Məhkəmə qərarları › İş №1(006)-198/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-198/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-198/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti və özgənin əmlakını ələ keçirmə məqsədi ilə, mənzilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi və tamah niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 03:41 radələrində ünvan 4 saylı ünvanın qarşısına gəlmiş, talamanın rahat və maneəsiz həyata keçirilməsini təmin etməkdən ötrü ətrafda və mənzildə kimsənin olmadığından əmin olduqdan sonra həmin gün saat 03:46-da qeyd olunan mənzilin pəncərəsinin şüşəsini özü ilə gətirdiyi kağız kəsən ülgüclə açıb çıxarmaqla mənzilə qanunsuz daxil olaraq xx xxxxxx 2020-ci il saat 03:49-dək olan müddət ərzində oradan qeyd olunan ünvanda yaşayan Zərərçəkmiş şəxs1 məxsus həmin tarixli Milli Məzənnə ilə 17 manat 77 qəpik təşkil edən 30 Gürcüstan larisi, 5 manat pul, dəyəri 75 manat olan 1 ədəd “Moulinex” markalı mikser, dəyəri 130 manat olan 1 ədəd “Panasonic” markalı ətçəkən maşın, dəyəri 90 manat olan 1 ədəd “X9” markalı, A-klas modelli qol saatı, dəyəri 40 manat olan 1 ədəd “Samsung J4” markalı mobil telefon, dəyəri 400 manat təşkil edən 1 ədəd xəz dəri gödəkcə, dəyəri 1000 manat olan 525 əyyarlı 1 ədəd qızıl qol saatı, 1 ədəd 525 əyyarlı qızıl qolbaq, 1 cüt 525 əyyarlı qızıl sırğanı gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1757 manat 77 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talama məqsədi və tamah niyyəti ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18:49-da ünvan 2 saylı ünvanda yerləşən “Ton-Ton” restoranının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus, dəyəri 250 manat olan “Olimpia” markalı velosipedə yaxınlaşaraq talamanın rahat və maneəsiz həyata keçirilməsini təmin etməkdən ötrü ətrafa göz gəzdirmiş və həmin velosipedin sahibinin orada olmamasından istifadə edərək sonuncuya məxsus velosipedə minib həmin velosipedi sürməklə oradan uzaqlaşaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, işsiz və müalicəyə ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və əldə edəcəyi əşyaları sataraq maddi və digər ehtiyaclarını ödəmək niyyətində olmuşdur. Cari ilin fevral ayının 19-u, səhər saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektinə getmişdir. Həmin ünvanda yerləşən 25 saylı mənzilin giriş qapısında qıfıl olduğunu görmüş və bu zaman həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Bir qədər mənzilin ətrafında dolanmış və oğurluq etmək istədiyi mənzilin taxta çərçivəsindən olan aynabəndinə yaxınlaşaraq şüşənin bərkidildiyi xırda mismarları cibində olan oboy bıçağı ilə əyərək şüşəni çərçivəsindən çıxarıb mənzilə daxil olmuşdur. Həmin mənzildən 1 ədəd ətçəkən maşını, 1 ədəd şirəçəkən mikseri, 30 lari və 5 manat pulu torbaya qoyduqdan sonra oranı tərk etmişdir. Lakin zərərçəkmiş şəxsin bildirdiyi kimi 1 ədəd qol saatı və bir ədəd xəz dəri gödəkçə onun tərəfindən oğurlanmamışdır. Bununla bağlı məlumatı yoxdur. Bunda başqa, fevral ayının 28-i, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə “Təzə” bazara doğru gedərkən “Ton-Ton” adlanan restoranın qarşısında qoyulmuş 1 ədəd velosiped görmüş və həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. Elə həmin gün velosipedi oradan oğurlamışdır. Ertəsi günü qanunsuz olaraq əldə etdiyi velosipedi Dərnəgül bazarında tanımadığı şəxsə 75 manat pul müqabilində satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda törətdiyi cinayət əməllərini etiraf edərək peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Natıq qızı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Anası müalicə almaq məqsədilə Gürcüstan Respublikasına getmiş, o, 4 uşaqla birlikdə hadisənin baş verdiyi ünvanda qaldığını bildirmişdir. Lakin yaşadığı ünvanın yaxınlığında tikinti-təmir işləri getdiyindən, söküntü işləri aparılan zaman qaldığı mənzilin su və qaz boruları zədələnmiş, evə su və qaz gəlməmişdir. Bu səbəbdən uşaqları ilə birlikdə başqa mənzilə müvəqqəti yaşamaq üçün köçmüşdür. Lakin o, hər gün əvvəl yaşadığı ünvana gələrək, səhərdən axşama qədər orada olurmuş. Fevral ayının 18-i, səhər saat 08 radələrində uşaqları məktəbə yola saldıqdan sonra əvvəl yaşadığı mənzilə gəlmiş və həmişəki kimi mənzildə təmizlik işləri aparmışdır. İşlərini bitirdikdən sonra, təxminən saat 21 radələrində mənzilin qapısını bağlayaraq oranı tərk etmişdir. 19 fevral tarixində, səhər saat 08 radələrində yaşadığı mənzilə gəlmiş və orada olan əşyaların dağınıq vəziyyətdə, pəncərənin isə açıq olduğunu görmüşdür. Anlamışdır ki, yaşadığı mənzilə kimsə qanunsuz olaraq daxil olmuş və oğurluq etmişdir. Mənzilin bütün pəncərələrinin məhəccəri vardır, lakin yeganə mətbəxdə olan pəncərənin məhəccəri yoxdur. Mənzildən 01 ədəd 75 manat dəyərində “Moulinex” markalı mikser, dəyəri 130 manat olan 1 ədəd “Panasonic” markalı ətçəkən maşını, dəyəri 90 manat olan 1 ədəd A-class “X9” markalı qol saatı, dəyəri 40 manat olan 1 ədəd “Samsung J4” markalı mobil telefon, dəyəri 400 manat təşkil edən 1 ədəd xəz dəri gödəkcə və təxmini dəyəri 1000 manat olan qızıl-zinyət əşyaları oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və məhkəmədə iştirak edə bilmir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 02 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i/v 190-196). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd 10 və 01 ədəd 20 Gürcüstan larisinin maddi sübut qismində tanınması və sahibinə qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 146). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 150-151). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-110/2020 saylı qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 53-55, 143-145). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı iki azyaşlı uşaqları vardır (i/v 148). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsun ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 20 və 01 ədəd 10 Gürcüstan larisinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-198/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun X4tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsməhkəməyədək icraat dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 150 (yüz əlli) manat,məhkəmə baxışı zamanı isə göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd 20 və 01 (bir) ədəd 10 Gürcüstan larisinin sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar