Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-192/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Beyləqan rayonu, Eyvazalılar ərazi dairəsi, Eyvazalılar kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 25 may 2024-cü il tarixdə saat 02:55-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai Matrix» markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ilə Bülbül prospektinin yolayarıcında 10-15 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci (2.5 “dayanmadan keçmək qadağandır”) hissəsinin tələblərini pozub hadisənin qarşısını almağa texniki imkanı olduğu halda dayanmadan yolayrıcına daxil olaraq Zərərçəkmiş şəxs idarə etdiyi “AF 50 MOON” markalı mopedlə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü Zərərçəkmiş şəxs sağ bud sümüyünün burmalardan keçən və orta 1/3-nin qapalı yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə sərbəst şəkildə yazıb-oxumağı bacarır, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsilə yazılmasına etirazı yoxdur, ifadəsinin alınmasında mütəxəssisin və ya tərcüməçinin iştirakına ehtiyacı yoxdur, 2013-cu ildən BC dərəcəli sürüclük vəsiqəsi ilə avtomobil idarə etmişdir. “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili bir il dörd aydır ki, icarəyə götürmüş, həmin vaxtdan avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur, avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə “Hyundai Matrix” markalı, 77 FR847 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyətinə başlamışdı. xx.xx.2024-cü il tarixdə təxminən 02:55 radələrində o idarə etdiyi “Hyundai Matrix” markalı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bəşirsəfəroğlu küçəsi ilə hərəkətdə olarkən Bülbül prospektinin kəsişməsində yolun digər tərəfinə keçmək istəyəndə Bülbül prospekti ilə hərəkətdə olan moped ilə idarə etdiyi avtomobilin sol qabaq qanadı toqquşmuş, toqquşma zamanı moped yan üstə aşmış, o idarə etməni itirib yolun sağ tərəfində olan torpaqlıq sahədə avtomobili saxlamışdı. İdarə etdiyi avtomobilin sol tərəf qabaq hissəsi zədələnmişdi. Daha sonra təcili tibbi yardım gələrək moped sürücüsünü X2 aparmışdılar. Ona əlavə suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisədən qabaq özünü yaxşı hiss etmiş, yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl o avtomobili təxminən 10-15 km/saat surətlə idarə etmiş, hadisə zamanı ayıq olmuş, hadisə zamanı etdiyi avtomobilin arxa oturacağında tanımadığı qadın müştəri olduğunu, hadisə zamanı həmin sərnişin heç biı xəsarət almadığını, Bəşir Səfəroğlu küçəsi ilə hərəkət edərək Bülbül küçəsinə daxil olmuş, Bülbül küçəsində yolun ortasına olanda mopedi görmüş, hadisənin qarşısını almaq üçün əyləci iə salsada toqquşma qaçılmaz olduğundan idarə etdiyi avtomobil ilə moped toqquşmuş, toqquşma zamanı heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını, ailə vəziyyətini, ehtiyatsızlıq ucbatından bu əməlin törədilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birgə yaşayır, kuryer fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır və həmin kuryer fəaliyyətini kirayə götürdüyü qara rəngli, Moon AF-50 markalı moped ilə göstərmişdir. xx.xx.2024-cü il tarixdə təxminən 02:55 radələrində o, idarə etdiyi qara rəngli, “Moon AF-50” markalı moped ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bülbül küçəsi ilə Bəşir Səfəroğlu prospektinin kəsişməsində hərəkətdə olarkən, qəflətən kəsişmədə yolun sağ tərəfindən “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcına dayanmadan daxil olmuş, hadisə anidən olduğundan o tormozu işə sala bilməmiş və toqquşma baş vermişdir. İdarə etdiyi “Moon AF-50” markalı moped ilə “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü tərəf toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi “Moon AF- 50” markalı moped istiqamətini dəyişmiş və o, moped ilə birlikdə avtomobilin sürücü tərəf qapısına çırpılaraq yerə yıxılmışdır. Zərbə güclü olduğundan sağ ayağından xəsarət almış, ayağa qalxmaq istədikdə sağ ayağında ağrılar olduğundan yerdən qalxa bilmədiyindən yenidən yerə uzanmışdır. Sonra hadisə yerinə təcili tibbi yardım gələrək onu X2 aparmışlar. Ona əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl özünü yaxşı hiss etmiş, hadisə baş verdiyi günü heç bir fiziki və psixi gərginlik keçirməmiş, hadisə baş verdiyi günü ayıq olmuş, hadisədən əvvəl mopedi təxminən 40 km saat sürətlə idarə etmiş, baş vermiş yol nəqliyyat hadisəsindən sonra X2 müraciət etmiş, aldığı xəsarətlərlə bağlı bədənində ağrıları olduğunu, müalicələrini davam etdirdiyini, əmək fəaliyyətinin pozulduğundan işləyə bilmədiyini, “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla maraqlanmayaraq, xəsarət almağına etinasız yanaşmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan 20000 manat ziyanın tələb etdiyini, normal yeriyə bilmədiyini, iş fəaliyyətini bərpa edə bilmədiyini, təqsirləndirilən şəxsin ona görə həkimə 200 manat, həyat yoldaşına isə 40-50 manat pul ödədiyini, ondan şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:55-də Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı ilə avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “AF 50 MOON" markalı mopedin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində baş vermişdir (i.v. 5-11); Diskədə olan video çəkilişdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:55 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu. Bəşir Səfəroğlu küçəsi hərəkət edir, həmin vaxt Nəsimi rayonu, Bülbül prospekti ilə Zərərçəkmiş şəxs idarə etdiyi “AF 50 MOON” markalı moped hərəkətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” ** FR *** dövlət qeydiyyat nişanlı ilə avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi “AF 50 MOON” markalı moped toqquşmuş, toqquşmadan sonra “Hyundai Matrix” ** FR *** dövlət qeydiyyat nişanlı ilə avtomobil idarə etməni itirərək səkinin üzərinə dırmanmış, “AF 50 MOON” markalı moped isə idaretməni itirərək səkinin üzərinə çıxmışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 may 2024-cü il tarixli, 2/23921 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. (i.v. 24); Təqsirləndirilən şəxs X1 BB 137817 nömrəi “BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, sonuncunun nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. X7 tərəfindən tərtib olunmuş qəbzə əsasən o, "xxxx" MMC-yə məxsus “Moon AF- 50” markalı mopedi təhvil almışdır (i.v. 66); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 824 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ bud sümüyünün burmalardan keçən və orta 1/3-nin qapalı yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X9 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin - xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v. 74-75); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfində verilmiş 8/1593 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı ilə avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 "Dayanmadan keçmək qadağandır”) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 82-85); “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 88); “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 115); “qətimkan tədbirinin seçilməsi barədə” 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 127); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (i.v. 138); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-in 127.1, 263-1.1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Nəsimi rayon prokurorluğuna göndərilmiş, iş üzrə “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibində saxlanılması nəzərə alınmış, iş üzrə “AF 50 MOON” markalı moped maddi sübut kimi tanınmış və sahibində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs BB 137817 nömrəi “BC” kateqoriyalı sürücülük vəsiqəsi olması nəzərə alınmış, iş üzrə “AF 50 MOON” markalı mopedin sürücüsü Zərərçəkmiş şəxs barəsində AR İXM-nin 338-ci maddəsi ilə inzibati qaydada tədbir ggörülməsindən ötrü aidiyyəti üzrə Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v. 139-147); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il təvəllüdlü X4 adında övladı var. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “AF 50 MOON” markalı mopedin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalı, sübut növü kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Hyundai Matrix” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “AF 50 MOON” markalı mopedin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-192/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-192/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver