Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-191/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Hüseynzadə küçəsi, ev 71, 9 saylı mənzilində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altıa vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat saat 14 radələrində ünvan 1 ünvandan Bakı dəmir yolu vağzalının ərazisindəki « LC Wakiki» mağazasının Puşkin küçəsində olan hissəsi ilə üzbəüz, həmin küçədə yerləşən avlobus dayanacağında, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı dalaşaraq sonuncuya yumruqla bir neçə dəfə qəsdən vurmaqla ona sol göz yuvası ətrafı nahiyədə hemaloma, sıyrıq, sol gözün ağlı qişasına qansızma, sağ almacıq nahiyəsində qançır və ənsə nahiyəsində şişkinliklə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə işdə olduğu zaman anası ona zəng edərək xəstə olduğunu bildirdikdə tələsik işdən icazə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsindəki “LC Wakiki” mağazasının qarşısında yerləşən dayanacağın yanından saat 14:00 radələrində keçərkən əvvəllər tanımadığı sonradan adını bildiyi Zərərçəkmiş şəxs ayağını bilmədən tapdaladığını, keçib gelmək istədikdə Fatma ondan üzr istəməyini tələb etdiyini, Fatmaya bunu bilərəkdən etmədiyini bildirdikdə, Fatma və rəfiqəsi yenidən aqressiv şəkildə ondan üzr istəməyi tələb etmələrini, bu səbəbdən də aralarında mübahisə yaranmasını, Fatma ona «tərbiyəsiz» deyərək müraciət etdiyinə görə əsəbləşərək onların ünvanına nalayiq söyüşlər söyərək saçından tutub sol va sağ gözünə yumruqla zərbə vuraraq bədən xəsarətləri yetirdiyini və yoluna davam etməsini, hadisənin təxminən 2-3 dəqiqə davam etdiyini, hadisə vaxtı ərtafa kənar şəxslərin toplaşmasını və onları heç kimin ayırmadığını bildirmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, cavan olmasını və ilk dəfə məhkum olduğunu məhkəmədən nəzərə almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs N.Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən “LC Wakiki" mağazasının qarşısındakı avtobus dayanacağının qarşısı ilə rəfiqəsi Şahid ilə birlikdə piyada hərəkətdə olarkən dayanacağın qarşısından keçən, əvvəllər tanımadığı sonradan adının Rəna olduğunu öyrəndiyi qızın onun ayağını tapdalayaraq keçdiyini, rəfiqəsi Zeynəbə «adam heç olmasa üzr istəyər» dediyini, səsinə Rəna geri dönərək ondan nə deməsini xəbər aldığını, Rənaya «ayağımı tapdalamısam heç olmasa üzr istə» dediyini Rəna ondan üzr istəmək əvəzinə əsəbi halda onun ünvanına nalayiq küçə söyüşləri söyərak saçından tutub sol və sağ gözünü yumruqla vyraraq ona xəsarət yetirməsini, rəfiqəsi ona kömək etmək istəsədə Rəna Zeynəbin qarnından dizi ilə, ağzından isə yumruqla zərbə vurduğunu, kollarından bir nəfər tanımadığı şəxs gəlib onları ayırmış sonra isə Rəna yoluna davam edərək oradan uzaqlaşmışdır. Bundan əlavə N.Zərərçəkmiş şəxs məhkəmədə verilmiş suala cavab olaraq bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs ona barışmağı təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu Puşkin küçəsində “LC Wakiki” mağazasının qarşısında yerləşən dayanacağın qarşısı ilə rəfiqəsi N.Zərərçəkmiş şəxs ilə birlikdə piyada gedərkən dayanacağın qarşısından piyada keçən, əvvəllər tanımadığı, sonradan adının Rəna olduğunu öyrəndiyi bir qızın, rəfiqəsi Fatmanın ayağını tapdalamışdır. Fatma ondan üzr istəməsini tələb etmiş, lakin Rəna Fatmanın ünvanına nalayiq küçə söyüşləri söyərək onun saçından tutub sol və sağ gözünə yumruqla vuraraq xəsarət yetirmişdir. Rəfiqəsinə kömək etmək istədikdə Rənadan nə üçün Fatmanı vurduğunu soruşduqda, Rəna onun qarnından dizi ilə ağzından yumuruqla zərbə vurmuş və tanımadığı bir nəfər oğlan gəlib onları aralaşdırmışdır. Sonradan Rəna yoluna davam edərək getmiş o, isə rəfiqəsi ilə birlikdə yaxınlıqda olan taksilərin birinə minərək “X1” getmişlər.Orada Fatmanın sağ və sol gözündən xəsarət aldığı və həkim onun gözünə baxıb, müayinə etdikdən sonra hadisə barədə anasına xəbər vermişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarət alma vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 162-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarət alma vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 55-57-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli T74/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış oduğu xəsarətlər - sol göz yuvası ətrafında hematoma, sıyrıq, sol gözün ağlı qişasında qansızma, sağ almacıq nahiyəsində qançır və ənsə nahiyəsində şişkinlik- bərk küt əşyanın təsirindən törənmişdir, törədilmə müddəti özünün göstərdiyi xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, cavan olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsTəqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-191/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-191/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver