Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-193/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 125, mənzil 31-də qeydiyyatda olan, Gəncə şəhəri, Zərdabi küçəsi ev 18-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində zavod müdiri vəzifəsinə işə düzəltməyə köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 195 “A” ünvanının qarşısında “Mercedes Benz S” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs 40.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında tanışı Şahid2 ona bildirmişdir ki, onun Zərərçəkmiş şəxs adlı tanışı hər hansı bir dövlət işində vəzifəyə təyin olunmasını istəyir. Bundan başqa Şahid2 ona, həmin işlə bağlı tanışı Zərərçəkmiş şəxs köməklik etməyin mümkün olub-olmamasını soruşmuşdur. O, isə Şahid2 bildirmişdir ki, bununla bağlı tanışları vasitəsilə maraqlanıb ona məlumat verəcəkdir. Bir neçə gün sonra Ədliyyə Nazirliyində işləyən dostu Şahid3la bu barədə danışmışdır. Həmin söhbət əsnasında Şahid3 ona bildirmişdir ki, tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs Müdafiə Sənayesi Nazirliyində zavod müdiri vəzifəsinə düzəldə bilər. Şahid3 bir neçə gün bu işlə məşğul olduqdan sonra ona bildirmişdir ki, o, Müdafiə Sənayesi Nazirliyində işləyən tanışları ilə bu barədə danışmışdır və bu işi həll etmək mümkündür. Şahid3 bunun üçün nə qədər məbləğdə pul lazım olmasını soruşan zaman sonuncu işin pulsuz həll olunacağını, həmin vəzifəyə təyin olunmaq üçün Nazirlikdə heç kimin heç bir məbləğdə pul istəmədiyini bildirmişdir. Bundan sonra Mirmehdi ilə görüşüb bu barədə ona məlumat vermişdir. Sonra Mirmehdiyə bildirmişdir ki, arada vasitəçilik etdiyi üçün Zərərçəkmiş şəxs 100.000 manat pul istəyəcək. Öz aralarında razılaşmışlar ki, iş düzələcəyi təqdirdə həmin pulu öz aralarında, yəni özü, Mirmehdi və Əlinin arasında üç yerə böləcəklər. Bundan sonra Şahid2 birlikdə görüşməyi təklif etmişdir. Bir neçə gün sonra özü, Şahid2, Zərərçəkmiş şəxs və Şahid3 birlikdə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən «Bəyaz» kafesində görüşmüşlər. Görüş zamanı Şahid3 bir daha bildirmişdir ki, o, Zərərçəkmiş şəxs işi ilə bağlı X4 ilə söhbət edib bu işin alınmasını həll edəcəkdir. Səhəri gün Şahid3 ona zəng edərək Zərərçəkmiş şəxs “CV” məlumatlarının lazım olduğunu bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs zəng edərək təcili CV verməsinin lazım olmasını bildirmişdir. Ertəsi gün Şahid2 onunla görüşərək Zərərçəkmiş şəxs tərtib etdiyi CV-ni gətirmişdir. Sonra birlikdə Elmlər Akademiyasının həyətində yerləşən çay evinə gedərək orada Şahid3la görüşmüş və Şahid2 Zərərçəkmiş şəxs məxsus CV-ni Şahid3 təqdim etmişdir. Şahid3 da həmin CV-ni götürərək Müdafiə Sənayesi Nazirliyinə gedəcəyini bildirib təcili çıxıb getmişdir. Bir neçə gün sonra yenidən “Bəyaz” restoranında görüşmüşlər. Həmin vaxt Şahid3 bir daha Zərərçəkmiş şəxs bildirmişdir ki, yaxın günlərdə onun işə düzəlməsi məsələsini həll edəcəkdir. Bu vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, işin düzəlməsi üçün Müdafiə Sənayesi Nazirliyində heç kimə pul verilməyəcəkdir, lakin bu işdə vasitəçilik eldiklərinə görə onlara 100.000 manat pul verilməlidir, həmin pulun bir hissəsini əvvəlcədən götürəcək, qalan hissəsi isə iş həll olunduqdan sonra alınacaqdır. Zərərçəkmiş şəxs da həmin məbləğlə razılaşmışdır. Bir neçə gün sonra, yəni 2019-cu ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək görüşməyi təklif etmişdir. Həmin gün Şahid2 və Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən «Bəyaz» restoranında görüşmüşlər. Restoranda çörək yedikdən sonra avtomobilsiz olduğu üçün Şahid2 onu yaşadığı evin qarşısında düşürməsini xahiş elmişdir. Birlikdə Şahid2 idarə etdiyi avtomobillə yaşadığı, ünvan 2 ünvanının qarşısına gəlmişlər. Avtomobildən düşərkən Zərərçəkmiş şəxs avtomobilin salonunda ona 40.000 manat məbləğində pul vermiş, qalan pulu isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Həmin pulu götürdükdən sonra müəyyən problemləri olduğundan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Düşünmüşdür ki, Şahid3 işi həll etdikdən sonra Zərərçəkmiş şəxs qalan 60.000 manat pulu alacaq və həmin puldan da Şahid3 və Şahid2 pul verəcəkdir. Yəni həmin pul üçünün arasında bölünəcəkdi. Lakin sonradan Şahid3 bu işi həll edə bilməmiş və bu səbəbdən də Hacuqulu Sadıqov ona verdiyi 40.000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Sonda törətdiyi cinayət əməlindən səmimi peşiman olduğunu və səhhətində ciddi problemlərinin olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul-avqust aylarında tanışı Şahid2la söhbət zamanı sonuncu ona tanışının vasitəsi ilə Müdafiə Sənayesi Nazirliyində işə düzəldilməsinə köməklik göstərəcəyini söz vermişdir. Bir neçə gündən sonra Mirmehdi ona zəng edərək Nərimanov rayonu ərazisində yerləşən “Bəyaz” restoranına dəvət etmişdir. Qısa müddət ərzində Mirmehdi onu Təqsirləndirilən şəxs və Şahid3 adlı şəxslərlə tanış etmiş və sonuncuların onu işə düzəltmək üçün ona köməklik göstərəcəklərini bildirmişdir. Həmin vaxt Şahid3 ona söz vermişdir ki, onu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində idarələrdən birində işə düzəldəcək. Bunun üçün hansı məbləğdə pulun verilməsinin lazını olduğunu soruşduqda Şahid3 bu barədə ona heç bir söz deməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs söhbətə müdaxilə edərək düzəldəcəkləri iş üçün nazirlikdə heçm kimə pulun verilməyəcəyini, lakin vasitəçilik etdikləri üçün ondan 100.000 manat alacaqlarını bildirmişdir. Rauf həmin məbləğin 50.000 manatını özünə, qalan məbləği isə Şahid3 verəcəyini bildirmişdir. 2019-cu ilin avqust ayında Rauf ona zəng edərək Şahid3 işi Nazirlikdə kiminləsə danışdığını bildirmiş və ilkin olaraq 50.000 manat, iş düzəldikdən sonra isə daha 50.000 manat verməli olduğunu bildirmişdir. Həmin vaxt Mirmehdiyə zəng edərək məsələ ilə bağlı onu məlumatlandırmış və Təqsirləndirilən şəxsla görüşə birlikdə getməyi təklif etmişdir. Mirmehdi idarə etdiyi avtomaşınla onu Nizami rayonu, Çobanzadə küçəsində yerləşən ofisindən götürmüş və birlikdə “Bəyaz” restoranına gəlmişlər. Avtomobildən düşərkən paketin içərisində olan 40.000 manatı avtomobildə qoymuş restoranda Təqsirləndirilən şəxsla görüşmüşlər. Görüş zamanı Raufa 40.000 manatın avtomobildə olduğunu, iş düzəldikdən sonra isə qalan 60.000 manatı verəcəklərini demişdir. Sonra restorandan çıxaraq Mirmehdinin idarə etdiyi avtomaşının salonunda əyləşmiş və Rauf onu evlərinə düşürtməyi Mirmehdidən xahiş etmişdir. Birlikdə Mirmehdinin idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu ərazisində yerləşən “Ağ Çiçəyim” gül mağazasının yaxınlığına gəlmişlər. Avtomaşında olarkən Şahid2 yanında paketin içərisində olan 40.000 manatı Təqsirləndirilən şəxs vermişdir, lakin həmin vaxtdan sonra Rauf onun telefonlarına cavab verməmiş və gizlənməyə başlamışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ələ keçirdiyi pulu geri qaytarmadığı üçün ondan şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Ədliyyə Nazirliyində çalışır, əvvəllər həmin Nazirliyin 6 və 9 saylı cəzaçəkmə müəssisələrində rəis vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, sonuncunun dayısı ilə onun atasının arasında dostluq münasibəti olmuşdur. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs onu Nərimanov rayonu ərazisində yerləşən Bəyaz restoranına dəvət etmiş və orada olarkən Mirmehdi və Hacıqulu ilə tanış olmuşdur. Həmin vaxt aralarında münasibət yaranmış və Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər zavod direktoru vəzifəsində işləyib, hazırda da Müdafiə Sənayesi Nazirliyində zavod müdiri kimi işə düzəlmək istəyir və bunun üçün ona kömək edim. Həmin vaxt Raufa bildirmişdir ki, Nazirlikdə olan tanışlarından bu barədə maraqlanacaqdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında olan kafedə görüşməyi təklif etmişdir. Mirmehdi və Raufla həmin yerdə görüşdükdə sonuncu ona Hacıqulunun CV-sini təqdim etmiş, CV-ni götürdükdən sonra bu barədə Nazirliyin Kadrlar şöbəsinin rəisi Zaur Əliyevlə görüşmüş vo ona Hacıqulu Sadıxovun işə düzəlmək istəməsini bildirmişdir. Sonuncu isə həmin şəxs barədə müvafiq yoxlama aparıİdıqdan sonra cavab verəcəyini demişdir. Lakin müəyyən müddət keçdikdən sonra nazirlikdən heç bir xəbər çıxmamış və öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun adından istifadə edərək 40.000 manat almışdır. Lakin özü heç kimdən pul tələb etməmiş və almamışdır. Təqsirləndirilən şəxs zəng edərək Hacıquludan pul alıb-almadığını soruduqda Rauf ona bildirmişdir ki, aldığı pulun ona heç bir aidiyyəti yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 02 (iki) ay, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır (i.v 79-80, 114-116, 183-186). İş materiallarında olan “cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Xosrov Şükürov tərəfindən cinayət işi üzrə sonuncu epizodun Nəsimi rayonu, Azadlıq prospekti 195 A ünvanında baş verməsi nəzərə alınaraq cinayət işinin istintaq aidiyyəti Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (i.v 192-193). İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i/v 98). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 21). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-193/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-193/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver