Məhkəmə qərarları › İş №1(006)-196/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-196/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-196/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 Böyükağa qızı və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 08.02.1996-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1987-cı ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, azərbaycanlı, əvvələr məhkum olunmamış, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Böyükağa qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 Böyükağa qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04.11.2020-ci il tarixdə, saat 01:29-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən «Hayal-Et» restoranına nəfəsliyin qarşısının əhatə olunduğu dəmir barmaqlıqları qıraraq həmin yerdən saxlanc yeri hesab olunan binaya hər ikisi qanunsuz daxil olaraq restoranın foyesində olan piştaxtanın üzərindən hər birinin dəyəri 70 manat olmaqla, ümumilikdə 140 manat təşkil edən 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekila içkisini, dəyəri 200 manat təşkil edən 01 ədəd «Chivas 21» markalı, 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 116 manat, ümumilikdə 232 manat təşkil edən 02 ədəd «Chivas 18» markalı 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 53 manat, ümumilikdə 318 manat təşkil edən 06 ədəd «Chivas 12» markalı 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 43 manat, ümumilikdə 86 manat təşkil edən 02 ədəd «Chivas 12» markalı 750 ml həcmli viski içkisini, kassa aparatının yerləşdiyi masanın üzərindən isə dəyəri 360 manat olan 01 ədəd «HP 620» markalı notebooku, dəyəri 660 manat təşkil edən 01 ədəd 32 GB-lıq A 2198 modelli İpad markalı planşeti, dəyəri 360 manat olan 01 ədəd mini İpad markalı planşeti, dəyəri 50 manat olan 01 ədəd «Samsung S4» markalı mobil telefonu, dəyəri 210 manat olan 01 ədəd "Heuer Mikrotimer” markalı qol saatını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 20 manat təşkil edən, ümumilikdə 40 manat dəyərində 02 ədəd «Nokia» markalı mobil telefonları, markalanmasına dair heç bir məlumat olmayan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə dəyəri 250 manat təşkil edən qol saatını və pul kisəsinin içərisindən müxtəlif əskinaslardan ibarət 320 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Sərxan Əbdürrəhmanlıya ümumilikdə 3226 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Böyükağa qızı qəsdən, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04.11.2020-ci il tarixdə, saat 01:29-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən «Hayal-Et» restoranına nəfəsliyin qarşısının əhatə olunduğu dəmir barmaqlıqları qıraraq həmin yerdən saxlanc yeri hesab olunan binaya hər ikisi qanunsuz daxil olaraq restoranın foyesində olan piştaxtanın üzərindən hər birinin dəyəri 70 manat olmaqla, ümumilikdə 140 manat təşkil edən 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekila içkisini, dəyəri 200 manat təşkil edən 01 ədəd «Chivas 21» markalı, 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 116 manat, ümumilikdə 232 manat təşkil edən 02 ədəd «Chivas 18» markalı 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 53 manat, ümumilikdə 318 manat təşkil edən 06 ədəd «Chivas 12» markalı 1 litr həcmli viski içkisini, hər birinin dəyəri 43 manat, ümumilikdə 86 manat təşkil edən 02 ədəd «Chivas 12» markalı 750 ml həcmli viski içkisini, kassa aparatının yerləşdiyi masanın üzərindən isə dəyəri 360 manat olan 01 ədəd «HP 620» markalı notebooku, dəyəri 660 manat təşkil edən 01 ədəd 32 GB-lıq A 2198 modelli İpad markalı planşeti, dəyəri 360 manat olan 01 ədəd mini İpad markalı planşeti, dəyəri 50 manat olan 01 ədəd «Samsung S4» markalı mobil telefonu, dəyəri 210 manat olan 01 ədəd "Heuer Mikrotimer” markalı qol saatını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 20 manat təşkil edən, ümumilikdə 40 manat dəyərində 02 ədəd «Nokia» markalı mobil telefonları, markalanmasına dair heç bir məlumat olmayan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə dəyəri 250 manat təşkil edən qol saatını və pul kisəsinin içərisindən müxtəlif əskinaslardan ibarət 320 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxs Sərxan Əbdürrəhmanlıya ümumilikdə 3226 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 04.11.2020ci ii tarixdə, saat 01 radələrində təxminən bir neçə ay bundan qabaq Nərimanov rayonu ərazisində tanış olduğu X11 rayonu, R.Behbudov küçəsi 62 ünvanında yerləşən “Hayal-Et” rastoranının qarşısından keçərkən pəncərədən restoranın içərisində bir neçə növ bahalı içkiləri görüb onları oğurlamaq qərarına gəlmişlər. Ətrafa baxdıqda heç kimin olmadığına əmin olduqdan sonra o, yerdən tapdığı dəmir parçası ilə əvvəlcə dəmir barmaqlığı sındırmış, daha sonra isə nəfəslikdən restorana daxil olmuşlar. İçəri daxil olduqdan sonra birinci olaraq kassa tərəfə keçmiş və orada stolun üstünə baxıb götürə biləcəkləri əşya və pul olub-olmadığını yoxlamışlar. Bundan sonra dolabın içərisində 2 ədəd qol saatı, 2 ədəd İPAD, 1 ədəd HP markalı notebook, pul kisəsindən 320 manat nəğd pulu və 11 şüşə müxtəlif növ viski və tekila içkilərini, 1 ədəd “Samsung Galaxy S4 mini” və 2 ədəd “Nokia” markalı mobil telefonları götürüb içəridən tapdıqları polietilen torbalara yığaraq içəri girdikləri nəfəslikdən də həmin yeri tərk etmişlər. Natavanla səhər saat 6-ya kimi ara məhəllələrdə olan pilləkənlərin altında gözləmiş və saat 6-da taksi çağıraraq oğurladıqları mallarla birlikdə 3-cü mikrorayon dairəsinin yaxınlığında olan “Eleon” hotelə getmişlər. Bir gün Natavanla birlikdə hoteldə qaldıqdan sonra ertəsi gün oğurladıqları malları satmaq qərarına gəlmişlər. Bunun üçün oğurladıqları viskiləri Nərimanov rayonu, Çapayev küçəsində yerləşən şərab evinə hamısını 430 manata satmış, planşetlər, notbuk və qol saatının birini yaşadığı mənzilində saxlamış, 2 ədəd nokia markalı telefonlarla saatın birini isə tanımadığı şəxsə pulsuz vermişdir. Hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu, oğurladıqları əşyaların çox hissəsini zərərçəkmiş şəxsə qaytardıqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Böyükağa qızı özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 04.11.2020-ci ii tarixdə, saat 01 radələrində təxminən bir neçə ay bundan qabaq Nərimanov rayonu ərazisində tanış olduğu Təqsirləndirilən şəxs1lə Nəsimi rayonu, R.Behbudov küçəsi 62 ünvanında yerləşən “Hayal-Et” rastoranının qarşısından keçərkən pəncərədən restoranın içərisində bir neçə növ bahalı içkiləri görüb onları oğurlamaq qərarına gəlmişlər. Ətrafa baxdıqda heç kimin olmadığına əmin olduqdan sonra İbrahim, yerdən tapdığı dəmir parçası ilə əvvəlcə dəmir barmaqlığı sındırmış, daha sonra isə nəfəslikdən restorana daxil olmuşlar. İçəri daxil olduqdan sonra birinci olaraq kassa tərəfə keçmişlər və orada stolun üstünə baxıb götürə biləcəkləri əşya və pul olub-olmadığını yoxlamışlar. Bundan sonra dolabın içərisində 2 ədəd qol saatı, 2 ədəd İPAD, 1 ədəd HP markalı notebook, pul kisəsindən 320 manat nəğd pulu və 11 şüşə müxtəlif növ viski və tekila içkilərini, 1 ədəd “Samsung Galaxy S4 mini” və 2 ədəd “Nokia” markalı mobil telefonları götürüb içəridən tapdıqları polietilen torbalara yığaraq içəri girdikləri nəfəslikdən də həmin yeri tərk etmişlər. İbrahimlə səhər saat 6-ya kimi ara məhəllələrdə olan pilləkənlərin altında gözləmiş və saat 6-da taksi çağıraraq oğurladıqları mallarla birlikdə 3cü mikrorayon dairəsinin yaxınlığında olan “Eleon” hotelə getmişlər. Bir gün İbrahimlə birlikdə hoteldə qaldıqdan sonra ertəsi gün oğurladıqları malları satmaq qərarına gəlmişlər. İbrahim viskiləri Nərimanov rayonu, Çapayev küçəsində yerləşən şərab evinə 430 manata, planşeti 30 manata, notebuku isə 40 manata satdığını bildirsə də, onları kimə satmasından məlumatı olmamışdır. Hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində körpə uşağının olmasını, oğurlanmış əşyaların bir qisminin qaytarıldığını bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 16.03.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızından şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini və Bakı şəhərində olmadığı üçün məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilmınəsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Şahid məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclaslarında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə gəlməyən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, təxminən 3 ildir ki, ünvan 5 ünvanında yerləşən “Şərab evi nömrə 1" mağazasında satıcı işləyir. Müxtəlif firmalarala aralarında olan razılaşmaya əsasən onların gətirdikləri içkiləri və siqaret məhsullarını satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onunla heç-bir münasibəti olmamışdır. Dəqiq tarixi xatırlamasa da, 5-6 noyabr 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 onun işlədiyi mağazaya gələrək Bakı şəhəri ərazisində kafe işlətdiyini və kafenin bağlanması səbəbindən əlində bir neçə xarici içkinin qaldığını bildirmişdir. İbrahim həmin içkiləri ucuz qiymətə satdığını bildirdiyindən həmin içkiləri almaq qərarına gəlmişdir. Daha sonra mən İbrahimə içkilərin harada olduğunu soruşduqda sonuncu onların əlindəki paketdə olduğunu dedi və onları paketdən çıxardaraq masanın üzərinə qoydu. Bundan sonra İbrahimin gətirdiyi 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viskini, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskiləri, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskiləri ümumilikdə 430 manata İbrahimdən almışdır. Lakin içkiləri alan zaman onların oğurluq olduqlarından məlumatsız olmuşdur (i/v 76-78). İş materiallarına əlavə edilmiş 13 noyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X14 tərəfindən hal şahidləri X8 və X3 iştirakları ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qol saatı, 01 ədəd “32 GB-lıq” İpad və 01 ədəd mini İPAD, 1 ədəd “HP” markalı notebooka baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 1 ədəd qol saatının üzərində hər-hansı zədə yoxdur, üzərində “Heuer mikrotimer” sözləri yazılıb, işlək vəziyyətdədir, 01 ədəd “32 GB-lıq” İpad tünd boz rəngdə olmaqla üzərində hər-hansı bir zədə izi yoxdur, ekranı və düymələri saz vəziyyətdədir, 01 ədəd “Samsung” markalı mini İPAD arxa qapağı ağ rəng olmaqla ekranında 1 ədəd zədə izi vardır, 1 ədəd “HP” markalı notebook tünd boz rəngli olmaqla ekranında və digər hissələrində zədə izi aşkar edilməmişdir. Təqdim olunmuş əşyalar götürülmüş, heç bir şikayət və vəsatət daxil olmamışdır (i/v 47). İş materiallarına əlavə edilmiş 13 noyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis polkovnik-leytenantı X14 tərəfindən hal şahidləri X5 və X6 iştirakları ilə şahid qismində dindirilmiş Şahid təqdim etdiyi 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskilər, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilərə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskilər, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilər şüşə butulkalarda olmaqla qapaqları açılmamış, üzərindəki etiketlər qoparılmamış və şüşə butulkalar üzərində hər hansı bir zədə izi aşkar edilməmişdir. Təqdim edilmiş içkilər götürülmüş, heç bir şikayət və vəsatət daxil olmamışdır (i/v 81). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 yanvar 2021-ci il tarixli, 9/5469 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən kompüter avadanlıqlarının və alkoqollu içkilərin satışı mağazalarında mövcud olan qiymətlərə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş maddi sübutların 2020-ci ilin noyabr ayına respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd üzərində “İpad A 2198, 32 GB” markalanma yazıları olan, xarici görünüşünə görə istifadə edilmiş planşet 1100,00 manat, köhnəlməsini nəzərə alaraq 660,00 manat; 01 ədəd xarici görünüşünə görə istifadə edilmiş mini İpad 600,00 manat, köhnəlməsini nəzərə alaraq 360 manat; 01 ədəd “Heuer Mikrotimer” markalı, dəridən hazırlanmış kəməri ilə birlikdə qol saatı 210 manat. Təqdim edilməyən tədqiqat obyektləri nəzəri hesablama yolu ilə: 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar 140 manat; 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski 200 manat; 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viski 232 manat; 02 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilər 86 manat; 06 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilər 318 manat; 01 ədəd “Royal Salute” markalı, 700 ml həcmli viski 200 manat; 01 ədəd «HP 620» markalı notebook 600 manat, 40% mənəvi və fiziki köhnəlməsi nəzərə alınmaqla 360 manat; 01 ədəd «Samsung S4» markalı mobil telefon 50 manat (i/v 160-165). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.11.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli, 1(005)-74/2017-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 11.04.2017-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində Nərimanov rayon məhkəməsinin hökmü ilə 02 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 06.05.2016-cı il tarixli qərarı ilə 11 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, 09.04.2020-ci il tarixdə şərti cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 138-139, 141-152). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Böyükağa qızının barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 137). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 13 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 noyabr 2020-ci il tarixli, 4(006)-658/2020 saylı qərarı ilə barəsində 02 (iki) ay 21 (iyirmi bir) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (i/v 60- 61, 132-135). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Böyükağa qızının barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 123-124). İş materiallarına əlavə olunmuş 19 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid götürülmüş 02 ədəd “Don Julio” markalı 750 ml həcmli tekilalar, 01 ədəd “Chivas 21” markalı, 1 litr həcimli viskini, 02 ədəd “Chivas 18” markalı 1 litr viskiləri 05 ədəd “Chivas 12” markalı 1 litr həcmli viskilərin maddi sübut kimi tanınmış və cinayət işinin istintaqı yekunlaşdıqdan sonra zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i/v 172-178). İş materiallarına əlavə olunmuş 19 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ünvan 6 ünvanında yerləşən “Hayal-Et” restoranının daxilində videomüşahidə kameraları vasitəsi ilə qeydə alınmış 28 saniyəlik görüntülərin olduğu 1 ədəd “DVD” diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur (i/v 172-178). İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd “HP” markalı notebook, 01 ədəd “32 GB-lıq” İpad, 01 ədəd mini İPAD, 1 ədəd “Heuer mikrotimer” markalı qol saatı, 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskilər, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilər Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır (i/v 216). İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, 04 noyabr 2020-ci il tarixdə Nəsimi rayonu, R.Behbudov küçəsi 62 ünvanında yerləşən “Hayal-Et” restoranının içərisində qeydə alınmış 28 saniyəlik görüntülərdə 2 nəfər şəxsin (biri kişi biri qdın sinsindən) qaranlıqda restorana daxil olaraq şkafları, masanın üzərini və ətrafı axtarmaları müşahidə edilir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmələri özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı teleqramı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 Böyükağa qızının ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi cinayəti etiraf edərək peşman olmasını, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsini, himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Böyükağa qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək peşman olmasını, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızının təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs2 Böyükağa qızının törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları - ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın böyük bir qisminin ödənilməsini, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Böyükağa qızının ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 Böyükağa qızına təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Böyükağa qızına tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs2 Böyükağa qızının himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan bir azyaşlı uşağı olduğundan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü ona şamil edilməməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 Böyükağa qızının üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, ona təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, təqsirləndirilən şəxslərdən məhkəmə ekspertiza xərci 75 (yetmiş beş) manat pul müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “HP” markalı notebook, 01 ədəd “32 GB-lıq” İpad, 01 ədəd mini İPAD, 1 ədəd “Heuer mikrotimer” markalı qol saatı, 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskilər, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızına göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X7 vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra 1(006)-196/2021 saylı, 06.02.2021-cu il tarixli qərara əsasən 09.02.2021ci il tarixdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızının hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri X4 və X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükağa qızına göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 və X7 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Böyükağa qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Böyükağa qızına təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Böyükağa qızının üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Böyükağa qızına təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 Böyükağa qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertiza xərci 75 (yetmiş beş) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “HP” markalı notebook, 01 ədəd “32 GBlıq” İpad, 01 ədəd mini İPAD, 1 ədəd “Heuer mikrotimer” markalı qol saatı, 02 ədəd «Don Julio» markalı, 750 ml həcmli tekilalar, 01 ədəd «Chivas 21» markalı, 1 litr həcimli viski, 02 ədəd «Chivas 18» markalı 1 litr həcimli viskilər, 05 ədəd «Chivas 12» markalı 1 litr həcimli viskilərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X7 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar