Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-20/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olan, işsiz, Yevlax rayonu, Kövər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 4(005)- 973/2021-ci il nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs ona olan etibarlı münasibətlərindən istifadə edib sonuncunun oğlu Rəşadət Xalıqovu 4700 manat pul müqabilində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında mütəxəssis kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 20 sentyabr 2020-ci il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanının qarşısında 4700 manat pulunu ələ keçirib, verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2005-ci ildən tanıyır. Zərərçəkmiş şəxs 2020-ci ildə ona müraciət edərək oğlunun hərbi xidmətdən yeni gəldiyini və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt heç yerdə işləmədiyi üçün pula ehtiyacı olmuş, buna görə də Zərərçəkmiş şəxs aldadaraq onun oğlunu X2-Hökumət təşkilatı ilə bağlı şöbədə 5.000 manat pul müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Balaqardaşla əlaqə saxlayaraq oğlunun sənədlərini və 5.000 manatı gətirməsini istəmişdir. Bundan sonra onlar 20.09.2020-ci il tarixdə görüşmüş və Balaqardaş ona oğlu Rəşadəti işə düzəltməsi üçün 4700 manat pul vermişdir. Lakin o, Rəşadəti işlə təmin etməmiş və Balaqardaşdan aldığı pulu da geri qaytarmamışdır. O, aldığı 4700 manat məbləğində pulun 500 manatını ibtidai istintaq zamanı geri qaytarmışdır. Daha sonra əməlindən səmimi peşman olduğunu, dəymiş zərərin bir qismini ödədiyini, yetkinlik yaşına çatmayan uşağı olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında səmimi münasibət yaranmışdır. Vüqar ona prezidentin mühafizə xidmətində tanışı olduğunu bildirmişdir. 2020-ci ilin sentyabr ayında o, Vüqara zəng edərək 1998-ci il təvəllüdlü oğlu Rəşadət Xalıqovu işə düzəltmək istədiyini bildirmişdir. Belə ki, oğlu yeni əsgərlikdən gəlmişdi və işləmirdi. Həmin vaxt Vüqar 5.000 manat müqabilində oğlu X1 Qeyri-hökumət təşkilatı ilə bağlı şöbədə mütəxəssis vəzifəsində işə düzəldə biləcəyini demişdir. Sonra o, 20.09.2020-ci il tarixdə 5.000 manat pulu oğlu ilə birlikdə Vüqarla görüşərək əlbəəl sonuncuya vermişdir. Daha sonra həmin pulun 300 manatını oğluna kostyum almaq üçün geri almışdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunu işə düzəltməsi müqabilində cəmi 4700 manat pul vermişdir. Lakin sonradan aldadıldığını başa düşmüşdür. Belə ki, oğlu Rəşadət Vüqarın dediyi zamanda Prezident Administrasiyasına getmiş, lakin heç kim onu qəbul etməmişdir. Bir neçə dəfə Vüqara zəng edib pullarını istəsə də, Vüqar müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmaqdan imtina etmişdir. Bugünədək Vüqar ondan aldığı 4700 manat puldan heç nə qaytarmamışdır. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə hərbi xidmətə getmiş, 2019-cu ildə hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra atası Zərərçəkmiş şəxs ona Vüqar adlı tanışı olduğunu və həmin şəxsin onu Azərbaycan Respublikası Prezident Administrasiyasında işə düzəlməyinə köməklik göstərməsini öhdəsinə götürdüyünü bildirmişdir. O, atasından Təqsirləndirilən şəxs həmin işi hansı şərtlə üzərinə götürdüyünü soruşduqda atası ona bunun müqabilində Vüqara 5.000 manat verəcəyini demişdir. O da bununla razılaşmış və 20.09.2020-ci il tarixdə atası Balaqardaş, özü və Vüqar 28 May metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev adına parkda görüşərək 5.000 manatı atası Vüqara vermişdir. Həmin vaxt Vüqara verdikləri 5.000 manatdan 300 manatını kostyum almaq üçün geri götürmüşlər. Həmin vaxt o, Vüqara işə düzəlmək üçün özü ilə bağlı lazımi sənədləri də vermişdir. Daha sonra Vüqar ona Prezident Administrasiyasına getməyini, orada onu qəbul edəcəklərini demişdir. Vüqarın dediyi zamanda o, Prezident Administrasiyasının qarşısına gedib gözləmiş, lakin heç kim onu qəbul etməmişdir. Bu barədə atasına məlumat vermişdir. Bir neçə dəfə Vüqara zəng edib pullarını istəsələr də, Vüqar müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmaqdan imtina etmişdir və bundan sonra Vüqar tərəfindən aldadıldıqlarını başa düşmüşlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi” haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.103); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 24.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Hadisə yeri Heydər Əliyev adına parkın və Milli Bankın ortasında yerləşir (14-16); - “Təqdim etmə və götürmə barədə” 01.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmişə dəymiş maddi ziyanın ödənilməsi üçün istintaqa 500 (beş yüz) manat pul təqdim etmiş və onun təqdim etdiyi 500 manat pul zərər çəkmişə ödənilməsi məqsədilə sayılıb götürülmüşdür (i.v.144); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN-nin BBPİ-nin Maliyyə-Plan şöbəsinə ünvanladığı 11.06.2021-ci il tarixli məktubdan görünür ki, ********* saylı cinayət işi üzrə ödənilmiş 500 manat maddi ziyanın DİN-nin BBPİ-nin Maliyyə-Plan şöbəsində saxlanılması üçün göstəriş verilməsi xahiş olunmuşdur (i.v.157); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələrinə əsasən 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli qərarı ilə cəzası 10 ilə endirilmişdir. Şabran rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. 23.04.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır; - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 08.08.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini və yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini, yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə, əvvəllər də dələduzluq cinayətini törətməsinə görə məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 31 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası DİN-nin BBPİ-nin Maliyyə-Plan şöbəsində saxlanılan 500 (beş yüz) manat məbləğində pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-20/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-20/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver