Məhkəmə qərarları › İş №1(006)-199/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-199/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-199/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə ünvan 2 saylı ünvanında yerləşən "Qəbələ" kafesinin sanitar qovşağında sabun qabının üstündən tanışı Zərərçəkmiş şəxs məxsus olan "Samsunq Note 10 plus" markalı mobil telefon aparatını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat dəyərində zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildətəxminən saat 16-17 radələrində tanışı Tohidlə "Baksavet" adlanan yerdə görüşmüşdür, onunla bir qədər gəzdikdən sonra Pərvin adlı tanışları da onlar olan yerə gəlmişdir, oradan gəzə-gəzə Nəsimi rayonunda yerləşən S.Vurğun bağına gəlmişdilər, parkda biıaz oturmuşdular, pivə içmək istəmişdilər, Pərvin yaxınlıqda olan mağazadan hərəsinə 3-4 ədəd şüşə butulkada Baltika pivəsi almışdır, elə parkdakı oturacaqda həmin pivələri içmişdilər. Bir qədər gəzişib pivə içdikdən sonra o, acdığı üçün evə getmək qərarına gəlmişdir və bu barədə Tohidə bildirəndə Pərvin demişdir ki, 5-10-dəqiqə oturaq gedib Əcəmi Metrosu yaxınlığında "Qəbələ" kafesində yemək yeyərik. O,da bu təklifi qəbul etmişdir. O, Pərvinlə dostu Tohidin vasitəsi ilə tanış olmuş və hətta Pərvin 2019- cu ilin yay aylarında onun yaşadığı mənzilə də gəlib onun qonağı olmuşdur. Tohidi isə yaşadığı ünvandan tanıyır, onunla qonşuluqda yaşayaraq uşaqlıq dostudur. xx.xx.2020-ci il tarixdə saat, təxminən 18-19 radələrində onlar S.Vurğun parkından taksi ilə Pəvinin dediyi "Qəbələ" kafesinə getmişdilər.Orada ümumi zalda yerləşən masaların birinin arxasında əyləşib yeyib-içmişdilər, həmin yerdə üçü də spirtli içki qəbul etmişdilər. Həmin vaxt masanın üzərində Pərvinə məxsus olan iri ölçülü yenicə alınmış təəsüratı bağışlayan "Samsunq" markalı mobil telefon diqqətini cəlb etmişdir, həmin telefonu masanın üzərindən əlinə götürmüşdür. Həmin vaxt hətta Pərvinə bir dəfə zəng də gəlmişdi, o telefonu cavab verməsi üçün ona vermişdir, o, danışıb qurtarandan sonra telefonu masanın üzərinə qoymuşdur. Onlar hamısı içkili olmuşdular. Bir neçə dəqiqə sonra Pərvin sanitar qovşağına getməsi üçün masanın arxasından ayağa qalxmışdır, içkili olduğundan bir qədər müvazinətini itirmişdir. Bu vaxt o da ona kömək etmək üçün ayağa qalxmışdır, onunla birlikdə sanitar qovşağına getmişdir. Pərvin əlindəolan həmin "Samsunq" markalı mobil telefonu sanitar qovşağında olan sabun qabının üstünə qoymuşdur, özü içəri daxil olmuşdur, o qapını bağlamaq istəyəndə özünü pis hiss etdiyi üçün qapını açıq saxlamağımı xahiş etmişdir. Pərvin içəridə olan zaman o, Pərvinin sabun qabının üstünə qoyduğu,,Samsunq” markalı telefonunu sabun qabının üstündən götürüb cibinə qoyaraq həmin yeri tərk etmişdir. Həmin vaxt içkili olduğundan getdiyi yeri xatırlamır. Pərvindən oğurladığı mobil telefonu bir gün sonra 20 yanvar metrosu yaxınlığında A.Mustafayev küçəsində yereləşən körpünün altında, tanımadığı şəxsə yaxınlaşaraq telefonunu satmağını təklif eləmişdir ki, bunu harda sata bilər, o şəxs də demişdir ki, nə telefondu baxa bilərəmmi, o da telefonu ona göstərmişdir, o telefonu 350 manata ala biləcəyin təklif etmişdir, o da onunla razılaşmışdır. Əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisədən bir neçə gün sonra olan müddət ərzində qorxudan yaşadığı ünvana getməmişdir, lakin anası ilə əlaqə saxlayan zaman anası Pərvinlə valideynlərinin yaşadıqları ünvana gəldiklərini və Pərvinə məxsus olan mobil telefonu oğurladığına görə onu axtardıqlarını və həmin hadisəyə görə barəsində polislərin maraqlandıqlarını bildirmişdir. Bundan sonra o, Pərvindən oğurladığı telefonun pulunu qaytarmaq üçün Şamaxı rayonuna gedib bir müddət orada fəhlə kimi tikintidə işləmiş, daha sonra eyni qaydada Mingəçevir şəhərində də işləmişdir. xx xxxxx 2020-ci il tarixdə Bakıya qayıtmışdır, yaşadığı ünvana getmişdir. Səhəri gün isə polis əməkdaşları yaşadığı ünvana gələrək oğurluq cinayətini törətdiyinə görə axtarışda olduğunu bildirib onu Nəsimi rayon polsi idarəsinə gətirmişdilər. O, daha sonra göstərmişdir ki, Pərvinə məxsus olan mobil telefonu sanitar qovşağında olan sabun qabının üstündən gizli olaraq ondan xəbərsiz götürüb cibinə qoymuşdur, lakin gödəkcə onlar oturduğu masadakı stuldan asılmışdır, Pərvinə məxsus olan gödəkcənin cibindən pul götürməmiş, nə də ki, ordan pul oğurlamamışdır, o yalnız ona məxsus olan mobil telefonu gizli olaraq götürüb oradan uzaqlaşmışmışdır. Daha sonra özünü təqsirli bilməsininəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tohid adlı şəxsi 1 il olar ki, tanıyır. xx.xx.2020-ci ildə Tohidlə zəngləşib harada olmasını soruşan zaman Tohid Arazla birlikdə "Baksovet" deyilən yerdə olduqlarını və gəzdiklərini bildirmiş və o da həmin yerə gələrək onlarla görüşmüşdür. Birlikdə S.Vurğun parkında olan zaman orada pivə alaraq içmişdilər. Saat 17-18 radələrində Araz ac olduğuna görə evə getmək istədiyini bildirmiş, bu zaman Tohid dətəklif etmişdir ki, dağılışıb evə gedsinlər. Bu zaman o, onlara təklif etmişdir ki, kafeyə gedib orada çörək yesinlər, onlar da onunla razılaşmışar. Sonra onlar taksiyə əyəşərək Nəsimi rayonu ərazisində Cavad xan küçəsi 10 saylı ünvanda yerləşən "Qəbələ" kafesinə getmişlər, gələrkən yolda bir neçə pivə də almışlar. "Qəbələ" kafesində o, Araz və Tohid yemək sifariş edərək orada birlikdə yemək yemişdilər, spirtli içki qəbul etmişdilər. Həmin axşam kafedə yemək yeyəndən sonra təxminən saat 23 radələıində o özünü pis hiss etmiş, tualetə keçmişdir.Bu zaman dalınca gəlib tualetin qarşısında dayanan Araza əynində olan gödəkçini saxlamaq üçün vermiş, əlində saxladığı telefon aparatını isə divara bərkidilmiş sabun qabının üstünə qoyub kabinetə keçmişdir. Bir neçə dəqiqə sonra "işini" qurtarandan sonra kabinetdən çıxmış və həmin anda görmüşdür ki, Araza verdiyi gödəkçə yerə atılıb və tualetin giriş qapısı bağlıdır. O, gödəkçənin oraya atılmasını Arazdan şübhələnmişdir, tez tualetdən çıxanda görmüşdür ki, sabun qabının üstünə qoyduğu telefon da yoxdur. Yerdə olan gödəkçəni götürüb bayıra çıxmış, Arazı axtarmış, lakin onu tapa bilməmişdir. O, gödəkçənin daxili cibində olan mobil telefon aparatdan AR DİN-nin 102 Xidmət Mərkəzinə zəng vurub hadisə barədə məlumat vermişdir. Polisi gözləyərkən kafedə masada oturub onları gözləyən Tohidə yaxınlaşmış, ona baş vermiş hadisəni danışmışdır, telefonunun yox olmasını bildirmiş,birlikdə polisin hadisə yerinə gəlməsini gözləmişdilər. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yerinə gələn polis əməkdaşlarına o, baş vermiş hadisəni danışmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirtdikdən sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada şikayət ərizəsi və izahatını yazmış, evə gələrək baş vermiş hadisəni evdə valideynlərinə də demiş, telefonunun oğurlanmasını Arazdan şübhələndiyini də bildirmişdir. Səhəri günü valideynlərilə Arazgil yaşayan evə getmiş, onun telefonunu onun anasından tələb etmişlər, Arazın anası da onlara Arazın evdə olmadığını və bu işdən məlumatları olmadıqlarını bildirmişdir. O, göstərmişdir ki, oğurlanmış telefonu Yasamal rayonu, İnşaatçılar küçəsində yerləşən "Kontakt Home" mağazasında xx xxxxxxx 2019-cu il tarixdə 3000 manata almışdır. O, daha sonra göstərmişdir ki, həmin günü o yeməyin pulunu da vermişdir, həm də içkili olmuşdur, ola bilsin ki, 300 manat pulunu itirmiş, ya pul cibindən düşmüşdür, bunları xatırlamır, həmin 300 manata görə Arazdan şikayəti və tələbi yoxdur, Araz yalnız onun 3000 manat dəyərində bir ədəd "Samsung" markalı mobil telefonunu oğurlamışdır. Daha sonra Zərərçəkmiş şəxsvurulmuş ziyanı tələb etdiyini və Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmşdir ki, təxminən bir il olar ki, valideyinləri ilə birlikdə Bakı şəhərində yaşayır, Arazı uşaqlıq vaxtlarından tanıyır. Belə ki, Arazla eyni məhəllədə yaşamışdır və onunla uzun müddətdir ki, dost münasibətində olmuşdur. Pərvini isə təxminən bir il olar ki, tanıyır. Pərvini dostlarının vasitəsilə tanımışdır. Sonuncu dəfə isə, yəni hadisə baş verən gün Arazla saat təxminən 15-16 radələrində "Baksovet" adlanan metro stansiyası yaxınlığında görüşmüşlər, sonradan həmin yerə Pərvin də gəlmişdir. Daha sonra birlikdə gəzişərək S. Vurğun parkına gəlmiş, həmin parkda olarkən yaxınlıqda olan mağazadan pivə almış, elə həmin parkda pivə içmişdilər. Saat təxminən 17-18 radələrində Araz ac olduğunu bildirdiyi üçün ona təklif etmişdir ki, dağılışıb hamı evlərinə getsinlər. Lakin bu vaxt Pərvin təklif etmişdir ki, kafedə gedib çörək yesinlər, Araz da ona evə getməməyini, onlarla kafeyə getməyini bildirmişdir. O, da təklifi qəbul etmiş, bundan sonra Pərvin olduqları yerə taksi çağırmış, onlar taksiyə oturub “Qəbələ” kafesinə getmiş, yolda Pərvin taksini saxlatdırıb əlavə pivə də almışdır. Kafeyə çatanda ümumi zalda yerləşən masaların birinin arxasında əyləşmişlər. Həmin vaxt Pərvin yemək və spirtli içki sifariş etmişdir. O, özünü pis hiss etdiyi üçün az-maz yemək yemiş, ara-bir də pivə içirmiş. Hər üçü spirtli içki qəbul etdiklərinə görə sərxoş olmuşdular. Bir qədər oturmuşdular ki, Pərvin masanın arxasından ayağa durub sanitar qovşağına getmək istədiyini bildirmiş, lakin içkili olduğu üçün ayaq üstə dura bilmədiyinə görə Araz ona təklif etmişdir ki, onunla birlikdə sanitar qovşağına getsin. Beləliklə də, onlar hər ikisi sanitar qovşağına getmiş, o isə masanın arxasında tək qalmışdır. Bundan təxminən 6-7 dəqiqə sonra Pərvin oturduqları masaya yaxınlaşaraq qarşısında oturmuşdur və telefonunu axtarmağa başlamışdır. Bunun üçün özü ilə gətirdiyi çantanın içinə baxmışdır, masaya göz gəzdirəndə telefonu tapa bilmədiyini görüb Pərvin ondan şübhələməsin deyə təklif etmişdir ki, onun üzərinə baxsın. Bu vaxt da Pərvinin yadına düşmüşdür ki, telefonunu sanitar qovşağında sabun qabının üstünə qoymuş və telefonun Araz tərəfindən götürüldüyünü bildirərək ikisi də kafedən çölə çıxmışlar. Pərvin həmin vaxt Arazın istifadəsində olan mobil telefona ona məxsus olan mobil telefondan zəng vurmuşdur. İlk əvvəl Araz zəngə cavab verməmiş, lakin sonradan telefon zənginə cavab vermişdir. Onlar telefonu selektora qoşub Arazla danışmış, teleofnu geri qaytarmasını tələb etmiş, lakin həmin vaxt onlar Arazdan harada olmasını soruşmuş, Araz isə onlara sərxoş olduğundan harada olmasından xəbərsiz olduğunu, naməlum istiqamətdə getdiyini bildirmişdir. Ona görə də Pərvin 102 xidmətinə zəng vurub baş vermiş hadisə barədə məlumat vermişdir. Dərhal həmin yerə polis əməkdşaları gəlmiş və araşdırma aparan, polis əməkdaşı Pərvindən kimdən şübhələndiyni soruşanda Pərvin Arazdan şübhələndiyini bildirib hadisəni polis əməkdaşına danışmışdır. Bu vaxt həmin polis əməkdaşı öz mobil telefon nömrəsindən Arazın istifadəsində olan nömrəyə zəng vurmuş, ondan harada olmasını soruşmuşdur. Araz isə polis əməkdaşına da harada olmasından xəbərsiz olduğunu bildirmişdir. Eyni vaxtda da Pərvinəməxsus oğurlanmış mobil telefona digər polis əməkdaşı zəng etmişdir və Arazla danışan polis əməkdaşı Arazın üzərində olan başqa bir mobil telefonun səs etdiyini eşidib bu barədə ona sual vermişdir. Lakin Arazın ona nə cavab verməsindən o xəbərsizdir, bu hadisədən sonra Arazı görməmişdir,onunla telefon əlaqəsi saxlamaq istəsə də, o, zənglərinə cavab verməmiş, mart ayının axırlarında Araz özü ona sosial şəbəkə vasitəsilə zəng etmiş,onunla söhbət edən zaman ondan telefonun harada olmasını soruşmuş, Araz da bildirmişdir ki, Pərvinin telefonunu götürüb “Mingəcevirli” kimi adlandırdığı şəxsə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmşdir ki, Təqsirləndirilən şəxsonun doğma oğludur. Araz subaydır və o, heç bir yerdə işləmir. Şahid1 da uşaq vaxtlaından tanıyır, belə ki, Tohid onlarla bir məhəllədə yaşayır və oğlu Arazın uşaqlıq dostu və yoldaşıdır. Tarixi olduğu kimi dəqiq yadında olmayan zaman oğlu Araz 2020-ci ilin fevral ayının sonlarına yaxın gecə evə gəlməmiş, onun evə gəlmədiyi həmin günün səhərisi yaşadıqları evə tanımadığı bir kişi və bir qadın gələrək özlərini Pərvin adlı şəxsin valideynləri kimi təqdim edərək bildirmişlər ki, Araz onların oğlu Pərvinə məxsus 3000 manat dəyərində bir ədəd "Samsunq NOTE 10 plus" markalı mobil telefonu qaytarsın. O, da onlara bildirmişdir ki, Araz evdə yoxdur və bu barədə ona heçnə məlum deyil. Sonra evlərinə tanımadığı polis əməkdaşları gələrək Arazı soruşmuşlar və o, da onlara Arazın evdə olmadığını və onun olduğu yeri bilmədiyini bildirmişdir. Bir neçə gün sonra oğlu Araz ona haradansa zəng etmiş və bildirmişdir ki, Pərvin adlı şəxsin valideynləri və polis əməkdaşları onu axtarırlar. Araz da oğurluq etməsini etiraf etmişdir, demişdir ki, rayondayam işləyib pul qazanıb Pərvinin pulunu ödəyəcək, amma hansı rayonda olmasını bilməmişdir. xx xxxxx 2020-ci il tarixdə axşam Araz evə gəlmiş, həmin günün səhəri xx xxxxx 2020-ciı il tarixdə polis əməkdaşları gəlib Arazı Nəsimi rayon Polis İdarəsinə aparmışlar. O, da xx xxxxx 2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə gələrək orada oğlu Arazın Pərvin adlı şəxsin 3000 manat dəyərində mobil telefonunu oğurlayaraq ona maddi ziyan vurmasına görə 500 (beş yüz) manat pulu ödəmişdir və iltizam vermişdir ki, onun zərərini tam ödəmək üçün hər ay da 200(iki yüz) manat pul ödəyəcəkdir. Cinayət işinin 48-ci vərəqəsində olan xx xxxxx 2020-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 86-cı vərəqəsində olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 164-165-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş olanbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 114-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli,9/1076 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri ekspertiza təyini haqqında qərarda göstərilən "Samsunq" markalı "Note 10 Plus" modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 1200.0 manat, ***-***-**-** saylı GSM sim 4,0 manat müəyyən olunur. Cinayət işinin 115-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50(əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1)Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş və xx xxxx 2015-ci il tarixdə cəriməni tam ödəmiş, 2) Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 29, 177.2.1, 66.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli Qərarı ilə cəzası 03 ilə endirilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonun ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrivə digər iş materialları ilə onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxscəza təyin edərkən onun özünü təqsirli bilməsinicəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər eyni xarakterli cinayət əməllərini törətməsini, cəza verilməsini baxmayaraq islah olunmamasını və eyni əməlləri davam etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs V.T.Məmmədov təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, sonuncunun xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmişbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasına göndərilməli, hökmün icrası Konvoy Toboruna həvalə edilməli, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında və istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.S.Əliyevə göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili A.A.Nuriyevə istintaq orqanındaiştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar