Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-190/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Yasamal bazarı” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Eldar” adlı şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq darda təmiz çəkisi 0,250 qram olan narkotik vasitə olan heroini əldə edib, özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 00:50də ünvan 2 dalan 2 saylı ünvanın qarşısında olan zaman Azərbaycan Republikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatının tələblərini pozduğuna görə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılmış və özünü şübhəli apardığından Nəsimi RPİ 21-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin 1 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Yasamal rayonu, Yasamal bazarının arxasında üzdən tanıdığı, özünü Eldar kimi təqdim edən şəxdən istifadəsi üçün 20 manata bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almış, aldığı narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən həmin gün yəni xx xxxxxx 2020-ci il tarixdə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvana getdiyi zaman saat 00:50 radələrində Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 30, dalan 2 saylı ünvanın qarşısında tanımadığı səhra geyim formasında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra, ona hərbi vəziyyətlə bağlı tətbiq edilmiş komendant saatının tələblərini pozmağı ilə yanaşı həmçinin narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək, onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə getməyi bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə gəlmişdir. Təhqiqatçı ona üstünə video çəkilişlə və şahidlərin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmiş, bundan sonra Nəsimi rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etdikdə vəkil Əhməd Fərhadovu seçmişdir. Axtarışda iştirak etmək üçün 2 nəfər şahid yəni polis əməkdaşları, video aparan bir nəfər mütəxəsis dəvət edildikdən sonra video çəkiliş və şahidlərinin iştirakı ıə şəxsi axtarış keçirilmişdir. Ondan üstündə, paltarında və paltarlarının ciblərində, də ola biləcək əşyaları təqdim etməyi təklif edildikdə əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 01 ədəd gümüşü kağıza bükülmüş içərisində kristal şəkilli olan bükümü, 01 ədəd qəhvəyi rəngli toz halında narkotik maddəni və Samsung markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır. Daha sonra isə ona ayaqqabılarını, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunduqda o, 1 ədəd gümüşü kağıza bükülmüş qəhvəyi rəngdə içərisində spesifik kəskin iyə malik olan, kristal şəkilli ağ rəngli bərk halda olan maddənin “kokos” yəni heroin olduğunu, 01 ədəd gümüşü kağıza bükülmüş qəhvəyi rəngdə maddənin “metamfetamin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin bükümləri Yasamal rayonunda yerləşən Yasamal bazarının arxasından xx xxxxxx 2020-ci il tarixdə ilk dəfə gördüyü özünü Eldar kimi təqdim ən şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını, aldığı narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir dəfə istifadə etdiyini, qalan hissəsini üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən şkar olunmuş narkotik vasitəyə bənzər maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı “189” nömrəli möhür ilə möhürləndikdən sonra hər bir iştirakçı tərəfindən həmin zərfin üzü imzalanmışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-da əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2020-ci il saat 06:00-a qədər Nəsimi rayonunun inzibati ərazisində Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1la birlikdə xidmətdə olmuşdur. İnzibati ərazidə xidmət aparan vaxt xx.xx.2020-ci il tarixdə saat 00:50 radələrində ünvan 3 dalan 2 saylı ünvanın qarşısından bir nəfər şəxsin piyada hərəkət etdiyini və özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Əvvəlcə onun sərxoş olduğunu düşünmüşlər. Lakin həmin şəxsdən spirt iyi gəlmədiyi halda özünü sərxoş kimi aparması onlarda həmin şəxsin narkotik vasitələrin istifadəsində şübhəli olduğu şübhəsini yaratmışdır. Həmin şəxsin üzərində heç bir sənəd olmadığına görə ona Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinə getmək təklif edilmiş, polis bölməsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxx 1987-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ev 78də qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bundan sonra baş vermiş hadisə ilə bağlı bölmə rəisinə məruzə edilmişdir. Daha sonra polis bölməsində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və onun iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəklişlə axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu könüllü olaraq göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli Samsung markalı mobil telefonu və 2 ədəd kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, o, üzərində qeyri-qanuni hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs geyindiyi qara rəngli gödəkçənin cibləri, qara rəngli uzunqol köynəyi yoxlanılmış, daha sonra onun tünd göy rəngli cins şalvarının sağ və sol yan cibləri, həmçinin arxa cibləri, ayaqqabıları, corabları yoxlanılmış, heç bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərin içiərisindəki nə olduğu soruşulduqda o, 02 ədəd kağıza bükülmüş bükümlərin spesifik kəskin iyə malik, ağ rəngli, bərk halda olan narkotik maddənin “kokos” olduğunu bildirmişdir. Digər bükümün isə psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdivini, həmin bükümləri xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu ərazisindən adını Eldar kimi tanıdığı şəxsdən aldığını, narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalıq qalmış hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümlər zərfə qoyulub 189 nömrəli möhürlə möhürlənmişdir. Həmçinin qara rəngli Samsung markalı mobil telefon ayrıca zərfə qoyularaq 189 nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək protokolun doğruluğu Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-da kiçik əməliyyat müvəkkili Şahid1 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 02 ədəd gümüşü kağıza bükülmüş narkotik maddə aşkar edilmişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 96-99-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs xx xxxxxx 2020-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 189-190-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 52-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/2665 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,250 qr olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,005 qr olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,250 qram olmuş, tədqiqata 0,50 qram sərf edilmiş, 0,200 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi-0,005 qram olmuş, tədqiqata 0,002 qram sərf edilmiş, 0,003 qram qalıq qalmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 132-138-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,200 qram çəkidə narkotik vasitə olan heroin və 0,003 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 3432 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1)Nərimanov Rayon Məhkəməsinin xx xxx 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2) ACDİÜ Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 04 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxx 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 02 ədəd gümüşü kağıza bükülmüş bükülünü cibindən çıxararaq masanın üzərinə qoyur. Bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü göstərərək içərisində “kakos” adlanan narkotik vasitə olan heroin digərində isə psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Sorğu zamanı harkotik vasitələri Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu ərazisindən adını Eldar kimi tanıdığı şəxsdən aldığını, narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalıq qalmış hissəsini isə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir Bundan sonra Təqsirləndirilən şəxs əynində olan goy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli sadə modelli “Samsunq” markalı mobil telefonu çıxarıb masanın üzərində qoyur. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, CD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs ACDİÜ Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 04 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxx 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan olunmasına baxmayaraq altı il keçmədən yəni xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 3432 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,200 qram çəkidə narkotik vasitə olan heroin və 0,003 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat 82 (səksən iki) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ə.H.Fərhadova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,200 qram çəkidə narkotik vasitə olan heroin və 0,003 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-190/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-190/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver