Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-200/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5 hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bak səhəri, ünvan 3 ünvanında hündürmərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən 152 nömrəli mənzilin pəncərəsinin fasad hissəsi təmizlənərkən həmin işlərə rəhbərlik edən şəxs olaraq hündürlükdə binaların şüşə örtüklərinin təmizlənməsinə dair iş səriştəsi olmayan təlimatlandırılmamış işçiləri təhlükəsizlik tədbirləri (qoruyucu kəmərin bağlandığı kəndirin etibarlı bərkidilməsi) təmin olunmadan şüşələrin təmizlənməsinə cəlb edərək, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 20.3 20.3.1, 20.3.2, 20 3.3, 20 3.4, 20.9 bəndlərinin tələblərini pozmuş və hündürlükdə görülən işlər zamanı fasad şüşələrinin təmizlənməsinə iş səriştəsi olmayan şəxslərin cəlb edilməsinin, təhlükəsizlik tədbirlərinin təmin olunmamasının, qoruyucu kəmərin bağlandığı kəndirin etibarlı bərkidilməməsinin, həmin kəndirin qopması nəticəsində təmizlik işlərini görən şəxsin hündürlükdən yıxıla biləcəyini - öz əməlinin başqasının ölümünə səbəb olacağını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmədiyinə görə onun cinayətkarcasına etinasızlığı nəticəsində, 15.11 2021-ci il tarixdə saat 12-50 radələrındə Təqsirləndirilən şəxs ilə şifahi razılıq əsasında çalışan X6 ünvan 4 ünvanında hündürmərtəbəli binanın 19cu mərtəbəsində yerləşən 152 nömrəli mənzilin fasad şüşələrini təmizləyərkən qoruyucu kəndirin qopması nəticəsində mənzilin pəncərəsindən yerə yıxılaraq baş beyinin sol və sağ gicgah-təpə payına, sol gicgah-təpə nahiyəsində yumuşaq toxumalar altında, hər iki gicgah əzələsinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin açıq, qəlpəli sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, soldan İ, İİ, İİİ, İV, V və Vİ orta körpücük xətti üzrə İ, İİ, İİ , İV. V, Vİ, Vİİ qabırğalarının kürək xətti üzrə sınıqları, hər iki bazu oynağının çıxığı, hər iki ağciyərin, ürəyin, qaraciyərin, sol böyrəyin və dalağın daxili qanaxma ilə müşayiət olunan cırılmiş yaraları, sol bazu sümüyünün, sol mil-bilək oynağınn, sol əlin İ, İİ, İİİ barmaqlarının proksimal və orta falanqalarının, çanaq sümüklərinin, sol budun, sol baldır sümüklərinin qapalı, hər iki said sümüklərinin qəlpəli, açıq sınıqları, sol bazunun aşağı 1/3-nin və saidin yuxarı 1/3-nin, sol bazunun orta 1/3-nin, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, sol əlin İİ və V barmağının, sol ayağın bayır topuq nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol bazu oynağı lahiyəsinin, sol əlin, sol diz oynağı nahiyəsinin, sol baldırın və sol pəncənin qançırları, sol bazunun, döş qəfəsinin sol yarısının, sol qalça nahiyəsinin və sol budun sıyrıqları kimi dəfəcələrinə görə sağlamlığa AĞİR zərər vurmanın əlamətərinə malik, baş vermiş ölümlə səbəbli əlaqələri olan xəsarətlər almış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxs S.Hüseyinlınin baş beyin toxumasına, qişaları altına qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, bədənin çoxsayl sınıqları, hər iki ağciyərin, ürəyin, qaraciyərin, sol böyrəyin və dalağın daxil qanaxma ilə müşayiət olunan cırılması nəticəsində baş vermiş travmatik-hemorragik şok nəticəsində hadisə yerində ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Ali təhsillidir. Bakı Slavyan Universitetim regionşünaslıq ixtisası üzrə 2021ci ildə bitirmişdir. 2020-ci ilin oktyabr ayında "İnstagrarrü və "Facebook" sosial şəbəkələrində təmizlik işləri görən reklamları gördükdən sonra özünə aid bir səhifə yaratmış, həmin səhifələrin adı hər iki sosial şəbəkədə "Təmizlik.az” olmuşdur. Həmin səhifənin məlumat hissəsinə "ev təmizliyi, təmirdən sonra təmizlik və əlaqə nömrəsi “***- ***-**-**” qeyd etmişdir. 2020-cı ilin sonlarında koranavirus xəstəliyinə görə yoluxmala çox olduğundan təmizlik işlərinə görə müraciət edən olmamışdır. "İnstagram" sosial şəbəkəsində '‘temızlik.az" səhifəsini yaratsa da həmin vaxt onun heç bir ləvazimatı olmamışdır. Təxminən, 2021-ci ilin mart-aprel aylarından yavaş-yavaş sifarişlər qəbul etdiyi uçün bir-iki nəfər də tanışını da götürərək evləri təmizləməyə başlamışlar. Həmin vaxtdan da yavaş-yavaş təmizlik üçün yuyucu vasitələr və bir sıra xırda alətlər də almışdır Ev və ya ofislərin təmizlənməsinə görə alınacaq ödənişləri həmin yerlərin vəziyyətinə görə yəni həmin məkanda yaşayış olub-olmaması, təmirdən sonra olan vəziyyəti və sair nəzərə alınırmış. Belə ki, ev və ya ofis yiyəsi onunla əlaqə saxlayırmış, bundan sonra həmin şəxslərlə görüşüb təmizlənməli olan yerə gedib baxış keçirirmiş. Həmin yerin vəziyyətinə uyğun olaraq isə qiymət hesablayıb sifariş verən şəxsə deyirmiş. Təmizlik görən şəxslərə isə iş gördükləri hər gün üçür təxminən 30-50 manat arasında pul verirmiş. Ev yiyəsi verən puldan yuyucu vasitələr və alətlərinidə alınırmış. Qalan pulu isə özünə götürürmüş. Bəzi hallarda isə yuyucu vasitələri və alətlərini ev yiyəsi özü verirmiş. Bu onların həmin şəxslə danışıqlarından asılı imiş. Adətən işləri 2 nəfər işçi ilə birlikdə görürmüş. Belə ki, Gul və Lalə ilə mənzillərə gedib təmizlik işləri görürmüş. Bəzi hallarda isə özü də bu işlərə köməklik edirmiş. İşlər çox olduqda dayısının həyat yoldaşı Dilarə və dayısı oğlu Anar da onlara kömək edirmişlər. Sifariş ayda bir neçə dəfə olurmuş. Qeyd etdiyi şəxslər daima təkcə onunla işləmirmişlər. Onların özlərinir də sifarişçiləri olurmuş. Onun şıfarışı olanda bir neçə gün qabaq onlara məlumat verirmiş. Onlara yerinə yetirəcəkləri işin həcmini, yerini, verilən tələbləri izah edirmiş, eyni zamanda onlara veriləcək pulun məbləğini bildirirmiş, onlar şərtlərlə razılaşdıqları halda gəlirmişlər. Bəzən razılaşmadıqları hallar da olurmuş. Həmişə çalışmışdır ki, tanıdığı adamları dəvət etsin, təsadüfi adamları dəvət etməsin. Çünki iş nə qədər keyfiyyətli olsa, bu yeni sifarişçilərin müraciəti demək olmuşdur. Bır də yuxanda göstərdikləri şəxslərin bəziləri fərdi qaydada kiminsə evini müəyyən günlərdə gedib təmizləyirmişlər. Özləri həmin şəxslərlə danışıb qiymət müəyyən edib işləyirmişlər. Təxminən 2021-ci ilin oktyabr ayında Səid adlı şəxs ona müraciət edərək təmizlik işləri gördüklərini, işçiyə ehtiyac olduğu təqdirdə həyat yoldaşı Ayşəniə birlikdə işləyə biləcəklərini ona bildirmişdir. Bundan sonra təmizliyə ehtiyac olduğu vaxtlarda son bir ayda Səid və Ayşənə də məlumat verməyə başlamışdır. Həmçinin, təxminən noyabr ayının əvvəllərindən Səidin Rüstəm adlı qardaşı da Səidin xahişi ilə təmizlik işlərinə qoşulmuşdur. 09.11.2021-ci il tarixdə ona xatırlamadığı nömrədən br nəfər qadın zəng edərək 800 kv metr sahəsi olan mənzilin təmirdən sonrakı təmizliyi ilə bağlı olaraq müraciət etmişdir Bundan əlavə ona həmn mənzilin pərdələrinin asılması üçün pəncərələrin təcili olaraq təmizlənməli olduğunu da bildirmişdir. Həmin mənzil ünvan 5 ünvanında yerləşirdir. O, növbəti gün 10.11.2021-ci il tarixdə həmin ünvana getmiş, daha sonra o, Əfqan adlı ev sahibi ilə görüşüb mənzildə görüləcək işlərə baxmışdır. Həmin mənzilin sahəsi böyük olduğundan konkret olaraq bir neçə günə bitəcəyi barədə dəqiq söz deyə bilməmişdr. Lakin evin və pəncərələrin təmizliyinə gorə 1600 manata razılaşmışlar. Ev sahibi təmizlik işini bəyənəcəyi halda 200 manat da əlavə olmaqla ümumilikdə 1800 manat pul veriləcəyini bildirmişdir. 12.11.2021-ci il tarixdə evin təmizliyinə başlanılmışdır. Əvvəlcə, dayısının yoldaşı Dilarə və Lalə evdə işləməyə başlamışlar. Dayısı oğlu Anar da onlara kömək edirmiş. İş çox olduğundan və işi vaxtında bitirməmək imkanlarının azaldığını görüb 14 və 15 noyabr tarixlərində daha çox adamı köməyə çağırmışdir. Belə ki, əlavə olaraq 14 noyabrda Rüstəm, 15 noyabrda isə Səid, Ayşən və Gül kimi tanıdığı Gülbəniz İbadullayevə da təmizlik işlərinə qoşulmuşlar. Hətta 14 noyabr tarixində əvvəllər tanımadığı Nargilə adlı qadınla da razılaşaraq evə dəvət etmişdir. 15 noyabr tarixində Nargilənin öz işi olduğu üçün o, həmin ünvanda getmışdir. 11-14 noyabr tarixlərində həmin mənzılin yalnız daxilində təmizlik işləri görülmüşdür Yuxarıda bildirdiyi kimi mənzilin fasad şüşələri içəri və çöl tərəfdən təmizlənməli imiş. Bunun üçün o, ayrıca həmin işlə məşğul olan şəxslərlə, alpinistlərlə razılığa gəlmişdir. Belə ki, Tuqay və adını hazırda xatırlamadığı şəxslərlə telefonla əlaqə saxlayaraq onları həmin mənzilə dəvət etmiş, bundan sonra hənin şəxslər 14 noyabr 2021-ci il tarixdə günorta saatlarında mənzilə gəlib fasad şüşələrinə baxmış və 350 manat müqabilində həmin fasad şüşələrim çöldən təmizləyə biləcəklərini demişlər və o, da onlarla razılaşmışdır. Həmin gün axşam saatlarında Rüstəm ona müraciət edərək qardaşı Səidlə birlikdə pəncərələrin fasad şüşələrini özlərinin təmizləyə biləcəklərini demişdir. O isə növbəti gün Səidlə danışdıqdan sonra bu barədə qərar verəcəklərini demişdir. Növbəti gün yəni 15.11.2021-ci il tarixdə səhər saatlarında Gül, Lalə, Anar, Səid, Rüstəm və Ayşən həmin mənzilə gəlmişlər. O da nişanlısı Vüsalın bacısı Xəyalə ilə oraya getmişdir. Həmin vaxt Səid və Rüstəm əvvəl də fasad pəncərələrini təmizlədiklərini bu işi özlərinin də görə biləcəklərini həmçinin əlavə pula ehtiyacları olduğunu demişlər. Onlar onu əvvəllər də belə is gördüklərinə inandırdıqdan sonra Rüstəm və Səidlə razılaşmışdır. Razılıqlarına əsasən təmizlik işlərindən əlavə fasad şüşələrini təmizlədiklərinə görə Rüstəm və Səidə hərəsinə 100 manat ödəməliymiş. Bundan sonra o, və Rüstəm adlı tanıdığı taksi sürücüsü ilə birlikdə “Təzə bazarın” yaxınlığında yerləşən inşaat materialları olan mağazaya getmişlər. O, və Rüstəm mağazaya daxil olmuş və Rüstəm lazım olan ləvazimatları təxminən 10 metr uzunluğunda kəndiri ip qoruyucu kəmər, iki ədəd vakum aləti və digər xırda bir neçə təmizlik əşyası almış və onlar həmin mənzilə qayıtmışlar. Binanın həyətində olarkən əvvəlki gün razılaşdığı "alpinist" Tuqay da oraya gəlmişdir. Rüstəm isə mənzilə qalxmışdır. O isə Tuqaya yaxınlaşaraq onlara ehtiyac olmadığını bildirmiş və evə qayıtmışdır. Bundan sonra Rüstəm və Səid fasad şüşələrini təmizləməyə başlamışlar. Belə ki, onlar ilk öncə mənzilin mətbəx otağının pəncərəsini təmizləməyə başlamışlar. Həmçinin, onlarla yanaşı həmin mənzildə mebel quraşdırma işləri də gedirmiş. Elvin adlı şəxs də həmin şəxslərə nəzarət edirmiş. Səidgilin pəncərənin çölünə çıxdığını görən Elvin onlara pəncərəni içəridər elə təmizləyə biləcəklərini demişdir. Eyni zamanda o da onlara pəncərəni içəridən təmizləyə biləcəklərini demişdir. Lakin, Səidin özü içəridən təmizləyərkən pəncərənin tam təmiz olmadığını bildirmiş və işinə davam etmişdir. Mətbəxi bitirdikdən sonra onlar mətbəxin yanındakı otağa keçmişlər. Bir müddət sonra həmin otağa keçdikdə Rüstəmin orada olmadığını, Səidin fasad şüşələrini çöldən təmizlədiyini, Ayşənin isə qoruyucu kəndiri tutduğunu görmüş və Ayşenə iradını bildirmişdir. Belə ki, Ayşənə bu işləri Rüstəmin görməli olduğunu, onun ipi tutmağa gücünün olmadığını və Rüstəmi çağırmasını bildirmişdir. Bundan sonra Binəqədi rayonunda yerləşən bır bağ evinə baxmağa getmişdir Belə ki, həmin evdə işləyən başqa tanışları ondan divan yuma aparatını istəmişlər. O da həmin aparatı onlara vermək uçün Rüstəm adlı taksi sürücüsü ilə oraya getmişdir. Evdən getdikdən təxminən 1 saat sonra isə ona Xəyalə zəng edərək Səidin pəncərə təmizləyərkən yıxılaraq öldüyünü bildirmişdir. Xəyalə ona bu xəbəri verdikdən sonra halı pisləşdiyindən taksi surucusü olan Rüstəm onu evə aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vergilər Nazirliyində heç bir qeydiyyatdan keçməmiş, adına vöen yoxdur, bununla bağlı müraciət etməmişdir. Həmçinin qazancı çox olmadığına görə, təmizlik işləri görülməsi üçün qeydiyyatdan keçməli olduğunu bilməmiş, onun və işçilərin daimi oturduğu və ya fəaliyyət göstərdiyi ünvan olmamış, adətən sosial şəbəkələr və telefon vasitəsilə həm sifarişçi həm də işçilərlə əlaqə saxlamış, onunla birlikdə işləyən şəxslərlə aralarında heç bır müqavilə olmamış və həmin şəxslərlə aralarında yalnız şifahi razılıq olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin olmamasını, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, gənc olmasını və yeni ailə qurmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs səmimi etiraf ediçi ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, eksperiza rəyləri və işdə olan digər mötəbər sübutlarla onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs S.S.Hüseyinlinin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ilin may ayının 3-də S.S.Hüseyinli ilə rəsmi nikaha daxıl olaraq ailə həyatı qurmuş və həmin ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Lakin hazırda həyat yoldaşı vəfat etdiyi üçün müvəqqəti olaraq Tərtər rayonu Kəngərli kəndində həyat yoldaşının ailəsi ilə birlikdə yaşayır. Ailədə vəziyyətləri ilə əlaqədar olaraq 2021-ci ilin iyun ayından təmizlikçi işləyir. Bundan əvvəl heç bir yerdə işləməmişdir. İlkin olaraq 2021-ci ilin iyun ayının 27-dən "Bakı Təmizlik“ MMC-də təmizlikçi işləyirmiş. 2021-ci ilin oktyabr ayında işlədiyi "xxxx" MMC-dən işdən çıxmış və oradan tanıdığı adını xatırlamadığı qadın ona özünün əlavə olaraq “Təmzılık.az” adlı təmizlik şirkətində işləməsini bildirərək onu oranın rəhbəri olan Əfsanə adlı qadınla tanış etmişdir. Onunla birlikdə həyat yoldaşı S.Hüseyinli də təmizlik işləri ilə məşğul olurmuş. Sonuncu da onunla birlikdə ilkin olaraq "xxxx" MMC-də işləmiş və daha sonra onunla birlikdə oradan işdən çıxaraq Əfsanə adlı qadınla birlikdə "Təmizlik.az" şirkətində işləməyə başlamışdır. Əfsanə adlı qadınla tanış olduğu günün səhəri Əfsanə onunla əlaqə saxlayaraq ona tez-tez ev və ofislərin təmizlənməsi barədə müraciətlər olduğunu həmin ev və ofislərin təmizlənməsi üçun müraciət olduqda onun da gedib oraları təmizləmək imkanının olub-olmadığını soruşduqda razılıq vermişdir. Bu zaman Əfsanəyə həyat yoldaşı Səidin də onunla işləməsini xahiş etmiş və Əfsanə də onunla razılaşmışdır. Daha sonra Əfsanə ona həmin yerlərdə təmizliyə görə hər birinə 25-30 manat miqdarında pul veriləcəyini bildirmişdir. Verilən pullar ev və ofislərin böyüklüyü həmçinin işlədiyi saata görə dəyişirmiş. Əfsanə ilə razılaşdıqdan təxminən 1 gün sonra onunla işləməyə başlamışdır. Təmizliyə minimum 2 nəfər gedirmişlər. Təmizlik işlərini səhər 8-9 radələrindən axşam saat 18 radələrınə kimi görürlərmiş. Təmizliyə gedərkən təmizlik üçün lazım olan ləvazimatların hər birini Əfsanə təmin edirmiş. Yeni ev və ya ofisə təmizliyə başlayarkən Əfsanə ona "Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ünvanları göndərir, o, da həyat yoldaşı Səidlə birgə həmin ünvana gedirmiş. 10 noyabr 2021-ci il tarxdə Əfsanə ona zəng edərək Nəsimi rayonu ərazisində yeni təmir olunmuş bir mənzildə təmizlik işləri görüləcəyini bildirmiş, bu zaman onlar Əfsanənin onlara verdiyi başqa ünvanda təmizlik işləri apardıqları uçün ora gələ bilməyəcəklərini demişlər. Daha sonra 13 noyabr 2021-ci il tarixdə Əfsanə ona yenidən zəng edərək Nəsimi rayonu ərazisində qeyd etdiyi mənzildə təmizlik işlərinin davam etdiyini, lakin əlavə olaraq onların da gəlmələrini bildirmişdir. Lakin həmin zaman onlar yorğun olduqları uçün Əfsanəyə cavab olaraq həmin ünvana bir nəfər şəxsi qaynı Rüstəmi göndərə biləcəyini demişdir Bu zaman Əfsanə onunla razılaşır, və qaynı Rüstəmi 14 noyabr 2021-cı ıl tarixdə Əfsanənin ona "Whatsapp'' sosial şəbəkəsi vasitəsi ilə göndərdiyi ünvana yollamışdır. 13 noyabr 2021-ci il tarixdə Əfsanə ilə telefon vasitəsi ilə danışan zaman Əfsanəyə həyat yoldaşı Səidlə birlikdə 15 noyabr 2021-ci il tarixdən təmizlik işlərinə qoşula biləcəklərini demiş Əfsanə də bununla razılaşmışdır. Bu səbəbdən də, o, həyat yoldaşı Səid və qaynı Rüstəmlə birlikdə 15 noyabr 2021 cı il tarixdə həmin ünvana getmişlər. Həmin ünvanda qaynı Rüstəm artıq bir gün əvvəldən işləmiş, həmin mənzil Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79b ünvanında binanın 19-cu mərtəbəsində yeləşən 152 saylı mənzil imiş. Onlar həmin binaya çatdıqda Əfsanə və əvvəllər bir evdə işlədiyi Anar onları qarşılayaraq mənzilə qaldırmışlar. Daha sonra onlar həmin mənzilə qalxdıqda Əfsanə onlara həmin mənzilin daxilində təmizlik işləri görüləcəyini bildirmişdir 15.11.2021-ci il tarixdə sənər saat 09 radələrində işlədikləri mənzildə ümumilikdə 8-10 nəfər olmuşlar 15.11.2021-ci il tarixdə həyat yoldaşı Səid və qaynı Rüstəm mənzilin çol tərəfində olan şüşələri təmizləməyə başlamışlar. Səid və Rüstəm otaqlardan birini bitirdikdən sonra Lalə və Gülüm işlədiyi otaqda olan şüşələri silmişlər. Təxminən, saat 12 radələrində o, Səid və Rüstəm içərisincə böyük mərmər masa olan Səməd Vurğun prospektinə baxan otağın pəncərələrini təmizləyirmişlər. Belə ki, Səid özünü kəndirə bərkitmiş vəziyyətdə pəncərənin çöl tərəfində imiş. Həmin kəndiri isə təhlükəsizlik üçün Rüstəm özünə bağlamışdır. Həmçinin daha da təhlükəsiz olması üçün həmin kəndiri pəncərəyə də dolamışlar. O isə şuşə silmək üçun olan parçaları təmizləyib Səidə verirmiş. Qısa bir müddət ərzində orada işlədikdən sonra Əfsanə ona yaxınlaşaraq digər otaqda işlərin çox olduğu deyib həmin otağa getməyini bildrmış və o, Səməd Vurğun prospekt nə baxan qarşısında balkonu olan otağın balkonunun çöl tərəfinə keçmiş və oraqda işləməyə başlanışdır. Saat təxminən 12:50 radələrındə mənzildə olan səs küy, ağlama səsi və Rüstəmin “Səid getdi'' deyə qışqırıq səsini eşitmişdir. Rüstəmin həmin sözlərini eşitdikdən sonra balkondan aşağı baxarkən həyat yoldaşı Səidin yerdə uzanmış vəziyyə də olduğunu görmüş və digər işçilərlə biriikdə liftdən aşağı düşmüşlər. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və prokurorluq əməkdaşları gələrək baxış keçirib həyat yoldaşının izərində olan təmizlik zamanı istifadə etdiyi əşyaları dəlil olaraq götürdükdən və meyitinə baxış keçirdikdən sonra həyat yoldaşının meyitini müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərmişlər. Həyat yoldaşı Səidin meyiti məhkəmə tibbi ekspertizasında müayinə olunduqdan sonra 15.11.2021-cı il tarixdə saat 5- 6 radələrindən götürərək dəfn etmək üçün Tərtər rayonu, Kəngərli kəndinə aparmışlar və 16.11.2021 -ci il tarixdə orada dəfn etmişlər. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələb olmadığını, sonuncuya yüngül cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildən ailəsi ilə brlikdə Bakı şəhərində yaşayır. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2021-ci ilin noyabr ayından təmizlikçi işləyir. 2021-ci ilin oktyabr ayında rəfiqələri vasitəsilə Təqsirləndirilən şəxs tanımış, rəfiqələriylə danışarkər ona Əfsanə adlı şəxsin də ev və ya ofislərin təmizlənməsi ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra Əfsanə ilə danışaraq ev və ya ofislərin təmizlənməsi üçün müraciət olduqda onun da Əfsanə ilə işləmək istədiyini bildirmiş, daha sonra Əfsanə də ona ev və ya ofislərin ləmizlənməsi barədə müraciət olduqda onu da dəvət edəcəyini bildirmişdir. Daha sonra ona həmin yerlərdə təmizliyə gorə 25-30 manat miqdarında pul veriləcəyini bildirmişdir. Verilən pullar evin və ofislərin böyüklüyü, həmçinin işlədiyi saata görə dəyişirmiş. Əfsanə ilə razılaşdıqdan sonra 2021-ci ilin noyabr ayından onunla işləməyə başlamışdır Təmizliyə minimum 2 nəfər gedirmişlər. Təmizlik işlərini səhər 9 radələrindən axşam saat 18 radələrinə kimi davam edirmiş. Təmiziyə gedərkən təmizlik üçün lazım olan ləvazimatların hər birini Əfsanə təmin edirmiş. Əfsanə Buzovna qəsəbəsində qaldığından yeni ev və ya ofisə təmizliyə başlayarkən onu da “Koroğlu” metrostansiyası yaxınlığından götürüb həmin məkana aparırmış. 13 noyabr 2021-ci il tarixdə Əfsanə ona zəng edərək Nəsimi rayonu ərazisində yeni təmir olunmuş bır mənzildə təmizlik işləri görüləcəyini bildirmişdir. 14.11 2021-cı il tarixdə Əfsanənin dediyi Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79b ünvanında binanın 19cu mərtəbəsində yeləşən 152 saylı mənzilə gəlmiş, həmin vaxt Əfsanə də orada olmuşdur. Binaya çatdıqda təxminən 5-6 nəfər işçı olmuş və onlardan sadəcə Lalə adlı qadını tanıyırmış. Daha sonra Əfsanə ona həmin mənzilin daxilində təmizlik işləri görüləcəyini bildirmişdir. Həmçinin, mənzil yeni təmir olunduğundan və tozlu işləri çox olduğundan mənzili təmizləyib bitirə bilməmişlər. 15 noyabr 2021-ci il tarixdə səhər saat 09 radələrındə işlədikləri mənzildə ümumilikdə 8 nəfər olmuşlat. Həmin gün mənzildə işləyənlərdən sadəcə Laləni tanıyırmış. 15 noyabr 2021-ci il tarixdə Lalə balkonda çöl tərəfdə, o isə içəri tərəfdə işləyirmiş. Həmin gün saat təxminən 12-50 radələrində mənzildə olan səs küy, ağlama səsi və bir nəfər oğlanın “Səid getdi” deyə qışqırıq səsini eşitmiş, daha sonra Lalə balkondan aşağı baxarkən bir nəfərin yerə uzanmış vəziyyətdə olduğunu görmüş və digər işçilərlə birlikdə liftdən aşağı düşmüşlər. Daha sonra so onlar həmin mənzilə qalxıb əşyalarını götürüb evdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Əfsanəni 2020-ci ilin axırlarından tanıyır. Qardaşı Vüsalın nişanlısı olmasından başqa yaxın rəfiqələrindən biridir. 2021-ci ilin noyabr ayının əvvəllərində ailəsi ilə birlıkdə Sumqayıt şəhərinə 2022-ci ilin yanvar ayında isə Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsinə köçmüşlər. 2021-ci ilin noyabr ayında Sumqayıt şəhərinə gəldikdən sonra işləmək istəyirmiş. Həmin vaxt Əfsanənin təmizlik işləri ilə məşğul olması barədə məlumatı olmuşdur. Əfsanə ilə danışaraq onunla birlikdə işləmək istədiyini bildirmişdir. Həmin vaxt Əfsanə ona gəlib işə baxmağı və bacararsa təmizlik işlərində ona köməklik etməyini bildirmişdir O, razılıq ve-dıkdən sonra Əfsanə ona ünvan 7 ünvanında təmizlik işləri aparıldığını və həmin ünvana gəlməyini bildirmişdir. 15.11.2021-ci il tarixdə sənər saat 11 radələrində təmizlik işləri aparılan həmin mənzilə getmişdir. Həmin vaxt Əfsanədən başqa 6-7 nəfər şəxs olmuşdur. Həmin şəxslərdən 2 oğlan pəncərələrin çöl tərəfdən təmizlənməsi ilə, qalanları isə mənzilin daxilində təmizlik işləri ilə məşğul olurmuşlar. Təxminən saat 11:30 radələrində Əfsanə başqa bir tanışına divan yumaq üçün aparat lazım olduğunu bildirərək taksi sürücüsü Rüstəmlə birlikdə həmin mənzildən ayrılmışdır. Adlarının sonradan Səid və Rüstəm olduğunu öyrəndiyi şəxslər andıcıllıqla mətbəx otağını, mətbəxin yanındakı otağı, mənzilin S.Vurğun küçəsinə baxan qonaq otağını təmızləmışlər. Daha sonra saat 12-30 radələrində həmin şəxslər mənzıin S.Vurğun küçəsinə baxan iclas otağını pəncərələrini təmizləyərkən Rüstəmin qışqırıq səsini eşitmiş və hamısı həmin otağa getmişlər. Həmin vaxt Rüstəm qardaşı Səidin pəncərədən yıxılaraq yerə düşdüyünü bildirmiş və aşağı düşmüşdür. Onlar da Rüstəmin ardınca aşağı düşmüşlər. Bundan sonra Səidin öldüyünu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Müşfiq Mustafayevin bacısı qızıdır. Təxminən 1 ilə yaxındır kı Əfsanə özünə sosial şəbəkələrdə profillər açaraq ev və mənilərin təmizlənməsi işi ilə məşğul olur 2021-cı ilin noyabr ayının əvvəllərindən isə o, da pul lazım olduqda və ya Əfsanə işlərini vaxtında çatdırmadığı zamanlarda ona köməyə getməyə başlamışdır. X10 də onunla birlikdə Əfsanəyə kömək etməyə gedirmiş. İşlədikləri zamanlarda isə Əfsanədən təxminən, 20 manat pul alırmış. Belə ki, iş olduğu zaman və ya artıq təmizlikçı lazım olduğu zamanlarda Əfsanə ona zəng edərək mənzilin ünvanını deyirmiş. O isə həmin mənzilə gedib digər işçilərə təmizliklə bağlı kömək edirmiş. Sonda isə Əfsanədən 20 manat pul alırmış. Oğlu Anar isə adətən təmizlik alət və ləvazumatların daşınmasında yəni mənzillərə qaldırılıb-çıxarılmasında Əfsanəyə kömək edirmiş. 11 noyabr 2021-ci il tarixdə Əfsanə ona zəng edərək Bakı şəhəri, Nesimi rayonu, S.Vurğun prospektində yerləşən mənzildə iş götürdüyünü, həmin mənzildə təmizlik işlərinin çox olduğunu və ona kömək etməyini xahiş etmiş, buna görə də 12.11.2021-ci il tarixdə ünvan 8 ünvana getmiş və təmizlik işlərini görməyə başlamışdır. Oğlu Anar da onunla birlikdə həmin mənzilə getmişdir. Oğlu adətən ona kömək edirmiş, yəni nə isə gətirib-aparmaq lazım olduqda Anara deyirmiş. 13.11.2021-ci il tarixdə isə səhər saatlarında 1-2 saat işlədikdən sonra həmin mənzildən ayrılmışdır. Belə ki, növbəti gun yəni 14 noyabrda ad günü olduğu üçün və qonaqları gələcəyi üçun hazılaşmaq məqsədilə təmizlik işlərinə davam etməmişdir. Sonradan 15.11.2021-ci il tarixdə günorta saatlarında isə Əfsanə ilə birlikdə işləyən şəxslərdən birinin pəncərədən yıxılaraq öldüyünu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, taxminən 2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin may ayından Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki “Bolf” şirkətində taksi fəaliyyəti ilə məşğul olduğu zaman may ayının əvvəllərində Təqsirləndirilən şəxsrın sifarişinə təsadüfən sürücü təyin olunmuş, həmin vaxt müəyyən etmişlər ki, onlar yaxınlıqda yaşayırlar. Bundan sonra Əfsanə onun mobil nömrəsini götürərək taksi lazım olduğu zaman ona özü zəng etməyə başlamışdır. Həmin vaxt öyrənmişdir ki, Əfsanə sosial şəbəkələrdə səhifə açaraq evlərin təmizlənməsi işi iiə məşğul olur. Mənzillərə getdikdə, həmin mənzillərə avadanlıqlar daşınması lazım olduqda Əfsanə onunla əlaqə saxlayırmış, taksi kimi ona köməklik göstərirmiş. Təxminən 11.11.2021-ci ıl tarixdən Əfsanə ünvan 9 ünvanında təmizlik işlərinə başlamışdır. Gündəlik Əfsanəni həmin mənzilə aparıb gətirirmiş. 15.11.2021-ci il tarixdə də səhər saatlarında Əfsanəni həmin mənzilə aparmışdır. Həmin vaxt qeyd olunan mənzildə Rüstəm və Səidin Əfsanə ilə söhbətinin şahidi olmuşdı r. Belə ki, Əfsanə qeyd olunan mənzilin fasad pəncərələrinin təmizlənməsi üçün texniki alpinistlərlə bir gün əvvəl razılığa gəlsə də Rüstəm və Səid həmin vaxt Əfsanəyə bu işi əvvəllər gördüklərini, texniki-alpinistlərin bu işə görə çox pul istədiklərini, onların ümumilikdə 200 manat müqabilində bu işi görə biləcəklərini demişlər. Əfsanə də onlarla razılaşdıqdan sonra Rüstəm qoruyucu vasitələr almalı olduqlarını bildirmiş və Rüstəm və Əfsanə onun maşınıyla “təzə bazar” adlanan yerə getmişlər. Həmin vaxt Əfsanə və Rüstəm maşından düşərək mağazaya 1001 xırdavat mağazasına girmişlər və lazımi alət və vasitələri alıb maşına geri qayıtmışlar. Bundan sonra onlar təmizlik aparılan mənzilin həyətinə qayıtmışlar. Rüstəm yuxarı çıxmış, Əfsanə isə oraya gəlmiş texniki-alpinistlərlə söhbət edərək onlara ehtiyac olmadığını bildirmiş və sonra yuxarı qalxmışlar. Bundan sonra Rüstəm və Səid işləməyə başlamışlar. Qısa bir müddətdən sonra Əfsanə ona təmizlik aparatlarından birini Binəqədi rayonu 7-ci Mikrorayonda yerləşən həyət evlərindən birinə aparmalı olduqlarını bildirmiş və hər ikisi qeyd olunan ünvana getmişlər. Həmin ünvana təzə çatmışlar ki, təxminən saat 12 radələrində Əfsanəyə zəng gəlmiş və ona Səidin pəncərə təmizləyərkən yıxarıdan düşdüyünü və öldüyü bildirilmişdir. Bundan sonra Əfsanənin halı pisləşmiş və o, sonuncunu yaşadıqları evə aparmışdır. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Kəngərli kəndində qeydiyyatla yaşayır. Bakı şəhərinə ailə vəziyyəti ilə əlaqədar olaraq 2021-ci ilin oktyabr ayından gələrək təmizlkçi işləmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində bir müddət Tərtər rayonunda Hərbi zavodda fəhlə işləmiş, həmin zaman qardaşı Səid Hüseyinli və onun həyat yoldaşı Zərərçəkmiş şəxs də təmizlikçı işləyirmişlər. Belə ki, qardaşı Səid və onun həyat yoldaşı Ayşən ona müxtəlif şəxslərin onlara ev və ofislərinin təmizlənməsi barədə müraciətlər etdiyini, həmin ev və ofislərin təmizlənməsi üçün müraciət olduqda onun da onlarla gedib orada işləmək imkanının olub-olmadığını soruşduqda o razılıq vermişdir. Bundan sonra o, da onlarla birlikdə ev və ofislərin təmzlənməsi işinə başlamışdır. Daha sonra ona həmin yerlərdə təmizliyə görə 25-30 manat miqdarında pul veriləcəyi bildirilmiş, verilən pullar evin və ofislərin böyüklüyü, həmçinin işlədiyi saata görə dəyişirmiş. Təmizliyə minimum 2 nəfər gedirmişlər. Təmizlik işlərində səhər 8-9 radələrindən axşam saat 18 radələrinə kimi işləyirmişlər. Təmizliyə gedərkən təmizlik üçün lazım olan ləvazimatların hər birini bizə Əfsanə adlı qadın təmin edirmiş. Əfsanə adlı qadın təmizlik işi olan zaman ilkin olaraq qardaşının həyat yoldaşı Ayşənə müraciət edir, ondan sonra razılaşdıqları halda Ayşən o, və qardaşı Səidlə birlikdə təmizlik işləri görmək üçün Əfsanə tərəfindən verilən ünvanlara gedirmişlər. 14 noyabr 2021-cı il tarixdə Əfsanə qardaşının həyat yoldaşı Ayşənlə əlaqə saxlayaraq Nəsimi rayonu ərazisində yeni təmir olunmuş bır mənzildə təmizlik işləri görüləcəyini bildirmişdir. Bundan sonra 14 noyabr 2021-cı il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bakı metropoliteninin “Neftçilər" metrostansiyası yaxınlığında Əfsanə adlı qadınla görüşərək onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79b ünvanında yerləşən binanın 19-cu mərtəbəsində yeləşən 152 sayl mənzilə gələrək işə başlamışlar. Həmin tarixdə sözügedən mənzildə tək işləmiş, qardaşı Səid və həyat yoldaşı Ayşən isə onlara 15 noyabr 2021-ci il tarixdə qoşulmuşdur 15 noyabr 2021ci il tarixdə o, qardaşı Səid və onun həyat ycldaşı Ayşən Əfsanənin onlara bıldirdiyi və onun bir gün öncədən işlədiyi mənzilə gəlmişlər. Onlar 15 noyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində həmin binaya çatdıqda orada Əfsanə və Anar olmuşdur. Daha sornra onlar həmin mənzilə qalxdıqda Əfsanə həmin mənzilin daxilində Ayşənın təmizlik işləri görəcəyini, o, və qardaşı Səidin isə binanın fasad şüşələrini çöldən təmizləyəcəklərini bildirmişdir. İşlədikləri mənzildə ümumilikdə 8 nəfər olmuşlar. Həmin tarixdə qardaşı Səid və o, mənzilin çöl tərəfində olan şüşələri təmizləməyə başlamışlar. Belə ki, qardaşı Səid ilkin oaraq otaqda yerə yapışqanı bərkidir, daha sonra həmin yapışqana iplə kəndir bağlayır, ip kəndirin digər hissəsini pəncərəyə bərkidir və həmin ip kəndiri ozunə də bərkidərək pəncərədən çölə çıxaraq mənzilin şüşələrini çöl hissədən təmizləyirmiş. Həmçinin, qardaşı Səid şüşələri çöl hissəsindən təmizləyən zaman bir əlində yapışqan olurmuş. Həmin yapışqanı şüşəyə bərkidərək ondan tutaraq digər əli ilə şüşələri təmizləyirmiş. O da otağın içəri hissəsində təmzilik ləvazimatlarını ona verirmiş. Qardaşı Səid otaqların şüşələrini çöldən silib bitirdikdən sonra Lalə və Gül adlı qadınlar həmin otaqda olan şüşələri içəridən silirmişlər. Daha sonra qonşu otaqda olan şüşələri silməyə başlamışlar. 15 noyabr 2021-cı ıl tarixdə saat təxminən 12:50 radələrındə mənzilin təxminən 2-3 otağının şüşələrini tam olaraq təzmizlədikdən sonra digər otağa keçmək üçün qardaşı otağın içərisinə daxil olaraq yenidən həmin otaqda ləvazimatları quraşdırdı. Bu zaman qardaşı Səid yenidən pəncərədən mənzilin çöl hissəsinə çıxaraq şüşələri təmizləməyə başlamışdır. Növbəti otaqda təxminən 5-6 dəqiqə həmin otağın şüşələrini təmizlədikdən anidən səs gəlməsini eşitmişdir. Həmin zaman o dərhal otağın pəncərəsindən başını çıxararaq çolə aşağı baxarkən qardaşı Səidin yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür və dərhal liftdən aşağı düşmüşdür. Bir qədər sonra onun səsinə qardaşının həyat yoldaşı Ayşən və onlarla birlikdə həmin mənzildə işləvən digər işçilər də aşağı düşmüşlər Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və prokurorluq əməkdaşları gələrək baxış keçirib qardaşırın üzərində olan təmizlik zamanı stfadə edilmiş əşyaları dəlil olaraq götürdükdən və meyitinə baxış keçirdikdən sonra qardaşının meytini müayinə olunması üçun məhkəmə tibbi ekspertizasına göndərmişlər. Qardaşı Səidin meyiti məhkəmə-tıbbı ekspertizasında müayinə olunduqdan sonra, onlar 15.11 2021 -ci il tarixdə saat 5-6 radələrində meyiti götürərək dəfn etmək üçün Tərtər rayonu, Kəngərli kəndinə aparmış və 16.11.2021-ci il tarixdə orada dəfn etmişlər. Cinayət işinin İ cild 268-270-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 17-18-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 83-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 122 saylı 15 dekabr 2021-ci il tarixli meyitin ekspertiza rəyindən görünür ki: mərhum X3 meyitndə aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1)baş beyinin sol və sağ gicgah-təpə payına, sol gıcgah-təpə nahiyəsirdə yumşaq toxumalar altında, hər iki gicgah əzələsinə qansızmalar. kəllə tağı və kəllə əsası sümüklərinin açıq qəipəli sınıqları, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah-təpə nan /əsinin dərıaltı hematoması, soldan İ, İİ, İİİ, İV, V, Vİ orta körpücük xətti uzrə İ, İİ, İİİ. İV, V, Vİ, Vİİ qabırğalarının küıəx xətti uzrə sınıqları, hər iki bazu oynağının çıxığı, hər iki ağciyərin ürəyin qaraciyərin, sol böyrəyin və dalağın daxili qanaxma ilə müşayiət olunan cırılmış yaraları, sol bazu sümüyünün, sol mil-bilək oynağının, sol əlin İ, İİ, İİİ barmaqlarının proksimal və orta falanqalarının, çanaq sümüklərinin, sol budun, sol baldır sümüklərinin qapalı, hər iki sad sümüklərinin qəlpəlı açıq sınıqları, sol bazunun aşağı 1/3-nin və saidır yuxarı 1/3-nın, sol bazunun orta 1/3-nin, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, sol əlin İİ və V barmağının, sol ayağın əayır topuq nanıyəsmin əzilmiş-cırılmış yaraları, sol bazu oynağı nahiyəsinin, sol əlin sol diz oynağı nahiyəsinin, sol baldırın və sol pəncənin qançırları, sol bazunun, doş qəfəsinin sol yarısının, sol qalça nahiyəsinin və sol budun sıyrıqları, 2) S.S.Hüseyınlinin meyitində qeyd olunan xəsarətlər bədənin ağır küt travması nəticəsində onun ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən 15 noyabr 2021-cı il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əl aqələri vardır və dərəcələrinə gorə umumiiikdə həyat üçun təhlükəli olan sağlamlığa AĞİR zəzər vurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda göstərilən şəraitdə, yəni S.S.Hüseyinlinin hündürlükdən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsındə əmələ gələ bilmələrı mümkündür, 3) S.S.Hüseyınlinin ölümünə səbəb baş beyin toxumasına cişaları altına qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, bədənin çoxsaylı sırıqları, hər iki ağciyərin ürəyin, qaraciyərin, sol böyrəyin və dalağın daxil qanaxma ilə müşayiət olunan cırılması nəticəsində baş vermiş travmatıkhemorragik şok olmuşdur, 4) S.S.Hüseyınlinin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (15.11.2021-ci ıl tarixdə saat 15:30} 2-4 saat əvvəl baş vermişdir, 5) S.S.Hüseyınlinin meyitindən götürülmüş qanda məkkəmə-kimya təhqiqatı, nətıcəsındə metil, etil, propıl, butıl və amil spirtləri, barbıtur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pırazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 2-cild 169-174-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2022-ci il tarixli 10/772 saylı məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyindən görünür ki, hadisənin baş vermə şəraitini və normativ aktların tələblərini müqayisəli analiz aparmaqla tədqiq etdikdə, həll olunar suallar üzrə aşağıdakı nəticələrə gəlmək olar: 1) baş vermiş hadisə ilə əlaqdar «Hündürlükdə iş zamanı texniki Təhlükəsizlik Qaydaları»nın 20.3, 20.3.1, 20.3 2, 20.3.3, 20.3.4 və 20.9 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur, 2) ünvan 10 ünvanında hündürmərtəbəlı binanın 19-cu mərtəbəsində yerləşən 152 nömrəli mənzilin pəncərəsi fasad hissədən təmizlənərkən hündurlükdə binaların şüşə örtüklərinin təmizlənməsinə dair iş səriştəsi olmayan təlımatlandırılmamış işçilər təhlükəsizlik tədbirləri (qoruyucu kəmərin bağlaidığı kəndirin etibarlı bərkidilməsi) təmin olunmadan şüşələrin təmizlənməsinə cəlb olunduğuna görə, «Hündürlukdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 20.3, 20.3.1, 20.1.2, 20.3.3, 20.3.4 və 20.9-cu bəndlərinin tələbləri işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin İ cild 170-ci vərəqəsindəki olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 102 (bir yüz iki) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin İ cild 176-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən 10.03.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin İ cild 62-ci vərəqəsində olan 23 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mərhum əri zərərçəkmiş şəxs S.S.Hüseyinlinin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin İ-ci cild 211-ci vərəqəsində və İİ cildə əlavə edilmiş zərərçəkmiş S.S.Hüseyinlinin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin İ cild 103-cü vərəqəsində olan 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nın məktubundan görünür ki, vergi ödəyicilərin dövlət reyestrində xx xxxxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və hər hansı bir hüquqi şəxsin təsisçisi olması barədə məlumat mövcud deyil. Cinayət işinin İ cild 198-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 fevral 2022-ci il tarixli, 76 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır və sonuncu barəsində qəsəbə sakinləri və ailə üzvləri tərəfindən Buzovna qəsəbə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxsnn törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, həmçinin ona yüngül cəza verilməsini xahiş etməsini, gənc olmasını və yeni ailə qurmasını, barəsində verilmiş müsbət xasiyyəynaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin və tələbinin olmamasını, həmçinin ona yüngül cəza verilməsini xahiş etməsini, gənc olmasını və yeni ailə qurmasını, barəsində verilmiş müsbət xasiyyəynaməni, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə İşsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq hadisə yerindən götürülmüş kəndir ip, 2 hissəyə bölünmüş yapışqan alət və 01 ədəd bütöv halda olan yapışqan alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 102 (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınaraq hadisə yerindən götürülmüş kəndir ip, 2 hissəyə bölünmüş yapışqan alət və 01 ədəd bütöv halda olan yapışqan alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 102 (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-200/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-200/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver