Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-195/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Müdafiəçisi – “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxx 2002-ci il tarixdə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 13 fevral 2024-cü il tarixdə saat 06:30-da tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz fərdi yaşayış evində olarkən Zərərçəkmiş şəxs2 yatmasından istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə birlikdə şəxsi əşyaların saxlanılması üçün istifadə etdikləri dolabın içərisində olan sonuncuya məxsus pul kisəsindən 2200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13 fevral 2024-cü il tarixdə saat 06:30-da tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi nömrəsiz fərdi yaşayış evində olarkən Zərərçəkmiş şəxs2 yatmasından istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs2 məxsus Zərərçəkmiş şəxs2 məxsus «Honor» markalı mobil telefondakı «Birbank» mobil tətbiqinə qanunsuz daxil olub, elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-7349-2585 nömrəli bank kartının hesabından 550 manat pulu özünə məxsus «X5» Açıq Səhmdar Cəmiyyətinə aid 4613- 8602-0747-7967 nömrəli bank kartına köçürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 may 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə kirayədə yaşadıqları ünvan 3 ünvanında olarkən mənzildə heç kimin olmamasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə mənzildən Zərərçəkmiş şəxs1 məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1200 manat dəyərində 01 ədəd «Lenovo» markalı «İntel Celeron 4 Ram 128 Gb» yaddaşı olan notbuku, 50 manat dəyərində 01 ədəd «Samsung J7» markalı mobil telefonu və 500 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, Zərərçəkmiş şəxs2 taksi fəaliyyəti ilə məşğul olduğundan tanımışdır. 2024-cü ilin fevral ayının əvvəllərində Emil ilə arendaya avtomobil götürərək birlikdə taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Emil onu kirayə yaşadığı evdə bir müddət qalması üçün dəvət etdikdən sonra bir evdə qalaraq arendaya avtomobil axtarmağa başlamışlar. O, Emilə Savalan yaşayış massivində tikilən evinin tikintisində köməklik etmişdir. Emil dəfələrlə özünə məxsus “Birbank" bank tikilən evinin tikintisində köməklik etmişdir. Emil dəfələrlə özünə məxsus “Birbank” bank kartını müəyyən ödənişlər etməyi üçün ona verdiyindən o, Emilin mobil telefonunda olan giriş kodunu, birbank mobil tətbiqinə daxil olan kodunu bilimişdir. Lakin, Emil ona ancaq özü icazə verdiyi halda kartdan istifadə etməsini bildirmişdir. Kirayə yaşadıqları evdə Emil öz şəxsi əşyalarını böyük dolabın içərisində saxlamış və Emil ilə bir yerdə qaldığı müddətdə ona məxsus şəxsi əşyalarının saxlanıldığı dolaba daxil olmağına və öz əşyalarını həmin dolabda yerləşdirməyinə icazə vermişdir. Ona həmin ərəfələrdə pul lazım olduğundan oğurluq etmək qərarına gəlmişdir. 13 fevral 2024-cü il tarixdə səhər saat 06:30 radələrində o, Emilin yatdığını görüb birlikdə istifadə etdikləri dolabın qapısını açaraq Emilin əşyalarını axtarmağa başlamış və Emilə məxsus qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində 2200 manat nağd pulun olduğunu görmüşdür. O, həmin pul kisəsinin içərisindən 2200 manat pulu götürdükdən sonra Emilə məxsus “Honor” markalı mobil telefonu kodunu bildiyi üçün kodu açaraq "Birbank” mobil tətbiqinə daxil olub təxminən saat 06:35-də özünə məxsus 4613-8602- 0747-7967 nömrəli "X5" bank kart hesab nömrəsinə 550 manat pul göndərmişdir. Daha sonra o, Emilə məxsus mobil telefonu yerinə qoyaraq evdən çıxıb getmişdir. Daha sonra o, kart hesab nömrəsinə göndərdiyi 550 manat pulu nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləmişdir. Emildən oğurladığı digər 2200 manat nağd pulu isə taksi fəaliyyəti ilə məşğul olmaq üçün ilkin ödəniş edərək "Hyundai Elantra" markalı dövlət qeydiyyat nömrəsi yadında qalmayan avtomobil götürərək bir müddət işləməyə başlamışdır. Bir müddət işlədikdən sonra o, avtomobilin aylıq ödənişlərini edə bilmədiyi üçün avtomobili geri qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin may ayının əvvəlində taksidə tanış olmuş və Fuadın ünvan 4 ünvanında kirayədə qaldığı evdə onunla bir yerdə qalmışdır. Fuad ilə razılaşaraq birlikdə rentakardan avtomobil götürdükdən sonra həmin avtomobili səhərlər özü, axşamlar isə Fuad idarə etmişdir. Lakin, Fuad rentakardan götürdükləri avtomobili özü tək idarə etdiyi üçün ona avtomobili idarə etməyə verməmişdir. Daha sonra rentakardan ona zəng edərək icarəyə götürdüyü avtomobilin pis gündə olduğunu demişlər. O isə Fuada zəng edərək avtomobili xarab etdiyi üçün rentakara pul verməsini demişdir. Fuad isə rentakara pulu vermədiyi üçün o, 26 may 2024-cü il tarixdə saat 19 radələrində Fuadla kirayədə qaldığı evin qonaq otağında olan köhnə markalı “Samsung J 3” markalı mobil telefonunu və Lenova markalı «notebooku» götürüb, evdən çıxıb getmişdir. O, “Lenovo" markalı «notebook»u Nəsimi rayonu, Səməd Vurğun küçəsinin yaxınlığında yerləşən mağazaya 170 manata satdıqdan sonra «Samsung J3» markalı telefonu isə 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsə 20 manata satmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş zərəri ödədiyini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, o, evlərin alqı-satqısı, evlərin təmiri ilə, boş vaxtlarında isə fərdi qaydada taksi fəaliyyət ilə məşğul olur. Təxminən 2023-cü ilin oktyabr ayından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz evdə kirayə yaşamağa başlamışdır. Həmin ünvanın yaxınlığında 4 sot torpaq sahəsi alaraq həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, taksi fəaliyyəti ilə məşğul olduğundan tanımışdır. 2024-cü ilin fevral ayının əvvəllərində Hikmət ilə arendaya avtomobil götürərək taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Bundan sonra o, Hikməti kirayə yaşadığı evdə bir müddət qalması üçün icazə vermişdir. Daha sonra Hikmətlə o, birlikdə arendaya avtomobil axtarmağa başlamışlar. Bundan başqa da, Hikmət ona Savalan yaşayış massivində tikintisinə başladığı evin tikintisində köməklik etmişdir. O, dəfələrlə özünə məxsus "Kapital Bank”dan aldığı “4169-7388-7349- 2585“ nömrəli “Birbank” bank kartını müəyyən ödənişlər etməsi üçün Hikmətə verdiyindən Hikmət onun mobil telefonunda olan giriş kodunu, birbank mobil tətbiqinə daxil olan kodunuda bilmişdir. Lakin, o, Hikmətə icazə verdiyi halda kartdan istifadə etməsini bildirmişdir. O, öz şəxsi əşyalarını kirayə yaşadığı evin böyük dolabın içərisində saxlamışdır. Hikmət də onunla bir yerdə qaldığı müddətdə öz əşyalarını həmin dolabda saxlamasına icazə vermişdir. Həmin dolabda özünə məxsus içərisində 2200 manat pul olan qara rəngli pul kisəsini saxlamışdır. Həmin pulun orada olmasından Hikmətin xəbəri olmamışdır. 13 fevral 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz evdə Hikmətlə birlikdə olmuş və gecə olduğu üçün yatmışdır. 13 fevral 2024-cü il tarixdə səhər saat 07 radələrində yuxudan oyanan zaman Hikmətin evdə olmadığını görmüşdür. Həmin vaxtı masanın üzərindən özünə məxsus mobil telefonu götürərək ödənişlər etmək üçün “Kapital Bank’ın mobil tətbiqinə daxil olan zaman 13 fevral 2024-cü il tarixdə saat 06:35-də kartından 550 manat pulun Hikmətə məxsus 4613-8602-0747-7967 nömrəli “X5” bank kart hesab nömrəsinə köçürüldüyünü aşkar etmişdir. Lakin hələ də, Hikmətin oğurluq etdiyini düşünməmişdir. O, Hikmətə zəng etsə də, Hikmət onun zənglərinə cavab verməmişdir. Həmin günü evdən çıxaraq getmiş və saat 15 radələrində evə qayıtmışdır. O, evə qayıdandan sonra şəxsi əşyalarını saxladığı dolaba baxarkən pul kisəsinin yerində olmasına baxmayaraq içərisində olan ona məxsus 2200 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, Hikmətin oğurluq etdiyinə tam əmin olaraq bu barədə şikayət etmişdir. Sonda zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayından tanıyır və Hikmət ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşlar. Təqsirləndirilən şəxs onunla birlikdə onun evində qalmışdır. Hikmətdə onun evinin açarları olmuş və Hikmət sərbəst şəkildə onun evinə gəlib gedə bilir. 26 may 2024-cü il tarixdə saat 15 radələrində şəxsi işləri ilə bağlı evdən çıxıb getmiş və həmin vaxtı Təqsirləndirilən şəxs evdə olmuşdur. 27 may 2024-cü il tarixdə saat 06:40 radələrində evə qayıdan zaman Hikmətin evdə olmadığını görmüşdür. Lakin digər dostu Qalib isə evdə yatmışdır. O həmin vaxt öz yataq otağına keçdikdən sonra qonaq otağına keçən zaman Lenovo markalı «notebook»unun stolun üstündə olmadığını görmüşdür. Qalibdən «nootebuk»un harda olmasını soruşduqda Qalib ona «mən sənə vatsapda səs atmışam ki, notbuku sən götürmüsən deyə» cavab vermişdir. Həmin vaxtı telefonunda internet olmadığı üçün Qalibin ona atdığı səsə qulaq asa bilməmiş və evdə internetə qoşulduqdan sonra tam əmin olmuşdur ki, Qalib həqiqətəndə ona səs atmışdır. Daha sonra o, yataq otağına keçərək şkafın dolabında saxladığı 500 manat pulun və Samsung J7 markalı telefonunun orada olmadığını görmüşdür. O həmin vaxtı Hikmətdən şübhələnmiş və Hikmətə zəng etsə də sonuncunun telefonu bağlı olmuşdur. Buna görə də o, bu haqda polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 1750 manat maddi ziyan vurmuşdur. «Lenovo» markalı «notebook»u satdığı üçün onu istintaqa təqdim edə bilmir, oğurlanmış mobil telefonun üzərində GSM nömrəsi olmamışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2015-ci ildən ünvan 5 ünvanda yerləşən “Rostelekom" dükanını icarə əsasında işlətməklə həmin mağazanın müdürüdür. Şahid2 dükanında satıcı kimi işləyir. 26 may 2024-cü il tarixdə satıcısı Şahid2 Təqsirləndirilən şəxs 170 manata Lenovo marakalı notebook almışdır. Təqsirləndirilən şəxs həmin Lenovo markalı İntel Celeron 4 Ram 128 Gb yaddaşı olan Notebook-un özünə məxsus olmasını bildirmiş və buna görə də Hikmətin şəxsiyyət vəsiqəsinin surəti çıxarılaraq onun özünə Notebook-un özünə məxsus olmasını öz xətti ilə yazaraq təstiq etmişdir. 30 may 2024-cü il tarixdə saat 20 radələrində mağazada olan zaman Fuad adlı şəxs mağazaya gələrək hay küy salmağa başlamış və Hikmətin onun mağazasına satdığı Lenovo markalı notebook onun özünə məxsus olmasını demiş və notebooku geri almaq istəmişdir. Lakin o, həmin noteoooku Fuad adlı şəxsə qaytarmayaraq bu barədə polisə məlumat vermişdir. 31 may 2024-cü il tarixdə Fuad təkrar dükana gələrək həmin Lenovo markalı notebooku 140 manat dəyərinə ondan geri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2024cü ildən ünvan 5 ünvanda yerləşən “Rostelekom” dükanında satıcı işləyir. 26 may 2024-cü il tarixdə əvəllər tanımadığı, lakin sonradan vəsiqədə adını Təqsirləndirilən şəxs kimi bildiyi bir nəfər şəxs satıcı işlədiyi “Rostelekom'’ dükanına gələrək özü ilə “Lenovo” markalı İntel Celeron 4 Ram 128 Gb yaddaşı olan «Notebook» gətirib özünə məxsus olmasını demiş, həmin «notebook»u satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi «notebook»a baxmağını və neçəyə sata biləcəyini demişdir. O, da Hikmətin gətirdiyi “Lenovo” markalı «notebook»a baxaraq mağaza sahibinə bu barədə məlumat vermişdir. Mağaza sahibi İmran həmin «notebook»a 170 manat dəyər hesablamışdır. O, Hikmətə gətirdiyi «notebook»a görə 170 manat pul verə biləcəyini demişdir. Hikmətdə bununla razılaşmış və vəsiqəsinin kserosurətini çıxartmışdır. Təqsirləndirilən şəxs isə vəsiqəsinin kserosurəti olan vərəqə özü “Lenovo" markalı «notebook»un özünə məxsus olmasını və satması barədə yazaraq imza etmişdir. 30 may 2024-cü il tarixdə Kürdəmir rayonunda toyda olmasını, bir nəfər şəxsin ona zəng edərək ona məxsus Lenovo markalı «notebook»u satıcı işlədiyi dükana satıldığını demişdir. O da həmin şəxsə dükana «notebook» satıldığını, həmin «notebook»un dükanda olduğunu demişdir. 31 may 2024-cü il tarixdə isə o, işdə olan zaman onu Nəsimi Polis İdarəsinin 22-ci Polis şöbəsinə çağırmışlar. O da polis şöbəsində izahat verərək 26 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “Lenovo” markalı «notebook»u 170 manata aldığını demiş və Hikmətin öz imzası ilə «notebook»un ona məxsus olması barədə yazdığı kağızı polisə təqdim etmişdir. Daha sonra həmin günü günorta vaxtı «Lenovo» markalı «notebook»un sahibi olan Zərərçəkmiş şəxs1 dükana gələrək 140 manat ödəməklə həmin «notebook»u geri alaraq öz şəxsiyyət vəsiqəsinin kserosurəti ilə birgə «notebook»u 140 manata almasını təsdiqləmişdir. «Notebook»u onlara satan Təqsirləndirilən şəxs əvəllər tanımamış və görməmişdir. Həmin Lenovo markalı «notebook»un oğurluq olduğunu bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 01); “hadisə yerinə baxış keçirilməsi barədə” 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında olan mənzilin qonaq otağındakı stolunun üstündə olan sonuncuya məxsus “Lenovo” markalı notebukun, yataq otağında olan dolabdan 500 manat nağd pulun və “Samsung J7" markalı mobil telefonun oğurlanması müəyyən edilmişdir (Cild İ, i.v. 11-17); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 48); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 177.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 49); “cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə cinayət əməlinin tövsif edilməsi haqqında” 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işi üzrə istintaq ********* nömrəsi altında davam etdirilmiş və iş üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilmişdir (Cild İ, i.v. 54-55); “tutma haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə, saat 19:30-da Azərbaycan Respublikası CM-in 177.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 92); “zərər çəkmiş şəxs kimi tanınma haqqında” 07 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır (Cild İ, i.v. 102- 103); “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 24 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İsayev İ Emil Alim oğluna məxsus “Birbank” Visa Cashback bank kartını və mobil tətbiq vasitəsilə 13 fevral 2024-cü il tarixdə 550 manat pulun köçürülməsi barədə qəbzin fotoşəkillərini təqdim etdiyindən Zərərçəkmiş şəxs2 iştirakı ilə irlikdə baxış keçirərək götürmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd fotoşəkildə 169-7388-7349-2585 nömrəli “Birbank” Visa Cashback bank kartın olması, 01 dəd fotoşəkildə isə qəbz nömrəsi- 663087819, əməliyyat tarixi-xx.xx.2024-cü saat 06:35, məbləğ-550 manat, kateqoriya-köçürmə, vəsait şilinə kart/hesab - 16973******2585, vəsaiti alan kart/hesab - 461386******7967 nömrəsinin qeyd ilməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Birbank” Visa Cashback bank rtın və mobil tətbiq vasitəsilə 13 fevral 2024-cü il tarixdə 550 manat pulun çürülməsi barədə qəbzin fotoşəkilləri hazırki protokola əsasən götürülməlidir (Cild İ, i.v. 112); “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-in müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsin imtina edilmişdir (Cild İ, i.v. 133- 135); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 136); “bank məlumatlarına baxış keçirilməsi barədə” 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nə aid olan 4613 8602 0747 7967 nömrəli kart hesabındakı çıxarışa baxış keçilmişdir. Həmin məlumatlara baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Rəqəmsal 4 filialında Təqsirləndirilən şəxs AZ95AZRT********************3 saylı AZN valyuta növündə olan 4613 8602 0747 7967 nömrəli debit kart hesabı açılmışdır. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs adına "xxxx" ASC-nə aid olan 4613 8602 0747 7967 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 550 manat pulun mədaxil oldunuğu müəyyən edildi (Cild İ, i.v. 158); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir (Cild İ, i.v. 159); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (Cild İ, i.v. 162); “axtarışda olan şəxsin tutulması barədə” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə, saat 15:30-da saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə aparılmışdır (Cild İ, i.v. 165); “iş üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (Cild İ, i.v. 166); “axtarışda olan təqsirləndirilən şəxsin tutulması haqqında” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə, saat 16:30-da tutulmuşdur (Cild İ, i.v. 168); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(008)-423/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 01 ay 03 gün həddində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 11 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (Cild İ, i.v. 186-191); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild İ, i.v. 192-193); “zərər çəkmiş şəxs kimi tanınma haqqında” 14 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır (Cild İ, i.v. 220- 221); Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (Cild İ, i.v. 238); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-660/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi, ev dustaqlığında saxlanılma müddəti 04 dekabr 2024-cü il tarixədək müəyyən edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilməsi qərara alınmışdır (Cild İ, i.v. 297-302); “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-in müstəntiqi Ruhid Tağıyevin vəsatətinin müdafiə edilməsin imtina edilmişdir (Cild İ, i.v. 311- 313); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 314-315); “sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən talanmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus «Lenovo» markalı «notebook» tipli kompyuterin və «Samsung J7» markalı mobil telefonun dəyərləri zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə ittihama daxil edilməsi nəzərə alınması, iş üzrə Şahid1 təqdim etdiyi üzərində əlyazmalar və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan vərəq və həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bank hesabından pulun göndərilməsinə dair olan ödəmə qəbzi maddi sübut kimi tanınması və iş materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə 01 ədəd «Lenovo» markalı «İntel Celeron 4 Ram 128 Gb» yaddaşı olan «notebook» tipli kompüterin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən aşkar olunaraq sonradan satılması və istintaqa təqdim edilməməsinin nəzərə alınması qərara alınmışdır (Cild İ, i.v. 318-330); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2025 saylı, 07 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tapılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdən 70675 nömrəli axtarış işi üzrə axtarılan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00-da ünvan 6 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2025 saylı, 20 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2025 saylı, 26 noyabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2025 saylı, 29 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/25 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/25 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq ƏN PX BİT-na yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs cəzasının 1 ayını çəkmiş, çəkilməmiş müddəti 1 il 10 ay 26 gün təşkil edir. Təqsirləndirilən şəxs "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6- cı bəndinə əsasən cəzadan azad edildiyindən, üzərində probasiya nəzarəti dayandırılmış və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülərək xx.xx.2026-cı il tarixdə ona aid şəxsi iş müvafiq qaydada Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heçbir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Onlar barışmışlar. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-195/2025 saylı, 26 noyabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının 1 ayını çəkmişdir. xx.xx.2026-cı il tarixli qərar ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, sonunculara vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 2 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 ay müddəti qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində 2 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı və məhkəmə istintaqı dövründə həbsdə saxlanıldığı ümumilikdə 07 ay 01 gün və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 il 2 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və ona təyin edilmiş 02 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində 01 il 04 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan Şahid1 təqdim etdiyi üzərində əlyazmalar və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti olan vərəq və həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bank hesabından pulun göndərilməsinə dair olan ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 63 (altmış üç) iş saatına görə 693 (altı yüz doxsan üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “UNİVERSAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 1 (bir) ay müddəti qəti cəza müddətinə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı və məhkəmə istintaqı dövründə həbsdə saxlanıldığı ümumilikdə 7 (yeddi) ay 1 (bir) gün və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 2 (iki) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və ona təyin edilmiş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. “UNİVERSAL” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 63 (altmış üç) iş saatına görə 693 (altı yüz doxsan üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “UNİVERSAL” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-195/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-195/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver