Məhkəmə qərarları › İş №1(006)-194/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-194/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-194/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi İsgəndər oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məğul olan, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı mağazasının qarşısında sonuncu ilə belə əşyalarının alqı-satıqısı barədə aralarında apardıqları söhbət əsnasında Zərərçəkmiş şəxs satışı ilə məşğul olduğu əşyaları aldığı qiymətdən ikiqat baha qiymətə sataraq insanları aldatmasını iddia etmiş, nəticədə yaranmış sözlü mübahisənin daha da böyüməməsi üçün ona mülayim şəkildə öz iradını bildirən Zərərçəkmiş şəxs işlətdiyi mağazada işçi kimi fəaliyyət göstərən X1 əhəmiyyət verməyərək daha sonra görüşüb münasibətlərinə aydınlıq gətirmək üçün təkidlə Şahid6 mobil telefon nömrəsini deməsini tələb etdiyi anda Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmədən ona irad tutmasını bəhanə edərək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə mübahisəyə ara verib həmin keçidin digər tərəfində yerləşən dükandan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını alaraq geri qayıtdıqdan sonra həmin bıçağı sağ əlində tutmaqla ictimai yer hesab edilən yeraltı keçiddə olan metronun sərnişinləri, orada işləyən və piyada hərəkət edən digər şəxslərin normal iş fəaliyyətinə və hərəkətinə mane olmaqla müxtəlif insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan kobud şəkildə uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə həmin bıçaqdan istifadə edərək qəsdən Zərərçəkmiş şəxs sol qoluna və üzünün sağ nahiyyəsinə bir neçə dəfə zərbə vurub sonuncuya sağ yanağın, orta sinirin posttravmatik neyropatiyası ilə müşayiət edilən sol bazu və sol saidin kəsilmiş yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin sol saidin xətvari cızıqları ilə nəticələnən və sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin oktyabr ayı ərzində 10 yaşlı oğlu Əli Soltanlının qulaqlarından çirk gəldiyi üçün 01 noyabr 2023-cü il tarixdə arvadı Şahid1 ilə qərara gəlmişlər ki, növbəti günü uşağı “Respublikanski” kimi tanıdıqları xəstəxanaya aparsınlar. 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində onlar həmin xəstəxanaya gəlmiş, həkim oğlunu müayinə edərək qulaqlarını təmizləyib resept yazmışdır. Bundan sonra xəstəxanadan çıxıb yaxınlıqda yerləşən “Zəfəran” aptekə gedərək həkimin yazdığı dərmanları almışdır. Daha sonra həmin ərazidə “Velotrek” ticarət mərkəzinin yaxınlığından qızı üçün sırğa almaq məqsədilə "xxxx" ASC-nin inzibati binasının yaxınlığında yerləşən yeraltı piyada keçidinə düşmüşlər. Keçiddə metronun giriş qapısının yaxınlığında yerləşən qızıl dükanı onun diqqətini cəlb etmiş və həmin dükanın satıcısı, adını sonradan öyrəndiyi Əliyə yaxınlaşıb ondan ucuz qiymətə qızı üçün 100 manat dəyərində bir cüt qızıl sırğa almaq istədiyini demişdir. Əli məhsuldan asılı olmayaraq qızılın 01 qramını 70 manata satdığını dedikdə o, Əliyə qızılın 01 qramının 70 manata baha olduğunu bildirib ondan “lom” qiymətinə aldığı ucuz qızılın olub-olmadığını soruşmuşdur. Əli isə belə qızılın da 01 qramını 70 manata satdığını dedikdə o, Əliyə gülər üzlə qızılın qramını “lom” qiymətinə 30 manata aldığını, lakin satanda 02 dəfədən də baha qiymətə satdığını söyləmişdir. Əli isə ani olaraq əsəbləşib ona qarşı nalayiq ifadə işlətmişdir. Həmin vaxt onun arvadı və oğlu yanında olduqları üçün nalayiq ifadə işlətməmiş və Əliyə yaxınlaşaraq iradını bildirmişdir. Bu vaxt yanında dayanan başqa şəxs, adını sonradan öyrəndiyi Ramin Əlinin sözlərini təsdiqləyib onun üzərinə gəlmiş və əlini onun sinəsinə qoymuşdur. Raminin onunla dava etmək istədiyini düşünərək arvadını və oğlunu bir qədər kənara çəkib yenidən Raminə yaxınlaşmışdır. Raminə mobil nömrəsini deməsini, ailə üzvlərini evə qoyduqdan sonra görüşüb söhbətlərinə aydınlıq gətirmələrini bildirmişdir. Raminlə söhbət etdiyi vaxt dükanın içində dayanan Əli qışqıraraq ona nə isə demiş, o, Əlinin dediyi sözləri “sən arvadının nömrəsini ver” kimi başa düşmüşdür. Əlinin onu və ailəsini təhqir etdiyini düşünərək Əlini bıçaqla vurub qisas almaq qərarına gəlmişdir. Bundan sonra bıçaq almaq üçün həmin yerdən uzaqlaşıb yeraltı keçidin digər tərəfindən bıçaq alaraq geri qayıtmış, ilk olaraq Ramini görərək əsəbləşdiyi və əsəblərini cilovlaya bilmədiyi üçün ona qışqıraraq “şakal, bura gəl” demişdir. Lakin, Ramin ona tərəf gəlməmişdir. Raminə çatdığı vaxt Əli onun qabağına gəlmişdir. Həmin anda o, sağ əlində olan bıçaqla ilk olaraq Əlinin sol qoluna vurmuş, daha sonra Əli başını aşağı doğru əydiyi üçün bıçaqla Əlinin üzünün sağ hissəsinə də xəsarət yetirmişdir. Həmin anda səs-küy olduğu üçün arvadı və oğlu da geri qayıdıb onun yanına gəlmişlər. Arvadı onu sakitləşdirib oradan uzaqlaşdırmaq istədiyi vaxt metroda xidmət aparan polis əməkdaşları dərhal ona yaxınlaşıb saxlamış və onu polis postuna aparmışlar. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı uşaqlarının olmasını, ailəsinin tək qazanc gətirən olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 30 ildir Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının giriş hissəsində yeraltı piyada keçidində yerləşən dükanı icarə əsasında işlədir və həmin dükanda müxtəlif qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Dükanda onunla birlikdə kürəkəni X5 da işləyir. 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində dükanda olduğu vaxt əvvəllər görmədiyi və adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs yanında olan qadın və uşaqla birlikdə dükana yaxınlaşmışdır. Nazim onunla salamlaşıb uşağı üçün qızıl sırğa almaq istədiyini dedikdə, o, piştaxtada düzülən qızıl sırğaları Nazimə göstərmiş və həmin qızılların 01 qramını 85 manata satdığını demişdir. Nazim isə təzə yox, işlənmiş, yəni ucuz qiymətə olan qızıl istədiyini dedikdə, piştaxtanın digər tərəfində düzülmüş qızıl sırğaları ona göstərmiş və onun 01 qramını 70 manat olduğunu bildirmişdir. Nazim onun işlənmiş qızılın 01 qramını 30 manata alıb 70 manata satdığını və hamını aldatdığını söyləyəndə. o Nazimə “sənin nə borcuna, almırsansa çıx get” demişdir. Həmin vaxtı Ramin də Nazimə yaxınlaşıb qoluna girərək onunla mübahisə etməməsini və çıxıb getməsini demişdir. X11 müqavimət göstərərək mobil nömrəsini istəmişdir. Ramin yenə də Nazimi sakitləşdirmək istəsə də, sonuncu təkidlə ondan mobil nömrəsini istəmişdir. O, mübahisənin böyüməməsi üçün Nazimə çıxıb getməsini demişdir. Lakin Nazim yenə də Ramindən nömrəsini istədikdə, o ona Ramini nəzərdə tutaraq “bu arvaddızaddı, nömrəsin istiyirsən” demişdir. O, bunu dedikdən sonra Nazim heç bir söz demədən çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra o, Raminin yenə də Nazimlə söhbət etdiyini və ətraflarına insanların yığışdığını görmüşdür. Nazimin Raminlə dava edə biləcəyini düşünərək onların yanına getmək qərarına gəlmişdir. Dükandan çıxıb Nazimin qarşısına tərəf keçərək çıxıb getməsini dedikdə, Nazim ona tərəf əl-qol atmağa başlamışdır. Nazimin yaxasından tutduğu vaxt o, ona doğru əli ilə zərbələr vurmağa davam etmişdir. Həmin yer metronun giriş hissəsi olduğu üçün ətrafda çoxsaylı adamlar olmuşdur. O, mübahisə vaxtı Nazimin onu bıçaqla vurduğunu görməsə də, Nazim ondan kənarlaşdıqdan sonra o, üzünün sağ tərəfindən, eyni zamanda sol qolundan qan axdığını görmüşdür. Nazim artıq insanların toplaşdığını görüb həmin yerdən uzaqlaşmaq istəmişdir. Lakin metronun girişində xidmət aparan polis əməkdaşları dərhal Nazimi saxlamış və polis postuna aparmışlar. Onun ətrafına yığılan şəxslər isə dərhal təcili tibbi yardıma zəng etmiş və hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları ona ilkin tibbi yardım göstərmişlər. Daha sonra o, X6 aparılmış və məlum olmuşdur ki, sol qolunda 3 ədəd bıçaq yarası və üzünün sağ tərəfində kəsilmiş yara vardır. Tibbi müayinə göstərildikdən sonra isə evə buraxılmışdır. Təqsirləndirilən şəxslə barışımış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid X5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Əli təxminən 30 ildir Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının giriş hissəsində yeraltı piyada keçidində yerləşən dükanı icarə əsasında işlədir. O da qaynatası ilə birlikdə həmin dükanda işləyir və müxtəlif qızıl-zinət əşyalarının satışı ilə məşğul olurlar. 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində həmin dükanın yan tərəfində yerləşən paltar dükanında satıcı işləyən Xalıqla dayanıb söhbət etdiyi vaxt əvvələr görmədiyi və tanımadığı, adını sonradan öyrəndiyi Nazim adlı şəxsin onların dükanın qarşısında dayanıb qaynatası Əli ilə sözlü olaraq mübahisə etdiyini görmüşdür. Həmin anda o, Nazimə yaxınlaşıb qolundan tutaraq Əlinin ağsaqqal kişi olduğunu və mübahisə etməməsini demişdir. X12 ilə mübahisəyə davam etdiyini gördükdə Nazimə arvadının da yanında olduğunu və çıxıb getməsini demişdir. Bundan sonra Nazim ona yaxınlaşıb mobil telefon nömrəsini istəmiş və onunla görüşəcəyini demişdir. Nazimə yenə də mübahisə yaratmamasını və çıxıb getməsini desə də, Nazim təkidlə eyni sözü təkrar edərək ondan nömrəsini istəmişdir. Həmin anda Əli onu nəzərdə tutaraq Nazimə “bu arvaddı-zaddı, bunun nömrəsin istəyirsən” demişdir. Nazim isə bundan sonra heç bir söz demədən çıxıb getmiş və o, yenə də Xalıqla söhbət etməyə davam etmişdir. Təxminən 10 dəqiqə sonra Xalıqla dayanıb söhbətə davam etdiyi vaxt Nazimin yenidən onlara tərəf gəldiyini görmüşdür. Təxminən 05 metr məsafədə olduğu zaman Nazimin sağ əlində bıçaq olduğunu görmüş və Nazim yaxına gəlib dayandıqdan sonra Xalıq da dükandan bayıra çıxmışdır. O və Xalıq Nazimin qolundan tutaraq mübahisə yaratmamasını, bıçağı cibinə qoyub çıxıb getməsini demişlər. Həmin vaxtı dükanın içində olan Əli onların yanına gəlmişdir. Əli Nazimin qarşısına keçdiyi vaxt Nazim sağ əlində olan bıçağı sağa-sola doğru hərəkət etdirərək Əliyə zərbələr endirməyə başlamışdır. O, Əlinin üzündən və sol qolundan qan axdığını görmüşdür. Nazim isə qan axdığını gördükdə oradan uzaqlaşmaq istəmiş, lakin onlar qışqırıb polis çağırdıqları üçün metronun girişində xidmət aparan polis əməkdaşları dərhal Nazimi saxlamış və polis postuna aparmışlar. Onlar dərhal təcili tibbi yardıma zəng etmiş və hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları Əliyə ilkin tibbi yardım göstərmiş, daha sonra isə Əlini X6 aparmışlar. Məhkəmədə Şahid2 şahid X2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirdi ki, o, 2019-cu ildən etibarən Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasmın giriş hissəsində yeraltı piyada keçidində yerləşən dükanı icarə əsasında işlədir. Onunla yanaşı dükanda isə Zərərçəkmiş şəxs qızılzinət əşyalarının satışı ilə məşğul olur. 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində o, içəridə olduğu vaxt dükanın qarşısında insanların toplaşdıqlarını görmüş və “vurdu, vurdu” kimi qışqırıq səslərinin yayıldığını eşitmişdir. Dükandan bayıra çıxdığı zaman tanımadığı və əvvəllər görmədiyi bir nəfər şəxsin Əli ilə mübahisə etdiyini və onu vurmağa çalışdığını görmüşdür. Əlinin kürəkəni Ramin və onunla yanaşı dükanda işləyən Xalıq həmin şəxsi Əlidən uzaqlaşdırmağa çalışmışlar. O da Əliyə yaxınlaşaraq onu qucaqlayıb kənara çəkmək istədiyi vaxt əlinin qan olduğunu, üzünün sağ tərəfindən və sol qolundan qan axdığını görmüşdür. Bu zaman o, digər şəxsin Əlini vurduğunu başa düşmüşdür. Bir neçə dəqiqədən sonra Əlini bıçaqla vuraraq xəsarət yetirən şəxsin polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. 2023-cü ilin oktyabr ayı ərzində oğlu Əlinin qulağından çirk gəldiyi və narahatlıq keçirdiyi üçün Nazimlə birlikdə oğlunu həkimə aparmaq qərarına gəlmişlər. 02 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində oğlu və Nazimlə birlikdə “Respublikanski” kimi tanıdıqları xəstəxanaya getmiş, orada həkim uşağı müayinə edərək qulaqlarını təmizləmiş və resept yazmışdır. Bundan sonra onlar xəstəxanadan çıxmış və yaxınlıqda yerləşən aptekə gedərək həkimin yazdığı dərmanları almışlar. Bundan sonra Nazimlə birlikdə özü və uşaqları üçün geyimlərə baxmaq məqsədilə "xxxx" ASC-nin binasının yaxınlığında yerləşən yeraltı piyada keçidinə düşmüşlər. Keçiddə irəlilədikləri vaxt metronun giriş qapısının yaxınlığında yerləşən qızıl dükanının yanında Nazim qızıllara baxmağı təklif etmişdir. Dükanın satıcısı tanımadığı yaşlı kişi olmuş və dükanın içərisində dayanmışdır. Nazim satıcıya salam verərək qızılların qiymətləri barədə maraqlanmağa başlamışdır. Həmin vaxt Nazim qiymətlərin baha olmasından şikayətlənmiş və keçiddə olan digər satıcıların qızılları daha ucuz qiymətə satdıqlarını demişdir. Satıcı isə Nazimə “almaq istəmirsən, niyə soruşursan” demiş, bundan sonra Nazimlə satıcı arasında sözlü olaraq mübahisə başlamışdır. Mübahisə böyüdüyü üçün yaxınlıqda yerləşən dükanda işləyən şəxslər Nazimin və satıcının yanına gəlib sakitləşdirməyə başlamışlar. Eyni zamanda həmin yer metronun “20 Yanvar” stansiyasının giriş hissəsi olduğundan keçiddə çoxsaylı adamlar olmuşdur. Həmin vaxt artıq Nazim və satıcı bir-birilərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Bu anda yanında olan oğlu insanların səs-küyündən qorxduğu üçün ağlamağa başlamış, o da oğlu ilə məşğul olaraq bir qədər kənara çəkilmişdir. Nazim isə anidən olaraq oradan uzaqlaşmış, həddən artıq əsəbi olduğu üçün onunla və oğlu ilə də maraqlanmamışdır. Bir neçə dəqiqədən sonra Nazim geri qayıdaraq yenidən satıcının olduğu tərəfə getmişdir. Təxminən 1-2 dəqiqə sonra qışqırıq səsləri yayılmış, Nazim və satıcının ətrafına toplaşan şəxslər qışqıraraq “vurdu, vurdu, polis çağırın” demişlər. O, nə baş verdiyini anlamaq üçün tez yaxına getmiş və həmin anda satıcının sol qolundan və üzündən qan axdığını görmüşdür. Nazimi qolundan tutaraq oradan uzaqlaşdırmağa başlamış, bir neçə addım irəli getdikdən sonra polis əməkdaşları Nazimi saxlayıb əlində olan bıçağı götürmüşlər. O, yalnız həmin anda Nazimin əlində bıçaq olduğunu görmüşdür. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əşyanın götürülməsi barədə” 02 noyabr 2023-cü il tarixli protokollara əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və üzərində qan izləri olan ağ rəngli qısaqol köynək, ağ rəngli qısaqol mayka və ağ rəngli qolsuz mayka, habelə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd düymə ilə açılıb bağlanan, qara rəngli boya ilə boyanmış, dəmir konstruksiyadan ibarət olan bıçaq, hadisə ilə bağlı təhlükəsizlik şəhər kamerasının qeydə aldığı videogörüntü olduğu DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (İ cild, i.v.11,18-21); • “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli protokola əsasən 01 ədəd DVD diskdəki video görüntüdən görünür ki, videogörüntü insanların çoxluq təşkil etdiyi yeraltı keçiddə təhlükəsizlik kamerası vasitəsilə qeydə alınmışdır. Keçidin sağ tərəfində metrostansiyanın giriş qapıları yerləşir. Təqsirləndirilən şəxs sağ əlində bıçaq olmaqla sözlü olaraq kiminləsə mübahisə edir. Təqsirləndirilən şəxs yanında bir nəfər qadın, bir nəfər kişi və bir nəfər azyaşlı uşaq vardır. Həmin qadın və kişi Təqsirləndirilən şəxs qolundan tutaraq uzaqlaşdırmağa çalışırlar. Təqsirləndirilən şəxs uzaqlaşdığı müddətdə də mübahisə etdiyi şəxslə danışmağa davam edir. Baş vermiş hadisə ətrafdan keçən müxtəlif yaş qrupundan olan çoxsaylı insanların da diqqətini cəlb edir. Təqsirləndirilən şəxs uzaqlaşdığı anda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs metronun giriş qapısının qarşına gəlir. Həmin anda Zərərçəkmiş şəxs sol qolunda xəsarət olduğu və əynində olan ağ rəngli qısaqol köynəyinin üzərində qırmızı rəngli ləkələr olduğu görünür. Zərərçəkmiş şəxs ətrafına toplaşan insanlar ona kömək etməyə çalışırlar. Həmin anda metrostansiyada xidmət aparan iki nəfər polis əməkdaşı Zərərçəkmiş şəxs yanına gəlirlər. Zərərçəkmiş şəxs isə polis əməkdaşlarına uzaqlaşmaq istəyən Təqsirləndirilən şəxs göstərək ona tərəf irəliləməyə başlayır. Polis əməkdaşları da Təqsirləndirilən şəxs ardınca qaçmağa başlayırlar (İ cild, i.v.21, 79); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/2149, 3/2150 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd köynəyin və 02 ədəd maykanın səthində zədə yoxdur. Aparılmış tədqiqatın dəyəri 160 manat təşkil edir (İ cild, i.v.191-193); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X8 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3506 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və icitmai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edildiyi üçün onun situasiyadan asılı olaraq qanunazidd əməllər törədə bilməsi istisna edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır (İ cild, i.v.165-169); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8: - xx.xx.2023-cü il tarixli, 446/MEŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sağ yanaq, sol bazu və sol said nahiyələrinin birincili sağalan deşilmiş-kəsilmiş yaraları və sol saidin xətvari cızıqları aşkar edildi. Qeyd edilən xəsarətlər iti əşyanın (alətin) deşici-kəsici və kəsici təsirindən əmələ gəlmişdirlər, törəmə müddətləri xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (İ cild, i.v.198-200); - xx.xx.2024-cü il tarixli, T 85/2024 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs sağ yanağın, orta sinirin posttravmatik neyropatiyası ilə müşayiət edilən sol bazu və sol saidin kəsilmiş yaraları və sol saidin xətvari cızıqları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən yaranmış, müddəti 02 noyabr 2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağ yanağın, sol bazu və sol saidin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol saidin xətvari cızıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs üzünün sağ yarısının kəsilmiş yarası sifətdə asimmetriya, mimika və çeynəmə pozğunluğu yaratmadığından və zaman keçdikcə az nəzərə çarpan olduğu üçün silinən hesab edilir. Yaralar cərrahi işləməyə məruz qaldığından, xəsarətlərin konkret hansı deşici-kəsici alətin təsirindən yaranması haqqında fikir söyləmək mümkün olmadı, lakin tədqiqata təqdim edilmiş bıçaqla yetirilməsi də istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 446/MEŞ saylı rəyinin nəticə hissəsi təsviri hissəyə uyğundur. Lakin rəyin nəticə hissəsində xəsarətlərin törənmə müddəti texniki səhv olaraq xx.xx.2023-cü il əvəzinə xx.xx.2023-cü il kimi qeyd edilmişdir (İ cild, i.v.231-233); • Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-696/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.110- 112); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.140-141); • Şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014 və xx.xx.2016-cı il təvəllüdlü iki övladı var (İ cild, i.v.125-126). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, habelə zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini və cəzasın yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Eyni zamanda cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 noyabr 2023-cü il tarixdən həbsdədir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu müddət də daxil edilir. Lakin, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu müddəti təyin edilən cəza müddətinə hesablamır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilməli, ağ rəngli qısaqol köynək, ağ rəngli qısaqol mayka və ağ rəngli qolsuz mayka zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 160 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 160 (yüz altmış) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, ağ rəngli qısaqol köynək, ağ rəngli qısaqol mayka və ağ rəngli qolsuz mayka zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar