə tutulsa da açıq vəziyyətdə olmuşdur. O, xx.xx.2023-cü il tarixdə obyektin yaxınlığında olan başqa bir obyektin video-müşahidə kamerasına baxan zaman bir nəfər şəxsin həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 11 radələrində qapının üzərindəki kiçik nəfəsliyin açıq olmasından istifadə edərək içəri daxil olmasını, təxminən 15-20 dəqiqə sonra qapını açaraq əlində əşyalarla uzaqlaşdığını görmüşdür. Lakin həmin videogörüntülər vaxt keçdiyi üçün silindiyindən onları istintaqa təqdim edə bilməyəcək. Oğurluq edən şəxsi tanımır, ədavəti də yoxdur. Lakin əşyaları təqdim etmiş Təqsirləndirilən şəxs görüb müşahidə kamerasında gördüyü şəxsi xatırlamış və müşahidə kamerasında obyektə oğurluq üçün daxil olan şəxs məhz Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində ona 1050 manat miqdarında ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.14); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.46); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir (İ cild, i.v.63-64); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.89-90); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.91); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-478/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 12:10-dan hesablanmışdır (İ cild, i.v.285-290); - “Sübutların qiymətləndirilməsi, cinayət təqibinə xitam verilməsi və cinayət işinin ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 yanvar 2024-cü il tarixdə istintaqı aparılmış ********* nömrəli cinayət işi materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrılmışdır (İ cild, i.v.113-123); - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.125); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.111-112); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-328/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə 25 oktyabr 2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir; - Şabran Rayon Məhkəməsinin 4(031)-40/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və o saxlanması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-328/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerin ünvan 5əşən Zərərçəkmiş şəxs2 MMC-nin ofisi olması müəyyən edilmişdir (İ cild, i.v.132-133); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerin ünvan 4 ünvanda yerləşən obyekt olması müəyyən edilmişdir (İ cild, i.v.18-21); - “İfadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən obyektdən və ünvan 5əşən "xxxx" MMC-nin istehsalat sexindən hansı qaydada oğurluq etdiyini hadisə yerlərində əyani göstərmişdir (İİ cild, i.v.137-138); - “Götürmə aparılması haqqında” 26 iyun 2024-cü il tarixli qərardan və “götürmə aparılması və baxış keçirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi elektrik naqilləri ordan götürülməklə həmin elektrik naqillərinə baxış keçirilən zaman elektrik naqillərinin 14 metr, 13 metr, 19 metr, 5 metr və 12,5 metr uzunluqlarda olması, naqillərin birinin elektrik uzadıcısı olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunan elektrik naqillərini ünvan 1 ünvanda yerləşən obyektdən oğurladığını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 naqilləri nəzərdən keçirib həmin naqillərin məhz onun işlədiyi obyektdən oğurlanan naqillər olduğunu bildirmişdir (İ cild, i.v.58-60); - “Baxış keçirilməsi haqqında” 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin məktubuna əlavə olunmuş bir ədəd diskə baxış keçirilən zaman diskdə 01 ədəd videofayl olması müəyyən olunmuşdur. Həmin videofayl açılaraq baxıldıqda müəyyən edilir ki, videogörüntüdə bir nəfər şəxs hər iki əlində ağ rəngli sellofan torbalarla məhlələr arası hərəkət edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs viceogörüntüdə hər iki əlində ağ rəngli sellofan torbalar olan şəxsin özünün olduğunu, həmin torbalarda ünvan 1 ünvanda yerləşən obyektdən oğurladığı əşyaların olduğunu, onları satmağa apardığını bildirmişdir (İ cild, i.v.61-62); - “İstintaq eksperimentinin aparılması haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, istintaq eksperimentinin aparılması zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən obyektin qarşısına gəlib, obyektin qapısının üst hissəsinə tullanmaqla balaca pəncərədən içəri daxil olmaq üçün pəncərədən keçmiş və bununla da istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həmin balaca pəncərədən daxil olmasının mümkün olması müəyyən olunmuşdur (İ cild, i.v.95-96); - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-6857/2023 nömrəli məktubundan görünür ki, Nərimanov RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-50/2-14382/23 nömrəli məktubu vasitəsilə xx.xx.2023-cü il tarixdə A.M.Cümə 46B ünvanında yerləşən Nümayəndə məxsus Zərərçəkmiş şəxs2 MMC-nin sexinda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi (ADİS-in məlumat bankına Yasamal MSY, BƏSİİ və İHOSMT-dən daxil olan) xx.xx.1989-cu ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (№05, pəncərə üzərindən götürülüb), orta (№06. pəncərə üzərindən götürülüb) barmaqlarının əksləri ilə və sol əlinin ovuc (№04, pəncərə üzərindən götürülüb) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir (İ cild, i.v.163-164); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 9/5389 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən elektrik naqillərinin istifadədə olunması nəzərə alınmaqla 2023cü ilin iyun ayına oları orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 89,00 manat, təqdim edilməyən mallar nəzəri qaydada təxminən 90.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.106-109); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli 9/7674 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 08 adda malların işlək vəziyyətdə və istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1292.00 (292+1000) manat müəyyən olunur. 05 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.59-62); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əl-barmaq izləri və Təqsirləndirilən şəxs təqdim etdiyi elektrik naqilləri, 01 ədəd hadisəni özündə əks etdirən videogörüntü olan disk maddi sübut kimi tanınmış, elektrik naqilləri isə saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir (İİ cild, i.v.143-153); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək, N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü dəyişdirilmiş, N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.3, 66.5 və 68.1-ci maddələrinə əsasən qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixli qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 221.3-cü maddəsi ilə 04 il N ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxsin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cinayət əməlini törətməsini səmimi olaraq etiraf etməsini, zərərin bir qismini ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində hazırkı iş üzrə seçilmiş və icra edilməmiş (digər iş üzrə həbsə alındığı üçün) həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs hazırda Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 4(031)-40/2024 saylı qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında olan elektrik naqilləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 geri qaytarılmalı, həmçinin, iş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq ümumilikdə 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iyi yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay, ümumilikdə cəmi 07 (yeddi) ay 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində hazırkı iş üzrə seçilmiş və icra edilməmiş (digər iş üzrə həbsə alındığı üçün) həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, hazırda Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 4(031)-40/2024 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında olan elektrik naqilləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk və əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iyi yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-19/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-19/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver