Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-191/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 400000,00 manat məbləğində pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 3(006)-1960/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə həbs inzibati tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 08 sentyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2000-ci il tarixdən etibarən tanımış, belə ki, sonuncu həmin ərəfələrdə yaşadığı Bakı şəhərində mobil telefonların satışı ilə məşğul olduğuna görə bir neçə dəfə ondan mobil telefon aldığı üçün aralarında münasibət yaranmış və bundan sonra dostluq münasibətlərini davam etdirmişlər. Aralarında dostluq münasibətləri yaranandan sonra Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayonunun ərazisində “Dan ulduzu” şadlıq evini işlətdiyi üçün maddi imkanı olmuş və bu səbəbdən şərik olaraq xarici ölkələrdən, yəni Dubay şəhərindən mobil telefonların və telefon aksesuarlarının gətirilib Bakı şəhərində satması barədə razılığa gəlmişlər. O, həmin biznes fəaliyyətini qurmaqdan ötrü Zərərçəkmiş şəxs xeyli miqdarda vəsait lazım olduğunu bildirmiş, sonuncu isə maddi cəhətdən heç bir problem olmadığını bildirmişdir. Bundan sonra təxminən 2001-ci ildən Zərərçəkmiş şəxs ilə birlikdə şərik olaraq qeyd olunan biznes fəaliyyətinə başlamışlar. O, həmin vaxtdan sonra mütamadi olaraq Dubay şəhərinə gedərək oradan mobil telefonları və aksesuarlarını alaraq karqo vasitəsilə Bakı şəhərinə göndərmiş və Bakı şəhərinə göndərdikdən sonra özü geri qayıdaraq Bakı şəhəri, Səbail rayonunun ərazisində yerləşən “Axundov” bağının yaxınlığındakı ofisində aldığı malların satışı ilə məşğul olmuşdur. Aralarında gördükləri biznes fəaliyyətini genişləndirməkdən ötrü əlavə olaraq Bakı şəhərinin müxtəlif yerlərində 28 May, Neftçilər və Memar Əcəmi metrostansiyalarının yaxınlığında, beş mərtəbə deyilən ərazidə və Bülbül prospektində bir neçə satış yerləri açmağa başlamışdır. Sonradan biznes fəaliyyətini başqa ölkələrdə genişləndirmək barədə qərara gəlmişlər. Bu səbəbdən 2007-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində mobil telefonların və aksesuarlarının satışı mağazasını şərik olaraq işlətməyə başlamışdır. Zərərçəkmiş şəxs ilə aralarında gördüyü biznes fəaliyyətində 2001-ci ildən 2011-ci il tarixədək ortalıqda olan məbləğ 400000,00 manata çatmış və 2011-ci ildə sonuncu ilə aralarında olan söz-söhbətə görə gördükləri biznes fəaliyyətini dayandırmaq qararını gəlmişlər. Bundan əlavə, o, həmin ərəfələrdə şərik olaraq gördükləri biznes fəaliyyətində iflasa uğradıqları üçün maliyyə cəhətdən xeyli miqdarda zərər çəkmişlər. 2012-ci ildə Zərərçəkmiş şəxs şərik olaraq gördükləri biznes fəaliyyətində iflasa uğradıqları 400000,00 manat məbləğində pulu ondan tələb etməyə başlamış və qeyd olunan məbləği həmin vaxtı qaytara bilmədiyi üçün sonuncu ilə birlikdə notariat kantoruna gedərək 400000,00 manat məbləğində borcun olmağı barədə aralarında müqavilə bağlamışlar. Aralarında bağlanmış müqaviləyə əsasən Zərərçəkmiş şəxs olan borcunu 2020-ci il tarixədək qaytarmalı olmuşdur. Həmin vaxtdan bir müddət keçdikdən sonra 2012-ci il tarixdə Zərərçəkmiş şəxs onun barəsində aidiyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmə tərəfindən ondan 400000,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 21 may 2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra, o, Zərərçəkmiş şəxs olan borcundan 60000,00 manatını cinayət işi üzrə ibtidai istintaq başlananadək, 13000 manatını cinayət işi üzrə ibtidai istintaq zamanı və 3500 manat məbləğini isə məhkəmə istintaqı zamanı ödəniş etmişdir. O, 2020-ci ilin mart ayından pandemiya ilə əlaqədar xarici dövlətlərə gedə bilmədiyi üçün gördüyü xırda biznes fəaliyyəti dayandığından Zərərçəkmiş şəxs olan borcunu ödəmək imkanına malik olmamış, halbuki, onlar arasında olan razılığa əsasən sonradan hər ay 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin pandemiya dövründə yaranan maddi çətinliklər onun müəyyən müddət ərzində həmin öhdəliyini yerinə yetirməyinə mane olmuşdur. Halhazırda qalan borc məbləğini hissə-hissə ödəyəcəyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 2000-ci il tarixdən etibarən tanıyır və onunla əvvəllər aralarında yaxın münasibətləri olmuşdur. Təxminən qeyd olunan tarixdən etibarən Mehman Vahabzadə onun yanına gələrək şərikli biznes fəaliyyəti qurmaq istədiyini və görəcəyi işin müqabilində yüksək qazanc əldə etmək imkanı olduğunu ona bildirmişdir. O, Mehman Vahabzadəni uzun illər tanıdığına görə təklifinə inanmışdır. Bundan sonra Mehman Vahabzadə ona Çin Xalq Respublikasından və Dubay şəhərindən mobil telefonlara dair aksesuarları gətirərək Bakı şəhərində topdan satışı həyata keçirəcəyini və bunun üçün bütün əlaqələri olduğunu bildirmişdir. Bundan əlavə, Mehman Vahabzadə görəcəyi biznes fəaliyyəti üçün təxminən 500000,00 – 600000,00 ABŞ dolları məbləğində pul lazım olacağını ona bildirmişdir. O, həmin vaxtlarda işlətdiyi “Dan Ulduzu” restoranından 200000,00 ABŞ dolları və yaxın dostundan borca aldığı 150000,00 ABŞ dolları məbləğində pulu Mehman Vahabzadəyə vermişdir. Həmin vaxtdan bir neçə ay keçdikdən sonra Mehman Vahabzadə yenidən onun yanına gələrək gördüyü biznes fəaliyyətində işlərin çox yaxşı olduğunu bildirərək ondan əlavə olaraq 300000,00 ABŞ dolları məbləğində pul istəmişdir. Həmin vaxtlar Mehman Vahabzadəyə inamı olduğu üçün sonuncunun gördüyü işləri və dediyi sözləri yoxlamadan ondan istədiyi 300000,00 ABŞ dolları məbləğində pul vəsaitini vermişdir. Bundan bir müddət keçəndən sonra, o, Dubay şəhərinə getmiş və orada Mehman Vahabzadə ilə görüşərək ondan işlərin necə getməsi ilə əlaqədar maraqlanan zaman onda işlərin yaxşı getməsi barədə təəssürat yaranmışdır. Bundan sonra Mehman Vahabzadə Bakı şəhəri, Azadlıq prospektində və şəhərin müxtəlif yerlərində “Smartmobile” adı altında mobil telefonlara dair aksesuarların topdan satışı mağazası açmışdır. Təxminən 2011-ci ilin yay aylarında o, Mehman Vahabzadəyə verilən pullarla bağlı haqq-hesab edilməsini təklif etmişdir. Qeyd olunan vaxtadək o, Mehman Vahabzadə ilə ondan aldığı pullara görə bir dəfə də olsun haqq-hesab etməmiş və sonuncu isə ona hər hansı bir məbləğ və ya qazanc verməmişdir. Həmin vaxtı Mehman Vahabzadə ona haqq-hesab etmək üçün tez olduğunu və bütün pulların hamısının həmin vaxt dövriyyədə olduğunu bildirmişdir. Eyni zamanda, Mehman Vahabzadə ona qazancı artırmaq məqsədi ilə Avropa bazarına çıxmaq niyyətində olduğunu bildirmişdir. O, həmin vaxt əvvəllər olduğu kimi Mehman Vahabzadəyə inanmış və gördüyü işlə bağlı heç bir haqq-hesab etməmişdir. Bundan təxminən bir-iki ay sonra 2011-ci ilin sentyabr ayının axırlarında Mehman Vahabzadə ona gördüyü biznes fəaliyətində işlərin yaxşı getməməsini bildirmiş və işlərin yaxşı getməməsinə səbəb kimi guya Ərəb ölkələrində baş verən inqilabları əsas gətirmişdir. O, isə Mehman Vahabzadəyə o zaman işləri dayandırmağı bildirərək verdiyi pulları geri qaytarmağı tələb etmişdir. Mehman Vahabzadə həmin vaxtı onunla razılaşaraq ona bunu birdən-birə etmək mümkün olmadığı üçün iki ay ərzində pulları və dövriyyəni bağlayaraq ondan aldığı pulları və aralarında olan qazancı ödəyəcəyini bildirmişdir. O, bu dəfə də Mehman Vahazadəyə inanaraq iki ay gözləmiş və həmin vaxt başa çatdıqdan sonra sonuncuya etdiyi zənglərə cavab vermədiyi üçün şübhələnməyə başlamışdır. Bütün bunlardan sonra, o, Mehman Vahabzadə ilə oturub söhbətləşmək və məsələni danışıq yolu ilə həll etməyi ona təklif etsədə, sonuncu hər dəfə bundan yayınaraq gizlənmişdir. Bütün bunlardan sonra Mehman Vahabzadə ilə ondan almış olduğu 400000,00 manat məbləğində pulu ona qaytaracağı barədə 2012-ci ilin yanvar ayında aralarında notarial qaydada müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən Mehman Vahabzadə 15 aprel 2011-ci il tarixdə qeyd olunan məbləği hissə-hissə 2020-ci ilə qədər ona qaytaracağını öz öhdəsinə götürmüşdür. X5 borclu olduğu məbləği qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq aidiyyəti üzrə sonuncunun barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 400000,00 manat məbləğində pulun Mehman Vahabzadədən alınaraq ona ödənilməsinə dair 21 may 2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Mehman Vahabzadə qətnamə üzrə qeyd olunan məbləğdən ona cinayət işi üzrə icraat başlananadək 60000,00 manat məbləğində ödəniş etmiş, bundan sonra cinayət işi üzrə ibtidai istintaq zamanı 13000 manat və əlavə olaraq məhkəmə istintaqı zamanı 3500 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs qalan borc məbləğini tələb edən zaman, sonuncu müxtəlif bəhanələr gətirərək borclu qaldığı məbləği ödəməkdən yayınmışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona ödənilməli olan borc məbləği qismən ödənilsə də, həmin məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Qeyd olunanları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 may 2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsində Təqsirləndirilən şəxs 400000,00 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumununun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ödənilməsi göstərilmişdir. Göstərilən icra vərəqəsi 08 oktyabr 2012-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını tam olaraq təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər nəticə vermədiyi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 noyabr 2012-ci il tarixli, 8(006)- 2303/2012 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra vərəqəsi üzrə tələbin icrasını qısa müddət ərzində borclu tərəfindən yerinə yetirilməsi barədə borclunun ünvanına rəsmi olaraq dəfələrlə xəbərdarlıqlar göndərilmişdir. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 3(006)-1960/2020 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azəbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsinin icra edilmədiyini və cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam olaraq icra etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1ci maddəsinə əsasən təqdimat tərtib olunaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndəriləcəyi barədə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmiş və bunu pandemiya dövründə yaranmış maddi çətinliklərlə əlaqələndirmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.05.2012-ci il tarixli, 2(006)-1711/2012 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə 400000 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul olunmuşdur (cild 1, i/v 9-12, 13). İş materiallarında olan qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 08.10.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır (cild 1, i/v 14, 15, 22-23, 49, 50, 139-140, 141-142, 143-144, 167-177). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-2303/2012 saylı, 26 noyabr 2012-ci il tarixli qərardadından və “Məhdudlaşdırmanın götürülməsi barədə” 23 dekabr 2013-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” qərar qəbul olunmuşdur və 23 dekabr 2013-cü il tarixli qərarla həmin məhdudlaşdırma götürülmüşdür (cild 1, i/v 41, 98). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-107/2013 saylı, 28 yanvar 2013-cü il tarixli qərardadından, həmin məhkəmənin 11 avqust 2017-ci il tarixli, 8(006)-107/2013 saylı qərardadından və Bakı Apelyasiya Məhkəməsinin 8(103)- 76/2013 saylı, 19 mart 2013-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan “Ford Transit” yük markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı, “Ford” yük markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı və “BMW-525” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuş və həmin qərardaddan verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 8(103)-76/2013 saylı, 19 mart 2013-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli, 8(006)-107/2013 saylı qərardadı ilə “BMW-525” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüşdür (cild 1, 55, 68- 71, 130). İş materiallarında olan “Premium Bank” 1 saylı Filialından verilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bank hesabına 2000 manat ödəniş edilmişdir (cild 2, i/v 5). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 1960/2020 saylı, 17 avqust 2020-ci il tarixli qərarından və Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1347/2020 saylı, 21.08.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1960 saylı, 17 avqust 2020-ci il tarixli qərarı ilə Vahab X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və həmin qərara dair verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1347/2020 saylı, 21.08.2020-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır (cild 1, i/v 245-248; cild 2, i/v 13-16). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X11 5 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının müdiri X21 rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 19 oktyabr 2020-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs işaxtaran və işsiz vətəndaş kimi qeydiyyatda olmamışdır (cild 2, i/v 35). İş materiallarında olan 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 77 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 2, i/v 36). İş materiallarında olan 10 noyabr 2020-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-172/2013 saylı, 11 iyun 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-172/2013 saylı, 11 iyun 2013-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, i/v 69, 73-87). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyev tərəfindən Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisi Nazim Abbasova ünvanlanmış 1636/2020-5-21 saylı, 16 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-172/2013 saylı, 11 iyun 2013-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti tətbiq edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza müddəti 01.07.2015-ci il tarixdə başa çatmışdır (cild 2, i/v 71). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 08 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (cild 2, i/v 107-108). Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06.11.2006-cı il təvəllüdlü X3, 31.03.2010-cu il təvəllüdlü X6 və 13 mart 2018-ci il təvəllüdlü Vahabzadə Məryəm mehman qızı adlı iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşaqları vardır. Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 08 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan borc məbləği üzrə ümumilikdə 76.500 manat ödənilməklə, ümumi borc məbləği üzrə qismən ödəniş həyata keçirilmiş və qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılığa gəlinmişdir, bu səbəbdən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.10.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda bu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsidir) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını və dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkməsinin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, 08 dekabr 2020-ci il tarixli “Müdafiəçi təyin olunması barədə” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 tərəfindən hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-191/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-191/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver