Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-198/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8, Müdafiəçilər Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nügədi ərazi dairəsi, İkinci Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə xx.xx.1975-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Qazientep rayonu, Seyid Kamil şəhəri, Qazilər məhəlləsi, “Basın” yaşayış kompleksi, blok – B1-5, mərtəbə 6, mənzil 25 ünvanında qeydiyyatda olan və ünvan 1ə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs4 2500 ABŞ dolları müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs4 04 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “X17” binasının 7-ci mərtəbəsində yerləşən ofisdə həmin günün məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı "instagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs5 2500 ABŞ dolları müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs5 04 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "X17” binasının 7-ci mərtəbəsində yerləşən ofisdə həmin günün məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs6 4000 ABŞ dolları müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs6 2022-ci ilin noyabr ayının ortalarında ünvan 2 ünvanda yerləşən “X17" binasının 7-ci mərtəbəsində yerləşən ofisdə həmin günün məzənnəsi ilə 6800 manat təşkil edən 4000 ABŞ dolları pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs8 7000 ABŞ dolları müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs8 2023-cü ilin yanvar ayının sonlarında ünvan 3 ünvanında yerləşən "Adress" restoranında həmin günün məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları pul alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs7 6000 manat müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs7 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 6000 manat pul alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs9 11900 manat müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs9 09 fevral 2023cü il tarixdə ünvan 2 ünvanda yerləşən “X17” binasının 7-ci mərtəbəsində yerləşən ofisdə 500 manat, 2023-cü ilin fevral ayının ortalarında həmin ünvanda 10000 manat, 2023-cü ilin fevral ayının sonlarında həmin ünvanda 1400 manat pul alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 11900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əiə keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram" sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs1 14000 ABŞ dolları müqabilində sonuncuya və arvadı X3 Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmalarında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayının 14-dən 2023-cü ilin mart ayının ortalarına kimi olan müddət ərzində hissə-hissə olmaqla ünvan 3 ünvanında yerləşən "Adress" restoranında ümumilikdə həmin dövrün məzənnəsi ilə 23800 manat təşkil edən 14000 ABŞ dolları pul alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə ış vizası düzəldilməsi ilə bağlı “instagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs2 7000 ABŞ dolları pul müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 2023- cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “50 qəpik’ restoranında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dollar pulu, 2023-cü ilin yanvar ayının sonlarında həmin ünvanda həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollar pulu, 2023-cü ilin mart ayının ortalarında qeyd olunan ünvanda həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dollar pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 11900 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə guya Kanada Federativ Respublikasına və Avropa ölkələrinə iş vizası düzəldilməsi ilə bağlı “İnstagram” sosial şəbəkə platformasında profil yaradaraq ona müraciət etmiş Zərərçəkmiş şəxs3 7000 ABŞ dolları pul müqabilində Kanada Federativ Respublikasına iş vizasının alınmasında və həmin dövlətdə işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən .”Boranı” restoranında həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollar pulu, 2023-cü ilin mart ayının ortalarında qeyd olunan ünvanda həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollar pulu, 2023-cü ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall» Ticarət Mərkəzində quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 5100 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 10200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığından Azərbaycan Respublikası ərazisini qanunla müəyyən edilmiş qaydada tərk edə bilməməsi səbəbindən cinayət məsuliyyətinə cəlb edilməkdən və gələcəkdə ehtimal etdiyi cəzanı çəkməkdən boyun qaçırmaq məqsədilə tanışı Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə 1000 ABŞ dolları müqabilində sonuncunun idarə etdiyi Türkiyə Respublikasına məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz" markalı, yük nəqliyyat vasitəsinin qoşqusunda dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçməsi ilə bağlı razılığa gəlib sonuncunun məsləhətləri, göstərişləri və məlumatları ilə, o cümlədən cinayətin törədilməsində maneələri aradan qaldırmaqla yardım edəcəyi barədə qabaqcadan verdiyi vədə əsasən Təqsirləndirilən şəxs2in idarə etdiyi **-DN-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz” markalı, yük nəqliyyat vasitəsinin qoşqusunda gizlənərək, 17 sentyabr 2023-cü il tarixdə, saat 07:40-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” sərhəd nəzarəti məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan keçmişdir. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçməsinə yardım edib köməkçılik etmişdir. Belə ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan tanışı X4 ilə 1000 ABŞ dolları pul müqabilində cinayət törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım edib sonuncunu idarə etdiyi Türkiyə Respublikasına məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı, yük nəqliyyat vasitəsinin qoşqusunda dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan keçirəcəyi ilə bağlı razılaşıb sonuncuya verdiyi məsləhətlər, göstərişlər və məlumatlar əsasında Təqsirləndirilən şəxs1 **-DN-*** dövlət qeydiyyat nişanlı "Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin qoşqusunda gizlədərək 17 sentyabr 2023-cü il tarixdə, saat 07:40-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” sərhəd nəzarəti məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan keçməsinə köməkçilik etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2016- 2017-ci ildən başlayaraq dəfələrlə ayrı-ayrı Azərbaycan Respublikasının vətəndaşlarına Avropanın bəzi ölkələri, yəni Litva, Almaniya, Polşa və Latviya ölkələrinə getmələri üçün vətəndaşların viza almasına köməklik etmişdir. Belə ki, o, həmin ölkələrin vətəndaşları ilə əlaqə saxlayıb orada yaşamaq üçün və işləmək üçün dəvət almışdır. Həmin dəvətləri Azərbaycan Respublikasının vətəndaşlarına pul qarşılığında təqdim etmişdir. Onlar da həmin dəvətlərlə ölkələrin səfirliklərinə yaxınlaşıb, viza almışlar. O, bunu 3-4 il əvvəl Türkiyə Cümhuriyyətinə gedən zaman orada tanıdığı Türkiyə Respublikasının vətəndaşı Burhan adlı şəxsin vasitəsi ilə etmişdir. Belə ki, Burhan onu Türkmənistan Respublikasının vətəndaşı olan Sərdar ilə tanış etmişdir. Sərdar ona adlarını qeyd etdiyi ölkələrdə dəvətləri almışdır. O da həmin dəvətləri burada vətəndaşlara vermişdir. Təxminən 2022-ci ilin oktyabr ayında o, Türkiyə Respublikasına gedən zaman orada Burhanla görüşmüş və ona Kanadaya getmək üçün viza işinə girməyi təklif etmişdir. Bu zaman özünün Kanadadan işçi istəyən şirkətlərlə əlaqə saxlayacağını, dəvət ala biləcəyini bildirmişdir. O da bununla razılaşmışdır. Həmin ərəfələrdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25 ünvanında yerləşən «X18»in 7-ci mərtəbəsində Emin adlı şəxsin icarəyə götürdüyü ofisdə işləmişdir. Emin də təhsil ilə bağlı işlərlə məşğul olmuşdur. Həmçinin «İnstagram» sosial şəbəkəsində «İnteredu» adlı səhifə yaradaraq orada elan qoymuşdur ki, təhsil və işlə bağlı Avropa ölkələri, o cümlədən Kanadaya viza işi ilə məşğuldur. Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tanıyır, həmin şəxslərlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin oktyabr ayında o, Emin adlı şəxsin «İnteredu» adlı şirkətində işləyən zaman adları çəkilən şəxslər Kanadaya viza alınması üçün müraciət etmişlər. Həmin şəxslərlə o və Emin adlı şəxs müvafiq söhbətlər aparmaqla onlara Kanada Respublikasına getmək üçün vizanın alınması ilə bağlı müvafiq sənədlərin toplanılmasında onlara köməklik göstərəcəklərini bildirmişlər. 04 noyabr 2022-ci ii tarixdə bu işin müqabilində Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «X18»nin 7-ci mərtəbəsində yerləşən ofisdə o, hər birindən 2500 ABŞ dolları pul almışdır. Sonradan isə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 işləri alınmadığı üçün, həmçinin onların verdikləri pulu xərclədiyi üçün pulu onlara qaytara bilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ona zəng vurduqda artıq onların zənglərinə cavab verməmişdir. Sonradan isə Rəfa və Rasim şikayət etmişlər, həmçinin onun barəsində başqa şikayətlər də olduğu üçün o tutulmuş və azadlığa çıxdıqdan sonra Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 pullarını qaytarmışdır. Həmçinin əlavə etmişdir ki, adları göstərilən şəxslərə o, özünü Telman kimi təqdim etməmişdir, Telman onun atasının adıdır. Bundan başqa, 2022-ci ilin oktyabr ayında bir nəfər şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq nömrəni «İnstagram» sosial şəbəkəsindəki səhifədən götürdüyünü, Kanadaya viza düzəltmək istədiyini bildirmişdir. Həmin şəxslə danışan zaman Zərərçəkmiş şəxs6 olmasını öyrənmiş və ofisdə görüşməyi razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs6 ofisə gəlmiş və özü və arvadı üçün viza düzəltmək istədiyini bildirmişdir. Danışıq zamanı o, vizanın 9000 ABŞ dolları pula düzələcəyini demişdir. Zərərçəkmiş şəxs6 da razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs6 ilk görüşlərindən bir neçə gün sonra, təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində ofisə gələrək ona 7000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs6 və sonuncunun arvadı Neftçilər xəstəxanasında yoxlanışdan keçmişlər, o, Elvinə vizaların 3 ay ərzində düzələcəyini desə də, vizalar alınmadığı üçün və aldığı pulu xərclədiyi üçün Zərərçəkmiş şəxs6 pulunu qaytara bilməmişdir. Lakin həbsdən çıxdıqdan sonra onun pulunu tam şəkildə qaytarmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin oktyabr ayında tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 ona zəng vurub Kanadaya getmək məsələsi ilə maraqlandıqda razılaşmışlar ki, 90 gün ərzində Kanadaya getmələri üçün dəvət alıb onların viza işində köməklik edəcək. Elmirlə görüşüb söhbət etdikdə sonuncu özü və arvadı üçün iş vizası almaq istədiyini dedikdə, o, 14000 ABŞ dolları pul qarşılığında bu məsələni həll edəcəyini bildirmişdir. Elmirə həmçinin demişdir ki, Kanadaya getmələri üçün əlavə adamlar da lazımdır ki, qrup düzəlsin. Bundan sonra Elmir vasitəsilə bir neçə şəxsdən də pul almışdır və həmin şəxslərin arasında Elmirin qohumu da olmuşdur. Elmirdən özü və arvadı üçün Kanadaya iş vizası düzəltmək adı ilə 14000 ABŞ dolları pulu o, ayrı-ayrı vaxtlarda 2023-cü ilin mart ayının ortalarına kimi ünvan 3 ünvanında yerləşən "Adress" adlı restoranda almışdır. Sonradan viza işi alınmadıqda Elmirdən aldığı pulu qaytara bilməmişdir. Bu proses zamanı Elmirin qohumu olan Zərərçəkmiş şəxs8 7000 ABŞ dolları və Zərərçəkmiş şəxs2 7000 ABŞ dolları pul almış və həmin şəxslərdən də pulları Elmir kimi Kanadaya iş vizası düzəltmək üçün almış, lakin işləri alınmadığı üçün və pulları xərclədiyi üçün adlarını çəkdiyi şəxslərin pullarını qaytara bilməmişdir. Bundan əlavə, həmin ərəfələrdə Zərərçəkmiş şəxs7 da Kanada Respublikasına iş vizası düzəltmək üçün 6000 manat pul almış, lakin həmin pulu da xərclədiyi üçün və Seymurun iş vizası alınmadığından Seymurun pulunu qaytara bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs7 aldığı puldan 3000 manatını qaytarmış, lakin sonradan Zərərçəkmiş şəxs7 özü axtarışda olduğu üçün onunla əlaqə saxlaya bilməmişdir. Bundan başqa, Elmir vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs9 da Kanada Respublikasına iş vizası düzəltmək üçün 7000 ABŞ dolları pul almış, lakin həmin pulu da xərclədiyi üçün və Əzizin iş vizası alınmadığından sonuncunun pulunu qaytara bilməmişdir. Bundan əlavə 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs7 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 6000 ABŞ dolları pul almışdır. Raufa da Kanadaya iş vizası düzlətməyi vəd vermiş, lakin sonradan viza işi alınmamış, aldığı pulları isə xərcləmişdir. Yuxarıda adlarını qeyd etdiyi şəxslərin hər birindən aldığı pulları Kanadaya iş vizası düzəltmək üçün almış, lakin sonradan işlər alınmadığından və həmin şəxslərin pullarını xərclədiyi üçün onlara pulları qaytara bilməmiş və həmin şəxslər onun barəsində şikayət etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 onun barəsində şikayət etdikdən sonra o, Nəsimi RPİ-nın istintaq şöbəsində saxlanılmış və barəsində cinayət işı başlanılaraq o, həmin iş üzrə həbs olunmuşdur. Həbsdə olduğu müddətdə zərər çəkmiş şəxslərə müəyyən məbləğlərdə ödənişlər etdiyi üçün xx.xx.2023-cü il tarixdə həbs müddətinin bitməsi ilə azad edilmişdir. Bir müddət Quba rayonunda ailəsinin yanında qaldıqdan sonra 2023-cü ilin sentyabr ayında işləmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək qərarına gəlmişdir. Barəsində ölkə hüdudlarından kənara çıxmaqla bağlı qadağa olduğunu fikirləşərək dövlət sərhədini qanunsuz yolla keçməyi planlaşdırmışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Qazax rayonu, 2-ci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı körpü" sərhəd buraxılış məntəqəsinin yaxınlığına gələrək orada “TİR Park” adlanan yerdə olan nəqliyyat vasitələrindən birinə gizlincə girmiş və dövlət sərhədini keçərək Gürcüstan Respublikasına, oradan da Türkiyə Respublikasına keçmişdir. Bir müddət İstanbul şəhərində qalıb işlədikdən sonra ailəsini ziyarət etmək məqsədilə Azərbaycan Respublikasına qayıtmaq qərarına gəlmişdir. Pasportu olmadığı üçün İstanbul şəhərində Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə müraciət edərək qayıdış şəhadətnaməsi əldə edərək xx.xx.2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə X11 Hava Limanına gəldikdə sərhəd nəzarət şöbəsində “sənədlərin yoxlanışı” sərhəd naryadına rəsmiləşdirilməsi üçün təqdim etdiyi AA0278113 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilən zaman “sərhədkeçmə əlaqələrinin pozuntusu” olduğu üçün sərhədçilər tərəfindən saxlanılmışdır. O, Təqsirləndirilən şəxs2 təxminən 2-3 ildir ki, tanıyır. Belə ki, Türkiyə Respublikasında olan zaman karqo işi ilə məşğul olmuş və ona yük maşını sürücüsü lazım olduğu üçün “Facebook” sosial şəbəkəsində yük maşını sürücülərinin qrupundan Təqsirləndirilən şəxs2 tapmışdır. O, Təqsirləndirilən şəxs2ə onu qanunsuz olaraq sərhəddən keçirməsi ilə bağlı müraciət etməmiş, onun nəqliyyat vasitəsi ilə sərhədi keçməmiş, həmçinin onun kartına heç vaxt 500 ABŞ dolları məbləğində pul göndərməmişdir. Bakı İstintaq Təcridxanasında olan zaman Dövlət Sərhəd Xidmətinin müstəntiqi ona fotoşəkillər göstərərək hansının Təqsirləndirilən şəxs2 olduğunu soruşmuş, o da Ahmetin şəklini göstərmişdir. Onun Təqsirləndirilən şəxs2lə tanışlığı olsa da, sonuncu onu dövlət sərhədindən keçirməmişdir. Daha sonra bildirmişdir ki, anası tərəfindən Zərərçəkmiş şəxs1 2000 manat, Zərərçəkmiş şəxs8 2000 manat və Zərərçəkmiş şəxs2 isə 500 manat pul qaytarılmışdır. Əməlini səmimi etiraf etməsini, əməlindən peşman olduğunu, vurulmuş zərərin bir qismini ödədiyini, beş nəfər zərər çəkmiş şəxslə barışdığını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 25 ildir ki, yük maşını sürücüsü kimi fəaliyyət göstərməkdədir. 2019-cu il tarixdən Türkiyə Respublikası - Azərbaycan Respublikası istiqamətində, habelə əks istiqamətdə müxtəlif vaxtlarda yük maşını sürücüsü kimi işləmiş və müxtəlif növ yüklər daşımışdır. Onun maşınına yüklər yükləndikdən sonra maşınının yük yerinin qapısı möhürlənir və onun möhürlü qapını açmağa ixtiyarı yoxdur, belə ki, möhürlü qapını açdığı anda həbs oluna bilər. O, sərhədi keçərkən dörd gömrük postundan keçir və bu zaman yük maşınları “X- RAY” rentgen-nəzarət qurğusundan keçir. Həmin qurğu vasitəsilə maşında əgər bir ədəd siçan belə olsa, onun ürək döyüntüsündən qurğu onu müəyyən edir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs1 öz maşını ilə qaçaq yolla sərhəddən keçirməsi qeyri-mümkündür və o, bunu etməmişdir. Təqsirləndirilən şəxs1 ilə Türkiyə Respublikasında olan zaman tanış olmuşdur. Belə ki, onun Suriyadan qonağı gəlmiş və əylənmək istəmiş, o da sürücü tanışından həmin Suriyalı qonağını əyləndirmək üçün tanıdığı qadın olub-olmamasını soruşduqda həmin tanışı ona Təqsirləndirilən şəxs1 telefon nömrəsini verərək onun belə bir qadın tapa biləcəyini bildirmişdir. Bu vasitə ilə o, Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Ondan sonra Pərviz bir neçə dəfə karqo işi ilə əlaqədar yük daşınması ilə bağlı onunla telefon əlaqəsi saxlamışdır. O, ümumilikdə Pərvizlə təxminən 3-5 dəfə telefonla danışmışdır. Pərvizlə danışıqları zamanı sonuncu ona qaçaq yolla İrandan keçməklə Türkiyəyə gəldiyi barədə məlumat vermişdir. 2024-cü ilin aprel ayında Pərviz ona telefonla mesaj yazaraq Azərbaycan Respublikasına eyni yolla, yəni qaçaq yolla qayıtmaq istədiyini bildirmiş və onun Azərbaycan Respublikasına ayda təxminən 1-2 dəfə gedib-gəldiyini bildiyi üçün onu Azərbaycana öz maşını ilə aparmasını xahiş etmiş, lakin o, bundan imtina etmişdir. Onun Avropa ölkələrinə qaçaq yolla gedən qohumları olmuş, lakin o özü heç vaxt heç kimi qaçaq yolla hər hansı bir sərhəddən keçirməmişdir. Təqsirləndirilən şəxs1 ilə olan telefon yazışmalarında “pis işləri buraxmışam” bildirməsi ilə bağlı qeyd etmişdir ki, “pis işlər” dedikdə başqa qadınlarla əylənməyi nəzərdə tutmuşdur. Belə ki, onun yeni övladı dünyaya gələcəyi üçün artıq həmin işlərdən əl çəkdiyini bildirmişdir. Bundan sonra 2024cü ilin iyul ayında Azərbaycan Respublikasına gəlmiş və 27 iyul 2024-cü il tarixində saat 03 radələrində idarə etdiyi ön hissəsi 73-AAU-026 dövlət qeydiyyat nişanlı, qoşqu hissəsi **-DN-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Balakən rayonundan Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçmək məqsədilə "Mazımqara” sərhəd məntəqəsində pasportunun rəsmiləşdirilməsi üçün sərhəd naryadına təqdim etdiyi zaman ona Təqsirləndirilən şəxs1 barəsində cinayət işi üzrə İstintaq və təhqiqat idarəsinə gəlib ifadə verməyi təklif olunmuşdur. Daha sonra onu səhərə qədər orada saxlamış, Təqsirləndirilən şəxs1 qanunsuz yolla dövlət sərhədindən keçirdiyini etiraf etməsi ilə bağlı ona fiziki təzyiq göstərilmiş və ailəsini təhqir etmişlər. Hesab edir ki, Pərvizə qarşı da eyni hərəkətləri etdikləri üçün Pərviz ifadəsində onun qaçaq yolla onu sərhəddən keçirtdiyini bildirmişdir. Lakin o, Pərvizi öz maşını ilə dövlət sərhədindən qanunsuz yolla keçirməmiş, sonuncu ilə ümumiyyətlə Azərbaycan Respublikasında görüşməmişdir. O, Pərvizi Türkiyə Respublikasında görmüş, Azərbaycan Respublikasında isə Pərviz tutulduqdan sonra Bakı İstintaq Təcridxanasında onunla üzləşmə istintaq hərəkəti keçirilən zaman sonuncunu görmüşdür. Daha sonra himayəsində bir xəstə uşağının, bir azyaşlı uşağının olmasını və ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Elmir Məmmədovu dostu Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Kanada Respublikasına viza düzəltmiş, Elmir də Pərvizin yanında olmuşdur. Onun dostu Zərərçəkmiş şəxs7 da Təqsirləndirilən şəxs1 inanaraq viza üçün nə qədərsə pul vermişdir ki, Kanadaya viza düzəltsin. O, Seymurla görüşüb söhbət edən zaman sonuncu ona da Pərviz və Elmir adlı tanışlarının olduğunu, Pərvizin Kanada Respublikasına viza düzəltdirdiyini bildirmişdir. O, bunu eşitdikdə, Pərvizlə görüşmək istəmişdir. Bundan sonra Pərvizlə 2023-cü ilin mart ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Boranı” adlı kafedə görüşmüşdür. Görüşdə dostu Seymur, Pərviz və Elmir iştirak etmişdir. Söhbət zamanı Elmir Pərviz barəsində onlara xoş sözlər demiş, həmçinin özünün də Kanadaya viza düzəldilməsi üçün Pərvizə pul verdiyini bildirmişdir. Orada Pərvizlə viza haqqında danışmışlar, Pərviz ona 7000 ABŞ dolları lazım olduğunu, həmin pulun 6000 ABŞ dollarının viza üçün, qalan 1000 ABŞ dollarının isə öz xeyrinin olduğunu bildirmişdir. O da razılaşmışdır. Çünki dostu Seymur da Pərvizə viza üçün pul vermişdir. Həmin vaxt, yəni 2023-cü ilin mart ayının əvvəllərində o, Pərvizə Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən “Boranı” restoranında 2000 ABŞ dolları pul vermişdir. Bundan sonra 2023-cü ilin mart ayının ortalarında o, Pərvizə həmin ünvanda 1000 ABŞ dolları pul da vermişdir. Sonuncu 3000 ABŞ dolları pulu, yəni 5100 manatı o, 2023-cü ilin mart ayının sonlarına yaxın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» Ticarət Mərkəzində olan ödəmə terminalı vasitəsilə Pərvizin hazırda xatırlamadığı bank kart hesabına göndərmişdir. Pərviz ona bildirmişdir ki, viza 15 aprel 2023-cü il tarixədək hazır olacaq. O, pulu ödədikdən sonra Pərvizdən 10-15 gün səs çıxmamışdır. Buna görə narahat olub, öz dostu Seymura zəng vurmuşdur ki, Pərvizdən xəbər varmı? Seymur özü bir söz deməsə də 1-2 saat sonra atası yığaraq ona Pərvizin onlara qarşı dələduzluq etdiyini bildirmişdir. O isə onsuz da Pərvizdən şübhələndiyini bildirmişdir. Bundan sonra Pərviz barədə 5-10 nəfərin şikayət etdiyini eşitmiş, Pərviz ilk öncə həbs olunmuş, daha sonra isə həbsdən çıxmışdır. O, Pərvizin pul ödəyəcəyinə inanmadığından ilk vaxtlar şikayət etməmişdir. Çünki Seymur ona 7-8 nəfərin şikayət etdiyini, Pərvizin həbs olunduğunu və pulu ödəyə bilmədiyini bildirmişdir. Pərvizin azadlığa çıxdığını eşitdikdən sonra isə pulu ödənməsə də şikayət etmək qərarına gəlmişdir. Daha sonra məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun xalası qızı olan X2 yoldaşıdır. Elmiri xalası qızı ailə qurduqdan sonrakı zamanda tanımışdır. 2023-cü ilin yanvar ayında Elmir ona zəng edərək arvadı ilə bərabər Kanada Respublikasına gedəcəklərini, bunun üçün müraciət etdiklərini bildirmişdir. Ona da təklif etmişdir ki, birlikdə getsinlər, çünki o, işləmək üçün Polşa Respublikasına getmək istəmişdir. O da Elmirin sənədlərini gördükdə razılaşmış və Elmirlə söhbət etmişlər, bir neçə gün sonra Elmir Telman adlı şəxsin yanında olan zaman ona yığaraq onlara Kanadaya getməyə Telman adlı şəxsin köməklik etdiyini bildirmişdir. O, Telmanla, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 ilə həmin an telefon vasitəsi ilə danışmışdır. Pərviz Kanadaya işçi kimi göndəriləcəyini bidirmiş və bunun qarşılığında 6000 ABŞ dolları pul istəmiş, o da razılaşmış və ilk olaraq o, Elmir və Pərviz kimi danışdığı şəxslə birlikdə 2023-cu ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “50 qəpik” restoranında görüşmüşlər. Orada o, Pərvizə 3000 ABŞ dolları pul vermiş, həmçinin özünə məxsus sənədləri Pərvizə təqdim etmişdir. Bir neçə gün sonra Pərviz onunla əlaqə saxlamış və orada adi işçi kimi yox, usta kimi işlə təmin olunacağını, lakin əlavə 1000 ABŞ dolları da verəcəyini bildirmişdir. Bundan sonra Pərvizlə 2023-cü ilin yanvar ayının sonlarına yaxın Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “50 qəpik” restoranında görüşmüşlər və o, orada Pərvizə 1000 ABŞ dolları pul vermişdir. Təxminən 2023-cü ilin mart ayının ortalarında Pərviz onunla əlaqə saxlayaraq vizanın həll olunduğunu, lakin geri qalan pulun verilməli olduğunu bildirmişdir. O da geri qalan 3000 ABŞ dolları pulu Pərvizə vermək üçün görüş təyin etmişlər. Bundan sonra 2023-cü ilin mart ayının ortalarında Pərvizlə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “50 qəpik” restoranında görüşmüşlər və o, yerdə qalan 3000 ABŞ dolları pulu Pərvizə vermişdir. Həmin vaxt yanlarında Elmir də olmuşdur. Pərviz onlara vizanın bir ay ərzində həll olunacağını bildirmişdir. Son pulu verdikdə Pərvizdən vizanın nə vaxt həll olunacağını soruşmuşlar. Pərviz 10 günə kimi həll olunacağını demişdir. Bu hadisədən sonra o, Pərvizlə dəfələrlə əlaqə saxlasa da onun telefon zənglərinə cavab verməmiş və bir neçə gün sonra o, Elmirlə danışıb Pərvizin zənglərinə cavab vermədiyini bildirmişdir. Elmir Pərvizlə görüşəcəyini bildirmiş və görüşdən sonra ona bir söz deyəcəyini demişdir. Axşam saatlarında Elmir, o və X14 küçəsindəki “50 qəpik” restoranında görüşmüşlər. Pərviz işinin alınmadığını, 1 həftə ərzində pulunu geri qaytaracağını bildirmişdir. Görüşdükdən 10 gün keçməsinə baxmayaraq Pərvizlə əlaqə saxladıqda, sonuncu onun pulunun Türkiyədə olduğunu və oradan pulun göndərilməsini gözlədiyini bildirmişdir. Mart ayının sonları isə Pərviz zənglərinə cavab verməmiş, telefonu açanda isə pulun Türkiyədən göndərildiyini, lakin nağdlaşdırmağa vaxt getdiyi üçün uzandığını bildirmişdir. O, bu zamanlarda Pərviz barədə məlumat toplamış, «İnstagram» sosial şəbəkəsində əsl adının Telman yox Pərviz olduğunu, Telmanın isə atası olduğunu öyrənmişdir. Daha sonra Pərvizin ailəsinin yaşadığı Quba rayonuna getmiş, orada Pərvizin anası ilə görüşmüş, anası ona narahat olmamağı, evlərini satıb pullarını verəcəklərini demişdir. O da geri qayıtmışdır. Sonradan Pərvizi tapa bilməmişlər və Pərvizin tutulmasını eşitmişdir. Pərviz tutulduqdan sonra onun barəsində polisə şikayət etmiş, bundan sonra Pərvizin anasının xahişi ilə istintaq zamanı ərizə yazaraq ona dəymiş 7000 ABŞ dolları məbləğində ziyandan 3000 ABŞ dolları məbləində pulun ödənildiyini və Təqsirləndirilən şəxs1 qarşı şikayət tələbinin olmadığını bilirmişdir. Amma əslində ona dəymiş ziyandan bu günə kimi cəmi 500 manat ödənilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında Telman adlı şəxsin iş vizası düzəltdiyini öyrənmişdir. Bundan sonra özünü ona Telman kimi təqdim edən şəxslə görüşmüşlər. Telman Kanada və Avropa ölkələrinə iş vizası düzəltdiyini, bir nəfər şəxs üçün 7000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, evdə məsləhət etmiş və qərara gəlmişdir ki, arvadı Zəminə Məmmədova ilə birlikdə Kanada Respublikasına getsinlər. Telmanla, yəni adının sonradan Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxslə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «X18» binasının 7-ci mərtəbəsində olan ofisdə görüşdükdə o, arvadı ilə özünün iş vizalarını hazırlamasını Pərvizdən xahiş etmişdir. Orada Təqsirləndirilən şəxs1 başqa şəxslərin də lazım olduğunu, iş vizasını açmaq üçün qrup şəklində getməli olduqlarını demişdir. Bundan sonra onun qohumlarından Zərərçəkmiş şəxs2 da Kanadaya getmək istədiyini dedikdə, birlikdə Telmanla görüşmüşlər. Bu məsələdən sonra 2023-cü ilin yanvar ayının 14-dən başlayaraq ünvan 3 ünvanında yerləşən "Adress" adlı restoranda Telman adlı şəxsə 2023-cü ilin mart ayının ortalarına kimi ümumilikdə 14000 ABŞ dolları pul vermişdir. Həmçinin qohumu Zərərçəkmiş şəxs2 da Telmana Kanadaya iş vizası düzlətmək üçün 7000 ABŞ dolları pul vermişdir. 2023-cü ilin mart ayının sonlarına yaxın Təqsirləndirilən şəxs1 ara-sıra itməyə başlamış və sonuncunu tapmaqda çətinlik çəkmişdir. Görüşdükdə və viza ilə maraqlandıqda Təqsirləndirilən şəxs1 hər dəfə bir bəhanə gətirib yanından çıxıb getmiş və geri qayıtmamışdır. O, sonuncu dəfə 03 mart 2023-cü il tarixdə "Adress" restoranında Pərvizə 3000 ABŞ dolları pul verdikdən sonra Pərviz Türkiyə Respublikasına getməyini və onu orada kiminsə qarşılayacağını, onun pasportuna Kanada şəhərinə viza möhürü vurulacağını bildirdiyi üçün 27 mart 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, orada Pərvizin qeyri-rəsmi həyat yoldaşı onu qarşılamışdır. Lakin onu başqa heç kim qarşılamamış və pasportuna möhür vuran olmamış, hətta Pərvizin həyat yoldaşı Ayna adlı şəxs ona bildirmişdir ki, aldanılmışdır. Bu səbəbdən o, geri dönüş etmiş və Pərvizə zəng edib qayıtdığını bildirdikdən sonra Pərviz onunla görüşməmiş, ancaq xarici nömrə ilə vatsap vasitəsi ilə onunla mesajlaşmış və pulunu hissə-hissə qaytaracağını vəd etmişdir. Sonradan Təqsirləndirilən şəxs1 ona verdiyi vədə əməl etmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Daha sonra Pərviz həbs olunmuş və istintaq vaxtı o, Pərvizin anasının xahişi ilə ərizə yazaraq dəymiş zərərin bir qisminin ödənildiyini və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Çünki anası evini satıb zərəri ödəyəcəyini bildirmişdir. Pərviz həbsdən çıxdıqdan sonra onunla görüşmüş və evi satdıqdan sonra pulunu ödəyəcəyini vəd etmişdir. Lakin sonra Pərvizdən bir xəbər ala bilməmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 valideyni X7 tərəfindən ona dəymiş ziyandan 2000 manat ödənildiyini, qalan pulun da ödənilməsini tələb etdiyini, lakin Təqsirləndirilən şəxs1 ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuşdur. Belə ki, Elmir Kanada Respublikasına özü və arvadı üçün iş vizası düzəltdirdiyini, bunun üçün bir nəfər şəxslə tanış olduğunu bildirmişdir. O da həmin vaxt Kanada Respublikasına getmək istəmiş və Elmirlə birlikdə Təqsirləndirilən şəxs1 ilə görüşüb, söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 Kanadaya, o cümlədən Avropa ölkələrinə iş vizası düzəltdiyini, orada yaxşı maaşda olan işdə işləyəcəyini, bunun üçün 7000 ABŞ dolları pul verilməli olduğunu demişdir. O da razılaşmış və Təqsirləndirilən şəxs1 Kanada Respublikasına iş vizası düzəltməsini bildirmişdir. Görüşlərindən bir neçə gün sonra, yəni 2024-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs1 ilə ünvan 3 ünvanında yerləşən "Adress" adlı restoranda görüşmüşlər və o, sonuncuya 7000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs1 2 ay ərzində iş vizasının düzələcəyinə vəd vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə mobil telefonla bir neçə dəfə danışmışlar. Təqsirləndirilən şəxs1 hər dəfə tez bir zamanda sənədlərinin və vizanın düzələcəyini demişdir. Lakin 2023-cü ilin mart ayının sonlarında artıq Təqsirləndirilən şəxs1 ilə əlaqə yarada bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hər dəfə zəng vurduqda sonuncu zənglərə cavab verməmişdir. Bununla bağlı qohumu Zərərçəkmiş şəxs1lə danışdıqda, sonuncu özünün də Pərvizlə əlaqə yarada bilmədiyini, Pərvizlə görüşdükdə ona məlumat verəcəyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs1 ayrı-ayrı şəxsləri aldadıb viza düzəldəcəyinə dair vəd verib pullarını ələ keçirməsi barədə öyrənmiş və tutulmasını eşitmişdir. Buna görə də Nəsimi RPİ-yə gəlib ərizə ilə müraciət etmişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 valideyni X7 tərəfindən ona dəymiş ziyandan 2000 manat ödənildiyini, qalan pulun da ödənilməsini tələb etdiyini, lakin Təqsirləndirilən şəxs1 ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində “interedu.az” səhifəsi qarşısına çıxmış, həmin səhifədə təhsil və kanadaya iş vizasının düzəlməsi ilə bağlı reklama rast gəlmişdir. O, dərhal həmin səhifədə qeyd edilən nömrə ilə əlaqə saxlamış, həmin şəxs adının Emin olduğunu bidirmişdir. Ona bir az məlumat verdikdən sonra onların Bakı şəhəri, Xətai rayonunda yerləşən, “X18”dəki ofisinə getmişdir. Ofisdə özünü Telman kimi təqdim edən şəxs onu qarşılamış və Kanada Respublikasına getməyin şərtlərini açıqlamışdır. O, Telmana yoldaşı ilə bərabər getmək istədiyini bildirdikdə Telman bunun üçün 9000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, ilk öncə 4000 ABŞ dolları verə biləcəyini bildirmiş və daha sonra qalan pulu verəcəyinə razılaşmışdır. Həmin şəxs ona Kanadaya işçi vizası düzəldəcəyini bildirmişdir. Bu vizanın 3 ay ərzində həll olunacağını qeyd etmişdir. Bundan sonra onlar həmin ofisdə təxminən 2 dəfə görüşmüşlər. O, ikinci görüşdə 2022-ci ilin noyabr ayının ortalarında 4000 ABŞ dolları pulu Telmana Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 25 ünvanında yerləşən «X18» binasının 7-ci mərtəbəsində yerləşən ofisdə verəndə sənədləri istədikdə Telmanın əslində Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda əsil adının Pərviz olsa da hamının ona atasının adı olan Telman dediyi üçün hamıya Telman olaraq adını bildirdiyini söyləmişdir. Bundan sonra onlara sənədlər təqdim edərək onların xəstəxanalarda müayinələrdən keçməli olduqlarını bildirmişdir. O və arvadı Naqrebetskaya Kristina ilk öncə Neftçilər xəstəxanasında yoxlanılmağa getmişlər, həmin zaman Pərviz də orada olmuş və onlarla bərabər getmişdir. Daha sonra Türk-American klinikasında yoxlanılmışlar. O, ofisdə olan zaman başqa şəxslərin də viza uçün müraciət etdiyini görmüşdür. Həmin şəxslərdən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 sənədlərini görmüşdür. Pulu ödədikdən 5 ay keçməsinə baxmayaraq vizanın alınmadığı üçün o, teztez Pərvizə yığıb soruşmuşdur. Çünki ona 3 aya vizanın həll olunacağını bildirsə də, 5 ay keçmişdir. 2023-cü ilin mart ayında Pərvizə yığan zaman Pərviz işin həll olunmadığı üçün pulu geri qaytaracağını bildirmişdir. O, bununla bağlı DİN-nin 102 xidmətinə və Xətai Rayon Polis idarəsinə müraciət edərkən ona Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 da şikayət ərizəsi olduğunu bildirmişlər. Onlar telefon vasitəsi ilə tez-tez əlaqə saxlamışlar. Daha sonra Pərvizin Türkiyə Respublikasına qaçdığını bildirmişlər. Sonradan onlar Telmanın Təqsirləndirilən şəxs1 olduğunu və həbs edildiyini öyrənmişlər. Şikayət etdikdən təxminən bir ay sonra ona dəymiş ziyan tam ödənilmişdir. Daha sonra ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında dostu Zərərçəkmiş şəxs5 ona zəng vuraraq «İnstagram» sosial şəbəkəsində «interedu.az» səhifəsinin qarşısına çıxdığını, həmin səhifədə təhsil və Kanadaya iş vizasının düzəldilməsi ilə bağlı qeydlər aparıldığını bildirmişdir. Daha sonra o da həmin səhifəyə baxmış və Rasimin dediklərinin həqiqi olduğunu öyrənmişdir. Bundan sonra Rasimlə görüşmüşlər və həmin səhifədə qeyd edilən nömrə ilə əlaqə saxlamışlar, zəngə cavab verən şəxs ofislərinin Bakı şəhəri, Xətai rayonu, «X17»in 7-ci mərtəbəsində yerləşdiyini bildirmişdir. O və Zərərçəkmiş şəxs5 ofisə getmişlər, orada özünü Telman kimi təqdim edən şəxs və Emin adlı şəxs onları qarşılamışlar. Emin və Telman onlara Kanadaya viza alınması ilə bağlı şərtləri və ödəməli olduqları məbləği açıqlamışlar. Pərvizin bildirdiyinə görə onlar ümumilikdə adambaşına 5000 ABŞ dolları pul verməli idilər, həmin pulun yarısını əvvəlcə, qalanını isə viza alınandan sonra verəcəkdilər, onlar da razılaşmışlar. Rasim və o, 2500 ABŞ dolları olmaqla ümumilikdə 5000 ABŞ dolları pulu 04 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu «X17»in 7-ci mərtəbəsində yerləşən ofisdə özünü onlara Telman kimi təqdim edən şəxsə vermişlər. Orada olarkən Telman adlı şəxs əgər viza işi alınmazsa pullarını geri qaytaracağına söz vermişdir. Həmçinin vizanın 3 ay ərzində həll olunacağını bildirmişdir. Daha sonra onlar oradan uzaqlaşmışlar. Həmin zamanlarda Elvin adlı şəxsin də onlar kimi Kanadaya viza düzəltmək adı ilə Pərvizə pul verdiyini bilmişlər və tanışlıqları oradan yaranmışdır. 2023-cü ilin mart ayında onlar viza barədə məlumat olmadığı üçün Telmanla əlaqə saxlamışlar, lakin sonuncunun telefonu ya sönülü olmuş, ya da zənglərinə cavab verməmişdir. Bundan sonra onlar Telmanla əlaqə saxlaya bilmədikləri üçün DİN-nin 102 xidmətinə məlumat vermişlər. Sonradan onlar Telmanın Təqsirləndirilən şəxs1 olduğunu və həbs edildiyini öyrənmişlər. O, 2500 ABŞ dolları pulu Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «X18» binasının 7-ci mərtəbəsində yerləşən ofisdə 04 noyabr 2022-ci il tarixdə dostu Rasimin iştirakı ilə vermişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini «İnstagram» sosial şəbəkəsindən götürmüş və sonuncu ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «X18» binasının 7-ci mərtəbəsindəki ofisdə görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 Kanada Respublikasına iş vizası düzəltdiyini, Kanada Respublikasına gedib aylıq 6000 manat əmək haqqı olan işdə işləyəcəyini bildirmiş, bunun üçün 7000 ABŞ dolları pul ödəməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 özünü iş adamı kimi aparmış və rahatlıqla danışması, həmçinin müvafiq sənədləri göstərməsi onda Pərvizə qarşı inam yaratmış və o da razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs1 7000 ABŞ dolları pulunun olmadığını, 6000 manat pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 də razılaşmışdır. Bundan sonra 2023-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində görüşüb 6000 manat pulu sonuncuya vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pərviz 2 ay ərzində sənədlərinin və vizanın hazır olacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə mobil telefonla bir neçə dəfə danışmışlar. Təqsirləndirilən şəxs1 hər dəfə tez bir zamanda sənədlərinin və vizanın düzələcəyini demişdir. Lakin 2023-cü ilin mart ayının sonlarında artıq Təqsirləndirilən şəxs1 ilə əlaqə yarada bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hər dəfə zəng vurduqda sonuncu zənglərə cavab verməmişdir. Sonradan Təqsirləndirilən şəxs1 ayrı-ayrı şəxsləri aldadıb viza düzəldəcəyinə dair vəd verib pullarını ələ keçirməsi barədə öyrənmiş və tutulmasını eşitmişdir. Buna görə də Nəsimi RPİ-nə gedib ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs1 Kanada Respublikasına iş vizası düzəldəcəyi ilə bağlı 6000 manat pulu 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində vermişdir. Lakin tarixi dəqiq xatırlamır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, onun ailəsi hal-hazırda Almaniya Federativ Respublikasında yaşayır. O da öz ailəsi ilə bərabər Avropa ölkələrinin birinə gedib yaşamağı istəmişdir. Bunu dostlarına, ətrafına demişdir. Bu ilin fevral ayının əvvəllərində Elmir adlı şəxsin xarici ölkələrə viza düzəltdirilməsinə köməklik etdiyini bilmiş, həmin xarici ölkənin Kanada Respublikası olduğunu bilmişdir. O da Elmirin nömrəsini taparaq sonuncu ilə əlaqə saxlamışdır. Elmir ona özünün bu işlə məşğul olmadığını, lakin özünün də Kanada Respublikasına getmək üçün iş vizası düzəldilməsi ilə bağlı Telman adlı şəxsə pul verdiyini, əgər istəyirsə həmin şəxslə danışıb ona məlumat verə biləcəyini demişdir. O da razılaşmış və sonradan Elmir onunla əlaqə saxlayıb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «X18» binasının 7-ci mərtəbəsində yerləşən ofisə çağırmışdır. O da həmin ofisə getmiş, orada Telman adlı şəxslə tanış olmuşdur. Telman ona Kanada Respublikasına viza düzəltməyin yollarını izah etmiş, o da ilk öncə razılaşmamış, lakin sonradan razılaşmışdır. Daha sonra Telmandan viza almaq üçün verməli olduğu pulu soruşduqda, Telman ona adambaşına 7000 ABŞ dolları olduğunu bildirmişdir. Orada o, beh kimi Telman adlı şəxsə 500 manat pul vermişdir. Bu 09 fevral 2023-cü il tarixdə baş vermişdir. Sonradan o, Beynəlxaq bankdan 11000 manat pul kredit götürmüş və 2023-cü ilin fevral ayının ortalarında 10000 manat pulu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “X18” binasının 7-ci mərtəbəsində yerləşən ofisdə Telman adlı şəxsə vermişdir. Bundan sonra fevral ayının sonları həmin ofisdə Telman adlı şəxsə 1400 manat da pul vermişdir. Pul verdikdən təxminən 1 ay keçməsinə baxmayaraq onunla heç kim əlaqə saxlamadığı üçün Elmirlə əlaqə saxlamışdır. Elmir Telmanla danışıb ona məlumat verəcəyini demişdir. Lakin sonradan Telman adlı şəxsin əslində Təqsirləndirilən şəxs1 olmasını, həmçinin Təqsirləndirilən şəxs1 qaçdığını öyrənmişdir. xx.xx.2023-cü il tarixdə isə Elmir onunla əlaqə saxlayaraq Telmanın, yəni Pərvizin tutulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə müvafiq əmrlə "Qırmızı Körpü” sərhəd nəzarət şöbəsinə nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixdən vəzifələrinin icrasına başlamışdır. Azərbaycan Respublikası vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Türkiyə Respublikası vətəndaşı xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. 17 sentyabr 2023-cü il tarixdən uzun müddət keçdiyindən və hər xidmətdə olduğu müddət ərzində sərhəd nəzarətindən çoxlu sayda yük nəqliyyat vasitələri hərəkət etdiyindən qeyd olunan hadisəni xatırlamır. Ümumiyyətlə onu qeyd etmək istərdi ki, xidmətdə olarkən yük nəqliyyat vasitələrinin kabinələrinin və digər hissələrinin, plombların, möhürlərin, bağlayıcı qurğuların və digərlərinin bütövlüyünün və etibarlılığının, o cümlədən yük bölmələrinin bütövlüyünün (tentlərin, trosların və s.) yoxlanılması təmin edilmiş, baxış quyusudan və körpüsündən, o cümlədən digər xüsusi texniki vasitələrdən istifadə olunaraq hərtərəfli şəkildə yoxlama gömrük xidməti əməkdaşları ilə birlikdə qarşılıqlı surətdə həyata keçirilmişdir. Həmin tarixdə və vaxtda da tərəfindən, o cümlədən gömrük xidməti əməkdaşları tərəfindən də heç bir şübhəli hal aşkar edilmədiyinə görə konkret olaraq həmin hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən X11 Hava Limanı SNŞdə nəzarətçi vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 09:00-dan xx.xx.2024-cü il saat 20:00-dək X11 Hava Limanı SNŞ-də 1 №-li Terminalda “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 16 radələrində R-0340 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 təqdim etdiyi AA0278113 nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini rəsmiləşdirən zaman "sərhədkeçmə əlaqələrinin pozuntusu”nun olmasını aşkar edib, bu barədə “növbə rəisi” naryadında olan mayor Şahid4 məruzə etmişdir. Şahid4 dərhal ona yaxınlaşaraq Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin qayıdış şəhadətnaməsini yoxladığı zaman “sərhədkeçmə əlaqələrinin pozuntusu”nun olmasını, yəni İAMAS-da tapılmaması barədə aidiyyəti üzrə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə X11 Hava Limanı SNŞ-də saxlanılaraq müvafiq sənədləşdirmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Qeyd olunan şəxs saxlanılan zaman hansısa bir tabesizlik göstərməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,318.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (cild İ, i.v.1); - “İnzibati qaydada tutma” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur (cild İ, i.v.6); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.36); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İ, i.v.67); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2in xəbəri olmadan gizlin şəkildə onun idarə etdiyi **-DN-*** nömrəli yük maşınının qoşqusuna girmiş, ifadə verərkən həyəcanlı olduğu üçün səhvən Təqsirləndirilən şəxs2lə 1000 ABŞ dolları müqabilində razılaşıb onun köməkliyi ilə keçdiyini bildirdiyini qeyd etmişdir (cild İİ, i.v.135-138); - “Cinayət işinin birləşdirilməsi və cinayət təqibinin bir icraatda aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət təqibinin bir icraatda aparılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (cild İ, i.v.163-164); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 318.1 və 32.5,318.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında aparılmışdır (cild İ, i.v.168-170); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.56); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında aparılmış və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild İ, i.v.187-188); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.190); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında aparılmışdır (cild İ, i.v.234-235); - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.237); - “Baxış olunması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Verdiyev X5 iş vizası düzəltməsi üçün Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Adress” adlı restoranda 3000 ABŞ dolları pul vermişdir. Hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə edilmişdir (cild İ, i.v.246-248); - “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.270); - “Cinayət işi üzrə cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild İ, i.v.317); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmişdir (cild İİ, i.v.1-2); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-186/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.27); - “Vəsatətin müdafiə olunmasından imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddətinin uzadılması ilə bağlı vəsatətin müdafiə olunmasından imtina edilmişdir (cild İİ, i.v.56-57); - Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından azad olunmuşdur (cild İİ, i.v.58); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.59-60); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İİ, i.v.65-66); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir (cild İİ, i.v.69); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v.70-71); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerindən azad edilmişdir (cild İİ, i.v.73-74); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İİ, i.v.79-80); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v.84-85); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-30/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 01 ay 15 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan hesablanması qərara alınmışdır (cild İİ, i.v.93-98); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır (cild İİ, i.v.99-100); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cild İİ, i.v.102-103); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-473/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 sentyabr 2024-cü il tarixədək uzadılmışdır (cild İİ, i.v.121-125); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-524/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay, yəni 20 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (cild İİ, i.v.155-160); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-573/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 318.1 və 32.5,318.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni 20 noyabr 2024cü il tarixədək uzadılmışdır (cild İİ, i.v.182-187); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,318.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild İİ, i.v.200); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v.212-215); - “Təqsirləndirilən şəxsə yenidən ittiham ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir (cild İİİ, i.v.27-29); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-649/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 10 dekabr 2024-cü il tarixədək uzadılmışdır (cild İİİ, i.v.120-125); - “Cinayət işi üzrə ittiham aktının təsdiq edilmədən əlavə istintaqa qaytarılması barədə” Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə tərtib olunmuş ittiham aktı təsdiq edilməmiş və cinayət işi əlavə istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmışdır (cild İİİ, i.v.129-131); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 318.1 və 32.5, 318.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Süleyman Qəşəmli tərəfindən icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (cild İİİ, i.v.132-134); - “İbtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 318.1 və 32.5,318.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır (cild İİİ, i.v.147-149); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-700/2024 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 yanvar 2025-ci il tarixədək uzadılmışdır (cild İİİ, i.v.158-162); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd qəhvəyi rəngli pul qabı, 01 ədəd “Samsung Gaiaxy A32” markalı mobil telefon, 01 ədəd “Redmı 12" markalı mobil telefon, 01 ədəd 5313-8940-4177-4040 nömrəli “Papara” plastik bank kartı, “Kapital Bank”ın 4169-7388-6001-7197 nömrəli plastik bank kartı, 02 ədəd xırda ölçülü ağ rəngli qaşlar aşkar olunaraq götürülmüşdür (cild İ, i.v.41-44); - “Şəxsin fotoşəkil üzrə tanınması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tanınma üçün təqdim edilən 4 (dörd) ədəd fotoşəkilləri nəzərdən keçirib, «Mənə təqdim edilən fotoşəkillərin arasında mən “3” nömrəli rəqəmin altında olan fotoşəkildə əks olunmuş Təqsirləndirilən şəxs2 adlı Türkiyə Respublikasının vətəndaşını tanıdım. Mənim istintaqa verdiyim ifadəmdə adını Təqsirləndirilən şəxs2 kimi qeyd etdiyim şəxs məhz “3” nömrəli rəqəmin altında olan fotoşəkildə əks olunmuş Təqsirləndirilən şəxs2 adlı şəxsdir» bildirmişdir (cild İ, 82-83); - “Telefona baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxış keçirilən mobil telefon “Redmi 12" markalı, smartfon tipli, qara rəngli, sensor ekranlı olmaqla, telefonun uzunluğu 167 mm, eni 75 mm, qalınlığı isə 7 mm-dir. Ön üzlüyü qara rəngli olmaqla, telefonun ön hissəsində yuxarıda diametri 3 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun sağ hissəsinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır. Telefonun arxa yuxarı sol tərəfində diametrləri müvafiq olaraq 15 mm, 15 mm və 10 mm olan 3 ədəd arxa çəkim kameraları vardır. Diametri 10 mm olan arxa çəkim kamerasından 5 mm yuxarıda yerləşən işıqlandırıcı vardır. Ekranı aşağıdan yuxarı sürüşdürdükdə kilidin açılması üçün kilid açma nümunəsi - şifrə (888896) tələb edilmişdir. Nəticədə telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda müxtəlif növdə tətbiqi proqramlar vardır, Həmin proqramların içərisində “Whatsapp” ani mesajiaşma tətbiqində Təqsirləndirilən şəxs1 istifadəsində olan +90-***-***-**-** nömrəsi ilə Ahrnet Özberkin istifadəsində olan +90-***-***-**-** nömrələri arasında əks olunmuş yazışmalar, habelə səsyazmalar aşağıdakı kimidir: - 24.04.2024 saat 16:13 - Təqsirləndirilən şəxs1: “X15” - Mətnin tərcüməsi: “Salam aleykum, qardaş" - 24.04.2024 saat 16:13 - Təqsirləndirilən şəxs1: “Nasılsın” - Mətnin tərcüməsi: “Necəsən” - 24.04.2024 saat 16:14 - Ahrnet Özberk: “İyidir” - Mətnin tərcüməsi: “Yaxşılıqdır” - 24.04.2024 saat 16:14 - Ahrnet Özberk: “Tanımadım numara cikmadi” - Mətnin tərcüməsi: “Tanımadım, nömrə çıxmadı” - 24.04.2024 saat 16:14 - Təqsirləndirilən şəxs1 17 saniyəlik səsyazma mətni: “Abi benım benim Perviz. Napıyorsun, ne var, ne yok? İyimisin? Sana olan borcumu ödeme zamanı geldi inşallah. Bır de benlm geri gitmem lazım. Aynı şekilde.” - Mətnin tərcüməsi: “Qardaş, mənəm, mənəm Pərvizdir. Nə edirsən, nə var nə yox? Yaxşısanmı? Sənə olan borcumu ödəməyin vaxtı gəldi inşallah. Bir də ki, mənim geri qayıtmağım lazımçdır. Eyni qaydada” - 24.04.2024 saat 16:15 - Təqsirləndirilən şəxs2: “Kısmet” - Mətnin tərcüməsi: “Qismət” - 24.04.2024 saat 16:16 - Təqsirləndirilən şəxs2: “Ama ben hiç kime güvenmiyorum senden sonra" - Mətnin tərcüməsi: “Amma mən heç kimə etibar etmirəm səndən sonra” - 24.04.2024 saat 16:17 - Təqsirləndirilən şəxs1 17 saniyəlik səsyazma mətni: “Abi vallah seni çok özlüyorum. Ben sana anlatacam. Yemin ederim. Sen biliyorsun, ailedensin. Ne zaman gidiyorsun o tarafa, Azerbaycan tarafa?”. - Mətnin tərcüməsi: “Qardaş, vallah sənsiz çox darıxıram. Mən sənə izah edəcəyəm. And içirəm. Sən bilirsən ki, ailədənsən. Nə vaxt gedirsən o tərəfə, Azərbaycan tərəfə?" - 24.04.2024 saat 16:22 - Təqsirləndirilən şəxs2: “Ben o işleri biraktim tövbe ettim" - Mətnin tərcüməsi: “Mən o işləri tərgitdim, tövbə elədim” - 24.04.2024 saat 16:22 - Təqsirləndirilən şəxs1 8 saniyəlik səsyazma mətni: “Abi, yap bi abilik. Dönek. Döndür beni geri.” - Mətnin tərcüməsi: “Qardaş, qardaşlıq et. Qayıdaq. Qaytar məni geri.” - 24.04.2024 saat 16:22 - Təqsirləndirilən şəxs1 7 saniyəlik səsyazma mətni: “Nedir, burda hall edicem. Direk burda hall ediceğiz. Nereye desen oraya gelirim. Nebiliğim, Karsa da gelirim.” - Mətnin tərcüməsi: “Nədirsə burda həll edəcəyəm. Birbaşa burda həll edəciyik. Hara desən ora gələ bilərəm. Nəbilim, lap Karsa da gələrəm” - 24.04.2024 saat 16:45 - Təqsirləndirilən şəxs2: "Senin işin benle olmaz” - Mətnin tərcüməsi: “Sənin mənimlə işin olmaz” - 02.05.2024 saat 19:13 - Təqsirləndirilən şəxs2: “Gittinmi az ye” - Mətnin tərcüməsi: "Getmisənmi az ye” - 02.05.2024 saat 19:36 - Təqsirləndirilən şəxs1 8 saniyəlik səsyazma mətni: “Selam aleyküm abi. Götürmedin ki, gideğim. Gidip gelecekdim seninle. Gidecekdim 3-4 gün işim vardı, tekrar geri gelecekdim.” - Mətnin tərcüməsi: “Salam qardaş. Aparmadın ki, gedə bilim. Gedib gələcəkdim səninlə. Gedəcəkdim 3-4 gün ərzində işim var idi, sonra təkrar geri gələcəkdim.” - 02.05.2024 saat 19:38 - Təqsirləndirilən şəxs2: “Gideceksen gömrük sistemleri denisiyor haberin olsun geç kalma” - Mətnin tərcüməsi: “Gedəcəksənsə gömrük sistemleri dəyişir, xəbərin olsun, gecikmə” - 02.05.2024 saat 19:40 - Təqsirləndirilən şəxs2: “İstersen arkadaşlar var” - Mətnin tərcüməsi: “İstəyirsənsə dostlar var” - 02.05.2024 saat 20:43 - Təqsirləndirilən şəxs1: “Ben seninle istiyorum" - Mətnin tərcüməsi: “Mən səninlə istəyirəm” - 02.05.2024 saat 20:43 - Təqsirləndirilən şəxs1: “Gidib gelecem ama”. - Mətnin tərcüməsi: “Gedib gələcəyəm amma” Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən yazışmaların ona aid hissədə müvafiq olaraq şəxsən özü tərəfindən icra edildiyini bildirmişdir (cild İ, i.v.89-95); - “Telefona baxış keçirilməsi haqqında” 22 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki baxış keçirilən mobil telefon “Samsung Galaxy A32" markalı, smartfon tipli, açıq-mavi rəngli, sensor ekranlı olmaqla, telefonun uzunluğu 157 mm, eni 72 mm, qalınlığı isə 8 mmdir. Ön üzlüyü qara rəngli olmaqla, telefonun ön hissəsində yuxarıda diametri 3 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun sağ hissəsinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır. Telefonun arxa yuxarı sol tərəfində altbaalt şəkildə olan diametrləri 10 mm olan 3 ədəd və 1 ədəd diametri 7 mm olan, ümumilikdə 4 ədəd arxa çəkim kameraları vardır. Diametri 7 mm olan arxa çəkim kamerasından 6 mm aşağıda yerləşən işıqlandırıcı vardır. Ekranı aşağıdan yuxarı sürüşdürdükdə kilidin açılması üçün kilid açma nümunəsi - şıfrə (888896) tələb edilmişdir. Nəticədə telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda qalereya bölməsinə daxil olduqda müxtəlif fotoşəkil və videogörüntülər müəyyən edilmişdir. Həmin fotoşəkil və videogörüntülərin içərisindən xx.xx.2023-cü il tarixdə, saat 07:53-də qeydə alınmış 8 saniyədən ibarət videogörüntüdən görünür ki, bir kolon şəklində düzülmüş yük nəqliyyat vasitələrinin video müşahidəsi aparılmışdır. Videogörüntünün 2-ci saniyəsində həmin yük maşınlarından qoşqusunun üzərində “SHERAZ”, ön hissəsində “HASANOĞLU” yazıları olan, Türkiyə Respublikasına məxsus **-DN-*** qeydiyyat nişanlı ağ rəngli yük maşını müəyyən edilmişdir. Həmin fotoşəkil və videogörüntülərin içərisindən xx.xx.2023-cü il tarixdə, saat 08:16-da qeydə alınmış 18 saniyədən ibarət videogörüntüdən görünür ki, nəqliyyat vasitəsi idarə olunarkən sükan arxasında əyləşən naməlum şəxs tərəfindən nəqliyyat vasitəsinin ön şüşəsindən irəlilədiyi avtomobil yolunun video müşahidəsi aparılmış, daha sonra kamera sağ tərəfə yönləndirilərək sağ oturacaq qeydə alınmış, lakin sağ oturacaqda heç bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs1 həmin videoların onun şəxsən özü tərəfindən çəkildiyini bildirmişdir. Telefonun zəng tarixçəsinə, həmçinin telefonun mesaj bölməsinə baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı yazışma aşkar edilməmişdir. Telefondakı digər proqramlara daxil olduqda orada iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild İ, i.v.96); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi 12” markalı, “Samsung Galaxy A32” markalı mobil telefonlar 22 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır (cild İ, i.v.97); - “Telefona baxış keçirilməsi haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, baxış keçirilən mobil telefon “Redmi A3” markalı, smartfon tipli, sensor ekranlı olmaqla, telefonun uzunluğu 166 mm, eni 75 mm, qalınlığı isə 7 mm-dir. Ön üzlüyü qara rəngli olmaqla, telefonun ön hissəsində yuxarıda diametri 3 mm ölçüdə olan 1 ədəd kiçik ön kamera mövcuddur. Telefonun sağ hissəsinin yan tərəfində müxtəlif funksiyalı düyməciklər vardır Telefonun arxa yuxarı tərəfində diametri 53 mm ölçüdə dairəvi qabarit olmaqla həmin qabaritin üzərində diametri 20 mm olan arxa çəkim kamerası vardır. Telefonun sağ kənarındakı düyməni sıxdıqda telefonun ana menyusu ekranda görünmüşdür. Menyuda müxtəlif növdə mobil tətbiq proqramları vardır. Həmin proqramların içərisində əsasən tətbiqi proqramlardan olan "Whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs2in istifadəsində olan +90-***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +90-***-***-**-** nömrələri arasında əks olunmuş yazışmalar, habelə səsyazmalar aşağıdakı kimidir: - 24.04.2024 saat 16:13 - Təqsirləndirilən şəxs1: “X15" - Mətnin tərcüməsi: “Salam aleykum, qardaş” - 24.04.2024 saat 16:13 - Təqsirləndirilən şəxs1: “Nasılsın” - Mətnin tərcüməsi: "Necəsən” - 24.04.2024 saat 16:14 - Təqsirləndirilən şəxs2: “İyidir” - Mətnin tərcüməsi: “Yaxşılıqdır” - 24.04.2024 saat 16:14 - Təqsirləndirilən şəxs2: “Tanımadım numara cikmadi” - Mətnin tərcüməsi: “Tanımadım, nömrə çıxmadı” - 24.04.2024 saat 16:14 - Təqsirləndirilən şəxs1 17 saniyəlik səsyazma mətni: “Abi benim benim Perviz. Napıyorsun, ne var, ne yok? İyimisin? Sana olan borcumu ödeme zamanı geldi inşallah. Bir de benim geri gitmem lazım. Aynı şekilde." - Mətnin tərcüməsi: “Qardaş, mənəm, mənəm Pərvizdir. Nə edirsən, nə var nə yox? Yaxşısanmı? Sənə olan borcumu ödəməyin vaxtı gəldi inşallah. Bir də ki, mənim geri qayıtmağım lazımdır. Eyni qaydada” - 24.04.2024 saat 16:15 - Təqsirləndirilən şəxs2: “Kısmet” - Mətnin tərcüməsi: "Qismət” - 24.04.2024 saat 16:16 - Təqsirləndirilən şəxs2: “Ama ben hiç kime güvenmiyorum senden sonra” - Mətnin tərcüməsi: “Amma mən heç kimə etibar etmirəm səndən sonra” - 24.04.2024 saat 16:17 - Təqsirləndirilən şəxs1 17 saniyəlik səsyazma mətni: “Abi vallah seni çok özlüyorurn. Ben sana anlatacam. Yemin ederim. Sen biliyorsun, ailedensin. Nə zaman gidiyorsun o tarafa, Azerbaycan tarafa”. - Mətnin tərcüməsi: “Qardaş, vallah sənsiz çox darıxıram. Mən sənə izah edəcəyəm. And içirəm. Sən bilirsən ki, ailədənsən. Nə vaxt gedirsən o tərəfə, Azərbaycan tərəfə?" - 24.04.İ2024 saat 16:22 - Təqsirləndirilən şəxs2: “Ben o işleri biraktim tövbe ettim” - Mətnin tərcüməsi: “Mən o işləri tərgitdim, tövbə elədim” - 24.04.2024 saat 16:22 - Təqsirləndirilən şəxs1 8 saniyəlik səsyazma mətni: “Abi, yap bi abilik. Dönek. Döndür beni geri.” - Mətnin tərcüməsi: "Qardaş, qardaşlıq et. Qayıdaq. Qaytar məni geri." - 24.04.2024 saat 16:22 - Təqsirləndirilən şəxs1 7 saniyəlik səsyazma mətni: “Nedir, burda hall edicem. Direk burda hall ediceğiz. Nereye desen oraya gelirim. Nebiliğim, Karsa da gelirim.” - Mətnin tərcüməsi: "Nədirsə burda həll edəcəyəm. Birbaşa burda həll edəciyik. Hara desən ora gələ bilərəm. Nəbilim, lap Karsa da gələrəm” - - 24.04.2024 saat 16:45 - Təqsirləndirilən şəxs2: “Senin işin benle olmaz” - Mətnin tərcüməsi: “Sənin mənimlə işin olmaz” - 24.40.2024 saat 19:13- Təqsirləndirilən şəxs2: “Gittinmi az ye" - Mətnin tərcüməsi: “Getmisənmi az ye” - 24.04.2024 saat 19:36 - Təqsirləndirilən şəxs1 8 saniyəlik səsyazma mətni: "Selarn aleyküm abi. Götürmedin ki, gideğim. Gidip gelecekdim seninle. Gidecekdim 3-4 gün işim vardı, tekrar geri gelecekdim.” - Mətnin tərcüməsi: “Salam qardaş. Aparmadın ki, gedə bilim. Gedib gələcəkdim səninlə. Gedəcəkdim 3-4 gün ərzində işim var idi, sonra təkrar geri gələcəkdim.” - 24.04.2024 saat 19:38 - Təqsirləndirilən şəxs2: “Gideceksen gümrük sistemleri denisiyor haberin olsun geç kalma” - Mətnin tərcüməsi: “Gedəcəksənsə gömrük sistemleri deyişir, xəbərin olsun, gecikmə" - 24.04.2024 saat 19:40 - Təqsirləndirilən şəxs2: “İstersen arkadaşlar var” - Mətnin tərcüməsi: "İstəyirsənsə dostlar var” - 24.04.2024 saat 20:43 - Təqsirləndirilən şəxs1: “Ben seninle istiyorum" Mətnin tərcüməsi: “Mən səninlə istəyirəm” - 24.04.2024 saat 20:43 - Təqsirləndirilən şəxs1: “Gidib gelecem ama”. Mətnin tərcüməsi: “Gedib gələcəyəm amma” Baxış iştirakçısı Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən yazışmaların ona aid hissədə müvafiq oiaraq şəxsən özü tərəfindən icra edildiyini bildirmişdir (cild İ, i.v.119-126); - xx.xx.2023-cü il tarixli “Kanada, Polşa, X16”ndən görünür ki, müştəri qismində Verdiyev Elnur ilə müdir qismində İsmayılzadə Telman arasında Kanada, Polşa, Litva vizası üçün tələb olunan ödəniş şərtləri ilə bağlı müqavilə bağlanmışdır (cild İİ, i.v.12); - 27 yanvar 2023-cü il tarixli 009 nömrəli “Labor contract” müqaviləsindən görünür ki, işəgötürən "xxxx" ASC-nin direktoru Marius Matelis ilə işçi Zərərçəkmiş şəxs1 arasında əmək müqaviləsi tərtib olunmuşdur (cild İİ, i.v.14-16); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli, 6/403-9/6471 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd sərbəst qaş qiymətli qaşlara aiddir-brilyantdır. Qaşların hər birinin ölçüsü 0,100 ct-dir. Keyfiyyət 4/4-dir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən 02 ədəd hər birinin ümumi ölçüsü 0,100 ct olan brilyant qaşların göstəriciləri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 180,00 (2x90 man) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir (cild İİ, i.v.127-130); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi 12” markalı, “Samsung Galaxy A32” markalı mobil telefonların 22 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs2ə məxsus “Redmi A3” markalı mobil telefon və cinayət işi materiallarında olan 02 ədəd müqavilə maddi sübut kimi tanınmış, “Redmi A3” markalı mobil telefonun Təqsirləndirilən şəxs2e qaytarılması, “Redmi 12” markalı, “Samsung Galaxy A32” markalı mobil telefonların və 02 ədəd müqavilənin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, iş üzrə maddi sübut olmayan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş brilliant daşlar gələcəkdə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild İİİ, i.v.1-25); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi 12” markalı, “Samsung Galaxy A32” markalı mobil telefonların 22 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs2ə məxsus “Redmi A3” markalı mobil telefon və cinayət işi materiallarında olan 02 ədəd müqavilənin 14 noyabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınması, “Redmi A3” markalı mobil telefonun Təqsirləndirilən şəxs2e qaytarılması, “Redmi 12” markalı, “Samsung Galaxy A32” markalı mobil telefonların və 02 ədəd müqavilənin isə cinayət işi materiallarında saxlanılması, iş üzrə maddi sübut olmayan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş brilliant daşlar gələcəkdə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır (cild İİİ, i.v.162-192); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci ildə cəriməni tam ödəmişdir (cild İİ, i.v.28-29); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild İİ, i.v.255); - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 23.800 manatdan (14.000 ABŞ dolları) Təqsirləndirilən şəxs1 valideyni X7 tərəfindən 2000 manat ödənilmiş, qalan məbləği Təqsirləndirilən şəxs1 azadlığa çıxdıqdan sonra ödəyəcəyini valideyni də təsdiq edir, onlarla barışmışdır; - Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 11.900 manatdan (7.000 ABŞ dolları) Təqsirləndirilən şəxs1 valideyni X7 tərəfindən 2000 manat ödənilmiş, qalan məbləği Təqsirləndirilən şəxs1 azadlığa çıxdıqdan sonra ödəyəcəyini valideyni də təsdiq edir, onlarla barışmışdır; - Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur; - AZ-İV № 988232 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixində ölkə sərhədindən çıxmış, lakin giriş etməmişdir; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs9 xx.xx.2024-cü il tarixində ölkə sərhədindən çıxmış, lakin giriş etməmişdir; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixində ölkə sərhədindən çıxmış, lakin giriş etməmişdir; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş sərhədkeçmə məlumatlarına dair çıxarışdan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixində ölkə sərhədindən çıxmış, lakin giriş etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyət yaradır. Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar; 32.5ci maddəsinə əsasən isə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni Təqsirləndirilən şəxs1 qanunsuz olaraq dövlət sərhədini keçməkdə kömək etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs2 bu ifadəsi iş materialları, Təqsirləndirilən şəxs1 ilə apardığı yazışmalar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək peşman olmasını, beş nəfər zərər çəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın bir qismini ödəməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini etiraf edərək peşman olmasını, beş nəfər zərər çəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın bir qismini ödəməsini və himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalı, həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İsmayılzadə Pərvı̇ z Telman oğlunun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 03 (üç) ay və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) ay 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 32.5, 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Daha ağır cəzanın tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Türkiyə Respublikası vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 52.2.6-cı maddəsinə əsasən himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi 12” markalı və 01 (bir) ədəd “Samsung Galaxy A32” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılmalı, 01 (bir) ədəd “Redmi A3” markalı mobil telefonun Təqsirləndirilən şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd müqavilə cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 36 saata görə cəmi 276 (iki yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: İsmayılzadə Pərvı̇ z Telman oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 318.1-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 318.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq İsmayılzadə Pərvı̇ z Telman oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İsmayılzadə Pərvı̇ z Telman oğlunun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) ay 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İsmayılzadə Pərvı̇ z Telman oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 318.1-ci maddəsi ilə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Redmi 12” markalı və 01 (bir) ədəd “Samsung Galaxy A32” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 Turguta məxsus “Redmi A3” markalı mobil telefonun Təqsirləndirilən şəxs2 Turguta qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd müqavilə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 36 saata görə 276 (iki yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-198/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-198/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver