Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-20/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü təmir tikinti sahəsində işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs inam və etibarını qazanaraq sonuncuya məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini daha ucuz qiymətə yüksək keyfiyyətlə tam olaraq təmir etdirməklə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan xeyli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə, hissə-hissə olmaqla, vahid niyyət ilə əhatə olunan qəsdlə, ilkin olaraq Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində 309-cu məhəllədə yerləşən ofisində 10 mart 2021-ci il tarixdə 6.000 manat, 19 mart 2021-ci il tarixdə 10.000 manat, 04 aprel 2021-ci il tarixdə 10.000 manat, 19 aprel 2021-ci il tarixdə 3.000 manat, 29 aprel 2021-ci il tarixdə 5.000 manat, 10 may 2021-ci il tarixdə 2.000 manat, 25 may 2021-ci il tarixdə 3.000 manat, 08 iyun 2021-ci il tarixdə 5.000 manat, 09 iyun 2021-ci il tarixdə 7.200 manat, 07 iyul 2021-ci il tarixdə 8.000 manat, 23 iyul 2021-ci il tarixdə 2.000 manat pulunu, həmçinin 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə cinayətə aidiyyəti olmayan dayısı X2 məxsus "xxxx" ASC-nə aid bank kartına göndərilən 800 manat, 03 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, “Heydər Əliyev” adına sarayın keçidində yerləşən “eManat" elektron ödəmə aparatı vasitəsi ilə həmin bank kartına göndərilən 1.500 manat, 10 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsi ilə həmin bank kartına göndərilən 1.100 manat və 03 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində 309-cu məhəllədə yerləşən ofisində 5.000 manat pulunu alaraq cinayətkar niyyətini pərdələmək məqsədilə əldə etdiyi ümumilikdə 69.600 manat puldan 25.616 manatını tikinti-təmir işlərinə sərf etmiş, pulun qalan 43.984 manatını isə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 43.984 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır və əvvəllər aralarında münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli kəndində 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsi olmuşdur. 2020-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ona müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin “fasad”ını “aqlay” üzlük daşı ilə üzlənməsinə köməklik etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs aşağı xərclərlə həmin işlərin yerinə yetirilməsinə köməklik etmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ona qeyriyaşayış sahəsinin daxilində də təmir işlərinin aparılmasını onun həyata keçirməsini xahiş etmişdir. O, Mübarizə Rzayevlə yalnız pulun bütöv iki dəfəyə ona veriləcəyi halda tikinti materiallarının qiyməti qalxmadan hamısını alıb təmir işlərinə başlayacağı şərtilə təxminən 800 kvadrat metr sahəni ümumilikdə 120000 manata təmir edib qurtara biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşsa da, 2021-ci ilin mart ayından hissə-hissə olmaqla ona 69600 manat pul vermişdir. Lakin pul hissə-hissə verildiyi üçün təmir işləri tamamlanıb qurtarmamış, çünki tikinti materiallarının qiyməti qalxmış, o isə qeyd olunan səbəbə görə təmiri tam olaraq yerinə yetirə bilməmişdir. Bundan başqa 2021-ci ilin yay aylarında qeyri-yaşayış sahəsində oğurluq hadisəsi baş vermişdir, bu zaman oradan 16000-17000 manat arası dəyərində tikinti materialları oğurlanmışdır, buna görə də, o həmin oğurluq hadisəsi baş verən zaman Mübarizə Rzayevə məlumat vermiş, sonuncu isə bu barədə polisə məlumat verməsini istəmişdir. O, 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs işlərin niyə yekunlaşmadığını soruşmuş, o da verdiyi pulun çatmadığını bildirmiş, bu səbəbdən işlərin tamamlanması üçün ona əlavə olaraq 40000 manat da pul verməsini istəmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs ofisində ümumiyyətlə gördüyü işlər, o cümlədən aldığı materiallarla bağlı öz xətti ilə yazı yazaraq sonuncuya təqdim etmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bilmişdir. Həmin vaxt onu müstəntiq çağırmış və Zərərçəkmiş şəxs pul ödəməli olduğunu bildirmişdir. O isə ümumi olaraq hadisə barədə məlumat vermiş və hər hansı dələduzluq əməli törətmədiyini bildirmişdir. Lakin müstəntiq Mahmud Quliyev iş üzrə ona qarşı qərəzli münasibət göstərərək onun barəsində cinayət işi üzrə istintaq aparmışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs atası ilə yaxın münasibəti olduğundan uzun müddətdir onları tanımışdır. Onun Abşeron rayonu, Məmmədli kəndində yerləşən 800 kvadrat metr sahəsi olan qeyri yaşayış binasının tikinti işləri tamamlansa da, təmir işləri qalmışdır. Qeyd olunan qeyri yaşayış sahəsində təmir işlərini aparmağı planlaşdıran zaman Təqsirləndirilən şəxs ona Abşeron rayonu, Məmmədli kəndində yaşadığı üçün iş icraçısı kimi nəzarət etməklə özü tikinti materiallarını alıb usta gətirməklə təmir işlərini həyata keçirəcəyini demişdir. O da Təqsirləndirilən şəxs həmin vaxt etibar etdiyindən digər ustanın işi götürməsindən imtina edərək bütün təmir proseslərinin Təqsirləndirilən şəxs tərəfindən aparılmasına razılıq vermişdir. Qeyd olunan razılaşmaya əsasən o, yalnız lazım olan məbləğdə pul verməli olmuşdur. Təqsirləndirilən şəxs ucuz qiymətə iş görən usta tanışları olduğunu, o cümlədən tikinti materiallarının ucuz qiymətə topdan satış məntəqələrini tanıdığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 800 kvadrat metr sahəsi olan qeyri yaşayış sahəsini 70.000 manat pulun müqabilində onun üçün tam şəkildə təmir edib təhvil verəcəyinə dair vəd vermişdir. Buna görə də 2021-ci ilin mart ayından etibarən sentyabr ayına qədər ümumilikdə hissə-hissə Təqsirləndirilən şəxs 69.600 manat məbləğində pul vəsaiti vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə 6.000 manat, 19 mart 2021-ci il tarixdə 10.000 manat, 04 aprel 2021-ci il tarixdə 10.000 manat, 19 aprel 2021-ci il tarixdə 3.000 manat, 29 aprel 2021-ci il tarixdə 5.000 manat, 10 may 2021-ci il tarixdə 2.000 manat, 25 may 2021-ci il tarixdə 3.000 manat, 08 iyun 2021-ci il tarixdə 5.000 manat, 09 iyun 2021-ci il tarixdə 7.200 manat, 07 iyul 2021-ci il tarixdə 8.000 manat, 23 iyul 2021-ci il tarixdə 2.000 manat, 27 iyul 2021-ci il tarixdə 800 manat, 03 avqust 2021-ci il tarixdə 1.500 manat, 10 avqust 2021-ci il tarixdə 1.100 manat və 03 sentyabr 2021-ci il tarixdə 5.000 manat məbləğində hissə-hissə bu işin görülməsi üçün pul vermişdir. Təqsirləndirilən şəxs ondan hər dəfə pulun müəyyən hissəsini götürən zaman təmir işləri ilə bağlı xeyli işlər gördüyünü deyərək onu inandırmış, o isə işləri ilə bağlı gedib təmir vəziyyəti ilə yerində tanış ola bilməmişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ofisinə gələrək almış olduğu tikinti materiallarının yarısının guya oğurlandığını bildirmiş və əlavə olaraq evin tam olaraq təmir edilməsi üçün 40.000 manat pulun verilməsini xahiş etmişdir. O, həmin vaxt artıq Təqsirləndirilən şəxs hərəkətlərindən şübhə etdiyi üçün qeyd etdiyi qeyri-yaşayış sahəsinə gedərək təmir işlərinin nə yerdə olması ilə bağlı maraqlanmışdır. Belə ki, təmir-tikinti işlərindən anlayışlı olan şəxslərlə qeyd olunan ünvana getmiş, lakin orada çox az miqdarda işin görüldüyünü aşkar etmişdir. Buna görə də Təqsirləndirilən şəxs çağırıb özü ilə hesabat etmiş və həmin hesabat zamanı cəmi 21.500 manat dəyərində təmir işləri görüldüyünü müəyyən etmişdir. Bundan sonra qalan 48.100 manat pulun aqibəti ilə maraqlandıqda isə Təqsirləndirilən şəxs gah ona İsmayıllı rayonu, İvanovka kəndində bir qadına qarşı cinsi zorakılıq etdiyinə görə həmin qadının valideynlərinə 15.000 manat pul verdiyini, gah da aldığı tikinti materialının oğurlanması barədə məlumat vermişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirdiyindən əmin olmuş və ondan 48.100 manat pulunu tələb etməyə başlamışdır. Bundan başqa ona Həmzə adlı şəxs zəng edərək Təqsirləndirilən şəxs tərəfindən usta kimi ona məxsus olan Məmmədli kəndində yerləşən qeyri-yaşayış sahəsində işlədiyini, ona obyektin içərisində olan pilləkənləri düzəltməyin tapşırıldığını, işin görülməsini 3.500 manata razılaşsalar da, sonradan Təqsirləndirilən şəxs cəmi 500 manat verərək qalan pulu verməməsi barədə məlumat vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla etdiyi hesabata baxdıqda sonuncunun hesabatda həmin işin görülməsi üçün 6.500 manat usta pulu verdiyini qeyd etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şişirdilmiş məbləğləri qeyd edərək onunla hesabat apardığını və pulunu ələ keçirdiyini müəyyən etmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı qaytarmasa da, məhkəmə istintaqının yekununda sonuncu ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Bu səbəbdən, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, bununla bağlı ərizəni təqdim edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1995-ci ildən etibarən mərmər işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, hətta onun toyunda belə iştirak etmişdir. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs onun mağazasına gələrək Abşeron rayonu Məmmədli kəndində yerləşən guya atasına məxsus qeyri-yaşayış sahəsini təmir etdirmək istədiyini bildirmiş və o da etibar etdiyindən sonuncuya istədiyi miqdarda mərmər verilməsini təmin etmişdir. Təqsirləndirilən şəxs atasının Rusiya Federasiyasında olduğunu və qayıtdıqdan sonra bütün borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 200 manat və 300 manat olmaqla ümumilikdə 500 manat beh vermişdir. Ümumi 3500 manat borcun içərisində həm mərmər, həmçinin usta pulu, o cümlədən materialların daşınması üçün nəqliyyat pulu da daxil olmuşdur. Lakin bundan sonra Təqsirləndirilən şəxs tərəfindən ona qalıq 3000 manat pul ödənilməmişdir. O dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamaq istəsə də, sonuncu əvvəllər bəhanələr gətirmiş, daha sonra isə ümumiyyətlə telefona cavab verməmişdir. Belə olan halda o, həmin qeyri-yaşayış sahəsinə getmiş və orada işləyən ustalardan Təqsirləndirilən şəxs soruşsa da, tapa bilməmişdir. O istifadəsində olan mobil nömrəsini orada olan ustalara vermişdir və qeyri-yaşayış sahəsinin sahibinin onunla əlaqə saxlamasına köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və həmin qeyri-yaşayış sahəsinin sonuncuya məxsus olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs ona olan borcu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs hesabat aparan zaman pilləkənin mərmər işinin 6500 manata yekunlaşdığını bildirdiyini və onun pulunu ödədiyini bildirmişdir. Hal-hazırda ona 3000 manat pulun ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsini almış və daha sonra orada qeyri-yaşayış sahəsinin tikintisinə başlamışdır. Həmin tikintinin aparılmasına rəhbərliyi Zərərçəkmiş şəxs tanışı Allahverdi adlı şəxs aparmışdır. O isə orada tikinti ilə bağlı ölçü məsələləri, ustaların təmin edilməsi və digər texniki işlərə nəzarət etmişdir. Təxminən 2019-cu ilin sonunda orada 2 mərtəbəli yarıtikilinin tikilməsi başa çatmışdır. Lakin həmin yarıtikilinin içərisinin tam olaraq təmir olunub tikintisi başa çatdırılmalı olmuşdur. Buna görə də qardaşı Təqsirləndirilən şəxsla əlaqə saxlayıb orada tikinti işlərinin aparılmasını tapşırmışdır. Bunun müqabilində qardaşı Təqsirləndirilən şəxs ümumilikdə 69.600 manat pul vermişdir. O qardaşının Təqsirləndirilən şəxs pul verdiyinin şahidi olsa da, konkret olaraq hansı məbləğdə və hansı tarixlərdə pulların verildiyini dəqiq olaraq xatırlamır. Bir müddət sonra Təqsirləndirilən şəxs orada əsaslı tikinti işlərini aparmadan pulların çox hissəsini mənimsədiyi məlum olmuşdur. Buna görə də o, qardaşı Zərərçəkmiş şəxs, Allahverdi və Səməd adlı tanışları həmin qeyri-yaşayış sahəsinə gedib orada olan tikinti işləri ilə tanış olmuşdurlar. Onlar orada çox az sayda, verilən pula müvafiq olmayan dərəcədə işlərin aparıldığını görmüşdürlər. Həmin vaxt orada təxminən ekspertiza rəyinə yaxın məbləğdə tikinti işlərinin görülməsini müəyyən etmişdirlər. Sonradan Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlamış və sonuncu borclarının olduğunu və “başına işlərin gəldiyini” bildirmişdir. Bundan sonra qardaşı Mübariz Təqsirləndirilən şəxs bir neçə dəfə pullarını yeri qaytarmağını tələb etsə də, sonuncu müxtəlif bəhanələr ilə pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2007-ci ildən etibarən Balaxanı qəsəbəsində təcrübə sınaq zavodunun ərazisində icarə əsasında daş sexini işlətmişdir. Təxminən 2018-ci ildən etibarən Təqsirləndirilən şəxsla gördüyü işlərlə əlaqədar müştəri qismində tanış olmuşdur. Təqsirləndirilən şəxs özü təmir tikinti işi ilə məşğul olduğu üçün mütəmadi şəkildə ondan aqlay daşlarını 2018-ci ildən 2021-ci ilədək olan müddət ərzində əldə etmişdir. Xəyyam hər dəfəsində ondan daş götürdükdə bir hissəsinə görə pulu ödəyib qalan pulları sifarişləri icra etdikdən sonra pul əldə etdikdə ödəyəcəyinə dair vəd vermişdir. Təqsirləndirilən şəxs öz danışığı və davranışı ilə onda özünə qarşı inam yaratmış və hər dəfə sonuncu gəldikdə o lazım olan miqdarda daşlar vermişdir. Xəyyam daşların pulunu heç vaxt tam ödəmədiyindən hesablamalarına əsasən ona ümumilikdə 7.200 manat borcu yaranmışdır. 2021-ci ilin yaz aylarında o, Təqsirləndirilən şəxs artıq pulunu verməyini tələb etməyə başlamışdır. O bir neçə dəfə əlaqə saxlamaq istədikdə Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmiş buna görə də, sonuncuya “sms” mətnləri göndərmişdir. “Sms”lərin birində Təqsirləndirilən şəxs ona cavab olaraq qumar oyunlarında pullarını uduzduğu üçün hələ ödəniş edə bilmədiyini, lakin tezliklə edəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs yenidən “sms” yazdıqda sonuncu guya onun hədələndiyini bildirib borcu olmadığını və pulu ödəməyəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun barəsində DİN-nin 102 xidməti zəng mərkəzinə şikayət edib guya hədələndiyini qeyd etmişdir. Bundan sonra o tanışlarından Təqsirləndirilən şəxs atası Vahidin mobil nömrəsini öyrənmiş və onunla bir dəfə mobil telefonla danışaraq oğlunun ona borclu olduğunu bildirmiş, sonuncu isə məsələni həll edəcəyini bildirmişdir. Lakin sonradan Vahid Əhmədov da telefon zənglərinə cavab verməmişdir. Artıq Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadığı üçün o, Sabunçu Rayon Polis İdarəsi və Sabunçu Rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Ərizəsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsində və Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış, lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və iş üzrə mübahisənin mülki xarakterli olması qeyd edilmişdir. Həmin araşdırmadan sonra Təqsirləndirilən şəxs ona heç bir məbləğ ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin mart ayında tanış olmuşdur. Belə ki, onun usta yoldaşı işsiz qaldığını görüb Təqsirləndirilən şəxs bir obyektin tikintisi üçün usta axtardığını bildirmiş və o da sonuncu ilə əlaqə saxlamışdır. O, Abşeron rayonu, Məmmədli kəndində yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinə gəlmiş və orada işlərin görülməsinə cəlb olunmuşdur. O və orada işləyən digər ustalar obyektin “qranit” və “metlax”ını düzəltməli, həmçinin “şpaklyovka” və “alçipan” quraşdırmalı olmuşlar. Təqsirləndirilən şəxs daimi olaraq oraya material gətirəcəyini və materiallar əsasında onların orada iş görə biləcəklərini bildirmişdir. Ondan başqa orada təxminən 4 nəfər usta işləmişdir. Oraya gəldiyi günün sabahı Təqsirləndirilən şəxs özünə məxsus “Mercedes C- Klass” markalı avtomobil ilə “şpaklyovka” materiallarını gətirmişdir. Bundan sonra onlar “şpaklyovka” əsasında ikinci mərtəbədə olan divarların ağardılması işini həyata keçirmişdirlər. Bundan sonra bir dəfə də Təqsirləndirilən şəxs yük avtomobili ilə “alçipan” və “şpaklyovka” materiallarını gətirmişdir. Təxminən 10-12 gün ərzində həmin materiallar əsasında ikinci mərtəbədə divarların ağardılması işi görülmüş və biraz “alçipan” quraşdırılmışdır. Təqsirləndirilən şəxs bundan sonra da onların işlərini davam etdirmələri üçün oraya çox sayda material gətirməli olmuşdur. Belə ki, əlavə olaraq “metlax” və “qranit”, bir çox digər materiallar gətirilməli olmuşdur. Lakin o, Təqsirləndirilən şəxs hər dəfə bu barədə bildirdikdə sonuncu maddi cəhətdən sıxıntılarının olduğunu bildirmiş, buna görə material gətirə bilmədiyini, tezliklə hər bir materialı gətirəcəyini bildirmişdir. Orada təxminən 12 gün işlədikdən sonra o və onunla işləyən digər ustalar obyektə materialın gətirilmədiyini görüb orada işlərini yekunlaşdırmaq qərarına gəlmişdirlər. Təqsirləndirilən şəxs iş gördükləri dövr üçün onlara ümumilikdə təxminən 1000 manat pul vermişdir. Həmin obyektdə təxminən 12 gün ərzində 2021-ci ilin mart ayında işləmişdir. Həmin vaxt ərzində Təqsirləndirilən şəxs tərəfindən cəmi 2 dəfə material gətirilmişdir. Sonradan isə Təqsirləndirilən şəxs yenidən materiallar gətirəcəyinə dair söz versə də heçnə gətirmədiyi üçün iş dayanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, təxminən 2015-ci ildən etibarən Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən aqlay sexini icarə əsasında işlətmişdir. Qeyd olunan sex tikinti üçün aqlay daşlarının satışı ilə məşğul olmuşdur. 2017-ci ildən tanıdığı Təqsirləndirilən şəxs sexə yaxınlaşaraq aqlay daşları almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təmir tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim edib mütəmadi olaraq ondan aqlay daşları alacağını bildirmişdir. Bununla da, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs ondan aqlay daşlarını almağa başlamışdır. İlkin olaraq həmin şəxs aldığı daşlara görə pulları ona vermiş, aralarında heç bir problem yaşanmamışdır. Sonradan isə Təqsirləndirilən şəxs bir neçə dəfə daşları borca ondan götürüb pulunu sonradan verəcəyinə dair vəd vermişdir. Belə ki, Təqsirləndirilən şəxs işgüzar adam olduğunu görərək hər dəfə ondan daşları aldığından tanıdığı üçün borca daşlar vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs təmir işləri ilə bağlı götürdüyü sifarişlərdən qazanc əldə edə bilmədiyi üçün ona olan borcunu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs ona təqribən 3360 manat borcu yaranmış və indiyədək Xəyyam həmin pulu ödəməmişdir. 2021-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxs ilə bir neçə dəfə əlaqə saxlasa da, sonuncu borcunu ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, sərbəst şəkildə aqlay daşlarının satışı ilə məşğul olmuşdur. Belə ki, müxtəlif “karyer”lərdən daşları blok şəkildə alaraq sexlərə aparıb satışı ilə məşğul olmuşdur. O əvvəllər daşları özünə məxsus “Kamaz” markalı avtomobil ilə aparmışdır. Təxminən 4-5 il əvvəl Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxsla aralarında etibarlı əməkdaşlıq yaranmış və onların bir-birilərinə alıb-verəcəkləri olmuşdur. Lakin hal-hazırda onların bir-birilərinə hər hansı borcları qalmamışdır. Onu müstəntiq polis idarəsinə çağırmış və orada onunla söhbət etmiş, daha sonra isə ona qol çəkdirsə də, izahatında yazılanları oxumamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Ahmet oğlu ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ləhiç bağları dalan 30 ünvanında yerləşən sahəni almışdır. Həmin sahədə öz vəsaiti hesabına qeyriyaşayış sahəsini tikmişdir. İlkin olaraq həmin sahəni tikinti materiallarının satışı mağazası kimi istifadə etməyə başlamışdır. Belə ki, təxminən 2017-2018-ci illərdə özü həmin obyekti tikinti materiallarının satışı mağazası kimi işlətməyə başlamışdır. Bu şəkildə ora təxminən 1 il ərzində işləmişdir. Lakin həmin sahibkarlıq fəaliyyətindən gəlir əldə edə bilmədiyi üçün oranı bağlamalı olmuşdur. Bir neçə il ərzində həmin yer boş saxlanılmışdır. Təxminən 2021-ci ilin yay aylarında bir nəfər Amir adlı şəxs onunla əlaqə saxlayaraq oranı icarəyə götürmək istədiyini bildirmişdir. O, Amir adlı şəxslə razılaşmış və sonuncu bir müddətlik obyekti icarəyə götürmüşdür. Lakin Amir adlı şəxs də oranı bir neçə ay ərzində işlədə bilmişdir. Belə ki, daha sonra Amir adlı şəxs qazanc əldə edə bilmədiyi üçün icarədən imtina etmişdir. Bundan sonra bir neçə il ərzində həmin yer yenə boş saxlanılmış və fəaliyyət göstərməmişdir. O, orada təmir tikinti işlərini aparmış və 2023-cü ilin may ayından etibarən isə özü oranı mebel mağazası kimi işlədir. Həmin obyekt 2017-2018-ci illlərdə bir müddətlik onun tərəfindən tikinti materiallarının satışı mağazası kimi işlədilmiş, daha sonra 2021-ci ilin yay aylarından payız aylarınadək Amir adlı şəxs tərəfindən icarə əsasında işlədilmiş, bundan sonra isə tərəfindən 2023-cü ilin may ayından etibarən mebelin satışı mağazası kimi fəaliyyət göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, Təqsirləndirilən şəxs isə uzun müddətdir tanımışdır. Onun yaşadığı evin daşları və hörülmə işləri Təqsirləndirilən şəxs tərəfindən görülmüşdür. Atası Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıdığı üçün sonuncuya etibar etmişdir. Təxminən 2021-ci ildə Zərərçəkmiş şəxs Məmmədli kəndində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsində təmir işlərini Təqsirləndirilən şəxs tapşırmışdır. Təqsirləndirilən şəxs orada iş aparan zaman o bir dəfə sonuncuya zəng edib işlərin gedişatı ilə maraqlanmış və qeyd olunan təmir yerinə gəlib baxacağını bildirmişdir. Təqsirləndirilən şəxs isə karantin rejimi ilə bağlı ictimai nəqliyyatın işləmədiyi üçün ustaların oraya gələ bilmədiklərini bildirmişdir. Daha sonra, o atası ilə danışıb bu barədə məlumat vermiş və onlar həmin gün ictimai nəqliyyatın işlədiyini öyrənmişlər. Təqsirləndirilən şəxs hər dəfə zəng edərək ustaların təcili olaraq pul istədiklərini və çalışdığı qədər onlara tez pul verməli olduğunu bildirmişdir. 2021-ci ilin mart ayında o, 10.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, şəxsən ümumilikdə 16.000 manat pulun Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən qeyri-yaşayış sahəsində əsaslı olaraq hər hansı təmir tikinti işlərinin aparılmadığı, ümumilikdə 69.000 manat pul vəsaiti götürülsə də, çox cuzi məbləğdə pulun tikinti işlərinə sərf edildiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ona müraciət edərək Abşeron rayonu, Məmmədli kəndində torpaq sahəsini aldığını və orada qeyri-yaşayış sahəsi tikmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ondan həmin tikinti işlərinə rəhbərlik etməsini xahiş etmişdir. Bundan sonra həmin ərazidə obyektin yerləşməsi üçün bünövrə qoyulmuş, obyektin tikintisi və çöl hissəsinin təmiri üçün işlər görülmüşdür. Bundan sonra qeyd etdiyi işləri 2020-ci ilin may ayında bitirmişdir. Daha sonra o Zərərçəkmiş şəxs ilə danışmış və obyektin tam olaraq içinin təmirli vəziyyətdə təhvil verilməsi üçün təxminən əlavə olaraq 120.000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs bu işi 70.000 manata yekunlaşdırıb təhvil verə biləcəyini qeyd etmişdir. O isə 70.000 manata qeyd olunan təmir işlərini görməkdən imtina etmişdir. Belə ki, təmir işlərinin keyfiyyətli olması üçün 70.000 manat məbləğin yetərli olmaması qənaətinə gəlmişdir. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs həmin obyektdə təmir işlərini aparmadığını, onun pullarını mənimsədiyini bildirmişdir. Şahidlər Şahid5 xx.xx.2023-cü il tarixdə, Şahid9 isə xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, həmçinin Şahid8 məhkəməyə rəsmi ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid5, Şahid9 və Şahid8 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1339 saylı rəyindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 22384 manat məbləğində müəyyən olunmuşdur. Abşeron rayonu Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti işləri yarımçıq şəkildə olduğundan, həmin təmir-tikinti işlərinin keyfiyyətsiz olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (cild İ, i/v 33-35). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/45 saylı rəyindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış sahəsində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 25.616 manat məbləğində müəyyən olunur. İlkin məhkəmə tikinti-texniki ekspertizası ilə təkrar məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi arasında yaranmış fərq, tədqiqat obyekti üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ilkin ekspertiza zamanı bütünlüklə ekspertə təqdim edilməməsi səbəbindən əmələ gəlmişdir. Abşeron rayonu Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus qeyri-yaşayış sahəsində aparılmış təmirtikinti işləri yarımçıq şəkildə olduğundan, həmin təmir-tikinti işlərinin keyfiyyətsiz olubolmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır (cild İİ, i/v 191-193). İş materiallarında olan 10 avqust 2022-ci il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X9 10 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i/v 140). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-425/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 avqust 2022-ci il tarixdən hesablanmaqla 26 (iyirmi altı) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (cild İ, i/v 182-185). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 4(103)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (cild İ, i/v 190-194). İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs statusuna və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilmişdir (cild İ, i/v 294-301). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-98/2022 saylı, 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Mahmud Quliyevin 15 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ləğv edilmiş və toplanmış materialların əlavə araşdırılması üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilməsi qərara alınmışdır (cild İİ, i/v 67-72). İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli “cinayət işini icraata qəbul etmək haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Mahmud Quliyevin icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir (cild İİ, i/v 73). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İ, i/v 223-224). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild İİİ, i/v 33-34). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur (cild İ, i/v 56). İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Əhmədov X7 rayonu Məmmədli kəndində qeydiyyatla yaşayır. Təqsirləndirilən şəxs barəsində İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə şikayət xarakterli heç bir yazılı və şifahi müraciət daxil olmamışdır (cild 1, i/v 83). İş materiallarında olan 10 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild İ, i/v 122-126). İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 09 sentyabr 2022-ci il tarixli 17356 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd disk “CD-R” formatlıdır. Həmin disk “Fujitsu” markalı stolüstü kompüterdən istifadə edilməklə açıldıqda, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilmişdir. ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan və daxil olan sms-lərə baxış zamanı istintaq əhəmiyyəti kəsb edəcək məlumatlardan aşağıdakılar müəyyən edilmişdir: Belə ki, ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 12/03/2021-ci il saat 12:06:58-də - “Menede bu gune soz vermisdiler gelen hefte gedecem ofise danisdim 100 faiz pul verecekler verecem arife goturersiz ok.” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 13/03/2021 -ci il saat 19:25:17-də - “EMİ UZURLU HESAB ELE DUNEN QUMAR OYNAYİB UDUZMUŞAM 4 CU GUN PUL VERECEM AĞSAQQAL CAVANAM UZURLU HESAB ELE UTANİRAM DANİŞMAĞA 100 FAİZ 4 CU GUN QARDAŞ OGLU PUL VERECEK HER SEYİ KEC MENİM CAVANLİĞİMA EMİ” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 17/03/2021-ci il saat 16:39:52-də - “Elcin salam demisem 5ci gun odeyecem 5ci gune soz vermisem indi rayondayam” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 18/03/2021 -ci il saat 19:31:39-da – “Salam.Gulu dedi size deyimki bu gun demiwdiz pul söhbetini deyur sabah axirinci gundu seher saat 9- da dediyi yere getmelidi. Deyirki xahiw edirem ne qeder olsa hec olmasa atsin karta.Siz karta atan kimi ona sms gedecek gedib cixartsin. Mene yazib yigmayin cox xahiw edirem yoldawim evdedir..Gulu dedi deye yazdim. Dediki yarim saata zada atsinki gec olmamiw gedib cixartim.Yazmayin hecne mene. Sagolun” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 19/03/2021-ci il saat 11:43:28-də - “salam isdeyem danisa bilmirem saat 4de 5de yigarsan pul verecem size” - 19/03/2021 -ci il saat 17:15:18-də - “sen get eve gozleme ofisdeyem mellimi gozleyirem gelsin goturub gelecem bineye arifede pul verecem bineye gelende yigacam size” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 19/03/2021 -ci il saat 16:41:24-də - “samir utaniram seni yigmaga bu alcipan getiren el çekmir menden diresib burda beyaqdan gozletdirirem mene bir xeber ele hara lazimdi gelim el çekmir menden” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 19/03/2021-ci il saat 17:36:41-də - “gelmisem ofise mellim yoxdu danismisam deyir gozle gelecem pulu goturub gelecem bineye arifede pul vermeliyem saat nece olur olsun pulu alim bineye gelecem” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 20/03/2021-ci il saat 01:42:26-da – “Xəyyam noldu ? saat 2 oldu.” - 20/03/2021-ci il saat 01:43:26-da – “Səhər tezdən pul kartımda olsun beynimi çöndərmə deyəsən səf saldın kimnənsə məni” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 04/04/2021-ci il saat 12:26:02-də - “Xeyam salam necesen 6400 manat vaxtında asaydım 20000 olmuşdu sende qaldığca men qazancımdan oluram sen mene 10000 borclusan öde” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 18/04/2021-ci il saat 16:03:57-də - “Xeyam salam senden bir xeber çıxmadı pulumu ver ayda 1000 m versen 6 aya ödemişdin” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 20/04/2021-ci il saat 20:11:31-də - “salam xeyam elmadi usta telfonu gotur menim telfonumu acmrsan niye acmirsan teli men işdemrem seni gozdyurem hacan pul verersen odada işdyerem menim vaxdim var men gedrem rayona 5 gune qaydacam pul verersen işdyerem” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 11/05/2021-ci il saat 16:48:40-da – “Adam kişi olar telfonu söndürsen xeyam pulu öde7000 m meni getiıme qapuatap pulu meni maraqlandırmır yox sözü besdi men sene hörmet edim beşdir” - 14/05/2021 -ci il saat 12:15:01-də - “Xeyam senin saymamazdğın demeli men zeif adamam sen fradırsan ataram işi gücü derem dalına kamazna taptyaram 8000 m verecəyin var xeyam” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 17/06/2021-ci il saat 17:39:33-də - “salam ağsaqqal dovletin qaydasi var qanunu var telefona cavab vermeyende mesaj yazirlar siz qanuna zid hereket eleyerek evin kisisi evde olmadan ictimai asayisi pozaraq menim qapimi doymusuz ve lotuluq eleyerek hetta menim qapima hede qorxu elameti olaraq kagiz yazib mutesekill qaydada meni goruse devet elemisiz vetandasin qapisina ancaq dovlet terefinden mekdub geler siz qanuna zid hereket elemisiniz birde meni dovletin xeberi olmadan narahat eleseniz cenab nazirimiz Vilayet eyvazov cenablarina mekdub gonderecem ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına” ünvanlanmış: - 17/06/2021 -ci il saat 18:03:46-da – “Salam! Man galmiwdim sanin aqsaqqalinla sohbat edim ki sizin oqlunuz sexdan goturduyu aqlayin pulunu niya vermir?Ozuda pulu vermadiyi bawqa sexlarda var.” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 07/08/2021-ci il saat 12:02:40-da – “Xeyam dolamsan meni 6400 mpul borclusan 1000 p yolya bilmirse” - 07/08/2021-ci il saat 12:12:4S-də - “Salam oğlun xeyam 6400m pu borcludur yalan danşır vermir sizden xayişim bu durki” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 07/08/2021-ci il saat 20:44:24-də - “Emi salam imkan olsa karta sabaha 1100 man lazimdi yolla” - 07/08/2021,20:44:24,**********08,**********45 “Emi salam imkan olsa karta sabaha 1100 man lazimdi yolla” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 09/08/2021-ci il saat 14:20:43-də - “Xəyyam nədi sənin fikirin karyerdən gəlib oturublar sexdə mən bunlara nə cavab verim dedin ev yiyəsi xaricdədi gözlədik bu günə kimi ayın 9- u oldu hələ səndən xəbər yoxdu” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: xx/xx/2022-ci il saat 01:10:24-də - “Gelib oturam qapında seni biabır olarsan pulumu ver 6400 m az pul deyil Seni abrı başdı insan kimi tanyırdın Men 6400 m pul qarşsında seni dist bildim sen meni avam bildin ama yox sen 6400m ödyecəksn (Ne yolnan olsa) xəyam məlim” ***-***-**-** saylı mobil nömrə kartından ***-***-**-** saylı mobil nömrə kartına ünvanlanmış: - 01/02/2022-ci il saat 18:13:44-də - “Azer Salam netersen Sen menim evime gelib meni atami az yasli uşaqdan bizi sorusub hansi sebebe gore hede qorxu gelmisen sen menim sadeliyimden istifade” Baxış zamanı ***-***-**-** saylı mobil nömrənin Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində qeydiyyatda olan Şahid3, ***-***-**-** saylı mobil nömrənin ünvan 3 ünvanında qeydiyyatda olan Elçin Əhmədova, ***-***-**-** saylı mobil nömrənin Qusar rayonunda qeydiyyatda olan X5, ***-***-**-** saylı mobil nömrənin ünvan 5 ünvanında qeydiyyatda olan Şahid11, ***-***-**-** saylı mobil nömrənin ünvan 6 ünvanında qeydiyyatda olan Şahid7, ***-***-**-** saylı mobil nömrənin Y.Məmmədəliyev küçəsində yerləşən "Pentagon” şirkətinə məxsus olması müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 mart 2013-cü il təvəllüdlü X3 və 27 iyun 2015-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild İİİ, i/v 85-87). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsi ilə aparılmış danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi tanınması qərara alınmışdır (cild İİİ, i/v 48-65). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmiş, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq əməli törətməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlar, məhkəmə, iş materiallarında mövcud obyektiv sübutların məcmusu ilə təkzib edildiyi səbəbindən həqiqətə uyğun olmadığı qənaətinə gəlir və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul etsə də, həmin dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra dindirilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pulun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-339/2023 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 28 (iyirmi səkkiz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) ay 26 (iyirmi altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-20/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-20/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver