Məhkəmə qərarları › İş №1(006)-190/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-190/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-190/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqlarını həyata keçirən 18 saylı vəkil bürosunun vəkili X1, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Qubadlı rayonu, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs1 özünü vəkil kimi təqdim edərək sonuncuya geniş əlaqələrə malik olduğunu bildirib, guya 5000 manat pul müqabilində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə Zərərçəkmiş şəxs1 və övladı Samirə Əliyevaya təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2023-cü ilin aprel ayının əvvəllərində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən ofisdə 3500 manat, 2023-cü ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Kimyaçı Mədəniyyət sarayı”nın qarşısında 1300 manat və 200 manat olmaqla ümumilikdə 1500 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 özünü vəkil kimi təqdim edərək sonuncuya geniş əlaqələrə malik olduğunu bildirib, guya 3500 manat pul müqabilində Dövlət Sosial Müdafiə Fondu vasitəsilə adına təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2023-cü ilin aprel ayının ortalarında Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən ofisdə 3500 manat, 2023-cü ilin may ayının ortalarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Ordubad” kafesində 1150 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə 4650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7000 manat pul müqabilində sonuncunun dayandırılmış təqaüdünün bərpa edilməsi məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2022-ci ilin dekabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən ofisdə 250 manat, 2023cü ilin yanvar ayının ortalarında Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 4 saylı poliklinikanın qarşısında 1750 manat, 2023-cü ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi yaxınlığında yerləşən “Elmar” marketin qarşısında 1000 manat, 2023-cü ilin mart ayının sonlarında ünvan 4 ünvanda yerləşən “Şahanə” restoranının qarşısında 1000 manat, 2023-cü ilin aprel ayının sonlarında həmin ünvan qarşısında 1000 manat və 2023-cü ilin may ayının ortalarında həmin ünvanın qarşısında 1000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7000 manat pul müqabilində sonuncunun övladı Şahid7 Daxili İşlər Nazirliyinin Hospitalında işə düzəldəcəyinə dair yalan vəd verib etibarından suiistifad etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 2023-cü ilin avqust ayından 2023-cü ilin sentyabr ayına kimi olan müddət ərzində istintaqla müəyyən edilməyən günlərdə ünvan 5 ünvanında hissə-hissə olmaqla ümumilikdə 7000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 5000 manat müqabilində sonuncunun barəsində Sabunçu rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının yüngülləşdirilməsində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan kredit borcu ilə bağlı gecikdirdiyi ödənişlərin faiz borclarının silinməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Kapitalbank” ASC-nin Nərimanov filialının qarşısında 1500 manat, 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Suraxanı rayon məhkəməsinin qarşısında 1200 manat, Bakı şəhərinin istintaqla müəyyən edilməyən ərazilərində hissə-hissə olmaqla ümumilikdə 800 manat, Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Suraxanı rayon məhkəməsinin qarşısında 1200 manat və ünvan 6 ünvanda yerləşən “Aygün City” Ticarət Mərkəzinin yaxınlığında 300 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib, guya 7300 manat pul müqabilində sonuncuya, həmin əlaqələri vasitəsilə Nəsimi rayon Məhkəməsinin 16 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş övladı İsmayıl Eyvazlının azadlığa buraxılması məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 2024-cü ilin aprel ayının əvvəllərində ünvan 7 ünvanda yerləşən “Göygöl” kafesində 3000 manat, sonuncunun qızı Şahid1 tərəfindən onun istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 5239- 1517-9740-3378 nömrəli bank kartına 15 aprel 2024-cü il tarixdə saat 14:28-də Bakı şəhəri, Yasamal rayonu, M/P Elmlər Akademiyası stansiyası ünvanında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə göndərilmiş 4000 manat pulu və Şahid1 tərəfindən 24 aprel 2024-cü il tarixdə ünvan 10 ünvanında «M10» ödəmə tətbiqindən həmin bank kartının hesabına göndərilmiş 300 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 7300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin aprel-may aylarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində özünə icarəyə ofis götürmüşdür ki, hüquqi sənədlərin hazırlanması ilə bağlı kimlərəsə kömək edib pul qazansın. Bu qaydada bir çox iddia sənədlərinin hazırlanıb məhkəməyə göndərilməsində kömək etmişdir. Zərərçəkmiş şəxs1 ilə Sumqayıt şəhərində ona zəng edib görüşməyi təklif etmiş və 2023-cü ilin may ayında onunla görüşmüşdür. Ona yerli olduğunu və onun valideynlərini tanıdığını, onlara hörməti olduğunu bildirmiş və ona təqaüd təyin edilməsinə dair aidiyyəti ərizələri yazıb göndərməsini, alınmasa məhkəməyə sənədləri toplayıb verməsini ondan xahiş etmişdir. O isə bu işlər üçün onun səlahiyyətli nümayəndəsi olması üçün notariat kontorunda etibarnamə verməli olduğunu bildirmişdir. Səhəri gün xx.xx.2023cü il tarixində Sumqayıt şəhər 3 saylı notariusda Zərərçəkmiş şəxs1 ona etibarnamə vermişdir. Bir neçə gün ərzində Zərərçəkmiş şəxs1 sənədlərini etibarnamə əsasında hazırlayıb poçt ilə aidiyyəti üzrə göndərmişdir. Nəticədə Dövlət Sosial X8 Əliyevə cavab məktubu gəlmiş və ərizəsi təmin edilməmişdir. Zərərçəkmiş şəxs1 ondan inzibati məhkəməyə müraciət etməsini, yaxud tanışları varsa bu məsələni həll etməsini xahiş etmiş və 4500 manat pul vermişdir. O, bu xahişdən bir neçə gün sonra özünə yaxın bildiyi, əvvəllər sığorta təşkilatında ərazi qəsəbə nümayəndəliyində işləyən Şahid6 ilə görüşmüşdür. Şahid6 bu işi görəcəyinə onu inandırmış və o da Bakı şəhəri, Atatürk prospektində Telmanın verdiyi 4500 manat pulu Şahid6 vermişdir. Kamil işi həll edib ona da hörmət edəcəyini bildirmişdir. Daha sonra Şahid6 inanıb Zərərçəkmiş şəxs3 etibarnamə əsasında ona verdiyi sənədləri və 6000 manat pulun 5000 manatını da Şahid6 vermişdir. Hər dəfə iş barəsində Şahid6 soruşduqda sonuncu həll edəcəyini deyib onu arxayın salmışdır. Bir müddət sonra maraqlanarkən ona aydın olmuşdur ki, Şahid6 ünvan 11 ünvanında yerləşən “Armudu” adlı kafeni icarəyə götürüb təmir etmiş və içərisinə ləvazimat almışdır. Eyni ilə Ceyhun Hacıbəyli 10 ünvanında təndir çörəyi sexini icarəyə götürüb işlətmişdir. Daha sonra araşdırmışdır ki, Şahid6 Atatürk prospektində çayxana da icarəyə götürüb işlədir. Sonradan özündə yəqin etmişdir ki, Şahid6 təqaüd almır, üstəlik Ali Məhkəmənin qərarı ilə Azərsığorta şirkətinə 10.000 manat borc öhdəliyi vardır və işi Xaçmaz rayon icra şöbəsində icraatdadır. Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsində kirayədə qalır. Sonradan ona məlum olmuşdur ki, Şahid6 onu aldatmış, işləri düzəltmək üçün Kamilə verdiyi Zərərçəkmiş şəxs1 aldığı 4500 manat pulu, Zərərçəkmiş şəxs3 aldığı 5000 manat pulu və Zərərçəkmiş şəxs4 aldığı 6600 manat pulun 5000 manatını Kamil mənimsəyərək ticarət işinə xərcləmişdir. Dəfələrlə pulu qaytamasını Kamilə bildirsə də, sonuncu müxtəlif bəhanələrlə onu aldatmışdır. Bir müddət sonra onun telefonuna Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 zəng edib bildirmişlər ki, onlara məxsus telefona özünü DSMF-nin əməkdaşı kimi təqdim edən şəxs zəng edib bildirmişdir ki, 20 gün sonra DSMF-yə işləri ilə əlaqədar yaxınlaşsınlar, onları qəbul edəcəklər, işləri həll olub. O isə bildirmişdir ki, onun məlumatı yoxdur. Sonra Şahid6 onu çağırıb bildirmişdir ki, O, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 zəng edərək 20 gün sonra DSMF-yə yaxınlaşmalarını və onun telefonuna zəng etmələrini bildirmişdir. Bu zaman ona məlum olmuşdur ki, Kamil vaxt əldə edir. O, yenə də pulu tələb etmiş, o da alınmasa 20 günə qaytaracağını bildirmişdir. Bu hal barədə istintaq orqanına bildirsə də, ifadələrində bu barədə qeyd olunmamış, bu səbəbdən də o, istintaq sənədlərinə imza atmamışdır. Sonradan şəxsi əlaqələri ilə müəyyən etmişdir ki, 2023-cü ilin payız aylarında Şahid6 ona məxsus mobil nömrədən ünvan 12 ünvanından Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 zəng etmişdir. Lakin müstəntiq bu məsələni araşdırmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin dekabr ayında tanış olmuşdur. Belə ki, həmin vaxtı Baba ona zəng edərək Bakıdan Sumqayıta taksi ilə gələrkən sürücü və müştərinin söhbəti zamanı onun təqaüd işlərinin həll etməyini eşidib onun nömrəsini aldığını demiş və özünün təqaüdünün bərpa edilməsini xahiş etmişdir. O, Babaya Bakı şəhərinə gəlib görüşməklərini demiş və Bakı şəhərində görüşmüşlər. Baba həyat yoldaşı Əzizə ilə gəlmiş, ona öz təqaüd sənədlərini göstərib əvvəllər almış olduğu və həmin vaxtı dayandırılmış təqaüdünün bərpa olunmasında köməklik göstərməyini xahiş etmişlər. O da bununla bağlı İnzibati Məhkəməyə müraciət olunmalı olduğunu deyərək bu işi 5000 manata həll edəcəyini söyləmiş, Baba və həyat yoldaşı razılaşmışlar. İlk dəfə həmin görüş zamanı o, Zərərçəkmiş şəxs3 və onun həyat yoldaşından ilkin qaydada müqavilə bağlanmasına lazım olduğunu deyib onlardan 250 manat pul istəmiş və Zərərçəkmiş şəxs3 həmin pulu ona vermişdir. Bir müddət sonra isə əvvəl verdikləri 250 manat da daxil olmaqla 2000 manat pul istəmiş, buna görə də Zərərçəkmiş şəxs3 2023-cü ilin yanvar ayının ortalarında 1750 manat pulu Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 4 saylı poliklinikanın qarşısında əlbəəl formada ona vermişdir. O, həmin vaxtlarda Zərərçəkmiş şəxs3 məsələsinin həlli üçün onun adından rəsmi qaydada iştirak edə bilmək üçün notariat ofisində ondan etibarnamə də almışdır. 2023-cü ilin fevral ayının əvvəllərində ondan maddi sıxıntıları səbəbi ilə 1000 manat borc pul istəmiş və Zərərçəkmiş şəxs3 ona sonda işi həll olduqdan sonra verəcəyi pula hesablayacağını deyib həmin məbləği Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən “Elmar” adlı mağazanın qarşısında ona vermişdir. Bir müddət sonra isə Zərərçəkmiş şəxs3 işinin həll olunmaq üzrə olduğunu demiş və qalan məbləği verməsini istəmişdir. Bu qaydada Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Şəhanə” restoranının qarşısında Babadan hər birində 1000 manat olmaqla 2023-cü ilin mart ayının sonlarında, aprel ayının sonlarında və may ayının ortalarında pul almışdır. Həmin vaxtı borc və maddi sıxıntıları olduğundan Babadan aldığı pulu öz ehtiyaclarına xərcləmiş və sonuncu üçün dayandırılmış təqaüdün bərpa olunması ilə bağlı heç bir iş görməmişdir. O, Zərərçəkmiş şəxs3 onun işinin həlli ilə bağlı 5.000 manat pul almışdır. 1.000 manat pulu isə Zərərçəkmiş şəxs3 ona borc olaraq vermişdir. Aldığı puldan Zərərçəkmiş şəxs3 heç bir məbləğ qaytarmamışdır. Zərərçəkmiş şəxs3 işinin həlli üçün almış olduğu pul 5000 manat təşkil etdiyindən həmin epizod üzrə əməlinin CM-nin 178.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 ilə 2022-ci ilin sentyabr ayında tanışı Hikmət adlı şəxsin vasitəsilə tanış olmuşdur. Belə ki, həmin vaxt Hikmət demişdir ki, onun Tural adlı tanışı vardır, məhkəmədə tərəfindən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi və banka olan kredit ödənişini gecikdirdiyinə görə yaranmış faizlərin silinməsində köməklik göstərilməsini istəmiş, o da onları görüşdürməklərini demişdir. Turalla görüşmüşlər, Tural keçirdiyi avtoqəza hadisəsi ilə bağlı ona məhkəmə tərəfindən 3 il 6 ay azadlığın məhdudlaşdırılması və eyni müddətə sürücülük hüququndan məhrumetmə cəzası təyin edildiyini, bundan başqa "xxxx"dan götürdüyü 10.000 manat kredit ödənişini gecikdirdiyinə görə yaranmış faizlərin silinməsində ona köməklik etməyini demiş, o, bu işləri 3000 manata həll edəcəyini demiş, Tural onunla razılaşmışdır. Bir müddətdən sonra 2023-cü ilin dekabr ayında Turalla zəngləşib Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC-nin filialının qarşısında görüşmüşlər. Həmin vaxt Tural ona 1500 manat pul vermişdir. Turaldan aldığı həmin pulu öz ehtiyaclarına xərcləmiş və yalnız Turalın atasının adından əfv olunması ilə bağı Cənab Prezidentə xahiş məktubu göndərmişdir. Sonradan Turaldan Bakı şəhərində müxtəlif ərazilərdə hissə-hissə ümumilikdə 1500 manat da almışdır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayının son günlərində Turalla Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Aygün City" ticarət mərkəzinin yaxınlığında görüşüb 300 manat pulunu almışdır. Turaldan aldığı pulu öz ehtiyaclarına xərcləmiş və məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi və banka olan kredit ödənişini gecikdirdiyinə görə yaranmış faizlərin silinməsi ilə bağlı heç bir iş görməmişdir. Lakin sonradan Turala çatdırılması üçün Hikmətin kart hesabına 1000 manat və Turalın atasının hesab kartına 200 manat, ümumilikdə Turala 1200 manat qaytarmışdır. Zərərçəkmiş şəxs5 cəmi 3500 manat pul almış, Tural faizi də hesablamaqla ona 5000 manat ziyan dəydiyini bildirmiş, həmin pulun 1200 manatını o, qalan 3800 manatını isə Hikmət qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 oğlunun Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılan hökmdən apellyasiya şikayəti yazılması və oğlundan şikayət etmiş şəxs Həsənov Samir adlı şəxsin barışıq ərizəsinin alınması ilə bağlı ondan kömək etməyini xahiş etmişdir. Bu xahişi ondan 3-cü mikrorayonda yerləşən "Göygöl” kafesində etmişdir. Həmin vaxt onu Zərərçəkmiş şəxs6lə sonuncunun həmkəndlisi, onun da əvvəllər tanıdığı Süleymanov Ziyadxan tanış etmişdir. Eyvazovun xahişi ilə bağlı ilk görüşlərindən sonra 2024-cü ilin aprel ayının 11-də Süleymanov Ziyadxanın iştirakı ilə Zərərçəkmiş şəxs6 ona xahişini yerinə yetirmək üçün onunla Xətai rayonunda yerləşən “Neftçilər” xəstəxanasının yanında görüşüb ona 3000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs6 xahişini yerinə yetirib apellyasiya şikayəti yazmış və poçtla məhkəməyə göndərmişdir. Bundan başqa Eyvazovun oğlunun şikayətçisi Həsənov Samirlə görüşüb Eyvazovun oğlundan şikayətçi olmaması barədə ərizəsini almış və 3-cü mikrorayondan poçtla məhkəməyə göndərmiş, poçt qəbzlərini də Eyvazova vermişdir. Zərərçəkmiş şəxs6 isə yalandan bildirmişdir ki, guya o, Eyvazovun oğlunu buraxdıracağına söz vermişdir. Zərərçəkmiş şəxs6 özü də bilirdi ki, bu hal məhkəmənin səlahiyyətindədir. Həmçinin bildirmişdir ki, iş üzrə materialda olan Ə.S.Ə. adlı vətəndaşa məxsus plastik kart və karta vurulan 4000 manat pul və həmin pulun onun tərəfindən əldə edilməsinə dair Zərərçəkmiş şəxs6 verdiyi ifadə yalandır. Belə ki, həmin kart Şahid9 məxsusdur. Şahid9 onun orta məktəbdən sinif yoldaşı olmuşdur, səmimi bir insandır. Həmin kartı istifadə etmək üçün ona vermişdir. Kart daima onda olmuşdur. Zərərçəkmiş şəxs6 və həmkəndlisi təxminən xx.xx.2024-cü il tarixdə saat 14:00da 3-cü mikrorayonda “Göygöl” kafesində yemək yeyərkən o da orada olmuşdur. Zərərçəkmiş şəxs6 həmkəndlisi Süleymanov Ziyadxandan pensiya kartının üstündə olubolmamasını soruşmuş, Ziyadxan isə üstündə olmadığını bildirmişdir. Daha sonra ondan kartının olub-olmadığını soruşmuş, o da kartının olduğunu demişdir. Eyvazov ondan kartı istəmiş və qızının ona pul göndərməli olduğunu bildirmişdir. O da kartı vermiş və kartın şifrəsini demişdir. Eyni zamanda Zərərçəkmiş şəxs6 bildirmişdir ki, qızı pulu göndərəndən sonra o, pulu Ziyadxana verəcəkdir ki, gələcəkdə oğlunun işi ilə bağlı lazım olar. Ondan sonra o, onlardan ayrılaraq oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Əlizamin və Ziyadxan 4000 manat pulu bankomatdan çıxartmış və Əlizamin pulu saxlaması üçün Ziyadxana vermişdir. Səhəri gün Ziyadxan bacısı rəhmətə getdiyindən Gəncə şəhərinə getmiş və 10 gün orada qalıb Zərərçəkmiş şəxs6 verdiyi pulu xərcləmişdir. Bir müddət Zərərçəkmiş şəxs6 Ziyadxanı axtarsa da, onu tapmamış, kart da Ziyadxanda qalmışdır. Ziyadxanı tapmayan Eyvazov Nəsimi Rayon Polis İdarəsinə ondan və Ziyadxandan şikayət etmişdir. Ziyadxan musiqiçi olduğu üçün onun mobil telefonuna başqa adamın telefonundan zəng edərək yalandan Sumqayıtda yerləşən restorana musiqiçi kimi dəvət etdiyini və pul verəcəyini bildirmiş, Ziyadxan da axşam saat 6-da restorana getmiş və maşından düşərkən Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Zərərçəkmiş şəxs6 4000 manat pulu Ziyadxanın mənimsədiyini bildiyi halda yükü onun üstünə atmışdır. İş materiallarında hər hansı bir formada onun plastik kartdan və yaxud Zərərçəkmiş şəxs6 4000 manat, yaxud ümumilikdə 7300 manat aldığını təsdiq edən mötəbər sübut yoxdur. O, Zərərçəkmiş şəxs6 cəmi 3000 manat pul almışdır. İbtidai istintaq zamanı müstəntiq ona bildirmişdir ki, 4300 manat pul Əlizaminin bank kartına geri qaytarılmışdır. O, Əlizamindən aldığı 3000 manatdan Əlizaminə heç bir məbləğ qaytarmamış, pulu qaytarmaq fikri olsa da, həbs olunduğu üçün qaytara bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 aldığı pul 5000 manatdan az olduğu üçün həmin epizod üzrə əməlinin CM-nin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin aprel ayında sonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuşdur. Həmin vaxtı Əziz onun ofisinə gəlib özünün təqaüdə çıxmasında ona köməklik göstərməyini xahiş edərək özü ilə gətirdiyi sənədləri göstərmişdir. O da Əzizin sənədlərinə baxıb sonuncunun təqaüd işinin Dövlət Sosial Müdafiə Fondu ilə 4500 manat qarşılığında köməklik edə biləcəyini demişdir. Əziz onunla razılaşmış və mobil nömrəsini götürüb getmişdir. Bir neçə gündən sonra 2023-cü ilin aprel ayının sonlarında Əziz ona zəng edərək ofisinin qarşısında yerləşən parkda görüşmüşlər və Əziz ona öz təqaüd işinin həlli üçün 3500 manat pul vermişdir. Bundan bir müddət sonra 2023-cü ilin may ayının ortalarında Əzizlə Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən "Ordubad" kafesində görüşmüşlər və həmin vaxtı Əziz ona qalan 1150 manat pulu vermişdir. Əzizə narahat olmamasını, onun təqaüd işini 1 ay yarıma həll edəcəyini demişdir. O, Əzizin işi ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, lakin müsbət cavab gəlməmişdir. Daha sonra Əzizin işini həll etməsi üçün ondan aldığı pulu Şahid6 vermiş, lakin Kamil də işi həll etməmişdir. O, dəfələrlə Kamildən pulu qaytarmasını tələb etsə də, sonuncu pulu ona qaytarmamışdır. X14 Ələkbərova zəng edərək ona Dövlət Sosial Müdafiə Fondundan zəng etdiyini və işinin düzələcəyini bildirmişdir. Həmin zəngdən 4 gün sonra Əziz ona zəng edərək Kamil adlı şəxsin ona zəng etdiyini və onu 2 gün sonra Dövlət Sosial Müdafiə Fonduna dəvət etdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 2023-cü ilin yay aylarından tanışı Şahid6 vasitəsi ilə tanımışdır. Belə ki, o, həqiqətən də 2023-cü ilin avqust ayından 2023-cü ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində Şahid6 kirayə yaşadığı ünvan 5 ünvanında Zərərçəkmiş şəxs4 qızı Nuranəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalında qeydiyyat şöbəsində işə düzəltmək adı ilə 4 dəfəyə hissəhissə olmaqla avrı-ayrı tarixlərdə yəni 2000, 3000, 600 və 1000 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 6.600 manat pulunu almış və həmin ərəfədə Kamil kafe açmaq üçün pula ehtiyacı olduğunu bildirərək ondan 5.000 manat pul istəmiş, o da Zərərçəkmiş şəxs4 aldığı pulun 5000 manatını Kamilə vermişdir. Kamil işini həll edəndən sonra həmin pulu ona verməli olmuş, amma verməmişdir. O da özünə qalan 1600 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin işdə Şahid6 onunla əlbir olsa da, ibtidai istintaq zamanı Kamil sadəcə şahid qismində işə cəlb olunmuşdur. Halbuki, Kamil onun Zərərçəkmiş şəxs4 aldatdığını bilmiş, ona Təranəni tanıdığını, sonuncunun pul verəcəyini demiş və Zərərçəkmiş şəxs4 Kamili tanıdığı üçün ona inanaraq pul vermişdir. Daha sonra Zərərçəkmiş şəxs3 1000 manatı borc aldığına görə həmin məbləğin ittihamdan xaric edilməsini, sonuncunun etibarından sui-istifadə etməklə 5000 manat pulunu ələ keçirməsini nəzərə alaraq həmin epizod üzrə əməlinin CM-nin 178.1-ci maddəsinə tövsif edilməsini, eyni zamanda Zərərçəkmiş şəxs6 7300 manat deyil, 3000 manat aldığını, 4300 manatın onun tərəfindən alındığını təsdiq edən sübut olmadığından həmin məbləğin ittihamdan xaric edilməsini və həmin epizod üzrə əməlinin CM-nin 178.1ci maddəsinə tövsif edilməsini, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə törədilmiş dələduzluq əməlinə görə cinayət təqibinə xitam verilməsini, Zərərçəkmiş şəxs5 dəymiş zərəri ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ikinci qrup əlil olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərilmişdir ki, 2024-cü ilin aprel ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən «Göygöl» kafesində dostu Ziyadxanla görüşən zaman orada Ziyadxanın tanışı Mətləblə tanış olmuşdur. Söhbət zamanı o, oğlu İsmayıl Eyvazovun həbsdə olduğunu və ona görə problemlər yaşadığını bildirmişdir. Mətləb oğlunun hansı məhkəmə tərəfindən həbs edildiyini soruşduqda, demişdir ki, oğlu Nəsimi rayon məhkəməsi tərəfindən həbs edilmişdir. Mətləb həmin hadisə ilə bağlı məhkəmə ilə maraqlanıb ona köməklik edəcəyini demişdir. Sonra onlar ayrılmışlar. Səhəri gün Ziyadxan onunla əlaqə saxlamış və yenə o, onlarla «Göygöl» kafesində görüşmüşdür. Mətləb ona demişdir ki, oğluna köməklik etmək mümkündür, ancaq bunun üçün 6000-7000 manat pul lazım olacaq. O, həmin gün Mətləbə 3000 manat pul vermişdir. Mətləb onu Ali Məhkəmənin yanına gətirmiş, ondan 3000 manat pulu alıb pulu vermək adı ilə Ali Məhkəmənin binasına daxil olmuş və onu içəri buraxmayacaqlarını deyərək ona çöldə gözləməsini bildirmişdir. Binaya daxil olduqdan 5 dəqiqə sonra isə geri qayıtmışdır. Ondan sonra təxminən 10 gün keçmişdir ki, Mətləb yenə onunla əlaqə saxlamış, onlar yenə «Göygöl» kafesində görüşmüşlər. Mətləb demişdir ki, yenə 4300 manat pul lazımdır. Mətləb ona həmin kafedə kart vermiş, o da Mətləbin verdiyi kart hesabına 4300 manat pulu köçürmüşdür. Sonra onlar ayrılmışlar. Bir neçə müddət keçmiş oğlunun işi ilə əlaqədar Mətləbin bir iş görəcəyini görməmiş və Mətləblə əlaqə saxlamaq istəmiş, lakin Mətləbə zəng çatmamışdır. O, Mətləbin oğlunun məsələsini həll edə bilməyəcəyini və onu aldatdığını başa düşmüşdür. Sonra şikayət etmişdir. Mətləbə 7300 manat pulu oğlunu həbsdən qurtarmaq üçün vermişdir. Pulu iki dəfəyə 2024-cü ilin aprel ayının əvvəlləri vermişdir. Mətləb ondan aldığı 7300 manatdan heç bir məbləğ qaytarmamışdır. O, Ziyadxana pul verməmiş, onu Ziyadxan kafedə olarkən sadəcə Mətləblə tanış etmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini və ondan şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərilmişdir ki, 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək olan müddət ərzində DİO-da xidmət etmiş, xidmət etdiyi ərəfədə "xxxx" ASC-dən 10.000 manat kredit götürmüşdür. Lakin 2021-ci ilin aprel ayında törətdiyi yol nəqdiyyat hadisəsi nəticəsində qarşı tərəfin aldığı xəsarətlə bağlı barəsində CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış, o, DİO-dan xaric olunmuşdur. Məlum hadisə ilə bağlı maddi sıxıntıları olduğu üçün banka olan kredit borcunu da ödəyə bilmədiyindən əlavə faiz borcu yaranmışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaqın yekunu olaraq Bakı şəhər Sabunçu rayon Məhkəməsinin hökmü ilə barəsində 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması və 3 il 6 ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrumetmə cəzası təyin olunmuşdur. Bir müddət keçdikdən sonra cəzasının yüngülləşdirilməsi, eyni zamanda banka olan kredit borcu ilə bağlı ödəməni gecikdirdiyi üçün yaranmış faiz borcunun silinməsində ona köməklik göstərə biləcək şəxs axtarmağa başlamış və həmin ərəfədə tanışı Şahid2 qeyd olunan məsələ ilə bağlı ona köməklik göstərə biləcək tanışının olduğunu bildirib onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir. Mətləblə görüşən zaman, Mətləbə problemləri barədə danışmış, Mətləb ona cəzasının yüngülləşdirilməsi, eləcə də kredit borcu ilə bağlı yaranmış faiz borcunun silinməsində köməklik göstərə biləcəyinə, bu işlərdə geniş əlaqələrinin və tanışlarının olmasına inandıraraq, cəzasının yüngülləşdirilməsi işinin görülməsi müqabilində ondan 3.500 manat pul istəmiş, bankla bağlı məsələsinə görə də sonradan özü ona pul deyəcəkdir. O da Mətləbə inanıb, 2023-cü ilin dekabr ayının son günlərində dəqiq xatırlamadığı tarixdə ilkin olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" ASC-nin filialının qarşısında Mətləblə görüşərək ona 1500 manat pulu vermişdir. Bir neçə gündən sonra isə Mətləblə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qarşısında görüşüb əlavə olaraq 1200 manat pulu vermiş, daha sonra Mətləblə Bakı şəhərində müxtəlif ərazilərdə görüşüb hissə-hissə 800 manat da vermişdir. Daha sonra Mətləb bank işinin həlli üçün ondan 1200 manat istəmiş, onlar zəngləşib Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qarşısında görüşmüşlər və orada Mətləbə 1200 manat pulu vermişdir. Daha sonra Mətləb bank işi ilə bağlı işinin həll olunması mərhələsində olduğunu deyərək ondan daha 300 manat istəmiş və Mətləblə 2023-cü ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Sabunçu rayonu, "Aygün City" ticarət mərkəzinin yaxınlığında görüşüb ona 300 manat pul vermişdir. Beləliklə də Mətləbə ümumilikdə 5000 manat vermiş olmuşdur. Aralarında olan razılığa əsasən Mətləb sözügedən məsələnin 1 ay ərzində həllini tapacağını bildirmişdir. Lakin danışdıqları kimi 1 ay müddətin başa çatmasına baxmayaraq, onu işlərinin müsbətə doğru həll olunmadığını görüb Mətləblə əlaqə saxlamış, lakin Mətləb sonrakı müddətlərdə ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, daha sonra isə zənglərinə cavab verməmiş və sonda da zəng çatmamışdır. O, bu barədə Mətləblə onu tanış etmiş Hikmətə danışmış, Hikmət də öz növbəsində Mətləblə əlaqə yarada bilmiş və Mətləb verdiyi puldan yalnız 1200 manat geri qaytarmış, qalan 3800 manat pulunu isə geri qaytarmamışdır. Həmin 3800 manatı ona sonradan Hikmət qaytarmışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mkr-da yerləşən 15 saylı mənzil istismar sahəsində fəhlə işləyir. 2023-cü ilin aprel ayında yaşı və iş stajı ilə bağlı təqaüdə çıxmaq istəmiş, əvvəllər dəmir yolu işində zərərli iş rejimində də işlədiyinə görə təqaüdə çıxa biləcəyinə əmin olmuşdur. Həmin ərəfədə bacanağı Zərərçəkmiş şəxs1 bunu bildikdə ona demişdir ki, özü və qızı Samirənin təqaüd işini həll etmək üçün Sumqayıt şəhəri, 4-cü mkr-da ofisi olan vəkil işləyən Təqsirləndirilən şəxs müraciət emişdir, Mətləb ümumilikdə 5.000 manata onun və qızının təqaüd işini həll etməyə söz vermişdir. O da oğlu Sənanla birlikdə gedib Mətləblə ofisində görüşmüş, Mətləb özünü vəkil kimi təqdim etmiş və sonuncuya təqaüd işini danışıb sənədlərini təqdim etmiş, Mətləb sənədlərə baxıb onun təqaüd işini Sosial Müdafiə Fondu ilə həll edəcəyini, onun DSMF-də geniş əlaqələrinin olduğunu demişdir. O, Mətləbdən bu işin neçəyə başa gələcəyini soruşmuş, Mətləb 3500 manata həll edəcəyini demiş, Mətləbin onunla əminliklə danışığı ona qarşı inam yaratmış və razılaşmışlar. Bir neçə gündən sonra 2023-cü ilin aprel ayının ortalarında 3.500 manat pulu Mətləbin işlədiyi ofisə gedib Mətləbə vermiş, Mətləb demişdir ki, narahat olmasın, təxminən 1 ay yarıma onun təqaüd işini düzəldəcək. Bir müddətdən sonra 2023-cü ilin may ayının ortalarında Mətləb ona zəng edərək təqaüd işi ilə bağlı əlavə 1150 manat pul lazım olduğunu demiş, o, nə üçün lazım olduğunu soruşduqda, Mətləb demişdir ki, gələcəkdə təqaüdünü sığortalamaq üçündür, o da Mətləbin sözünə inanıb onunla Sumqayıt şəhəri, 17-ci mkr ərazisində yerləşən Ordubad kafesində görüşüb sonuncuya 1150 manat pulu vermişdir. Lakin Mətləbin dediyi vaxt tamam olduqda onunla əlaqə saxlamış, Mətləb bu gün-sabaha salaraq işini yubatmışdır. Bir müddətdən sonra Mətləblə əlaqə saxladıqda ona müxtəlif bəhanələr gətirməyə başlamış, Mətləbdən pulunu geri istədikdə təqaüd işini həll edəcəyini demiş, lakin sonda Mətləbin vədinə əməl etmədiyi görüb sonuncudan təqaüd işini istəmədiyini, pulunu qaytarmasını tələb etmiş, Mətləb qaytaracağını desə də qaytarmamışdır. Həmçinin bacanağı Telmanla da danışanda Mətləbin onların işini həll etmədiyini dedikdə, bilmişdir ki, Mətləb etibarlarından istifadə edərək dələduzluq yolu ilə pulunu ələ keçirmişdir. Ona görə də Mətləb barədə şikayət etmək qərarına gəlmişdir. O, Mətləbə ümumilikdə 4650 manat pulu Sumqayıt şəhərində özünün təqaüd işini həll etmək məqsədilə özünün dediyi kimi vermişdir. Daha sonra təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayət və tələbinin olduğunu bildirərək məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza verlməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərilmişdir ki, Mətləbi təxminən bir il əvvəl qonşu binada yaşayan Şahid6 vasitəsi ilə tanımış, Kamili isə təxminən üç il olar ki qonşuluqdan tanıyır. Belə ki o, tibb bacısı kimi Kamilin evində özünə və ailə üzvlərinə iynə vurmuş, o vaxtdan münasibətləri olmuşdur. Qonşuları Kamil ona demişdir ki, Mətləb dostudur və bir neçə ildir ki, ailəvi gediş gəlişləri vardır, uzun illərin dostudur. O, Mətləbə qonşu Kamilin yaşadığı evində qızını DİNnin hospitalında qeydiyyat şöbəsində işə düzəltmək adı ilə ümumilikdə 7.600 (ittiham aktında 7.000 yazılıb, iclasda 7600 deyir) manat pul vermişdir. Həmin pulu üç dəfəyə vermiş, belə ki, 2023-cü ilin avqust ayında 2.000 manat, təxminən 20 gün sonra 3.000 manat və təxminən bir ay sonra, yəni sentyabr ayının ortalarında 2000 manat pulu Mətləbə Kamilin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, ev 51, 49 saylı mənzilində Kamilin özünün və ailə üzvlərinin yanında vermişdir. Bir dəfə də “Baku Elektronics” mağazasının yanında Mətləblə görüşüb 600 manat pul vermişdir. Mətləb onlara demişdir ki, həyat yoldaşı da (adını xatırlamır) həmin hospitalda işləyir, lakin Mətləb qızını hazırda hospitalda işləyən adını xatırlamadığı bir kişi tərəfindən işə düzəlməsinə söz vermişdir. Mətləb onlardan qızına məxsus yaşayış yerindən arayış, sağlamlıq kağızı, hərbi komissarlıqdan arayış, psixiatrik dispanserdən arayış, 3x4 ölçüdə rəngli fotoşəkil istəmiş, o da həmin sənədləri təqdim etmiş, hətta Mətləb onlara qızı üçün xüsusi tibbi bacısının geyim paltarını da aldırmışdır. Bundan başqa Mətləbə o, pulu tam ödəyəndən bir neçə gün sonra qızı Nuranəni özü ilə hospitala aparmışdır ki, guya qızını qeydiyyata salacaq. Amma Mətləb qızını hospitala aparmış, onu dəhlizdə bir neçə dəqiqə gözlətmiş, lakin heç bir qeydiyyat otağına saldırmadan qızını yenidən evə gətirmişdir. Hətta həmin vaxtı qonşuları Kamil də onlarla bir yerdə getmişdir. Pulu üç dəfəyə qonşusu Kamilin evində Mətləbə versə də, Kamil hər dəfə onu inandırmış və Mətləbin düz adam olduğunu ona demişdir. O, işin alınmadığını görəndən sonra Mətləbə dəfələrlə zəng edib pulunu geri istəyəndə sonuncu ona pulu qaytaracağını desə də pulunu qaytarmamış, hətta sonuncu dəfə o, Mətləblə telefonda danışanda sonuncu ona demişdir ki, 7.600 manat pulu Kamillə bir yerdə yarı bölərək yemişlər, pulun yarısını Kamil versin, qalan yarısını da o, yaxın günlərdə verəcək. O, bu barədə Kamildən soruşanda Kamil ona demişdir ki, Mətləb yalan danışır, ona bir manat da olsun pul verməmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərilmişdir ki, uzun müddətdir ki, elektrik mantyoru olaraq işləməklə dolanır. 2008-ci ildə açıq ürək əməliyyatı olunduğu üçün təxminən 12 il İİ qrup əlil kimi 2020-ci ilin may ayınadək təqaüd almışdır. Təqaüdü dayandırıldıqdan sonra rəsmi qaydada müraciət etsə də, bərpası mümkün olmamışdır. Buna görə də 2022-ci ilin dekabr ayında arvadı Şahid5 ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, taksi ilə evə qayıdarkən taksi sürücüsü ilə bir nəfər sərnişinin təqaüdün bərpası ilə bağlı danışıqlarının şahidi olmuş və onun təqaüdünün bərpa olunmasına kömək edə biləcək şəxslə maraqlanaraq Mətləb adlı şəxsin mobil telefon nömrəsini qeyd etmişdir. O, həmin mobil telefon nömrəsi ilə əlaqə saxlayıb problemini izah etdikdə həmin Təqsirləndirilən şəxs adında şəxs onu işlədiyi yerə dəvət etmişdir. Beləliklə 2022-ci ilin dekabr ayının ortalarında getdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 19 ünvanında yerləşən ofisdə Təqsirləndirilən şəxs o və arvadı Şahid5 izah etmişdir ki, təqaüdünün bərpası mümkündür və bunun rahat həlli üçün 7.000 manat pul tələb olunur. O və arvadı həmin məbləğin çox olduğunu deyəndən sonra Təqsirləndirilən şəxs 5.000 manat qarşılığında ona kömək edə biləcəyini izah etmişdir. Odur ki, ilkin olaraq həmin yerdə müqavilə hazırlanması üçün 250 manat pul istəmiş və o, həmin məbləği vermişdir. Qalan pulu isə bir neçə gün sonra aparmalı olsalar da, internet resurslarından Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunduğunu öyrənmişlər və onunla heç bir iş görməməyi qərara almışlar. Buna görə də Təqsirləndirilən şəxs zəng edib pulu olmadığı üçün fikirlərindən daşındıqlarını demiş və əvvəl verdiyi 250 manat pulu geri istəmişdir. Təqsirləndirilən şəxs isə söhbət zamanı onun doğma qardaşı oğlunun şəhid olduğunu bildiyi üçün həmin şəhidə olan hörmətindən onların işin tam həlli üçün kömək edəcəyini, qeyd olunan məbləği iş həll olduqdan sonra verə biləcəyini izah etmişdir. Odur ki, o, Mətləbin sözlərinə inanmış və onu aldatmayacağını fikirləşib 2023-cü ilin yanvar ayının ortalarında əvvəlcə istədiyi 1.750 manat məbləğdə pulu Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 4 saylı poliklinikanın qarşısında əlbəəl formada Mətləbə vermişdir. Bundan sonra Mətləb ona gözləməli olduğunu izah etmiş və bir müddət sonra zəng edərək oğlunun təhsili üçün 1.000 manat pul lazım olduğunu deyib ondan borc istəmiş və bildirmişdir ki, onsuz da onun işini həll etdikdən sonra verəcəyi puldan həmin məbləği çıxacaqdır. O, Mətləbə etibar etməyi səbəbindən dediyi kimi 1.000 manat pulu sıxıntısı olduğu üçün onun işini görən bir nəfər kimi 2023-cü ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi yaxınlığında yerləşən “Elmar” adlı mağazanın qarşısında özünə əlbəəl olaraq vermişdir. Təxminən bir ay sonra 2023-cü ilin mart ayının sonlarında Mətləb işinin həlli üçün mütləq qaydada 1.000 manat pul lazım olduğunu demiş və bu qaydada ondan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsi 22 ünvanında yerləşən “Şahanə” adlı restoranın qarşısında 1.000 manat nağd pul vəsaiti almışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs əlavə 1.000 manat məbləğdə pul istəmiş və o, 2023-cü ilin aprel ayının sonlarında 1.000 manat məbləğdə pulu da Mətləbin istəyinə uyğun olaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsi 22 ünvanında yerləşən “Şahanə” adlı restoranın qarşısında özünə vermişdir. 2023-cü ilin may ayının ortalarında işinin həll olunmaq üzrə olduğunu deyən Mətləb llyasov onun yaranmış etibarından sui-istifadə etməklə 1.000 manat məbləğdə pul tələb olunduğunu demiş və o, qeyd olunan məbləği də Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsi 22 ünvanında yerləşən “Şahanə" adlı restoranın qarşısında Mətləbə əlbəəl olaraq çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs işin həlli üçün təxminən 10 gün gözləməyini istəmiş və həmin vaxt keçsə də, bir nəticə baş vermədiyini görüb özü ilə maraqlanmışdır. Ancaq həmin vaxtlar müxtəlif bəhanələrlə müddəti uzadan Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Təqsirləndirilən şəxs ondan ümumilikdə 6.000 manat məbləğdə pul almış, həmin pulun 1000 manatını ona borc olaraq, 5000 manatını isə təqaüdünün bərpası üçün vermişdir. Bir müddət sonra faktla əlaqədar rəsmi qaydada polisə müraciət etmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, vəfat etdiyi üçün məhkəmədə iştirakı mümkün olmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayında özünün və qızının xəstəliyi ilə əlaqədar hər ikisinə təqaüd ayrılması üçün müraciət etmək istəmişdir. Bu işdə ona köməklik göstərilməsi üçün vəkil axtarmışdır. Bunun üçün Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən hüquq məsləhəti verən ofislərdən birinə yaxınlaşmışdır. Həmin ofisdə işləyən Təqsirləndirilən şəxs özünü ona vəkil olaraq tanıtmış və təqaüd ayrılması ilə əlaqədar mövcud problemi ilə maraqlanmışdır. Belə ki, həmin işinin həlli üçün Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə ona kömək edə biləcəyini, ancaq öz təqaüd işinin həlli üçün 3.000, qızı X4 təqaüd ayrılması üçün 2.000 manat olmaqla cəmi 5.000 manat məbləğdə pul verməli olduğunu izah etmişdir. O, Mətləbin dediklərinə inanmış və həmin işin həlli üçün pul verməyə razılaşmışdır. Buna görə də 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən ofisdə əlbəəl formada 3.500 manat məbləğdə pulu özünə və qızına məxsus sənədlərlə birgə vermişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin aprel ayının ortalarında bir neçə gün fərqlə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında əvvəlcə 1.300 manat, daha sonra isə 200 manat pul vermişdir. Beləliklə ondan ümumilikdə 5.000 manat məbləğdə pul almış Təqsirləndirilən şəxs işin həll olunması üçün təxminən bir ay yarım müddət gözləməli olduqlarını izah etmişdir. Hətta qısa vaxtdan sonra bacanağı olan əvvəllər birlikdə zavodda işlədiyi Zərərçəkmiş şəxs2 da onun təqaüd ayrılması ilə əlaqədar Təqsirləndirilən şəxs müraciət etdiyini bilib işlədiyi ofisə getmişdir. Sonradan Təqsirləndirilən şəxs bacanağı Zərərçəkmiş şəxs2 işi üçün də 4.650 manat aldığını və bacanağını da onun kimi gözlətdiyini öyrənmişdir. Ancaq Mətləbin dediyi vaxt çatsa da, hər hansı müsbət dəyişiklik olmadığını görüb Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəmişlər. Ancaq Mətləbi nə ofisində görmüşlər, nə də Mətləb onların telefon zənglərinə cavab vermişdir. Buna görə də sonradan aldadılaraq pulunun alındığını görüb polisə şikayət etmişdir. Məhkəmə istintaqına ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqlarını həyata keçirən 18 saylı vəkil bürosunun vəkili X5 təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının əvvəllərində atası gəlib evdə demişdir ki, tanışı Ziyadxan onu bir adamla tanış etmişdir. Həmin şəxs Nəsimi rayon məhkəməsində işi olan onun qardaşının həbsdən çıxmasına köməklik edəcəyinə söz vermişdir. Atası 2024-cü ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən «Göygöl» kafesində tanışı Ziyadxan və qardaşının işinə kömək etməyə söz verən şəxslə görüşmüş və həmin şəxs qardaşının işi üçün 7000 manat pul istəmişdir. Atası həmin şəxsə 3000 manat pul vermişdir. Atası evdə ona demişdir ki, «sənə zəng edəndə kart göndərəcəm həmin karta 4000 manat pulu göndərərsən». Bir neçə gün keçmiş atası ona zəng etmiş və telefonuna kart şəkli göndərmiş, o da həmin karta 4000 manat pulu terminal vasitəsi ilə göndərmişdir. Ondan bir neçə gün sonra atası ona demişdir ki, 300 manat yenə həmin karta göndərsin, o da həmin karta 300 manat pulu telefonu vasitəsi ilə göndərmişdir. Sonra məlum olmuşdur ki, atasından pulları alan şəxs atasını aldatmış və qardaşının işi ilə əlaqədar heç bir iş görməmişdir. Onun karta göndərdiyi 4300 manat pul atasının puludur. Ona məxsus deyil, sadacə olaraq atası ona demiş, o da göndərmişdir. Atasının dediyi karta 15 aprel 2024-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, Bakı şəhər metropoliteninin “Elmlər Akademiyası” stansiyasındakı “eManat” ödəmə terminalı vasitəsi ilə 4000 manat pulu yükləmişdir. Bir neçə gün sonra atası yenidən həmin karta 300 manat pul göndərməyini istəmişdir. Atasının istəyi ilə xx.xx.2024-cü il tarixdə, saat 16:02-də istifadəsində olan mobil telefondakı mobil tətbiq vasitəsi ilə atasının dediyi həmin bank kartına 300 manat pul göndərmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və öz istifadəsindədir. Atasının dediyi bank kartına da məhz həmin nömrə ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul kisəsi mobil tətbiqi vasitəsi ilə pul köçürmüşdür. Həmin 300 manat pulu göndərdikdə, yəni xx.xx.2024-cü il tarixdə saat 16:02-də yaşadığı ünvan 13 ünvanında olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə şəxsən tanış olmasa da, sonuncu atasını maşınla evə gətirəndə onu görmüş, həmçinin onun atası ilə telefon danışıqlarını eşitmişdir. Belə ki, atası Təqsirləndirilən şəxsla danışarkən telefonu səs ucaldan rejimə qoşmuş və o, danışıqları eşitmişdir. Təqsirləndirilən şəxs danışıqlarda qardaşını azadlığa buraxdıracağına dair vədlər vermişdir. Həmçinin bildirmişdir ki, atasının dediyi karta göndərdiyi 4300 manat pulun kim tərəfindən nağdlaşdırılması barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atası Əziz yaşı və iş stajı ilə bağlı təqaüdə çıxmaq istəmiş, əvvəllər dəmir yolu işində zərərli iş rejimində də işlədiyinə görə təqaüdə çıxa biləcəyinə əmin olmuşdur. Həmin ərəfədə xalası əri Zərərçəkmiş şəxs1 bunu bildikdə atasına demişdir ki, özü və qızı Samirənin təqaüd işini həll etmək üçün Sumqayıt şəhəri, 4-cü mikrorayonda ofisi olan vəkil işləyən Təqsirləndirilən şəxs müraciət etmiş, Mətləb ümumilikdə 5.000 manata Telmanın və qızının təqaüd işini həll etməyə söz vermişdir. O, atası ilə birlikdə gedib Mətləblə Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən ofisində görüşmüşlər, Mətləb özünü vəkil kimi təqdim etmiş, atası Mətləbə təqaüd işini danışıb sənədlərini təqdim etmiş, Mətləb sənədlərə baxıb atasının təqaüd işini Sosial Müdafiə Fondu ilə həll edəcəyini, DSMF-də geniş əlaqələrinin olduğunu demişdir. Onlar Mətləbdən bu işin neçəyə başa gələcəyini soruşduqda, Mətləb 3500 manata həll edəcəyini demiş, Mətləbin onlarla əminliklə danışığı onlarda özünə qarşı inam yaratmış və onlar razılaşmışlar. Bir neçə gündən sonra 2023-cü ilin aprel ayının ortalarında atası ilə birlikdə Mətləbin işlədiyi ofisə getmişlər, orada atası onun yanında Mətləbə 3500 manat pul vermişdir. Mətləb atasına demişdir ki, təxminən 1 ay yarıma təqaüd işini düzəldəcək. Bir müddətdən sonra 2023-cü ilin may ayının ortalarında Mətləb atasına zəng edərək təqaüd işi ilə bağlı əlavə 1150 manat pul lazım olduğunu demiş, atası nə üçün lazım olduğunu soruşduqda, Mətləb demişdir ki, əvvəlki illərin təqaüdünü bərpa etmək üçün. Bir neçə gündən sonra atası ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Ordubad kafesində Mətləblə görüşmüşlər və atası Mətləbə 1150 manat pulu vermişdir. Lakin Mətləbin dediyi vaxt tamam olduqda Mətləblə əlaqə saxlamışlar, Mətləb bu gün-sabaha salaraq işi yubatmışdır. Daha bir müddətdən sonra Mətləblə əlaqə saxladıqda onlara müxtəlif bəhanələr gətirməyə başlamış, Mətləbdən pulu geri istədikdə təqaüd işini həll edəcəyini demiş, lakin sonda vədinə əməl etmədiyini görüb pullarını qaytarmasını tələb etmişlər. Mətləb qaytaracağını desə də qaytarmamış, ona görə də atası Mətləb barədə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs3 ilə 31 ildir ki, evlidir və iki övladları vardır. Əri Zərərçəkmiş şəxs3 açıq ürək əməliyyatı olunduğu üçün İİ qrup əlil olaraq təqribən 12 il müddətində təqaüd almışdır. Buna baxmayaraq 2020-ci ilin may ayından etibarən həmin təqaüd dayandırılmışdır. Həmin təqaüdün bərpa olunması ilə bağlı rəsmi qaydada müraciət etsələr də, təmin edilməmişdir. Buna görə də 2022-ci ilin dekabr ayında yaşadığı Sumqayıt şəhərinə taksi ilə qayıdarkən Eldar adlı əvvəl tanımadığı bir nəfər sürücü ilə başqa bir sərnişinin danışığını eşitmişdir. Həmin söhbət zamanı onların təqaüdün bərpası ilə bağlı danışdıqlarını və bu işlərlə məşğul olan bir nəfər tanıdıqlarını eşitmişdir. Mətləb adlı həmin şəxsin əlaqə nömrəsini Eldar adlı sürücüdən götürmüşdür ki, əri Zərərçəkmiş şəxs3 təqaüdünün bərpasını maraqlansın. Odur ki, evdə əri Zərərçəkmiş şəxs3 sözügedən Təqsirləndirilən şəxs adında həmin şəxslə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs onları işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 19 ünvanında yerləşən ofis kimi işlədiyi kiçik bir otaqlı yerə çağırmışdır. Həmin yerdə Təqsirləndirilən şəxs ona və əri Zərərçəkmiş şəxs3 izah etmişdir ki, narahat olduqları məsələ ilə bağlı onlara kömək edə bilər. Bunun üçün ancaq 7.000 manat məbləğdə pul verməli olduqlarını deyən Təqsirləndirilən şəxs onların həmin məbləğə maddi güclərinin çatmayacağını dedikdən sonra 5.000 manat qarşılığında ərinin təqaüdünü bərpa etdirə biləcəyini demişdir. İlkin olaraq onlardan müqavilə üçün 250 manat pul almış və qalan məbləği gətirməklərini istəmişdir. Ancaq onlar Mətləbin internet resurslarında əvvəllər məhkum olunmuş şəxs olduğunu öyrənmişlər və özünə zəng edərək artıq həmin işi onlar üçün görməsini istəmədiklərini demişlər, ilkin olaraq verdikləri 250 manat məbləğdə pulu geri istəmişlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs telefon danışığı zamanı onlara qohumlarının şəhid olmasına hörmət etdiyi üçün pulu əvvəldən deyil, iş həll olduqdan sonra sonda alacağını və işin görülməsi üçün artıq müqavilə bağlandığını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs işin həlli üçün müəyyən hərəkətlər görməli olduğunu, ancaq bunun üçün müəyyən məbləğdə pul verməli olduğunu deməklə hər dəfə bir cür bəhanə etmiş və əri Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla Sumqayıt şəhərində fərqli ünvanlarda 5.750 manat məbləğdə pul almışdır. Lakin vaxt keçdikcə Təqsirləndirilən şəxs işin həllinin uzandığını deməklə müddəti uzatmışdır. Onlar artıq aldadılaraq 6.000 manata məbləğdə pullarının Təqsirləndirilən şəxs tərəfindən alındığını başa düşmüşlər. Bir müddət sonra Mətləb barəsində polisə şikayət etmişlər və sonuncunun bir çox şəxsə qarşı dələduzluq etdiyini öyrənmişlər. Əri Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 6.000 manat pulu təqaüdünün bərpası üçün vermişdir. Həmin məbləğin ilkin olaraq verilmiş 250 manat hissəsini əri Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 19 ünvanında Təqsirləndirilən şəxs verərkən o da yanlarında olmuşdur. Həm Təqsirləndirilən şəxs verdiyi vədlərin, həm də ilkin olaraq 250 manat pul almasının bilavasitə şahidi olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü onlara vəkil kimi təqdim etmişdir. Bu işlə bağlı onlara bir dəfə zəng gəlmiş və bildirilmişdir ki, DOST xidmətinə getməli olacaqlar. O, Mətləbə zəng edərək bu barədə məlumat verdikdə, sonuncu ona onların işinə görə DOST xidmətinə gedib orada hay-küy saldığını, bu səbəbdən Zərərçəkmiş şəxs3 işinin həll olunacağını bildirmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs nə işi düzəltmiş, nə də pulu geri qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun böyük qardaşının dustaq yoldaşı olmuş, onu Mətləblə qardaşı tanış etmişdir. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra onunla görüşmüş və Sumqayıtda hüquq xidmətləri göstərən ofis açmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs vaxtaşırı onun işlədiyi iaşə obyketinə, daha sonra yaşadığı evə gəlib getməklə onunla yaxın münasibət quraraq etibarını qazanmışdır. 2023-cü ilin avqust ayında o, rayonda həyat yoldaşı ilə birlikdə təsərrüfat işləri ilə məşğul olarkən, Mətləb ona zəng edərək harada və nə işlə məşğul olduğunu soruşmuşdur. O da rayonda fındıq yığımı ilə məşğul olduğunu demiş və Mətləb ona gəlib onunla işləmək istədiyini söyləmişdir. O da Mətləbə qonaq kimi gələ bilməsini, ancaq işləməyin onluq olmadığını demişdir. Mətləb israrla işləyəcəyini bildirib yanına gəlmiş və 2 həftə onunla işə gedib gəlmişdir. Sonra isə bu işin əziyyətli olduğunu bildirərək onu da özü ilə ünvan 15 ünvanında 30 kv.m. sahəsi olan zirzəmi obyektinin sahibi ilə razılaşaraq təmir edib 2000 manat təmir xərcini icarə pulundan çıxmaq şərti ilə icarəyə götürdüyünü bildirmişdir. Mətləb də öz növbəsində onunla yanaşı olan iaşə obyektini razılaşaraq icarəyə götürmüş və onunla belə razılaşmışdır ki, Kamilin həyat yoldaşı həmin obyektdə əmək haqqı qarşılığında qutab bişirəcək. Beləliklə, həyat yoldaşı rayondan gələrək dərhal işə başlamışdır. Obyektləri yanaşı olduğundan birlikdə işə gedib gəlmişlər. Mətləb məhkəmələrdə iddia ərizələri ilə bağlı işlərinin çox olduğuna görə hər gün iş gununün sonunda gələrək həyat yoldaşından gündəlik satış pullarını almışdır. Üzərindən bir neçə gün keçdikdən sonra söhbət əsnasında onun ailə üzvləri ilə yaşadığı evdə olarkən oğlu üçün ev almaq istədiyini və onu da bir sutka işdə iki sutka evdə olmaq şərti ilə Bakı Beynəlxalq Avtovağzalında mühafizə işinə düzəldəcəyini bildirmişdir. Ona bir neçə hüquqi işdə düzgün istiqamət göstərdiyi üçün onlar Mətləbə çox inanmışlar. Mətləb əksər vaxtlarda onunla birlikdə onun yaşadığı evdə gecələmişdir. 2023-cu ilin sentyabr ayının ortalarında onun hər iki obyektdə işinin çox olduğunu qeyd edərək ondan işə girmək üçün sənədlərin hazırlanmasına görə 1000 manat pul almışdır. Bir həftə sonra sənədlərinin hazır olduğunu bildirərək onun üçün ştat ayrılacağını Mətləb ona bildirmişdir. Hətta ona avtovağzalın rəisi Qəhrəman müəllimin «Taksi Cahangir» in oğlu olmaqla yanaşı özünün qohumu olduğunu bildirmişdir. Üzərindən qısa müddət keçdikdən sonra sentyabr ayının ortalarında oğlu üçün ev alacağını bildirərək oğluna MTK rəhbərliyinin adına müraciət ərizəsi yazdıraraq ondan ilkin ödəniş kimi 5000 manat pul almışdır. Həyat yoldaşı buna görə Mətləb üçun havayı işləyəcəyini bildirərək ondan maaş almağı özünə ayıb saymışdır. Bu zaman kəsiyində günlərin bır gunü sentyabr ayında Mətləb allergiyası olduğunu bildirərək özü üçün venaya sistem köçürməyə adam tanıdığını ondan soruşmuşdur. O da onların ailə həkimi olan, onlarla ailəvi yaxın münasibətdə olan Təranə xanıma sistem köçürmək lazım olduğunu bildirərək onlara gəlməsini xahiş etmişdir. Mətləbə sistem köçürülən müddətdə söhbət əsnasında Təranə xamm Mətləbin hüquqşünas olmaqla bərabər keçmiş ədliyyə mayoru olduğunu bilmişdir. Mətləb də həm anasının və həm də həyat yoldaşının mayor rütbəsi daşıyaraq Daxili İşlər Nazirliyinin hospitalında həkim işədiklərini bildirmişdir. Təranə xanım da Mətləbə poqon işi ilə əlaqədər suallar verərək, qızı Nuranənin də poqon işçisi olmaq arzusunda olduğunu bildirmiş və Mətləbdən telefon nömrəsini götürmüşdür. Bir gün Mətləblə telefon əlaqəsi yaradaraq Təranə xanım qızı Nuranəni də götürüb onlara gəlmişdir. Mətləb Nuranənin tibbi təhsili olduğuna görə Daxili işlər Nazirliyinin hospitalına işə düzəldəcəyini bildirmişdir. Bu baxımdan Təranə xanıma işə girmək üçün lazım olan sənədlərin siyahısını yazıb vermişdir. X6 işə düzəltməsi istiqamətində işə başlamışdır.Təranə xanım və qızı Nuranə şad olmuşlar. Bu işin ərsəyə gəlməsi üçün Mətləb Təranə xanımdan onun evində 2000 manat, 3000 manat və 600 manat olmaqla cəmi 5600 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı puldan ona hər hansı pul vəsaitini nə borc olaraq, nə də təmənnasız verməmişdir. Hətta Mətləb ondan bir neçə dəfə aldatmaqla pulunu almış, ancaq ona indiyədək tanıdığı müddətdə heç bir zaman hansısa formada fayda verməmişdir. Əksinə Mətləb ona ziyan vurmuş, hətta yaşadığı evdə qonaq olsa da, bunu qiymətləndirməyərək onun barəsində yalan məlumat vermişdir. Zərərçəkmiş şəxs4 ifadəsində bildirdiyi kimi Təqsirləndirilən şəxs düzgün biri olduğunu demişdir. Çünki həmin dövrlər özü də Mətləbə inanmışdır. Hətta o da Təqsirləndirilən şəxs aldanaraq bir neçə dəfə pul vermiş, bununla bağlı Binəqədi RPİ-də araşdırma aparılmışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 pul aldığı dövrdə qızı Nuranədən müəyyən sənədlər götürüb onu bir neçə dəfə DİN-nin Hosptalına apardığını bilmişdir. Ancaq vaxt keçdikcə o, Təqsirləndirilən şəxs bu hərəkətlərinin sırf Zərərçəkmiş şəxs4 aldatmaq üçün olmasından şübhə etmiş və bu səbəbdən təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində onlar DİNnin Hospitalına gedərkən maraqlanmaq üçün yaşayış yeri oraya yaxın olduğundan onlarla getmişdir. Hava soyuq olduğu üçün o, ümumiyyətlə avtomobildən düşməmiş və içəriyə girmədən Təqsirləndirilən şəxsla Nuranənin qayıtmasını gözləmişdir. Daha sonra Nuranədən içəridə nə baş verdiyini soruşduqda, Nuranə ona özünün dəhlizdə gözlədiyini, Mətləbin harasa getdiyini, 10-15 dəqiqə sonra qayıtdığını, ondan sonra da hospitaldan çıxdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onların ailəvi tanışıdır, tibb işçisidir. Təqsirləndirilən şəxs isə onun həyat yoldaşı Şahid6 tanışı olmuşdur. Mətləbin obyekti olmuş, o da həmin obyektdə işləmişdir. Mətləb hər axşam obyektə gəlib qazancı götürüb getmişdir. Təqsirləndirilən şəxs həm onları, həm də Zərərçəkmiş şəxs4 aldadaraq pullarını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun əri Şahid6 işə düzəltmək adı ilə onlardan 1000 manat, oğluna ev almaq adı ilə 5000 manat, mülki iş üçün 850 manat, evin sayğacları üçün 600 manat, Tam kartın kreditini ödəmək üçün 350 manat, borc olaraq 300 manat pul almış, həmçinin ayda 900 manat olmaqla 3 aylıq əmək haqqını verməyərək 2700 manat ona ziyan vurmuşdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 qızını işə düzəltmək adı ilə onların evində sonuncudan bir dəfə 3000 manat, bir dəfə 2000 manat və bir dəfə də 600 manat olmaqla 5600 manat pul almışdır. O, Zərərçəkmiş şəxs4 Mətləbə pul verməsinin şahidi bir dəfə olmuş, belə ki, Zərərçəkmiş şəxs4 onun yanında Mətləbə bir dəfə 2000 manat pul vermiş, Mətləb də həmin pulu sayıb götürmüşdür. O, Zərərçəkmiş şəxs4 qızının işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxsla ilkin danışıqlarında iştirak etməmişdir. Belə ki, o, həmin gün evdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma anasıdır və anası tibb işçisidir. Odur ki, anası tanıdığı şəxslərin müraciəti ilə yüngül qaydada tibbi yardım göstərilməsinə də kömək edir. 2023-cü ilin sentyabr ayında anası Zərərçəkmiş şəxs4 evdə olarkən ona Daxili İşlər Nazirliyinin Hospitalında iş tapdığını, bunun üçün xəstə kimi müraciət etmiş Təqsirləndirilən şəxs adında bir nəfər şəxsin söz verdiyini demişdir. Həmçinin bildirmişdir ki, Mətləb adlı həmin şəxs bu iş üçün ondan 7.000 manat pul istəmişdir. Anası isə həmin şəxsin səmimiyyətinə inandığını deyib qeyd olunan pul məbləğini hissə-hissə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının əvvəllərində anası ilə o, Təqsirləndirilən şəxs istəyinə uyğun olaraq DİN-nin Hospitalına getmişlər. Həmin vaxt anasının qonşuluqdan tanıdığı Kamil adlı şəxs də onlarla birlikdə gəlmişdir. Buna baxmayaraq o, ancaq Təqsirləndirilən şəxsla birlikdə DİN-nin Hospitalına daxil olmuş, anası ilə Kamil isə onları çöldə gözləmişdir. O, Təqsirləndirilən şəxsla həmin hospitalda olarkən dəhlizdə gözləmiş və Təqsirləndirilən şəxs isə otaqlardan birinə daxil olub tez vaxtda yanına qayıtmışdır. Bildirmişdir ki, nəzərdə tutduğu şəxs orada yoxdur və artıq onun həmin şəxslə görüşməyinə də ehtiyac qalmır. Bir həftə sonra məsələ həllini tapır və o, geyimlə təmin olunmaqla birlikdə işə çıxa biləcək. Verilən suallara cavab olaraq bildirmişdir ki, onları Təqsirləndirilən şəxsla uzun müddətdir ki, tanıdıqları qonşuları Şahid6 tanış etmişdir. Anası Kamilin evində 3000 manat pulu onun yanında Kamil və Mətləbə vermiş, onlar pulu birlikdə saydıqdan sonra Mətləb pulu zərfə qoyub cibinə qoymuş, sonra da taksi sifariş edərək oradan çıxıb getmişdir. Bir dəfə də Kamilin mənzilindən kənarda anası Təqsirləndirilən şəxs onun yanında pul vermiş, lakin pulun məbləğini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs onlara arvadının da DİN-nin hospitalında işlədiyini bildirmişdir. O, anası Zərərçəkmiş şəxs4 ilə birlikdə onun guya işə çıxmalı olduğu gün DİNnin hospitalına getmiş, oraya çatdıqdan sonra Mətləbə zəng etdikdə sonuncu telefona cavab verməmişdir. Onlar hospitala daxil olub Mətləbin arvadının adını verdikdə onlara orada belə bir adamın işləmədiyi bildirilmişdir. Onlar onun həmin gün işə başlamalı olduğunu bildirdikdə isə onlara belə bir şeyin olmadığı deyilmişdir. Bundan sonra başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onları aldatmışdır. Bundan sonra onlar bu barədə Kamilə demiş, Kamil isə Mətləbin arxasınca söylənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan Qubadlı rayonu sakini kimi tanımışdır. Belə ki, Mətləbin özü ilə əlaqəsi olmuş, valideynlərini isə şəxsən tanımışdır. Bundan irəli gələrək bəzi vaxtlarda Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamışlar. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətinə görə məhkum olunduğunu bildiyi üçün onunla bir neçə dəfə düzgün yol seçməsi barədə söhbəti olmuşdur. Hətta Mətləb 2023-cü ilin yay aylarında bir müddət onun yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsində qutab bişirilən obyekt işlətmişdir. Həmin vaxtlarda da Mətləbi bir neçə dəfə şəxsən görmüşdür. Qeyd olunan dövrdə Mətləb məhkumluğu olduğu üçün bir müddət bank kartı ala bilməyəcəyini deyib ondan müvəqqəti istifadə üçün bank kartı verməyini istəmişdir. Bildirmişdir ki, borcu olan bir nəfər şəxs pul çatdırmalıdır. O, Mətləbin bu sözünə inanmış və uzun müddət tanıdığı biri kimi Mətləbin xahişini geri çevirməyib özünə məxsus "xxxx" ASC-yə aid 5239 1517 9740 3378 nömrəli “Birbank Cashback” kartını Mətləbə vermişdir. Belə ki, Mətləb bir neçə dəfə həmin kartı ondan alıb istifadə etdikdən sonra özünə qaytarmışdır. Ancaq sonuncu dəfə 2024-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs ondan həmin bank kartını müvəqqəti istifadə üçün götürmüşdür. Belə ki, Mətləb onun bank kartına ona aid olmayan 15 aprel 2024-cü il tarixdə saat 14:33-də daxil olmuş 4.000 manat pulu, 24 aprel 2024-cü il tarixdə saat 16:02-də daxil olmuş 300 manat pul göndərişini kartından çıxarmışdır. Bundan bir müddət sonra bank kartını geri istəsə də, Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmiş və sonradan həbsdə olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ondan bank kartını alarkən ona borclu olan şəxslər tərəfindən borc pulun qaytarılması barədə danışdığı üçün o, Mətləbə inanıb sözügedən bank kartını vermişdir. Buna görə də hər bir pul göndərişi ilə bağlı hər dəfə soruşmamışdır. Mətləbin cinayət törətməyə davam etdiyindən məlumatlı deyildir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 ortaq tanışları vasitəsi ilə uzun müddətdir ki, tanıyır. Belə ki, Turalın əvvəllər X7 polis nəfəri olaraq çalışdığını, ancaq 2021-ci ildə törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı barəsində cinayət işi üzrə icraat aparıldığını, buna görə də xidmətdən kənarlaşdırıldığını bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs5 törətdiyi hadisədən sonra barəsində Sabunçu Rayon Məhkəməsində 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasına məhkum olunması, banklardan birindən götürdüyü kredit ödənişinin gecikdirilməsi ilə bağlı faiz borcunun olmasından məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs5lə söhbət zamanı sonuncu qeyd olunan problemlərdən ona danışmış və həmin məsələlərin həlli üçün tanış axtardığını bildirmiş, dekabr ayında o, Qara Qarayev metrostansiyasında olarkən Mətləb adlı şəxslə tanış olmuş, həmin şəxsin kimləsə telefon əlaqəsi zamanı həbs yerlərində olan problemlərin həlli ilə əlaqədar danışdığını eşitmişdir. Mətləbə bu barədə sual verəndə sonuncu ona hüquq-mühafizə orqanlarında olan məsələlərin həlli ilə maraqlandığını, əvvəllər Ədliyyə Nzairliyinin əməkdaşı olduğunu bildirmişdir. O, Mətləbin bu anlayışını görüb tanışı Zərərçəkmiş şəxs5 məhkəmə tərəfindən aldığı cəzanı yüngülləşdirə biləcəyini fikirləşmişdir. Odur ki, kömək məqsədi ilə Zərərçəkmiş şəxs5 olduqları yerə dəvət edib sonuncunu Təqsirləndirilən şəxsla tanış etmişdir. Təqsirləndirilən şəxs onun da yanında Zərərçəkmiş şəxs5 aldığı cəzanın yüngülləşdirilməsinə kömək edə biləcəyi barədə danışmış və bunun üçün müəyyən məblədğə pul lazım olduğunu demişdir. Ancaq onların arasında keçən başqa dialoqlara şahid olmamış və onlar öz aralarında razılaşmışlar. Lakin bir müddətdən sonra, 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs5lə söhbət zamanı sonuncu ona Təqsirləndirilən şəxs məhkəmədə aldığı cəzasının yüngülləşdirilməsi, eləcə də banka olan kredit ödənişinin gecikdirilmiş faiz bcrcunun sildirilməsi ilə bağlı vəd vermiş olduğunu, bu adla hissə-hissə olmaqla ümumilikdə 5.000 manat pul aldığını, həmin məsələlərin həlli üçün gözlədiyini bildirmişdir. O, bu sözlərdən şübhələnib çox çəkmədən Mətləb İyasovla əlaqə saxlamış və sonuncu aldığı 5.000 manat pulu etiraf edərək məsələni həll edəcəyini, ancaq bir az vaxt tələb olunduğunu izah etmişdir. Ancaq 2024-cü ilin əvvəlləri çatsa da, Təqsirləndirilən şəxs vəd etdiyi məsələlərin heç biri öz həllini tapmamış və bu barədə Zərərçəkmiş şəxs5 ona gileylənmişdir. O, bunu biləndən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu müəyyən vaxtdan sonra Zərərçəkmiş şəxs5 bir hissəsi onun vasitəsi ilə olmaqla cəmi 1.200 manat pul qaytarmışdır. Bundan sonra isə Mətləb zənglərə ümumiyyətlə cavab verməmiş və onunla danışmaq mümkün olmamışdır. Sonradan isə Mətləbin barəsində aparılan cinayət işi ilə əlaqədar həbs olunduğunu öyrənmişdir. Hazırda Zərərçəkmiş şəxs5n dediklərindən Təqsirləndirilən şəxs 3.800 manat pul qaytarmalı olduğunu bilmişdir. Təqsirləndirilən şəxsla onun arasında hər hansı pul verilməsi ilə əlaqədar söhbət olmamışdır. O, Zərərçəkmiş şəxs5 yaşadığı çətinliklərə kömək etmək istədiyi üçün onları tanış etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 aldadacağını fikirləşsə, onları tanış etməzdi. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Telman yaşı və iş stajı ilə bağlı təqaüdə çıxmaq istəmiş, əvvəllər dəmir yolu işində zərərli iş rejimində də işlədiyinə görə təqaüdə çıxa biləcəyinə əmin olmuş, ona görə də sənədlərini toplayıb Sosial Müdafiə Fonduna göndərmiş, bir müddətdən sonra sənədləri qaytarılıb ərinə hazırda təqaüd düşmədiyini, gələcəkdə adi qaydada təqaüdə çıxa biləcəyi bildirilmiş, bilmişlər ki, əvvəlki zərərli işi nəzərə alınmamışdır. Bununla bağlı maraqlanıb öyrənmişdir ki, təqaüd işini məhkəmə yolu ilə həll edə bilərlər, bunun üçün də vəkil tutmalıdırlar. Tanışlarından məsləhət görülmüşdür ki, Sumqayıt şəhəri, 4-cü mkr-da ofisi olan vəkil işləyən Təqsirləndirilən şəxs müraciət etsinlər, Mətləb belə işləri həll edir. Telman da Mətləbin ofisinə gedib gəlmiş və demişdir ki, Mətləbə sənədlərini göstərmişdir, Mətləb ona 3000 manata həll edəcəyini demişdir, söhbət zamanı Telman qızı Samirənin də nevroz və bel yırtığı xəstəliyindən əziyyət çəkdiyini və Samirə üçün də təqaüd düzəldə biləcəyini soruşanda Mətləb 2000 manat müqabilində Samirənin təqaüd işini həll edəcəyini demişdir. Ona görə də onlar qohum tanışlardan ümumilikdə borca pul almışlar və 2023-cü ilin aprel ayının ortalarında Telman Mətləbin işlədiyi ofisə gedib 3.000 manat pulu vermiş, daha bir neçə gündən sonra da 2.000 manat pul düzəldib Mətləbə ofisində vermişdir. Mətləb Telmana demişdir ki, təxminən 1 ay yarıma onun və Samirənin təqaüd işini düzəldəcək. Lakin Mətləb verdiyi vədə əməl etməmiş və pullarını dələduzluq yolu ələ keçirdiyini bildikdən sonra Telman Mətləb barəsində polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Kənan Əhədzadə tərəfindən cinayət işi başlanmış və başlanılmış cinayət işinə ********* nömrəsi verilmişdir (cild l, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.37-38); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (l cild, i.v.60-61); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSYdən azad edilmişdir (l cild, i.v.76); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.77-78); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən onun tutulması üçün haqqında axtarış elan olunmuş və Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır (l cild, i.v.88-91); - “Cinayət işi üzrə icraatın təzəlnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (l cild, i.v.97); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi istintaqının aparılması üçün ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmişdir (l cild, i.v.115-116); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Nərimanov RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə davam etdirilmişdir (l cild, i.v.123-125); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (l cild, i.v.127); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə vahid cinayət işi kimi ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir (l cild, i.v.141-142); - “Cinayət işinin başlanması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış material üzrə Sumqayıt şəhər prokuroru tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi üzrə istintaqın aparılması Sumqayıt ŞPİ-nin İŞ-nə həvalə edilmişdir (l cild, i.v.145); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması müstəntiq Mustafa Mustafazadəyə həvalə olunduğundan iş sonuncunun icraatına qəbul edilmişdir (l cild, i.v.165); - “Şübhəli şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.191); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə iş üzrə dayandırılmış icraat Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadə tərəfindən təzələnmişdir (l cild, i.v.197); - “İbtidai araşdırma materialının cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı müraciəti əsasında toplanmış NK-1/3197 saylı material ********* nömrəli cinayət işinə birləşdirilmişdir (l cild, i.v.216); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (l cild, i.v.236-237); - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-166/2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (l cild, i.v.255-256); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadə tərəfindən istintaqın davam etdirilməsindən ötrü Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (l cild, i.v.265-267); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Məmmədov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (ll cild, i.v.2-4); - “Cinayət işinin bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında” Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rauf Məmmədovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi Nərimanov RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilib istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nə göndərilmişdir (ll cild, i.v.9-11); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı İsmayıl Həsənov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (ll cild, i.v.13-14); - “İbtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, 05 ayadək, yəni 06 noyabr 2024-cü il tarixə kimi uzadılmışdır (ll cild, i.v.37-38); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1064/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 31 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (ll cild, i.v.53-58); - “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.77- 78); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsilə Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (ll cild, i.v.101-104); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Kənan Əhədzadə tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (ll cild, i.v.106-109); - “Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Əhədzadə tərəfindən icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə davam etdirilmişdir (ll cild, i.v.111-113); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material üzrə Binəqədi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (ll cild, i.v.116); - “Şübhəli şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Elnur Əsədov tərəfindən şübhəli şəxs qismində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.172-173, 176); - “Cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İlyas oğlu barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi müəyyən edildiyindən ********* nömrəli cinayət işi üzrə icraat Binəqədi RPİ-nin müstəntiqi, polis mayoru Elnur Əsədov tərəfindən təzələnməklə istintaq davam etdirilmişdir (ll cild, i.v.194); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (ll cild, i.v.216); - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində çıxarılmış həbsdə saxlanma müddətinin uzadılması haqqında qərar nəzərə alınmışdır (ll cild, i.v.237-238); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü aidiyyəti üzrə Nəsimi RPİ-nə göndərilmişdir (cild ll, i.v.251-253); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı İsaq Həsənov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (lll cild, i.v.2-5); - “İbtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 06 yanvar 2025-ci il tarixə kimi uzadılmışdır (lll cild, i.v.92-93); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-609/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 31 dekabr 2024-cü il tarixə kimi uzadılmışdır (lll cild, i.v.112-119); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir (lll cild, i.v.236- 237); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs 3000 manat pulu verdiyi yer ünvan 16 ünvanda yerləşən "Göygöl” adlı kafedir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (l cild, i.v.8-10); - “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 02 ədəd qəbz surətlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 15 aprel 2024-cü il tarixdə saat 14:28-də Bakı şəhəri, Yasamal rayonu, M/P Elmlər stansiyası ünvanında quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə «Ə****S****Ə OĞLU» adlı şəxsin adına olan «523915******3378» nömrəli bank hesabına 4000 manat pul göndərilmişdir. Bundan başqa, 24 aprel 2024-cü il tarixdə «+994 55 746 88 02» mobil telefon nömrəsinə dair M10 tətbiqindən «523915******3378» nömrəli bank hesabına 300 manat pul göndərilmişdir. Baxışda iştirak edən Şahid1 qəbzlərdə göstərilən məbləğləri atasının xahişi ilə özünün göstərilən bank kartına göndərdiyini bildirmişdir (l cild, i.v.106-108); - “İfadənin yerində yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Eyvazova X2 rayonu, Təbriz küçəsi 95-də yerləşən “Honor Azərbaycan” şirkətində işdə olduğu zaman xx.xx.2024-cü ildə həmin şirkətin telefonu vasitəsilə atasının onun telefonuna göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir (l cild, i.v.112-114); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş, sonuncu Zərərçəkmiş şəxs6 göstərdiyi xüsusatlarla razılaşmışdır (l cild, i.v.58-59); - “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi 24 aprel 2024-cü il tarixdə ünvan 19 ünvanı yaxınlığında anten dairəsində olmuşdur (ll cild, i.v.18- 25); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs4 6600 manat pul aldığını bildirmişdir (cild ll, i.v.241-243); - “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs pulları verdiyi ünvanı hadisə yerində əyani göstərmişdir (ll cild, i.v.247-250); - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lll cild, i.v.33-35); - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lll cild, i.v.37-39); - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lll cild, i.v.50-53); - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lll cild, i.v.59-62); - xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lll cild, i.v.83-85); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 təqdim etdiyi 02 ədəd ödəniş qəbzləri tərəfimdən maddi sübut kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmişdir (lll cild, i.v.214-234); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1, 46.2, 66.3 və 66.4-cü maddələri ilə 02 il dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm ləğv edilmiş, ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, xx.xx.2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 320.1, 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən 02 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (ll cild, i.v.152-154); - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-147/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 320.1-ci maddəsi üzrə cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, həmin maddə ilə təqsirli bilinmiş, lakin ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən və əlavə cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum cəzası etmə təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.4-cü maddələrinə əsasən Xətai rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) ilmüddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş əsas cəza ilə qismən toplanmaqla və əlavə cəza isə tam toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 16 aprel 2016-cı il tarixdən, 18 aprel 2016-cı il tarixədək saxlandığı müddət ona təyin edilmiş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (lll cild, i.v.157-170); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-171/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X11 tərəfindən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “Şübhəli şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmişdir; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əliliyə görə pensiya ödənişi alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Bundan başqa cinayət işinin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs3 aldatma və etibardan sui-istifadə etmə yolu ilə ittiham aktında göstərildiyi kimi 6.000 manat deyil, 5.000 manat pul almışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs3 aldığı 6.000 manatın 1.000 manatını borc aldığını bildirmiş, eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təqaüdünün bərpa olunmasına kömək etməsi üçün 5.000 manat pul vermişdir, 1.000 manat pulu isə borc ona olaraq vermişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın həcmi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə uyğun azaldılaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurulmuş zərərin məbləği 5.000 manat həcmində müəyyən olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5000 manat pulunu 2023-cü ilin aprel ayının sonlarında, Zərərçəkmiş şəxs2 4650 manat pulunu 2023-cü ilin may ayının ortalarında, Zərərçəkmiş şəxs3 5000 manat pulunu 2023-cü ilin may ayının ortalarında ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir (cinayət işinin dayandırılması müddətləri nəzərə alınmaqla). Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185- 187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrıayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Bununla belə digər zərər çəkmiş şəxslərə münasibətdə törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərini törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlini qismən etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs5 dəymiş zərəri ödəməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin ikinci qrup əlilliyinin olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də analoji əməllərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi 02 ədəd ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqlarını həyata keçirən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 68 saata görə 748 (yeddi yüz qırx səkkiz) manat olmaqla, ümumi 92 saata görə cəmi 892 (səkkiz yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqlarını həyata keçirən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 32 saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 münasibətdə törədilmiş dələduzluq əməlinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 təqdim etdiyi 02 ədəd ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 92 (doxsan iki) saata görə 892 (səkkiz yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hüquqlarını həyata keçirən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar