Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-192/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs8 Zərər çəkmiş hüquqi X5 şəxslərin nümayəndələri: Nümayəndə1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 28A, mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 28.07.2019-cu il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan, tanışı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gələrək ona 20 avqust 2019-cu il tarixdə toy mərasimi olacağını bildirib pulu toydan sonra geri qaytaracağını vəd edərək sonuncudan 2.600 manat dəyərində olmaqla - bir ədəd 1.000 manat dəyərində qızıl boyunbağı, 600 manat dəyərində qolbaq, hər biri 500 manat dəyərində üzük və sırğanı, 03.08.2019-cu il tarixdə hər biri 500 manat dəyərində iki ədəd qızıl üzük, 07.08.2019-cu il tarixdə isə hər biri 300 manat dəyərində bir ədəd qızıl sırğa və üzüyü vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə ümumilikdə 4.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 21.09.2019-cu il tarixdə, saat 18:05 radələrində ünvan 1 ünvanda yerləşən Mərkəzi Univermağda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gələrək orada satıcı işləyən Zərərçəkmiş şəxs2 guya qızıl olduğunu bildirib, əslində isə bijuteriya olan üzüyü sonuncuya verib mağazadakı 1.500 manat dəyərində bir ədəd 6 qramlıq qızıl qolbağı mağazanın yaxınlığında olan avtomobildə onu gözləyən həyat yoldaşına göstərib qaytarmaq adı ilə ələ keçirərək zərər çəkmiş şəxsə 1.500 manat dəyərində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o: 20 oktyabr 2019-cu il tarixdə, saat 18:13 radələrində ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Aygün City ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Koçak Gold” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya müştəri kimi daxil olaraq orada işləyən satıcının diqqətinin yayınmasından istifadə edib piştaxtadan 950 manat məbləğində bir ədəd qızıl boyunbağını; 26.10.2019-cu il tarixdə, saat 14:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən “Park Bulvar” ticarət mərkəzinin 2-ci mərtəbəsində olan, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Royam Jewellery” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazadan satıcıların diqqətinin yayınmasından istifadə edərək piştaxtadan 946 manat dəyərində bir ədəd 750 əyarlı brilliant qaşlı üzüyü; 25.11.2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 21A saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs11 adlı mağazaya təhlükəsizlik kameralarının yerinin dəyişdirilməsi adı ilə gəldiyini bildirib orada olan otağa keçib saxlanc yeri hesab olunan seyfdən 587 manat pulu; 26 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanda yerləşən, Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi “X19” adlı mağazaya təhlükəsizlik kameralarının təmiri xidməti ilə məşğul olan usta olaraq gəldiyini bildirib oranın kassasından 900 manat məbləğində pulu; 24.01.2020-ci il tarixdə, saat 13:08 radələrində ünvan 5 ünvanda yerləşən “Parfum Palace” adlı ətir mağazasına gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib orada olan kompüterləri təmir etmək adı ilə masaya əyləşmiş və satıcı Zərərçəkmiş şəxs7 diqqətinin yayınmasından istfadə edib mağazadakı dolabın içərisində olan kitabın arasından 510 manat məbləğində pulu; 05.06.2020-ci il tarixdə, saat 13:30 radələrində ünvan 6 ünvanda yerləşən “Arzum Beauty” adlı kosmetik vasitələrin satışı ilə məşğul olan mağazaya gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib kompüterləri təmir etmək adı ilə masaya əyləşmiş və satıcı Zərərçəkmiş şəxs8 diqqətinin yayınmasından istfadə edib kassa aparatının içərisindəki 550 manat məbləğində pulu; 07.09.2020-ci il tarixdə, saat 11:09 radələrində ünvan 7 ünvanda yerləşən, Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Muliebre” adlı gözəllik salonuna gələrək özünü kassa aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib aparatı təmir etmək adı ilə masaya əyləşmiş və orada işləyən satıcının diqqətinin yayınmasından istfadə edib kassa aparatının içərisindəki 600 manat məbləğində pulu; 07.09.2020-ci il tarixdə, saat 14 radələrində ünvan 8 ünvanda yerləşən “Lyudlina” adlı gözəllik salonuna gələrək özünü Wi-fi aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib salonda olarkən namaz qılmaq adı ilə boş otağa daxil olmuş, oradakı X6 məxsus əl çantasının içərisindən 160 manat, Zərərçəkmiş şəxs10 məxsus əl çantasının içərisindən isə 50 manat məbləğində pulu; 17.09.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 9 ünvanda yerləşən “OBA” marketə gələrək özünü yeni stajor işçi kimi təqdim edib paltarını dəyişmək adı ilə orada olan otağa daxil olub saxlanc yeri hesab edilən seyfdən 1.280 manat məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 1(006)-192/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata bu hissədə xitam verilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, daimi işi olmadığından oğurluq edib əldə etdiyi pula ailəsini dolandırmış, bəzən də psixotrop maddə “lirika” adlı dərman qəbul etmişdir. 28.07.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində işləyən tanışı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya getmişdir. Orada guya yaxında toyu olacağını deyib nişanlısına hədiyyə almaq adı ilə və pulunu toydan sonra ödəyəcəyini vəd etməklə 4.200 manat dəyərində qızıl-zinət əşyalarını götürərək satmış, pulu isə qaytarmamışdır. Bundan başqa o, 21.09.2019-cu il tarixdə ünvan 1 ünvanda yerləşən Mərkəzi Univermaqdakı qızılzinət əşyalarının satışı ilə məşğul olan mağazaya gələrək orada satıcı işləyən Zərərçəkmiş şəxs2 1.500 manat dəyərində olan 6 qramlıq qızıl qolbağı guya maşında gözləyən arvadına göstərib geri qaytarmaq adı ilə alıb getmiş və sonra geri qayıtmamışdır. Bundan əlavə o, 20.10.2019-cu il tarixdə ünvan 10 ünvanda yerləşən “Aygün City” ticarət mərkəzinin 1-ci mərtəbəsindəki “Koçak Gold” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gedərək orada piştaxtadan 950 manat dəyərində qızıl boyunbağını, 26.10.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzinin 2-ci mərtəbəsindəki “Royam Jewellery” adlı mağazadan 4.500 manat dəyərində bir ədəd 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, 25.11.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 21A saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs11 adlı mağazaya təhlükəsizlik kameralarının yerinin dəyişdirilməsi adı ilə gəldiyini bildirib orada yerləşən seyfdən 587 manat pulu, 24.01.2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Parfum Palace” adlı ətir mağazasına gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edərək orada masanın siyirməsindəki kitabın arasından 510 manat pulu, 05.06.2020-ci il tarixdə, saat 13:30 radələrində ünvan 6 ünvanda yerləşən “Arzum Beauty” adlı kosmetik vasitələrin satışı ilə məşğul olan mağazaya gələrək satıcıya özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib oradakı kassa aparatını açıb içərisindən 550 manat pulu, 07.09.2020-ci il tarixdə Baı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, 3/6 saylı ünvanda yerləşən “Muliebre” adlı gözəllik salonuna gedərək özünü kassa aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib orada olan kassa aparatının içərisindən 600 manat pulu, 07.09.2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “Lyudlina” adlı gözəllik salonuna gələrək özünü Wi-fi aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edərək otağa daxil olub oradakı iki ədəd əl çantalarının birindən 160, digərindən isə 50 manat pulu, 17.09.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 9 ünvanda yerləşən “OBA” marketə gələrək özünü yeni stajor işçi kimi təqdim edərək orada olan seyfdən 1.280 manat pulu oğurlamışdır. Oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməllərə görə peşmandır. Zərər çəkmiş şəxslərə vurulmuş zərər tam olaraq ödənilmiş, onlarla barışıq əldə etmişdir. Evlidir, himayəsində körpə uşağı var. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Elvini uzun müddətdir tanıyır. 28.07.2019-cu il tarixdə Elvin onun işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzindəki qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gəlmişdir. Elvin 20.08.2019-cu il tarixdə guya toyunun olacağını deyib ondan 28.07.2019-cu il tarixdə bir ədəd 1.000 manat dəyərində qızıl boyunbağı, 600 manat dəyərində qolbaq, hər biri 500 manat dəyərində üzük və sırğanı, 03.08.2019-cu il tarixdə hər biri 500 manat dəyərində iki ədəd qızıl üzük, 07.08.2019-cu il tarixdə isə hər biri 300 manat dəyərində bir ədəd qızıl sırğa və üzük almışdır. Elvin ondan ümumilikdə 4.200 manat məbləğində qızıl-zinət əşyalarını götürmüş, pulunu toydan sonra verəcəyini deyərək ödəniş etməyib onu aldatmışdır. Hazırda ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 20.10.2019-cu il tarixdə onun işlədiyi ünvan 2 ünvanda yerləşən Aygün City ticarət mərkəzində yerləşən “Koçak Gold” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya bir nəfər gəlmiş, orada işləyən satıcının diqqətinin yayınmasında istifadə edərək piştaxtanın üzərində olan 950 manat dəyərində bir ədəd qızıl boyunbağını oğurlamışdır. Hazırda ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 05.06.2020-ci il tarixdə onun işlədiyi ünvan 6 ünvanda yerləşən “Arzum Beauty” adlı kosmetik vasitələrin satışı ilə məşğul olan mağazaya bir nəfər şəxs gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim etmişdir. Orada işləyən satıcının diqqətinin yayınmasından istifadə edərək kassa aparatının içərisindəki 550 manat pulu götürüb getmişdir. Hazırda ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 MMC-nin nümayəndəsi X10 ifadəsində göstərdi ki, 17.09.2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən “OBA” marketə bir nəfər şəxs gələrək özünü yeni stajor işçi kimi təqdim etmişdir. Sonra o, paltarını dəyişmək adı ilə orada olan otağa daxil olub saxlanc yeri hesab edilən seyfdən 1.280 manat pulu götürüb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı şikayət və tələb yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, 25.11.2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 21A saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs11 adlı mağazaya bir nəfər girərək təhlükəsizlik kameralarının yerinin dəyişdirilməsi adı ilə gəldiyini bildirmişdir. Sonra orada olan otağa keçib saxlanc yeri hesab olunan seyfdən 587 manat pulu götürüb getmişdir. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, şirkətin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəməyə çağırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X8, Zərərçəkmiş şəxs10 və X13 məhkəmədə iştirak etməmişlər. Eyni zamanda onların hər biri məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, onlara vurulmuş zərər ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan olunmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsindən aydın olur ki, 21.09.2019-cu il tarixdə onun işlədiyi ünvan 1 ünvanda yerləşən Mərkəzi Univermaqdakı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya bir nəfər şəxs gəlmiş, əlindəki qabın içərisində qızıl üzük olduğunu deyib guya uşağı tək qoymasın deyə maşında gözləyən arvadına göstərmək üçün ondan 1.500 manat dəyərində bir ədəd qızıl qolbağı götürüb qaytarmayaraq ona maddi ziyan vurmuşdur (İİ cild, i.v.65-67). Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən 26.10.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən “Park Bulvar” ticarət mərkəzinin 2-ci mərtəbəsində olan, onun icarə əsasında işlətdiyi “Royam Jewellery” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya işə qəbul olunmaq adı ilə bir nəfər gəlmişdir. Həmin şəxs orada işləyən satıcıların diqqətinin yayınmasından istifadə edərək piştaxtadan bir ədəd 750 əyarlı brilliant qaşlı üzüyü oğurlamışdır. Hazırda bu üzük ona geri qaytarılmışdır (İİ cild, i.v.25-27). Zərərçəkmiş şəxs6 ifadəsindən aydın olur ki, 26.12.2019-cu il tarixdə onun işlədiyi ünvan 4 ünvanda yerləşən, icarə əsasında işlətdiyi “X19” adlı üşaq geyimlərinin satışı ilə məşğul olan mağazaya təhlükəsizlik kameralarının təmiri xidməti ilə məşğul olan bir nəfər usta olaraq gəldiyini bildirmişdir. Orada satıcının başının müştərilərə qarışmasından istifadə edərək kassa aparatından 900 manat pulu oğurlayıb getmişdir (İ cild, i.v.187-189). Zərərçəkmiş şəxs7 ifadəsindən aydın olur ki, 24.01.2020-ci il tarixdə, saat 13:08 radələrində onun işlədiyi ünvan 5 ünvanda yerləşən “Parfum Palace” adlı ətir mağazasına bir nəfər gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim etmişdir. Mağazada olan satıcı Zərərçəkmiş şəxs7 diqqətinin yayınmasından istfadə edib həmin şəxs masanın altında olan siyirmədəki kitabın arasından 510 manat məbləğində pulu oğurlayıb getmişdir (İ cild, i.v.123-125). X4 və Zərərçəkmiş şəxs10 ifadələrindən aydın olur ki, 07.09.2020-ci il tarixdə, saat 14 radələrində onların işlədiyi ünvan 8 ünvanda yerləşən “Lyudlina” adlı gözəllik salonuna Wi-fi aparatlarının təmiri xidməti ilə məşğul olan usta adı ilə bir nəfər gəlmişdir. Daha sonra bu şəxs namaz qılmaq isatədiyini bildirib boş otağa daxil olmuş, oradan K.Dəmirovaya məxsus əl çantasının içərisindən 160 manat, Zərərçəkmiş şəxs10 məxsus əl çantasının içərisindən isə 50 manat məbləğində pulu oğurlamışdır (İ cild, i.v.53-55, 61-63). X9 ifadəsindən aydın olur ki, 07.09.2020-ci il tarixdə, saat 11:09 radələrində ünvan 7 ünvanda yerləşən, onun işlədiyi “Muliebre” adlı gözəllik salonuna kassa aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi bir şəxs gəlmiş və aparatı təmir etmək adı ilə masaya əyləşmişdir. Sonra orada işləyən satıcının diqqətinin yayınmasından istfadə edib kassa aparatının içərisindəki 600 manat pulu oğurlamışdır (İİİ cild, i.v.255-256). İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25.11.2019-cu il tarixli, 28288/28289 saylı rəyinə əsasən təqdim edilmiş 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 8,39 qram, qaşları brilliantdır, 10 ədədinin hər birinin ölçüsü 0,025 karat, 8 ədədinin hər birinin ölçüsü 0,024 karat, 35 ədədinin hər birinin ölçüsü 0,012 karat, 3/3 keyfiyyətlidirlər. Ekspertiza tədqiqatına təqdim olunan üzüyün hazırkı orta bazar qiyməti 946,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 109, 50 manatdır (İİ cild, i.v.111-113); “Tutma haqqında” protokol və “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs 07.11.2019-cu il tarixdə tutulmuş, 09.11.2019cu il tarixdə isə müvəqqəti saxlama yerindən azad edilmişdir (İİ cild, i.v.39-40, 91- 92); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 haqqında 26.10.2020-ci il tarixli, 2990 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsiredici dərman preparatı olan preqabalindən (lirikadan) sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (İİİ cild, i.v.225-226); “Sübutların qiymətləndirilməsi haqqında” 13.01.2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs “Royam Jewellery” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazadan oğurladığı bir ədəd qızıl üzük iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs3 geri qaytarılmışdır (İV cild, i.v.35-46); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 4(006)- 572/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2020-ci il tarixdən hesablanmışdır (İİİ cild, i.v.176-180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.10.2020-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 21.09.2017-ci il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (İİİ cild, i.v.193-199, 230); Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, X8, Zərərçəkmiş şəxs10 və X13 tərəfindən istintaq dövründə ayrı-ayrılıqda təqdim edilmiş ərizələrə əsasən onların hər birinə dəymiş zərər ödənilmiş, onların heç birinin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur (İİ cild, i.v.99, İV cild, i.v.3, 8-9, 12, 14, 16). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180, 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bununla belə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıb onlara dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata bu hissədə xitam verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş zərərin aradan qaldırılmasını və onlarla barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini, törədilməsi hallarını və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 07 ay 12 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzük sahibi Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ekspertiza tədqiqatının dəyəri 109,50 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 07 (yeddi) ay 12 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 28 A, mənzil 15-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzük sahibi Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 50 (əlli) qəpik pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X3 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov İş №1(006)-192/2021 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ QƏRAR 29 aprel 2021-ci il Bakı şəhəri Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs8 Zərər çəkmiş hüquqi X5 şəxslərin nümayəndəsi: Nümayəndə1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 28A, mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 28.07.2019-cu il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin 3-cü mərtəbəsində olan, tanışı Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gələrək ona 20 avqust 2019-cu il tarixdə toy mərasimi olacağını bildirib pulu toydan sonra geri qaytaracağını vəd edərək sonuncudan 2.600 manat dəyərində olmaqla - bir ədəd 1.000 manat dəyərində qızıl boyunbağı, 600 manat dəyərində qolbaq, hər biri 500 manat dəyərində üzük və sırğanı, 03.08.2019-cu il tarixdə hər biri 500 manat dəyərində iki ədəd qızıl üzük, 07.08.2019-cu il tarixdə isə hər biri 300 manat dəyərində bir ədəd qızıl sırğa və üzüyü vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə ümumilikdə 4.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 21.09.2019-cu il tarixdə, saat 18:05 radələrində ünvan 1 ünvanda yerləşən Mərkəzi Univermağda qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya gələrək orada satıcı işləyən Zərərçəkmiş şəxs2 guya qızıl olduğunu bildirib, əslində isə bijuteriya olan üzüyü sonuncuya verib mağazadakı 1.500 manat dəyərində bir ədəd 6 qramlıq qızıl qolbağı mağazanın yaxınlığında olan avtomobildə onu gözləyən həyat yoldaşına göstərib qaytarmaq adı ilə ələ keçirərək zərər çəkmiş şəxsə 1.500 manat dəyərində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o: 20 oktyabr 2019-cu il tarixdə, saat 18:13 radələrində ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi Aygün City ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Koçak Gold” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazaya müştəri kimi daxil olaraq orada işləyən satıcının diqqətinin yayınmasından istifadə edib piştaxtadan 950 manat məbləğində bir ədəd qızıl boyunbağını; 26.10.2019-cu il tarixdə, saat 14:15 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkda yerləşən “Park Bulvar” ticarət mərkəzinin 2-ci mərtəbəsində olan, Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Royam Jewellery” adlı qızıl-zinət əşyalarının satışı ilə məşğul olan mağazadan satıcıların diqqətinin yayınmasından istifadə edərək piştaxtadan 946 manat dəyərində bir ədəd 750 əyarlı brilliant qaşlı üzüyü; 25.11.2019-cu il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, 21A saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs11 adlı mağazaya təhlükəsizlik kameralarının yerinin dəyişdirilməsi adı ilə gəldiyini bildirib orada olan otağa keçib saxlanc yeri hesab olunan seyfdən 587 manat pulu; 26 dekabr 2019-cu il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanda yerləşən, Zərərçəkmiş şəxs6 icarə əsasında işlətdiyi “X19” adlı mağazaya təhlükəsizlik kameralarının təmiri xidməti ilə məşğul olan usta olaraq gəldiyini bildirib oranın kassasından 900 manat məbləğində pulu; 24.01.2020-ci il tarixdə, saat 13:08 radələrində ünvan 5 ünvanda yerləşən “Parfum Palace” adlı ətir mağazasına gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib orada olan kompüterləri təmir etmək adı ilə masaya əyləşmiş və satıcı Zərərçəkmiş şəxs7 diqqətinin yayınmasından istfadə edib mağazadakı dolabın içərisində olan kitabın arasından 510 manat məbləğində pulu; 05.06.2020-ci il tarixdə, saat 13:30 radələrində ünvan 6 ünvanda yerləşən “Arzum Beauty” adlı kosmetik vasitələrin satışı ilə məşğul olan mağazaya gələrək özünü kompüterlərin təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib kompüterləri təmir etmək adı ilə masaya əyləşmiş və satıcı Zərərçəkmiş şəxs8 diqqətinin yayınmasından istfadə edib kassa aparatının içərisindəki 550 manat məbləğində pulu; 07.09.2020-ci il tarixdə, saat 11:09 radələrində ünvan 7 ünvanda yerləşən, Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Muliebre” adlı gözəllik salonuna gələrək özünü kassa aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib aparatı təmir etmək adı ilə masaya əyləşmiş və orada işləyən satıcının diqqətinin yayınmasından istfadə edib kassa aparatının içərisindəki 600 manat məbləğində pulu; 07.09.2020-ci il tarixdə, saat 14 radələrində ünvan 8 ünvanda yerləşən “Lyudlina” adlı gözəllik salonuna gələrək özünü Wi-fi aparatlarının təmiri xidməti ilə məşğul olan usta kimi təqdim edib salonda olarkən namaz qılmaq adı ilə boş otağa daxil olmuş, oradakı X6 məxsus əl çantasının içərisindən 160 manat, Zərərçəkmiş şəxs10 məxsus əl çantasının içərisindən isə 50 manat məbləğində pulu; 17.09.2020-ci il tarixdə, saat 14:30 radələrində ünvan 9 ünvanda yerləşən “OBA” marketə gələrək özünü yeni stajor işçi kimi təqdim edib paltarını dəyişmək adı ilə orada olan otağa daxil olub saxlanc yeri hesab edilən seyfdən 1.280 manat məbləğində pulu gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətdiyi əməllər öz təsdiqini tapmışdır. İş materiallarında olan “xxxx” ASC-nin 27.04.2021-ci il tarixli, 1979 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş 5.700 manat məbləğində ziyanın 25% miqdarında - 1.425 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Eyni zamanda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrində qeyd olunur ki, onlara vurulmuş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıb onlara dəymiş zərəri ödədiyindən və onlara qarşı törədilmiş dələduzluq əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata bu hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata bu hissədə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-192/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-192/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver