Məhkəmə qərarları › İş №1(006)-199/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-199/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-199/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Həmid oğlunun, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı ali təhsilli, işləməyən, evli himayəsində bir azyaşlı övladı olan, Vətən müharibəsi iştirakçısı, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04.05.2020-ci il tarixdə ünvan 2 ünvanının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı tanış olduğu Zərərçəkmiş şəxs qızma məxsus “Mersedes-Benz C300” markalı 99-XZ-D66 dövlət nömrə nişanlı avtomobilə dair köhnə tarixə kasko siğorta düzəldəcəyinə dair sonuncuya yalan vəd verib aldadaraq, bu adla 05 aprel 2020-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanının qarşısında 865 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsyı yol-nəqliyyat hadisəsi baş verən gündən yəni 05 aprel 2020-ci il tarixdən tanımışdır. Belə ki, o həmin vaxt saat 05 radələrində “Tərlan” şadlıq sarayının yaxınlığında yerləşən “Favorit” marketə siqaret almaq üçün yaşadığı evdən çıxıb getmişdir. O, yolda idarəetmə hüququ verən etibarnamə əsasında “Kia Cerato” markalı **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olmuş və 9-cu mikrorayon tərəfdə hərəkətdə olarkən görmüşdür ki, “Mersedes C klass” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Reno Maqan” markalı **-TN-*** dövlət avtomobili sol arxa tərəfdən vurmuşdur. O, da idarə etdiyi avtomobili yol kənarına verib həmin yerə yaxınlaşdır. Orada Onur adlı türk vətəndaşına və onun yanında olan arvadı Sevinc adlı şəxslərə yaxınlaşıb nə baş verməsini soruşduqda, hadisəni yoldaşı Sevinc tərəfindən törətdiyini bildirmişdir. Sonra o, Sevincin yanında Onura dedim ki, “avtomobilin sığrotası varmı?” ona verilən cavabda, “ xeyr avtomobilin sığortası yoxdur” sözləri deyilmişdir. O, da Sevinc və Onura təklif etmişdir ki, əvvəlki tarixə avtomobilə kasko sığrota düzəldə bilməsi mümkündür. Onur və Sevincdə da buna etiraz etməmişlər və o, siğorta düzəltmək üçün onlardan 865 manat pul istəmişdir. Əvvəlki tarixə avtomobilə Kasko siğorta düzəltmək mümkün deyildir, sadəcə ona təcili pul lazım olduğu üçün elə demişdir. Sonra o baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Onura polis orqanına müraciət edib-etməmələrini soruşduqda sonuncu, bildirmişdir ki, xeyr bu barədə polisə məlumat verməmişlər. O, da , bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Onur da etiraz etməmiş və həmin vaxt Onurun üzərində mobil telefon aparatı olmadığından ona məxsus mobil telefon aparatıyla 102-yə zəng vurub məlumat vermişdir. Həmin məlumatdan sonra DYP-nin əməkdaşları hadisə yerinə gəldilər, sürücülərin sənədlərini aldılar, maşını isə cərimə meydançasına yerləşdirdilər. Səhərisi gün 05.04.2020-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 4 ünvanında yol qırağında görüşmüşlər. Sevinc yanında həyat yoldaşı Onurla birlikdə həmin tarixdə saat 11 də əyləşdilər onun avtomobilinə və Sevinc ona 865 manat pulu sayıb verdi. O, da pulu götürmüş və onlarda avtomobildən çıxıb getmişlər. Lakin o avtomobilinə sığorta düzəldə bilməmişdir, 865 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, azadlıqda qalarsa qalan borcu qısa müddətə ödəyəcəyini və himayəsində bir azyaşlı övladının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, Vətən müharibəsi iştirakçısı olmasını bildirərək ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cii ildən Türk Cümhuriyyetinin vətəndaşı olan Şahid Erol oğlu ilə nigaha girmiş və həmin nigahdan iki az yaşlı övladları olmuşdur. 04.05.2020-ci il tarixdə əri Onurun ad günü münasibəti ilə evdə yığıncaq etmişlər. Evdə məclis qurtardıqdan sonra qonaqlar hamısı çıxıb getmiş, əri spirtli içki qəbul etdiyinə görə sərxoş oldub yatmış və həmin gecə saat təxminən 03-04 radələrində yuxudan oyanmış və siqaret istəmişdir. Evdə siqareti qurtardığı üçün ona siqaret almaq üçün özünə məxsus **-XZ-*** dövlət nömrə nişanlı Mersedes C 300 markalı avtomobilinə minmiş və yaşadığı ünvandan avtomobili ilə çıxıb ünvan 5tməni itirmiş və yolun qırağanda boş vəziyyətdə dayanmış **- TN-*** dövlət nömrə nişanlı “Reno Meqan” markalı avtomaşının arxa sol yan tərəfinə vurmuşdur. O, avtomobildən tez düşmüş və dəymiş olduğu avtomobilə yaxınlaşıb baxmışdır. Bu zaman “Elmed” tibb mərkəzindən yaşlı ağsaqqal bir kişi çıxmış və yol qırağında dayanmış olan Reno avtomobilinin ona məxsus olmasını bildirmişdir və ondan xəsarət alıb-almadığını soruşmuşdur. O da, heç xəsarət almadığını bildirmiş və hər şey salamtçılıqdır demişdir. Reno markalı avtomobilin sahibinin adını Bəhaddin olduğunu öyrənmiş və o, tez əri Onuru hadisə yerinə çağırmışdır. Onur hadisə yerinə gəlmiş, Bəhaddəninlə söhbət edib öz aralarında avtomobilə dəymiş maddi ziyanı onlar tərəfindən ödənilməsi barədə razılaşmışlar. Elə bu zaman **-MT-*** dövlət nömrə nişanlı Kia Seratto markalı avtomobil yolun ortası ilə gəlirmiş və onları görüb əks istiqamətə daxil olmuş və onlara yaxınlaşmışdır. Üzü saqqalı olan, orta boyu bir oğlan avtomobildən enib onlara tərəf gəlmiş və tərbiyəsiz formada onlara “ALA ” deyərək müraciət etmiş və “nə boş durmusunuz razılaşın və başını bükələyin, sonrada çıxın gedin sözlərini” demişdir. Sevinc də ona danışığına fikir verməsini və bu cürə danışmamasını irad kimi bildirmişdir. Sonra həmin oğlan özünü “Narko biznes”in işçisi, yəni polis əməkdaşı olduğunu bildirmiş və özünü bizə “Miri” kimi təqdim etmişdir. Həmin Miri adlı şəxs adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs imiş. Sonra Elşən ona məxsus olan avtomobilin siğortası olub olmadığını, sükan arxasında kim olması və digər hal üzrə suallar vermişdir. O ərinə, Elşənə cavab verməməsini bildirmiş, çünki onun polis əməkdaşı olmasına inanmamışdır və şübhələri olmuşdur. Çünki polis əməkdaşının üzü müasir dəbə uyğun tüklü ola bilməzdi. Lakin, yoldaşı ona məhəl qoymamış və ona inanmışdır. O, Elşənə bildirmişdir ki, sükan arxasında o, olmuşdur, avtomobilinin siğortası yoxdur və hər iki avtomobilə dəymiş maddi ziyanları onlar öz vəsaitinin hesabına ödəyəcəklər. Elşən bir başa onun avtomobilinə köhnə tarixə siğorta düzəldə biləcəyini demiş və ondan 865 (səkkiz yüz altmış beş manat) pul istəmişdir. Bundan sonra hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları gəlmiş və hadisəni sənədləşdirib onun avtomobilni duracağa aparmışlar. Sonra zərəçəkmiş şəxs onlarla birlikdə Bakı şəhər X7 İdarəsinə getmişdir və izahat verib evə qayıtmışdır. Sonra Elşən onun mobil telefonuna zəng eləmiş və avtomobilə geri tarixə Kasko siğorta düzəldə biləcəyini bir daha demişdir. Sonra o, həyat yoldaşı Onurla məsləhətləşdikdən sonra, 05.04.2020-ci il tarixdə saat təxminən 11 radələrində Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yol qırağında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin vaxt onun yanında həyat yoldaşı da olmuşdur. Elşənin idarə etdiyi Kia Serato markalı **-MT-*** dpövlət nömrə nişanlı avtomaşının salonuna əri ilə birlikdə əyləşmişlər və həyat yoldaşının yanında Elşənə 865 manat məbləğində pul vermiş və Ellşən ona vəd vermiş ki, avtomobilinə Kasko siğorta düzəldəcəkdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol polisində araşdırılma aparılmış, onun barəsində cərimə tətbiq edilmiş, o, cəriməni ödəmiş və avtomobilini də cərimə meydançasından çıxartmışdır. Lakin, Elşən ondan qaçmış, zənglərinə cavab verməmiş və onun avtomobilinə heç bir siğorta düzəltməmişdir. Beləliklə, o, aldadıldığını başa düşmüşdür və bu barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 04.05.2020-ci il tarixdə onun ad günü olmuşdur. Bu münasibəti ilə evdə yığıncaq eləmişdir. Evdə məclis qurtardıqdan sonra qonaqlar hamsı çıxıb getmişlər. O, spirtli içki qəbul etdiyinə görə sərxoş olub yatmışdır və 05.04.2020-ci il saat təxminən 03-04 radələrində yuxudan oyanmış və siqaret istəmişdir. Evdə siqareti qurtardığı üçün o, həyat yoldaşı Sevincə siqaret almağı tapşırmışdır. Sevincdə evdən tək çıxmış və özünə məxsus 99-XZ- 066 dövlət nömrə nişanlı Mersedes C 300 markalı avtomobilinə minib getmişdir. Aradan az bir müddət keçmişdir ki, Sevinc onun mobil telefonuna zəng edib qəza elədiyini və qəza nəticəsində yalnız maşınların əzildiyini bildirmişdir. O da tez yaşadığı evdən çıxıb hadisə yeri olan Binəqədi rayonu Mircəlal küçəsinə gəlmişdir. Sevincin idarə etdiyi avtomobili ilə yol qırağında boş vəziyyətdə dayanan **-TN-*** dövlət nömrə nişanlı Reno Meqan markalı avtomaşının arxa sol yan tərəfinə dəymişdir. Maşınların yanında Sevinc və bir ağsaqqal kişidə var imiş. Həmin ağsaqqal kişi ona ikinci avtomobilin sahibi olduğunu bildirmiş və onun maşının düzəldirəcəyini demiş və narahat olmamasını bildirmişlər. Elə bu zaman **- MT-*** dövlət nömrə nişanlı Kia Seratto markalı avtomobil yolun ortası ilə gəlirmiş və onları görüb əks istiqamətə daxil olmuş və onlara yaxınlaşmışdır. Üzü tüklü olan, orla boyu bir oğlan avtomobildən enib onlara tərəf gəlmiş və tərbiyəsiz formada onlara “ALA” deyərək müraciət etmişdir və “nə boş durmusunuz razılaşın və başını bükələyin, sonrada çıxın gedin sözlərini” demişdir. Sevinc də ona danışığına fikir verməyi və bucürə danışmamasını bildirmişdir. Sonra həmin oğlan özünü “Narko biznesin’ işçisi, yəni polis əməkdaşı olduğunu bildirmiş və özünü onlara “Miri” kimi təqdim etmişdir. Həmin Miri adlı şəxs adını sonradan öyrəndiyi və Təqsirləndirilən şəxs idi. Sonra Elşən, Sevincə məxsus olan avtomobilin siğortası olub olmadığını, sükan arxasında kimin olması və digər hal üzrə suallar vermişdir. O, da Elşənin suallarına cavab vermiş və Sevinc də ərinə əsəbləşib cavab verməməsini bildirmişdir. Sevinc əlavə olaraq ona bildirmişdir ki, onun polis əməkdaşı olmasına inanmamış və şübhələnmişdir ki, o, yalan danışıb. Lakin, o, Sevincə məhəl qoymamış və Elşənə inamışdır. X6 bildirmişdir ki, sükan arxasında onun özü olmuşdur. Elşən onlardan avtomobilin siğortası olub-olmamadığını soruşmuş və onlarda ona avtomobilin siğortası yoxdur və hər iki dəymiş maddi ziyanı öz vəsaitləri hesabına ödəyəcəkdir. Elşən onu və Sevinci orada olan adamlardan qırağa çəkmiş və avtomobilə köhnə tarixə Kasko siğorta düzəldə biləcəyini demiş və onlardan bu işə görə 865 (səkkiz yüz altmış beş manat) pul istəmişdir. Onlar Elşənə mobil telefon nömrələrini vermiş və onunla əlaqə saxlamasını istəmişlər. Bundan sonra hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları gəlmiş və hadisəni sənədləşdirib avtomobili duracağa aparmışlar. Sonra o, və Sevinc onlarla birlikdə Bakı şəhər X7 İdarəsinə getmişlər və Sevinc izahat verdikdən sonra evə qayıtmışlar. X4 mobil telefonuna zəng eləmiş və avtomobilə geri tarixə Kasko siğorta düzəldə biləcəyini demişdir. Sonra Sevinc onun özü ilə məsləhət etdikdən sonra, birlikdə görüşməyə razılıq vermişdir və 05.04.2020-ci il tarixdə saat təxminən 11 radələrində Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yol qırağında görüşmüşlər. Elşənin idarə etdiyi Kia Serato markalı avtomaşının salonuna o, Sevinclə birlikdə əyləşmiş, onun yanında Sevinc Elşənə 865 manat məbləğində pul vermiş və Elşən onlara vəd vermişdirki, avtomobilə köhnə tarixə Kasko siğorta düzəldəcəkdir. Baş vermiş qəza ilə bağlı yol polisində araşdırılma aparılmış və Sevincin barəsində inzibati cərimə tətbiq edimiş və cəriməni ödədikdən sonra avtomobilidə dayanacaqdan çıxartmışlar. Lakin, Elşən onlardan qaçmış, zənglərinə cavab verməmiş və avtomobilə heç bir siğorta düzəltməyib 865 manat pulu da geri qaytarmamışdır. Beləliklə, onlar aldadıldığını başa düşdükdən sonra arvadı Sevinc bu barədə polisə müraciət etmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan 05 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 326.1, 66.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nə olan dəyişiklik tətbiq edilərək 178.2.4 və 400 manat ziyan vurmaqla dələduzluq hissəsi xaric edilmiş, cəzası 01 il azaldılaraq 03 il müddətə azadlıq məhrum etmə cəzası saxlanılmış və 23.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinə əlavə edilmiş AZ İV seriyalı, 501849 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 29 may 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası Təqsirləndirilən şəxs anası isə X2r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkən şəxsin, şahidin ifadələri və digər iş materialları ilə onun etibardan sui-istifadə edərək və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək törədildikdə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində bir azyaşlı övladının olmasını və ailəni dolandıran yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 326.1, 66.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nə olan dəyişiklik tətbiq edilərək 178.2.4 və 400 manat ziyan vurmaqla dələduzluq hissəsi xaric edilmiş, cəzası 01 il azaldılaraq 03 il müddətə azadlıq məhrum etmə cəzası saxlanılmış və 23.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməli böyük içtimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Azərbaycan Respublikası CM-nin 18.4 maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yaranmır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, özünü təqsirli bilməsini, himayəsində bir azyaşlı övladının olmasını və ailəni dolandıran yeganə şəxs olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübüt yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar