Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-193/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhərrəm oğlunun və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, S.S.Axundov küçəsi, İnzibati bina, ev 1 saylı ünvanında qeydiyyatda olan və Nəsimi rayonu, Nizami küçəsi 103 saylı ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 saylı ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında böləcəklərinə dair razılığa gəlib xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “X18” adlı qadın geyimləri mağazasının qəhvəyi rəngli plastik qapıdan ibarət giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olaraq həmin mağazanın rəflərində olan iki ədəd hər biri 99 (doxsan doqquz) manat dəyərində “Magro” markalı qara rəngli qadın köynəklərini, bir ədəd 189 manat (yüz səksən doqquz) manat dəyərində “Fen-ka” markalı qara rəngli qadın köynəyini, bir ədəd 90 (doxsan) manat dəyərində 'İkmal” markalı qara rəngli qadın köynəyini, iki ədəd hər biri 45 (qırx beş) manat dəyərində “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəklərini, bir ədəd 35 (otuz beş) manat dəyərində “Sümela” markalı qara rəngli qadın köynəyini, bir ədəd 159 (yüz əlli doqquz) manat dəyərində “Louis Vuitton” markalı açıq mavi rəngli cadın köynəyini, bir ədəd 90 (doxsan) manat dəyərində “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketini, bir ədəd 90 (doxsan) manat dəyərində “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketini, yeddi ədəd hər biri 45 (qırx beş) manat dəyərində “M-Pe-ti” markal tünd rəngli qadın köynəklərini, bir ədəd 189 (yüz səksən doqquz) manat dəyərində “Magro" markalı uzun qadın paltarını, bir ədəd 90 (doxsan) manat dəyərində “Bi-emka” markalı boz rəngli qadın jaketini, bir ədəd 80 (səksən) manat dəyərində “Azra” markalı boz rəngli qadın köynəyini, bir ədəd 279 (iki yüz yetmiş doqquz) manat dəyərində “Axiom” markalı güllü qadın paltarını, altı ədəd hər biri 80 (səksən) manat dəyərində “Azra” markalı boz rəngli qadın jaketlərini, bir ədəd 99 (doxsan doqquz) manat dəyərində “Dawn Line” markalı güllü qadın ətəyini, doqquz ədəd hər biri 90 (doxsan) manat dəyərində “Belin” markalı tünd göy rəngli qadın jaketlərini, bir ədəd 40 (qırx) manat dəyərində “Oksmin” markalı qara rəngli qadın köynəyini, on ədəd hər biri 100 (yüz) manat dəyərində “Azra” markal boz rəngli qadın paltarlarını, bir ədəd 189 (yüz səksən doqquz) manat dəyərində “Fen-ka” markalı tünd göy rəngli qadın köynəyini, on ədəd hər biri 15 (on beş) manat dəyərində “Sancaklı” markalı qadın köynəklərini, iyirmi ədəd hər biri 15 (on beş) manat dəyərində qadın şərflərini, on ədəd hər biri 17 (on yeddi) manat dəyərində qara rəngli qadın pul kisələrini, on ədəd hər biri 12 (on iki) manat dəyərində qəhvəyi rəngli qadın pul kisələrini, iki ədəd hər biri 20 (iyirmi) manat dəyərində qırmızı rəngli qadın pul ksələrini, on ədəd hər biri 15 (on beş) manat dəyərində qırmızı rəngli qadın pul kisələrini, bir ədəd 15 (on beş) manat dəyərində qara rəngli qadın pul kisəsini, on ədəd hər biri 15 (on beş) manat dəyərində boz rəngli qadın pul kisələrini, bir ədəd 16 (on altı) manat dəyərində qara rəngli qadın pul kisəsini, iki ədəd hər biri 18 (on səkkiz) manat dəyərində qırmızı rəngli qadın pul kisələrini, bir ədəd 18 (on səkkiz) manat dəyərində qəhvəyi rəngli qadın pul kisəsini, bir ədəd 18 (on səkkiz) manat dəyərində üzərində xətlər olan qadın pul kisəsini, iki ədəd hər biri 15 (on beş) manat dəyərində üzərində xətlər olan qadın pul kisələrini, iki ədəd hər biri 15 (on beş) manat dəyərində mavi rəngli qadın pul kisələrini, otuz beş ədəd hər biri 45 (qırx beş) manat dəyərində “Bitar” markalı qadın ətirlərini, bir ədəd 20 (iyirmi) manat dəyərində qarışıq rəngli qadın əl çantalarını, iki ədəd hər biri 35 (otuz beş) manat dəyərində qəhvəyi rəngli qadın əl çantalarını, bir ədəd 25 (iyirmi beş) manat doyərində qara rəngli qadın əl çantasını, orı səkkiz ədəd hər biri 50 (əlli) manat dəyərində qara rəngli qadın əl çantalarını, mağazada olan masanın üzərindən isə bir ədəd içərisində 10 (on) manal dəyərində 051 *** ** ** saylı mobil telefon nömrəsi olan 100 (yüz) manat dəyərində “Nokia" markalı 7230 modelli mobil telefonu və bir ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “HP" markalı 17e012SR modelli qara rəngli noutbuku gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 9205 (doqquz min iki yüz beş) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,son zamanlar maddi vəziyyətinin ağır olduğunu və ailəsinin maddi tələbatlarını ödəyə bilmədiyini, övladlarının dolanması üçün pula ehtiyacının olduğunu, buna görə də oğurluq etmək qərarına gəldiyini, həmin ərəfələr qaynı Təqsirləndirilən şəxs1 da maddi durumunun zəif olduğunu, buna görə də söhbət edərək, birlikdə oğurluq etmək qərarına gəldiklərini, aralarında olan razılaşmaya əsasən birlikdə gəzərək, oğurluq etmək üçün yer tapmalı olduqlarını və həmin yerdən birlikdə oğurluq edib, oğurladıqları əşyaları sataraq əldə edilmiş pulu yarı-yarıya bölməli olduqlarını, oğurluq edəcəkləri yerin hara olması barədə heç bir məlumatlarının olmadığını və həmin yeri gəzərək tapmağı düşündüklərini, xx xxxx 2020-ci il tarixdə saat 01:30 radələrində qaynı sonuncu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə gəzərək, oğurluq etmək üçün münasib yer axtarırdıqlarını, gəzən zaman ünvan 3 ünvanında paltar mağazasının olmasını gördüklərini, həmin mağazanın üzərində “X18" yazısının və işıqlarının sönülü olduğunu, mağazanın giriş qapısının qəhvəyi rəngli plastik qapıdan ibarət olduğunu, heç bir digər mühafizə altına alınmadığını, buna görə də qaynı Təqsirləndirilən şəxs1la həmin mağazadan oğurluq etmək qərarına gəldiklərini, sonuncunun əvvəlcədən üzərində olan vintaçan ilə mağazanın plastik qapısını açdığını, onunla hər ikisinin mağazaya daxil olduqlarını, mağazaya daxil olduqdan sonra orada rəflərdə olan qadın paltarlarını, qadın pul kisələrini, qadın əl çantalarını, qadın ətirlərini, qadın şərflərini mağazadan oğurladıqları böyük bir çantanın içərisinə doldurmağa başladıqlarını, çantanın içərisinə həmin əşyaları doldurduqdan sonra mağazada masanın üzərində olan qara rəngli HP markalı noutbuk və Nokia markalı mobil telefonun diqqətlərini cəlb etdiyini, ona görə həmin noutbuku və mobil telefonu da çantanın içərisinə qoyduqlarını, çantanın zəncirbəndini bağlamağa çalışan zaman çanta cırıldığını, buna görə də vaxt itirməmək üçün mağazadan oğurladıqları uzun qadın paltarlarının birini çantadan çıxarıb cırılmış çantanı həmin paltara bükdüyünü, sonra onların hərəsi içərisində oğurladıqları əşyalar olan qadın paltarının bir tərəfindən tutaraq mağazanı tərk etdiklərini, mağazadan çıxdıqdan sonra bir-neçə metr piyada hərəkət edib taksi tapdıqlarını, daha sonra həmin taksiyə yaxınlaşaraq onun yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə getməsini istədiklərini, evin qarşısında olan zaman qaynına evdə şübhə doğurmaqdan qorxub əşyaları evə apara bilməyəcəyini söylədiyini, başqa taksi taparaq əşyaları gizlətmək məqsədilə yaşadığı evin yaxınlığında söküntü aparılan yer tapdıqlarını, daha sonra əşyaların üzərinə taxta parçası qoyub gizlətdiklərini və hərəsinin öz yaşadığı evə getdiklərini, aralarında olan razılaşmaya əsasən həmin əşyaları qaynı satmalı olduğunu və əldə edilmiş pulu iki yerə bölməli olduqlarını, növbəti gün Vüqarla əlaqə saxlamadığını, xx.xx.2020-ci il tarixdə yaşadığı evin yaxınlığında gəzən zaman polis tərəfindən saxlanılaraq, oğurluq etməkdə şübhəli olduğu üçün polis idarəsinə gətirildiyini, mağazanın sahibinin kim olması barədə məlumatının olmadığını, həmin mağazadan oğurluq etməyi onlara heç kəsin tövsiyyə etmədiyini, həmin cinayətin törədilməsi barədə onlardan başqa heç kəsin məlumatının olmadığını və heç kəsin onlara köməklik etmədiyini, mağazadan oğurlanmış əşyaların dəqiq hansı əşyalar olmasını xatırlamadığını, həmin əşyaların Təqsirləndirilən şəxs1 olduğuna görə onun dəqiq hansı əşyalar olmasını bildiyini, taksi sürücülərinin hadisə barədə heç bir məlumatlarının olmadığını bildirdi. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 istintaqdaq verdiyi ifadəsini dəyişərək ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,son zamanlar maddi vəziyyətinin ağır olduğunu, usta olmağına baxmayaraq iş tapa bilmədiyini, övladlarının dolanması üçün pula ehtiyacının olduğunu, yeznəsi Təqsirləndirilən şəxs2 borc istədiyini və o , da ona kömək edəcəyini bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 01:30 radələrində yeznəsi Təqsirləndirilən şəxs2 ona zəngb vuraraq gəlib yardım etməsini xahiş etmişdir. O, da yeznəsi dediyi ünvan 3 ünvana gəldikdən sonra yeznəsinin yanında qadın paltarına bükülmüş böyük büküm görmüşdür. Heçnə soruşmadan ona yardım edib həmin bükümü daşıya-daşıya bir-neçə metr piyada hərəkət etdikdən sonra yolda taksi tapdıqlarını, daha sonra həmin taksiyə yaxınlaşaraq yeznəsi Rauf gilin yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə getməsini istədiklərini bildirmişlər. Evin qarşısına çatan zaman Rauf evdə həmin əşyalardan şübhə edəcəklərindən ehtiyyat edib, evə apara bilməyəcəyini söylədiyini, başqa taksi taparaq əşyaları gizlətmək məqsədilə Rauf gilin yaşadığı evin yaxınlığında söküntü aparılan yer tapmışlar, əşyaları orada gizlətmişlər, daha sonra kənardan görsənməsin deyə əşyaların üzərinə taxta parçası qoymuşlar. xx xxxx 2020-ci il tarixdə yeznəsi Təqsirləndirilən şəxs2 ona zəng vuraraq həmin əşyaların oğurluq olmasını və gizlətdikləri yerdən götürüb Nəsimi RPİ-nə gətirməsini tapşırmışdır. O, da öz növbəsində həmin bükümü Polis idarəsinə gətirmiş və təhvil vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, yeznəsi Təqsirləndirilən şəxs2 oğurluq etməsini bilməmiş, ona sadəcə bir qohum kimi gecə saat 01:30 radələrində yardım etməyə getmiş, istintaqda ifadələr oxunmadan onun tərəfindən imzalanmış, barəsində həbs qətimkan tədbiri seçilərkən nədənsə məhkəməyə təqsirli olmadığını bildirməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının və qızında inkşaf anomaliyası olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, məhkumluğunun olmamasını, nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tam təqsirli olması və Təqsirləndirilən şəxs1 qismən təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, CD diskində olan görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, həyat yoldaşı X13 Respublikasının vətəndaşıdır. Onunla birlikdə ünvan 3 ünvanında yerləşən “X18” adlı paltar mağazasını icarə götürərək, orada alış-verişlə məşğul olur. xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində paltar mağazasını bağlayaraq yaşadığı evə getmişdir. İşlətdiyi mağazanın giriş qapısının plastik qəhvəyi rəngli qapıdan ibarət olduğunu və qapının açar ilə kilidləndiyini, həmin mağazanı təzəlikcə işlətdiklərindən dəmir qapı və ya dəmir barmaqlıqlar quraşdırmadıqlarını bildirmişdir. xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində işlədiyi mağazaya gələn zaman mağazanın qapısının açıq olmasını görmüş, tez mağazaya daxil olmuş və hər yerin dağınıq olmasını, mağazadan oğurluq olmasını aşkar edən kimi dərhal bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baxış keçirən zaman mağazada olan rəflərdən iki ədəd hər biri 99 (doxsan doqquz) manat dəyərində “Magro” markalı qara rəngli qadın köynəklərinin, bir ədəd 189 manat (yüz səksən doqquz) manat dəyərində “Fen-ka” markalı qara rəngli qadın köynəyinin, bir ədəd 90 (doxsan) manat dəyərində “İkmal” markalı qara rəngli qadın köynəyinin, iki ədəd hər biri 45 (qırx beş) manat dəyərində “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəklərinin, bir ədəd 35 (otuz beş) manat dəyərində "Sümela” markalı qara rəngli qadın köynəyinin, bir ədəd 159 (yüz əlli doqquz) manat dəyərində Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyinin, bir ədəd 90 (doxsan) manat dəyərində “Azra" markalı boz rəngli kapuşonlu qadın jaketinin, bir ədəd 90 (doxsan) manat dəyərində “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketinin, yeddi ədəd hər biri 45 (qırx beş) manat dəyərində “M-Pe-ti" markal tünd rəngli qadın köynəklərinin, bir ədəd 189 (yüz səksən doqquz) manat dəyərində “Magro” markalı uzun qadın paltarının, bir ədəd 90 (doxsan) manat dəyərində “Bi-emka” markalı boz rəngli qadın jaketinin, bir ədəd 80 (səksən) manat dəyərində “Azra” markalı boz rəngli qadın köynəyinin, bir ədəd 279 (iki yüz yetmiş doqquz) manat dəyərində güllü qadın paltarının, altı ədəd hər biri 80 (səksən) manat dəyərində “Azra” markalı boz rəngli qadın jaketlərinin, bir ədəd 99 (doxsan doqquz) manat dəyərində “Dawn Line” markalı güllü qadın ətəyinin, doqquz ədəd hər biri 90 (doxsan) manat dəyərində “Belin” markalı tünd göy rəngli qadın jaketlərinin, bir ədəd 40 (qırx) manat dəyərində "Oksmin” markalı qara rəngli qadın köynəyinin, on ədəd hər biri 100 (yüz) manat dəyərində “Azra” markal boz rəngli qadın paltarlarının, bir ədəd 189 (yüz səksən doqquz) manat dəyərində “Fen-ka” markalı tünd göy rəngli qadın köynəyinin, on ədəd hər biri 15 (on beş) manat dəyərində “Sancaklı” markalı qadın köynəklərinin, iyirmi ədəd hər biri 15 (on beş) manat dəyərində qadın şərflərinin, on ədəd hər biri 17 (on yeddi) manat dəyərində qara rəngli qadın pul kisələrinin, on ədəd hər biri 12 (on iki) manat dəyərində qəhvəyi rəngli qadın pul kisələrinin, iki ədəd hər biri 20 (iyirmi) manat dəyərində qırmızı rəngli qadın pul kisələrinin, on ədəd hər biri 15 (on beş) manat dəyərində qırmızı rəngli qadın pul kisələrinin, bir ədəd 15 (on beş) manat dəyərində qara rəngli qadın pul kisəsinin, on ədəd hər biri 15 (on beş) manat dəyərində boz rəngli qadın pul kisələrinin, bir ədəd 16 (on altı) manat dəyərində qara rəngli qadın pul kisəsinin, iki ədəd hər biri 18 (on səkkiz) manat dəyərində qırmızı rəngli qadın pul kisələrinin, bir ədəd 18 (on səkkiz) manat dəyərində qəhvəyi rəngli qadın pul kisəsinin, bir ədəd 18 (on səkkiz) manat dəyərində üzərində xətlər olan qadın pul kisəsinin, iki ədəd hər biri 15 (on beş) manat dəyərində üzərində xətlər olan qadın pul kisələrinin, iki ədəd hər biri 15 (on beş) manat dəyərində mavi rəngli qadın pul kisələrinin, otuz beş ədəd hər biri 45 (qırx beş) manat dəyərində “Bitar” markalı qadın ətirlərinin, bir ədəd 20 (iyirmi) manat dəyərində qarışıq rəngli qadın əl çantalarının, iki ədəd hər biri 35 (otuz beş) manat dəyərində qəhvəyi rəngli qadın əl çantalarının, bir ədəd 25 (iyirmi beş) manat dəyərində qara rəngli qadın əl çantasının, on səkkiz ədəd hər biri 50 (əlli) manat dəyərində qara rəngli qadın əl çantalarının, mağazada olan masan n üzərindən isə bir ədəd içərisində 10 (on) manat dəyərində 051 *** ** ** saylı mobil telefon nömrəsi olan 100 (yüz) manat dəyərində “Nokia” markalı mobil telefonun və bir ədəd 750 (yeddi yüz əlli) manat dəyərində “HP” markalı qara rəngli noutbukun oğurlandığını aşkar edilmişdir. Hadisə nəticəsində ona ümumilikdə 9205 (doqquz min iki yüz beş) manat maddi ziyan dəydiyini, hadisə zamanı oğurlanmış bütün əşyaların ona məxsus olmasını, mağazaya daxil olmuş şəxslərin mağazanın plastik qapısının kilid hissəsindən qıraraq qanunsuz olaraq mağazaya daxil olduqlarını, işlətdikləri mağazanın yeni olduğundan müşahidə kameralarının quraşdırılmadığını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında verilmiş suallara verilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Polis idarəsində oğurlanmış əşyalardan iki ədəd “Magro” markalı qara rəngli qadın köynəyi, bir ədəd "Fen-ka” markalı qara rəngli qadın köynəyi, bir ədəd “İkmal” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəyi, bir ədəd "Sümela” markalı qara rəngli qadın köynəyi, bir ədəd Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyi, bir ədəd “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketi, bir ədəd “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketi, bir ədəd “M-Pe-ti” markal tünd rəngli qadın köynəyi, bir ədəd “Magro” markalı uzun qadın paltarı, bir ədəd “Bi-emka” markalı boz rəngli qadın jaketi, bir ədəd “Azra” markalı boz rəngli qadın köynəyi, bir ədəd “Axiom" markalı güllü qadın paltarı, iki ədəd “Azra” markal boz rəngli qadın jaketi, bir ədəd “Dawn Line” markalı güllü qadın ətəyi, bir ədəd “Belin” markalı tünd göy rəngli qadın jaketi, bir ədəd “Oksmin” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Azra” markal boz rəngli qadın paltarı, bir ədəd "Fen-ka” markalı tünd göy rəngli qadın köynəyi, beş ədəd qadın şərfi, bir ədəd qara rəngli “HP” markalı 17e012SR modelli noutbuk, beş ədəd qara rəngli qadın pul kisəsi, iki ədəd qəhvəyi rəngli qadın pul kisəsi, beş ədəd qırmızı rəngli qadım pul kisəsi, bir ədəd boz rəngli qadın pul kisəsi, iki ədəd üzərində xətlər olan qadın pul kisəsi, 1 ədəd açıq mavi rəngli qadın pil kisəsi, bir ədəd “Bitar” markalı qadın ətri, 1 ədəd “Nokia” markalı 7230 modelli mobil telefon, 4 ədəd qadın əl çantası onlara qaytarılmışdır. Hal-hazırda dəymiş ziyanın məbləği 6000 manatdan yuxarı olsada ona 5000 manat qaytarılsa təqsirləndirilən şəslərə qarşı şikayət və tələbi olmayacaq. Daha sonra Zərərçəkmiş şəxsməhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Jihad Safauriifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, həyat yoldaşı Zərərçəkmiş şəxs azərbaycanlı olduğunu, ünvan 3 ünvanında yerləşən “X18” adlı paltar mağazasını icarə götürərək, orada alış-verişlə məşğul olduğunu, əksər zamanlar arvadının yanında olduğunu, mağazanın icarə müqaviləsinin onun adına olduğunu, xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində arvadının icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “X18’’ adlı paltar mağazasını bağlayaraq yaşadığı evə getdiklərini, mağazanın giriş qapısının plastik qəhvəyi rəngli qapıdan ibarət olduğunu və qapının açar ilə kilidləndiyini, həmin mağazanı təzəlikcə işlətdiklərindən dəmir qapı və ya dəmir barmaqlıqların olmadığını, xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində mağazaya gələn zaman mağazanın qapısının açıq olmasını gördüklərini, mağazaya daxil olan zaman isə hər yerin dağınıq olduğunu və mağazadan oğurluq olduğunu aşkar etdiklərini, arvadı dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini, mağazadan oğurlanmış əşyaların arvadına məxsus olduğunu və hadisə nəticəsində maddi ziyanın tamamilə ona dəydiyini, oğurlanmış əşyaların dəqiq sayı və qiyməti barədə dəqiq məlumatın arvadınında olduğunu bildirdi. Cinayət işinin 1-ci cild 114-115-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 220-223-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 16mart2020-citarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 216-219-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 16mart2020-citarixdən hesablanmaqla xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 136-137-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/679 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iki ədəd "Magro” markalı qara rəngli qadın köynəklərinin ümumi qiyməti 120 manat, bir ədəd “Fen-ka” markalı qara rəngli qadın köynəyinin qiyməti 130 manat, bir ədəd “İkmal” markalı qara rəngli qadın köynəyinin qiyməti 70 manat, bir ədəd “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəyinin qiyməti 25 manat, bir ədəd “Sümela” markalı qara rəngli qadın köynəyinin qiyməti 30 manat, bir ədəd Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyinin qiyməti 90 manat, bir ədəd “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketinin qiyməti 70 manat, bir ədəd "Belin” markalı qəhvəyi rəngli yun qadın jaketinin qiyməti 80 manat, bir ədəd “M- Pe-ti” markal tünd rəngli qadın köynəyinin qiyməti 55 manat, bir ədəd "Magro” markalı uzun qadın paltarının qiyməti 140 manat, bir ədəd “Bi-emka” markalı boz rəngli qadın jaketinin qiyməti 50 manat, bir ədəd “Azra" markalı boz rəngli qadın köynəyinin qiyməti 50 manat, bir ədəd “Axiom” markalı güllü qadın paltarının qiyməti 140 manat, iki ədəd “Azra” markal boz rəngli qadın jaketlərinin ümumi qiyməti 120 manat, bir ədəd "Dawn Line” markalı güllü qadın ətəyinin qiyməti 60 manat, bir ədəd "Belin1’ markalı tünd göy rəngli qadın jaketinin qiyməti 70 manat, bir ədəd “Oksmin” markalı qara rəngli qadın köynəyinin qiyməti 30 manat, bir ədəd "Azra” markal boz rəngli qadın paltarının qiyməti 80 manat, bir ədəd “Fen-ka” markalı tünd göy rəngli qadın köynəyinin qiyməti 130 manat, beş ədəd qadın şərflərinin ümumi qiyməti 50 manat, bir ədəd qara rəngli HP markalı noutbukun qiyməyi 300 manat, beş ədəd qara rəngli qadın pul kisələrinin ümumi qiyməti 75 manat, iki ədəd qəhvəyi rəngli qadın pul kisələrinin ümumi qiyməti 32 manat, beş ədəd qırmızı rəngli qadın pul kisələrinin ümumi qiyməti 75 manat, bir ədəd boz rəngli qadın pul kisəsinin qiyməti 15 manat, iki ədəd üzərində xətlər olan qadın pul kisəsinin ümumi qiyməti 36 manat, 1 ədəd açıq mavi rəngli qadın pil kisəsinin qiyməti 12 manat, bir ədəd “Bitar” markalı qadın ətrinin qiyməti 30 manat, 1 ədəd Nokia markalı mobil telefonun qiyməti 15 manat, 4 ədəd qadın əl çantası ümumi qiyməti 100 manat təqdim edilmiş malların xx xxxx 2020-ci il tarixə dəyəri 2280 manat müəyyən edilir. Mobil telefonun içərisində olmuş 051 *** ** ** saylı GSM nömrəsinin 2020-ci ilin mart ayına nəzəri qaydada orta bazar qiyməti 4 manat müəyyən edilir. Cinayət işinin 2-ci cild 36a vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 43-48-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, iki ədəd “Magro” markalı qara rəngli qadın köynəyi, bir ədəd "Fen-ka” markalı qara rəngli qadın köynəyi, bir ədəd “İkmal” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəyi, bir ədəd "Sümela” markalı qara rəngli qadın köynəyi, bir ədəd Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyi, bir ədəd “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketi, bir ədəd “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketi, bir ədəd “M-Pe-ti” markal tünd rəngli qadın köynəyi, bir ədəd “Magro” markalı uzun qadın paltarı, bir ədəd “Bi-emka” markalı boz rəngli qadın jaketi, bir ədəd “Azra” markalı boz rəngli qadın köynəyi, bir ədəd “Axiom" markalı güllü qadın paltarı, iki ədəd “Azra” markal boz rəngli qadın jaketi, bir ədəd “Dawn Line” markalı güllü qadın ətəyi, bir ədəd “Belin” markalı tünd göy rəngli qadın jaketi, bir ədəd “Oksmin” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Azra” markal boz rəngli qadın paltarı, bir ədəd "Fen-ka” markalı tünd göy rəngli qadın köynəyi, beş ədəd qadın şərfi, bir ədəd qara rəngli “HP” markalı 17e012SR modelli noutbuk, beş ədəd qara rəngli qadın pul kisəsi, iki ədəd qəhvəyi rəngli qadın pul kisəsi, beş ədəd qırmızı rəngli qadım pul kisəsi, bir ədəd boz rəngli qadın pul kisəsi, iki ədəd üzərində xətlər olan qadın pul kisəsi, 1 ədəd açıq mavi rəngli qadın pil kisəsi, bir ədəd “Bitar” markalı qadın ətri, 1 ədəd “Nokia” markalı 7230 modelli mobil telefon, 4 ədəd qadın əl çantası cinayət işi üzrə maddi sübut qismində tanınmış və zərərçəkən şəxs Zərərçəkmiş şəxs saxlanca verilmişdir. Cinayət işinin 1-ci cild 249-250-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 22mart2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1)Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat cərimə cazasına məhkum edilmiş, 2) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə məhrum etmə və 900 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl azad olunmaqla xx.xx.2019-cu il tarixdə cazasının sonu ilə həbsdən azad edilmişdir. Cinayət işinin 2-ci cild 1-3-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 24mart2020-citarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə CM-nin 102.1 maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1999-cu il tarixdə məcburi əməyə cəlb olunmaqla azad edilmiş, 2) Qaradağ Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 62, 185.2.1, 66-cı maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 67-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 2-ci cild 12-ci vərəqində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 01-39 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları əşyaları böyük bükülünü yük şəkilində hərəsi bir tərəfindən tutub hərəkət edirlər, sonradan taksidən düşürüb hərəkətlərini davam edərək dalana girirlər. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan AZ-İ seriyalı, 404923 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Təqsirləndirilən şəxs2 və X5 arasında nikah xx xxxxx 2008-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Ağarəşidova soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 178 və 179-cu vərəqələrində olan AZ-İİ seriyalı, 757346, 262679 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2 , anası isə İ.A.Ağarəşidovadır. Cinayət işinin 1-ci cild 155-cı vərəqəsində olan AZ-İ seriyalı, 695841 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X6 arasında nikah xx xxxx 2011-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Zeynalova soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 156-cı vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə M.Ə.Zeynalovadır. Cinayət işinin 2-ci cild 181-ci vərəqəsində olan N.Tusi adına Klinikanın xx xxxx 2018ci tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 kallosunun rostrum və korpusunun disgeneziya/hipogeneziyası simptomokomkleksi qeyd edilir.(inkşaf anomaliyası). Cinayət işinin 2-ci cild 180-ci vərəqəsində olan Zərərçəkmiş şəxsnun ərizəsindən görünür ki, sonuncu təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və onların barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, CD diskində olan görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və yüngül cəza verilməsini xahiş etməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 900 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarı ilə cəzası 02 il 06 aya endirilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə 02 ay 23 gün vaxtından əvvəl azad olunmaqla xx.xx.2019-cu il tarixdə cazasının sonu ilə ilə azad olunmasına baxmayaraq, iki il keçmədənxx xxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin resedivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçünciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq xx xxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqlaözgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, CD diskində olan görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şübhəli şəxsin dindirilməsi, digər Təqsirləndirilən şəxs2 ifadəsi, təqsirləndirilən şəxslərin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, sonuncu könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli etiraf etmiş, məhkəməyədək istintaq dövrundə sənədləri imzalamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və onun yeznəsi Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi kimi xx xxxx 2020-ci il tarixdə gecə saat 01-30 da yeznəsi onu çağıraraq yardım etməsini xahiş etməsi, sonradan onun hadisə yerinə getməsi, onların birgə böyük bükümdə bükümü daşıması və onun içində nə olmasını bilməməsi dair verdiyi bu ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədini daşıyır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının və qızında inkşaf anomaliyası xəstəliyinin olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini, hazırda məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının və qızında inkşaf anomaliyası xəstəliyinin olmasını, həmçinin məhkumluğunun, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 05 (beş) ay 15 (on beş) müddət Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 11 (on bir) ay müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iki ədəd “Magro” markalı qara rəngli qadın köynəyi, bir ədəd "Fen-ka” markalı qara rəngli qadın köynəyi, bir ədəd “İkmal” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəyi, bir ədəd "Sümela” markalı qara rəngli qadın köynəyi, bir ədəd Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyi, bir ədəd “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketi, bir ədəd “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketi, bir ədəd “M-Pe-ti” markal tünd rəngli qadın köynəyi, bir ədəd “Magro” markalı uzun qadın paltarı, bir ədəd “Bi-emka” markalı boz rəngli qadın jaketi, bir ədəd “Azra” markalı boz rəngli qadın köynəyi, bir ədəd “Axiom" markalı güllü qadın paltarı, iki ədəd “Azra” markal boz rəngli qadın jaketi, bir ədəd “Dawn Line” markalı güllü qadın ətəyi, bir ədəd “Belin” markalı tünd göy rəngli qadın jaketi, bir ədəd “Oksmin” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Azra” markal boz rəngli qadın paltarı, bir ədəd "Fen-ka” markalı tünd göy rəngli qadın köynəyi, beş ədəd qadın şərfi, bir ədəd qara rəngli “HP” markalı 17e012SR modelli noutbuk, beş ədəd qara rəngli qadın pul kisəsi, iki ədəd qəhvəyi rəngli qadın pul kisəsi, beş ədəd qırmızı rəngli qadım pul kisəsi, bir ədəd boz rəngli qadın pul kisəsi, iki ədəd üzərində xətlər olan qadın pul kisəsi, 1 ədəd açıq mavi rəngli qadın pil kisəsi, bir ədəd “Bitar” markalı qadın ətri, 1 ədəd “Nokia” markalı 7230 modelli mobil telefon, 4 ədəd qadın əl çantası zərərçəkən şəxs Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhərrəm oğluna və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 24 saata görə hər birinə ayrıayrılıqda 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı və 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, yəni 05 (beş) ay 15 (on beş) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 11 (on bir) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd “Magro” markalı qara rəngli qadın köynəyi, bir ədəd "Fen-ka” markalı qara rəngli qadın köynəyi, bir ədəd “İkmal” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Gigizza” markalı tünd çəhrayı rəngli qadın köynəyi, bir ədəd "Sümela” markalı qara rəngli qadın köynəyi, bir ədəd Louis Vuitton markalı açıq mavi rəngli qadın köynəyi, bir ədəd “Azra” markalı boz rəngli kapuşonlu qadın jaketi, bir ədəd “Belin” markalı qəhvəyi rəngli yun qadın jaketi, bir ədəd “M-Pe-ti” markal tünd rəngli qadın köynəyi, bir ədəd “Magro” markalı uzun qadın paltarı, bir ədəd “Bi-emka” markalı boz rəngli qadın jaketi, bir ədəd “Azra” markalı boz rəngli qadın köynəyi, bir ədəd “Axiom" markalı güllü qadın paltarı, iki ədəd “Azra” markal boz rəngli qadın jaketi, bir ədəd “Dawn Line” markalı güllü qadın ətəyi, bir ədəd “Belin” markalı tünd göy rəngli qadın jaketi, bir ədəd “Oksmin” markalı qara rəngli qadın köynəyi, bir ədəd “Azra” markal boz rəngli qadın paltarı, bir ədəd "Fen-ka” markalı tünd göy rəngli qadın köynəyi, beş ədəd qadın şərfi, bir ədəd qara rəngli “HP” markalı 17e012SR modelli noutbuk, beş ədəd qara rəngli qadın pul kisəsi, iki ədəd qəhvəyi rəngli qadın pul kisəsi, beş ədəd qırmızı rəngli qadım pul kisəsi, bir ədəd boz rəngli qadın pul kisəsi, iki ədəd üzərində xətlər olan qadın pul kisəsi, 1 ədəd açıq mavi rəngli qadın pil kisəsi, bir ədəd “Bitar” markalı qadın ətri, 1 ədəd “Nokia” markalı 7230 modelli mobil telefon, 4 ədəd qadın əl çantası zərərçəkən şəxs Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Məhərrəm oğluna məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 18 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-193/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-193/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver