Məhkəmə qərarları › İş №1(006)-20/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-20/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-20/2025 05.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 Müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Biləsuvar rayonu, Biləsuvar şəhəri, Bakı küçəsi, ev 16-da qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayında faktiki olaraq daxili işlər orqanlarında xidmət etmədiyi halda, istintaqa məlum olmayan mənbədən polis xidməti geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs2 özbaşına özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün polis baş leytenantı rütbəsində olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya guya işğaldan azad edilmiş ərazilərdə yol polisi vakant ştat yerlərinin olduğunu bildirib 8.300 manat pulun müqabilində həmin vəzifəyə təyin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibardan suiistifadə etməklə aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241, mənzil 66-da Zərərçəkmiş şəxs2 5.000 manat və Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 157 saylı ünvanda yerləşən 3 saylı Bakı “Asan xidmət” mərkəzinin inzibati binasının qarşısında 3.300 manat pulu alaraq verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 8.300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə: • 2022-ci ilin noyabr ayında “İnstagram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs5 guya yaxın əlaqələri vasitəsilə "xxxx" QSC-dən 35.000 manat təsərrüfat krediti əldə edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibardan sui-istifadə etməklə aldadaraq kreditin əldə olunması üçün guya bankda işləyən tanışına verilməsi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə 29 noyabr 2022-ci il tarixdə, saat 14:13-də Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 667-ci məhəllədə yerləşən “Bravo” supermarketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7388 5037 9886 saylı bank kartına göndərdiyi 600 manat, 30 noyabr 2022-ci il tarixdə, saat 17:33-də mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4169 7388 8482 4147 saylı bank kartına göndərdiyi 70 manat, 19 dekabr 2022-ci il tarixdə, saat 11:06-da mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 5243 7544 4196 2196 saylı bank kartına göndərdiyi 150 manat pulu nağdlaşdıraraq ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 820 manat; • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə işləyən tanışı Zərərçəkmiş şəxs7 yaxın əlaqələri vasitəsilə sonuncunun xidmət yerini Bakı şəhərinə dəyişdirə biləcəyinə inandırıb etibardan sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında Zərərçəkmiş şəxs7 1.500 manat, bu şəxsin Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169 7388 4047 9319 saylı bank kartına göndərdiyi 1.600 manat, 04 may 2023-cü il tarixdə, saat 23:20-də "xxxx" ASC-nin Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən filialının qarşısında quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin karta göndərdiyi 1.400 manat, 08 may 2023-cü il tarixdə, saat 20:39-da Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Mandarin” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə eyni karta göndərdiyi 500 manat, saat 20:51-də qeyd edilən ödəmə terminalı vasitəsilə bu karta göndərdiyi 500 manat pulu nağdlaşdıraraq ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 5.500 manat; • faktiki olaraq daxili işlər orqanlarında xidmət etmədiyi halda tanışı Zərərçəkmiş şəxs1 özbaşına özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün vəzifəli şəxsi kimi təqdim edərək: • onu guya qızıl-zinət əşyalarının satışını həyata keçirmək üçün X3 Dubay şəhərinə göndərəcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq viza alınması adı ilə 18 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində onun 2.400 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2.400 manat; • ona məxsus “Chevrolet Cruze” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili bankda girov saxlayaraq kredit götürəcəyinə və bankdan götürülən kredit məbləğinin əvəzinə sonuncuya “Kia Optima” markalı avtomobil verəcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla 21 may 2023-cü il tarixdə həmin avtomobili istintaqa məlum olmayan şəxsə sataraq Bakı şəhəri, Binəqədi rayonu, Şah Abbas küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inzibati binasının qarşısında avtomobilin satışından əldə olunan 10.000 manat pulu Zərərçəkmiş şəxs1 götürüb ələ keçirərək verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 10.000 manat; • onun qızı Şahid3 X3 Dubay şəhərinə getməsi üçün viza məsələsini həll edəcəyinə və təyyarə biletini alacağına inandırıb etibarından suiistifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 21 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 həmin günün məzənnəsi ilə 1.819 manat təşkil edən 1.070 ABŞ dolları pulu və 22 may 2023-cü il tarixdə həmin ünvanda 1.460 manat pulu alaraq ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3.279 manat; • ona “Baku Electronics” mağazasından yeni “iPhone 14” markalı mobil telefonun kredit yolu ilə alınması məsələsini həll edəcəyinə inandırıb 22 may 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən “Baku Electronics” mağazasından sonuncunun adına sənədləşdirməklə 3.600 manat dəyərində “iPhone 14” markalı mobil telefonu guya “icloud” hesabı açıb gətirəcəyi adı ilə götürüb etibarından sui-istifadə etməklə aldadaraq bu telefonu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 3.600 manat; • Zərərçəkmiş şəxs6 özünü avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək avtomobil almaqda köməklik göstərəcəyinə inandırıb etibardan sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən 08 sentyabr 2023-cü il tarixdə, saat 22:19-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Nənəmin təndiri” iaşə obyektinin arxasında 16 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Elmar” marketdə quraşdırılmış “MPAY” ödəniş terminalı vasitəsilə 1.500 manat məbləğində, 09 sentyabr 2023-cü il tarixdə, saat 10:26-da isə ünvan 4 ünvanda yerləşən “Kardeşlər” kafesinin qarşısında yol kənarında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə 700 manat məbləğində pulu öz istifadəsində olan 5239 1517 1249 0195 saylı bank kartına göndərilməsinə nail olub bu vəsaitləri nağdlaşdıraraq verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 2.200 manat; • tanışı Zərərçəkmiş şəxs4 özbaşına özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün vəzifəli şəxsi kimi təqdim edərək: • sonuncunun qızı Səadət Hüseynovanın işsiz olmasını bildikdən sonra ixtisasına uyğun işə düzəldəcəyinə inandırıb etibardan sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2023-cü il tarixdə 4.880 manat, xx.xx.2023-cü il tarixdə 1.500 manat məbləğində pulun öz istifadəsində olan 5239 1588 0352 0195 saylı bank kartına göndərilməsinə nail olmaqla həmin vəsaitləri nağdlaşdıraraq ələ keçirib verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 6.380 manat; • onun oğlu Şahid2 avtomobil almaq istədiyini bildikdən sonra X1 münasib qiymətə “Hyundai Elantra” markalı avtomobili ölkəyə gətirə biləcəyinə inandırıb etibardan sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Ramal” marketin qarşısında “MilliÖn” terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 19:35-də 1.400 manat və saat 19:39-da 600 manat məbləğində pulun öz istifadəsində olan 5239 1588 0352 0195 saylı bank kartına göndərilməsinə nail olub həmin vəsaitləri nağdlaşdıraraq verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 2.000 manat; • tanışı Zərərçəkmiş şəxs3 özbaşına özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün vəzifəli şəxsi kimi təqdim edərək sonuncunun hüquq mühafizə orqanlarında işləmək həvəsinin olduğunu bildikdən sonra guya geniş əlaqələrindən istifadə etməklə onu Dövlət Gömrük Komitəsində işlə təmin edəcəyinə inandırıb etibardan sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə işə qəbul edilməsi məsələsinin həlli üçün sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 21:52-də yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, bina 15, ev D2, mənzil 16-dan “Birbank” mobil tətbiqi vasitəsilə 4169 7388 6345 3865 saylı kartdan istifadə edilməklə 2.000 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixdə, saat 22:30-da həmin ünvandan “Birbank” mobil tətbiqi vasitəsilə 5103 0763 4682 6194 saylı kartdan istifadə edilməklə 1.980 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixdə həmin ünvandan “M10” mobil tətbiqi vasitəsilə 055 ***-**-** saylı mobil nömrədən istifadə edilməklə 600 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixdə həmin ünvandan “Birbank” tətbiqi vasitəsilə 5103 0763 4682 6194 saylı kartdan istifadə edilməklə 400 manat məbləğində pulun öz istifadəsində olan 5239 1588 0352 0195 saylı bank kartına göndərilib nağdlaşdırılmasına, bundan başqa xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, bina 15, ev D2, mənzil 16-nın qarşısında 2.820 manat, xx.xx.2024-cü il tarixdə 2.900 və 3.300 manat, xx.xx.2024-cü il tarixdə 5.000 manat məbləğində pulu zərər çəkmiş şəxsdən alınmasına nail olmaqla verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 19.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 ilə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən salonda tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 X9 işləmək istədiyini bilib bunun mümkünlüyünü ona demişdir. Bundan sonra onlar bir neçə dəfə danışmış və aralarında münasibətlər yaranmışdır. 2020-ci ilin noyabr ayında Əlixana zəng vurub işğaldan azad olunmuş ərazilərdə polis işçilərinə ehtiyac olduğunu deyib ona işə düzəlməsi üçün 2.000 manat xərcinin çıxacağını bildirmişdir. Bir müddət keçdikdən sonra isə ona pul lazım olduğundan Əlixana zəng edib Yasamal rayonunda bir yerin boşaldığını, lakin bura işə düzəlmək üçün 8.300 manat pulun tələb olunduğunu demişdir. Bundan sonra onunla dekabr ayında Yasamal rayonu ərazisində iki dəfə görüşüb hər dəfə 3.000 manat olmaqla 6.000 manat pul götürsə də, verdiyi sözə əməl edə bilməmişdir. Əlixanla görüşəndə heç vaxt polis formasında olmamışdır. Zərərçəkmiş şəxs5 ilə isə “Tiktok” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, Aynurənin kreditlə bağlı hansısa səhifədə şərh yazdığını görüb ona “__vip555___” profil hesabından yazaraq məsələ ilə əlaqədar ona bankda tanışının olduğunu deyib yalandan kömək edə biləcəyini söyləmişdir. Aynurə də buna inandıqdan sonra 2022-ci ilin noyabr və dekabr aylarında onun verdiyi bank kartlarına ümumilikdə 820 manat pul göndərmişdir. O bu qadını heç vaxt görməmiş, onunla yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. Pulları aldıqdan sonra Aynurə ilə əlaqəni kəsərək pulu öz ehtiyacına xərcləmişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7la o, Elvin adlı şəxs vasitəsilə tanış olmuşdur. Günlərin birində o, Elvin və Səmidxan birlikdə görüşən zaman Səmidxan ona demişdir ki, hərbiçi kimi işlədiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Bakı şəhərinə təyinatını dəyişdirmək istəyir. O da ona çoxlu hərbiçi dostlarının və vəzifəli tanışlarının olduğunu deyib müəyyən xərc qarşılığında köməklik edə biləcəyini söyləmişdir. Səmidxan da onunla razılaşmış və 2023-cü ilin aprel ayının sonlarında “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında ona 1.500 manat pul vermişdir. Daha sonra o, hər dəfə ona işinin artıq həll olunduğunu deyib pul verməsini istəmiş və sonuncu da müxtəlif tarixlərdə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus kartına üç dəfə olmaqla 1.600, 1.400 və 1.000 manat pul göndərmişdir. Lakin, o bu şəxsdən aldığı pulları öz ehtiyacına xərcləyərək onunla əlaqəni kəsmişdir. Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkədə tanış olmuş, onunla yaxın münasibəti var idi. Günay taksi sürücüsü işləyirdi və qazancının az olmasından şikayətlənirdi. Ona görə də o, ona yalandan demişdir ki, anası kimi Dubayda onu qızıl-zinət əşyalarının satışının həyata keçirilməsinə, bunun üçün viza alınmasına kömək edəcək, qarşılığında isə ondan 2.400 manat pul almışdır. Növbəti günlərdə o, Günayın istifadəsində olan “Chevrolet Cruze” markalı avtomobili bank vasitəsilə sata biləcəyini əvəzində ona “Kia Optima” markalı avtomobil təşkil edəcəyini söz vermişdir. O, həmin avtomobili xatırlamadığı şəxsə satdıqdan sonra 10.000 manat pul əldə etmişdir. Bundan sonrakı günlərdə o, Günaya təklif etmişdir ki, onunla birlikdə qızı Aytacı da Dubaya göndərə bilər. Bunun üçün ondan 1.070 ABŞ dollar pul almışdır . Sonra onun mobil telefonunun köhnə olmasını bəhanə edib “Baku Electronics”də tanışlarının olduğunu ona münasib qiymətə “İphone 14” markalı avtomobil ala biləcəyini yalandan vəd edərək ondan 3.600 manat dəyərində “İphone 14” markalı mobil telefonu götürmüşdür. Sonrakı günlərdə Günaya demişdir ki, viza hazırdır, yalnız təyyarə biletləri lazımdır, buna görə ondan qızı və özü üçün iki biletə 1.460 manat pul almışdır. O bu pulları onu aldatma yolu ilə ələ keçirmişdir. X5 yaşadığı digər qızının ailəsində problem olduğunu, onlara pul göndərməli olduğunu demiş, o, da həmin əldə etdiyi pullardan Günaya pul vermişdir. Günaydan ümumi aldığı pullardan 3000-3500 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs6 ilə 2023-cü ilin sentyabr ayının əvvəllərində Orxan adlı yaxını vasitəsi ilə tanış olmuşdur. Belə ki, Orxana bir nəfər tanışına məxsus “Hyundai Elantra” markalı avtomobilin satışda olduğunu demiş və kimsə almaq istəyən olsa, ona məlumat verməyini xahiş etmişdir. Təxminən bir saat sonra Orxan ona zəng edib maşını almaq istəyən bir nəfərin olduğunu deyib şəkilləri ona göndərməyini xahiş etmişdir. O da avtomobili 6.000 manata satıldığını deyərək şəkilləri göndərmişdir. Daha sonra o, Natiqlə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşüb onunla həmin avtomobilin 4.800 manata alqı-satqısına razılaşmış və pulu onun bank kartına göndərilməsini xahiş etmişdir. Bundan sonra Natiq iki dəfəyə onun kartına ümumilikdə 2.200 manat pul göndərmiş, o da həmin vəsaitləri nağlaşdıraraq Natiqlə əlaqəni kəsib pulu geri qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə Həsən Əliyev küçəsində yerləşən 1 saylı Bakı “Asan xidmət” mərkəzinin yaxınlığında 2015-ci il tarixdə əsgərlikdə olan zaman komandiri olmuş Zərərçəkmiş şəxs4 görüşmüş və avtomobili ilə evinə aparmışdır. Bundan bir neçə gün sonra onlar “Cıdır Düzü” restoranında görüşmüş və o, Çingizə ABŞ-dan ucuz qiymətə “Hyundai Elantra” markalı avtomobil gətirə demiş, habelə onun işsiz olan qızını Dövlət Gömrük Komitəsində pul müqabilində işə düzəldə biləcəyini söyləmişdir. Çingiz də bunlara inanmış və avtomobilə görə ona 2.200, qızının işə düzəlməsinə görə isə 6.380 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs4 aldığı ümumilikdə 8.380 manat pulu öz şəxsi ehtiyaclarına xərcləyərək verdiyi vədlərinə əməl etməmişdir. Zərər çəkmiş şəxs İlahə Zeynalova ilə 2024-cü ilin yanvar ayının əvvəllərində tanış olmuş, onunla dostluq münasibəti yaranmışdır. O, bizneslə məşğul olduğunu deyib İlahədən 8.000-8.500 manat arası borca pul alsa da, onu Dövlət Gömrük Komitəsinə işə düzəltməsinə söz verməmiş, bu adla ondan vəsait götürməmişdir. Eyni zamanda qeyd edir ki, o, özünü zərər çəkmiş şəxslərə X13nin əməkdaşı kimi təqdim etməmiş, onlarla görüşdə polis geyimində olmamışdır. Sadəcə olaraq dostuna aid olan polis formasını bir dəfə geyinib şəklini çəkdirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən lazer salonunda tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün polis baş leytenantı rütbəsində olan vəzifəli şəxsi kimi təqdim etmiş və bir sıra səlahiyyətlərə sahib olduğunu qeyd etmişdir. Onu görən zaman əlində ratsiya, qandal və polis vəsiqəsi olmuşdur. O, bunları görüb Təqsirləndirilən şəxs həqiqətən polis işçisi olduğuna inanmışdır. Bütün bunlardan sonra o, Qulama polisə işə düzəlmək istədiyini bildirmiş, sonuncu da ona yardım edə biləcəyini demişdir. 2020-ci ilin noyabr ayında Qulam ona zəng edərək işğaldan azad olunmuş torpaqlarda polis işçilərinə nazirlik tərəfindən yığım və ehtiyac olduğunu bildirmiş, az bir miqdarda xərc qarşılığında onu işə düzələ biləcəyini qeyd etmişdir. Onun özünün polis olmaq istəyi, həmçinin Təqsirləndirilən şəxs polis işçisi kimi yüksək səlahiyyətlərə malik olmasını, bundan başqa yüksək vəzifəli şəxslərlə münasibətdə olmasına inanaraq, Qulamla yenidən bir daha Bakı şəhərində bu məsələyə görə görüşmüş və görüş zamanı Qulam ona komissiyaya yalnız 2.000 manat verəcəyi təqdirdə onun əmrinin çıxacağını qeyd etmişdir. Bir müddət keçdikdən sonra Qulam ona yenidən yığaraq Yasamal rayonunda bir yer boşaldığını, lakin buranın bir az baha olduğunu və 8.300 manata başa gələcəyini qeyd etmişdir. Dəfələrlə onlar görüşən zaman Qulam polis xidməti geyimində, baş leytenant rütbəsində olmuş, həmin vaxt özünün yanında yaxın dostu Şahid4 də olmuşdur. 2020-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, ev 241, mənzil 66-ya polis geyimində gəlmiş, ondan polisə düzəlməsi üçün 5.000 manat pul almışdır. Bundan bir neçə gün sonra o, Qulamla Yasamal rayonu ərazisində yerləşən 3 saylı Bakı “Asan xidmət” mərkəzinin yanında görüşərək qalan 3.300 manat pulu da ona vermişdir. O, Qulama 5.000 manat pulu verən zaman yanında anası Şahid1, ikinci dəfə verəndə isə dostu Şahid4 olmuşdur. Qulam ondan pulları alsa da, vədinə əməl etməmiş, onu polisə düzəltməmişdir. Onu da qeyd edir ki, özünü sığortalamaq üçün Qulamla olan danışıqların səsini yazmış və həmin yazılarda o, özünü polis işçisi kimi təqdim edərək günə ən azı 500-600 manat pul qazandığını, habelə yüksək vəzifəli şəxslərlə münasibətdə olduğunu bildirmişdir. Qulam aldığı puldan sadəcə 2.350 manat qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, 2020-ci ilin sonlarında oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs adlı şəxslə tanış olub sonuncunun polis əməkdaşı və yüksək rütbəli şəxslərlə əlaqəsi olduğunu bildirmişdir. Qulamın polis formasında olmağı oğlunun ona inanmağa sövq etmişdir. Həmin ilin sonlarında Qulam oğlunun polis əməkdaşı olmaq istəyini bilib onu X13nə işə düzəldə biləcəyini demişdir. Bu prosesin necə baş verəcəyini soruşduqda isə o, işğaldan azad olunmuş torpaqlarda polis əməkdaşına ehtiyac olduğu üçün tez bir zamanda kiçik məbləğlə oğlunu işə düzəldəcəyini bildirmişdir. Daha sonra dekabr ayında Qulam oğluna zəng edərək Yasamal rayonu X13 idarəsində boş iş yerinin olmasını bildirərək onu 8.300 manat pulun müqabilində həmin yerə düzəldəcəyini söyləmişdir. O, bu söhbətdən xəbər tutan zaman məsələnin nə qədər ciddi və etibarlı olmasını öyrənmək üçün Qulam ilə tanış olmaq qərarına gəlmiş və oğlu Qulamı öz evlərinə dəvət etmişdir. Qulam polis formasında gəlmiş, üstəlik əlində ratsiya və qandal da olmuşdur. Qulam söhbət əsnasında Yasamal rayonunda boş yerin olduğunu bildirərək tez bir zamanda 5.000 manat pulu verib həmin yeri saxlatdırmaq lazım olduğunu söyləyərək onları tələsdirmiş və bu vəsaiti onlardan almışdır. Bir neçə gün sonra Qulam oğluna zəng edərək boş yerin saxlanması üçün ödənişin qalan hissəsinin verilməli olduğunu demiş və oğlu ilə görüşüb 3.300 manat pulu da ondan almışdır. Daha sonra Qulam telefonlara cavab verməmiş, oğlu aldadıldığını bilib polisə müraciət etmişdir. Məhkəmədə Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 onun dostdur. O, Əlixanın polisə işə qəbul olunmaq istədiyini bilmiş, onlar bu barədə söhbət də etmişlər. Qulam adlı şəxs müəyyən məbləğ müqabilində Əlixanı polis orqanlarında işə düzəldəcəyinə söz vermişdir. O, Qulamı bir dəfə məhəlləyə avtomobillə gələndə görüb salamlaşmış, bu zaman sonuncu polis formasında, “leytenant” rütbəsində olmuşdur. Əlixan Qulama pulun bir qismini verməyə gedən zaman o da onunla getmiş 3 saylı Bakı “Asan xidmət” mərkəzinin yanına gedib onu avtomobildə gözləmiş, Əlixan da Qulama 3.300 manat pul verdiyini demişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Qulamla xx.xx.2024-cü il tarixdə şəhərdə öz övladları ilə gəzən zaman tanış olmuşdur. Qulam özünü Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyünün vəzifəli şəxsi kimi təqdim etmiş, həmçinin bizneslə də məşğul olduğunu və çox böyük yerlərdə tanışlarının olduğunu demişdir. Daha sonra Qulam onun harada işlədiyini öyrənmiş və işindən narazı olduğu təqdirdə onu Dövlət Gömrük Komitəsinə düzəldə biləcəyini söyləmişdir. O da ilk öncə razılaşmamış, sonra təklifin ona uyğun olduğunu düşündüyü üçün Qulamla yenidən əlaqə saxlamış və razı olduğunu demişdir. Qulam onunla danışan zaman onu inandırmaq üçün yanında kimlərəsə zəng vurmuş və onların çox böyük vəzifələrdə işlədiyini demişdir. Onlarla telefonla danışanda guya onun iş məsələsini danışmış və qısa müddətdə həll olunacağını demişdir. Qulam bunun müqabilində ondan 19.000 manat istəmişdir. O da Qulamla razılaşmış və xx.xx.2024-cü il tarixdə, saat 21:52-də yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, bina 15, ev D2, mənzil 16-dan “Birbank” mobil tətbiqi vasitəsilə 4169 7388 6345 3865 saylı kartdan istifadə edilməklə 2.000 manat məbləğində, xx.xx.2024-cü il tarixdə, saat 22:30-da həmin ünvandan “Birbank” mobil tətbiqi vasitəsilə 5103 0763 4682 6194 saylı kartdan istifadə edilməklə 1.980 manat məbləğində, xx.xx.2024-cü il tarixdə həmin ünvandan “M10” mobil tətbiqi vasitəsilə 055 ***-**-** saylı mobil nömrədən istifadə edilməklə 600 manat məbləğində, xx.xx.2024-cü il tarixdə həmin ünvandan “Birbank” tətbiqi vasitəsilə 5103 0763 4682 6194 saylı kartdan istifadə edilməklə 400 manat məbləğində pulu onun istifadəsində olan 5239 1588 0352 0195 saylı bank kartına göndərmişdir. Daha sonra onunla yaşadığı ünvanda görüşərək xx.xx.2024-cü il tarixdə 2.820 manat, xx.xx.2024-cü il tarixdə 2.900 və 3.300 manat, xx.xx.2024-cü il tarixdə isə 5.000 manat məbləğində pul vermişdir. Qulam onun pullarını aldıqdan sonra əlaqəni kəsmiş, işini həll etməmişdir. O, Qulama borca pul verməmiş, onunla hər-hansı başqa mövzuda danışığı olmamışdır. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildə Naxçıvanda “N” saylı hərbi hissədə onun əsgəri olmuşdur. Orada onların əsgər-komandir kimi münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə Həsən Əliyev küçəsində yerləşən 1 saylı Bakı “Asan xidmət” mərkəzinin yaxınlığında Qulamla rastlaşmış, sonuncu onu öz maşını ilə evinə aparmışdır. Yolda söhbət əsnasında Qulam bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin X13 İdarəsinin Yol-Patrul Xidməti bölüyündə zabit rütbəsində işləyir və “Salyan postu”nda xidmət edir. xx.xx.2023-cü il tarixdə “Cıdır Düzü” restoranında onlar görüşüb yeyib-içmişlər. Həmin vaxtı Qulam maşın ticarəti ilə də məşğul olduğunu deyərək ona ABŞ-dan ucuz qiymətə “Hyundai Elantra” markalı avtomobil gətirə biləcəyini söyləmişdir. İlk öncə o buna cavab verməsə də, daha sonra yanında olan oğlu Səxavətlə məsləhətləşərək buna razı olduğunu və pulu hissəhissə verə biləcəyini demişdir. Eyni zamanda, qızının işsiz olduğunu bilib Qulam onu ixtisasına uyğun işə düzəldəcəyinə inandırıb bu məsələni də həll edə biləcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə Qulam ona zəng vuraraq maşını xaricdən gətirmək və qızının işi üçün pul lazım olduğunu bildirmişdir. O da qızının işi ilə bağlı “Birbank” mobil proqramı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 4.880 manat və xx.xx.2023-cü il tarixdə 1.500 manat pulu, avtomobil ilə əlaqədar isə yaşadığı ərazidə olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Ramal” marketin qarşısında “MilliÖn” terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 19:35-də 1.400 manat və saat 19:39-da 600 manat məbləğində pulu Qulamın verdiyi 5239 1588 0352 0195 saylı bank kartına göndərmişdir. Habelə Qulam ondan bir günlük 1.000 manat borc istədiyi üçün o bu vəsaiti də ona yollamışdır. Lakin, borc aldığı pulu qaytarmadığını görüb o, Qulamdan şübhələnməyə başlamış, o cümlədən xx.xx.2023-cü il tarixdə Qulam qızının işə düzəldilməsi ilə bağlı bir nəfərlə görüşəcəklərini desə də, bu baş vermədiyindən o tam əmin olmuşdur ki, Qulam yalan danışır. O, Qulamdan pulların geri qaytarılmasını tələb etmiş, Qulam da buna söz verdiyi halda, əməl etməmişdir. Dəymiş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Qulizadə Qulamla “Tiktok” sosial şəbəkəsində tanış olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman həmin sosial şəbəkədə bank krediti ilə bağlı elan ilə rastlaşmışdır. Orada olan xatırlamadığı səhifənin şərh yerinə kreditlə bağlı sual ünvanlamış, həmin səhifədən ona yazan, adının sonradan Qulam olduğunu bildirən şəxs ona köməklik edəcəyini deyərək “İnstagram” sosial şəbəkəsində olan səhifəsindən yazmağını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs öz “İnstagram” hesabından yazmağa başlamışdır. Qulam həmin ərəfədə ona hazırda istifadəsi dayanmış “__vip555___” səhifəsindən yazmışdır. O, Qulamdan iş qurması üçün 35.000 manat kredit almaqda köməklik göstərməsini xahiş etmiş, Qulam da ona "xxxx" QSC-dən təsərrüfat krediti götürməkdə yardımçı olacağına söz vermişdir. Qulam həmin bankda tanışının olmasını əsas gətirərək həmin şəxsə pul verməli olduğunu deyib ondan pul istəməyə başlamışdır. O da 29 noyabr 2022-ci il tarixdə, saat 14:13-də Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 667-ci məhəllədə yerləşən “Bravo” supermarketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Qulamın verdiyi 4169 7388 5037 9886 saylı bank kartına 600 manat, 30 noyabr 2022-ci il tarixdə, saat 17:33-də mobil bank tətbiqi vasitəsilə Qulamın 4169 7388 8482 4147 saylı bank kartına 70 manat, 19 dekabr 2022-ci il tarixdə, saat 11:06-da mobil bank tətbiqi vasitəsilə isə 5243 7544 4196 2196 saylı bank kartına 150 manat, ümumilikdə 820 pul göndərmişdir. Lakin Qulamın heç bir iş görməməsi və ondan işin gedişi ilə bağlı maraqlandıqda hər dəfəsində narahat olmamağı demişdir. Sonra o, ondan verdiyi pulları geri qaytarmasını tələb etsə də, Qulan onu qaytarmamışdır. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin may ayında sosial şəbəkə vasitəsilə tanış olmuş, 15 may tarixdə isə onunla Nərimanov rayonunda yerləşən kafedə görüşüç söhbət etmişlər. Qulam özünün Daxili İşlər Nazirliyinin X9 işlədiyini demişdir. O, taksi sürücüsü işlədiyini Qulama deyəndə, sonuncu ona bildirmişdir ki, yaxşı qazanclı bir iş var, anası da bu işlə məşğuldur, Dubaydan qızıl alır gətirib satır. Əgər o da bunu istəyirsə o, ona 2.400 manata viza düzəldə bilər. Onun qazancı çox olmadığı və ailəsini yalnız özü dolandırdığı üçün Qulamın təklifi ona maraqlı gəlmişdir. Lakin onun həmin vaxtı 2.400 manat pulu yox idi. 18 may 2023-cü il tarixdə o, dostu Səbuhidən borca bu pulu alıb yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni massivdə olan nömrəsiz evində Qulama vermişdir. Qulam da söz vermişdir ki, tezliklə onu Dubayda işlə təmin edəcək. 21 may 2023-cü il tarixdə Qulam onun evində olarkən ona məxsus “Chevrolet Cruze” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili banka kreditə salaraq satıb pul əldə etməyi ona tövsiyə etmiş və inandırmaq üçün demişdir ki, xalası oğlunun hazırda “Kia Optima” markalı avtomobilini bu maşının əvəzinə ona verəcək. O da heç nə itirməyəcəyini düşünüb Qulamla razılaşmış və elə həmin günü onlar Bakı şəhəri, Binəqədi rayonu, Şah Abbas küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin inzibati binasına gedib maşını alqı-satqı etmişlər. Bütün bu işləri Qulam özü etmişdir. Həmin avtomobilin satışından əldə olunmuş 10.000 manat pulu Qulam “Kia Optima” markalı avtombili alıb gətirməsi üçün ondan istəmişdir. O da buna etiraz etməyib pulu ona vermişdir. Qulam bir neçə saatdan sonra onun yaşadığı evə gəlsə də, həmin avtomobili gətirməyərək demişdir ki, guya xalası oğlu hazırda rayondadır, o pulu ona göndərib və maşın 2-3 günə gətiriləcək. Eyni zamanda, Qulam ona bildirmişdir ki, əgər istəyirsə övladı Şahid3 da Dubaya onunla birlikdə göndərə bilər, vizaya görə 1.100 ABŞ dolları və təyyarə biletinə görə əlavə pul lazımdır. O da buna inanıb Türkiyədə yaşayan qohumundan borc alaraq həmin günü əlbəəl Qulama 1.070 dollar pul vermişdir. Elə həmin vaxtı o, göndərilən pulu ona hesabında göstərmək üçün telefonu uzatdıqda Qulam ona demişdir ki, telefonu köhnədir, ona münasib qiymətə kredit yolu ilə “İphone 14” markalı telefon ala bilər. O da buna inanıb ünvan 5 ünvanda yerləşən “Baku Elecironics” mağazasından 3.600 manata aylıq 550 manat ödəməklə “İphone 14” markalı telefonunu Qulam onun adına kreditə götürmüşdür. Ancaq Qulam ona “icloud” hesab açılmalı olduğunu deyib telefonu bir müddət sonra verəcəyini söyləmişdir. Həmçinin, Qulam həmin günü ondan viza məsələsinin artıq düzəldiyini, sadəcə təyyarə bileti alınmalı olduğunu deyib ondan qızı ilə birlikdə bilet pulu kimi iki nəfərə 1.460 manat məbləğdə pulu ondan yaşadığı evdə almışdır. Bundan sonra Günlər keçsə də, Qulam ondan aldığı pullara Dubaya viza düzəltməmiş və təyyarə biletini almamış, həmçinin maşını və telefonu ona təqdim etməmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, 2023-cü ilin oktyabr ayında Nəsimi rayonu, X12 küçəsində yerləşən lotareya piştaxtasında satıcı işləmiş, onunla üzbəüz isə Orxan adlı işçi çalışmışdır. O, Orxana kreditlə avtomobil almaq istədiyini demiş, sonuncu da bir müddət sonra ona avtomobil elanını göstərmişdir. Daha sonra Orxan onunla telefonla əlaqə saxlayaraq avtomobilə baxmaq üçün onu metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Nənəmin təndiri” adlı obyektin qarşısına gəlməyi təklif etmişdir. O da həmin ünvana getmiş, Orxanın yanında olan Qulam adlı maşın satıcı ilə tanış olmuşdur. Qulam 3.500 manata həmin avtomobili sata biləcəyini demiş və 1.500 manat ilkin ödəniş istəmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 22:19-da X12 küçəsində yerləşən “Nənəmin təndiri” adlı obyektin arxasında 16 mərtəbəli binanın altında olan “Elmar” adlı marketdə quraşdırılmış “MPAY” ödəniş terminalı vasitəsi ilə bu məbləği Qulamın verdiyi 5239 1517 1249 0195 saylı bank kartına köçürmüşdür. Qulam avtomobilin sahibinin narkotik vasitə istifadə etdiyi üçün Lənkəran rayonunda tutulduğunu demiş, pulu sabah həmin şəxsə verəcəyini və avtomobili də gətirib ona təqdim edəcəyinə öz vermişdir. Növbəti gün Qulam ona zəng edib avtomobilin polisdə olduğunu və buraxılması üçün 700 manat pul lazım olduğunu demişdir. O da xx.xx.2023-cü il tarixdə, saat 10:26-da ünvan 6 ünvanda yerləşən “Kardeşler” kafesinin qarşısında yol kənarında quraşdışrılmış “MilliÖn” ödəniş terminalı vasitəsi ilə 700 manatı həmin karta göndərmişdir. Lakin üstündən bir neçə gün keçdikdən sonra Qulam ona müxtəlif bəhanələr gətirib avtomobili verməmiş, sonda 2.200 manat pulu geri qaytaracağını bildirsə də, bunu etməmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisioğlu Elvin vasitəsilə tanımışdır. Belə ki, Qulam əvvəllər Elvinlə birlikdə daxili qoşunlarda xidmət etmişdir. Onun özü isə 2011-ci ildən 2023-cü ilin avqust ayına qədər hərbi qulluqda olmuş, sonuncu iş yeri olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən tərxis olunmuşdur. 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhərinə getdikdə Elvin ilə görüşən zaman Qulam da orada olmuş və söhbət əsnasında o, Qulama iş yerini Bakıya dəyişmək istədiyini demişdir. Qulam isə bu məsələni həll edə biləcəyini və buna görə 2.500-3.000 manat pul lazım olduğunu demişdir. O da 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısında onunla görüşüb 1.500 manat pulu ona vermişdir. Təxminən biriki gün sonra Bakı şəhəri, Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında olan marketlərinbirində Qulamın dediyi 4169 7388 4047 9319 nömrəli bank kartına 1.600 manat pul göndərmiş və növbəti gün Füzuli rayonu, Horadiz şəhərinə geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə Qulam ona zəng edərək problemlər yarandığını üçün əlavə pulun lazım olduğunu demiş, o da saat 23:20-də "xxxx" ASC-nin Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən filialının qarşısında quraşdırılmış ödəmə terminalı vasitəsilə həmin karta 1.400 manat pul göndərmişdir. 08 may 2023-cü il tarixdə Qulam təkrar ona zəng vurub işi ilə bağlı pul lazım olduğunun dediyi üçün o, saat 20:39 və 20:51-də Qulamın kartına hər dəfə 500 manat pulu Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən “Mandarin” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə köçürmüşdür. Növbəti günü Qulam ona yenidən zəng edib 700 manat pul istədikdə, o ona əsəbləşmiş, 5.500 manat pul göndərdiyini və bu məsələni ya həll etməyini, ya da pulu geri qaytarmağını tələb etmişdir. Qulam da işi həll edə bilmədiyini deyib pulu qaytaracağını bildirsə də, sonradan onun şoxsaylı zənglərinə cavab verməmiş, pulunu qaytarmamışdır. Hazırda Qulamdan heç bir şikayəti yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • X6 tərəfindən təqdim edilmiş şəkildə Təqsirləndirilən şəxs polis formasında olmaqla poqonda leytenant rütbəsi, sol qolunda olan fərqlənmə nişanında isə “Polis-YPX” yazıları əks olunub (İ cild, i.v.8); • “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolda Zərərçəkmiş şəxs2 təqdim etdiyi səs yazılarına görə Təqsirləndirilən şəxs özünü polis işçisi və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsinin qohumu kimi təqdim edir, Zərərçəkmiş şəxs2 tezliklə polis orqanlarında işlə təmin edəcəyini deyir, gündəlik qazancının 500 manat olduğunu bildirir (İ cild, i.v.27-28); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-21/2-7614/2023 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs daxili işlər orqanlarında xx.xx.2016-cı il tarixdə Biləsuvar Rayon Polis Şöbəsinin polisə ictimai dəstək əməkdaşı kimi xidmətə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndində əsasən (əmək müqaviləsinin müddətinin qutarması) xidmətdən xaric edilmişdir (İ cild, i.v.30); • 02.02.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, müstəntiqin xx.xx.2024-cü il tarixli qərarı ilə müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.122, 159-161); • Köçürmə qəbzlərinə əsasən +**********17 mobil nömrə istifadəçisi tərəfindən 523915******0195 nömrəli kart hesabına 600.00 manat, “Birbank” tətbiqi vasitəsilə xx.xx.2024-cü il tarixdə, saat 21:52-də 416973******3865 nömrəli kartdan 523915******0195 nömrəli karta 2.000 manat, xx.xx.2024-cüil tarixdə, saat 22:30-da 510307******6194 nömrəli kartdan 523915******0195 nömrəli karta 1.980 manat məbləğində pul köçürülmüşdür (İ cild, i.v.201-203); • “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs3 təqdim etdiyi öz mobil telefonunda olan “WhatsApp” proqramındakı yazışmaların ekran görüntüsünün şəkillərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***-**-** nömrəli mobil nömrəyə “söyüş qoymuşam, onlara demişəm ki, ............... saat 11-ə kimi 600 manat sizdədi, mənə nolar axırıncı dəfə pul at qaytaracam”, “1000 manat da al X6-nın aformutunu edək, pulu götürüm sənə də verim, bunun aformutu dvaynoydu, sahibi də aformutun pulun vermir, başa salammıram onu” mesajları yazmışdır. 070 ***-**-** nömrəli mobil nömrədən 055 ***-**-** nömrəli mobil nömrəyə “Vallah yoxdu məndə Qulam, kimdənsə almağa da üzüm gəlmir, üzüm gələn adamlardan alıb sənə o boyda pul verdim, bir dənə müdürimdən ala bilərəm amma sabah səhər qaytarassansa, biabır olmayım” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***-**-** nömrəli mobil nömrəyə “sən 1000 al birdən 100-200 manat artıq çıxar səhər 100 faiz pul səndədi, nolar həll elə gəl özün də bir gedək aformuta özün gör” mesajları yazılmışdır. 070 ***-**- ** nömrəli mobil nömrədən 055 ***-**-** nömrəli mobil nömrəyə “mənim aformutta nə işim var, pulu göndərdim səhər qaytar qurban sənə”, “Qulam mənim pullarım noldu, camaat məndən pulunu istəyir ay qardaş, ay yoldaş pulumu qaytarda, dolamısan məni biz belə danışmamışdıq, bəsdi qaytar pulları” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***- **-** nömrəli mobil nömrəyə “Dediyim işləri həll edim götürürüm, indi uşaqlar Gəncəyə gediblər onlar pul gətirsin, mən də gedim evdən qızılları götürüm aparıb Əcəmidə lombarda qoyum gətirirəm qızılları, səbirli ol”, “.... oğlu .... pulu gecikdirir, həll eləsin gətirib verirəm, səbirli ol” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***-**-** nömrəli mobil nömrəyə “indi də bu yalanlara inanaq ay qızıl qoyuram, keçən dəfə maşın satırdın, indi belə bəsdi day 3 gündü yuxusuzam kişi kimi aç telefonu söz ver pullarımı gətir ama kişi kimi, bəsdi day dolamısan sən məni?” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***- **-** mobil nömrəyə “sənə bank kartı deyirəm onunla qeydiyyatdan keç birbank da içində pul var sənindi o pullar”, 070 ***-**-** nömrəli mobil nömrədən 055 ***-**-** nömrəli mobil nömrəyə cavab olaraq “Qulam ay qardaş, ay dayıoğlu qeydiyyatdan keçdim bu dediyin nömrəyi ə içində 1 manat pul var, sən məni dolamısan? Bəsdi də day mən camaatın yanında borclu qalmışam, gətir pulları ver də. Bu telefonu niyə açmırsan sən bayaqdan sənə yığıram, aç telefonu” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***-**-** mobil nömrəyə “sənə atdığım nömrəni yaz pul içindədi”, 070 ***-**-** nömrəli mobil nömrədən 055 ***-**- ** nömrəli mobil nömrəyə cavab olaraq “ay qardaş içində pul zad yoxdu, dediyin kimi birbankda qeydiyyatdan keçdim, içi boşdu” mesajları yazılmışdır. 055 ***-**-** nömrəli mobil nömrədən 070 ***-**-** mobil nömrəyə “puluvun yarısı hazırdı gəlirəm məhləyə düş aşağı verim” 070 ***- **-** nömrəli mobil nömrədən 055 ***-**-** nömrəli mobil nömrəyə cavab olaraq “neçə gündü bu boyda həngamə oldu indi yarısı? Özüm də işdəyəm çıxammıram gətir bura ver. Qulam bəs pul gətirirdin a sən nə yalançı adamsan bəsdidə day hər gün bir yalan deyim pullarımı qaytarmırsan, bir gün qızıl satırsan, bir gün maşın satırsan, bir gün kartıma pul göndərirsə guya ama heç nə yoxdu, bəsdi day az basıb bağla kişi kimi denən ki, yoxdu biz də rahatlaşaq” mesajları yazılmışdır (İ cild, i.v.204-205); • “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 “Birbank” proqramından çıxarışlar və qəbzlərin şəkilləri götürülmüşdür. Qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:38-də 416973******0810 nömrəli kartdan 523915******0195 nömrəli karta 2.380 manat, xx.xx.2023-cü il tarixdə, saat 17:52-də 416973******0810 nömrəli kartdan 523915******0195 nömrəli karta 2.500 manat, xx.xx.2023-cü il tarixdə, saat 16:36-da 416973******0810 nömrəli kartdan 523915******0195 nömrəli karta 1.500 manat, ünvan 7 ünvanda yerləşən “MilliÖn” terminalı vasitəsilə 523915******0195 (A.S.A.: Q***Q***C***oğlu) nömrəli karta xx.xx.2023-cü il tarixdə, saat 19:39-da 600 manat və saat 19:35-də 1.400,00 manat məbləğində pul vəsaiti köçürülmüşdür (İ cild, i.v.226-232); • “Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən istintaqa təqdim edilən diskdəki məlumatlara baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 götürülmüş iş üzrə Təqsirləndirilən şəxs səs yazıları əks olunmuş 01 ədəd CD-R diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında 08 ədəd “JPG” formatlı fotoşəkil, 02 ədəd “M4A” formatlı səs yazısı, 02 ədəd “MP4” formatlı videofayl mövcuddur. 485 adlı faylda olan fotoşəkildə qara saçlı, ağ köynəkdə olan üzərində Təqsirləndirilən şəxs yazılmış, AA******* seriya nömrəli 01 ədəd şəxsiyyət vəsiqəsi əks olunmuşdur. 487 adlı faylda olan fotoşəkildə üzərində qara saçlı, qırmızı köynəkdə olan üzərində Təqsirləndirilən şəxs yazılmış, ABN507696 seriya nömrəli 01 ədəd sürücülük vəsiqəsi əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsiyyət və sürücülüş vəsiqələrinin Təqsirləndirilən şəxs məxsus olduğunu, vəsiqələrin şəkillərinin sonuncu tərəfindən 2020-ci ilin sonlarında onun pulunun ələ keçirməsi ehtimalına qarşı Qulamdan istəmiş, Qulam da “Whatsapp” proqramı vasitəsilə göndərmişdir. ********** faylda olan fotoşəkildə üzərində baş leytenant rütbəsi daşıyan, formanın üzərində DİNnin atributları əks olunmuş polis forması olan, qara saçlı bir nəfər şəxs əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, fotoşəkilin dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs tərəfindən onun pulunun ələ keçirilmədikdən əvvəl “Whatsapp” proqramı vasitəsilə sonuncu tərəfindən ona göndərildiyini bildirmişdir. ********** faylda olan fotoşəkildə üzərində qara rəngli qoluqısa köynək, sol qolunda smart qol saatı olan, qara saçlı bir nəfər şəxs əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin fotoşəkilin kim tərəfindən və harada çəkilməsini bilmədiyini, “Tiktok” sosial şəbəkəsi vasitəsilə həmin şəkli əldə etdiyini bildirmişdir. AUD-20221105-WA0087(2) adlı faylda olan səs yazısında naməlum kişi cinsli şəxsin 50.000 manat ilkin vaxtda pul verib işə düzəldiyini, naməlum qadının onun sözlərinə müxtəlif şərhlər etməsi, daha sonra həmin naməlum kişi cinsli şəxsin cənab nazir tərəfindən sıra baxışında seçildiyini, Yasamal rayonunda qayiyə (yol polisinə) düzəldiyini, naməlum bir şəxsin saat 06-a qədər onlardan cavab gözlədiyini, mobil telefonda adının DYP yazıldığını, naməlum kişi cinsli şəxsin özünün kişi oğlu kişi olduğunu, kişi çörəyi yeməsini bildirməsi, naməlum qadın səsli şəxsin atasının da uzun illər polis olduğunu, “çörək verən” insan olduğunu deməsi, naməlum kişi cinsli şəxsin cavabında iş düzəldiyi halda həm özünə, həm səs yazısında olan digər kişi cinsli şəxsə “İST” petrolun üzərindəki evlərdən birinin özünə, birinin isə digər naməlum kişi cinsli şəxsə götürəcəyini vəd etməsi əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 səs yazısında naməlum kişi cinsli səsin Təqsirləndirilən şəxs məxsus olmasını, qeyd edilən sözləri deməklə özünün polis olmasına inandırması və onun özü ilə işə düzəltmək barədə danışdıqlarını, səs yazısında olan qadın səsinin anası Şahid1 olduğunu bildirmiş, həmin səs yazısının özü tərəfindən öz yaşadıqları mənzildə 2020-ci ilin dekabr ayında öz mobil telefonu vasitəsilə pul verməmişdən əvvəl özü tərəfindən qeydə aldığını bildirmişdir. AUD-20221106-WA0000(2)(2) adlı faylda olan səs yazısında naməlum kişi cinsli şəxsli şəxsin “Salyan” yol polisi postunda dayandığını, qaydaları pozub-pozmamasından asılı olmayaraq avtomobilləri saxladığını, “serjant” rütbəsi daşıyan yol polis əməkdaşlarının aylıq əmək haqqı kimi 940 manat pul qazandığını, özünün isə qeyri-qanuni gündəlik 1.000 manat qazandığını deməsi, səs yazısında naməlum qadın cinsli şəxsin cavabında “avazın yaxşı gəlir, oxuduğun quran olsa” deməsi, naməlum kişi cinsli şəxsin yenidən yol polisinin hörmətinin müstəntiqdən çox olmasını deməsi, yol polisinə işə düzəlmək üçün həkim yoxlanışının da verilən 8.000 manata daxil olduğunu bildirməsi əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 səs yazısında naməlum kişi cinsli səsin Təqsirləndirilən şəxs məxsus olmasını, qeyd edilən sözləri deməklə özünün polis olmasına inandırması və onun özü ilə işə düzəltmək barədə danışdıqlarını, səs yazısında olan qadın səsinin anası Şahid1 olduğunu bildirmiş, həmin səs yazısının özü tərəfindən öz yaşadıqları mənzildə 2020-ci ilin dekabr ayında öz mobil telefonu vasitəsilə pul verməmişdən əvvəl özü tərəfindən qeydə aldığını, 8.000 manat məbləğin Təqsirləndirilən şəxs tərəfindən qeyd edildiyini bildirmişdir. Canlı 178 adlı faylda olan görüntüdə gecə bir nəfər qara saçlı, 20-30 yaşlarında kişi cinsli şəxsin “Tiktok” sosial şəbəkəsi vasitəsilə ona ünvanlanmış “o, fəxr eləsin ki, 178in canlısını izləyir” cümləsinə cavab olaraq gülməsi, “178-i köhnələr bilər” deməsi əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu həmin görüntülərin hazırda Türkiyədə yaşayan Günay adlı tanışı tərəfindən çəkildiyini onun tərəfindən özünə göndərildiyini bildirmişdir. İMG-20201215-WA0018 faylda olan fotoşəkildə 20-30 yaşlarında, qırmızı köynəkli, qara papaqlı, qara gödəkcəli bir nəfər kişi cinsli şəxsin fotoşəkili əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin fotoşəkilləri “Tiktok” sosial şəbəkəsi vasitəsilə əldə etdiyini bildirmişdir. İMG-20201215-WA0019 faylda olan fotoşəkildə 20-30 yaşlarında, göy köynək geyinmiş, qara eynək taxmış bir nəfər kişi cinsli şəxsin fotoşəkili əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin fotoşəkilləri “Tiktok” sosial şəbəkəsi vasitəsilə əldə etdiyini bildirmişdir. İMG-20201215-WA0022 faylda olan fotoşəkildə 20-30 yaşlarında qara gödəkcə, qara şalvar, qara ayaqqabı, qara eynək taxmış bir nəfər kişi cinsli şəxsin fotoşəkili əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin fotoşəkilləri “Tiktok” sosial şəbəkəsi vasitəsilə əldə etdiyini bildirmişdir. Qulammm adlı faylda olan görüntülərdə naməlum şəxsin “050 804-05-14” mobil nömrəsi ilə ismarıclaşması, ona qarşı nalayiq ifadələr işlətməsi, “050 804-05-14” nömrəli mobil telefon istifadəçisinin cavabında səbrli olmasını ondan istəməsi, müəyyən məbləğlərdə pulun “050 804-05-14” nömrəli istifadəçi tərəfindən göndərilməsini təsdiq edən qəbzlərin ismarıclarda öz əksini tapması aşkar edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayında “050 804-05-14” markalı mobil telefon istifadəçisi olan Təqsirləndirilən şəxs ilə ismarıcla danışdığını, ondan pulunu tələb etdiyini, sonuncunun isə ona heç bir məbləğdə pul qaytarmadığınımüxtəlif bəhanələr gətirdiyini, özünün əsəbləşərək Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətdiyini bildirmişdir. Screenshot_20201112_104044 adlı faylda olan fotoşəkildə 20-30 yaşlarında qırmızı köynək geyinmiş, qara saçlı, arxa tərəfində “Philipp Plein” yazısı olan bir nəfər kişi cinsli şəxsin fotoşəkili əks olunmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin fotoşəkili “Tiktok” sosial şəbəkəsi vasitəsilə əldə etdiyini bildirmişdir (İİ cild, i.v.25-27); • “Baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs5 telefonunda olan “Birbank” mobil proqramından götürülmüş görüntülərə və “MilliÖn” ödəniş terminalının qəbzinə keçirilmiş baxış zamanı müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdı, saat 14:13-də Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 667-ci məhəllədə yerləşən “Bravo” marketdə quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsi ilə ********50379886 nömrəli karta 600 manat, xx.xx.2022-ci il tarixdə, saat 17:33-də “Birbank” mobil tətbiqi vasitəsilə 416973******4147 nömrəli karta 70 manat, xx.xx.2022-ci il tarixdı, saat 11:06-da 524375******2196 nömrəli karta 150 manat pul göndərilmişdir (İİ cild, i.v.170-173); • “Baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs6 təqdim etdiyi müxtəlif ödəniş qəbzlərinə keçirilmiş baxış zamanı müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 10:26-da ünvan 8 ünvanda yerləşən “Kardeşler” kafesində quraşdırılmış “MilliÖn” terminalı vasitəsilə 523915******0195 nömrəli karta 700 manat, xx.xx.2023-cü il tarixdə, saat 22:19-da Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Elmar” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə 523915******0195 saylı karta 1.500 manat məbləğində pul köçürülmüşdür (İİ cild, i.v. 232-233); • "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 2023/111/8317 saylı məktubuna əsasən 416973******9319 nömrəli plastik kart Təqsirləndirilən şəxs istifadəsindədir (İİİ cild, i.v.30); • “Baxış keçirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs7 təqdim etdiyi müxtəlif ödəniş qəbzlərinə keçirilmiş baxış zamanı müəyyən olunur ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 29367 saylı qəbzinə əsasən 416973******9319 nömrəli karta 1.400 manat, xx.xx.2023-cü il tarixdə, saat 20:51-də Füzuli rayonu, Horadiz qəsəbəsi “Mandarin” marketdə quraşdırılmış “Mpay” terminalı vasitəsilə bu karta 500 manat və saat 20:39-da “MilliÖn” terminalı vasitəsilə həmin karta 500 manat məbləğində pul göndərilmişdir (İİİ cild, i.v.51-52); • Azərbaycan Respublikası Mərkəzi Bankın internet səhifəsindən olan çıxarışa əsasən xx.xx.2023-cü il tarixə 01 ABŞ dolları 1,70 manat təşkil edir (İİİ cild, i.v.105); • “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 tərəfindən səs yazılarını və "xxxx" ASC tərəfindən təqdim edilmiş ATM-lər barədə məlumatları əks etdirən 02 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (İİİ cild, i.v.106-136); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 243/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 may 2024-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v.76-81); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v.213-214, İV cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 310-cu maddələri ilə tövsif edilir (24-cü bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Eyni zamanda, Təqsirləndirilən şəxs özünü zərər çəkmiş şəxslərə polis əməkdaşı kimi təqdim etməsi və polis geyimini daşımadığının bildirməsi, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 borca pul alaraq ona qarşı dələduzluq etməməsinin söyləməsi məhkəmə tədqiq edilmiş digər dəlillərlə tam inkar olunur. Bu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən aşağıdakı hal istisna olmaqla tam azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 (820 manat) pulunu 2022-ci ilin noyabr-dekabr ayları ərzində ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği beş min matdan artıq olmadığından (cinayətlərin təsnifatına görə bu əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir) Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər zərər çəkmiş şəxslərə münasibətdə isə törədilmiş cinayətlərə görə məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 vurulmuş zərəri aradan qaldırmasını, Zərərçəkmiş şəxs2 isə qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.13 və 59.1.14-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş əməli təkrarən törətməsini və cinayət əməlini hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə etməklə törətməsini həmin Məcəllənin 61.1.1 və 61.1.12-ci maddələrinə müvafiq olaraq cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, həmçinin onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməllərini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, qeyd olunan hökmlə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza müəyyən olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun bu iş üzrə həbsə alındığı andan – 11 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili X2 32 saat üçün nəzərdə tutulan 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 310-cu maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə müəyyən olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 münasibətdə törədilmiş dələduzluq əməlinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili X2 32 saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar