Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-196/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi ev 22, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilərək hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 noyabr 2022-ci il tarixdə saat 05 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “X7” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini istintaqla müəyyən edilməmiş alətlə sındırdıqdan sonra avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 2400 manat dəyərində “Samsung SM-F900 F” markalı mobil telefon, həmin günün məzənnəsi ilə 96 manat 96 qəpik təşkil edən 50 ingilis funt sterlinqi, 300 manat pul, 20 manat dəyərində «long pover delay» markalı sprey, 85 manat dəyərində «G max» adlı dərman, 35 manat dəyərində «Dragons delay» sprey olan 3000 manat dəyərində çiyin çantasını, 01 ədəd 500 manat dəyərində «iPhone X» markalı mobil telefonu və 20 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 6456 manat 96 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 20 yanvar 2023cü il tarixdə saat 05 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi «50 qəpik» restoranının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Zaur Musayev kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə restoranın pəncərəsinin cəftəsini əli ilə fiziki güc tətbiq edib açdıqdan sonra oraya qanunsuz daxil olub restoranın içərisindən Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1100 manat dəyərində «iPad» markalı planşeti, 50 manat dəyərində «Nokia» markalı mobil telefonu, 150 manat dəyərində «LG» markalı mobil telefonu, hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd gödəkçəni, 30 manat dəyərində enerji yığmaq üçün nəzərdə tutulmuş qurğunu, 155 manat dəyərində «Hikvision» markalı müşahidə kameralarının «DVR» yaddaş qurğusunu və 127 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1662 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07 noyabr 2022-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu ərazisində gəzmiş və həmin zaman cibində pul olmadığı üçün oğurluq emək qərarına gəlmişdir. O, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi ilə gedən zaman orada olan avtomobillərin içərisinə qiymətli əşyanın hansı avtomobildə olmasına görə baxmışdır. Həmin vaxt dayanmış vəziyyətdə olan “Land Rover” markalı avtomobilin içərisinə baxdıqda çantanın olduğunu görmüş və həmin an avtomobilin sərnişin tərəfdə olan qapının şüşəsini sındırması barədə düşünmüşdür. O, əvvəlcədən üzərində olan «sveça» kimi adlanan əşyanın hissəciyini avtomobilin sağ qapısının şüşəsinə bir dəfə çırpmış və zərbənin nəticəsində şüşə sınmışdır. Həmin zaman ətrafda heç kəs olmamış və onun bu əməlini görən olmamışdır. Şüşəni sındırdıqdan sonra sərnişin oturacağının üzərində olan çantanı götürdükdən sonra “bardaçok”-u açmış, oradan 20 manat pul, qol altından isə “İphone X” markalı mobil telefon oğurlayaraq oradan qaçaraq uzaqlaşmışdır. Bir az kənara keçdikdən sonra çantanın içərisini açmış və orada “Samsung” markalı mobil telefon, bir ədəd xarici pasport, bir ədəd sürücülük vəsiqəsi, 50 funt sterlinq, 1 ədəd Pover Dalay spray, 1 ədəd G-max markalı dərman, 1 ədəd Super Dooz spreyi, 3 ədəd paltar etiketi, 3 ədəd paltar qəbzləri, dəmir düymə olmuşdur. O, “Samsung” markalı mobil telefonu 07 noyabr 2022-ci il tarixdə günorta saatlarında 3-cü mikrorayon dairəsində yerləşən telefon mağazasına 300 manata satmışdır. Həmin telefonun oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Həmçinin həmin vaxt ondan şəxsiyyət vəsiqəsinin ksero surətini də istəmişlər, o da onlara vəsiqənin surətini vermişdir. “İphone X” markalı mobil telefonu isə tanımadığı şəxsə 80 manata satmışdır. O, həmin şəxsə telefonun oğurluq olması barədə hansısa məlumat verməmişdir. 50 funt sterlinqi isə hazırda xatırlamadığı pul dəyişmə yerində 91 manat müqabilində dəyişmişdir. Çantanı, onun içərisində olan xarici pasportu və sürücülük vəsiqəsini “Qış parkı” yaxınlığında yerləşən zibil qutusuna atmışdır. Digər əşyaları isə evdə saxlamışdır. Təhqiqat araşdırması zamanı 1 ədəd “Pover Dalay” sprey, 1 ədəd “G-max” markalı dərman, 1 ədəd “Super Dooz” spreyi, 3 ədəd paltar etiketi, 3 ədəd paltar qəbzləri, dəmir düyməni təhqiqatçıya könüllü olaraq təqdim etmişdir. Əldə etdiyi pulları öz şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa, 2007ci ildən narkotik vasitə qəbul edir, narkotik vasitələrin alüdəçisidir. Hər gün qrama yaxın narkotik vasitə istifadə etmiş, narkotik vasitəni isə hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. X5 bir neçə ildir tanımış və 20 yanvar 2023-cü il tarixdə saat 05 radələrində Zaurla birlikdə Bakı şəhərində «Tarqovu» deyilən ərazidə gəzən zaman Nəsimi rayonu Bül-bül prospektinə gəlmişlər və orada oğurluq etmək qərarına gələrək obyekti axtarmağa başlamışlar. Həmin prospektdə olan zaman “Nizami” kinoteatrının yanında yerləşən «50 qəpik» adlı restoranı görüb oradan oğurluq etmək qərarına gəlmişlər. Onlar restorana yaxınlaşmışlar və o, restoranın dönər satılan pəncərəsinə yaxınlaşıb baxdıqda, həmin pəncərəni əli ilə açmağın mümkün olduğunu görmüşdür. Həmin vaxt səhər saatları olmuş və küçədə heç kim olmamışdır. O, Zaura çöldə durmağını və kənar şəxs gəldiyi təqdirdə məlumat verməsini bildirmişdir. Sonra o, əli ilə pəncərənin cəftəsini açmış və pəncərədən restorana daxil olmuşdur. Zaur isə çöldə nəzarət etmək üçün dayanmışdır. O, restoranın içərisinə göz gəzdirdikdən sonra kassa aparatında olan 127 manat pulu, həmin kassa olan stolun üzərindəki “Lenovo” markalı planşeti, “LG” markalı mobil telefonu və “Nokia” markalı mobil telefonu, restorandakı oturacaqların birinin söykənəcək hissəsinə qoyulmuş qolsuz gödəkcəni (jileti), bir ədəd uzunqol gödəkcəni və kassa aparatı olan masanın arxasında alt hissədə yerləşdirilmiş təhlükəsizlik kamerasının yaddaş qurğusunu, yəni DVR-i götürüb özü ilə gətirdiyi sellofana yığmış və girdiyi yerdən, yəni pəncərədən çölə çıxmışdır. Sonra Zaurla birlikdə Qış parkı deyilən istiqamətə qaçıb getmişlər və hadisə yerindən uzaqlaşmışlar. Həmin əşyaları səhər saatlarında “28 May” metrosunun yaxınlığında tanımadığı şəxslərə satmışlar və pulu aralarında bölüb xərcləmişlər. DVR-i isə tanıdığı Rüstəm adlı şəxsə 20 manata satmışdır. Rüstəm adlı şəxsə və ya başqa tanımadığı şəxslərə əşyaları satan zaman onların oğurluq olması barədə məlumat verməmişlər, əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Hal-hazırda törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, etibarnamə ilə idarə etdiyi "xxxx" MMCyə məxsus X7 **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili 07 noyabr 2022-ci il tarixdə gecə saat 04:30-da Nəsimi rayonu K.Səfərəliyeva küçəsində saxlayaraq dostugilə getmişdir. Lakin avtomobili saxladığı yer mühafizə olunan yer olmamışdır. 07 noyabr 2022ci il tarixdə saat 10 radələrində etibarnamə ilə idarə etdiyi avtomobilinə əyləşib işə getmək istəyən zaman avtomobilin sağ sərnişin qapısının şüşəsinin sındırıldığını, avtomobilin salonundan oğurluq olmasını aşkar etmiş və dərhal DİN-in 102 zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və orada polis əməkdaşları ondan ərizə və izahat almışdır. Avtomobilə polis əməkdaşları baxış keçirdikdən sonra o, avtomobilə yaxınlaşmış və oraya baxan zaman ona məlum olmuşdur ki, avtomobilin qoltuqaltı deyilən yerindən 1 ədəd İMEİ kodunu və aldığı tarixi xatirlamadığı 500 manat dəyərində “İphone X” markalı mobil telefon, avtomobilin saxlanc yerindən 20 manat nağd pul, 1 ədəd dəyəri 3000 manat olan 1 ədəd çiyin çantası, onun içərisində olan ona məxsus 2400 manata xatırlamadığı tarixdə aldığı 1 ədəd “Samsung SM-F900F” markalı mobil telefon, 50 funtsterlinq və 300 manat nağd pul, 20 manat dəyərində «long pover delay» markalı sprey, 85 manat dəyərində “g max” dərmanı, 35 manat dəyərində «Dragons delay» sprey, 1 ədəd «Superdoor» markalı sprey, 1 ədəd ona məxsus ümumvətəndaşlıq pasportu, 1 ədəd ona məxsus beynəlxalq sürücülük vəsiqəsi oğurlanmışdır. Bundan əlavə çantasında «luis vuilton»a məxsus bir neçə paltar etiketi və qəbzləri, dəmir düymələr olmuşdur. Həmin oğurluq zamanı ona 6000 manatdan çox maddi ziyan dəymişdir. İfadəsinin sonunda ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun iştirakı olmadan məhkəmədə işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən şahidlər Şahid1 və Şahid2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid1 və Şahid2 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Nəcməddin adlı şəxsi bir neçə ildir ki, tanıyır, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. 20 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Nəcməddin onun yaşadığı mənzilə gələrək təcili pul lazım oduğu üçün özünə məxsus «Hikvision» markalı videomüşahidə kamerasının yaddaş qurğusunu satdığını bildirmişdir. Nəcməddin onun elektrik olmaqla bu cür əşyaları aldığını bilmişdir. O, qurğuya baxıb onun işlək vəziyyətdə olduğunu görmüş və Nəcməddinə həmin qurğu üçün 20 manat pul verə biləcəyini demişdir. Nəcməddin də razılaşmış və o, 20 manat pul verib qeyd olunan qurğunu almışdır. Nəcməddin pulu ondan aldıqdan sonra çıxıb getmişdir. 22 yanvar 2023-cü il tarixdə isə yaşadığı mənzildə olan zaman polis əməkdaşları gəlmişlər və onun bir neçə gün əvvəl Nəcməddin adlı şəxsdən videomüşahidə kamerasının yaddaş qurğusunu aldığını bildirib, həmin qurğunun oğurluq olduğunu demişlər. O da həmin qurğunu polis əməkdaşlarına təqdim etmiş və sonra polis əməkdaşları ilə 22-ci polis şöbəsinə gəlib izahat vermişdir. O, Nəcməddinin ona satdığı qurğunun oğurluq olduğunu bilməmiş, Nəcməddin həmin qurğunun özünə məxsus olduğunu demişdir (cild 2, i/v 61-63). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 15 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən «313» telefon mağazasında satıcı kimi işləyir. 07 noyabr 2022-ci il tarixdə saat 13 radələrində işlədiyi mağazada olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs gələrək qəza törətdiyini və özünə məxsus olan X8 F900F markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Soruşduqda Nəcməddin mobil telefonu 400 manata satdığını demişdir. O, mobil telefona baxmış və Nəcməddinə demişdir ki, həmin mobil telefona görə 300 manat pul verə bilər. Nəcməddin də razılaşmışdır. Daha sonra Nəcməddindən şəxsiyyət vəsiqəsinin surətini götürüb, həmin şəxsiyyət vəsiqəsinin surəti olan vərəqə mobil telefonun İMEİ kodlarını yazıb, Nəcməddinə vərəqə imza etdirmişdir. Sonra o, 300 manat pul verib mobil telefonu Nəcməddindən almışdır. Nəcməddin pulu götürdükdən sonra çıxıb getmişdir. Elə həmin gün o, həmin mobil telefonu 400 manata soyad və ata adını bilmədiyi Qoşqar adlı şəxsə satmışdır. 16 noyabr 2022-ci il tarixdə mağazaya polis əməkdaşları gəlib bu məsələ ilə bağlı məlumat aldıqda, o, həqiqətən də Nəcməddin adlı şəxsdən mobil telefon aldığını bildirmiş, sonra polis əməkdaşları ilə 22-ci polis şöbəsinə gəlmiş və orada izahat yazmış, həmçinin Nəcməddinin şəxsiyyət vəsiqəsinin surətini də təqdim etmişdir. Əlavə etmişdir ki, Qoşqar adlı şəxs ondan dəfələrlə mobil telefon almış, həmin şəxslə rastlaşdıqda telefon barədə soruşduqda ondan aldığı mobil telefonu satdığını demiş və özünün polis şöbəsinə yaxınlaşıb izahat verəcəyini demişdir. Qoşqarın mobil telefon nömrəsini və ya başqa məlumatlarını bilmir. Həmçinin o, mobil telefonu alan zaman onun oğurluq olduğunu bilməmiş, Nəcməddin mobil telefonun özünə məxsus olduğunu demişdir. Nəcməddin mağazaya gələndə tək olmuş, yanında heç kim olmamışdır (cild 2, i/v 9-11). İş materiallarında olan 30 aprel 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqı aparılmış ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca icraata ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cild 1, i/v 1-4). İş materiallarında olan 03 may 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 30 aprel 2024-cü il tarixdə ********* və ********* nömrəli cinayət işləri baş müstəntiq Süleyman Quluzadə tərəfindən bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1- 1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i/v 6-9). İş materiallarında olan 17 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi baş müstəntiq Süleyman Quluzadə tərəfindən 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (cild 1, i/v 110). İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi sabiq baş müstəntiq Süleyman Quluzadə tərəfindən 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (cild 1, i/v 122). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi «50 qəpik» adlı restorandır (cild 1, i/v 126-130). İş materiallarında olan 22 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı «Hikvision» markalı DVR aparatı polis əməkdaşları tərəfindən götürülmüşdür (cild 1, i/v 136). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 154). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 230). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild 2, i/v 3-4). İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 5-6). İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında qəraradan görünür ki, 26 yanvar 2023-cü il tarixdə ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi baş müstəntiq Süleyman Quluzadə tərəfindən bir icraatda birləşdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək istintaq ********* nömrə altında davam etdirilmişdir (cild 1, i/v 170-171). İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi baş müstəntiq Süleyman Quluzadə tərəfindən 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə başlanılaraq icraatına qəbul edilib istintaqı aparılmışdır (cild 1, i/v 173). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanın qarşısıdır (cild 1, 177-188). İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilindən oğurladığı 1 ədəd «long pover delay» markalı sprey, 1 ədəd “g max” dərmanı, 1 ədəd «Superdoor» markalı spray, 3 ədəd «luis vuilton»a məxsus etiket, 2 ədəd «luis vuilton»a məxsus qəbz, 1 ədəd «Bernardand»a məxsus qəbz və 2 ədəd düymə Təqsirləndirilən şəxs götürülmüşdür (cild 1, i/v 205-208). İş materiallarında olan götürmə aparılması və baxış keçirilməsi haqqında 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi bir ədəd vərəqin A4 formatlı vərəq olması müəyyən olunmuş, vərəqin üzərində Təqsirləndirilən şəxs məxsus «AA4440630» nömrəli şəxsiyyət vəsiqəsinin qarşı tərəfinin surəti əks olunmuşdur, vərəqin yuxarı hissəsində göy rəngli qələmlə «imei **********183458343, Samsung Galaxy, xx.xx.2022» sözləri yazılmış və həmin sözlərin altında imza əks olunmuşdur. Baxışda iştirak edən Şahid2 vərəqdə olan əlyazmaların Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir (cild 1, i/v 213-214). İş materiallarına əlavə olunmuş məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 4(006)-51/2023 saylı qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 35-40). İş materiallarına əlavə olunmuş məhkəmə qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 aprel 2023-cü il tarixli, 4(006)-212/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. (cild 2, i/v 86-87). İş materiallarına əlavə olunmuş əşyanın maddi sübut kimi tanınması haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd «long pover delay» markalı sprey, 1 ədəd “g max” dərmanı, 1 ədəd «Superdoor» markalı spray, 3 ədəd «luis vuilton»a məxsus etiket, 2 ədəd «luis vuilton»a məxsus qəbz, 1 ədəd «Bernardand»a məxsus qəbz və 2 ədəd düymə, Şahid1 götürülmüş “Hikvision” markalı müşahidə kameralarının “DVR” yaddaş qurğusu 26 yanvar 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild 2, i/v 47-48). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən 1 ədəd «long pover delay» markalı sprey, 1 ədəd “g max” dərmanı, 1 ədəd «Superdoor» markalı spray, 3 ədəd «luis vuilton»a məxsus etiket, 2 ədəd «luis vuilton»a məxsus qəbz, 1 ədəd «Bernardand»a məxsus qəbz və 2 ədəd düymə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Süleyman Quluzadədən təhvil alınmışdır və şikayət və tələbin olmadığı bildirilmişdir (cild 2, i/v 50). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən “Hikvision” markalı müşahidə kameralarının “DVR” yaddaş qurğusu Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Süleyman Quluzadədən təhvil alınmışdır və şikayət və tələbin olmadığı bildirilmişdir (cild 2, i/v 52). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəlllər məhkum olunmamışdır (cild 2, i/v 53-54). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 17 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” uzadılması barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından azad edilməsi qərara alınmışdır (cild 2, i/v 92-93). İş materiallarında olan 10 avqust 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 127-130). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi üzərində qeydlər aparılmış 01 ədəd vərəq maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır (cild 3, i/v 51-64). İş materiallarında olan 13 may 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməsə də, Zərərçəkmiş şəxs1 sonuncuya qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-562/2025 saylı 21 iyul 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-562/2025 saylı 21 iyul 2025-ci qərarı ilə 19 oktyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “long pover delay” markalı sprey, 1 ədəd “g max” dərmanı, 1 ədəd “Superdoor” markalı spray, 3 ədəd “luis vuilton”a məxsus etiket, 2 ədəd “luis vuilton”a məxsus qəbz, 1 ədəd “Bernardand”a məxsus qəbz, 2 ədəd düymə, “Hikvision” markalı müşahidə kamerlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd vərəqin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-196/2025 saylı 13 yanvar 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 14 yanvar 2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 51 (əlli bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 441 (dörd yüz qırx bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “long pover delay” markalı sprey, 1 ədəd “g max” dərmanı, 1 ədəd “Superdoor” markalı spray, 3 ədəd “luis vuilton”a məxsus etiket, 2 ədəd “luis vuilton”a məxsus qəbz, 1 ədəd “Bernardand”a məxsus qəbz, 2 ədəd düymə, “Hikvision” markalı müşahidə kamerlarının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd vərəqin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 51 iş saatı üçün 441 (dörd yüz qırx bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-196/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-196/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver